Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-120/2025 26.02.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qiyasova Səbinə Ağacan qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1961-ci il tarixdə Ermənistan Respublikası Vedi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan CM-nin) 322.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İttiham aktında göstərilmişdir ki, X1 və nasaz vəziyyətdə olan məişət əşyalarının alınaraq təmir olunub satılmasında əvvəllər onunla birlikdə işlənmiş Zərərçəkmiş şəxs ayrıldıqları vaxt Zərərçəkmiş şəxs ona birgə iş fəaliyyətindən borclu qaldığı 1.150 manat məbləğində pulu, eyni zamanda istintaqa “Əvəz” adı ilə məlum olan şəxsə məxsus olmaqla Bakı şəhəri, Xəzər rayonu Buzovna qəsəbəsi Albalılıq yaşayış massivində yerləşən “Laçınqaya” restoranının arxasındakı icarəyə götürdüyü təmir emalatxanasında ona məxsus olmaqla qalan əşyalarını verməsini Zərərçəkmiş şəxs dəfələrlə tələb etməsinə baxmayaraq, hər dəfə aldadılıb süründürüldüyü üçün əmlak və pul tələbi ilə bağlı qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət etmək əvəzinə, 15 sentyabr 2024-cü il tarixdə saat 13 radələrində Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Albalılıq yaşayış massivində yerləşən “Laçınqaya” restoranının arxasındakı təmir emalatxanasına gələrək Zərərçəkmiş şəxs ona məxsus əmlakları və borclu qaldığı pulu vermək üçün onu aldadıb emalatxanaya gəlməməsi səbəbindən qanunla və digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydalarına zidd olaraq Zərərçəkmiş şəxs icarəyə götürdüyü emalatxananın qapısına vurulmuş qıfılı sındırıb içəri daxil olaraq özünə məxsus olduğunu və gəlib aparacağını Zərərçəkmiş şəxs əvvəlcədən bildirdiyi 1 ədəd 200 manat dəyərində şkaf soyuducunu və Zərərçəkmiş şəxs ona qaytarmalı olduğu 1150 manat məbləğində borc pul hesabına almış olduğunu güman etdiyi pulun əvəzi olaraq 1 ədəd 250 manat qiymətində vitrin soyuducunu, 1 ədəd 250 manat qiymətində velosipedi, 1 ədəd 150 manat qiymətində trenajor aparatını, 1 ədədi 150 və 1 ədədi isə 100 manat olmaqla ümumilikdə 250 manat qiymətində olan 2 ədəd mətbəx vassını, 1 ədəd 50 manat qiymətində dəmir masanı, 1 ədədi 40 manat olmaqla ümumi qiyməti 160 manat olan 4 ədəd məktəb partalarını, 1 ədəd 40 manat qiymətində akrobat stulunu, 1 ədədi 5 manat olmaqla ümumi qiyməti 90 manat olan 18 ədəd plastik stulları, 1 ədədi 10 manat olmaqla ümumi qiyməti 240 manat olan 24 ədəd dəmir parta stulları, 1 ədəd 150 manat qiymətində kompressoru, 1 ədədi 15 manat olmaqla ümumi qiyməti 30 manat olan 2 ədəd skamyanı, 1 metri 1 manat 20 qəpik olmaqla ümumi qiyməti 21 manat 60 qəpik olan 18 metrlik metal profili, 1 ədəd 70 manat qiymətində laqondanı, 1 ədəd 40 manat qiymətində radiatoru, 1 ədədi 30 manat olmaqla ümumi qiyməti 150 manat olan 5 ədəd plastik masanı, 1 ədədi 7 manat olmaqla ümumi qiyməti 70 manat olan 10 ədəd dəmir ev stulunu və 1 ədədi 10 manat olmaqla ümumi qiyməti 30 manat olan 3 ədəd yanğınsöndürən balonlarını onun icazəsi olmadan götürüb əvvəllər onların əmlaklarını daşıyıb satan tanışı Şahid2 idarə etdiyi “Mersedes” markalı **-RC-*** dövlət nömrə nişanlı avtomobilə yüklətdirib aparmaqla qanuniliyi fiziki şəxs Zərərçəkmiş şəxs tərəfindən təkzib edilən davranış qaydalarını pozub əmlakın ona məxsus olduğuna yönəlmiş özbaşına hərəkətlərlə Zərərçəkmiş şəxs ümumilikdə 2.041 (iki min qırx bir) manat 60 (altmış) qəpik məbləğində mühüm ziyan vurmaqla özbaşınalıq etmişdir. Məhkəmə istintaq zamanı təqsirləndirilən şəxs qismində Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs 6 ilə yaxın müddətdir ki, tanıyır və onun birlikdə işləmişdirlər. Sonra ondan ayrılmış və özünə anbar götürüb işləmişdir. Ona köhnə mallardan gətirib vermişdir. Qaçış aparatı, seyf qapısı, soyuducu və 8 ədəd jalyüz 15-20 plyajlarda istifadə olunan stolları satmaq üçün vermişdir. Sonra Muxtar malları satmış, lakin pulunu gec qaytaracağını demiş, onunla razılaşmışdır. Lakin üstündən uzun müddət keçmiş, lakin pulunu geri qaytarmamışdır. Sonuncu dəfə ondan kartını istəmiş və pulunu kartına göndərəcəyini demişdir. Yenədə Muxtar sözünə əməl etməmişdir. Bu səbəbdən məcbur olub anbara gedib, qalan malları qaytarmasını tələb etmişdir. Çünki soyuducunun satılmadığını demişdir. Soyuducunu geri tələb etsə də, müxtəlif bəhanələr söyləmişdir. Ona mallarını geri götürəcəyini demişdir. Sabahısı günü anbara gəlmiş, anbarın qapısı bağlı olmuşdur. Sonra ona zəng etmiş və anbarının qapısının açmasını və malları geri götürmək istədiyini demişdir. Bir müddət yaxınlıqda olan kafedə çay içərək onun gəlməsini gözləmişdir. Lakin gəlməmiş, Turala zəng edərək fəhlə götürüb gəlməsini bildirmişdir. Qapının arxasında taxta olmuşdur. Onu götürüb malları maşına yığmışlar və onlara həmin malları metalloma verməsini bildirmişdir. Bütün malların dəyəri 360 manat etmiş, 160 manat avtomobil və fəhlə xərci tutmuş, 200 manat ona pul qalmışdır. Muxtar axşam ona zəng etmişdir. Mallarını geri qaytardığı təqdirdə, onun mallarını verə biləcəyini demişdir. Muxtar onun barəsində polisə şikayət etmişdir. Malların hamısını qaytarmışıdır. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Uzun müddət birlikdə işləmişdirlər. Sonradan ayrı anbar götürmüşdür. Təqsirləndirilən şəxs ona verdiyi malları satmışdır. İşlədiyi anbar başqa şəxsə məxsus olmuş və kirayə götürüb işlətmişdir. Onun istintaqa bildirdiyi əşyaların dəyəri real bazar qiymətinə uyğun dəyərləndirmişdir. Soyuducu təqsirləndirilən şəxsə məxsus olmuşdur. Digər əşyalar ona məxsusdur. Əmlaklarının bir hissəsi qaytarılmışdır. Onun Azərə 1150 manat borcu olmuşdur. Hazırda aralarında razılıq əldə etmişdirlər. Laqonda və bir neçə əşya təqsirləndirilən şəxsdə qalmışdır və onları Azər ona qaytaracaqdır. Həmin əşyaları ona olan borcu ilə razılaşmışdırlar. Ona qarşı və şikayəti və tələbi yoxdur. Məhkəməyədək icraat zamanı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəmə islasında iştirak etmədiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadəsində göstərmişdir ki, təxminən 1 ildir ki, Köhnə ünvan 2 ünvanında yerləşən metal qəbulu məntəqəsində nəzarətçi kimi işləyir. İşlədiyi müddət ərzində də Şahid2 ilə tanış olmuşdur. Belə ki, Turalın yük maşını olmuşdur və bir neçə dəfə onların məntəqəsinə yük gətirmişdir. 15 sentyabr 2024-cü il tarixdə o işdə olarkən Tural yenə öz maşını ilə məntəqəyə gəlib 1 ədəd vitrin soyuducu, 1 ədəd trenajor aparatı, 10 ədəd plastik stul və 1 ədəd plastik masa gətirmişdir. Həmin əşyalara o ümumilikdə təxminən 190 manat pul vermişdir. Turaldan həmişə mal alarkən onlar həmin əşyaları şəxsiyyət vəsiqəsinin surəti ilə qəbul etmişlər. Həmin şəxsiyyət vəsiqəsinin onların məntəqəsində qalma müddəti təxminən 1 aydır. Çünki yeni ay başlayan zaman onlar keçən aydan qalan sənədləri məhv etmişlər. Həmin hadisənin səhəri günü Tural yanına gələrək verdiyi əşyaları ondan geri istəmişdir. O da Turalın verdiyi həmin əşyaları Turala geri qaytarmış və verdiyi pulu da Turaldan geri almışdır. İbtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəmə islasında iştirak etmədiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadəsində göstərmişdir ki, Muxtar və Azəri tanıyır. Belə ki, onlar əvvəllər biryerdə təmir emalatxanasında işləmişlər. Dəfələrlə Muxtara və Azərə yük daşımış və bu səbəbdən də onu yaxşı tanımışlar. xx.xx.2024-cü il tarixdə Azər ona zəng edərək bildirmişdir ki, Muxtarın sexində yük var və həmin yükü aparmaq istəyir. Azər ona bildirmişdir ki, “fəhlə götür gəl” və o da Suraxanı dairəsindən əvvəllər tanımadığı bir nəfər fəhlə götürüb birlikdə Azərin dediyi həmin Muxtarın işlədiyi sexin qarşısına gəlmişlər. Azər orada onları gözləmişdir. Sexə bitişik həyətin qapısına bitişik taxtanı açaraq Azər içəri girmişdir. Sonradan sexin qapısına vurulmuş asma qıfılı sındıraraq içəri daxil olmuşlar. O, Azərdən soruşmuşdur ki, "Muxtarın xəbəri varmı?” Azər də ona bildirmişdir ki, "Bəli Muxtarın xəbəri var”. Bundan sonra onlar birlikdə sexə daxil olaraq Azərin göstərişi ilə 1 ədəd vitrin soyuducu, 1 ədəd velosiped, 1 ədəd trenajor aparatı, 2 ədəd mətbəx vassı, 1 ədəd dəmir masa, 4 ədəd məktəb partası, 1 ədəd akrobat stulu, 18 ədəd plastik stul, 24 ədəd dəmir parta stul, 1 ədəd kompressor, 2 ədəd skamya, 18 metrlik metal profil, 1 ədəd laqonda, 1 ədəd radiator, 5 ədəd plastik masa, 10 ədəd dəmir ev stulu və 3 ədəd yanğınsöndürən balonları götürüb onun idarə etdiyi “Mersedes” markalı **-RC-*** dövlət nömrə nişanlı avtomobilə yükləmiş və onlar oradan ayrılmışlar. Azər malların bir qismini özü satmaq üçün götürmüş və daha sonra ona bildirmişdir ki, yerdə qalan digər malları isə metalloma versin və əldə etdiyi pulu isə 100 manat yol pulunu çıxmaqla qalan pulu Azərin özünə qaytarsın. O da həmin malların bir qismini Suraxanı qəsəbəsində yerləşən metal qəbulu məntəqəsinə sataraq ümumilikdə 260 manat pul əldə etmiş, həmin puldan 100 manat fəhlə ilə ona qalmış və qalan 160 manatı isə Azərin ona göndərdiyi kart hesabına göndərmişdir. Səhər yəni ayın 16-da Azər ona zəng edərək metalloma verdiyi malları geri qaytarmağını xahiş etmişdir. O da Azərdən yenidən 200 manat götürərək metallomdan malları yenidən götürərək Muxtarın sexinə geri qaytarmış və öz yerinə boşaltmışdır. İş materiallarında olan: -“Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər RP-nin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı X4 tərəfindən Azərbaycan Respublikasının CM-nin 322.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. -“Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. -“Məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Səbail Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə AR CM-nin 195.2 və 69.3-cü maddələri ilə 02 il 22 gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş və AR CM-nin 70-ci maddəsinə əsasən təyin edilmiş cəzası 01 il sınaq müddəti ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 28.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq hüququ vardır.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikası Konstitusiyasının 125.7-ci maddəsinə əsasən “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 322.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə Azərbaycan Respublikası CM-in 59.1.12 və 59.1.14-cü maddələrinə əsasən təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barşıq əldə etməsini və cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq ona Azərbaycan Respublikası CM-nin 322.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Təqsirli şəxsə islah işləri və ya cərimə cəzası təyin edilərkən onun maddi vəziyyəti, öhdəsində yetkinlik yaşına çatmayanların, əmək qabiliyyəti olmayan digər şəxslərin olması və s. aydınlaşdırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.1-ci maddəsinə əsasən “Özbaşınalıq, yəni qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına zidd olaraq qanuniliyi fiziki və ya hüquqi şəxs tərəfindən təkzib edilən hər hansı hərəkətin özbaşına törədilməsi mühüm ziyan vurduqda - min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 322.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cəza növü kimi cərimə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən “Xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır.” Cinayət işi üzrə xüsusi müsadirə üçün əsaslar müəyyən edilməmişdir. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd vitrin soyuducu, 1 ədəd trenajor, 1 ədəd turnik, 1 ədəd parta oturacağı, 10 ədəd plastmas stul və 1 ədəd plastmas masanın Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 322.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 1000 (bir min) manat miqdarında cərimə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd vitrin soyuducusu, 01 ədəd trenajor aparatı, 01 ədəd turnik, 01 ədəd parta oturacağı, 10 ədəd plastmas stul və 01 ədəd plastmas masanın qanuni sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 15 saata görə 90 manat, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X8 tərəfindən Təqsirləndirilən şəxs məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 23 saata görə 138 manat, ümumilikdə 228 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №1(003)-120/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-120/2025
26.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver