Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-12/2022 20.12.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru X6, Müdafiəçi – Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1966-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda ümumi çəkisi 61,266 qram narkotik vasitə qurudulmuş marixuananı əldə edib yaşadığı evdə və avtomobilində saxlayaraq daşımış və 05 mart 2021-ci il tarixdə saat 11:10 radəsində Xəzər RPİ-nin CAŞ-nin və NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, yaşadığı ünvan 2 ünvanının yaxınlığında avtomobilinin yanında dayanarkən saxlanılmış və bundan sonra onun yaşadığı ünvana saat 11:20 radəsində axtarış və götürmə aparılan zaman evin mətbəx və yataq otağı kimi istifadə edilən otağının divarına yığılmış rəfdən 01 ədəd qara rəngli politelin torbanın içərisindən 05 ədəd kibrit qutusunda ümumi çəkisi 38,445 qram (8,718qr. 6,822qr, 7,866qr, 7,973qr, 7,066qr.) olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, həmin tarixdə saat 12:40 radədə Natiq Məhəmnmədsoya məxsus “Toyota FJ-CRUİSER” minik markalı, **-CC-*** dövlət nömrə nişanlı avtomobilə onun yaşadığı ünvanın qarşısında axtarış və götürmə aparılmış və avtomobilin qabaq sağ tərəfində yerləşən sərnişin oturacağının alt hissəsindən 01 ədəd nömrəsi silinmiş, zavod üsulu ilə istehsal edilmiş 9 mm kalibirli PM modelli, Makarov konstruksiyalı atəş üçün yararlı yivli odlu silah, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibrli patron tutumuna malik Makarov konstruksiyalı tapançaların komplekt hissəsi olan istifadəyə yararlı daraq və 05 ədəd zavod üsulu ilə istehsal olunmuş 9x18 mm kalibirli Makarov (PM) PA-63, P-64, RK-59, FROMMER-37M, CESKA ZBROJOVKA və Steçkin (APS) konstruksiyalı tapançalardan atəş açmaq üçün istifadəyə yararlı döyüş sursatı və həmin avtomobilin salonunun qabaq hissəsində olan saxlanc yerindən 03 ədəd kibrit qutusunda ümümi çəkisi 22,821 qram (7,322qr, 7,523qr, 7,976qr) olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 05 mart 2021-ci il tarixdə maşınını təmir etdirmək üçün Qala qəsəbəsinə gəlmişdir. Maşını avtotəmir yerinin qabağında saxlayıb ustaya demişdir ki, “maşını gətirmişəm təmir edirsənsə gözləyim”. Bu zaman onun sol əlinə qandal vurub “Niva” markalı maşınla polis şöbəsinə aparmışlar. Müstəntiq gələnə qədər 1 saat yarım çəkmişdir. Sonra onunla birlikdə evinə getmişlər. Evinin açarı onda olmamış, anasını çağırmışdır, anası da ona demişdir ki, “açarı hara qoymuşamsa yerini bilmirəm”, polislər qapını qırmağı təklif etmişlər. Sonradan açarı tapıb qapını açmışlar, evə daxil olmuşlar evindən heçnə çıxmamışdır, yalnız mətbəxdən atasına məxsus tüfəng aşkar olunmuşdur. Maşınından isə narkotik vasitə və tapança çıxarmışlar, həmin zaman o, demişdir ki, həmin narkotik vasitə və tapança ona məxsus deyildir. Heç bununla bağlı videoçəkiliş olmamışdır. Polis əməkdaşları ona qarşı qərəzli mövqe tutmuş və bu hadisəni yaratmışlar. Məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs göstərmişdir ki, maşını üçün ehtiyat hissəsini 04 mart 2021-ci il tarixdə almış və 05 mart 2021-ci il tarixdə usta Malikin yanına getmişdir. Orada çoxsayda ustalar olmuş, yaxın da isə Malik və Elman adlı ustalar olmuşdur. Malik və Elman adlı ustaları 2002-ci ildən tanımışdır. O, maşını Qala qəsəbəsində Malik ustanın işlədiyi avtotəmir yerinə gətirmiş, Malikə demişdir ki, “maşını gətirmişəm qoyub gedirəm təmir edib mənə deyərsən, bu zaman Malik mənə səbrli olmağımı maşınıma baxmalı olduğunu, əgər hər-hansı alınası lazım olacaq detal olarsa, onun alınması üçün mənə deyəcəyini bildirmişdir.” Qala qəsəbəsində yerləşən avtotəmir yerində olarkən saat 10:30 radələri olmuşdur. Qala qəsəbəsində avto təmir yerində olanda 5 dəqiqə keçmişdir ki, həmin yerin qarşısında polis əməkdaşları onun qoluna qandal vururaraq saxlamışlar. Orada 4 nəfər şəxs olmuş, onlardan Həsən və Dostməmmədi tanıyır. Onun qoluna qandalı Həsən vurmuşdur. Onu “Chevrolet Niva” markalı maşınla aparmışlar, onun maşınını isə Dostməmməd adlı əməliyyatçı sürmüşdür. Bu hadisələr həmin ustaların gözü qarşısında olmuşdur. Onun Qala qəsəbəsindən çıxıb sahə rəisinin otağına gedən müddət 10-15 dəqiqə çəkmişdir, məsafə isə təxminən 10 km olmuşdur. Onu Türkan qəsəbəsində sahə müvəkkili Şəhriyarın oturduğu yerə gətirmişlər. Şəhriyar isə orada olmamışdır. Həmin yer Türkan qəsəbəsinin girişində yerləşir, oraya maksimum 15 dəqiqəyə çatmışlar. Orada isə təxminən yarımsaatdan çox olmuşlar. Onu eyni maşınla Türkan qəsəbəsinə və eyni maşınla evinə gətirmişlər. Türkan qəsəbəsində sahə müvəkkilinin yerindən onun evinə 5-6 dəqiqə ərzində çatmışlar. O, saxlanılan zaman maşını ustanın yanında Qala qəsəbəsində qalmışdır. Onu polis əməkdaşları “Chevrolet Niva” markalı maşınla polis bölməsinə aparmışlar, sonradan onu evinə baxış keçirilməsi üçün gətirmişlər. O, evə daxil olan zaman maşını küçədə olmamışdır, evə baxış keçiriləndən sonra çölə çıxan zaman maşınının orada olduğunu görmüşdür. Sonradan maşınına baxış keçirmişlər. Birinci dəfə evinə sonra isə maşınına baxış keçirmişlər. Onun həmin zaman üzərimdə iki mobil telefon və üç ədəd mobil nömrə olmuşdur. Nömrələr ***-***-**-**, ***-***-**-**, ***-***-**-** olmuşdur. Evinə baxış keçirilən zaman o və polis əməkdaşları olmuş, orada təxminən 30- 35 nəfər adam olmuşdur. Evinin qapısını polis əməliyyatçısı pəncərədən daxil olaraq içəridən açmışdır. Polis əməkdaşının pəncərədən daxil olmaqla qapının açması arasında vaxt az çəkmişdir. Onlar tərəfdən baxış zamanı heç kim olmamışdır. Baxış videoçəkiliş vasitəsi ilə olmamış, yalnız fotoşəkillər çəkilmişdir, o, həmin zaman polis əməkdaşlarına videoçəkilişdən istifadə etmələrini tələb etmişdir. Evə daxil olan zaman birinci mətbəx otağına daxil olmuşlar, sonra eyvana, oradan digər uşaqların yataq otaqlarına axırıncı isə qonaq otağına daxil olmuşlar. Evindən atasından qalan 1962-ci ilin tüfəngi və narkotik vasitə aşkar edilmişdir. Polis əməkdaşı əlində narkotik vasitə ilə gəlib demişdir ki, “rəis evdən bunlar aşkar edilmişdir”, o, həmin zaman narkotik vasitənin hardan çıxdığını soruşmuş, polis əməkdaşı isə cavab vermişdir ki, “ordan çıxdı”. Həmin zaman o, narkotik vasitənin ona məxsus olmadığını, 1996-cı ildən heç siqaret belə istifadə etmədiyini demişdir. Həmin narkotik vasitənin haradan çıxarılmasından xəbəri olmamışdır. O, evindən narkotik vasitənin haradan çıxmasını görməmişdir. Küçə qapısı ilə evinin arasında 30 metr məsafə vardır. Maşınından narkotik vasitəni saxlanc yerindən, tapançanı isə sağ tərəfdən alt hissədən çıxarmışlar. Həmin zaman hətta o, polis əməkdaşlarına demişdir ki, “tapançanı maşına qoyurdunuzsa sol tərəfə qoyardınız, tapança əgər mənə məxsus idisə onu niyə sağ tərəfə alt hissəyə qoyum ki, həmin yerdən tapançanı götürmək, sol tərəfdən götürməkdən çətindir”. Narkotik vasitəni, tapançanı və patronları maşının qabaq hissəsinin üstünə qoymuşlar, həmin zaman o, aşkar edilənlərin ona məxsus olmadığını demişdir. Bununla bağlı videoçəkiliş belə aparmamışlar. Ona qarşı qərəzli mövqe vardır, bu səbəbdən də polis əməkdaşları bu hadisəni yaratmışlar. Təqsirləndirilən şəxs son sözündə ona ittiham olunmuş cinayət əməlini törətmədiyini bildirərək barəsində bəraət hökmünün qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Xəzər rayonu, Türkan qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evə və avtomobilinə baxış keçirilməsi üçün xx.xx.2021-ci il tarixdə Xəzər Rayon Məhkəməsi tərəfindən qərar qəbul edilmişdir. Həmin qərar əsasında xx.xx.2021-ci il tarixdə əməliyyat qrupu yaradılmış və həmin ünvana getmiş, məhkəmə qərarını Təqsirləndirilən şəxs təqdim etmişlər. Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçiriən zaman mətbəxdən ota bənzər kütlə aşkar edilərək götürülmüş, avtomobilin sağ sərnişin oturacağının altından Makarov tipli silah və maşının saxlanc yerindən kibrit qutusunun içərisindən isə ota bənzər kütlə aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq Şahid3 göstərmişdir ki, əməliyyat qrupunda 3 nəfər olmuşlar. Təqsirləndirilən şəxs yaşadığı ünvanın yaxınlığında saxlamışlar. Avtomobili isə evinin qarşısında olmuşdur. Baxış keçirilməsində iştirak etmişdir. Evdən tüfəng və mərmilər aşkar edilmişdir. Baxış keçirilən zaman videoçəkiliş aparılmışdır, videoçəkiliş zamanı Təqsirləndirilən şəxs özü həmin narkotik vasitələrin və silahın özünə məxsus olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 Səyyad oğlu ifadəsində göstərmişdir ki, hadisə baş verən günü polis əməkdaşları onu yolda saxlayıb hal şahidi kimi ona baxış keçirilməsində iştirak etməsini təklif etmişlər. O, razılaşmış və evin içərisinə daxil olmuşlar. Evdən kibrit qutularında nəşə və avtomobildən isə bir ədəd tapança və 6 ədəd mərmi aşkar edilmiş və həmin silah və mərmilər maşının qabaq hissəsinin üzərinə qoyulub şəkili çəkilmişdir. Məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq Şahid4 Səyyad oğlu göstərmişdir ki, Elçin adında dostu Türkan qəsəbəsində yaşamışdır, bu səbəbdən də Türkan qəsəbəsinə getmişdir. O, dəvət olunan zaman polis əməkdaşları orada çöldə olmuşdur. Qapı bağlı olmuş, bir yaşlı qadın gəlmiş və qapını açmışdır. Sonra hamılıqla evə daxil olmuşlar. Evə axtarış keçirilən zaman orada iştirak etmiş, tapılan əşyalar onun yanında aşkar edilmişdir. Evdən 6 ədəd kibrit qutusunda marixuana və tüfəng aşkar edilmişdir. Avtomobildən isə tapança və mərmilər aşkar edilmişdir. Natiq özü axtarışda iştirak etmişdir, həmin zaman şəxs başını aşağı salıb dayanmışdır. Birinci dəfədir ki, axtarış keçirilməsində iştirak etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, hadisə Türkan qəsəbəsində baş vermişdir. O, orada usta kimi işləməyə getmişdir. Polis əməkdaşları onu yolda saxlayıb hal şahidi kimi ona baxış keçirilməsində iştirak etməsini təklif etmişlər. O, razılaşmış və evin içərisinə daxil olmuşlar. Evdən kibrit qutularında nəşə və tüfəng, avtomobildən isə bir ədəd tapança və 6 ədəd mərmi aşkar edilmişdir və həmin silah və mərmilər maşının qabaq hissəsinin üzərinə qoyulub şəkili çəkilmişdir. Məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq Şahid5 göstərmişdir ki, Türkan qəsəbəsində ev təmiri üçün danışmağa getmişdir. Natiqi ilk dəfə həyətdə görmüşdür. İlk öncə evə sonra maşına baxış keçirilmişdir. Maşın evin qarşısında olmuşdur. Ondan başqa hadisə yerində bir nəfər də hal şahidi olmuşdur. Evdən 5-6 ədəd kibrit qutusunda marixuana, avtomobildən isə silah və kibrit qutuları aşkar edilmişdir. Silah maşının sağ tərəfdən oturacağın altından aşkar edilmişdir. Natiq özü də axtarışda iştirak etmişdir. Aşkar edilənləri Natiq özü görmüş və həmin zaman Natiq aşkar edilənlərə kəskin narazıçılıq edərək onun olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Zabil oğlu ifadəsində göstərmişdir ki, əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs evinə məhkəmə qərarı əsasında baxış keçirilmişdir. Əməliyyat qrupunda Şahid1, Şahid3 və o, olmuşdur. Onlar Təqsirləndirilən şəxs yaxınlaşıb məhkəmə qərarını göstərmiş və evinə baxış keçirmişlər. Təqsirləndirilən şəxs evində 1 ədəd ov tüfəngi, patron və narkotik maddələr aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs istifadəsində olan avtomobilinə baxış keçirmişlər, baxış zamanı avtomobilin sağ qabaq oturacağının altından tapança və patronlar, həmçinin saxlanc yerindən narkotik vasitə aşkar edilmişdir. Məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq Şahid2 Zabil oğlu göstərmişdir ki, əməliyyat məlumatı daxil olmuşdur, məlumat əsasında Təqsirləndirilən şəxs evinə getmişlər. Hadisə yerinə Xəzər RPİ-dən 3 nəfər Rafiq, Rəşad və o, getmişdir. Təqsirləndirilən şəxs evinə axtarışa gedən zaman evinin qarşısında saxlanılmışdır. Maşını həyətin qapısının qabağında olmuşdur. Natiqin evinə və maşınına axtarış keçirilməsində iştirak etmişdir. İlk öncə evində axtarış olmuş, narkotik vasitə marixuana aşkar edilmişdir. Tapança Natiqin maşınında aşkar edilmişdir. Axtarış və baxış videoçəkiliş vasitəsi ilə deyil, hal şahidlərinin iştirakı ilə keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs orada iştirak etmişdir. Aşkar edilənlərə etiraz etməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, o, polislərin təsiri altında olmuşdur, bu səbəbdən də yazılmış ifadəni imzalamışdır. O, heç bir şeyin şahidi olmamışdır. Məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq şahid X5 göstərmişdir ki, onun barəsində Xəzər RPİ-nin 1-ci PŞ-nə şikayət edilmişdir ki, guya narkotik vasitə satışı ilə məşğuldur. O, da bu şikayətin Natiq tərəfindən edildiyini zənn etmişdir. Araşdırma aparılmış və belə bir şeyin olmaması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs onun uşağı xəstə olduğundan ona köməklik etmişdir, belə olaraq onlar tanış olmuşlar. Təqsirləndirilən şəxs həll edilməli məsələsi olmuşdur, həmin məsələnin həll edilməsi üçün Natiq ondan xahiş etmiş, o, da onun həll olunması üçün köməklik etmişdir. Təqsirləndirilən şəxs ona 10000 manat borcu olmuşdur. Təqsirləndirilən şəxs 120000 manat məbləğində alacağı olmuşdur, Təqsirləndirilən şəxs ondan həmin pulun alınması ilə bağlı köməklik istəmişdir. O, köməklik etmiş, həmin şəxs tutulmuşdur. Təqsirləndirilən şəxs ona ya həmin şəxsin tutulması, ya da həmin pulun alınması müqabilində 10000 manat pul verəcəyini bildirmişdir. Şəxs tutulduqdan sonra Təqsirləndirilən şəxs ona “sənə veriləsi pulum yoxdur demişdir”. Təqsirləndirilən şəxs 10000 manat alınması ilə bağlı Xəzər RPİ-nin 1-ci PŞ-nə müraciət etmişdir. Həmin pulu Natiqdən tələb etmir. Təqsirləndirilən şəxs ona heç bir təsiri olmamışdır. Təqsirləndirilən şəxs maşınında olmuş, lakin onun maşınında silah görməmişdir. İbtidai istintaq zamanı vermiş olduğu ifadəsində Təqsirləndirilən şəxs maşınının saxlanc yerində silah olduğunu yazmışdır. Polisdə sərbəst ifadə verməmişdir. Müstəntiq ona demişdir ki, “sənə pulunun alınıb geri qaytarılması ilə bağlı kömək edəcəyik”, bu səbəbdən də necə deyirlərsə elə ifadə yazmalı olduğunu demişlər. Polisdə olan zaman Təqsirləndirilən şəxsla düşmənçiliklərinin olduğunu və buna görə də onun pulunun alınıb verəcəyini demişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir qərəzliliyi, əldavəti oİmamışdır. Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanında və ona məxsus idarə etdiyi “Toyota FJ Cruiser” markalı, **-CC-*** dövlət nömrə nişanlı avtomobilində axtarış və baxış keçirilməsi barədə Xəzər rayon Məhkəməsindən 26 fevral 2021-ci il tarixdə qərar alınmış və həmin qərar əsasında 05 mart 2021-ci il tarixdə Xəzər RPİ-nin rəisi tərəfindən istintaqəməliyyat qrupu yaradılmışdır. Həmin qrupda o, özü və digər əməkdaşlar iştirak etmişdir. Belə ki, 05 mart 2021-ci il tarixdə o və qrupun digər üzvləri Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında avtomobilinin yanında saat 11:10 radəsində saxlamış, Təqsirləndirilən şəxs Xəzər rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli qərarını təqdim edərək həmin qərar əsasında evinə və avtomobilinə axtarış və baxış keçiriləcəyini bildirmişlər. Bundan sonra iki nəfər hal şahidi dəvət edilərək axtarış və götürməyə başlamışlar. Bu zaman əvvəlcə hal şahidlərinə və Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, həmçinin Təqsirləndirilən şəxs evdə eləcədə avtomobilində əldə edilməsi və ya saxlanılması qanunla qadağan edilmiş əşya və ya predmet varsa təqdim etməsi təkif edilmişdir. Təqsirləndirilən şəxs evində atasından qalma bir ədəd iki lüləli ov tüfəngi və həmin tüfəngə aid mərmilər olduğunu bildirərək evin mətbəx və yataq otağı kimi istifadə olunan otaqdakı çarpayının arxa hissəsindən bir ədəd iki lüləli ov tüfəngini və həmin tüfəngə aid 15 ədəd mərmiləri çıxardaraq təqdim etmiş və evində bundan başqa qanunla qadağan olmuş əşya və ya predmet olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs evinə axtarış və baxış keçirilmiş, bu zamanı evin mətbəx və yataq otağı kimi istifadə olunan otağının divarına quraşdırılmış rəfdən bir ədəd qara rəngli politelin torbadan 5 ədəd kibrit qutusunda doldurulmuş və qurudulmuş vəziyyətdə ot şəkilli spesifik iyə malik maddə aşkar edilmişdir. Təqdim edilmiş bir ədəd iki lüləli ov tüfəngini və həmin tüfəngə aid 15 ədəd mərmilər, bir ədəd qara rəngli polietilen torbada 5 ədəd kibrit qutusunda doldurulmuş və quru vəziyyətdə bitki mənşəli, spesifik iyə malik maddələr qablaşdırılıb götürülmüş, axtarış və götürmə barədə protokol tərtib edilmiş, həmin protokol Təqsirləndirilən şəxs eləcə də iştirakçılara oxunduqdan sonra doğruluğu imzalarla təsdiq olunmuşdur. Bundan sonra həmin evin qaşısında dayanmış, Təqsirləndirilən şəxs məxsus “Toyota FJ Cruiser” markalı, ** CC *** dövlət nömrə nişanlı avtomobildə axtarış aparılmışdır. Bu zaman əvvəlcə Təqsirləndirilən şəxs avtomobilində saxlanması qanunla qadağan edilən əşya və ya predmet varsa təqdim etməsi təklif edilmiş, lakin Təqsirləndirilən şəxs belə əşya və ya predmetin olmadığını bildirdikdən sonra hal şahidlərinin və Təqsirləndirilən şəxs iştirakı ilə göstərilən avtomobildə aparılmış axtarış zamanı avtomobilin qabaq sağ sərnişin oturacağının altından 01 ədəd Makarov tipli tapança və 1 ədəd həmin tapançaya aid içində 5 ədəd patron olan sandıqca, qabaq sağ oturacağın qarşısında olan saxlanc yerindən (bardaçok) 3 ədəd kibrit qutusuna doldurulmuş halda, quru vəziyyətdə, bitki mənşəli, spesifik iyə malik maddə aşkar edilmişdir. Göstərilən əşyalar qablaşdırılaraq götürülmüş və axtarış aparılması barədə protokol tərtib olunmuş, bütün iştirakçılar protokolla tanış olaraq doğruluğunu imzaları ilə təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq Şahid1 göstərmişdir ki, Xəzər RPİ-dən Təqsirləndirilən şəxs evinə getmişlər. Həmin zaman 2-3 maşın getmişlər, ola bilər ki, yolda dayanıb bir biriləri ilə telefon vasitəsi ilə danışmışlar. Onun evinə axtarışa gedən zaman Təqsirləndirilən şəxs Türkan qəsəbəsində evinin yaxınlığında saxlanılmışdır. Hadisə səhər vaxtı təxminən saat 11 radələrində olmuşdur. Təqsirləndirilən şəxs darvazadan çıxmış, onlar Natiqə yaxınlaşmış və özlərini ona təqdim etmiş, məhkəmə qərarı Natiqə elan edilmişdir. Əməliyyat qrupunda neçə nəfər olduğu yadında olmamış, hadisə təxminən 1 il əvvəl olmuşdur, lakin orada bir neçə polis əməkdaşları olmuşdur. Natiqin maşını həyət qapısının qabağında olmuşdur. İlk öncə Natiqin evində axtarış olmuşdur. Təqsirləndirilən şəxs tutulmasında və axtarış aparılan zaman orada iştirak etmişdir. Natiq evindən və maşınından aşkar edilənlərə etiraz etmişdir. Evdə Təqsirləndirilən şəxs özü və anası olmuşdur. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dəvət edilərək dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, maşın ustasıdır. Təqsirləndirilən şəxs tutulmamışdan 1 gün öncə ona zəng etmişdir ki, “maşının düzəldilməsi üçün gəlsin ya yox”. O, əlində işinin olduğunu sabah səhər gəlməsini demişdir. Səhəri gün saat 10-da Təqsirləndirilən şəxs onun işlədiyi yerə gəlmişdir, bu zaman polis əməkdaşları Natiqi gəlib tutub aparmışlar. Məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq Şahid6 göstərmişdir ki, o, 18 nömrəli Qala avto təmir yerində işləyir, çilingər işi ilə məşğul olur. Hadisə xx.xx.2021-ci il tarixdə baş vermişdir. Hadisə baş verən zaman Natiq “Toyota” markalı maşını ilə onun yanına gəlmişdir. Maşınını ağacın altında saxlamışdır. Onun sexindən həmin ağacın yanına qədər olan məsafə 30 metr olardı. Natiq tutulan zaman o, sexin içində olmuş, Natiq də qapının yanında olmuşdur. Natiqin ona yaxınlaşması ilə polislərin onun aparması ilə olan vaxt 15-20 dəqiqə olmuşdur. 3 nəfər polis əməkdaşları arxadan Natiqin qollarını girmiş, gödəkçəsinin papağını da başına keçirmişlər. Polis əməkdaşlarının üzlərini görməmişdir. Natiqi maşına tərəf aparmış, ağ rəngli “Chevrolet” markalı maşına mindirərək getmiş, bir nəfər şəxs də Natiqin maşını sürüb getmişdir. Hadisə ani olmuşdur. Hadisə zamanı onun yanında Elman adlı dəmirçi olmuşdur. Elmanla yan sexlərdə işləyir. Bu hadisə ilə bağlı ondan polislər ifadə almışlar. İbtidai istintaq zamanı da burada nə ifadə vermişdirsə, polisdə olan zaman da eyni ilə belə ifadə vermişdir. İfadəsini oxumadan imza etmişdir. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dəvət edilərək dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, o, sexdən çıxan zaman görmüşdür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tutub aparmışlar. Orada Natiqi ağ rəngli “Chevrolet” markalı maşınla aparmışlar. Məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq Şahid7 göstərmişdir ki, o, öz sexində tək işləyir. Malikin sexi ilə onun sexi yan-yanadır. Natiqi Malikin yanına gələn zaman görmüşdür. Natiqin maşınını Malik təmir etməli idi. Öz işlədiyi sexdən çıxıb Malikin sexinə gedən zaman 3 nəfər polis əməkdaşının gəlib Natiqi götürüb apardıqlarını görmüşdür. Natiqi ağ rəngli “Chevrolet Niva” markalı maşın ilə aparmışlar. Natiq “Toyota” markalı maşınla gəlmişdir. Natiqin maşını orada qalmışdır. Natiqin maşını ilə sexin arasında olan məsafə 10-15 metr olmuşdur. O, sonra ehtiyyat hissəsi almaq üçün mağazaya getmiş, 10 dəqiqə sonra qayıtmışdır. Natiqin maşınının kiminsə sürüb aparılmasını görməmişdir. İbtidai istintaq zamanı ifadə vermişdir. İbtidai istintaq zamanı da burada nə ifadə vermişdirsə, polisdə olan zaman da eyni ilə belə ifadə vermişdir. İfadəsini oxumadan imza etmişdir. Məhkəmə istintaqı zamanı ittiham tərəfinin vəsatəti əsasında şahid qismində dəvət edilərək dindirilmiş X8 ifadəsində göstərmişdir ki, “Chevrolet Niva” minik markalı, **-AP-*** dövlət qeydiyyat nişanlı avtomobil ona təhkim edilmişdir. xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etməmişdir. Məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq şahid X8 göstərmişdir ki, “Chevrolet Niva” minik markalı, **-AP-*** dövlət qeydiyyat nişanlı avtomobil ona təhkim edilmişdir. Həmin günü maşını o, idarə etməmişdir. Təqsirləndirilən şəxs saxlanılmasında, baxış aparılmasında o, iştirak etməmişdir. Video çəkilişdən xəbəri yoxdur, əgər həmin video çəkilişdə, avtomobil görünürsə belə həmin avtomobili o, idarə etməmişdir. Məhkəmə istintaqı zamanı ittiham tərəfinin vəsatəti əsasında şahid qismində dəvət edilərək dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, “Mercedes Citan” minik markalı, **- PT-*** dövlət qeydiyyat nişanlı avtomobil ona təhkim edilmişdir. xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etməmişdir. Məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq Şahid9 göstərmişdir ki, “Mercedes Citan” minik markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobil ona təhkim edilmişdir. Təqsirləndirilən şəxs əvvəldən ərazilərində yaşayan şəxs kimi tanımışdır. Təqsirləndirilən şəxs saxlanılmasında o, iştirak etməmişdir. Ümumiyyətlə həmin tədbirdən xəbəri olmamışdır. “Mercedes Citan” minik markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobili ondan başqa heç kim idarə edə bilməz. Məhkəmə istintaqı zamanı ittiham tərəfinin vəsatəti əsasında şahid qismində dəvət edilərək dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, “Mercedes Citan” minik markalı, **- PT-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində olmuşdur. xx.xx.2021-ci il tarixdə o, gənc əməkdaş olmuşdur, Təqsirləndirilən şəxs saxlanılması yadına gəlmir. Məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq Şahid10 göstərmişdir ki, “Mercedes Citan” minik markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində olmuşdur. Maşını onlardan başqa heç kimin idarə edə bilməz. Hazırda Buzovna qəsəbəsində xidmət aparır. Təqsirləndirilən şəxs saxlanılmasında və baxış aparılmasında o, iştirak etməmişdir. Ümumiyyətlə həmin əməliyyat tədbirindən xəbəri olmamışdır. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə-ballistik ekspertizasının 05 mart 2021-ci il tarixli, 3/447 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus və idarə etdiyi “Toyota FJ Cruiser” markalı, ** CC *** dövlət nömrə nişanlı avtomobildən götürülmüş 01 ədəd nömrəsi silinmiş silah, zavod üsulu ilə istehsal olunmuş, 9 mm kalibrli «Makarov» konstruksiyalı taançadır, yivli odlu döyüş silahıdır, atəş açmaq üçün yararlıdır. - tədqiqata təqdim edilmiş 01 ədəd predmet «Makarov» konstruksiyalı tapançaların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla 8 ədəd 9X18 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış sandıqçasıdır(darağıdır), istifadəyə yararlıdır. - tədqiqata təqdim edilmiş 05 ədəd 9X18 mm kalibrli patron zavod üsulu ilə istiehsal edilmiş, həmin kalibrə malik «Makarov»(«PM») «PA-63», «P64» «RK59», «FROMMER- 37M», «ÇESKA ZBRADOVKA» konstruksiyalı tapançalarda, «Steçkin» patronudur, döyüş sursatı hesab edilir, istifadəyə «atəşə» yararlıdır. Həmin patronlardan istifadə etməklə təqdim edilmiş tapançadan atəş açmaq mümkündür. -tədqiqata təqdim edilmiş 01 ədəd silah 1961-ci ildə zavod üsulu ilə istehsal edilmiş, 16 kalibrli «TOZ-B» modelli patronluğunun uzunluğu 70 mm olan 20807№-li xarici çaxmaqlı, qoşa lüləli tüfəngdir-yivsizdir odlu ov silahıdır, atəş açmaq üçün yararlıdır. -tədqiqata təqdim edilmiş 15 ədəd patronlar zavod üsulu ilə hazırlanmış, 16 kalibrli olmaqla həmin kalibrə malik yivsiz odlu ov tüfəngindən döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulan patronlardırlar, atəşə yararlıdır. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 7/246 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota FJ Cruiser” markalı, ** CC *** dövlət nömrə nişanlı avtomobildən aşkar edilərək tədqiqata təqdim edilmiş 3 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 7,322qram, 7,523 qram, 7,976 qram olmaqla ümumilikdə 22,821 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik vasitələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilən, Təqsirləndirilən şəxs yaşadığı evindən götürülmüş 5 ədəd kibirt qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri-8,718 qram, 6,822 qram, 7,866 qram, 7,973 qram və 7,066 qram ümumilikdə 38,445 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik vasitələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən keçirilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2021-ci il tarixli, 1435 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar ediməmişdir, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji disponserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzi tərəfindən verilmiş “insan izlərinin tədqiqi” məhkəmə-trasoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 3/1781 saylı ekspert rəyindən görünür ki, təqdim edilmiş bir ədəd tapançanın, 01 ədəd sadıqçanın və 04 ədəd güllənin və 08 ədəd kibrit qutuların səthindəki əl-barmaq və papilyar izlərinin ayrı-ayrı fraqmentləri yayıldığına, tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər xüsusi əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdır. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1966-cı ildə Bakı şəhərində doğulmuş Təqsirləndirilən şəxs Bakı Şəhər Məhkəməsinin xx.xx.1991-ci il tarixli hökmünə əsasən AR CM-nin 102.1, 15, 94.2, 94.4, 94.6, 94.8, 214.2, 207.3, 38cü maddələrinə əsasən 10 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1992-ci il tarixli Amnistiya qərarının 8 maddəsinin “V” bəndinə çəkilməmiş cəzası 1/3 qədər azaldılmış, 05 il 06 ay 24 gün cəzası saxlanılmışdır. Qaradağ Rayon Məhkəməsinin xx.xx.1995-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs AR CM-nin 207.2 və 39-cu maddələri ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. xx.xx.2000-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə 04 ay 01 gün müddətində çəkilməmiş cəzasından vaxtından əvvəl şərti azad edilmişdir. xx.xx.2018-ci il tarixdə cəza müddəti bitmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş və ekpert tədqiqatından sonra qalıq qalan 22,761 qram və 38,345 qram narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd 9 mm kalibirli PM modelli, Makarov konstruksiyalı yivli odlu silah, 01 ədəd daraq, 05 ədəd 9x18 mm kalibirli patronlar maddi sübut kimi tanınmış və ekpert tədqiqatından sonra qalıq qalan 22,761 qram və 38,345 qram narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd 9 mm kalibirli PM modelli, Makarov konstruksiyalı yivli odlu silah, 01 ədəd daraq, 05 ədəd 9x18 mm kalibirli patronların və müsadirə edilmiş 16 kalibrli «TOZ-B» modelli patronluğunun uzunluğu 70 mm olan 20807№-li xarici çaxmaqlı, qoşa lüləli tüfəng Xəzər RPİ-nin saxlancına verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli axtarış və götürmə protokollardan görünür ki, Təqsirləndirilən şəxs məxsus ünvan 2 ünvanındakı evində axtarış aparılarkən həmin gün saat 11:20 radələrində mətbəx və yataq otağı kimi istifadə edilən otaqdakı çarpayının arxa hissəsindən 01 ədəd iki lüləli ov tüfəngi və həmin tüfəngə aid 15 ədəd mərmiləri, həmin otaqda divara yığılmış rəfdən 01 ədəd qara rəngli politelin torbanın içərisindən 05 ədəd kibrit qutusunda narkotik vasitəyə bənzər şəkilli maddələr, həmin tarixdə saat 12:40 radəsində Natiq Məhəmnmədsoya məxsus “Toyota FJ-CRUİSER” minik markalı, ** CC *** dövlət nömrə nişanlı avtomobilə sonuncunun yaşadığı ünvanın qarşısında axtarış aparılarkən, həmin avtomobilin qabaq sağ tərəfində yerləşən sərnişin oturacağının alt hissəsindən 01 ədəd nömrəsi silinmiş Makarov tipli tapancaya bənzər silah, 01 ədəd daraq və 05 ədəd patronlar və avtomobilin salonunun qabaq hissəsində olan saxlanc yerindən 03 ədəd kibrit qutusunda narkotik vasitəyə bənzər ot şəkilli maddələr aşkar edilərək götürülmüşdür. Axtarış və götürmə barədə protokollar tərtib edilmiş, iştirakçılar, hal şahidləri və saxlanılan şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalarla təsdiq edilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 05 oktyabr 2022-ci il tarixli, 19902 saylı anten məlumatlara dair CD diskə baxış keçirilmiş, CD diskə baxış keçirilən zaman Təqsirləndirilən şəxs məxsus +**********75 nömrəsinə xx.xx.2021-ci il tarixə aid hər-hansı bir zəng və ya sms-in daxil olmadığı, lakin +**********85 nömrəsinə xx.xx.2021-ci il tarixə aid 2 ədəd sms və 1 ədəd zəngin olduğu, həmin zəngin +**********85 nömrəsindən +**********75 nömrəsinə edildiyi, həmin zəngin xx.xx.2021-ci il saat 11:50:12-də edildiyi, həmçinin zəngin müddətinin 12 saniyə olduğu və Bakı şəhəri, Türkan qəsəbəsindən edildiyi müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Növbətçi Hissələri İdarəetmə Xidməti tərəfindən verilmiş Təhlükəsiz Şəhər Xidmətinin TŞ 7-029 nömrəli videomüşahidə qurğusunun 1-ci, 2-ci, TŞ 7-030 nömrəli qurğunun 1-ci, 3-cü, TŞ 7- 024, TŞ 7-027, TŞ 7-028 və TŞ 7-066 nömrəli qurğuların isə bütün kameralarının xx.xx.2021-ci il tarixli saat 10:30-dan 11:40-dək olan müddətdəki görüntülərindən ibarət 9 ədəd DVD diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs maşını ilə Türkan qəsəbəsində olan evindən çıxaraq Qala qəsəbəsində olan avtotəmir yerinə getmiş, bu zaman ərzində onu “Mercedes Citan” minik markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobil izləmiş, Təqsirləndirilən şəxs avtotəmir yerində olan zaman “Chevrolet Niva” markalı, **-AP-*** dövlət qeydiyyat nişanlı avtomobil həmin avtotəmir yerinə gəlmiş və Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq, Qala qəsəbəsindən “Chevrolet Niva” markalı, **-AP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Türkan qəsəbəsində yerləşən sahə rəisinin xidməti otağına aparılmış, oradan isə Türkan qəsəbəsində olan evinə aparılmışdır. Təqsirləndirilən şəxs Qala qəsəbəsində saxlanılaraq Türkan qəsəbəsinə aparılan zaman orada “Chevrolet Niva” markalı, **-AP-*** dövlət qeydiyyat nişanlı avtomobil, “Mercedes Citan” minik markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobil və Təqsirləndirilən şəxs məxsus “Toyota FJ-CRUİSER” markalı, **-CC- *** dövlət qeydiyyat nişanlı avtomobil olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhər Xəzər Rayon Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 055-29602-1222 saylı məktubdan görünür ki, xx.xx.2021-ci il tarixdə Xəzər RPİ-nin istifadəsində olan “Mercedes Citan” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtopatrul maşınında PPXB-nin manqa komandiri, polis baş serjantı Şahid9 və polis nəfəri, polis serjantı Şahid10, “Chevrolet Niva” markalı, **-AP-*** dövlət qeydiyyat nişanlı avtomaşında isə NBM-nin baş leytenantı X8 xidmət aparmağa təhkim edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63.3-cü maddəsinə əsasən “Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair” 15 fevral 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “CPM-in müddəalarına görə, ittihamın sübuta yetirilməsi, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlillərin təkzib edilməsi vəzifəsi bütövlükdə ittiham tərəfinin üzərinə düşür. İttiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayət törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir. Müdafiə tərəfinin funksiyası isə cinayət təqibi ilə bağlı irəli sürülmüş ittihamı təkzib etməkdən və ya cinayət posesini həyata keçirən orqanın diqqətini təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsinə və ya cinayət məsuliyyətini yungülləşdirən halların mövcudluğuna cəlb etməkdən, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verməkdən ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7.1-ci maddəsinə əsasən “Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamağını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamağını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin, hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsinin hüquqi prosedurlarını müəyyən edir.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən “Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.2-ci və 139.0.4cü maddələrinə əsasən “Cinayət təqibi üzrə icraat zamanı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir.” Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilmir. Məhkəmə AR CM-nin 228.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi ilə bağlı ibtidai istintaq orqanı tərəfindən təqdim edilmiş sübutlara qiymət verərkən aşağıdakı nəticəyə gəlir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən təqdim edilmiş sübutlar: - Şahid ifadələri - Axtarış və götürmə protokollarından - Məhkəməyədək icraat dövründə verilmiş ekspertiza rəylərindən Müdafiə tərəfinin vəsatətləri əsasında əldə edilmiş sübutlar: - "xxxx" MMC tərəfindən verilmiş 05 oktyabr 2022-ci il tarixli, 19902 saylı anten məlumatlara dair CD disk - Şahid ifadələri - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Növbətçi Hissələri İdarəetmə Xidməti tərəfindən verilmiş Təhlükəsiz Şəhər Xidmətinin TŞ 7-029 nömrəli videomüşahidə qurğusunun 1-ci, 2-ci, TŞ 7-030 nömrəli qurğunun 1-ci, 3-cü, TŞ 7-024, TŞ 7-027, TŞ 7- 028 və TŞ 7-066 nömrəli qurğuların isə bütün kameralarının xx.xx.2021-ci il tarixli saat 10:30-dan 11:40-dək olan müddətdəki görüntülərindən ibarət 9 ədəd DVD disk - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzi tərəfindən verilmiş “insan izlərinin tədqiqi” məhkəmə-trasoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 3/1781 saylı ekspert rəyindən ibarətdir. Məhkəmə ilk öncə qeyd edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Növbətçi Hissələri İdarəetmə Xidməti tərəfindən məhkəməyə 09 ədəd DVD disk təqdim edilmişdir. Həmin disklərdə olan görüntülər Qala qasəbəsindən Türkan qəsəbəsinə kimi yerləşən Təhlükəsiz Şəhər Kameralarının videomüşahidə qurğularından götürülmüşdür. Həmin videomüşahidə qurğularından götürülən görüntülər saat 10:30-dan 11:40-dək olan müddəti əhatə edir. Məhkəmə ibtidai istintaq orqanı tərəfindən sübut kimi təqdim edilmiş Şahid3, Şahid2 Zabil oğlu və Şahid1 məhkəmə istintaqı zamanı vermiş olduqları ifadələrində ibtidai istintaq zamanı vermiş olduğu ifadələrinə uyğun ifadələr verərək Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında avtomobilinin yanında 05 mart 2021-ci il tarixdə, saat 11:10 radəsində saxladıqlarını, iki nəfər hal şahidlərinin və Təqsirləndirilən şəxs iştirakı ilə sonuncunun evinə və avtomobilinə baxış keçirdiklərini, Təqsirləndirilən şəxs evindən 01 ədəd ov tüfəngi və içərisində narkotik vasitə marixuana olan 05 ədəd kibrit qutularının, avtomobilindən isə 01 ədəd Makarov tipli tapança və 1 ədəd həmin tapançaya aid içində 5 ədəd patron olan sandıqca və içərisində narkotik vasitə marixuana olan 03 ədəd kibrit qutularının aşkar etdiklərini, aşkar edilənlərin Təqsirləndirilən şəxs tərəfindən etiraf edildiyini bildirmişlər. Lakin, Təhlükəsiz Şəhər Kameralarının videomüşahidə qurğularından götürülən görüntülərdə Natiq Məhəmmdsoyun xx.xx.2021-ci il tarixdə, saat 11:10 radələrində Türkan qəsəbəsində “Chevrolet Niva” markalı, **-AP-*** dövlət qeydiyyat nişanlı avtomobildə olduğu müəyyən edilir. Belə ki, Təqsirləndirilən şəxs ittihamda göstərildiyi kimi 05 mart 2021-ci il tarixdə, saat 11:10 radələrində evinin qarşısında saxlanılmamışdır. Bu fakt kamera görüntüləri və şahidlər Şahid6 və Şahid7 ifadələri ilə öz təsdiqini tapır. Belə olan halda məhkəmə hesab edir ki, ittiham tərəfindən sübut kimi təqdim edilmiş Şahid3, Şahid2 Zabil oğlu və Şahid1 ifadələri sübutlar siyahısından çıxarılmalıdır. Məhkəmə ibtidai istintaq orqanı tərəfindən sübut kimi təqdim edilmiş Şahid5 və Şahid4 Səyyad oğlu məhkəmə istintaqı zamanı vermiş olduqları ifadələrində ibtidai istintaq zamanı vermiş olduğu ifadələrinə uyğun ifadələr verərək 05 mart 2021-ci il tarixdə onların, polis əməkdaşlarının və Təqsirləndirilən şəxs iştirakı ilə sonuncunun evinə və avtomobilinə baxış keçirildiyini, Təqsirləndirilən şəxs evindən 01 ədəd ov tüfəngi və içərisində narkotik vasitə marixuana olan 05 ədəd kibrit qutularının, avtomobilindən isə 01 ədəd Makarov tipli tapança və 1 ədəd həmin tapançaya aid içində 5 ədəd patron olan sandıqca və içərisində narkotik vasitə marixuana olan 03 ədəd kibrit qutularının aşkar edildiyini, aşkar edilənlərin Təqsirləndirilən şəxs tərəfindən təkzib edildiyini bildirmişlər. Belə olan halda məhkəmə bildirir ki, hal şahidləri Təqsirləndirilən şəxs evindən və avtomobilindən silahın və narkotik vasitələrin aşkar edilməsini görsələr də, lakin onlar aşkar edilənlərin kimə məxsus olmasını bilmədiklərini, həmçinin aşkar edilənlərin Təqsirləndirilən şəxs tərəfindən də təkzib edildiyini bildirmişlər. Bu səbəbdən də hal şahidlərinin ifadələri yalnız digər sübutlarla əhatə olunduqda yetərli sayıla bilər. Məhkəmə ittiham tərəfindən sübut kimi təqdim edilmiş şahid X5 məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsində ibtidai istintaq zamanı vermiş olduğu ifadəsinə uyğun olmayan ifadə verərək Təqsirləndirilən şəxs maşınının saxlanc yerində silah olmasını qeyd etdiyini, ibtidai istintaq zamanı sərbəst ifadə vermədiyini, polis əməkdaşlarının təsiri altında olduğunu, Təqsirləndirilən şəxs maşınında silah görmədiyini bildirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ittiham tərəfindən sübut kimi təqdim edilmiş şahid X2 ifadəsi sübutlar siyahısından çıxarılmalıdır. Məhkəmə ittiham tərəfindən sübut kimi təqdim edilmiş xx.xx.2021-ci il tarixli Təqsirləndirilən şəxs evinə axtarış və götürmə aparılması protokolunda ünvan 2 ünvanındakı evdə axtarış aparılarkən həmin gün saat 11:20 radələrində mətbəx və yataq otağı kimi istifadə edilən otaqdakı çarpayının arxa hissəsindən 01 ədəd iki lüləli ov tüfəngi və həmin tüfəngə aid 15 ədəd mərmiləri, həmin otaqda divara yığılmış rəfdən 01 ədəd qara rəngli politelin torbanın içərisindən 05 ədəd kibrit qutusunda narkotik vasitəyə bənzər şəkilli maddələrin aşkar edildiyi göstərilmişdir. Bundan başqa xx.xx.2021-ci il tarixli Təqsirləndirilən şəxs evinə axtarış və götürmə aparılması protokolunda Təqsirləndirilən şəxs Türkan qəsəbəsində yerləşən evinin qabağında dayandığı, saat 11:10 radələrində saxlanıldığı qeyd edilmişdir. Lakin, Təhlükəsiz Şəhər Kameralarının videomüşahidə qurğularından götürülən görüntülərdə Natiq Məhəmmdsoyun xx.xx.2021-ci il tarixdə, saat 11:20 radələrində Türkan qəsəbəsində “Chevrolet Niva” markalı, **-AP-*** dövlət qeydiyyat nişanlı avtomobildə olduğu müəyyən edilir. Belə ki, Təqsirləndirilən şəxs ittihamda göstərildiyi kimi 05 mart 2021-ci il tarixdə, saat 11:10 radələrində evinin qarşısında olmamış və onun evinə 11:20 radələrində baxış keçirilməmişdir. Bu fakt kamera görüntüləri və şahidlər Şahid6 və Şahid7 ifadələri ilə öz təsdiqini tapır. Belə olan halda məhkəmə hesab edir ki, ittiham tərəfindən sübut kimi təqdim edilmiş xx.xx.2021-ci il tarixli Təqsirləndirilən şəxs evinə axtarış və götürmə aparılması protokolu sübutlar siyahısından çıxarılmalıdır. Məhkəmə ittiham tərəfindən sübut kimi təqdim edilmiş xx.xx.2021-ci il tarixli Təqsirləndirilən şəxs avtomobilinə axtarış və götürmə aparılması protokolunda Natiq Məhəmnmədsoya məxsus “Toyota FJ-CRUİSER” minik markalı, ** CC *** dövlət nömrə nişanlı avtomobilə sonuncunun yaşadığı ünvanın qarşısında axtarış aparılarkən, həmin avtomobilin qabaq sağ tərəfində yerləşən sərnişin oturacağının alt hissəsindən 01 ədəd nömrəsi silinmiş Makarov tipli tapancaya bənzər silah, 01 ədəd daraq və 05 ədəd patronlar və avtomobilin salonunun qabaq hissəsində olan saxlanc yerindən 03 ədəd kibrit qutusunda narkotik vasitəyə bənzər ot şəkilli maddələrin aşkar edildiyi göstərilmişdir. Lakin, Təhlükəsiz Şəhər Kameralarının videomüşahidə qurğularından götürülən görüntülərdə Natiq Məhəmmdsoyun xx.xx.2021-ci il tarixdə Türkan qəsəbəsində “Chevrolet Niva” markalı, **-AP-*** dövlət qeydiyyat nişanlı avtomobildə olduğu, Təqsirləndirilən şəxs məxsus “Toyota FJ-CRUİSER” minik markalı, ** CC *** dövlət nömrə nişanlı avtomobilin isə kənar şəxs tərəfindən idarə edildiyi müəyyən edilir. Belə ki, Təqsirləndirilən şəxs özünə məxsus avtomobili idarəetməmiş, bu halda Təqsirləndirilən şəxs avtomobilindən aşkar edilənlərin sonuncuya məxsus olması faktını şübhə altına alır. Həmçinin, Təqsirləndirilən şəxs məxsus “Toyota FJ-CRUİSER” minik markalı, ** CC *** dövlət nömrə nişanlı avtomobilin kənar şəxs tərəfindən idarə edildiyi faktı kamera görüntüləri və şahidlər Şahid6 və Şahid7 ifadələri ilə öz təsdiqini tapır. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən “Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır.” Belə olan halda məhkəmə hesab edir ki, ittiham tərəfindən sübut kimi təqdim edilmiş xx.xx.2021-ci il tarixli Təqsirləndirilən şəxs avtomobilinə axtarış və götürmə aparılması protokolu sübutlar siyahısından çıxarılmalıdır. Məhkəmə ibtidai istintaq orqanı tərəfindən sübut kimi təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə-ballistik ekspertizasının 05 mart 2021-ci il tarixli, 3/447 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus və idarə etdiyi “Toyota FJ Cruiser” markalı, ** CC *** dövlət nömrə nişanlı avtomobildən götürülmüş 01 ədəd nömrəsi silinmiş silah, zavod üsulu ilə istehsal olunmuş, 9 mm kalibrli kalibrli «Makarov» konstruksiyalı tapançadır, yivli odlu döyüş silahıdır, atəş açmaq üçün yararlıdır. - tədqiqata təqdim edilmiş 01 ədəd predmet «Makarov» konstruksiyalı tapançaların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla 8 ədəd 9X18 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış sandıqçasıdır(darağıdır), istifadəyə yararlıdır. - tədqiqata təqdim edilmiş 05 ədəd 9X18 mm kalibrli patron zavod üsulu ilə istiehsal edilmiş, həmin kalibrə malik «Makarov»(«PM») «PA-63», «P64» «RK59», «FROMMER- 37M», «ÇESKA ZBRADOVKA» konstruksiyalı tapançalarda, «Steçkin» patronudur, döyüş sursatı hesab edilir, istifadəyə «atəşə» yararlıdır. Həmin patronlardan istifadə etməklə təqdim edilmiş tapançadan atəş açmaq mümkündür. -tədqiqata təqdim edilmiş 01 ədəd silah 1961-ci ildə zavod üsulu ilə istehsal edilmiş, 16 kalibrli «TOZ-B» modelli patronluğunun uzunluğu 70 mm olan 20807№-li xarici çaxmaqlı, qoşa lüləli tüfəngdir-yivsizdir odlu ov silahıdır, atəş açmaq üçün yararlıdır. -tədqiqata təqdim edilmiş 15 ədəd patronlar zavod üsulu ilə hazırlanmış, 16 kalibrli olmaqla həmin kalibrə malik fivsiz odlu ov tüfəngindən döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulan patronlardırlar, atəşə yararlıdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 7/246 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota FJ Cruiser” markalı, ** CC *** dövlət nömrə nişanlı avtomobildən aşkar edilərək tədqiqata təqdim edilmiş 3 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 7,322qram, 7,523 qram, 7976 qram olmaqla ümumilikdə 22,821 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik vasitələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilən, Təqsirləndirilən şəxs oğlunun yaşadığı evindən götürülmüş 5 ədəd kibirt qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri-8,718 qram, 6,822 qram, 7,866 qram, 7,973 qram və 7,066 qram ümumilikdə 38,445 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik vasitələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Belə olan halda məhkəmə bildirir ki, ekspert rəyləri yalnız faktı təsdiq edir, Təqsirləndirilən şəxs evindən və avtomobilindən aşkar edilmiş silahın atəşə, istifadəyə yararlı olub-olmaması və narkotik vasitələrin növü qeyd edilsə də, lakin aşkar edilənlərin kimə məxsus olması müəyyən olunmur. Bu səbəbdən də ekspert rəyi yalnız digər sübutlarla əhatə olunduqda yetərli sayıla bilər. Məhkəmə həm ibtidai istintaq orqanı tərəfindən, həm müdafiə tərəfindən təqdim edilmiş, həmçinin müdafiə tərəfinin vəsatətləri əsasında əldə edilmiş sübutları bütünlükdə tədqiq edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs irəli sürülmüş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə olan ittiham sübuta yetmir, bu səbəbdən də Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 63.2-ci maddəsinə əsasən “Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir.” İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.1-ci maddəsinə əsasən “Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən “Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2009-cu il tarixli qərarında göstərilmişdir ki, “Həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5 və 41.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən həmin Konstitusiya müddəaları, həmçinin, cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yolverilməz olduğunu ehtiva edir. Konstitusiyanın 60-cı maddəsi isə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsinin təmin etdiyi ədalətli məhkəmə araşdırılması hüququ səlahiyyətli məhkəmə tərəfindən təqsiri sübuta yetirilməmiş şəxsin bəraət almaq hüququnu əhatə edir. Bəraət, təqsirləndirilən şəxsə aid olan hüquq olmaqla, onun təqsirsizliyini rəsmi bəyan edən və onu təmin edən məhkəmə hakimiyyəti aktı - bəraət hökmü ilə təsdiq olunur.” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələrə izah edilsin ki, hər bir insan təqsirliliyi barədə məhkəmə tərəfindən qəti qərar qəbul edilənə kimi təqsirsiz hesab edilir. Təqsirsizlik prezumpsiyası cinayətkarlara verilən güzəşt kimi başa düşülməməlidir. Təqsirliliyin sübut edilməsinə aid tələb təqsirləndirilən şəxsin təqsirliliyinə inam olmadığı hallarda məhkəmənin bəraət hökmü çıxarmasını nəzərdə tutur.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən “Məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.2.4-cü maddəsinə əsasən “Bəraət hökmü bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə çıxarılır.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən “Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 350.1-ci maddəsinə əsasən “Məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir.” İş materiallarında olan 19 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş və ekpert tədqiqatından sonra qalıq qalan 16 kalibrli «TOZ-B» modelli patronluğunun uzunluğu 70 mm olan 20807№-li xarici çaxmaqlı, qoşa lüləli tüfəng və 15 ədəd patron Xəzər RPİ-nin saxlancına verilmişdir. İş materillarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-ballistik ekspertizasının 05 mart 2021-ci il tarixli 3/447 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd silah 1961-ci ildə zavod üsulu ilə istehsal edilmiş, 16 kalibrli «TOZ-B» modelli patronluğunun uzunluğu 70 mm olan 20807№-li xarici çaxmaqlı, qoşa lüləli tüfəngdir-yivsizdir odlu ov silahıdır, atəş açmaq üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 15 ədəd patronlar zavod üsulu ilə hazırlanmış, 16 kalibrli olmaqla həmin kalibrə malik yivsiz odlu ov tüfəngindən döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulan patronlardırlar, atəşə yararlıdır. Bu hissədə məhkəmə qeyd edir ki, “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikasının Qanunun 2-ci madəsinin, 3-cü bəndinə əsasən “Mülki silah özünümüdafiə, ov və idmanla məşğul olma üçün nəzərdə tutulmuş silahdır.” Həmin Qanunun 2-ci madəsinin, 12-ci bəndinə əsasən “Ov silahı - vəhşi heyvanların və quşların ovlanması üçün nəzərdə tutulmuş yivli və ya yivsiz lüləli odlu, soyuq, o cümlədən soyuq atıcı və pnevmatik silahdır.” Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsinə əsasən “Müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə - silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir.” Belə olan halda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əməlində inzibati xəta tərkibinin əlamətləri olduğundan araşdırılması üçün müvafiq orqana göndərilməlidir. İş üzrə maddi sübut 01 ədəd silah 1961-ci ildə zavod üsulu ilə istehsal edilmiş, 16 kalibrli «TOZ-B» modelli patronluğunun uzunluğu 70 mm olan 20807№-li xarici çaxmaqlı, qoşa lüləli tüfəng, 16 kalibrli 15 ədəd patronlar inzibati araşdırma başa çatana qədər Xəzər RPİ-də saxlanılmalıdır. İş üzrə 184,16 (bir yüz səksən dörd manat on altı qəpik) manat məbləğində ekspertiza xərci dövlət büdcəsindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 350-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ Təqsirləndirilən şəxs cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə bəraət verilsin və o, Azərbaycan Respublikasının adından təqsirsiz elan edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 356.5-ci maddəsinə əsasən qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququnun və həmin hüququn həyata keçirilməsi ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra ümumi çəkisi 22,821 qram və 38,445 qram narkotik vasitə olan qurudulmuş marixuananın əldə olunmasında və saxlanmasında aidiyyəti şəxslərin cinayət təqibi məsələsinin həll edilməsi üçün hazırki cinayət işi üzrə materiallar (qeyd olunan hissədə) ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Xəzər rayon prokuroruna göndərilsin, habelə maddi sübut qismində tanınaraq Xəzər Rayon Polis İdarəsində saxlanılan 01 ədəd 9 mm kalibirli PM modelli, Makarov konstruksiyalı yivli odlu silah, 01 ədəd daraq, 05 ədəd 9x18 mm kalibirli patronlar, 22,761 qram və 38,345 qram narkotik vasitə olan qurudulmuş marixuana ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun sərəncamına verilsin. Təqsirləndirilən şəxs inzibati məsuliyyətə cəlb edilməsi məsələsi ilə əlaqədar müvafiq materiallar Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilsin. Maddi sübut 01 ədəd silah 1961-ci ildə zavod üsulu ilə istehsal edilmiş, 16 kalibrli «TOZ-B» modelli patronluğunun uzunluğu 70 mm olan 20807№-li xarici çaxmaqlı, qoşa lüləli tüfəng, 16 kalibrli 15 ədəd patronlar inzibati araşdırma başa çatana qədər Xəzər RPİdə saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 184,16 (bir yüz səksən dörd manat on altı qəpik) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X3, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(003)-12/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-12/2022
20.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver