Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-122/2022 20.04.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1984-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla orada yaşamış, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-494/2021 nömrəli 08 dekabr 2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 06 dekabr 2021-ci il tarixdən hesablanan və hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroin əldə edib saxlayaraq üzərində daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq, yəni 03 ədəd şəffaf sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,596 qram, 0,509 qram və 0,040 qram olmaqla ümumilikdə təmiz çəkisi 1,145 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsində daşıyaraq üzərində saxlamış, Xəzər RPİ-nin əməkdaşları tərəfindən 06 oktyabr 2021-ci il tarixdə saat 13:30 radələrində Türkan qəsəbəsi Poçt küçəsi ev 65 ünvanının yaxınlığında saxlanılaraq Xəzər RPİ-nin inzibati binasında xidməti otaqlardan birində üzərində videoçəkilişlə şəxsi axtarış aparılan zaman əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən 03 ədəd şəffaf sellofan bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 0,596 qram, 0,509 qram və 0,040 qram olmaqla ümumilikdə təmiz çəkisi 1,145 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, yəni 01 ədəd qızılı siqaret kağızı bükümündə ümumi təmiz çəkisi 2,094 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsində daşıyaraq üzərində saxlamış, Xəzər RPİ 1-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən 06 dekabr 2021-ci il tarixdə saat 20:30 radələrində Türkan qəsəbəsi Poçt küçəsi ev 65 ünvanının qarşısında saxlanılaraq 1-ci PŞ-nin inzibati binasında yerləşən xidməti otaqların birində üzərində şəxsi axtarış aparılan zaman əynindəki göy rəngli idman gödəkçəsinin sağ yan cibindən bir ədəd qızılı rəngli siqaret kağızı bükümündə ümumi təmiz çəkisi 2,094 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, bir neçə müddətdir ki, narkotik vasitədən istifadə edir. 06 oktyabr 2021-ci il tarixdə, səhər saatlarında Türkan qəsəbəsi dəniz kənarında olan zaman daşın altında 3 büküm sellofana bükülmüş bükülü tapmış, həmin bükümləri açanda içərisində narkotik maddə olan heroin olduğunu görmüş və istifadə etmək üçün əynindəki boz rəngli cins şalvarın sağ yan cibinə qoymuşdur. 06 oktyabr 2021-ci il tarixdə, saat 13:30 radələrində yaşadığı Türkan qəsəbəsi Poçt küçəsi ev 65 ünvanının yaxınlığında 2 nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim edib onu Xəzər Rayon Polis İdarəsinə dəvət etmiş, o da heç bir etiraz etməyib onlarla birlikdə Xəzər RPİ-nə gəlmişdir. Oradakı xidməti otaqların birində videoçəkilişlə üzərinə şəxsi axtarış keçiriləcəyi ona bildirilmiş, vəkilinin iştirakı ilə hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra videoçəkilişlə üzərinə şəxsi axtarış və baxış keçirilmiş, əvvəlcə isə ona üzərində hər-hansı qeyri-qanuni əşya varsa könüllü təqdim etməsi təklif edilmiş və o, əynindəki boz rəngli cins şalvarının sağ yan cibində saxladığı içərisində heroin olan şəffaf sellofana bükülmüş 3 ədəd bükülünü masanın üzərinə qoymuşdur. Bundan sonra polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş, lakin heç nə aşkar edilməmişdir. Sonra polis əməkdaşı həmin bükülüləri açmış və bükülülərdə olan narkotik vasitəni haradan, kimdən və hansı məqsədlə aldığını soruşmuş, o da narkotik vasitəni Türkan qəsəbəsi dəniz kənarında daşın altından tapdığını bildirmişdir. Polis əməkdaşları tərəfindən həmin 3 ədəd bükülü kağız zərfə qablaşdırılaraq götürülmüş, axtarış barədə protokol tərtib olunmuş və bütün iştirakçılar tərəfindən zərfin üzəri və protokol imzalanmışdır. 06 dekabr 2021-ci il tarixdə səhər saatlarında Suraxanı rayonu ərazisində tanımadığı şəxsdən özünün istifadə etməsi üçün 15 manata narkotik vasitə “kakos”(heroin) alaraq üzərində saxlamış, həmin gün axşam saatlarında yaşadığı Türkan qəsəbəsi Poçt küçəsi ev 65 ünvanının yaxınlığında olan zaman mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərdikdən sonra həmin şəxslərin polis əməkdaşları olduğu ona məlum olmuşdur. Polis əməkdaşları onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağı barədə onlara məlumat daxil olduğunu bildirərək onu Xəzər RPİ-nin 1-ci PŞ-nə dəvət etmiş, o da etiraz etməyərək onlarla birlikdə 1-ci PŞ-nin inzibati binasına gəlmişdir. Orada ona şübhəli şəxs qismində tutulması bildirilmiş, bu barədə qərar elan edilərək hüquq və vəzifələri izah edilmiş və müdafiəçi ilə təmin edilmişdir. Bundan sonra videoçəkilişlə müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışa başlamadan öncə ona üzərində qanunla dövriyyəsi qadağan olunan hər hansı əşya, predmet və ya maddə varsa onu könüllü təqdim etməyi təklif edilmiş, bu təklifdən sonra o, əynindəki göy rəngli idman şalvarının sağ yan cibindən qızılı rəngli siqaret kağızına bükülmüş bir ədəd bükümdə narkotik vasitə heroini təqdim etmişdir. Bundan başqa üzərindən qanuna zidd hər hansı əşya, predmet və ya maddə aşkar edilməmişdir. Polis əməkdaşları tərəfindən həmin 1 ədəd bükülü kağız zərfə qablaşdırılaraq götürülmüş, axtarış barədə tərtib olunmuş protokol ucadan oxunduqdan sonra bütün iştirakçılar tərəfindən zərfin üzəri və protokol imzalanmışdır. İlk dəfə törətdiyi əməlindən peşmandır. Bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Xəzər RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 göstərdi ki, ünvan 4 ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu, saxlanması, satışı ilə məşğul olması barədə ona məlumat daxil olmuş, bununla bağlı raportla Xəzər RPİ-nin rəhbərliyinə məruzə etdikdən sonra tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul olunmuş, özü və Xəzər RPİ-nin CAŞ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Onlar birlikdə Türkan qəsəbəsi Poçt küçəsi ev 65 ünvanına yollanmış, 06 oktyabr 2021-ci il tarixdə saat 13:30 radələrində qeyd edilən ünvanın yaxınlığında Təqsirləndirilən şəxs zahirən bənzəyən və özünü şübhəli aparan bir nəfər şəxsi görüb ona yaxınlaşmış, özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirərək xidməti vəsiqələrini göstərdikdən sonra həmin şəxsdən də özünü təqdim etməyi xahiş etmişlər. Həmin şəxs özünü xx xxxxxx 1984-cü ildə Bakı şəhərində doğulan, Türkan qəsəbəsi Poçt küçəsi ev 65 ünvanında qeydiyyatda olan və orada yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onlar Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu Xəzər RPİ-nin inzibati binasına dəvət etmiş, o da buna etiraz etməyib onlarla birlikdə oraya gəlmişdir. Bu barədə araşdırma aparılması üçün Təqsirləndirilən şəxs Xəzər RPİ-nin təhqiqatçısı, polis mayoru Rəhim Allahverdiyevə təhvil vermişdir. Rəhim Allahverdiyev Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək həmin vəkilin iştirakı ilə onu şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmiş, sonra özü, Şahid2 və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Əvvəlcə Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan olunan hər hansı əşya və ya predmet varsa könüllü təqdim etməsi təklif edilmiş, o da əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən üç ədəd şəffaf sellofan bükümü çıxarıb könüllü təqdim etmişdir. Təqsirləndirilən şəxs 3 ədəd şəffaf sellofan bükümdə olan maddənin heroin olduğunu, həmin narkotik vasitəni 06 oktyabr 2021-ci il tarixdə səhər saatlarında Türkan qəsəbəsi ərazisində dəniz kənarından tapdığını və bundan başqa üzərində qanunla dövriyyəsi qadağan olunan hər hansı əşya və ya predmet olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış aparılmış, lakin qanunla dövriyyəsi qadağan olunan hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 3 ədəd şəffaf sellofan büküm açıldıqda qəhvəyi rəngli kütlə olduğu müəyyən olunmuş, zərfdə qablaşdırılmışdır. Axtarış barədə tərtib olunmuş protokol ucadan oxunduqdan sonra bütün iştirakçılar tərəfindən zərfin üzəri və protokol imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Xəzər RPİ-nin CAŞ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 da oxşar, eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiklərini təsdiq etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid4 göstərdi ki, ünvan 4 ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu, saxlanması, satışı ilə məşğul olması barədə ona məlumat daxil olmuş, bununla bağlı raportla Xəzər RPİ-nin rəhbərliyinə məruzə etdikdən sonra tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul olunmuş, özü və Xəzər RPİ-nin 1-ci PŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3ibarət əməliyyat qrupu yaradılmışdır. Onlar birlikdə Türkan qəsəbəsi Poçt küçəsiev 65 ünvanına yollanmış, 06 dekabr 2021-ci il tarixdə saat 20:30 radələrində qeyd edilən ünvanın yaxınlığında Təqsirləndirilən şəxs zahirən bənzəyən və özünü şübhəli aparan bir nəfər şəxsi görüb ona yaxınlaşmış, özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirərək xidməti vəsiqələrini göstərdikdən sonra həmin şəxsdən də özünü təqdim etməyi xahiş etmişlər. Həmin şəxs özünü xx xxxxxx 1984-cü ildə Bakı şəhərində doğulan, Türkan qəsəbəsi Poçt küçəsi ev 65 ünvanında qeydiyyatda olan və orada yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onlar Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu saxlayaraq Xəzər RPİnin 1-ci PŞ-nin inzibati binasına dəvət etmiş, o da buna etiraz etməyib onlarla birlikdə oraya gəlmişdir. Bu barədə araşdırma aparılması üçün Təqsirləndirilən şəxs 1-ci PŞ-nin təhqiqatçısı, polis mayoru Natiq Ağamirzəyevə təhvil vermişdir. X2 Babayevin hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək həmin vəkilin iştirakı ilə onu şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmiş, sonra özü, Şahid3 və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan olunan hər hansı əşya və ya predmet varsa könüllü təqdim etməsi təklif edilmiş, o da əynindəki göy rəngli idman şalvarının sağ yan cibindən bir ədəd qızılı rəngli siqaret kağızı bükümünü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs bir ədəd qızılı rəngli siqaret kağızı bükümündə olan kütlənin heroin olduğunu, həmin narkotik vasitəni 06 dekabr 2021-ci il tarixdə səhər saatlarında Suraxanı qəsəbəsi ərazisində əvvəllər tanımadığı şəxsdən 15 manata aldığını və bundan başqa üzərində qanunla dövriyyəsi qadağan olunan hər hansı əşya və ya predmet olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış aparılmış, lakin qanunla dövriyyəsi qadağan olunan hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüşbir ədəd qızılı rəngli siqaret kağızı bükümü açıldıqda qəhvəyi rəngli kütlə olduğu müəyyən olunmuş, zərfdə qablaşdırılmışdır. Axtarış barədə tərtib olunmuş protokol ucadan oxunduqdan sonra bütün iştirakçılar tərəfindən zərfin üzəri və protokol imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Xəzər RPİ-nin 1-ci PŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 da oxşar, eyni məzmunlu ifadə verərək Şahid4 göstərdiklərini təsdiq etdi. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəməkimyəvi ekspertizasının 06 oktyabr 2021-ci il tarixli, 6/4417 nömrəli rəyindən görünür ki, tədqiqat obyekti üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 43” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki üç ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkisi 0,596 qram, 0,509 qram, 0,040 qram, ümumi təmiz çəkisi 1,145 qramolan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi – 1,145 qram, tədqiqata sərf edildi – 0,150 qram, qalıq – 0,995 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 91,76 (doxsan bir, yetmiş altmış, altı) manatdır. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası qanunu ilə təsdiq ounmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxildir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəməkimyəvi ekspertizasının 06 dekabr 2021-ci il tarixli, 6/5401 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “(imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan zərfdəki 1(bir) ədəd bükümdə təmiz çəkisi 2,094 qramqəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroinin təmiz çəkisi – 2,094 qram, tədqiqata sərf edildi – 0,1 qram, qalıq – 1,994 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 114,00 (bir yüz on dörd) manatdır. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası qanunu ilə təsdiq ounmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxildir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəmənarkoloji ekspertizasının 23 oktyabr 2021-ci il tarixli, 4108 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd zərfdə tədqiqata sərf edildikdən sonra qalan 0,995 qram narkotik vasitə heroin və 01 ədəd zərfdə tədqiqata sərf edildikdən sonra qalan 1,994 qram narkotik vasitə heroin məhkəmənin hökmünə qədər Xəzər RPİ-də saxlanılması üçün təhvil verilmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 28oktyabr 2021-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroin əldə edib saxlayaraq üzərində daşıması faktı özünün etirafedici ifadəsindən başqa, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə törətdiyi əməli etiraf edərək peşmançılıq çəkməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 06 oktyabr 2021-ci il tarixdə və 06 dekabr 2021-ci il tarixldə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroin əldə edib saxlayaraq üzərində daşımaqla Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti iki dəfə törəmişdir və bu, Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal hesab edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanununun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 06 oktyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə şübhəli şəxs qismində saxlanılmış, 08 oktyabr 2021-ci il tarixdə ona həmin maddə ilə ittiham elan edilərək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməklə Xəzər RPİ MSY-dən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 06 oktyabr 2021-ci il tarixdən 08 oktyabr 2021-ci il tarixə qədər şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxsAzərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasını çəkməsinin əvvəli tutulduğu 06 dekabr 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübut – Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 01 ədəd zərfdə tədqiqata sərf edildikdən sonra qalan 0,995 qram narkotik vasitə heroin və 01 ədəd zərfdə tədqiqata sərf edildikdən sonra qalan 1,994 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut - Təqsirləndirilən şəxs üzərinə polisdə keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 205,76 (iki yüz beş, yetmiş altı) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs hüquqlarını dövlət hesabına ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmədə göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 35 (otuz beş) iş saatına görə (ibtidai istintaq zamanı 20 saat və məhkəmə baxışı zamanı 15 saat) cəmi 210,00 (iki yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi ziyan yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 06 oktyabr 2021-ci il tarixdən 08 oktyabr 2021-ci il tarixə qədər şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılsın və üzərində qəti olaraq 01 (br) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli həbsə alındığı 06 dekabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 01 ədəd zərfdə tədqiqata sərf edildikdən sonra qalan 0,995 qram narkotik vasitə heroin və 01 ədəd zərfdə tədqiqata sərf edildikdən sonra qalan 1,994 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut - Təqsirləndirilən şəxs üzərinə polisdə keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 205,76 (iki yüz beş, yetmiş altı) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 210,00 (iki yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №1(003)-122/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-122/2022
20.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver