Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-12/2021 08.04.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru X4, Müdafiəçi - Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Müdafiəçi - Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, məhkum olunmamış, evli, natamam orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Gülçülük Savxozunda yerləşən fərdi yaşayış evində yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, məhkum olunmamış, subay, natamam orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 3 ünvanında qeydiyyatda olan və ünvan 4 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 xx xxx 2020-ci il tarixdə saat 01:30-da tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yeri olan Zərərçəkmiş şəxs Adil oğluna məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsində yerləşən həyətdə olan damın qapısını açma yolu ilə qanunsuz daxil olub damdan 01 başı 180 manat olan cəmi 4320 manat dəyərində 9 aylıq ət çıxarı 15 kiloqram olan 24 baş qoyunu gizli yolla talayaraq zərərçəkmişə ümumilikdə 4320 (dörd min üç yüz iyirmi) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 xx xxx 2020-ci il tarixdə saat 01:30-da tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yeri olan Zərərçəkmiş şəxs Adil oğluna məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsində yerləşən həyətdə olan damın qapısını açma yolu ilə qanunsuz daxil olub damdan 01 başı 180 manat olan cəmi 4320 manat dəyərində 9 aylıq ət çıxarı 15 kiloqram olan 24 baş qoyunu gizli yolla talayaraq zərərçəkmişə ümumilikdə 4320 (dörd min üç yüz iyirmi) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ittiham olunduğu əməlin törədilməsində tam təqsirli bilərək ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs1 onun dostudur. Onlar Şahinlə tez-tez görüşürlərmiş. xx xxx 2020-ci il tarixdə saat 15 radələrində Mərdəkan qəsəbəsində dostu Şahinlə görüşmüşlər. Şahin ona bildirmişdir ki, tanıdığı bir həyət var, həmin həyətdə heç kim yaşamır, həyətdə olan qoyunları oğurlamaq istəyir və birlikdə gecə gedib qoyunları oğurlamağı təklif etmişdir. O, Şahinlə razılaşmışdır. xx xxx 2020-ci il tarixdə saat 00:30 radələrində Şahin ilə birlikdə Şüvəlan qəsəbəsində yerləşən 237 nömrəli məktəbin qarşısında ilk olaraq piyada görüşmüş, daha sonra isə o, Şahinlə birlikdə yaşadığı evin yaxınlığına getmişdir. O, Şahinə orada gözləməyini demiş özü isə evlərinə tərəf getmişdir. Belə ki, o, bilirmiş ki, əmisi Əli özünə məxsus olan Raf markalı avtomaşını küçədə saxlayırmış. O, heç kimin, hətda Şahinin bundan xəbəri olmadan avtomaşına yaxınlaşıb kilidi olmayan qapısını açmış və avtomaşının elektirik naqili ilə işə salındığını bildiyi üçün avtomaşını elektirik naqili ilə işə salaraq avtomaşını idarə edib Şahinin onu gözlədiyi yerə getmişdir. Şahini avtomaşına dəvət etmiş, Şahin avtomaşına əyləşmişdir. Həmin vaxt artıq saat 01:30 radələri olmuşdur. O, Şahinə avtomaşının kimə məxsus olması, eləcə də avtomaşını əmisi Əlinin icazəsi olmadan idarə edib gəldiyi barədə heç bir şey bildirməmişdir, nədə Şahin bu barədə soruşmamışdır. Onlar birlikdə Şahinin bildirdiyi kimi əvvəlcədən tanıdığı Fuad adlı şəxsə məxsus həyətin qarşısına yollanmışdırlar. Şahin avtomaşından düşmüş və həmin Fuada məxsus həyətin qapısının kilidini Şahin dartıb açmışdır. Həyət qapısının laylarını açmış və Emin avtomaşını həyətə salmışdır, qapını arxa tərəfdən Şahin bağlamışdır ki, kimsə küçədən görməsin. Bundan sonra Şahin həyətdə olan tövlənin qapısı əvəz qoyulmuş setkasını kənara çəkmişdir. Tövlədə olan qoyunları saymış orada 31 baş qoyun olmuşdur. Onlar Emin ilə birlikdə 24 baş qoyunun ayağları əvvəlcə damın içərisində avtomaşından götürdüyləri iplə bir bir bağlamışdırlar. Bundan sonra həmin 24 baş heyvanları onun idarə etdiyi əmisi Əliyə məxsus Raf avtomaşınına yükləmişdirlər. Tövlədə 7 baş qoyun qalmış. Daha sonra isə tövlənin qapısının əvəzi qoyulmuş setkanı yenidən Şahin olduğu kimi qoymuş və Şahin həyətin qapısını yenidən açaraq o, avtomaşını küçəyə çıxartmışdır. Şahində həyət qapısını olduğu kimi bağlamış və ona bildirmişdir ki, gedib onu 237 saylı məktəbin qarışısnda gözləsin. Şahində qapını bağladıqdan sonra piyada olaraq məktəbin yanına gəlmiş və birlikdə əvvəlcə Şahingilin Binə qəsəbəsində boş torpaq sahəsi olan hasarlanmış və darvazası olan sahələrinə getmişlər. Orada qoyunların 15 başını həmin həyətə boşaltmışlar. Maşında qalan qoyunları saydıqda maşında 7 baş qoyunun qaldığı məlum olmuşdur. Onla fikirləşmişdirlər ki, yəqin qoyunlardan iksi yolda hardasa düşüb qalıbmış. Şahin qoyunları düşürdüb ayağlarını açdıqdan sonra onunla birlikdə Şahinin yaşadığı evə yəni Şüvəlan qəsəbəsinə qayıtmış və Şahin avtomaşından düşüb evə getmiş o, isə oradan uzaqlaşmışdır. Həmin 7 baş qoyunları onun idarə etdiyi avtomaşında qalmışdır. Daha sonra isə nə baş verməsindən heç bir məlumatı olmamışdır. xx xxx 2020-ci il tarixdə Polis əməkdaşları onun yaşadığı evə gəlmiş və onu Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinə aparmışlar. O, olanları səmimi etiraf etmişdir. Onuda qeyd etmişdir ki, oğurluq etdiyi barədə nə əvvəlcədən nədə sonradan heç kimə məlumat verməmişdir. O, avtomaşında saxladığı 7 baş qoyunları polis əməkdaşlarına təhvil vermişdir. Təqsirləndirilən şəxs2 son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, ilk dəfə cinayət əməli törətdiyini, İİ Qarabağ müharibəsində iştirak etdiyini, zərərçəkmiş şəxsə dəymiş ziyanı qismən ödədiyini, zərərçəkmiş şəxsin ondan şikayətinin olmadığını bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs2 onun dostudur. O, maddi durumu pis olduğundan oğurluq etmək qərarına gəlmişdir. Belə ki, yaşadığı Şüvəlan qəsəbəsində yerləşən adını Zərərçəkmiş şəxs kimi tanıdığı şəxsə məxsus A.İldırım küçəsində xırda buynuzlu heyvanları saxladığı həyət vardır. Həmin həyətdə Fuad yalnız heyvanları tövlədə saxlayır, yaşayış olmamışdır, bilirmişdir ki, Fuad gündüz vaxtlar gəlib heyvanlara baş çəkir, gecə vaxtı həmin həyətdə heç kim olmurmuş. Həmin həyətdə olan xırdabuynuzlu heyvanları oğurlamaq niyyətinə düşmüşdür. Onlar razılaşmışlar. xx xxx 2020-ci il tarixdə saat 00:30 radələrində o, Emin ilə birlikdə Şüvəlan qəsəbəsində yerləşən 237 nömrəli məktəbin qarşısında ilk olaraq piyada görüşüblər. Daha sonra isə Emin ilə birlikdə Eminin yaşadığı evin yaxınlığına getmişdir. Emin ona orada gözlədiyini demiş özü isə evlərinə tərəf getmiş, təxminən 3-4 dəqiqə keçdikdən sonra Emin göy rəngli Raf markalı avtomaşını idarə edərək əvvəlcədən onu gözlədiyi yerə gəlmiş, avtomaşını onun yanında saxlamış, onu avtomaşına dəvət etmişdir. O, avtomaşına əyləşmişdir. O, Eminə avtomaşının haradan əldə etməsi və kimə məxsus olması barədə heç bir şey bildirməmiş, bu barədə də heç bir məlumatı olmamışdır. Həmin vaxt artıq saat 01:30 radələri olmuşdur. Onlar birlikdə onun əvvəlcədən tanıdığı Fuada məxsus həyətin qarşısına yollanmışlar. O, avtomaşından düşmüş və həmin Fuada məxsus həyətin qapısının kilidini dartıb açmışdır. Həyət qapısının laylarını açmış və Emin avtomaşını həyətə salmış, qapını arxa tərəfdən bağlamışdır ki, kimsə küçədən görməsin. Bundan sonra o, həyətdə olan tövlənin qapısı əvəz qoyulmuş setkasını kənara çəkmişlər. Tövlədə 31 baş qoyun olmuşdur. Onlar Emin ilə birlikdə 24 baş qoyunun ayağları əvvəlcə damın içərisində avtomaşından götürdüyü iplə bir bir bağlamışlar. Bundan sonra həmin 24 baş heyvanları Eminin idarə etdiyi əmisi Əliyə məxsus Raf avtomaşınına yükləmişlər. Tövlədə 7 baş qoyun qalmışdır. Daha sonra isə tövlənin qapısının əvəzi qoyulmuş setkanı yenidən olduğu kimi qoymuş və o, həyətin qapısını yenidən açaraq Emin avtomaşını küçəyə çıxartmışdır. Oda həyət qapısını olduğu kimi bağlamış və Eminə bildirmişdir ki, gedib onu 237 saylı məktəbin qarışısnda gözləsin. Oda qapını bağladıqdan sonra piyada olaraq məktəbin yanına gəlmiş və onlar Emin ilə görüşmüşlər. Əvvəlcə onların Binə qəsəbəsində boş torpaq sahəsi olan hasarlanmış qapısı qoyulmuş sahəyə getmişlər. Orada qoyunların 15 başını həmin həyətə boşaltmışlar. Maşında qalan qoyunları saydıqda onlara maşında 7 baş qoyun qaldığı məlum olmuşdur. Onlar fikirləşmişlər ki, yəqin qoyunlardan iksi yolda hardasa düşüb qalıbmış. O, qoyunları düşürdüb ayağlarını açdıqdan sonra Emin ilə birlikdə yaşadığı evə gəlmiş və o, evə getmişdir, Emin isə oradan uzaqlaşmışdır. Həmin 7 baş qoyunları Emin avtomaşında saxlamışdır. Daha sonra isə nə baş verməsindən heç bir məlumatı olmamışdır. xx xxx 2020-ci il tarixdə Polis əməkdaşları onun yaşadığı evə gəlmiş və onu Xəzər RPİ-nin 1ci Polis Şöbəsinə aparmışlar. O, olanları səmimi etiraf etmiş, oğurluq etdiyi barədə nə əvvəlcədən nədə sonradan heç kimə məlumat verməmişdir. O, qoyunları saxladığı yeri polis əmkdaşlarına bildirmiş və 15 baş qoyunları oradan götürmüşlər. Onuda qeyd etmişdir ki, o, əvvəlcədən nə də oğurluq edən zaman onun avtomaşınını əmisinin icazəsi olmadan idarə etməsi barədə heç bir məlumatı olmamış, bu haqda da Emindən də heç bir şey maraqlanmamışdır. X7 bilmişdir ki, avtomaşın Eminin əmisinə məxsusdur və Emin həyətin qarşısından əmisinin xəbəri olmadan avtomaşını qaçırmışdır. Təqsirləndirilən şəxs1 son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, ilk dəfə cinayət əməli törətdiyini, himayəsində bir azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı qismən ödədiyini, zərərçəkmiş şəxsin ondan şikayətinin olmadığını bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Adil oğlu bildirdi ki, Şüvəlan qəsəbəsində xırda buynuzlu heyvan alqı-satqısı ilə məşğul olub ailəsini dolandırırmış. Onun 31 baş xırda buynuzlu heyvanı olmuşdur. Həmin xırda buynuzlu heyvanlar Şüvəlan qəsəbəsi, A.İldırım küçəsində yerləşən özünə məxsus həyətdə olan damda saxlayırmış. Həyətin giriş qapısı daimi olaraq qıfıllı olur, damın qapısına isə havalandırmaq üçün setka söykəyirmiş. xx xxx 2020-ci il tarixdə saat 20 radələrində həmin heyvanları damda saymış və onların sağlamlığına baxmış, heyvanlar 31 baş olmaqla tam sağlam qaydasında olmuşdur. Səhəri gün yəni xx xxx 2020-ci il tarixdə saat 08 radələrində gəlib heyvanlara baş çəkən zaman heyvanlardan tövlədə cəmi 7 baş xırda buynuzlu heyvanları qalmışdır. Ona məlum olmuşdur ki, ona məxsus hər biri 185 manat olan 9 aylıq olmaqla 15 kiloqramlıq 24 baş xırda buynuzlu heyvanlar oğurlanmışdır. O, bu barədə dərhal DİN-nin 102 zəng xidmətinə məlumat vermişdir. Polis əməkdaşları gəlib hadisə yerini müayinə etmişlər. Protkol tərtib olunaraq fotoşəkillər çəkilmişdir. Həmin günü ona polis əməkdaşları tərəfindən məlum olmuşdur ki, ona məxsus 24 baş xırdabuynuzlu heyvanların Raf markalı göy rəngli yük maşını ilə oğurlamışdır. Həmin avtomaşın müəyyən olunduqda onun yük yerindən 7 baş xırda buynuzlu heyvanlarını 1-ci Polis Şöbəsindən təhvil almışdır. Bundan sonra digər heyvanların Binə qəsəbəsində olduğu müəyyən olunmuş və o, Binə qəsəbindən boş hasarlanmış həyətdən cəmi 15 baş xırda buynuzlu heyvanlarını təhvil almışdır. Bununla da onun təhvil aldığı xırda buynuzlu heyvanlarının sayı ümumi olaraq 22 baş heyvan olmuşdur. Sonradan məlum olmuşdur ki, heyvanları həmin şəxslər oğurlayarkən biri onlara yaxın məhəllədə düşüb qalmışdır, həmin heyvanı qonşusu tapmışdır. Digər bir heyvan isə ola bilsin hardasa düşübmüş, həmin heyvan tapılmamışdır. xx xxx 2020-ci il tarixdə oğurlanmış heyvanlardan biri oğurlanan zaman əzildiyindən ölmüşdür. Beləliklədə oğurlanmış heyvanlardan biri ölmüş digəri isə tapılmamışdır. Təqsirləndirilən şəxslər ona dəymiş ziyanı qismən ödəmişdir. Təqsirləndirilən şəxslərdən şikayəti yoxdur. Bu səbəbdən də onlara azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid Aydın oğlu bildirdi ki, “Raf 2203” markalı **-EB-*** dövlət nömrə nişanlı avtomaşın ona məxsusdur. Həmin avtomaşını xx xxxx 2020-ci il tarixdə mülki etibarnamə ilə almışdır. Həmin avtomaşın idarə ediləsi deyil demək olar ki, nasaz vəziyyətdədir. Avtomaşın hər gün həyətin qabağında küçədə qalır. Avtomaşının qapısının kilidi işləmir, yəni açıq vəziyyətdə olur. Avtomaşın isə elektirik naqili işə işə salınır. xx xxx 2020-ci il tarixdə o, gecə evdə yatmışdır. Sonradan ona məlum olmuşdur ki, qardaşı Ehtiramın oğlu Emil həmin günü gecə saat 01 radələrində ona məxsus avtomaşını qapıdan götürüb apararaq tanışı Şahin ilə birlikdə Şüvəlan qəsəbəsindən qoyun oğurlamışlar. Onuda bildirmişdir ki, o, Emilin əvvəlcədən oğurluq etməsi barədə heç bir məlumatı olmamışdır, eləcə də avtomaşına heç bir ziyan dəyməmişdir. Bu barədə heç bir şikayət və tələbi olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının xx xxxx 2020-ci il tarixli, 9/1632 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, Respublikada yerləşən ticarət məntəqələrində, mal-heyvan satışı bazalarında mövcüd olan qiymətlərə və eləcə də Mərkəzdə olan məlumatlardan istifadə edilməklə, ekspertiza təyini haqqında qərarda göstərilən 01 baş 9 aylıq ət çıxarı 15 kiloqram olan qoyunun 2020-ci ilin may ayına olan orta bazar qiyməti təxminən 180,0 manat müəyyən edilir. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1994-cü ildə Bakı şəhərində doğulmuş Təqsirləndirilən şəxs2 məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1993-cü ildə Bakı şəhərində doğulmuş Quliyev X6 RPŞ-nin xx.xx.2018-ci il tarixli qərarı ilə onun barəsində başlanılmış AR CM-nin 263.1-ci maddəsi ilə cinayət işinə AR CM-nin 39.1.11-ci maddəsi ilə xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı Şəhəri Xəzər Rayon İdarəsi tərəfindən verilmiş 331 saylı, xx.xx.2020-ci il tarixli məktubda göstərilmişdir ki, hərbi vəzifəli 1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs2 xx.xx.2020-ci il tarixdən səfərbərliklə əlaqədar təlim-toplanışına göndərilmişdir. İş materiallarında olan ******* saylı Hərbi Biletin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2020-ci il tarixdə Xocavənd rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş ziyan qismən ödənilmişdir, onun təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur və bu səbəbdən o, təqsirləndirilən şəxslər barədə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuş və onlar həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə Təqsirləndirilən şəxs2 əməlini etiraf etməsini, səmimi peşman olmasını, zərərçəkmiş şəxsin ondan şikayətinin olmamasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı qismən ödəməsini, İİ Qarabağ müharibəsində iştirak etməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə əsasən “Cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi cəzanı yüngülləşdirən haldır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən “Cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər.” Məhkəmə Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlini etiraf etməsini, səmimi peşman olmasını, zərərçəkmiş şəxsin ondan şikayətinin olmamasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı qismən ödəməsini, himayəsində bir azyaşlı uşağının olmamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə əsasən “Cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi cəzanı yüngülləşdirən haldır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən “Cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsinə əsasən “Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxslərin etirafedici ifadəsinə, şahid ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxslərin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onların törətmiş olduqları cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxslər həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidirlər və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən qeyd edir ki, Təqsirləndirilən şəxs2 törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Lakin, məhkəmə təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən hallar və onların mahiyyəti, həmçinin onun şəxsiyyəti ilə bağlı halların məcmusuna, həmçinin onun İİ Qarabağ müharibəsində iştirak etməsinə qiymət verərək bu nəticəyə gəlir ki, cəzanın məqsədlərinə qismən nail olunduğunu nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan yüngül cəza növünü, yəni azadlığın məhdudlaşdırılması cəzasını təyin etsin. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, həmin cəza təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında ağır cəzaya alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx xxxx 2003-cü il tarixli qərarının ikinci bəndinin məhkəmələrə tövsiyəsinə görə isə, belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır. Məhkəmənin fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasının deyil, azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən qeyd edir ki, Təqsirləndirilən şəxs1 törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Lakin, məhkəmə təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən hallar və onların mahiyyəti, həmçinin onun şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, cəzanın məqsədlərinə qismən nail olunduğunu nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan yüngül cəza növünü, yəni azadlığın məhdudlaşdırılması cəzasını təyin etsin. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, həmin cəza təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında ağır cəzaya alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx xxxx 2003-cü il tarixli qərarının ikinci bəndinin məhkəmələrə tövsiyəsinə görə isə, belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır. Məhkəmənin fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması cəzasının deyil, azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” İş üzrə maddi sübut olan 22 baş qoyunlar zərərçəkmiş şəxs X5 qaytarılmış hesab edilməlidir. İş üzrə 50 (əlli) manat ekspertiza xərci müştərək qaydada Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 alınaraq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında xx xxx 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinsin ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixdədək şübhəli şəxs kimi saxlanıldığı 01 (bir) gün müddət və xx.xx.2021ci il tarixdən xx.xx.2021-ci il tarixədək həbsdə saxlanıldığı 01 (bir) ay 16 (on altı) gün müddət, ümumilikdə 01 (bir) ay 17 (on yeddi) gün müddət bir günə iki gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Gülçülük Savxozunda yerləşən fərdi yaşayış evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixdədək şübhəli şəxs kimi saxlanıldığı 01 (bir) gün müddət bir günə iki gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 4 ünvanını axşam saat 23:00dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 oğlunun yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X2, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. İş üzrə maddi sübut olan 22 baş qoyunların zərərçəkmiş şəxs X5 qaytarılması nəzərə alınsın. Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat, məhkəmə istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat, ümumilikdə 300 (üç yüz) manat məbləğində pul vəsaiti, Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat, məhkəmə istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat, ümumilikdə 300 (üç yüz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı hüquq məsləhətxanasının hesablaşma hesabına (“xxxx” ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(003)-12/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-12/2021
08.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver