Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-120/2023 03.04.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili X2, Təqsirləndirilən şəxs iştirakları ilə, 27 avqust 1989-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla orada yaşamış, barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 08 oktyabr 2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli tutulduğu 06 oktyabr 2022-ci il tarixdən hesablanan və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini təkrarən əldə edərək üzərində saxlamaqla daşıma cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, siqaretin qara rəngli kağızına bükülmüş formada 01 ədəd bükümdə psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 13 sentyabr 2022-ci il tarixdə saat 16:00-da Xəzər RPİ-nin 1-ci PŞ-nin əməkdaşları tərəfindən yaşadığı ünvan 3 ünvanının yaxınlığında saxlanılaraq Xəzər RPİ-nin 1-ci PŞ-nə aparılmış və orada videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirilərkən əynində olan mavi rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd siqaretin qara rəngli kağızına bükülmüş, təmiz çəkisi 0,496 qram olan, ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,472 qram psixotrop maddə metamfetamini 05 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri Suraxanı rayonu ərazisindən 10 manata almaqla əldə edib üzərində saxlayaraq Bakı şəhəri Xəzər rayonu, Şağan qəsəbəsinə daşımış və 06 oktyabr 2022-ci il tarixdə saat 10:05 radəsində Xəzər RPİ-nin 1-ci PŞ-nin əməkdaşları tərəfindən keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində narkotik vasitələrin eləcədə psixotrop maddələrin istifadəsində şübhəli şəxs qismində qeyd olunan ünvanda saxlanılaraq Xəzər RPİ-nin 1-ci PŞ-nə gətirilmiş və PŞdəonunüzərinə videoçəkilişlə axtarış aparılan zaman, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 0,472 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlləri məhkəmədə tədqiq edilmiş, onun, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, bir neçə ildir ki, psixotrop maddə metamfetamindən istifadə edir. Həmişə istifadə etdiyi maddəni müxtəlif yerlərdə və müxtəlif tanımadığı şəxslərdən alır. Əvvəllər məhkum olunmasa da, onun barəsində hazırda bundan əlavə Xəzər RPi-nin İŞ-də barəsində Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə digər cinayət işinin araşdırılması aparılır. 05 oktyabr 2022-ci il tarixdə şəxsi işi ilə əlaqədar olaraq Suraxanı rayonuna getmişdir. Orada təsadüfən rastlaşdığı bir nəfər tanımadığı şəxslə söhbət edərkən, özünün psixotrop maddədən qəbulu ilə məşğul oduğunu bildirəndə, həmin şəxs əgər istəsə onun üçün bir dəfə qəbul etmək üçün lazım olan qədərini 10 manata təşkil edə biləcəyini demişdir. O da razılaşaraq həmin şəxsdən 10 manata bir ədəd bükülü vəziyyətdə psixotrop maddə metamfetamin alıb əynindəki şalvarın cibinə qoyub saxlamışdır ki, sonradan ağrıları olanda istifadə etsin. 06 oktyabr 2022-ci il tarixdə təxminən saat 10:05 radəsində Şağan qəsəbəsində yaşadığı evin yaxınlığında olan zaman ona iki nəfər polis əməkdaşı yaxınlaşıb əvvəlcə özlərini təqdim etmiş və onun özünü onlara təqdim etməyini demişlər. O, polis əməkdaşlarına şəxsiyyəti barədə məlumat vermiş və onlar onun narkotik vasitə, eləcə də psixotrop maddə saxlamağından şübhəli olduğunu deyərək onu Xəzər RPİ-nin 1-ci PŞ-nə gətirmişlər. Orada olan zaman ona polis əməkdaşları bildirmişlər ki, üzərinə video çəkiliş vasitəsi ilə şəxsi axtarış, baxış keçiriəcəklər. O polis əməkdaşları ilə razılaşmış və ona hüquqlarının müdafiəsi üçün Xəzər rayonu ərazisində fəaliyyət göstərən vəkillərdən birini dəvət etmişlər. Onun üzərinə şəxsi axtarış, baxış keçirilməzən əvvəl ona hüquq və vəzifələri izah edilmiş və ona təklif olunmuşdur ki, üzərində qanunazidd əşya və ya predmet varsa, təqdim etsin. Bundan sonra o, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd bükümdəki maddəni çıxardaraq təqdim etmişdir. Sorğu-sual zamanı polis əməkdaşlarına bildirmişdir ki, həmin maddə şüşə kimi bildiyi, psixotrop maddə metamfetamindir, özü istifadə etmək üçün 05 oktyabr 2022-ci il tarixdə Suraxanı rayonu ərazisindən tanımadığı şəxsdən 10 manata almışdır. Bundan sonra onun təqdim etdiyi maddə qablaşdırılmış və müvafiq sənədləşmə aparılmışdır. Tərtib edilmiş sənədlər onun və iştirakçlar tərəfindən imzalanmışdır. Bundan başqa, onu da qeyd edir ki, xx.xx.2022-ci il tarixdə səhər saatlarında Suraxanı qəsəbəsindən tanımadığı şəxsdən 10 manata özü istifadə etmək üçün bir büküm psixotrop maddə metamfetamin almış və üzərində saxlamışdır. xx.xx.2022-ci il tarixdə saat 16 radəsində o, yaşadığı Şağan qəsəbəsi Qazmaçılar küçəsi ev 23 ünvanının qarşısında piyada gedən zaman ona özlərini polis əməkdaşı kimi təqdim edən şəxslər yaxınlaşmış, xidməti vəzsiqələrini ona təqdim etdikdən sonra şəxsiyyəti barədə həmin polis əməkdaşlarına məlumat verməsi deyilmişdir. O, polis əməkdaşlarına şəxsiyyəti barədə məlumat vermiş və onların təklifi ilə Xəzər RPİ-nin 1-ci PŞ-nə gəlmişdir. Polis şöbəsində olan zaman ona bildirmişlər ki, narkotik vasitə, eləcə də psixotrop maddənin istifadəsində şübhəli olduğu üçün Polis şöbəsinə dəvət edilmişdir. Hüquqlarının müdafiəsi üçün vəkil dəvət edilmiş, hüquq və vəzifələri ona izah edildikdən sonra üzərinə şəxsi axtarış, baxış və götürmə keçirilmişdir. Həmin prosessual hərəkətlər edilməmişdən öncə ona təkilif olunmuşdur ki, üzərində qanunazidd əşya və ya predmet varsa təqdim etdin. Bu təklifdən sonra o, əynində olan mavi rəngli cins şalvarının sağ yan cibindən bir ədəd siqaretin qara rəngli kağızına bükülmüş bükümü təqdim etmiş və bildirmişdir ki, həmin bükümdə olan maddə şüşə kimi bildiyi psixotrop maddə metamfetamindir və onu xx.xx.2022-ci il tarixdə səhər saatlarında Suraxanı qəsəbəsi ərazisindən tanımadığı şəxsdən özü istifadə etmək üçün 10 manata almış və üzərində saxlamışdır. Törətdiyi əməli etiraf edir və peşmançılıq çəkir, himayəsində iki azyaşlı uşağı vardır. Bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Xəzər RPİ-nin 1-ci PŞ-nin əməliyyat müvəkkili Şahid1 göstərdi ki, Xəzər rayonu Şağan qəsəbəsində narkotik vasitələrin eləcədə psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, yəni mütəmadi olaraq narkotik vasitənin əldə edilməsi və qəbulu ilə məşğul olan «Tofiq» adlı şəxsin ifşa olunması məqsədi ilə əməliyyat qrupu yaradılmışdır. Həmin əməliyyat qrupunda o və şöbənin əməliyyat müvəkkili Şahid2 da iştirak etmişdir. Şəxsin ifşa olunması ilə bağlı 06 oktyabr 2022-ci il tarixdə saat 10 radələrində əməliyyat qrupu ilə birgə əməliyyat məlumatı əsasında Şağan qəsəbəsində «Tofiq» adlı şəxsin əlamətləri ilə üst-üstə düşən şəxsi görərək ona yaxınlaşmışlar və özlərini təqdim edib şəxsiyyətini təsdiq edən sənədi soruşmuşlar. Bu zaman həmin şəxs özünü Təqsirləndirilən şəxs olması kimi təqdim etmiş və o, tərəflərindən Xəzər RPİ-nin 1-ci PŞ-nə dəvət edilmişdir. Təqsirləndirilən şəxs PŞ-nə gətirildikdən sonra hüquqlarının müdafiə edilməsi üçün Bakı şəhəri 8 saylı Vəkil bürosundan vəkil dəvət edilmiş və vəkilin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs hüquq vəzifələri izah edilmiş və ona təklif olunmuşdur ki, üzərində hər hansısa bir qanunazidd əşya və ya predmet varsa, könüllü təqdim etsin. Bu zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümü çıxardaraq masanın üzərinə qoymuşdur. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddənin şüşə kimi bildiyi psixotrop maddə metamfetamin olmasını və həmin maddəni 05 oktyabr 2022-ci il tarixdə özü istifadə etmək üçün Suraxanı rayonu ərazisindən tanımadığı şəxsdən 10 manata almasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi maddə qablaşdırılmış və müvafiq sənədləşdirmə aparılaraq götürülmüşdür. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Xəzər RPİ-nin 1-ci PŞ-nin baş əməliyyat müvəkkili Şahid2 elan edilmiş ifadəsi ilə onun da oxşar, eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiklərini təsdiq etməsi müəyyən edildi. Məhkəmə iclasında şahid qismində dindirilən Xəzər RPİ-nin 1-ci PŞ-nin sahə inispektoru X3 göstərdi ki, Xəzər rayonu Şağan qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, yəni mütəmadi olaraq narkotik vasitənin eləcə də psixortop maddənin əldə edilməsi və qəbulu ilə məşğul olan «Tofiq» adlı şəxsin ifşa olunması məqsədi ilə əməliyyat qrupu yaradılmışdır. Həmin əməliyyat qrupunda o və həmin şöbənin əməliyyat müvəkkili Şahid1 da iştirak etmişdir. Şəxsin ifşa olunması ilə bağlı 13 sentyabr 2022-ci il tarixdə saat 16 radələrində əməliyyat qrupu ilə birgə əməliyyat məlumatı əsasında Xəzər rayonu Şağan qəsəbəsində «Tofiq» adlı şəxsin əlamətləri ilə üst-üstə düşən şəxsi görərək həmin şəxsə yaxınlaşmış və özlərini təqdim edib şəxsiyyətini təstiq edən sənədi soruşmuşlar. Bu zaman həmin şəxs özünü Təqsirləndirilən şəxs olması kimi təqdim etmiş və o, tərəflərindən Xəzər RPİ-nin 1-ci PŞ-nə dəvət edilmişdir. Təqsirləndirilən şəxs tərəflərindən PŞ-nə gətirildikdən sonra ona hüquqlarının müdafiə edilməsi üçün Bakı şəhəri 8 saylı Vəkil bürosundan vəkil dəvət edilmiş və vəkilin iştirakı ilə video çəkilişlə üzərinə baxış keçirmişlər. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs hüquq vəzifələri izah edilmiş və təklif olunmuşdur ki, üzərində hər hansısa bir qanunazidd əşya və ya predmet varsa, könüllü təqdim etsin. Bu zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ cibindən 01 ədəd bükümü çıxardaraq masanın üzərinə qoymuşdur. Sorğu- sual zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə şüşə kimi bildiyi psixotrop maddə metamfetamin olmasını, həmin maddəni 13 sentyabr 2022-ci il tarixdə özü istifadə etmək üçün Suraxanı rayonu ərazisindən tanımadığı şəxsdən 10 manata səhər saatlarında almasını demişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi maddə qablaşdırılmış və müvafiq sənədləşdirmə aparılaraq götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilən Xəzər RPİ-nin 1-ci PŞ-nin əməliyyat müvəkkili Şahid1 da oxşar, eyni məzmunlu ifadə verərək şahid X1 göstərdiklərini təsdiq etdi. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəməkimyəvi ekspertizasının 06 oktyabr 2022-ci il tarixli 6/5748 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 193” dairəvi möhür əksi olan "Vət. Təqsirləndirilən şəxs üzərindən ...." yazı və imzalar qeyd edimiş bir ədəd zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,472 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qeyd: Metamfetaminin təmiz çəkisi: 0,472 qram, tədqiqat sərf edildi: 0,050 qram, qalıq: 0,422 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat təşkil edir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəməkimyəvi ekspertizasının 14 sentyabr 2022-ci il tarixli 6/5162 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 193” dairəvi möhür əksi olan "Vət. Təqsirləndirilən şəxs üzərindən ...." sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,496 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qeyd: Metamfetaminin təmiz çəkisi: 0,496 qram, tədqiqat sərf edildi: 0,050 qram, qalıq: 0,446 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 81 (səksən bir) manat təşkil edir. Metamfetamin-2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin”-in siyahısına (Siyahı İ) daxildir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəmənarkoloji ekspertizasının 25 noyabr 2022-ci il tarixli, 7136 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş təmiz çəkisi 0,472 qram olan psixotrop maddə metamfetamin, eləcə də axtarış, baxış və götürmə zamanı çəkilmiş video görüntü olan CD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 13 sentyabr 2022-ci il tarixdə aşkar edilmiş təmiz çəkisi 0,496 qram olan psixotrop maddə metamfetamin, eləcə də axtarış, baxış və götürmə zamanı çəkilmiş videogörüntü olan CD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Tədqiqatın nəticəsindən sonra psixotrop maddə metamfetaminin qalığı 0,422 qram (220010808 saylı cinayət işi üzrə) və 0,446 qram (220010808 saylı cinayət işinə birləşdirilmiş ********* saylı cinayət işi üzrə) təqsirləndirilən şəxs və onun müdafiəçisi cinayət işinin materialları ilə, eləcə də maddi sübutla tanış olduqdan sonra Xəzər RPİ-nin saxlanma yerinə təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİ 1-ci PŞ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan iki ədəd CD disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. İş materiallarından görünür ki, 14 noyabr 2022-ci il tarixdə ********* saylı cinayət işi Xəzər RPİ İŞ-nin icraatında olan ********* saylı cinayət işinə birləşdirilməklə sonuncu nömrə altında istintaq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 24 sentyabr 2022-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini təkrarən əldə edərək üzərində saxlamaqla daşıma cinayətini törətməsi onun özünün etirafedici ifadəsindən başqa, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək peşmançılıq çəkməsini, himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 13 sentyabr 2022-ci il tarixdə ********* saylı cinayət işi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, 15 sentyabr 2022-ci il tarixdə ona həmin maddə ilə ittiham elan edilərək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməklə Xəzər RPİ MSY-dən azad edilmişdir. Məhkəmə hesab edir ki, Şahin Rzayevin şübhəli şəxs qismində 13 sentyabr 2022-ci il tarixdən 13 sentyabr 2022-ci il tarixə qədər 02 (iki) gün saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasını çəkməsinin əvvəli tutulduğu 06 oktyabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 0,422 qram (220010808 saylı cinayət işi üzrə) psixotrop maddə metamfetamin və 0,446 qram (220010808 saylı cinayət işinə birləşdirilmiş ********* saylı cinayət işi üzrə) psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut - Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİ 1-ci PŞ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan 02 ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 146 (yüz qırx altı) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, maddi ziyan yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 2 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 13 sentyabr 2022-ci il tarixdən 15 sentyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı 2 (iki) gün ona təyin olunmuş cəzadan çıxılsın və o, qəti olaraq 1 (bir) il 1 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli tutulduğu 06 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 0,422 qram (220010808 saylı cinayət işi üzrə) psixotrop maddə metamfetamin və 0,446 qram (220010808 saylı cinayət işinə birləşdirilmiş ********* saylı cinayət işi üzrə) psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut - Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİ 1-ci PŞ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan 02 ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs cəmi 146 (yüz qırx altı) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №1(003)-120/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-120/2023
03.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver