Məhkəmə qərarları › İş №1(003)-121/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-121/2024

20.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-121/2024 20.11.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Müdafiəçi- Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi5, Müdafiəçi- Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Müdafiəçi- Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 iştirakları ilə, xx.xx.1962-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 sahədə yerləşən fərdi yaşayış evində yerləşən nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs4, xx.xx.1961-ci ildə Beyləqan rayonu, Bünyadlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta-texniki təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməyən, Abşeron rayonu, Digah qəsəbəsində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2, xx.xx.1969-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 3 ünvanında qeydiyyatda olan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3, xx.xx.1971-ci ildə İsmayıllı rayonu, Kürdmaşı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, ev alqı-satqısı ilə məşğul olan, əvvəllər məhkum olunmuş, İsmayıllı rayonu, Kürdmaşı kəndində qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi, nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4, 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs4 tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2022-ci ilin fevral ayında Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs 25000 manat müqabilində Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, “Əncirlik” adlanan ərazidə yerləşən 0,12 ha torpaq sahəsinə çıxarış alacağını yalan vəd edib aldadaraq Zərərçəkmiş şəxs 2022-ci ilin mart ayının ortalarında Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində 10000 manat almış, 2022-ci ilin may ayında verdiyi vədlərin doğruluğuna inamını daha da artırmaq məqsəd ilə Zərərçəkmiş şəxs istintaqa məlum olmayan yerdə və vaxtda hazırladığı saxta hüquq verən sənəd – “Şahid1 Şüvəlan bağlar sahəsində 246 №-li BTK nəzdində 0,12 hektar ölçüdə 1213/1a saylı bağ sahəsinin 38 saylı order”ini təqdim etmiş və 2022-ci ilin iyun ayında cinayət əlaqəsinə girdiyi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 vasitəsi həmin orderin arxiv arayışının alınacağını vəd edərək aldadıb bu məsələnin həlli məqsədilə sərf olunacağı bəhanəsi ilə Bakı şəhəri İcra Hakimiyyətinin binasının qarşısında Zərərçəkmiş şəxs atası Şahid1 vasitəsilə göndərdiyi 12000 manat məbləğində pulu alaraq həmin məbləğin 2000 manatını Təqsirləndirilən şəxs2, 2000 manatını Təqsirləndirilən şəxs1 və 8000 manatını Təqsirləndirilən şəxs3 götürmüş və Təqsirləndirilən şəxs3 bir müddət sonra istintaqa məlum olmayan vaxtda və yerdə hazırladığı hüquq verən saxta sənəd – Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti 1 saylı Bakı Ərazi İdarəsinin “Şahid1 Respublika ərazisi üzrə 0,12 ha torpaq sahəsi aşkar edilməsinə dair” xx.xx.2022-ci il tarixli arayışı Şahid1 təqdim etmiş, 2022-ci ilin avqust ayının sonlarında isə o özü Zərərçəkmiş şəxs istintaqa məlum olmayan vaxtda və yerdə hazırladığı hüquq verən saxta sənəd – “Şahid1 Şüvəlan bağlar sahəsində 246 №-li BTK nəzdində 0,12 hektar ölçüdə 2262a saylı bağ sahəsinin 38 saylı order” verərək 3000 manat pulun alaraq vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs 25000 manat pulunu aldatma yolu ilə ələ keçirib, zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışları Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında, 2022-ci ilin fevral ayında Təqsirləndirilən şəxs4 Zərərçəkmiş şəxs 25000 manat müqabilində Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsinin ərazisində yerləşən 0,12 ha torpaq sahəsinə çıxarış alacağını yalan vəd edib aldadaraq Zərərçəkmiş şəxs 2022-ci ilin mart ayının ortalarında Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində 10000 manat aldıqdan sonra o, Təqsirləndirilən şəxs4 istintaqa məlum olmayan vaxtda və yerdə hazırlayıb Zərərçəkmiş şəxs verdiyi Şuvalan bağlar sahəsində 246 №-li BTK nəzdində 0,12 hektar ölçüdə 1213/1a saylı bağ sahəsinin 38 saylı saxta orderin arxiv arayışının alınacağını vəd edib bunun üçün sərf olunacağı bəhanəsi ilə 2022-ci ilin iyun ayında Zərərçəkmiş şəxs atası Şahid1 Bakı şəhəri İcra Hakimiyyətinin binasının qarşısında 12000 manat məbləğində pulu alaraq həmin məbləğin 2000 manatını özü, 2000 manatını Təqsirləndirilən şəxs1 və 8000 manatını Təqsirləndirilən şəxs3 götürmüş, Təqsirləndirilən şəxs3 bir müddət sonra istintaqa məlum olmayan vaxtda və yerdə hazırladığı hüquq verən saxta sənəd – Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti 1 saylı Bakı Ərazi İdarəsinin “Şahid1 Respublika ərazisi üzrə 0,12 ha torpaq sahəsi aşkar edilməsinə dair” xx.xx.2022ci il tarixli arayışı Şahid1 vermiş, 2022-ci ilin avqust ayının sonlarında isə Təqsirləndirilən şəxs4 Zərərçəkmiş şəxs istintaqa məlum olmayan vaxtda və yerdə hazırladığı hüquq verən saxta sənəd – “Şahid1 Şuvalan bağlar sahəsində 246 №-li BTK nəzdində 0,12 hektar ölçüdə 2262a saylı bağ sahəsinin 38 saylı order” verərək 3000 manat pulun alaraq vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs 25000 manat pulunu aldatma yolu ilə ələ keçirib, zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 2022-ci ilin fevral ayında Təqsirləndirilən şəxs4 və Zərərçəkmiş şəxs 25000 manat müqabilində Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsinin ərazisində yerləşən 0,12 ha torpaq sahəsinə çıxarış alacağını yalan vəd edib aldadaraq Zərərçəkmiş şəxs 2022-ci ilin mart ayının ortalarında Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində 10000 manat aldıqdan sonra o, Təqsirləndirilən şəxs4 istintaqa məlum olmayan yerdə və vaxtda hazırlayıb Zərərçəkmiş şəxs verdiyi Şuvalan bağlar sahəsində 246 №-li BTK nəzdində 0,12 hektar ölçüdə 1213/1a saylı bağ sahəsinin 38 saylı saxta orderin arxiv arayışını Təqsirləndirilən şəxs3 vasitəsilə alınacağını vəd edib bunun üçün sərf olunacağı bəhanəsi ilə 2022-ci ilin iyun ayında Zərərçəkmiş şəxs atası Şahid1 Bakı şəhəri İcra Hakimiyyətinin binasının qarşısında 12000 manat məbləğində pulu alaraq həmin məbləğin 2000 manatını Təqsirləndirilən şəxs2, 2000 manatını özü, 8000 manatını Təqsirləndirilən şəxs3 götürmüş və Təqsirləndirilən şəxs3 bir müddət sonra istintaqa məlum olmayan vaxtda və yerdə hazırladığı hüquq verən saxta sənəd – “Şahid1 Respublika ərazisi üzrə 0,12 ha torpaq sahəsi aşkar edilməsinə dair” Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli arayışını Şahid1 vermiş, 2022-ci ilin avqust ayının sonlarında isə Təqsirləndirilən şəxs4 Zərərçəkmiş şəxs istintaqa məlum olmayan vaxtda və yerdə hazırladığı hüquq verən saxta sənəd – “Şahid1 Şuvalan bağlar sahəsində 246 №-li BTK nəzdində 0,12 hektar ölçüdə 2262a saylı bağ sahəsinin 38 saylı order” verərək 3000 manat pulun alaraq vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs 25000 manat pulunu aldatma yolu ilə ələ keçirib, zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs3 tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışları Təqsirləndirilən şəxs4, X4 və Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında, 2022-ci ilin fevral ayında Zərərçəkmiş şəxs 25000 manat müqabilində Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsinin ərazisində yerləşən 0,12 ha torpaq sahəsinə çıxarış alacağını yalan vəd edib aldadaraq Zərərçəkmiş şəxs 2022-ci ilin mart ayının ortalarında Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində 10000 manat aldıqdan sonra o, Təqsirləndirilən şəxs4 istintaqa məlum olmayan yerdə və vaxtda hazırlayıb Zərərçəkmiş şəxs verdiyi hüquq verən saxta sənəd – Zərərçəkmiş şəxs atası “Şahid1 Şuvalan bağlar sahəsində 246 №-li BTK nəzdində 0,12 hektar ölçüdə 1213/1a saylı bağ sahəsinin 38 saylı order”in arxiv arayışını alınacağını vəd edib bunun üçün sərf olunacağı bəhanəsi ilə 2022-ci ilin iyun ayında Fəridin atası Şahid1 Bakı şəhəri İcra Hakimiyyətinin binasının qarşısında 12000 manat məbləğində pulu alaraq həmin məbləğin 2000 manatını Təqsirləndirilən şəxs2, 2000 manatını Təqsirləndirilən şəxs1 və 8000 manatını özü götürmüş və bir müddət sonra istintaqa məlum olmayan vaxtda və yerdə hazırladığı hüquq verən saxta sənəd –“ Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti 1 saylı Bakı Ərazi İdarəsinin “Şahid1 Respublika ərazisi üzrə 0,12 ha torpaq sahəsi aşkar edilməsinə dair” xx.xx.2022-ci il tarixli arayışı hazırlayıb Şahid1 vermiş, 2022-ci ilin avqust ayının sonlarında isə Təqsirləndirilən şəxs4 Zərərçəkmiş şəxs istintaqa məlum olmayan vaxtda və yerdə hazırladığı hüquq verən saxta sənəd – “Şahid1 Şuvalan bağlar sahəsində 246 №-li BTK nəzdində 0,12 hektar ölçüdə 2262a saylı bağ sahəsinin 38 saylı order” verərək 3000 manat pulun alaraq vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs 25000 manat pulunu aldatma yolu ilə ələ keçirib, zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, hadisə baş verən zaman Məzahir ona bildirdi ki, Ağa adlı şəxs vardır. Həmin Ağa adlı şəxs torpaq sahəsinə çıxarış alınmasını istəyir. O da bununla əlaqədar maraqlanmışdır. Hökümə xanım ona bildirmişdir ki, işi həll etmək olar. O da bu səbəbdən Məzahirə bildirmişdir ki, həmin torpaq sahəsinə çıxarış əldə etmək mümkündür. Ona gətirib 12000 manat pul verilmiş və o da həmin puldan 8000 manatı Hökümə xanıma, 2000 manatını Məzahirə vermişdir. Sonradan Hökümə xanım bir sənəd çıxarmış və o da həmin sənədi Ağaya vermişdir. Ağa da sonradan bildirdi ki, bu sənəd Əmlak Komitəsində keçmir. Daha sonra o Hökümə xanıma müraciət etmişdir. Sonradan Fərail “Asan əmlak”a gəlmiş və o həmin şəxsləri görüşdürmüşdür. Orada o, Məzahir, Hökümə və Fərail olmuşdur. Fərail çıxarışla bağlı pulu verdiyini bildirmişdir. Hökümənin təqdim etdiyi sənədi asan əmlakdan keçirməyin qeyri-mümkün olduğunu bildirmişdir. Onlar Şahid1lə birlikdə Asan əmlakın içərisində dayanmış və Hökümə bildirmişdir ki, o bu bu sənədi keçirəcək. Hökümə həmin sənədlə birlikdə müxtəlif yerlərə müraciət etsə də, lakin onlar heç bir şeyin alınmadığını görmüşdür. Daha sonra o Höküməyə verilmiş pulların geri qaytarılmalı olduğunu bildirmişdir. Daha sonra Höküməni onunla tanış edən şəxslə birlikdə Höküməni Gənclikdə ofisə gətirmiş və orada görüşmüşdür. Ona sənədin saxta olduğunu və həmin sənədin “Asan əmlak”dan keçmədyini bildirmişdir. Sonradan o, Höküməyə verdiyi 8000 manatı ondan alıb Fərailə qaytarmış, özü də 2000 manat pul geri qaytarmışdır. Eyni zamanda Məzahir də 2000 manat pul geri qaytarmışdır. Fəraildən alınmış ümumilikdə 12000 manat pul ona geri qaytarılmışdır. Təqsirləndirilən şəxs1 ifadəsində əməlindən səmimi peşman olmasını, zərər çəkmiş şəxsə dəymiş ziyanı ödədiyini, onunla barışdığını, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, cinayət nəticəsində ona aid hissədə vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini bildirmiş bu səbəbdən barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs4 özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, onun özünə məxsus torpaq sahəsi olmuş və həmin torpaq sahəsini özəlləşdirmək lazım imiş. Bununla bağlı Məzahirə müraciət etmiş və Məzahir də yeni qanunun çıxdığını və sənədsiz yerlərin sənədləşdirildiyini bildirmişdir. Bununla bağlı o, Məzahirə şəxsiyyət vəsiqəsi və 5000 manat da pul vermişdir. Bir neçə ay keçdikdən sonra Fəridin dostu Orxan ona zəng etmiş və ondan nə etdiyini soruşduqda o özünə məxsus olan torpaq sahəsini sənədləşdirdiyini demişdir. Orxan da onun özünə yaxın bir adamın olduğunu, həmin şəxsə məxsus olan torpaq sahəsinin sənədləşdirməli olduğunu qeyd etmişdir. O da Orxana adamının olduğunu bildirmişdir. Daha sonra bununla bağlı Məzahirlə görüşmüş və Məzahir işin həll oluna biləcəyini bildirmişdir. Daha sonra Məzahirə şəxsiyyət vəsiqələrini göndərmiş, həmin axşam da Orxangil pul verməli idilər. Pulu aldıqdan sonra Məzahirə onun evində vermişəm. Daha sonra ona bildirdilər ki, Fəridin və onun sənədləri düzəlib, bu sənədlərin arxiv arayışını almaq üçün əlavə 1000 manat pul lazımdır. Bununla o və Fərid ödəməli olduqları 20000 manatın 15000 maanatını vermiş olacaqlar, qalan pulu sənəd alınandan sonra verəcəklər. O da bununla razılaşmışdımr Bakı ŞİH-nin qarşısında Fərail 12000 manat, mən isə 8000 manat pulu və orderləri Kamrana vermişdir. Kamran da sənədlərin hazır olacağını bildirmişdir. Həmin vaxtı Məzahir ondan yenə pul istəmiş və Fəridə demişdir ki, 20000 manatın 3000 manatının ona verməlidir. Fərid də 3000 manatı Məzahirə Şağan qəsəbəsində vermişdir. Daha sonra sənəd hazırlanması mümkün olmamış və sonradan pulun geri qaytarılması gecikdiyi üçün iş gəlib məhkəməyə çıxmışdır. Təqsirləndirilən şəxs4 ifadəsində əməlindən səmimi peşman olmasını, zərər çəkmiş şəxsə dəymiş ziyanı ödədiyini, onunla barışdığını, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, cinayət nəticəsində ona aid hissədə vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini bildirmiş bu səbəbdən barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, o, əvvəllər həm Ağanı, həm də Kamranı tanımışdır. Ağa ilə bir dəfə oturan zaman Ağa ona bir torpaq sahəsinin sənədinin olduğunu və ona çıxarış alınmalı olduğunu bildirmişdir. O da bununla əlaqədar maraqlanacağını demişdir. Bundan sonra o, bununla bağlı Kamrana müraciət etmiş, Kamran da ona Bakı şəhəri İcra Hakimiyyətində işləyən tanışının olduğunu bildirmişdir. Daha sonra o, bununla bağlı Ağaya məlumat vermiş, sonradan razılıq əsasında onlar, yəni o, Kamran, Ağa və Fərail Baksovet ərazisində görüşmüşlər. Fərail torpağın sənədi ilə bağlı Kamrana 12000 manat pul vermişdir. Həmin puldan Kamran ona vasitəçi olduğu üçün 2000 manat pul vermişdir. Bundan başqa Kamran sənədin düzəldilməsi üçün Höküməyə 8000 manat pulu və sənədləri verdiyini qeyd etmişdir. Bir müddət keçdikdən sonra təxminən 1-2 aydan “Asan əmlak”ın qarşısında sənəd təqdim edilmiş və Asan xidmət mərkəzinə getmişlər. Lakin orada sənədin saxta olduğu məlum olmuşdur. Ondan sonra o Kamrana verilmiş pulun geri qaytarılmalı olduğunu bildirmişdir. Hazırda Fərail kişinin verdiyi pul tam şəkildə özünə qaytarılmışdır. Eyni zamanda 12000 manat puldan ona verilmiş 2000 manat pulun zərərçəkmiş şəxs Fəridə geri qaytarıldığını qeyd etmişdir. Təqsirləndirilən şəxs2 ifadəsində əməlindən səmimi peşman olmasını, zərər çəkmiş şəxsə dəymiş ziyanı ödədiyini, onunla barışdığını, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, cinayət nəticəsində ona aid hissədə vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini bildirmiş bu səbəbdən barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, o Kamranı tanımırmış. Kamranla onun Akif adlı ortaq tanışı var imiş. Akif ona zəng etmiş, mart ayının 12-si o Kamranla görüşmüşdür. Kamran ona 8000 manat pul vermişdir. Hətta Kamranla sənədləri düzəldə bilməyəcəyi təqdirdə ona verilmiş pulun Kamran qaytarılacağı ilə razılığa gəlinmişdir. Həmin vaxtı borcu olduğu üçün Kamrandan aldığı pulu borcuna vermişdir. Daha sonra onlar birlikdə 3 saylı Asan xidmətə gedən zaman müəyyən olunmuşdur ki, arxiv sənədinin qeydiyyatı yoxdur. Bundan sonra Kamran ona verdiyi pulları tələb etməyə başlamış və az müddət ərzində Nərimanov rayonu ərazisində Gənclik metrosunun yaxınlığında və Sabunçu rayonu ərazisində olan ödəmə terminalları vasitəsilə Kamranın bank kartına 8000 manat pulu mədaxil etmişdir. Təqsirləndirilən şəxs3 ifadəsində əməlindən səmimi peşman olmasını, zərər çəkmiş şəxsə dəymiş ziyanı ödədiyini, onunla barışdığını, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, cinayət nəticəsində ona aid hissədə vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini bildirmiş bu səbəbdən barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Fəaril oğlu bildirdi ki, 2022-ci ilin əvvələrində Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, “Əncirlik” adlanan ərazidə 0,10 ha torpaq sahəsinə çıxarış almaq istəmiş və bu məqsədlə atası Şahid1lə birlikdə qəsəbə sakini olan və bu işləri görə bilən Təqsirləndirilən şəxs4 müraciət etmişdir. Ağa da onlara 25000 manat pulun müqabilində 03 ay ərzində torpaq sahəsinə çıxarış əldə edə biləcəyini vəd etmiş və onlar razılaşmışlar. 2022-ci ilin mart ayının əvvəllərində Şüvəlan qəsəbəsində “Şüvəlan” parkın qarşısında Ağaya 10000 manat pul vermiş, bundan sonra Təqsirləndirilən şəxs4 sənədin arxiv qeydiyyatına alınması və bu barədə arayış əldə olunması üçün Kamran adlı şəxsə 12000 manat pul verməli olduqlarını bildirmişdir. Atası 2022-ci ilin iyun ayının ortalarında Ağa və Məzahir adlı şəxslə birlikdə görüşüb Kamrana 12000 manat pul vermişdir. Daha sonra Ağa ona order vermiş, o da bu orderi Asan xidmətə təqdim edən zaman orderin arxiv qeydiyyatının olmadığını onlara bildirilmişdir. Təxminən 2 ay sonra vəd olunan sənəd düzəlsə də, lakin həmin sənədin arxiv qeydiyyatı və həqiqi olmadığı üzə çıxmışdır. Daha sonra Ağa ona order vermiş, həmin orderlə Asan xidmətə yaxınlaşmış və həmin orderin də arxiv qeydiyyatının olmadığı müəyyən edilmişdir. Təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş ziyan ödənilmiş, təqsirləndirilən şəxslərlə barışıq əldə etmiş, onun təqsirləndirilən şəxslərdən şikayət və tələbi yoxdur. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid1 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, 2022-ci ilin əvvəllərində Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Əncirlik deyilən ərazidə 0.10 ha torpaq sahəsinə çıxarış almaq istəyərək və bu məqsədlə onunla birlikdə qəsəbə sakini olan və bu işləri görə bilən Təqsirləndirilən şəxs4 müraciət etmiş, Təqsirləndirilən şəxs4 onlara 25000 manat pulun müqabilində 3 ay ərzində onların torpaq sahəsinə çıxarış alacağını vəd etmişdir. Onlar razılaşaraq 2022-ci ilin mart ayının əvvələrində Xəzər rayonu, Şüvəlan qəsəbəsində “Şüvəlan” parkın qarşısında o, Təqsirləndirilən şəxs4 10000 manat vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs4 ona Bakı şəhər İcrayə Komitəsinin Bağlar təsərrufatının inkişafı və istismarı birliyindən verilmiş, onun adına xx.xx.1991-ci il tarixdə 48/27 nömrəli qərarla Şüvəlan qəsəbəsindən 246 nömrəli BTK-nın nəzdində 0.12 ha torpaq sahəsində 1213/1a nömrəli bağ sahəsi verilməsinə dair 38 nömrəli order əldə olunduğunu bildirib arxiv qeydiyyatına alınması və bu barədə arayış əldə olunmas üçün Kamran aldlı şəxsə 12.000 manat pul verilməli olduğunu demiş, o, 2022-ci ilin iyun ayının ortalarında Bakı şəhəri İcra hakimiyyətinin yaxınlığında Ağa və Məzahir adlı şəxslərə birlikdə Təqsirləndirilən şəxs1 ilə görüşərək sonuncuya 12000 manat vermişdir. Bir neçə gün sonra Təqsirləndirilən şəxs4 ona həmin 38 saylı orderi vermiş, ona bu orderi 3 saylı Asan Xidmət Mərkəzinə təqdim etmiş və ona orderin arxiv qeydiyyatının olmadığı bildirilmişidr. Təxminən 2 aya yaxın müddət keçmiş, Ağa Kamranın vəd etdiy sənədin düzəldiyini ona bilidrmiş, o, Kamran, Məzahir və Hökümə adlı qadınla birlikdə görüşüb onların təqdim etdiyi daşınmaz əmlakın Dövlət Reyestri xidmətinin 1 saylı Bak ərazi idarəsindən verilmiş araryışı 3 saylı Asan Xidmət mərkəzinə təqdim etmiş, yenə də bu sənədin arxiv qeyliyyatı və həqiqi olmadığı bildirilmişdir. Daha sonra Ağa ona 01 ədəd xx.xx.1991-ci il tarixdə 48/27 nömrəli qərarla Şüvəlan qəsəbəsindən 246 nömrəli BTK-nın nəzdində 0.12 ha torpaq sahəsində 2262a nömrəli bağ sahəsi verilməsinə dair 38 nömrəli order təqdim etmiş, o sentyabr ayında bu orderlə bağlı 3 Asan Xidmət mərkəzinə müraciət edərkən həmin orderində arxiv qeydiyyatının olmadığı barədə rəsmi arayış almışdır. Aparılmış ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə uyğun məzmunda ifadə verməklə onun ifadəsini təsdiq etmişdir. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.1962-ci ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs4 əməliyyat-sorğu kartotekasında məlumat mövcud deyil. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.1971-ci ildə İsmayıllı rayonunda anadan olmuş Təqsirləndirilən şəxs1 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən AR CM-nin 178.2.1 və 178.2.4-cü maddələri təqsirli bilinərək barəsində 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü dəyişdirilərək təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası 01 il 06 aya endirilmişdir. xx.xx.2021-ci il tarixdə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.1961-ci ildə Beyləqan rayonunda anadan olmuş Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən AR CM-nin 178.2.4, 29,178.3.2 və 320.1-ci maddələri ilə təqsirli bilinərək AR CM-nin 70.1-ci maddəsi tətbiq edilərək 02 il sınaq müddəti təyin edilməklə barəsində 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən AR CM-nin 320.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində qəti olaraq 06 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ləğv edilərək cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən cinayət məsuliyyətindən azad edilmiş və həmin maddə ilə cinayət təqibinə xitam verilmişdir. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair AR DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.1969-cu il tarixdə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs3 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən AR CM-nin 178.2.1, 178.2.4, 32.4, 312.1-ci maddələri ilə təqsirli bilinərək, barəsində 5500 manat cərimə cəzası təyin edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən AR CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası və 5500 manat cərimə cəzası təyin edilmişdir. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən AR CM-nin 178.3.2, 66.5, 68.2-ci maddələri ilə təqsirli bilinərək barəsində 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası və 5500 manat cərimə cəzası təyin edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 1(101)- 361/2024 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs3 AR CM-nin 178.3.2, 32.4, 312.2-ci maddələri ilə təqsirləndirilməsinə dari cinayət işi hazırda məhkəmənin icraatındadır. Sumqayıt Şəhər Məhkəməsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 1(060)- 839/2024 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs3 AR CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dari cinayət işi hazırda məhkəmənin icraatındadır. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs2 barəsində axtarış elan edilmiş və bu səbəbdən iş üzrə icraat dayandırılmışdır. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən iş üzrə icraat təzələnmişdir. İş materiallarına əlavə olunmuş Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, (101)-381/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 AR CM-nin 178.2.4, 29,178.3.2 və 320.1-ci maddələri nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinmiş, CM-nin 178.2.4-cü maddəsi ilə 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-nin 29,178.3.2-ci maddəsi ilə 05 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs2 irəli sürülmüş ittihamdan 32.4,312.2-ci maddəsi xaric edilmişdir. AR CM-nin 44.2.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən həmin Məcəllənin 320.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs2 cəza təyin edilməmişdir. AR CM-nin 70.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin edilmiş 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilmiş və 02 il sınaq müddəti müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmişdir, bu səbəbdən də təqsirləndirilən şəxslərlə barışmış və onun təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs3 məhkəməyə ünvanlandığı xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, AR CM-nin CM-nin 73-1.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışdığını, dəymiş ziyanı tamamilə ödədiyini, cinayət nəticəsində ona aid hissədə vurulmuş ziyanın 25%-i miqdarında dövlət büdcəsinə ödəniş etdiyini bildirərək AR CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət işinin icraatına həmin maddələr üzrə xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs3 məhkəməyə ünvanlandığı xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, AR CM-nin 75.1-ci maddəsinə əsasən, yəni böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdiyi üçün AR CM-nin 320.1 və 320.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət işinin icraatına həmin maddələr üzrə xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs4 məhkəməyə ünvanlandığı xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, AR CM-nin CM-nin 73-1.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışdığını, dəymiş ziyanı tamamilə ödədiyini, cinayət nəticəsində ona aid hissədə vurulmuş ziyanın 25%-i miqdarında dövlət büdcəsinə ödəniş etdiyini bildirərək AR CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət işinin icraatına həmin maddələr üzrə xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs4 məhkəməyə ünvanlandığı xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, AR CM-nin 75.1-ci maddəsinə əsasən, yəni böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdiyi üçün AR CM-nin 320.1 və 320.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət işinin icraatına həmin maddələr üzrə xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs1 məhkəməyə ünvanlandığı xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, AR CM-nin CM-nin 73-1.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışdığını, dəymiş ziyanı tamamilə ödədiyini, cinayət nəticəsində ona aid hissədə vurulmuş ziyanın 25%-i miqdarında dövlət büdcəsinə ödəniş etdiyini bildirərək AR CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət işinin icraatına həmin maddələr üzrə xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs1 məhkəməyə ünvanlandığı xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, AR CM-nin 75.1-ci maddəsinə əsasən, yəni böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdiyi üçün AR CM-nin 320.1 və 320.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət işinin icraatına həmin maddələr üzrə xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs2 məhkəməyə ünvanlandığı xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, AR CM-nin CM-nin 73-1.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışdığını, dəymiş ziyanı tamamilə ödədiyini, cinayət nəticəsində ona aid hissədə vurulmuş ziyanın 25%-i miqdarında dövlət büdcəsinə ödəniş etdiyini bildirərək AR CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət işinin icraatına həmin maddələr üzrə xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs3 tərəfindən dövlət büdcəsinə 2002 (iki min iki) manat pul ödənilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən dövlət büdcəsinə 2002 (iki min iki) manat pul ödənilmişdir. İş materiallarında olan xx.xx.2024 və xx.xx.2024-cü il tarixli ödəniş qəbzlərindən görünür ki, Təqsirləndirilən şəxs4 Yuriy oğlu tərəfindən dövlət büdcəsinə ümumilikdə 1753 (bir min yeddi yüz əlli üç) manat pul ödənilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs2 tərəfindən dövlət büdcəsinə 501 (beş yüz bir) manat pul ödənilmişdir. İş materiallarında olan Xəzər RPİ-nin müstəntiqi, polis polkovnik-leytenantı Elvin Cəfərov tərəfindən qəbul edilmiş 17 may 2023-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs ərizəsi əsasında toplanmış material üzrə fakta görə AR CM-nin 178.2.4-cü maddəsi ilə ********* saylı cinayət işi başlanaraq icraata qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının xx.xx.2022-ci il tarixli, BA-03312-2022 saylı məktubundan görünür ki, keçmiş Bakı şəhər XDS İK-nin (indiki Bakı şəhər İcra Hakimiyyəti) arxiv fondu üzrə xx.xx.1991-ci il tarixli, 48/27 saylı qərarı Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli, **********41 saylı məktubundan görünür ki, 246 nömrəli BTK-nın nəzdində 0.12 ha torpaq sahəsində 1213/1a nömrəli bağ sahəsi verilməsinə dair 38 nömrəli orderi idarənin arxivində aşkar ediliməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Dövlət Arxivinin Bakı filialının xx.xx.2023-cü il tarixli, 3-48-2F/2-05278/2023 saylı məktubundan görünür ki, Bakı şəhər İH-nin arxiv fondu üzrə xx.xx.1991-ci il tarixli, 48/27 saylı qərarı və X2 və İstismarı Birliyinin arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs3 ilə Təqsirləndirilən şəxs1 üzləşdirilməsi həyata keçirilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, cinayət işinin icraatı dayandırılmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli axtarış olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə Binəqədi rayonu ərazisində saxlanılaraq Xəzər RPİ-nin MSY-yə təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli axtarış olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə Binəqədi rayonu ərazisində saxlanılaraq Xəzər RPİ-nin MSY-yə təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş 22 iyun 2023-cü il tarixli qərardan görünür ki, cinayət işinin icraatı təzələnərək yenidən icraata qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş 23 iyun 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs4 ilə Təqsirləndirilən şəxs1 üzləşdirilməsi həyata keçirilmişdir. İş materiallarına əlavə edilmiş 23 iyun 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs4 ilə Təqsirləndirilən şəxs2 üzləşdirilməsi həyata keçirilmişdir. İş materiallarında olan 23 iyun 2023-cü il tarixli cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs4 şübhəli şəxs qismində Xəzər RPİ-nin müstəntiqi, polis polkovnik-leytenantı Elvin Cəfərov tərəfindən tutulmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə əməl AR CM-nin 178.2.4-cü maddəsindən həmin Məcəllənin 178.2.1, 178.2.4, 320.1 və 320.2-ci maddələrinə tövsif edilmişdir. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, 23 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4, 320.1 və 320.2-ci maddələrində nəzərdə tutulan ittiham elan olunmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, 23 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4, 320.1 və 320.2-ci maddələrində nəzərdə tutulan ittiham elan olunmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, 23 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs4 təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4, 320.1 və 320.2-ci maddələrində nəzərdə tutulan ittiham elan olunmuşdur. İş materiallarında olan 23 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 23 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 23 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs4 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında əmlak məsələləri Dövlət Xilməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xilməti 1 saylı Bakı Ərazi İdarəsidən alınmış xx.xx.2023-cü il tarixli 3-21330/2-2724/2023 saylı məktubundan görünür ki, Bakı şəhər İcrayə komitəsinin 48/27 nömrəli xx.xx.21991-ci il tarixli 48/27 saylı qərarı və həmin qərar əsasında Şahid1 246 bağ tiknti kooperatiivi nəznində Xəzər rayonu Şüvalan qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsi olan 1213/1a saylı bağ sahəsinin ayrılması, eləcə də 38 nömrəli order barədə məlumat idarəsinin arxivində aşkar edilməmişdir. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, 10 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs3 təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4, 320.1 və 320.2-ci maddələrində nəzərdə tutulan ittiham elan olunmuşdur. İş materiallarına əlavə edilmiş 10 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində Sumqayıt Şəhər Məhkəməsi tərəfindən həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmışdır. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 320.1 və 320.2-ci maddələrində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxslərin ona istinad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxslərin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə CM-in 320.1 və 320.2-ci maddələrinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxslərin təqsirliliyi təsdiq olunur. Bununla yanaşı məhkəmə baxışının nəticəsində müəyyən edilmişdir ki, hazırkı cinayət əməli üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçmişdir. İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 56.1-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75 və 213-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli qərarında göstərilmişdir ki, “Avropa Birliyinin Məhkəməsi tərəfindən də qəbul olunan hüquqi müəyyənlik prinsipi «hüquqi təhlükəsizlik konsepsiyasının» baş prinsiplərindən biri hesab olunur. Hüquqi müəyyənlik ümumi ideya kimi bir çox hüquq sistemlərinə daxil edilmişdir. Onun əsasını isə hüquqi məsuliyyətə cəlb etmə müddətləri də əhatə olunmaqla, hüquqi vəziyyətin sabitliyini təmin edən əvvəlcədən xəbər vermə təşkil edir.” Avropa İnsan Hüquqları Məhkəməsi də sözügedən müddətləri vacib məhkəmə müdafiəsi üsulu kimi qəbul edir. Belə ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın «Qanunsuz cəzalandırılmamaq» adlanan 7-ci maddəsi ilə bağlı Coeme and others Belçikaya qarşı iş üzrə qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, cinayət məsuliyyətindən azad etmə müddəti cinayət törətmiş şəxsə əməlin törədilməsindən sonra təyin olunan dövr keçdikdə cinayət təqibinə və ya mühakiməyə məruz qalmamaq üçün verilən hüquq kimi müəyyən edilə bilər. Razılığa gələn Yüksək Tərəflərin daxili hüquq sistemlərinin ümumi cəhəti olan bu müddətlər bir neçə məqsədlərə, o cümlədən hüquqi müəyyənliyin və qətiliyin təmin olunmasına, eləcə də vaxtın keçməsinə görə natamam vəziyyətə düşə bilən sübutlar əsasında məhkəmələrdən qərar qəbul edilməsi tələb edildiyi halda, müdafiə olunanların zərər ala biləcək hüquqlarına yönələn qəsdlərin qarşısının alınmasına xidmət edir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən həmin Məcəllənin 320.1 və 320.2-ci maddələrində nəzərdə tutulan cinayət əməli cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Həmin Məcəllənin 75.1.1-ci maddəsinin tələblərinə görə böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Həmin Məcəllənin 75.3-cü maddəsinə əsasən cinayət törətmiş şəxs istintaqdan və ya məhkəmədən gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxs tutulduğu və ya könüllü gəlib təqsirini boynuna aldığı vaxtdan bərpa olunur. Təqsirləndiirlən şəxslərə qarşı irəli sürülmüş ittihamdan görünür ki, təqsirləndirlən şəxslər tərəfindən CM-in 320.1 və 320.2-ci maddələri ilə cinayət əməli 2022-ci ilin avqust ayında törədilmiş, cinayətin törədilməsindən 02 (iki) il 03 (üç) ay vaxt keçmişdir. Hazırki cinayət əməli üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 münasibətdə 2024-cu ilin avqust ayında başa çatmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 43.3-cü maddəsində qeyd olunur ki, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin həmin Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Göründüyü kimi, Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş hal mövcud olduqda təqsirləndirilən şəxslərə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarının çıxarılması yalnız müdafiə tərəfinin razılığı ilə mümkündür. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 320.1 və 320.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilmiş və barələrində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdirlər. Yuxarıda göstərilənlərə əsasən Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət təqibinə xitam verilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikası CM-in 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərər çəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-in 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.5-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72 – 73-2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlləri iştirakçılıqla törədildiyi hallarda həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən zərər çəkmiş şəxsə dəymiş ziyan və dövlət büdcəsinə ödənişin iştirakçıların hər biri tərəfindən müəyyən pay üzrə ödənilməsi məhkəməyədək icraat zamanı təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarı, məhkəmə icraatı zamanı isə məhkəmənin qərarı ilə həll olunur. Məhkəmə, iş üzrə təqsirləndirilən və zərər çəkmiş şəxslərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 az ağır cinayətlər kateqoriyasına aid olan cinayət törətməsini, zərər çəkmiş şəxslə barışmasını, zərər çəkmiş şəxsin onlara qarşı şikayətinin və törədilmiş cinayət əməli ilə əlaqədar ziyanın olmamasını, cinayət nəticəsində vurulmuş ziyanın onlara aid hissədə iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməklə cinayət işinin icraatına xitam verilməlidir. Odur ki, məhkəmə göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası CPM-in 39.1.3, 40.1, 40.5, 43.3, 321.1, 321.2.1, 347-348, 383-385-ci maddələrini və Azərbaycan Respublikası CM-in 73-1.2 və 75.1-ci -ci maddələrini rəhbər tutub, məhkəmə QƏRARVERDİ Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-in 75.1-ci maddəsinə əsasən, yəni böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdiyi üçün həmin Məcəllənin Azərbaycan Respublikası CM-in 320.1 və 320.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-in 73-1.2-ci maddəsinə əsasən, yəni zərər çəkmiş şəxslə barışdığı və dəymiş ziyanı tamamilə ödədiyi, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyi üçün həmin Məcəllənin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 75.1-ci maddəsinə əsasən, yəni böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdiyi üçün həmin Məcəllənin Azərbaycan Respublikası CM-in 320.1 və 320.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 73-1.2-ci maddəsinə əsasən, yəni zərər çəkmiş şəxslə barışdığı və dəymiş ziyanı tamamilə ödədiyi, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyi üçün həmin Məcəllənin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 75.1-ci maddəsinə əsasən, yəni böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdiyi üçün həmin Məcəllənin Azərbaycan Respublikası CM-in 320.1 və 320.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 73-1.2-ci maddəsinə əsasən, yəni zərər çəkmiş şəxslə barışdığı və dəymiş ziyanı tamamilə ödədiyi, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyi üçün həmin Məcəllənin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs3 azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 73-1.2-ci maddəsinə əsasən, yəni zərər çəkmiş şəxslə barışdığı və dəymiş ziyanı tamamilə ödədiyi, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyi üçün həmin Məcəllənin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.4-cü maddələrinə aid hissədə xitam verilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar