Məhkəmə qərarları › İş №1(003)-119/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-119/2024

21.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-119/2024 21.06.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Mətanət Təbriz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 nümayəndəsi Bakı şəhəri 19 saylı Vəkil bürosunun vəkili Nümayəndə, müdafiəçi Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1979-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum edilmiş və məhkumluğu ödənilməmiş (və ya götürülməmiş), Bakı şəhəri Xətai rayonu, Sarayevo küçəsi ev 13A mənzil 54-də qeydiyyatda olan və orada yaşamış, barəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 iyun 2023-cü il tarixli 4(003)-675/2023 saylı qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli tutulduğu 23 iyun 2023-cü il tarixdən hesablanan və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan – - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 178.2.2, 178.2.4 və 310-cu maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda ziyan vurmaqla əmlakını ələ keçirməklə dələduzluq etmiş, özbaşına özünü vəzifəli şəxs kimi təqdim edib və vəzifəli şəxsin səlahiyyətlərini mənimsəməklə hüquqi şəxsin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmişdir. Belə ki, Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər, yəni Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 sentyabr 2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.3.2 və 320.1-ci maddələri ilə ağır cinayət törətməyə görə təqsirli bilinərək 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 mart 2018-ci il tarixli qərarı ilə üzərində qəti olaraq 9 (doqquz) il 6 (altı) ay azadlıqdan məhrum etmə cəzası saxlanılmış və Penitensiar Xidmətin 6 saylı cəzaçəkmə müəssisəsinin 24 noyabr 2021-ci il tarixli amnistiya aktının tədbiq edilməsi haqqında qərarına əsasən cəzasının çəkilməmiş hissəsindən azad edildikdən sonra məhkumluğu ödənilmədiyi və ya götürülmədiyi halda yenidən qəsdən cinayət törətmək, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda ziyan vurmaqla əmlakını ələ keçirməklə dələduzluq etmək məqsədilə, tanışı Zərərçəkmiş şəxs1 övladı Nurlan Abdullayevin Azərbaycan Respublikası CM-nin 145.1 və 149.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Bakı şəhəri Pirallahı rayon prokurorluğunda ********* nömrəli cinayət işi üzrə ibtidai istintaqın aparılmasını mobil telefon vasitəsilə tanışı Şahid2 ilə danışarkən sonuncudan eşidib öyrəndikdən sonra aldatma və etibarından suiistifadə etmə yolu ilə özgə, yəni Zərərçəkmiş şəxs1 məxsus xeyli miqdarda əmlakı ələ keçirmək məqsədilə 5 noyabr 2022-ci il tarixdə, saat 21 radələrində sonuncu ilə Bakı şəhəri Səbail rayonu İçərişəhər Qoruğu ərazisində yerləşən kafelərdən birində görüşmüş, aralarında olan söhbət zamanı Zərərçəkmiş şəxs1 prokurorluq və məhkəmə sistemində yüksək vəzifəli şəxslərlə yaxın münasibətlərinin və kifayət qədər geniş əlaqələrinin olduğunu bildirib, Nurlan Abdullayevin barəsində olan cinayət işinin tamamlanaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərildikdən sonra guya Nurlan Abdullayevə sınaq müddəti ilə şərti azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinə nail olacağına görə həmin məhkəmənin hakiminə guya 13.000 (on üç min) manat məbləğində pul verəcəyini, bu üsulla da məqsədlərinə nail olacaqlarını bildirib inandıraraq Zərərçəkmiş şəxs1 aldatmış, inandırıcı danışmaqla aralarında yaranmış etibardan suiistifadə edib həmin gün, yəni 5 noyabr 2022-ci il tarixdə, saat 21:30 radələrində Səbail rayonu, İçərişəhər Qoruğu ərazisində yerləşən kafelərdən birində 13000 manat məbləğində pulu alaraq aldatma və etibardan sui-istifadə etmə yolu ilə xeyli miqdarda, yəni 13.000 manat məbləğində ziyan vurmaqla Zərərçəkmiş şəxs1 əmlakını ələ keçirib dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, X4 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində ********* nömrəli cinayət işi üzrə ibtidai istintaqın aparılmasını sonuncunun baldızı Zərərçəkmiş şəxs2 ilə 28 noyabr 2022-ci il, saat 12:59-da mobil telefon vasitəsilə danışarkən eşidib öyrəndikdən sonra həmin gün, saat 13 radələrində Bakı şəhəri Səbail rayonu İçərişəhər Qoruğu ərazisində yerləşən “Pendir Çörək” adlı restoranda sonuncu ilə görüşmüş, orada Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində istintaq olunan cinayət işləri üzrə çalışdığı idarə tərəfindən nəzarətin həyata keçirildiyini bildirərək, özbaşına özünü vəzifəli şəxs, yəni Azərbaycan Respublikası Baş X1, Fövqəladə Hallar və Sərhəd Xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsində işləyən prokuror kimi təqdim etmiş, bundan sonra aldatma və etibarından sui-istifadə etmə yolu ilə özgə, yəni Zərərçəkmiş şəxs2 məxsus xeyli miqdarda əmlakı ələ keçirmək məqsədilə 29 noyabr 2022-ci il tarixdə, saat 16 radələrində sonuncu ilə Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən “My Friends” adlı restoranda görüşərkən özbaşına özünü vəzifəli şəxs kimi təqdim etməklə yanaşı, eləcə də vəzifəli şəxsin səlahiyyətlərini mənimsəməklə, guya qeyd olunan idarənin prokuroru vəzifəsində işləyən vəzifəli şəxs olduğundan səlahiyyət hüdudlarına uyğun olaraq həmin cinayət işini tələb edib öyrəndiyini, 40000 (qırx min) manat məbləğində pulun verilməsi müqabilində Dövlət Təhlükəsizliyi Xidmətinin Müvəqqəti saxlama yeri və istintaq təcridxanasında saxlanılan Vladislav Eduardoviçin ibtidai istintaq dövründə Bakı İstintaq Təcridxanasına köçürülərək orada saxlanılması və Vladislav Eduardoviçin əməlinin daha yüngül məsuliyyət nəzərdə tutan cinayət qanununun norması ilə tövsif edilməsi, yəni Vladislav Eduardoviçə daha yüngül - Azərbaycan Respublikası CM-nin 206.3.2 və 234.1-ci maddələri ilə yenidən ittiham elan edilərək həmin maddələrlə cinayət işinin məhkəməyə göndərilməsini müsbət həll edə biləcəyini bildirməklə Zərərçəkmiş şəxs2 aldatmış, aralarında yaranmış etibardan suiistifadə edib sonuncudan 29 noyabr 2022-ci il tarixdə, saat 16 radələrində Buzovna qəsəbəsində yerləşən “My Friends” adlı restoranda 40000 manat məbləğində pulu alaraq aldatma və etibardan sui-istifadə etmə yolu ilə xeyli miqdarda, yəni 40000 manat məbləğində ziyan vurmaqla Zərərçəkmiş şəxs2 əmlakını ələ keçirib təkrarən dələduzluq etmiş, eyni zamanda özbaşına özünü vəzifəli şəxs kimi təqdim edib və vəzifəli şəxsin səlahiyyətlərini mənimsəməklə hüquqi şəxsin hüquqlarının, yəni cəmiyyətdə formalaşmış prokurorluq orqanının yüksək mənafeyinə xələl gətirən, ictimaiyyət arasında nüfuzdan salan hərəkətlər etməklə qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlləri məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4 və 310-cu maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilsə də, CM-nin 310-cu maddəsində göstərilən cinayət əməlini törətməkdə özünü təqsirli bilməmişdir. Hazırda isə Azərbaycan Respublikası CMnin 178.2.2, 178.2.4 və 310-cu maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilir və göstərir ki, 4 noyabr 2022-ci il tarixdə, gecə saatlarında tanışı Şahid2 “whatsapp” mobil proqramında ***-***-**-** saylı mobil nömrə ilə onun ***-***-**-** saylı mobil nömrəsinə zəng vurmuş və Zərərçəkmiş şəxs1 oğlu Nurlan Abdullayev barəsində zorlama və qanunsuz azadlıqdan məhrumetmə cinayətləri ilə bağlı Pirallahı rayon prokurorluğunda cinayət işi istintaq olunduğunu, zərərçəkmiş şəxsin isə Nurlanın qeyri-rəsmi nikahda olduğu şəxs olduğunu, Nurlanın heç bir cinayət törətmədiyini deyərək ondan sonuncuya kömək edib-edə bilməcəyini soruşmuşdur. O, Nurlanın həqiqətən də cinayət törətmədiyini fikirləşdiyinə görə təxminən 15000 manat civarında işi həll edə biləcəyini demişdir. Onun həmin vaxt borcu olmuş, Nurlan cinayət törətmədiyinə görə sonuncunun tutulmayacağını, aldığı 15000 manat pula öz borclarını qaytarmasını fikirləşmişdir. Tofik daha sonra Əhmədlə danışıb “whatsapp” mobil proqramında konfrans zəng etmiş, Əhməd danışarkən Nurlanın ilk öncə həbs edildiyini, daha sonra xəstəliklərinə görə ev dustaqlığına buraxıldığını, ancaq prokurorluğun etiraz edib yenidən Nurlanı həbs etmək istədiyini demiş, bundan əlavə, 15000 manata gücü çatmadığını bildirmişdir. O, Əhmədə ona çatacaq 2.000 manat pulu keçdiyini və 13.000 manata işi həll edəcəyini bildirmiş, onlar növbəti gün görüşmək barədə razılaşmışlar. 5 noyabr 2023-cü il, saat 21 radələrində “Azərbaycan” kinoteatrının qarşısında Əhməd, Tofik və Əhmədin qardaşı Vüqarla birlikdə görüşmüş, piyada Bakı şəhəri Səbail rayonu İçərişəhər Qoruğu ərazisində “Qız Qalası”nın arxasında yerləşən adsız kafeyə getmişlər. Kafedə yaxından tanış olduqdan sonra Əhməd orada yenidən oğlu Nurlanın heç bir cinayət törətmədiyini, onkoloji və psixi xəstələyinin olduğunu demişdir. O, 2010-cü ildə həmin vaxt Yasamal rayon prokurorunun müavini işləyən X18 ilə tanış olmuş, Rauf Qasımov daha sonra Nəsimi rayon prokurorunun müavini, bundan sonra isə Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsində ittihamçı işləmişdir. O, Əhmədin yanında “whatsapp” mobil proqramında Raufun ***-***-**- ** saylı mobil nömrəsinə zəng edib sonuncuya cinayət işi ilə bağlı məlumat vermiş və kömək edə bilib-bilməyəcəyini soruşmuş, Nurlanın günahı olmasa belə incitməsinlər deyə prokurorluğa pul verilməsini fikirləşmişdir. Bundan sonra bunu Əhməd inansın deyə sonuncuya Nurlanın barəsində istintaq olunan cinayət işinin Bakı Ağır Cinayətlər Məhkəməsinə gedəndən sonra iş hansı hakimə düşsə, danışaraq Nurlana 1-1,5 il şərti azadlıqdan məhrum etmə cəzası alacağını demişdir. Ancaq Rauf bu barədə ona heç nə deməmişdir. Rauf onunla danışarkən yalnız maraqlanıb xəbər edəcəyini demişdir. O, Əhmədin yanında danışandan sonra Əhməd çayxanada ona 13.000 manat pul vermiş, bundan sonra onlar sağollaşıb ayrılmışlar. Təxminən 3-4 gün sonra Raufla danışıb sonuncunun işlədiyi yerə yaxın olduğu üçün Əhmədlə görüşdüyü çayxanada Raufla görüşmüşdür. Rauf onunla görüşənə qədər Nurlanın işi ilə bağlı kiminləsə danışıb maraqlanmış, ona məsələnin Əhmədgil dediyi kimi olmadığını izah etmiş və zərərçəkmiş şəxsin Nurlandan şikayətçi olduğunu və sonuncunun həqiqətən də cinayət törətdiyini, ancaq Nurlanın ev dustaqlığında qalması üçün 3000-4000 manata kömək edə biləcəyini demiş, ancaq hansı formada həll edəcəyini deməmişdir. O, Nurlanın ev dustaqlığında qalması üçün aldığı 13000 manat puldan 3000-4000 manatını Raufa verməsini, qalan pul ilə də borclarını bağlayacağını fikirləşmişdir. Bununla o, daha sonra pul tapıb Əhmədin də pulunu qaytarması üçün müddət qazacanağını fikirləşmişdir. Raufla dəqiq bir söhbət etmədiklərinə görə orada sonuncuya pul verməmişdir. Təxminən 2-3 gün sonra Rauf ona zəng vurub razılaşıb-razılaşmadığını soruşmuş, o, Raufla razılaşdıqdan sonra sonuncu harasa getmiş, ancaq Raufun dəqiq hara getdiyini bilməmişdir. Bir neçə saat sonra, günorta saatlarında Rauf ona zəng vurub işi həll etdiyini, yəni Nurlanın istintaq dövründə həbs edilməyəcəyini demiş, ancaq yenə də kiminlə görüşdüyünü və razılaşdığını deməmiş, heç o da soruşmamışdır. Rauf bundan əlavə ona zərərçəkmiş şikayəti geri götürdüyü halda “nəsə etmək olar” demişdir. O, Raufla demək olar bir gündən bir görüşüb çay içmiş, təxminən 1-2 gün sonra, saat 14-15 radələrində Raufla yenə də eyni kafedə görüşüb çay içərkən orada Əhmədin verdiyi puldan Raufa “hörmət” mənasında 3000 (üç min) manat pul vermiş və daha sonra 1000 manat da əlavə olaraq verəcəyini bildirmiş, ancaq daha sonra Raufa pul verə bilməmişdir. Rauf istintaq dövründə Nurlanın həbs edilməyəcəyini, ancaq cinayət işinin həmin maddələrlə Bakı Ağır Cinayətlər Məhkəməsinə gedəcəyini və sonuncunun cəza da alacağını demiş, bunu zərərçəkmişin şikayətçi olması və Nurlanın həqiqətən də cinayət törətməsi ilə əsaslandırmışdır. Bir müddət sonra Əhməd arada ona zəng vuraraq işlə maraqlanmış, o, heç bir problem olmadığını və işin həll olunacağını demişdir. O, Əhmədin verdiyi pulla öz borclarını qaytarmış, daha sonra haradansa tapıb Əhmədə pulu qaytarmaq üçün vaxt udmağa çalışmışdır. Əhməd ona mütəmadi zəng vurandan sonra onunla görüşmək istəmiş və onlar 2022-ci ilin dekabr ayının ilk 10 günlüyündə Zirə qəsəbəsində yerləşən kafedə görüşmüşlər. O, həmin görüşə lizinq müqaviləsinə əsasən götürdüyü “Audi Q7” markalı avtomobillə getmişdir. Kafedə Əhməd işin nə yerdə olduğunu soruşmuş və müstəntiqin Nurlanı tutacağını demişdir. O, Əhmədə narahat olmamasını və işi həll edəcəyini, iş Bakı Ağır Cinayətlər Məhkəməsinə gedəndən sonra danışdıqları kimi Nurlana şərti cəza veriləcəyini demişdir. Əhməd çətinlikdə olduğunu dediyinə görə kafedə sonuncuya 2.000 manat pul vermiş, Əhməd ilk öncə etiraz etsə də, daha sonra pulu götürmüşdür. Əhmədi aldatdığını başa düşməməsi üçün sonuncuya Nurlanın işi ilə bağlı pul qaytardığını deməmişdir. Bundan sonra Əhməd 2022-ci ilin dekabr ayında ona “whatsapp” mobil proqramında zəng vuranda sonuncuya Nurlanın ev dustaqlığında qalması üçün 4.000 manat pul verdiyini demiş, Əhməd ondan pulu kimə verdiyini soruşarkən “neyniyirsən kimə vermişəm, özüm bilərəm, öpüşə etmişəm, fakt uşağın evdədir” demişdir. Bir müddət sonra Rauf onunla telefonda danışanda Əhmədlə görüşdüyünü deyərək nəyə görə Əhməddən 13000 pul aldığını soruşmuş, o, başqa şəxslərə borcu olduğu üçün məcburiyyət qarşısında Əhməddən pul aldığını bildirmişdir. Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs2 yanında sürücü işləmişdir. 2022-ci ilin noyabr ayının sonlarında Nigar ***-***-**-** saylı mobil nömrəsi ilə onun ***-***- **-** saylı mobil nömrəsinə zəng edərək nömrəni Əhməddən götürdüyünü demiş və bacısının əri Vladislavın barəsində istintaq olunan cinayət işi ilə bağlı onunla görüşmək istəmişdir. O, həmin gün Nigarı Bakı şəhəri İçərişəhər Qoruğu ərazisində Qoşa Qala qapısının yaxınlığına dəvət etmiş, günorta saatlarında İçərişəhər Qoruğu ərazisində yerləşən “Pendir-Çörək” restoranında görüşmüş, Nigar Vladislavın anası Svetlana ilə birlikdə gəlmişdir. Nigar bacısının əri Vladislavın barəsində DTX-nin İstintaq Baş İdarəsində Azərbaycan Respublikası CM-nin 206, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi istintaq olunduğunu, Vladislavın DTX-nin İstintaq Təcridxanasında saxlanıldığını və orada ailə üzvləri ilə əlaqə saxlaya bilmədiyini demiş, Vladislavın Bakı İstintaq Təcridxanasına keçirilməsinə, bundan əlavə, mümkün olarsa, Vladislavın işinin yüngülləşdirilməsinə kömək edib-edə bilməyəcəyini soruşmuş, o, cinayət işi ilə maraqlanıb xəbər edəcəyini dedikdən sonra sağollaşaraq ayrılmışlar. Həmin gün, axşam saatlarında o, Nigara zəng vurub cinayət işi ilə maraqlandığını, 40000 manat müqabilində DTX-nin İstintaq Baş İdarəsində cinayət işinin ibtidai istintaq dövründə qaçaqmalçılıq maddəsi qalmaq şərtilə narkotik vasitələrin satışını istifadəçi kimi CM-nin 234.1-ci maddəsinə dəyişdirməyin mümkün olduğunu və Vladislavın istintaq dövründə DTX-nin İstintaq Təcridxanasından Bakı İstintaq Təcridxanasına keçiriləcəyini demiş, Nigar onunla razılaşaraq növbəti gün görüşmək barədə qərara gəlmişlər. Növbəti gün, saat 15-16 radələrində Buzovna qəsəbəsində yerləşən adını xatırlamadığı restoranda Nigar və Svetlana ilə görüşmüşdür. Restoranda onlar yenidən eyni söhbəti etmiş, sonunculara bir daha Vladislavın barəsində DTX-nin İstintaq Baş İdarəsində istintaq olunan cinayət işi üzrə qaçalmalçılıq maddəsi qalmaq şərtilə narkotik vasitələrin satışını, yəni 234.4-cü maddəni narkotikin istifadəçisi kimi CM-nin 234.1-ci maddəsinə dəyişdirməyə kömək edəcəyini, bundan əlavə Vladislavın istintaq dövründə DTX-nin İstintaq Təcridxanasından Bakı İstintaq Təcridxanasına keçiriləcəyini demişdir. Nigar restoranda sayaraq Svetlananın yanında ona 40000 manat pul vermişdir. Bundan sonra o, Nigardan “Leqal” Vəkil Bürosunda işləyən Fərid Qurbanovla müqavilə bağlamalarını istəmiş və vəkil haqqını özü ödəyəcəyini dedikdən sonra sağollaşaraq ayrılmışlar. Nigardan Fəridlə də müqavilə bağlamalarını istəməkdə məqsədi Nigargilin ona inanması olmuşdur. Fərid daha sonra Vladislavın arvadı Səbinə ilə müqavilə bağlamış və müdafiəçi kimi işə buraxılmış, o, vəkil haqqı olaraq Nigardan aldığı puldan Fəridə 500 manat pul vermişdir. Lakin Fəridin onun Nigardan pul almasından məlumatı olmamışdır. Nigardan 40000 manat pulu alarkən Vladislavın barəsində aparılan cinayət işi üzrə hər hansı köməkliyi edə bilməyəcəyini bilmiş, sadəcə pula ehtiyacı olduğu üçün Nigarı aldadaraq 40000 manat pul almış, aldığı pulu özü üçün xərcləmişdir. Nigar bundan sonra ona mütəmadi zəng vurub işlə maraqlananda prosesin davam etdiyini demiş, çünki şikayət etməsinlər deyə, vaxt qazanmaq istəmişdir. O, pulu alandan təxminən 1 ay sonra, 2022-ci ilin dekabr ayının sonlarında Nigar və bacısı Səbinə ilə yenidən Buzovna qəsəbəsində yerləşən eyni restoranda görüşmüşlər. Orada yenidən Səbinə və Nigara işin davam etdiyini, Yeni İl bayramından sonra Səbinəni Vladislavla DTX-da görüşdürəcəyini, Vladislavın Bakı İstintaq Təcridxanasına keçirilməsinin qeyri-mümkün olduğunu, ancaq Vladislavın işinin yüngülləşdiriləcəyini demiş, bundan sonra sağollaşıb ayrılmışlar. Bir neçə gün sonra Nigara zəng vurub işi ilə bağlı pula ehtiyacının olduğunu bildirərək 5000 manat borc pul istəmiş, Nigar isə borc verməkdən imtina etmişdir. Nigar və Əhməd mütəmadi olaraq ona zəng vurub işlə maraqlanmış, o da danışdıqları kimi işi həll edəcəyini demişdir. Daha sonra Əhməd onu aldatdığını biləndən sonra Nigargilə də məlumat vermiş, Nigar və Əhmədi aldatdığını başa düşdüklərinə görə pulu qaytarmaq və vaxt udmaq üçün o, mobil telefonunu söndürmüş, rayonlarda kirayə ev tutub qalmış, sonuncu dəfə təxminən 2023-cü ilin iyun ayında Ağstafa rayonu, Muğanlı kəndində kirayə ev tutmuş və 23 iyun 2023-cü ildə Səbail rayon Polis idarəsinin əməkdaşları tərəfindən orada tutulmuşdur. Vladislav və Nurlan barəsində istintaq olunan cinayət işləri Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Nigardan 40000 manat pul alması ilə bağlı heç kəslə danışmamış, görüşməmiş və heç kəsə pul verməmişdir. O, Nigarı Baş Prokurorluğun inzibati binasına çağırmamış, İçərişəhər ərazisinə dəvət etmiş, özünü prokurorluq işçisi kimi təqdim etməmiş və X20 bağlı ümumiyyətlə heç nə deməmişdir. O, Nigarla mobil telefonda danışarkən və görüşərkən özünü Baş Prokurorluqda işləyən vəzifəli şəxslərlə yaxşı münasibətləri olan şəxs kimi təqdim etmiş, özünün isə haradasa işləməsi barədə nəsə deməmişdir. Zərərçəkmiş şəxs1 aldığı 13.000 manat pulu hələ ibtidai istintaq zamanı tam həcmdə qaytarmış və onunla barışmışdır. Hazırda Əhmədin ona qarşı heç bir şikayəti və ya digər tələbi yoxdur. Maddi imkanı olmadığı üçün hələlik digər zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 dəymiş ziyanı ödəyəbilməmişdir, lakin onunla razılığa gəlmək istəyir. Zərərçəkmiş şəxs2 mülki iddiasını qismən, yəni maddi tələb hissəsində tam məbləğdə etiraf edir, mənəvi zərər hissəsində ilə qəbul etmir. Əməllərindən peşmandır. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmənin əvvəlki iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 göstərdi ki, oğlu Nurlan Abdullayevin qeyri-rəsmi münasibətdə olduğu X9 şikayəti əsasında 22 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri Pirallahı rayon prokurorluğunda Azərbaycan Respublikası CM-nin 145.1 və 149.1-ci maddələri ilə cinayət işi başlanmış, həmin gün Nurlan şübhəli şəxs qismində tanınmış və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. 27 oktyabr 2022-ci il tarixdə Nurlan Azərbaycan Respublikası CM-nin 145.1 və 149.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin gün barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Aysən həmin gün şikayət etdiyi üçün prokurorluğun müraciəti əsasında 28 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin qərarı ilə Nurlan barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Nurlan həm xərçəng xəstəsidir, həm də şizofreniya xəstəliyinin paranoid formasından əziyyət çəkir. Xəstəlik sənədləri əsasında Nurlan həbs qərarından şikayət vermiş və Bakı Apellyasiya Məhkəməsinin 3 noyabr 2022ci il tarixli qərarı ilə sonuncunun barəsində seçilmiş həbs ev dustaqlığı ilə əvəz olunmuşdur. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli qərarı ilə Nurlanın barəsində seçilmiş ev dustaqlığı 28 fevral 2023-cü il tarixədək, fevral ayının sonlarında da bir dəfə yenidən ev dustaqlığı 1 ay uzadılmışdır. 3 mart 2023-cü il tarixdə yaşadıqları ünvana cinayət işi üzrə ittiham aktı göndərilmiş, ittiham aktında Nurlanın Azərbaycan Respublikası CM-nin 145.1 və 149.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərildiyi qeyd olunmuşdur. Oğlu Nurlan ev dustaqlığına buraxıldıqdan sonra Nurlanın barəsində istintaq olunan cinayət işini sonuncunun xəstəlikləri ilə bağlı birdəfəlik həll etmək, yəni sonuncunun daimi azadlıqda qalmasını istəmiş, 4 noyabr 2022-ci il tarixdə, axşam saatlarında tanışı Şahid2 ***-***-**-** saylı mobil nömrəsinin “whatsapp”ı ilə danışarkən başına gələnləri sonuncuya danışmış, Tofik də belə işləri həll edən bir nəfər tanışı olduğunu və danışıb xəbər edəcəyini demiş, bir az keçəndən sonra Tofik “whatsapp” mobil proqramında ona zəng vuraraq əlaqə saxladığı şəxsin 15000 manat müqabilində işi həll edə biləcəyini demiş, onun bu pulu verməyə imkanı olmadığına görə Tofikdən vasitəçini xəttə qoşmasını istəmişdir. Tofik onunla danışa-danışa “whatsapp” mobil proqramında Təqsirləndirilən şəxs xəttə qoşmuşdur. Rəşad telefonda danışanda ondan işin həlli üçün 15000 manat pul istəmiş, o, vəziyyətinin pis olduğunu demiş, Rəşad danışıb xəbər edəcəyini bildirmişdir. Bir az sonra “whatsapp” mobil proqramında Rəşadın zəngindən sonra Tofik onu da xəttə qoşmuş, Rəşad kimləsə danışdığını, öz xeyiri olan 2000 manat pulu keçdiyini, işi 13000 manata çalışıb həll edəcəyini demiş və növbəti gün axşama qədər ondan pulu hazırlamasını istəmişdir. O, gecə ilə özünə məxsus “Mercedes-Benz C220” markalı, **-NJ-*** dövlət qeydiyyat nişanlı avtomobilini internetdə satılığa qoymuş və 5 noyabr 2022-ci il tarixdə avtomobili 9000 manata X2, 4000 manata pulu isə adını çəkmək istəmədiyi başqa tanışından borc götürmüşdür. O, 13000 manat pulu toplayıb Tofikə zəng vuraraq bu barədə məlumat vermiş, Tofik Rəşadla danışandan sonra həmin gün, axşam saat 8-9-un yarısı onu İçərişəhərə çağırmışdır. Onlar 5 noyabr 2022-ci il, axşam saatlarında “Azərbaycan” kinoteatrının qarşısında görüşmüş, o, qardaşı Vüqarla getmiş, Tofiklə Rəşad orada onları gözləmişlər. Onlar birlikdə piyada qalxıb İçərişəhərdə “Qız Qalası”nın arxasında yerləşən adsız kafeyə getmiş. X15ra təqdim etmiş və Rəşadın işi həll edəcəyini demiş, Rəşadı ilk dəfə həmin gün kafedə görmüşdür. Rəşad bundan sonra onların yanında öz telefonu ilə bir nəfərə zəng vuraraq Nurlanın işi barədə məlumat vermiş, qarşı tərəfin isə nə dediyi eşidilməmişdir, Rəşad danışanda “Rauf” adı çəkmiş, həmin vaxt Rəşadın danışdığı şəxsin Rauf adlı şəxs olduğunu bilmişdir. Danışandan sonra Rəşad ona 13000 manata işi həll edəcəyini, işin qısa müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcəyini, iş məhkəmədə hansı hakimə düşsə, hakimlə danışıb orada Nurlana 1-1,5 il şərti cəza veriləcəyini demişdir. Hətta Rəşad danışandan sonra Raufun prokurorluqda ittiham idarəsində rəis müavini işlədiyini bildirmişdir. O da Rəşada inanıb Vüqar və Tofikin yanında Rəşada 13000 manat pul vermişdir. Rəşad pulu alandan sonra 1-1,5 ay ərzində işin məhkəmədə həll olunacağını demiş, o, kafedə Rəşadın ***-***-**-** saylı mobil nömrəsini götürmüşdür. Nurlanın barəsində cinayət işi istintaq olunmasından ailə sürücüsü işlədiyi Fərhadın və sonuncunun arvadı Zərərçəkmiş şəxs2 məlumatı olmuşdur. Həmin dövrdə Nigarın bacısı Səbinənin əri Vladislav barəsində Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi istintaq olunmuşdur. Vladislav DTX-nın İstintaq təcridxanasında saxlanılmış, söhbət əsnasında X6 yerləşən Bakı İstintaq Təcridxanasına keçirmək istədiyini demişdir. 2022-ci ilin noyabr ayının sonlarında söhbət edərkən o, Nigara oğlu Nurlanın işi ilə əlaqədar Rəşad adlı şəxsin ona kömək etdiyini və hələ ki, heç bir problem olmadığını, Rəşadın da Baş Prokurorluqda işləyən Rauf adlı şəxs vasitəsilə iş gördüyünü demişdir. O, həmin vaxt Raufu tanımamış, sadəcə 5 noyabr 2022-ci ildə Rəşada pul verərkən sonuncu onun yanında Rauf adlı şəxslə danışmışdır deyə Nigara da bu barədə məlumat vermişdir. Nigar bundan sonra Rəşadın nömrəsini istədiyinə görə Rəşadın ***-***- **-** saylı mobil nömrəsini Nigara vermiş, Nigar onun yanında Rəşada zəng vurmuşdur. Təxminən 2-3 gün sonra Nigarla birlikdə olarkən sonuncu Rəşadla danışıb şəhərdə görüşdüklərini, Rəşadın Vladislava elan olunmuş ittihamdan bəzi maddələri çıxarmaq və Vladislavı Bakı İstintaq Təcridxanasına keçirmək müqabilində Nigardan 40000 manat pul aldığını demişdir. Nigar arada Rəşadın onun zənglərini açmadığını demiş, daha sonra isə Rəşad özü Nigarla əlaqə saxlamışdır. Bir müddət sonra Nigar Vladislavın işində heç bir irəliləyiş olmadığını, Rəşadın onları aldatdığını desə də, o, Nigara inanmamışdır. Bir müddətdən sonra Nigar ona demişdir ki, Rəşad ona zəng vuraraq Baş Prokurorluqda yeni vəzifə veriləcəyini deyərək bunun üçün Nigardan 5000 manat pul istəmiş, Nigar Rəşada inanmayıb sonuncuya pul verməmişdir. Bundan sonra o da Rəşadın onları aldatdığından şübhələnməyə başlamışdır. 2022-ci ilin dekabr ayının ilk 20 günlüyündə, saat 8 radələrində Nurlanın işində heç bir irəliləyiş olmadığını görüb “whatsapp” mobil proqramında Rəşada zəng vuraraq görüşməyi təklif etmiş və həmin gün Rəşadla Bakı şəhəri Zirə qəsəbəsində yerləşən “Ruslan” adlı kafedə görüşmüş, yanlarında başqa kimsə olmamışdır. Rəşad oraya “Audi Q7” markalı, 90 və ya **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobillə gəlmiş, avtomobili tanımadığı şəxs idarə etmişdir. Çörək yeyəndən sonra söhbət zamanı o, Nurlanın xəstəliklərdən əziyyət çəkdiyini, son ümid yeri olan avtomobili satdığını demişdir. Kafedə olarkən o, Vladislavın işi ilə maraqlanarkən Rəşad Nigarla bu barədə mütəmadi əlaqə saxladığını və işi həll edəcəyini demişdir. Kafedən duranda Rəşad cibindən 2000 manat pul çıxarıb ona vermiş və “götür, kasıb adamsan, əmisi Nurlana verir bunu, bunun işə heç bir aidiyyəti yoxdur, gələcəkdə imkan olan kimi yenə kömək edəcək” demişdir. O, ilk öncə götürmək istəməsə də, Rəşad təkid etdiyinə görə pulu götürmüşdür. 2022-ci ilin dekabr ayında o, Rəşadla “whatsapp” mobil proqramında danışarkən Nurlanın işinə görə 4.000 manat pul verdiyini və bu səbəbdən Nurlanın çöldə gəzdiyini demiş, o, pulu kimə verdiyini soruşanda Rəşad “neyniyirsən kimə vermişəm, özüm bilərəm, öpüşə etmişəm, sənə nə dəxli var, əsas uşaq bayırdadır” deyə cavab vermişdir. O, Rəşada Nurlanı xəstəliklərinə görə apellyasiyanın buraxdığını, Nurlan çölə çıxandan sonra Rəşadı tapdığını bildirmişdir. 2022-ci il tarixdə yeni ilə 3-4 gün qalmış “whatsapp” mobil proqramında Rəşada zəng vurub, işin nə yerdə olduğunu soruşanda Rəşad onu təbrik etməsini istəmiş və özünə prokurorluqda yeni vəzifə verildiyini demiş, o, təbrik etdikdən sonra həmin gün evə gələndə Rəşadın məlumatlarını internetdə yazmış, internetdə qandal şəkili çıxmış və altında da Rəşadın Yasamal rayonunda dələduzluq etdiyinə görə 2012-ci ildə 10 il müddətinə azadlıqdan məhrum edildiyi yazılmışdır. Bundan sonra artıq narahat olaraq Rəşadın dələduz olduğunu və onu aldatdığını başa düşmüş, ancaq Rəşada zəng vurub bu barədə heç nə deməmişdir. Daha sonra Rəşadın telefonda adını çəkdiyi Rauf adlı şəxsi axtarmağa başlamış, Tofikdən xahiş edəndən sonra təxminən 2-3 gün sonra Tofik Raufun nömrəsini tapmışdır. Tofikə Rəşad barədə xəbərləri göstərmişdir. 2023-cü ilin yanvar ayında yeni ildən bir neçə gün sonra Tofik zəng vurub Raufun onunla görüşmək istədiyini demiş, Rauf və Tofiklə birlikdə həmin gün, axşam saatlarında “Elmlər Akademiyası” metrosunun yaxınlığında çayxanada görüşmüşlər. Rauf mülki geyimdə tək gəlmiş, özünü təqdim edib Baş Prokurorluğun İttiham idarəsində işlədiyini demiş, ancaq vəzifəsini deməmiş, o da soruşmamışdır. O, Raufa Rəşadın özünü prokurorluq işçisi kimi tanıdıb Nurlanın işini həll etmək üçün 13000 manat pul aldığını, Rəşadın danışanda 4000 manat kiməsə pul verdiyini deyərək həmin pulun Raufa verilib-verilmədiyini soruşmuşdur. Rauf da ona Nurlanın işindən məlumatı olduğunu, Rəşadın ona zəng vurub xahiş etdiyini və ona 4000 manat pul verməli olduğunu, ancaq vermədiyini, öz üzərində olan 8000 manat başqa puldan 4000 manat götürüb Nurlanın işi üçün lazım olan yerlərə verdiyini demiş, Nurlanın həmin səbəbdən çöldə olduğunu, Rəşadın hələ də onun pulunu vermədiyini bildirmişdir. O, Raufdan 4000 manat pulu hara verdiyini soruşmuş, Rauf da Rəşad kimi “öpüşə eləmişəm, necə eləmişəm, özüm bilərəm”, eyni zamanda hətta 60-70 kilometr yol sürdüyünü demiş, lakin pulu kimə verdiyini deməmişdir. Rauf hara sürdüyünü deməsə də, sonuncunun Pirallahıya gedib-gəldiyini düşünmüşdür. O, Raufa da Nurlanın Bakı Apellyasiya Məhkəməsində çölə çıxdığını və onlara aidiyyətinin olmadığını demiş, işin necə həll olunacağını soruşanda Rauf ona Nurlanın zərərçəkmiş Aysənlə barışmalı olduğunu, bundan sonra kömək etməyə çalışacağını demişdir. Orada olarkən Nigar ona “whatsapp” mobil proqramında zəng vurmuş və onun Raufla görüşdüyünü biləndən sonra Nigar “Raufa de, 53000 manat pulu qaytarsın, yoxsa başı ağracayaq” demişdir. 53000 manat puldan 40000 manatı Nigargilin, 13000 manatı isə onun Rəşada verdiyi pul olmuşdur. O, Nigarın sözlərini Raufa çatdırmış, Rauf isə ona ümumiyyətlə pul verilmədiyini demişdir. Bundan sonra Rauf ona Rəşaddan şikayət etməsini, Rəşadın onun adından çox yerdə istifadə etdiyini bildirmişdir. Çayxanadan duranda Rauf ***-***-**-** saylı mobil nömrəsini ona versə də, Raufa heç vaxt zəng vurmamış, çünki pulu Rəşada vermişdir. Onlar Raufla danışanda Tofik onların yanında olmamış, görüşəndən sonra çöldə telefonla danışmışdır. 2023-cü ilin yanvar ayında Nurlanı Pirallahı rayon prokurorluğuna çağırarkən cinayət işinin bundan sonra Arif adlı prokuror köməkçisi tərəfindən aparılacağını bilmiş, bir neçə gün sonra Nurlanı yenidən Pirallahı rayon prokurorluğuna çağırıb ekspertizadan keçirmək məsələsi ilə bağlı Pirallahı rayon məhkəməsinə aparmışlar, həmin gün rayon prokurorluğuna getməmiş “whatsapp” mobil proqramında Rəşada zəng vurmuş, Nurlan məhkəməyə girəndə Rəşada bir də zəng vursa da, telefonu açmamış, həmin gün, axşam saatlarında “whatsapp” mobil proqramında Rəşada zəng vurub işə prokuror köməkçisi Arifin baxacağını demiş, Rəşad telefonda Arifin ünvanına söyüşlər söymüşdür. O, Arifin işi 15 günə Ağır Cinayətlər Məhkəməsinə verəcəyini barədə məlumat verəndən sonra Rəşad ona Arifin pul istədiyinə görə elə dediyini, işi tapşırdığını, heç kəsin Nurlanı tutmayacağını, işin 1 ay uzadılması barədə məlumatlı olduğunu, Nurlanın ev dustaqlığında olması üçün çox pul çıxdığını demişdir. O, Rəşadı bişirib görüşərək polisə məlumat vermək istəsə də, Rəşad bir sözlə işin nəzarəti altında olduğunu və həll olunacağını demiş, Nigargilin də işini soruşanda, Rəşad orada başqa söhbət olmadığını və Nigargilin xaricdə olduğunu demişdir. O, bundan sonra Rəşada Raufun barışıq məsələsini deyəndə Rəşad Raufun da ünvanına söyüşlər söymüş və “prokurordu da, deyir desin”, o cümlədən iş müstəntiq Yusifdə olanda sonuncunun Nurlanı tutmaq istədiyini, ancaq prokurorun protestə imza çəkmədiyini və işin həll olunacağını demişdir. O, həmin danışığı qeydə almış, təxminən 1- 2 gün sonra tanışı X16 ilə Şüvəlan qəsəbəsində rastlaşarkən başına gələnləri Elvinə danışmış, Elvin də prokuror köməkçisi Arifin uşaqlıq dostu olduğunu deyərək səs yazısını ona atmasını istəmiş, o, səs yazısını Elvinə, Elvin isə prokuror köməkçisi Arifə atmışdır. 7 fevral 2023-cü ildə Rəşad xəbər tutub ona mesaj yazaraq zəng vura bilmədiyinə görə üzr istəmiş, ona zəng vurmasını istəmiş, daha sonra Rəşad həmin gün ona zəng vurub ondan 1 həftə heç yerə getməməsini istəmiş və görüşüb işi həll edəcəyini demiş, Rəşada inanmadığı üçün daha sonra sonuncu ilə əlaqə saxlamamışdır. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tamamilə ödəmiş və onunla barışmışdır, buna görə də hazırda onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və ya digər tələbi yoxdur. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və təqsirləndirilən şəxsə hər hansı cəzanın verilibverilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclaslarının yeri və vaxtı barədə dəfələrlə rəsmi şəkildə xəbərdar edilmiş zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 məhkəmə iclasına gəlməmiş, nümayəndəsi və vəkilinin məhkəmə iclasında iştirak etdiyini, özünün məhkəmə iclaslarında iştirak edə bilməyəcəyinin nəzərə alınaraq onun iştirakı olmadan işə baxılmasına etiraz etmədiyini, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini, təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu bildirib, milki iddianın təmin edilməsini və təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş və ibtidai istintaq dövründə vermiş olduğu ifadə elan edilmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 elan edilmiş ifadəsi ilə müəyyən edildi ki, Zərərçəkmiş şəxs1 əri Fərhad Mustafayevə məxsus "xxxx" MMC-də sürücü işləmişdir. Zərərçəkmiş şəxs1 oğlu Nurlanın barəsində 2022-ci ilin oktyabr ayında Bakı şəhəri Pirallahı rayon prokurorluğunda Azərbaycan Respublikası CM-nin 145.1 və 149.1-ci maddələri ilə cinayət işi başlanaraq istintaq olunmuşdur. Həmin dövrdə onun bacısı X5 əri X7 barəsində Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində Azərbaycan Respublikası Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi istintaq olunmuşdur. Vladislav 9 avqust 2022-ci il tarixdə Dövlət Gömrük Komitəsinin Əməliyyat və İstintaq Baş İdarəsi tərəfindən tutulmuş, daha sonra sonuncunun barəsində istintaq olunan cinayət işi DTX-nə göndərilmişdir. Vladislav 2022-ci ilin noyabr ayının sonlarında Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasında saxlanılmış və ailə üzvləri ilə görüşüb danışa bilməmiş, Əhmədin də bütün bunlardan məlumatı olmuşdur. 28 noyabr 2022-ci il tarixdə, səhər saatlarında Əhməd yaşadıqları həyətdə olarkən Nurlan barəsində istintaq olunan cinayət işi üzrə sonuncuya kömək edən prokurorluq işçisi olduğunu demiş, o, bundan sonra Əhməddən Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrəsini götürmüşdür. Əhməd Rəşadın Baş Prokurorluqda işlədiyini demiş, ancaq hansı vəzifədə işlədiyini deməmiş, Rəşadın Baş Prokurorluqda işləyən Rauf Qasımov adlı şəxs vasitəsilə iş gördüyünü demişdir. O, həmin gün ***-***-**-** saylı mobil nömrəsi ilə Rəşada zəng edərək Vladislavın barəsində istintaq olunan cinayət işi ilə bağlı məlumat vermiş, Vladislavın DTXnin İstintaq təcridxanasından Bakı İstintaq Təcridxanasına keçirilməsinə köməklik edib-edə bilməyəcəyini soruşmuş, Rəşad da köməklik edə biləcəyini deyib onları Baş Prokurorluğun İçərişəhərdə yerləşən inzibati binasına çağırmışdır. O, bacısı Səbinə və sonuncunun qaynanası Svetlana ona məxsus avtomobillə İçərişəhərə getmiş, yolda olarkən Rəşad ona zəng vurub nahar olduğuna görə yaxınlıqda “İçərişəhər Qoruğu” ərazisində yerləşən “Pendir Çörək” restoranına çağırmışdır. Onlar həmin gün, saat 13 radələrində restorana çatmış, bacısı Səbinə çox adam getməsinlər deyə avtomobildə onları gözləmiş, o, Svetlana ilə birlikdə restorana keçmişdir. Rəşad mülki formada gəlmiş, orada onlar Vladislav barəsində aparılan cinayət işi üzrə Rəşada ətraflı məlumat vermiş, Vladislavın Bakı İstintaq Təcridxanasına köçürülməsinə köməklik etməsini xahiş etmişlər. Rəşad orada özünü Baş X1, Fövqəladə Hallar və Sərhəd Xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsində işləyən prokuror kimi təqdim etmiş və DTX-də istintaq olunan cinayət işlərinə işlədiyi idarənin nəzarət etdiyini demişdir. Rəşad bundan əlavə Vladislav barəsində istintaq olunan cinayət işini DTX-dən götürüb Baş Prokurorluqda öyrəniləcəyini və bundan sonra məlumat verəcəyini demişdir. Svetlana azərbaycan dilində bilmir deyə Rəşad arada rus dilində danışmış, daha sonra sağollaşıb ayrılmışlar. Həmin gün, saat 18 radələrində Rəşad ona zəng vurub Vladislav barəsində aparılan cinayət işini öyrəndiyini, Vladislavın bir həftə ərzində Kürdəxanıda yerləşən Bakı İstintaq Təcridxanasına keçiriləcəyini, 40000 manat qarşılığında DTX-nin İstintaq Baş İdarəsində Vladislava ittiham elan olunmuş CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinin CM-nin 234.1-ci maddəsinə tövsif ediləcəyini, yəni narkotik vasitələrin satışı kimi yox, narkotik vasitələrin istifadəçisi kimi ittiham veriləcəyini və cinayət işinin CM-nin 206 və 234.1-ci maddələri ilə məhkəməyə gedəndən sonra ən pis halda həmin maddələrlə Vladislava 3-4 il azadlıqdan məhrumetmə cəzası veriləcəyini, Vladislavın əlbir olduğu şəxsin öz işini həll etdiyini, pul verilməsə bütün cinayətlərin Vladislavın üzərində qalacağını, Vladislavın isə reallıqda günahsız olduğunu demişdir. Onlar növbəti gün Rəşadla danışandan sonra yaşadığı yerin yaxınlığında görüşmək barədə razılaşmış və 29 noyabr 2022-ci il, saat 16 radələrində o, Səbinə və Svetlana ilə birlikdə Buzovna qəsəbəsində yerləşən “My Friends” adlı restorana getmiş, Səbinə yenə də onları avtomobildə gözləmişdir. Rəşad restoranda Baş Prokurorluqda işləyən Rauf Qasımovun köməkliyi ilə işi həll edəcəyini, Vladislavın bir həftə ərzində Kürdəxanıda yerləşən Bakı İstintaq Təcridxanasına keçiriləcəyini, DTX-nin İstintaq Baş İdarəsində Vladislava elan olunmuş ittihamın CM-nin 234.4.1 və 234.4.3-cü maddələrindən 234.1-ci maddəsinə tövsif ediləcəyini, cinayət işinin CM-nin 206.3.2 və 234.1-ci maddələri ilə Bakı Ağır Cinayətlər Məhkəməsinə gedəcəyini demişdir. O, bu səbəbdən restoranda 40000 manat pulu Svetlananın yanında Rəşada vermiş, Rəşad bu işlə bağlı “Leqal” Vəkil Bürosunun vəkili X17 ilə müqavilə bağlamalarını istəmiş, vəkilin pulunu da özü verəcəyini demişdir. Bir neçə gün sonra Səbinə Rəşadın dediyi kimi Fəridlə Vəkil Bürosunda görüşərək müqavilə bağlamış, bundan sonra Fərid Vladislavın müdafiəçisi kimi işə qoşulmuşdur. Təxminən 1 ay ərzində Vladislavdan xəbər çıxmadığı üçün o, Rəşada zəng vurarkən sonuncu hər dəfəsində bir-iki gün ərzində işin həll olunacağını demişdir. Daha sonra Səbinə özü Rəşadla görüşmək istəmiş, ona görə də 28 dekabr 2022-ci il tarixdə, saat 17 radələrində o və Səbinə yenidən Buzovna qəsəbəsində yerləşən “My Friends” adlı restorana gedərək Rəşadla görüşmüşlər. Səbinə Rəşadla mobil telefon vasitəsilə danışsa da, ilk dəfə sonuncunu orada görmüşdür. Rəşad işin “Yeni İl” bayramından sonra qısa müddət ərzində həll olunacağını demiş və əlavə olaraq 40000 manat puldan bir miqdarını Baş Prokurorluqda işləyən Rauf Qasımova, 1000 manatını isə vəkil Fəridə vəkil haqqı olaraq verdiyini demişdir. Ancaq Raufa nə qədər pul verdiyini deməmişdir. Bir neçə gün sonra 2022-ci ilin dekabr ayının sonlarında Rəşad ona “whatsapp” mobil proqramında zəng vurub Baş Prokurorluqda yeni vəzifə veriləcəyini deyərək bunun üçün ondan 5000 manat borc pul istəmiş, o, artıq Rəşada inanmayaraq pul verməkdən imtina etmişdir. O, həmin vaxt Rəşadın dələduz olduğunu başa düşmüşdür. Bu müddət ərzində Fəridlə mütəmadi olaraq telefonda danışmış, Fərid mobil telefonda danışarkən X14 işindən məlumatlı olduğunu, Rauf pul götürdüyünə görə dəqiq işi həll edəcəyini demişdir. Bundan bir müddət sonra Əhməd də Rəşadın dələduz olduğunu başa düşmüşdür. 2023-cü ilin yanvar ayının sonlarında Əhməd ona zəng vurub Rauf Qasımovla görüşdüyünü, Raufun Vladislavın işi ilə bağlı Rəşadın ona 20000 manat pul verdiyini etiraf etdiyini demişdir. Bir müddət sonra Əhməd də Rəşadın dələduz olduğunu başa düşmüş, 2023-cü ilin yanvar ayının sonlarında Rəşadla sonuncu dəfə danışandan sonra Rəşad yoxa çıxmışdır. Daha sonradan Rəşadın ümumiyyətlə prokurorluq orqanlarında işləmədiyini, onu inandırmaq üçün özünü Baş Prokurorluğun işçisi kimi göstərdiyini bilmişdir. O, bundan sonra Fəridə zəng vuranda Fərid Vladislavın işi ilə bağlı vəkil haqqı olaraq Rəşadın 1000 manat pul verdiyini demiş, Rəşada 40000 manat pul verməsindən məlumatsız olduğunu bildirmişdir. Onlar Rəşada pul verdikdən sonra ibtidai istintaq dövründə Vladislav heç vaxt Bakı İstintaq Təcridxanasına keçirilməmiş və Vladislava elan olunmuş ittihama heç bir dəyişiklik edilməmiş, Vladislavın CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair DTX-nın İstintaq Baş İdarəsində istintaq olunan cinayət işi 2023cü ilin may ayında Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 nümayəndəsi Bakı şəhəri 19 saylı Vəkil bürosunun vəkili Nümayəndə göstərdi ki, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 dəymiş maddi ziyanı indiyə qədər ödəmədiyi üçün ondan şikayətçidirlər, ona qarşı mülki iddia ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 xeyrinə 40000,00 (qırx min) manat pulun və 5000,00 (beş min) manat mənəvi ziyanın, cəmi 45000,00 (qırx beş min) manat pulun tutularaq ödənilməsinin təmin olunmasını xahiş etmişlər. Bu barədə ərizə ünvanlamış və təqsirləndirilən şəxsin məhkumluğu ödənilmədən yeni cinayət törətməsi səbəbindən təhlükəli subyekt olmasının nəzərə alınaraq mülki iddianın təmin edilməsini və ona ağır cəza təyin edilməsini xahiş edirlər. Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs məhkəməyə şifahi vəsatətlə müraciət edərək özünü təqsirli bildiyini göstərmiş və şahid ifadələrinin elan olunaraq məhkəmə istintaqının tamamlanmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs bu vəsatəti təmin olunaraq şahid ifadələri məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 elan edilmiş ifadəsi ilə müəyyən edildi ki, o da Zərərçəkmiş şəxs1 ifadəsi ilə oxşar, eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 elan edilmiş ifadəsi ilə müəyyən edildi ki, 2022-ci ilin noyabr ayının əvvəllərində Əhməd ona zəng edərək oğlu Nurlanın yoldaşını zorlaması ilə bağlı Pirallahı rayon prokurorluğunda cinayət işinin istintaq olunduğunu, Nurlanın istintaq dövründə həbs olunduqdan sonra xəstəlikləri ilə bağlı ev dustaqlığına buraxıldığını, bir də tutulsa ölə biləcəyini demiş və kömək etmək üçün tanış adam olub-olmamasını soruşmuşdur. Rəşad ona kömək etdiyi üçün sonuncunun adını verərək maraqlanıb xəbər edəcəyini demişdir. Daha sonra o, Rəşada zəng edib həmin işlə bağlı məlumat vermiş, sonuncuya dəlixana və ya başqa üsulla kömək edib-edə bilməyəcəyini soruşmuş, Rəşad da həkimlə maraqlanıb xəbər edəcəyini demişdir. Həmin gün bir qədər sonra Rəşad “whatsapp” mobil proqramında ona zəng vurub maraqlandığını, kömək edə biləcəyini deyib Əhmədlə danışmaq istəmişdir. O da “whatsapp” mobil proqramında konfrans zəng etmiş, Rəşad Əhmədə 15000 manat müqabilində işi həll edə biləcəyini demiş, Əhməd imkanının zəif olduğunu deyəndən sonra Rəşad 2000 manat ona düşən payı Nurlanın xəstəliyinə keçdiyini, 13000 manata həll edə biləcəyini demişdir. Əhməd və Rəşad 13000 manat müqabilində növbəti gün görüşmək barədə razılaşmış, o, danışıq zamanı sonunculara müdaxilə etməmişdir. Növbəti gün, yəni 2022-ci ilin noyabr ayının əvvəllərində saat 19 radələrində “Azərbaycan” kinoteatrının qarşısında Rəşad, Əhməd və əvvəllər tanımadığı Əhmədin qardaşı Vüqar görüşmüş, Əhmədlə Rəşad orada ilk dəfə bir-birini görüb tanış olmuşlar. Onlar birlikdə İçərişəhərdə “Qız Qalası”nın arxasındakı adsız çayxanaya getmiş, Rəşadla Əhməd yan-yana əyləşmiş, onunla Vüqar isə uzun divanın digər tərəfində əyləşmişlər. Əhməd oğlu barəsində olan cinayət işi ilə bağlı yenidən Rəşada məlumat vermiş, Rəşad telefonda kiməsə zəng vurub işlə bağlı Rauf adlı şəxslə danışmış, ancaq Rəşadın kiminlə nə danışdığını eşitməmiş, çünki çayxana səs-küylü olmuşdur. O, Rəşadın bircə “keçən dəfə bir məsələ demişdim, onu həll etmək olacaq?” dediyini eşitmişdir. Rəşad telefonla danışandan sonra işin həll olunacağını və heç bir problem olmayacağını demiş, çayxanada olduğu müddətdə ona bir neçə dəfə zəng gəldiyinə görə çölə çıxıb danışaraq geri qayıtmıdır. Vüqar ancaq Rəşad və Əhmədlə birlikdə sonuncuların yanında oturmuş, çölə çıxmamışdır. O, telefonla danışıb içəri girəndən sonra Əhməd danışıb həll etdiklərini və 13000 manat pulu Rəşada verdiyini demiş, Rəşad da 13000 manat pulu aldığını təsdiq etmiş və əlavə olaraq çıxıb işi həll edəcək adamla görüşməyə gedəcəyini demişdir. Həmin vaxtdan sonra Rəşadı bir neçə dəfə ortaq tanışlarının məclisində görərkən Nurlanın işi ilə maraqlanmış, Rəşad da həll olunacağını, hər şeyin qaydasında olduğunu, özünün Əhmədlə əlaqə saxladığını demiş, o cümlədən o, Əhmədlə də danışanda sonuncu problem olmadığını demişdir. 2023-cü ilin yanvar ayında Əhməd ona “whatsapp” mobil proqramında zəng vurub Rəşadın adını internetdə axtaranda dələduz kimi əvvəllər məhkum olunduğunu demiş, ona görə də Nurlanın işi ilə bağlı narahat olduğunu bildirmişdir. Onun Rəşadın tutulmasından və dələduz olmasından xəbəri olmamış, o, Rəşadın prokurorluq işçisi olmadığını demişdir. Bundan sonra o, Rəşadın adını internetdə yazanda Rəşadın əvvəllər deputatlığa namizəd olduğunu, daha sonra 2012-ci ildə dələduzluq etdiyinə görə 10 il azadlıqdan məhrum edildiyini görmüşdür. Bundan sonra o, bir neçə dəfə Rəşadın hər iki nömrəsinə zəng vurub işi maraqlanmış, ancaq qaçar deyə, özünə heç nə bildirməmişdir. Rəşad hər dəfəsində işin həll olunacağını və Əhmədlə bu barədə danışdığını demiş, bir neçə gün sonra Rəşad yoxa çıxmış, heç bir nömrəsinə zəng çatmamışdır. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X12 elan edilmiş ifadəsi ilə müəyyən edildi ki, o, Pirallahı rayon prokurorunun köməkçisi Arif Əhmədovla 5-6 ildir dostluq edir. Zərərçəkmiş şəxs1 təxminən 4-5 aydır yaşadığı Şüvəlan qəsəbəsində ortaq dostları vasitəsilə tanımış və münasibəti yaranmışdır. 28 yanvar 2023cü ildə Zərərçəkmiş şəxs1 ona zəng vurub görüşmək istədiyinə görə 2 gün sonra Əhmədlə Şüvəlan qəsəbəsində yerləşən “Xəzri” restoranında görüşmüş, Əhməd oğlu Nurlanın barəsində Pirallahı rayon prokurorluğunda Azərbaycan Respublikası CM-nin 145.1 və 149.1-ci maddələri ilə cinayət işinin istintaq olunduğunu, Nurlan ev dustaqlığına buraxılandan sonra istintaq dövründə Nurlanın məsuliyyətdən azad edilməsi, yəni gələcəkdə türməyə getməməsi üçün Rəşad adlı şəxsə 13000 (on üç min) manat pul verdiyini, Rəşadın da işi həll etmək üçün pulu Rauf Qasımov adlı prokurorluq əməkdaşına verdiyini, ancaq Nurlana heç bir köməklik göstərilmədiyini bildirmişdir. Əhməd Rəşadla mobil telefonda danışarkən Rəşad Pirallahı rayon prokurorunun köməkçisi Arif Əhmədovun ünvanına söyüş söymüş, Nurlana da köməklik göstərəcəyini bildirmiş, həmin danışıq Əhməd tərəfindən telefonda olan proqram vasitəsilə qeydə alınmışdır. O, Əhməddən həmin səs yazısını “whatsapp” mobil proqramında ona göndərməsini xahiş etmiş, Əhməd həmin səs yazısını əvvəllər istifadə etdiyi nömrənin “whatsapp” mobil hesabına atmış, o da həmin 11 dəqiqə 36 saniyədən ibarət olan səs yazısını Arifə göndərmişdir. Əhməd əlavə olaraq müdiri Nigarın da işini həll etmək üçün sonuncuya Rəşadı yönləndirdiyini, Rəşadın Nigarı da aldadıb 40000 manat pul aldığını, ancaq heç bir kömək etmədiyini, Rəşadın yoxa çıxdığını demişdir. Əhmədin ona göndərdiyi səs yazısına qulaq asmış, həmin səs yazısı Əhmədlə Rəşad adlı şəxs arasında aparılan danışıq olmuş, danışıq zamanı Rəşad Arifin ünvanına təhqiramiz sözlər işlətmiş, işi danışdığını və köməklik göstərəcəyini bildirmiş, ancaq kimin vasitəsilə iş gördüyünü deməmişdir. Əhməd onunla 30 yanvar 2023-cü ildə görüşəndə sonuncunun dediyinə görə 13000 manat pulu Nurlanın çöldə qalması, barəsində istintaq olunan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləndən sonra iş hansı hakimə düşsə, hakimlə danışıb şərti cəza verilməsi üçün Rəşada vermiş, görüşəndə Rəşad onun yanında Raufla danışmışdır. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X5 və X3 elan edilmiş ifadələri ilə onların da zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 ifadəsi ilə oxşar, eyni məzmunlu ifadələr verərək onun göstərdiklərini təsdiq etmələri müəyyən edildi. İş materiallarından görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs ilə zərərçəkmiş Zərərçəkmiş şəxs1 arasında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs1 oğlu Nurlan Abdullayev barəsində istintaq olunan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərildikdən sonra icraatına verilmiş hakimlə danışaraq sonuncuya 1-1,5 il şərti azadlıqdan məhrum etmə cəzasının verilməsi adı altında 5 noyabr 2022-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, İçərişəhər Qoruğu ərazisində yerləşən kafedə onu aldadaraq 13000 manat pulu ələ keçirdiyini bir daha Təqsirləndirilən şəxs üzünə qarşı bildirmiş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1lə razılaşaraq sonuncunun ifadəsində göstərdiklərini təsdiq etmişdir. İş materiallarından görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs ilə zərərçəkmiş Zərərçəkmiş şəxs2 arasında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs2 ifadəsində göstərdiklərini bir daha Təqsirləndirilən şəxs üzünə qarşı bildirmiş, Təqsirləndirilən şəxs Rauf Qasımova 20000 manat pul verməsinə dair Zərərçəkmiş şəxs2 mobil telefonda məlumat verməsini təsdiq etsə də, bunu Zərərçəkmiş şəxs2 ona inanması üçün dediyini, reallıqda isə Rauf Qasımovun həmin işdən məlumatsız olduğunu, Rauf Qasımov və digər hər hansı şəxsə pul vermədiyini bildirmişdir. İş materiallarından görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs ilə şahidlər X13 və X8 arasında üzləşdirmə istintaq hərəkətləri keçirilmiş, üzləşdirmələr zamanı Səbinə Kiselyova və Svetlana Kiselyova ifadələrində göstərdiklərini bir daha Təqsirləndirilən şəxs üzünə qarşı bildirmiş, təqsirləndirilən Təqsirləndirilən şəxs hər iki üzləşdirmə zamanı sözügedən məsələ ilə bağlı Rauf Qasımova 20000 manat pul verməsinə dair Zərərçəkmiş şəxs2 mobil telefonda məlumat verməsini təsdiq etsə də, bunu Zərərçəkmiş şəxs2 ona inanması üçün dediyini, reallıqda isə Rauf Qasımovun həmin işdən məlumatsız olduğunu, Rauf Qasımov və digər hər hansı şəxsə pul vermədiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılan Məhkəmə-fonoskopik ekspertizasının 21 iyul 2023-cü il tarixli, 3-16-16/2-4/1112- 4/1119 nömrəli rəyindən görünür ki, təqdim olunmuş 1 ədəd “PRİNCO” markalı CD-R diskdə olan mübahisəli fonoqramdakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətndən ibarətdir. Həmin diskdə olan mübahisəli fonoqramdakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnində “K1” kimi işarə olunmuş diktorun səsi və nitqi - Təqsirləndirilən şəxs, “K2” kimi işarə olunmuş diktorun səsi və nitqi - Zərərçəkmiş şəxs1 məxsusdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 200,00 (iki yüz) manatdır. İş materiallarında olan “CD” diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs arasında aparılmış 11 dəqiqə 36 saniyədən ibarət danışıq zamanı Təqsirləndirilən şəxs Nurlan Abdullayev barəsində istintaq olunan cinayət işini tapşırdığını və Zərərçəkmiş şəxs1 işin razılaşdıqları kimi olacağını bildirmişdir. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 sentyabr 2013-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2 və 320.1-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 mart 2018-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs təyin edilmiş cəza “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanununa uyğunlaşdırılaraq 6 (altı) ay azaldılmış və qəti olaraq 9 il 6 ay azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. İş materiallarında olan Penitensiar Xidmətin 6 saylı cəzaçəkmə müəssisəsindən daxil olmuş 19 iyul 2023-cü il tarixli məktubdan görünür ki, amnistiya aktının tədbiq edilməsi haqqında 24 noyabr 2021-ci il tarixli qərarla “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən, yəni ilk dəfə ağır cinayət törətdiyinə görə azadlıqdan məhrum etmə cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 6 (altı) aydan az qaldığından məhkum Təqsirləndirilən şəxs həmin gün cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. İş materiallarından görünür ki, “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 7-ci bəndinə əsasən, bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülmüş, Təqsirləndirilən şəxs təqsirli bilindiyi əməl ağır cinayətlər kateqoriyasına aid olduğundan onun üzərindən məhkumluq götürülməmişdir. İş materiallarında olan və Zərərçəkmiş şəxs1 Müşfiq tərəfindən yazılaraq məhkəməyə ünvanlanmış 18 yanvar 2024-cü il tarixli ərizədən görünür ki, ona dəymiş 13000 (on üç min) manat məbləğində ziyan Təqsirləndirilən şəxs tamamilə ödənildiyindən, o, onunla barışmışdır. Hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və ya digər tələbi yoxdur, ona hər hansı cəzanın verilib-verilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxır. İş materiallarında olan və zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 nümayəndəsi Bakı şəhəri 19 saylı Vəkil bürosunun vəkili Nümayəndə tərəfindən yazılaraq məhkəməyə ünvanlanmış 21 iyun 2024-cü il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 dəymiş maddi ziyanı indiyə qədər ödəmədiyi üçün ondan şikayətçidirlər, bunun və təqsirləndirilən şəxsin məhkumluğu ödənilmədən yeni cinayət törətməsi səbəbindən təhlükəli subyekt olmasının nəzərə alınaraq mülki iddianın təmin edilməsini və ona ağır cəza təyin edilməsini xahiş edirlər. İş materiallarında olan Bakı şəhəri Xətai rayon MKTB-nin 75 saylı MKİS tərəfindən verilmiş 17 iyul 2023-cü il tarixli 14 saylı Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 26 aprell 2023-cü il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 sentyabr 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2 və 320.1-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.3-cü maddəsinə əsasən 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 29 yanvar 2013-cü il tarixli Qərarı ilə 27 sentyabr 2013-cü il tarixli hökm dəyişdirilmədən saxlanılmış, 12 mart 2018-ci il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında 20 oktyabr 2017-ci il tarixli Qanunun tətbiqi ilə əlaqədar CM-nin 178.3.2-ci maddəsi ilə cəzası 9 (doqquz) ilə endirilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən qəti olaraq 9 (doqquz) il 6 (altı) ay müddətə endirilmiş, 24 noyabr 2021-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya Qərarının 2.4-cü bəndinə əsasən cəzasının çəkilməmiş 4 (dörd) ay 7 (yeddi) günündən azad edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir (götürülməmişdir). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda ziyan vurmaqla əmlakını ələ keçirməklə dələduzluq etmiş, özbaşına özünü vəzifəli şəxs kimi təqdim edib və vəzifəli şəxsin səlahiyyətlərini mənimsəməklə hüquqi şəxsin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəməsi zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, həmçinin cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında ibtidai istintaq zamanı CM-nin 310-cu maddəsində göstərilən cinayət əməlini törətməkdə özünü təqsirli bilməməsi, Zərərçəkmiş şəxs2 özünü vəzifəli şəxs kimi təqdim etməmiş, özünü yalnız Baş Prokurorluqda işləyən şəxslərlə yaxın münasibəti olan şəxs kimi təqdim etdiyini bildirməsi barədə ifadəsinə tənqidi yanaşaraq qeyd edir ki, onun bununla bağlı gətirdiyi dəlillər zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, maddi sübutlar və cinayət işinin digər materialları ilə təkzib olunur. Ona görə də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı bu məzmunda ifadə verməsi özünü müdafiə xarakterli olmaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi güdmüşdür. İş materiallarından görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Rauf Qasımova 3000 manat pul verməsinə dair ifadəsində göstərdiyi xüsusatlar toplanmış sübutlarla təkzib olunduğundan özünümüdafiə xarakterli kimi qiymətləndirilmiş və 01 avqust 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarla X18 barəsində cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4 və 310-cu maddələri ilə tövsif edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməlləri etiraf edərək peşman olmasını, Zərərçəkmiş şəxs1 dəymiş maddi ziyanı tamamilə ödəyərək onunla barışıq əldə etməsini və hazırda həmin zərərçəkmiş şəxsin ondan heç bir şikayət və ya digər tələbinin olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına və məhkumluğunun ödənilməməsinə (götürülməməsinə) baxmayaraq, yenidən qəsdən cinayət törətməsini və bununla da Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaratmasını Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə, onun şəxsiyyətinin digər xüsusiyyətlərinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4 və 310-cu maddələrinin hər biri ilə ayrı-ayrılıqda həmin maddələrin sanksiyalarında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikasının CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün – azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkmə müddətinin əvvəli tutulduğu 23 iyun 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 200,00 (iki yüz) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CPM-nin 179.1, 179.2 və 179.3-cü maddələrinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur, mülki-prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: - ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Azərbaycan Respublikası CPM-nin 183.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 vəkili və nümayəndəsi Nümayəndə təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı mülki iddia ilə müraciət edərək cavabdeh Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 xeyrinə 40000,00 (qırx min) manat pulun və 5000,00 (beş min) manat mənəvi ziyanın, cəmi 45000,00 (qırx beş min) manat pulun tutularaq ödənilməsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə hesab edir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Bu baxımdan da, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki cavabdeh mülki iddianı etiraf etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 vəkili və nümayəndəsi Nümayəndə iddia tələbini maddi ziyan hissəsində tam əsaslandıra bildi, mənəvi ziyan hissəsində isə tam əsaslandıra bilmədi. İş üzrə verilmiş mülki iddianın dəlillərini müzakirə edərək, tərəflərin məhkəmə iclasında vermiş olduğu izahatları və sənədləri araşdıraraq məhkəmə hesab edir ki, iddia tələbi maddi zian tələbi hissəsində tam, mənəvi ziyan hissəsində isə qismən təmin edilməlidir. İddiaçı tərəfindən irəli sürülmüş mənəvi zərərin ödənilməsi tələbinə dair isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında izah olunmuşdur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyriəmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna görə də mənəvi zərərin sübut edilməsini hər bir halda tələb etmək düzgün deyildir. Məhkəmə ədalətlilik prinsipini rəhbər tutmaqla kompensasiya təyin edilməsi və onun məbləğinin müəyyən edilməsi məsələsini müzakirə edərək həll etməlidir. Ərizəçinin narahatlıq, iztirab, qorxu, təşviş, ümidsizlik hissləri keçirilməsi mənəvi zərərin ödənilməsi üçün əsasdır. Həmin məhkəmə “Smirnova Rusiyaya qarşı” iş üzrə qəbul etdiyi qərarında isə göstərmişdir ki, mənəvi ziyanın bəzi formalarını, o cümlədən emosional iztirabları... onların təbiətinə görə heç də həmişə hansısa konkret vasitə ilə sübuta yetirmək mümkün olmur. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X10 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həmin Qərarın 4-cü bəndində isə göstərilmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi ziyanın ödənilməsini tələb etmək hüququnu istisna etmir. Hazırkı iş üzrə mülki cavabdehin hərəkətləri nəticəsində iddiaçıya maddi zərərin vurulmasının sübut edildiyini və vurulmuş maddi zərərin həcmini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı həm də mənəvi sarsıntı və iztirab keçirmiş və buna görə də, mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlıdır. Qeyd olunan Qərarın 10-cu bəndində göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Bu Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Bu Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən, “mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir)”, “delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır”. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. İşin yuxarıda göstərilən müəyyən edilmiş hallarını və qanunun qeyd edilən normalarını nəzərə alaraq məhkəmə hesab edir ki, mənəvi zərərin ödənilməsi ilə bağlı iddia tələbi qismən təmin edilməli, dəymiş mənəvi zərərin əvəzi kimi 500,00 (beş yüz) manat ağlabatan məbləğ kimi müəyyənləşdirilərək təqsirləndiriilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 verilməlidir. Məhkəmə belə nəticəyə gəlir ki, mülki iddia qismən təmin edilməli, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs maddi ziyana görə 40000,00 (qırx min) manat və mənəvi ziyana görə 500,00 (beş yüz) manat, cəmi 40500,00 (qırx min beş yüz) manat tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 ödənilməli, mülki iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.2, 178.2.4 və 310-cu maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını məhkəmədə müdafiə etmiş Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 20 iş saatına görə cəmi 120,00 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4 və 310-cu maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona CMnin 178.2.2 və 178.2.4-cü maddələri ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 310-cu maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasının əvvəli 23 iyun 2023-cü il tarixdən hesablanmaqla cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Mülki iddia qismən təmin edilsin. Təqsirləndirilən şəxs maddi zərərin əvəzi olaraq 40000,00 (qırx min) manat məbləğində pul və mənəvi zərərin əvəzi olaraq 500,00 (beş yüz) manat, cəmi 40500,00 (qırx min beş yüz) manat məbləğində pul alınaraq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 ödənilsin. Mülki iddia qalan hissədə təmin edilməsin. Təqsirləndirilən şəxs 200,00 (iki yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə baxışı zamanı Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən müdafiə edilməsinə görə 120,00 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar