Məhkəmə qərarları › İş №1(003)-121/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-121/2023

01.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-121/2023 01.06.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1962-cı il tarixdə Şamaxı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Hövsan Südçülük sovxozunda qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat təxminən 18:16 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Kia Ceed” markalı **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Zığ şossesi ilə saatda 60 km/saat sürətlə hərəkət edib Hava limanı körpüsünün üzərindən Bakı-Mərdəkan Şossesinə daxil olarkən «X5» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 63-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozmaqla yəni, onun hərəkəti üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görüb hadisənin qarşısını almağa texniki imkanı olduğu halda buna əməl etməyərək mövcud şəraitdə ehtiyatsızlıqdan idarəetməni itirdiyindən həmin avtomobilin qabaq hissəsi ilə Bakı-Mərdəkan şossesi ilə soldan 3-cü hərəkət zolağı ilə saatda 90 km/saat sürətlə hərəkətdə olan sürücü Zərərçəkmiş şəxs5 idarə etdiyi “Vaz 2103” markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ hissəsinə çırpılmış, zərbənin təsirindən “Vaz 2103” markalı avtomobil idarəetməni itirərək yolun soldan sağa 1-ci zolağı ilə öz yolunda hərəkətdə olan sürücü Zərərçəkmiş şəxs1 saatda 100 km sürətlə idarə etdiyi “Naz Lifan” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilə çırpılmış və “Naz Lifan” markalı avtomobil zərbənin təsirindən yolun ortasında yerləşən metal konstruksiyaya və işıq dirəyinə çırpılaraq dayanmış və nəticədə ehtiyatsızlıqdan “Vaz 2103” markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürcüsü Zərərçəkmiş şəxs5 baş-beyinin yüngül dərəcəli əzilməsi, ənsə sümüyünün xətti sınığı, sol bud sümüyünün qapalı sınığı, təpə nahiyəsinin, alının, burunun, sol almacıq və yanaq nahiyəsinin, hər iki əlin əzilmiş yaraları ilə müşayiət olunan və həyat üçün təhlükəli olan sağlamlığına ağır dərəcəli bədən xəsarəti, həmçinin “Naz Lifan” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 sağ bazunun qançırı, ağrı sindromu və hərəkət məhdudluğu, tənəffüs aktının (nəfəs alıb-vermənin) çətinləşməsi ilə müşayiət olunan döş qəfəsinin yumşaq toxumalarının əzilməsi ilə nəticələnən və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarəti, eləcə də “Naz Lifan” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişinlərdən - Zərərçəkmiş şəxs6 baş-beyinin silkələnməsi halında olan qapalı kəlləbeyin travması, sağ üst göz qapağının, sağ gözaltı nahiyənin sıyrıqları ilə müşayiət olunan və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarəti, Zərərçəkmiş şəxs4 baş-beyinin silkələnməsi halında olan qapalı kəllə-beyin travması, sağ göz almasının ağlı qişasının qansızması, sağ üst göz qapağının, sağ və sol gözaltı nahiyənin qançırları, sağ kürək sümüyünün qapalı sınığı, İİ bel fəqərəsinin kompression fəsadlaşmayan sınığı ilə müşayiət olunan və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır dərəcəli bədən xəsarəti, Zərərçəkmiş şəxs3 alının sıyrığı, sol mil sümüyünün qapalı sınığı ilə müşayiət olunan və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır dərəcəli bədən xəsarəti və Zərərçəkmiş şəxs2 sağ kürək sümüyünün, boyunun qapalı sınığı ilə müşayiət olunan və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır dərəcəli bədən xəsarətləri yetirmiş, həmçinin “Naz Lifan” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs1 ümumilikdə 3.566 (üç min beş yüz altmış altı) manat və “Vaz 2103” markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs5 isə ümumilikdə 3.934 (üç min doqquz yüz otuz beş) manat məbləğində maddi ziyan vurmaqla yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxslərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 18 radələrində o, idarə etdiyi özünə məxsus olan “Kia Ceed” markalı **- OK-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Zığ şossesi ilə hərəkət edib Aeroport körpüsünün üzərindən Bakı-Mərdəkan şossesinə çıxmış, üzü Mərdəkan qəsəbəsi istiqamətinə yolun sağdan-sola 2-ci zolağı ilə saatda təxminən 60 km/saat sürətlə təxminən 50 metr hərəkət etmiş və həmin vaxt avtomobilinin arxa sağ qanadına nəyinsə çırpılmasını hiss etmiş, zərbədən idarəetməni itirmiş və Bakı-Mərdəkan şossesi ilə soldan 3-cü hərəkət zolağı ilə öz yolu ilə hərəkətdə olan “Vaz 2103” markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ hissəsinə çırpılmış, zərbənin təsirindən “Vaz 2103” markalı avtomobil də idarəetməni itirərək yolun soldan sağa 1-ci zolağı ilə öz yolunda hərəkətdə olan “Naz Lifan” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilə çırpılmış və “Naz Lifan” markalı avtomobil zərbənin təsirindən yolun ortasında yerləşən metal konstruksiyaya və işıq dirəyinə çırpılaraq dayanmışdır. Onun da avtomobili fırlanaraq yolun sol tərəfində yerləşən metal konstruksiyaya dəyərək dayanmışdır. Bundan sonra YPİ-nin əməkdaşları gələrək avtomobilləri hadisə yerindən götüzdürüb kənara çəkmişlər. Həmçinin qeyd etmişdir ki, hadisə zamanı avtomobildə tək olmuş və xəsarət almamışdır. Zərərçəkmiş şəxslərlə barışmasının və onlara dəymiş ziyanın tamamilə ödənilməsinin nəzərə alınaraq onun barəsində olan hazırkı cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 göstərdi ki, o, Qarabağ qazisidir, birinci qarabağ döyüşlərində iştirak etmiş, döyüşlər zamanı yaralanmış və hazırda 2-ci qrup əlildir. 2018-ci il tarixdə cənab prezident bir neçə nəfər Qarabağ qazisinə avtomobil hədiyyə etmişdir. Ona da həmin ildə “Naz Lifan” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobili hədiyyə etmişdir. O, dolanışığını təmin etmək üçün arada bir həmin avtomobili ilə taksilik fəaliyyəti ilə məşğul olmuşdur. Belə ki, sonuncu dəfə xx.xx.2022-ci il tarixdə o, taksi kimi Koroğlu metrostansiyası yaxınlığından 4 nəfər müştərini avtomobilinə mindirib Binə qəsəbəsinə yollanmışdır. Həmin gün sərnişinlərlə birlikdə saat 18 radələrində idarə etdiyi özünə məxsus olan “Naz Lifan” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Xəzər rayonu, Bakı-Mərdəkan şossesi ilə Binə qəsəbəsi istiqamətinə doğru yolun soldan sağa 1-ci zolağı ilə saatda təxminən 100 km/saat sürətlə hərəkətdə olmuşdur. Hava limanı körpüsünü keçdikdən sonra qəflətən sağ tərəfdən açıq yaşıl rəngli “Vaz 2103” markalı avtomobilin onun avtomobilinin sağ yan qapı hissəsinə çırpılmasını görmüş və zərbədən idarəetməni itirdiyindən avtomobili beton səkinin üzərinə qalxaraq metal konstruksiyaya dəyib dayanmışdır. Avtomobili metal konstruksiyaya dəyən zaman zərbənin təsirindən sükan ona tərəf gəlib sinə nahiyəsindən dəymişdir. O, sükanı bərk tutduğu üçün sağ qolu qatlanaraq sükanla sinəsinin arasında qalıb əzilmişdir. Hadisə zamanı ondan başqa avtomobilində sərnişin qismində Koroğlu metro stansiyasının qarşısından götürdüyü 4 nəfər şəxs də xəsarət aldığı üçün təcili yardım avtomobili ilə Sabunçu rayonunda yerləşən 3 saylı şəhər klinik xəstəxanasına aparılmışlar. Onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və ya tələbi yoxdur. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və barışmalarının nəzərə alınaraq hazırkı cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 göstərdi ki, o, təxminən 3 ildir ki, Poladoğlu şirkətində iş icraçısı vəzifəsində işləyir. Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 da onunla birgə həmin şirkətdə işləyirlər. Onlar hər gün Koroğlu metrostansiyasının yaxınlığında dayanan 1 manatlıq taksi ilə evlərinə getmişlər. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə təxminən saat 18 radələrində qeyd etdiyi iş yoldaşları və o, Koroğlu metrostansiyasının qarşısında “Naz Lifan” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşərək yaşadıqları Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi, südçülük sovxouna doğru hərəkətdə olmuşlar. Sərnişini olduqları “Naz Lifan” markalı avtomobil Bakı-Mərdəkan şossesi ilə yolun soldan-sağa 1-ci zolağı ilə hərəkət edib Aeroprt körpüsünü keçdikdən sonra qəflətən sağ tərəfdən açıq yaşıl rəngli “Vaz 2103” markalı avtomobilin onun və iş yoldaşlarının əyləşdiyi Naz Lifan markalı avtomobilin sağ yan qapı hissəsinə çırpılmasını görmüş və zərbədən “Naz Lifan” markalı avtomobil idarəetməni itirdiyindən avtomobil beton səkinin üzərinə qalxaraq metal konstruksiyaya dəyib dayanmışdır. Avtomobil metal konstruksiyaya dəyən zaman zərbənin təsirindən onun sağ kürək sümüyü avtomobilin arxa sağ qapısına dəymiş və nəticədə xəsarət almışdır. Hadisə zamanı ondan başqa avtomobilində sərnişin qismində olan iki nəfər iş yoldaşı və 1 nəfər tanımadığı şəxs də xəsarət aldıqları üçün təcili yardım avtomobili ilə Sabunçu rayonunda yerləşən 3 saylı şəhər klinik xəstəxanasına aparmışlar. Həmin yol-nəqliyyat hadisəsini törətmiş Təqsirləndirilən şəxs hazırda onunla barışaraq ona dəymiş ziyanı tamamilə ödəmişdir. Buna görə də onun ondan heç bir şikayəti və ya tələbi yoxdur. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və barışmalarının nəzərə alınaraq hazırkı cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs3 göstərdi ki, təxminən 2 ildir ki, Poladoğlu şirkətində pəncərə ustası vəzifəsində işləyir. Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 da onunla birgə həmin şirkətdə işləyirlər. Onlar hər gün Koroğlu metrostansiyasının yaxınlığında dayanan 1 manatlıq taksi ilə evlərinə getmişlər. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə təxminən saat 18 radələrində qeyd etdiyi iş yoldaşları və o Koroğlu metrostansiyasının qarşısında “Naz Lifan” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşərək yaşadıqları Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi, südçülük sovxouna doğru hərəkətdə olmuşlar, Sərnişini olduqları “Naz Lifan” markalı avtomobil Bakı-Mərdəkan şossesi ilə yolun soldan-sağa 1-ci zolağı ilə hərəkət edib Aeroprt körpüsünü keçdikdən sonra qəflətən sağ tərəfdən açıq yaşıl rəngli “Vaz 2103” markalı avtomobilin onun və iş yoldaşlarının əyləşdiyi “Naz Lifan” markalı avtomobilin sağ yan qapı hissəsinə çırpılmasını görmüş və zərbədən “Naz Lifan” markalı avtomobil idarəetməni itirdiyindən avtomobil beton səkinin üzərinə qalxaraq metal konstruksiyaya dəyib dayanmışdır. Avtomobil metal konstruksiyaya dəyən zaman zərbənin təsirindən o qabağa tərəf gedib avtomobilin salonunun qabaq hissəsinə çırpılmış və çırpılan zaman alınından və sol qolundan xəsarət almışdır. Həmçinin qeyd etmişdir ki, hadisə zamanı ondan başqa avtomobilində sərnişin qismində olan iki nəfər iş yoldaşı və 1 nəfər tanımadığı şəxs də xəsarət aldıqları üçün təcili yardım avtomobili ilə Sabunçu rayonunda yerləşən 3 saylı şəhər klinik xəstəxanasına aparılmışlar. Təqsirləndirilən şəxs hazırda onunla barışaraq ona dəymiş ziyanı tamamilə ödəmişdir. Buna görə də onun ondan heç bir şikayəti və ya tələbi yoxdur. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və barışmalarının nəzərə alınaraq hazırkı cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs4 göstərdi ki, təxminən 7 ildir ki, Poladoğlu şirkətində pəncərə ustası vəzifəsində işləyir. Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 da onunla birgə həmin şirkətdə işləyirlər. Onlar hər gün Koroğlu metrostansiyasının yaxınlığında dayanan 1 manatlıq taksi ilə evlərinə getmişlər. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə təxminən saat 18 radələrində qeyd etdiyi iş yoldaşları və o, Koroğlu metrostansiyasının qarşısında “Naz Lifan” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşərək yaşadıqları Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi, südçülük sovxouna doğru hərəkətdə olmuşlar, Sərnişini olduqları “Naz Lifan” markalı avtomobil Bakı-Mərdəkan şossesi ilə yolun soldan-sağa 1-ci zolağı ilə hərəkət edib Aeroprt körpüsünü keçdikdən sonra qəflətən sağ tərəfdən açıq yaşıl rəngli “Vaz 2103” markalı avtomobilin onun və iş yoldaşlarının əyləşdiyi Naz Lifan markalı avtomobilin sağ yan qapı hissəsinə çırpılmasını görmüş və zərbədən “Naz Lifan” markalı avtomobil idarəetməni itirdiyindən avtomobil beton səkinin üzərinə qalxaraq metal konstruksiyaya dəyib dayanmışdır. Avtomobil metal konstruksiyaya dəyən zaman zərbənin təsirindən o avtomobilin içərisində yadında qalmayan formada avtomobilin müxtəlif hissələrinə çırpılmışdır. Nəticədə başından, sağ və sol gözündən, sağ kürək nahiyəsindən xəsarət almışdır. Həmçinin qeyd etmişdir ki, hadisə zamanı ondan başqa avtomobilində sərnişin qismində olan iki nəfər iş yoldaşı və 1 nəfər tanımadığı şəxs də xəsarət aldıqları üçün təcili yardım avtomobili ilə Sabunçu rayonunda yerləşən 3 saylı şəhər klinik xəstəxanasına aparılmışlar. Həmin yol-nəqliyyat hadisəsini törətmiş Təqsirləndirilən şəxs hazırda onunla barışaraq ona dəymiş ziyanı tamamilə ödəmişdir. Buna görə də onun ondan heç bir şikayəti və ya tələbi yoxdur. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və barışmalarının nəzərə alınaraq hazırkı cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs5 göstərdi ki, 1981-ci ildən etibarən “VAZ 2103” markalı **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobil ailəsinə məxsusdur. Əvvəllər atası həmin avtomobili sürsə də, atası rəhmətə getdikdən sonra həmin avtomobil ona qalmışdır. xx.xx.2022-ci il tarixdə Bakı-Mərdəkan şossesi ilə soldan 3-cü hərəkət zolağı ilə öz yolu ilə saatda təxminən 90 km/saat sürətlə hərəkət edib Zirə qəsəbəsinə gedən zaman həmin yol ilə hərəkətdə olarkən “Kia Ceed” markalı **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobil qəflətən onun avtomobilinin qabaq sağ hissəsinə çırpılmış, zərbənin təsirindən o idarəetməni itirərək yolun soldan sağa 1-ci zolağı ilə öz yolunda hərəkətdə olan “Naz Lifan” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilə çırpılmış və “Naz Lifan” markalı avtomobil zərbənin təsirindən yolun ortasında yerləşən metal konstruksiyaya və işıq dirəyinə çırpılaraq dayanmışdır. Zərbənin təsirindən başı avtomobilin salonundakı dirəyə dəymiş və o, başından və ənsə nahiyəsindən xəsarət almışdır. Zərbə o qədər güclü olmuşdur ki, o, avtomobilin sol qabaq qapısının dəstəyinə çırpılmış və sol bud nahiyəsindən xəsarət almışdır. Zərbənin təsirindən o, avtomobilin qabaq şüşəsinə çırpılaraq şüşəni sındırıb bayıra çıxmış və yerdə sürtülərək sifət nahiyəsinin bir neçə yerindən və təpə nahiyəsindən xəsarət almışdır. Həmçinin həmin vaxt yerdə hər iki əli sürtünərkən əzilmişdir. Bundan sonra o, huşunu itirmiş, ondan sonrasını xatırlamamışdır. Ayılarkən isə o, görmüşdür ki, artıq Sabunçu rayonunda yerləşən 3 saylı şəhər klinik xəstəxanasındadır. Həmin yol-nəqliyyat hadisəsini törətmiş Təqsirləndirilən şəxs hazırda onunla barışaraq ona dəymiş ziyanı tamamilə ödəmişdir. Buna görə də onun ondan heç bir şikayəti və ya tələbi yoxdur. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və barışmalarının nəzərə alınaraq hazırkı cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs6 göstərdi ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 18 radələrində o, Koroğlu metrostansiyasının qarşısından “Naz lifan” markalı avtomobilə əyləşərək yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, südçülük sovxozuna doğru hərəkətdə olmuşdur. O, avtomobildə qabaq tərəfdə sürücünün yanında əyləşmişdir. Ondan başqa avtomobildə tanımadığı üç nəfər şəxs də olmuşdur ki, onlar da arxa oturacaqda oturmuşlar. Sərnişini olduğu “Naz Lifan” markalı avtomobil Bakı-Mərdəkan şossesi ilə hərəkətdə olarkən avtomobildə qəfil onu yuxu tutmuş və o, yatmışdır. Bir qədər hərəkət etdikdən sonra avtomobilə dəyən zərbənin təsirindən o, yuxudan ayılmış və başı avtomobilin salonunun qabaq hissəsinə dəymişdir. Zərbənin təsirindən “Naz Lifan” markalı avtomobil idarəetməni itirdiyindən avtomobil beton səkinin üzərinə qalxaraq metal konstruksiyaya dəyib dayanmışdır. Nəticədə o, başından və sağ gözündən xəsarət almışdır. Həmçinin qeyd etmişdir ki, hadisə zamanı ondan başqa avtomobilin sürücüsü və sərnişin qismində arxa oturacaqda əyləşən 3 nəfər tanımadığı şəxslər də xəsarət aldıqları üçün təcili yardım avtomobili ilə Sabunçu rayonunda yerləşən 3 saylı şəhər klinik xəstəxanasına aparılmışlar. Həmin yol-nəqliyyat hadisəsini törətmiş Təqsirləndirilən şəxs hazırda onunla barışaraq ona dəymiş ziyanı tamamilə ödəmişdir. Buna görə də onun ondan heç bir şikayəti və ya tələbi yoxdur. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və barışmalarının nəzərə alınaraq hazırkı cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan diskə baxış protokolundan görünür ki, diskin içərisində 02 ədəd “N102-001-2022-04-09_18h16min00s000ms” və “N102-002-2022-04- 09_18h16min00s000ms” adlı videogörüntülər mövcuddur. N102-001-2022-04- 09_18h16min00s000ms” saylı videogörüntüyə baxış keçirilərkən müəyyən edildi ki, videogörüntü 03 dəqiqə 01 saniyədən ibarətdir. Belə ki, videogörüntünün birinci saniyəsindən etibarən avtomobillərin hərəkət etdiyi, əks istiqamətli olmaqla iki hərəkət hissəli yol müşahidə olunur. Həmin hərəkət hissələri dəmir sədlə ayrılmışdır. Hər bir hərəkət hissəsi 5 zolaqdan ibarətdir. Həmin hərəkət hissəsinə körpü vasitəsilə yol birləşərək kəsişir. Videogörüntünün 06-cı saniyəsindən etibarən körpünün üzərindən həmin hərəkət hissəsinə daxil olan “Kia Ceed” markalı **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobil ehtiyatsızlıqdan idarəetməni itirdiyindən həmin avtomobilin qabaq hissəsi ilə şosse ilə soldan 3-cü hərəkət zolağı ilə öz yolu ilə hərəkətdə olan “Vaz 2103” markalı, **- EH-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ hissəsinə çırpılır. Videogörüntünün 08-ci saniyəsindən etibarən zərbənin təsirindən “Vaz 2103” markalı avtomobil idarəetməni itirərək yolun soldan sağa 1-ci zolağı ilə öz yolunda hərəkətdə olan “Naz Lifan” markalı, **- BX-*** dövlət qeydiyyat nişanlı avtomobilə çırpılır. Videogörüntünün 11-ci saniyəsindən etibarən “Naz Lifan” markalı avtomobil zərbənin təsirindən yolun ortasında yerləşən metal konstruksiyaya və işıq dirəyinə çırpılaraq dayanır. “N102-002-2022-04- 09_18h16min00s000ms” saylı videogörüntüyə baxış keçirilərkən müəyyən edildi ki, videogörüntü 03 dəqiqədən ibarətdir. Belə ki, videogörüntünün birinci saniyəsindən etibarən avtomobillərin hərəkət etdiyi, əks istiqamətli olmaqla iki hərəkət hissəli yol müşahidə olunur. Həmin hərəkət hissələri dəmir sədlə ayrılmışdır. Hər bir hərəkət hissəsi 5 zolaqdan ibarətdir. Videogörüntünün 42-ci saniyəsindən etibarən yolda hərəkət edən avtomobillər hərəkət sürətini azaltmağa başlayırlar. Videogörüntünün 01:39-cu saniyəsindən etibarən isə avtomobillərin sıxlığı müşahidə olunur. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 11 aprel 2022-cı il tarixli, 384 saylı rəyindən görünür ki, 1973-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar olunmuş xəsarətlər- sağ bazunun qançırı, ağrı sindromu və hərəkət məhdudluğu, tənəffüs aktının (nəfəs alıb-vermənin) çətinləşməsi ilə müşayiət olunan döş qəfəsinin yumşaq toxumalarının əzilməsi küt əşya təsirindən törənmiş, törənmə müddətləri onun “X6” X7 müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2022-ci il tarixli yol nəqliyyat hadisəsinə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddirlər. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 11 aprel 2022-cı il tarixli, 376 saylı rəyindən görünür ki, 1993-cü il təvəllüdlü Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar olunmuş xəsarətlər- sağ kürək sümüyünün, boyunun qapalı sınığı küt əşya təsirindən törənmiş, törənmə müddəti onun “X6” X7 müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2022-ci il tarixli yol nəqliyyat hadisəsinə uyğun gəlir və sağlamlığın uzun müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa az ağır dərəcəli zərərvurmaya aiddirlər. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 11 aprel 2022-cı il tarixli, 392 saylı rəyindən görünür ki, 1974-cü il təvəllüdlü Zərərçəkmiş şəxs6 bədəni üzərində aşkar olunmuş xəsarətlər- baş-beyinin silkələnməsi halında olan qapalı kəllə-beyin travması, sağ üst göz qapağının, sağ gözaltı nahiyənin sıyrıqları küt əşya təsirindən törənmişlər, törənmə müddətləri onun “X6” X7 müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2022-ci il tarixli yol nəqliyyat hadisəsinə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddirlər. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 11 aprel 2022-cı il tarixli, 377 saylı rəyindən görünür ki, 1983-cü il təvəllüdlü Zərərçəkmiş şəxs3 bədəni üzərində aşkar olunmuş xəsarətlər- alının sıyrığı, sol mil sümüyünün qapalı sınığı küt əşya təsirindən törənmiş, törənmə müddətləri onun “X6” X7 müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2022-ci il tarixli yol nəqliyyat hadisəsinə uyğun gəlir və sağlamlığın uzun müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa az ağır dərəcəli zərərvurmaya aiddirlər. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 11 aprel 2022-cı il tarixli, 382 saylı rəyindən görünür ki, 1977-ci il təvəllüdlü Zərərçəkmiş şəxs4 bədəni üzərində aşkar olunmuş xəsarətlər- baş-beyinin silkələnməsi halında olan qapalı kəllə-beyin travması, sağ göz almasının ağlı qişasının qansızması, sağ üst göz qapağının, sağ və sol gözaltı nahiyənin qançırları, sağ kürək sümüyünün qapalı sınığı, İİ bel fəqərəsinin kompression fəsadlaşmayan sınığı küt əşya təsirindən törənmiş, törənmə müddətləri onun “X6” X7 müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2022-ci il tarixli yol nəqliyyat hadisəsinə uyğun gəlir və sağlamlığın uzun müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa az ağır dərəcəli zərərvurmaya aiddirlər. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 11 aprel 2022-cı il tarixli, 380 saylı rəyindən görünür ki, 1961-ci il təvəllüdlü Zərərçəkmiş şəxs5 bədəni üzərində aşkar olunmuş xəsarətlər- baş-beyinin yüngül dərəcəli əzilməsi, ənsə sümüyünün xətti sınığı, sol bud sümüyünün qapalı sınığı, təpə nahiyəsinin, alının, burunun, sol almacıq və yanaq nahiyəsinin, hər iki əlin əzilmiş yaraları küt əşya təsirindən törənmişlər, törənmə müddətləri onun “X6” X7 müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2022-ci il tarixli yol nəqliyyat hadisəsinə uyğun gələ bilər və həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmaya aiddirlər. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının 01 iyul 2022-ci il tarixli, 8/1205-8/1240-6/2846 saylı rəyindən görünür ki, 1a. Təqdim edilmiş Kia Ceed markalı, ** OK *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində (arxa sağ qanadda) olan zədə iz formasına, marfoloji quruluşuna, xarakterinə və sair əlamətlərinə görə hər hansı sərtliyi bərk olan predmetə kontakda olması, dəyməsi, o cümlədən nəqliyyat vasitəsi ilə toqquşması nəticəsində yaranması mümkündür. 1b. Tədqiqata təqdim edilmiş Kia Ceed markalı, ** OK *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ qanadında bir qatlı, yaşıl rəngli sürtünmə şəklində izlər VAZ-2103 markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobildən götürülmüş lak boya örtüyü-yaşıl rəngli üst emal qatı ilə rənginə, təbiətinə və tərkibinə görə uyğun olub, ümumi cins mənsubiyyəti təşkil edirlər. 2.3. Rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən Kia Ceed markalı, ** OK *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini tədqiq etmək mümkün deyildir. 4.5. Rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən VAZ-2103 markalı, ** EH *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs5 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini tədqiq etmək mümkün deyildir. 6.7. Rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən “Naz Lifan” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini tədqiq etmək mümkün deyildir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının 11 avqust 2022-ci il tarixli, 8/1969 saylı rəyindən görünür ki, 1.2.İstintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən Kia Ceed markalı, ** OK *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X5” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 63-cü maddəsinin 1-ci hissəsinin 2.4 “yol verin” üstünlük yol nişanının tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. 3.4.İstintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən VAZ-2103 markalı, ** EH *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs5 hadisənin qarşısını alınması ilə əlaqədar olan hərəkətlərini texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur. 5.6. İstintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən “Naz Lifan” markalı, **- BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 hadisənin qarşısını alınması ilə əlaqədar olan hərəkətlərini texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli ziyan aktından görünür ki, “Naz Lifan” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs1 yol nəqliyyat hadisəsi nəticəsində ümumilikdə 3.566 (üç min beş yüz altmış altı) manat məbləğində maddi ziyan dəymişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli ziyan aktından görünür ki, “Vaz 2103” markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs5 yol nəqliyyat hadisəsi nəticəsində ümumilikdə 3.934 (üç min doqquz yüz otuz beş) manat məbləğində maddi ziyan dəymişdir. İş materiallarında olan və Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1962-ci il təvəllüdlü Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyləri, zərərçəkmiş şəxslərin ifadələri, digər iş materialları ilə Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətməsi faktı tam sübuta yetirildi. İş materiallarında olan və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs6 tərəfindən yazılaraq məhkəməyə təqdim olunmuş ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs onlarla barışaraq dəymiş maddi ziyanı tamamilə ödəmişdir, hazırda onların ondan heç bir şikayəti və ya tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Barışmalarının nəzərə alınaraq təqsirləndirilən şəxsin barəsində olan hazırkı cinayət işi üzrə icraata xitam verilməsini xahiş edirlər. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxslərin təqsirləndirilən şəxslə barışması və təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı tamamilə ödəməsi ilə əlaqədar xitam verilməsinə razı olduğunu bildirdi. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən, bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası CM-nin 10.3-cü maddəsinin tələbinə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Məhkəmə təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxslərin təqsirləndirilən şəxslə barışması və təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı tamamilə ödəməsi ilə əlaqədar xitam verilməsinə razılığını, təqsirləndirilən şəxsin ehtiyatsızlıqdan törətdiyi əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərlə barışmasını və onlara dəymiş maddi ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayətinin və tələbinin olmamasını və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə icraata xitam verilməsi məqsədə uyğundur. Təqsirləndirilən şəxs əməllərində inzibati xəta tərkibinin əlamətləri olduğundan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi üçün cinayət işi üzrə materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Xəzər rayon prokuroruna göndərilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilməlidir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 250,00 (iki yüz əlli) manat və 128,00 (bir yüz iyirmi səkkiz) manat olmaqla, ümumilikdə 378,00 (üç yüz yetmiş səkkiz) manat Azərbaycan Respublikası CPM-in 198-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaq müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X2 və məhkəmə baxışı zamanı müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs6 ilə barışdığına və onlara dəymiş maddi ziyanı tamamilə ödədiyinə görə cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs ümumilikdə 378,00 (bir yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. İş üzrə Zərərçəkmiş şəxs1 məxsus Naz Lifan” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil, iş üzrə zərərçəkmiş şəxs X1 məxsus “Vaz 2103” markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobil və iş üzrə Təqsirləndirilən şəxs məxsus “Kia Ceed” markalı **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınaraq məhkəmənin hökmü qanuni qüvvəyə minənədək özlərində saxlanması üçün qeyd edilən zərərçəkmiş şəxslərə geri qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs əməllərində inzibati xəta tərkibinin əlamətləri olduğundan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi üçün cinayət işi üzrə materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Xəzər rayon prokuroruna göndərilsin. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X2 90,00 manat və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 150,00 manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar