Məhkəmə qərarları › İş №1(003)-120/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-120/2024

26.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-120/2024 26.11.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısınun, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs iştirakları ilə, 27 noyabr 1996-cı il tarixdə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yeni yaşayış massivi, nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 185.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakı olan avtomobili talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirmə məqsədilə xx.xx.2023cü il tarix saat təxminən 20 radələrində tanışı xx.xx.1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ailəli, orta təhsilli, məhkum olunmamış, işsiz, Azərbaycan Respublikasının vətəndaşı, Binə qəsəbəsi Məmmədyarov küçəsi ev 30 ünvanında qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs mülki etibarnamə ilə idarə etdiyi "Ford Fusion" markalı **-DX- *** dövlət nömrə nişanlı avtomobilini Xəzər rayon, Türkan qəsəbəsində yerləşən dəniz çimərliyinin duracağından talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs tanıyır. xx.xx.2023-cü il tarix saat təxminən 20 radələrində Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən dəniz çimərliklərinin birində olan zaman təsadüfən X9 ilə rastlaşmış, onunla bir qədər söhbət edərək ondan çəkmək üçün siqaret alaraq oradan aralnamışdır. Təxminən 10 dəqiqədən sonra X4 olduğu yerə gəldikdən sonuncunun dənizdə çimdiyini görmüş və onun darə etdiyi avtomobilin açarını süfrənin üzərində olduğunu görmüş, avtomobilin açarını götürərək avtomobilin dayandığı yerə getmişdir. xx.xx.2023-cü il tarix saat təxminən 20 radələrində Zərərçəkmiş şəxs məxsus olan Ford Fusion markalı 99-DX- 299 dövlət nömrə nişanlı avtomobilinin dayandığı Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən dəniz çimərliyinin duracağında dayandığı yerə gedərək, avtomobilin açarı ilə qapılarını açaraq avtomobili işə salaraq sürüb çıxıb getmişdir. Zərərçəkmiş şəxs təxminən 10 dəqiqədən sonra ona məxsus olan mobil telefona zəng vuraraq avtomobilin onda olduğunu soruşduqda o, avtomobilin onda olduğunu bildirmiş, tezliklə qayıdacağını demiş və mobil telefonunu söndürərək avtomobili sürməyə davam etmişdir. xx.xx.2023-cü il tarix saatb təxminən 15 radələrində Zərərçəkmiş şəxs məxsus olan Ford Fusion markalı **-DX-*** dövlət nömrə nişanlı avtomobili Sabunçu rayon Maştağa qəsəbəsində idarə etdikdən PPX-nin əməkdaşları onu saxlayaraq Sabunu RPİ-nin 14-cü PB-nə gətirdiklərini bildirmişdir. Sonra Xəzər RPİ-nin 1-ci PŞ-nin əməkdaşları onu PŞ-nə gətirdiklərini bildirmişdir. Ona siz nə məqsədlə Zərərçəkmiş şəxs məxsus olan Ford Fusion markalı **-DX-*** dövlət nömrə nişanlı avtomobili qaçırdığı sualını verdikdə o, sonuncuya məxsus olan avtomaşını sürmək üçün qaçırdığını bildirmişdir. O, Zərərçəkmiş şəxs məxsus olan Ford Fusion. markalı **- DX-*** dövlət nömrə nişanlı avtomobili qaçırıb sürən zaman avtomobilə heç bir ziyan vurmadığını və heç bir kriminal hadisə törətmədyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə vət Zərərçəkmiş şəxs məxsus olan Ford Fusion markalı **-DX-*** dövlət nömrə nişanlı avtomobilə Xəzər RPİ-nin 1-ci PŞ-nin həyətində tərəfimdən baxış keçirilmiş avtomaşında heç bir ziyan dəymədiyi müəyyən edilmişdir. Bu barədə foto şəkillə çəkilərək protokola əlavə edilmişdir. Beləliklə, xx.xx.1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, subay, orta təhsilli, məhkum olunmuş, işsiz, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 3 ünvanında qeydiyyatda olan, Suraxanı rayonu Ə.Məmmədov küçəsi ev 26 ünvanında yaşayan Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarix saat təxminən 20 radələrində tanışı xx.xx.1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ailəli, orta təhsilli, məhkum olunmamış, işsiz, Azərbaycan Respublikasının vətəndaşı, Binə qəsəbəsi Məmmədyarov küçəsi ev 30 ünvanında qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs mülki etibarnamə ilə idarə etdiyi "Ford Fusion" markalı **-DX-*** dövlət nömrə nişanlı avtomobilini Xəzər rayon, Türkan qəsəbəsində yerləşən dəniz çimərliyinin duracağından talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirmişdir. Təqsirləndirilən şəxs ifadəsində həmçinin əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxs ilə barışdığını, Zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyini, Zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığını göstərmiş və bu səbəbdən barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Ford Fusion markalı **-DX-*** dövlət nömrə nişanlı avtomobili mülki etibarnamə ilə idarə etdiyini bildirmişdir. xx.xx.2023-cü il tarix saat təxminən 20 radələrində idarə etdiyi Ford Fusion markalı **-DX-*** dövlət nömrə nişanlı avtomobillə Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən dəniz çimrəliyinə getmiş, orada X6 ona yaxınlaşaraq çəkmək üçün siqaret istəmiş, o da sonuncuya siqaret verdiyini bildirmişdir. Sonra o idarə etdiyi avtomobilin açarlarını dəniz kənarında süfrənin üzərinə qoyaraq dənizə çimməyə getmişdir. Təxminən 10 dəqiqədən sonra dənizdən çıxan zaman idarə etdiyi avtomobilin açarını süfrənin üzərində görmədiyini və dərhal avtomaşının Xəzər rayonu, Türkan qəsəbəsi dəniz çiməriliyinin duracağında saxladığı yerə getdikdən avtomobilin yerində olmadığını aşkar etmişdir. Ford Fusion markalı **-DX-*** dövlət nömrə nişanlı avtomobilini X7 tərəfindən qaçırıldığından şübhələndiyi üçün ona məxsus olan mobil telefona zəng vurmuş, sonuncu özünə məxsus olan mobil telefona cavab verǝrǝk avtomobilin onda olduğunu və tezliklə gələcəyini bildirmişdir. X3 məxsus olan mobil telefona təkrarən zəng vurduqda sonuncuya məxsus olan mobil telefona zəng çatmamışdır. xx.xx.2023-cü il tarix saat təxminən 03 radələrində avtomobilin qaçırılması barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. X7 ona məxsus olan Ford Fusion markalı **-DX-*** dövlət nömrə nişanlı avtomobili qaçırı sürən zaman avtomobilə heç bir ziyan vurmadığını bildirmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında iştirak edən Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmiş, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Həmçinin bununla bağlı ərizə təqdim etdi. İş materiallarına əlavə edilmiş avtomobilə baxış keçirilməsi haqqında protokolundan görünür ki, xx.xx.2023-cü il tarixdə vət Zərərçəkmiş şəxs məxsus olan Ford Fusion markalı **-DX-*** dövlət nömrə nişanlı avtomobilə Xəzər RPİ-nin 1-ci PŞ-nin həyətində təhqiqatçı tərəfindən baxış keçirilmiş avtomaşında heç bir ziyan dəymədiyi müəyyən edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs bildirmişdir ki, Zərərçəkmiş şəxs ilə barışdığı, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığı qeyd edilmiş və bu səbəbdən onun cinayət məsuliyyətindən azad edilərək, iş üzrə icraata xitam verilməsi xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə onun Təqsirləndirilən şəxs ilə barışdığı qeyd olunmuşdur. Azərbaycan Respublikası CM-in 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs Zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-in 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə bu Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə, iş üzrə təqsirləndirilən və zərərçəkmiş şəxsin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olan cinayət törətməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin və törədilmiş cinayət əməli ilə əlaqədar ziyanın olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 185.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməklə cinayət işinin icraatına xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai araşdırma zamanı və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 2020 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 40.1, 40.2, 43.3, 321.1, 321.2.1, 347, 384.1.3-cü maddələrini və Azərbaycan Respublikası CM-in 73-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 73-1.1-ci maddəsinə əsasən, yəni zərərçəkmiş şəxslə barışdığı və dəymiş ziyanı tamamilə ödədiyi üçün həmin Məcəllənin 185.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs başqa iş üzrə həbsdə olması nəzərə alınsın. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X8 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai araşdırma zamanı müdafiə edilməsinə görə sərf etdiyi 1 saata görə 6 (altı) manat, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X5 məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 16 saata görə 160 (yüz altmış) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda X5 ödənilməsi 8 saylı Vəkil Bürosuna həvalə edilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar