Məhkəmə qərarları › İş №1(003)-122/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-122/2023

06.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-122/2023 06.02.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1994-cü ildə Ağstafa şəhərində anadan olmuş, orta təhsilli, subay, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, əvvəllər məhkum olunmamış, Ağstafa rayonu, Poylu Ərazi dairəsi, Poylu kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Zağulba prospekti 53, fərdi evdə yaşayan və barəsində «başqa yeri getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşaiyət edilən qərəzli xuliqanlıq hərəkətləri edərək zərərçəkmiş şəxsin sağlamlığının qısa müddət pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarəti yetirmişdir. Belə ki, Təqsirləndirilən şəxs 10 sentyabr 2022-ci il tarixdə saat 19:30 radələrində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində olarkən atası- Şahid1 ona zəng vuraraq həmin qəsəbədə Ç.Mustafayev küçəsində yerləşən «Ozan» marketdə satıcıya 1 manat 80 qəpik borcunun qaldığını bildirib ondan ora yaxınlaşmasını istəmiş, daha sonra isə Təqsirləndirilən şəxs həmin marketin qarşısına gələn zaman atası-Şahid1 maketdə olan digər müştəri Zərərçəkmiş şəxs ilə marketin qarşısında sözlə mübahisə etdiyini görüb bundan əsəbləşərək cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış, əxlaq və mənəviyyət normaları çərçivəsində hərəkət edərək özünü cəmiyyətə müstəsna şəxsiyyət olduğunu təsdiq etmək məqsədi ilə bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd edərək gücünü nümayiş etdirmək və qalmaqal salmaq niyyəti ilə Zərərçəkmiş şəxs ilə əsassız olaraq mübahisə etməyə başlamış, daha sonra Zərərçəkmiş şəxs kobud zorakılıqla sarsıtmaq, onda vahimə yaratmaqla onu müvəqqəti də olsa öz iradəsinə tabe etdirmək məqsədi ilə heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan hərəkətlər edərək ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, ehtinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş elementar davranış, əxlaq, mənəviyyat normalarına əməl etməyib Təqsirləndirilən şəxs yaranmış münaqişədə qəsdən Zərərçəkmiş şəxs sol qulaq hissəsindən bir dəfə vurması nəticəsində sonuncuya baş-beynin silkələnməsi halında olan qapalı kəllə beyin travması, sol qulaqarxası nahiyənin qançırı, sol dirsəyin, sol dizin sıyrıqları kimi sağlamlığa yüngül zərərvurmaya aid xəsarət yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin və şahidin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, Şahid1 onun atasıdır. O, atası ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs əvvəllər tanımamış və aralarında heç bir mübahisə və ədavət olmamışdır. xx.xx.2022-ci il tarixdə, saat təxminən 19:30 radələrində Buzovna qəsəbəsi, Ç.Mustafayev küçəsində yerləşən kafedə olan zaman atası Şahid1 ona zəng edərək kafenin yaxınlığında olan “Ozan” marketdən siqaret aldığını və 1 manat 80 qəpik borcunun qaldığını deyərək həmin marketə yaxınlaşmağını söyləmişdir. Oda qeyd olunan yerə getmişdir. Oraya çatdıqda atasının bir nəfər tanımadığı şəxslə mübahisə etdiyini görmüşdür. O, atasını tutub kənara çəkərək sakitləşdirmək istədikdə isə həmin şəxs qəfildən onlara qarşı “sizi aşırdaram” ifadəsini işlətmişdir. Oda Habilin bu sözündən əsəbləşərək əli ilə həmin şəxsin üz nahiyyəsindən yumruqla zərbəsi endirmişdir. Həmin şəxs isə zərbənin təsirindən yerə yıxılmışdır. Bu zaman atası Ceyhun onu tutub kənara çəkmişdir. Sonra isə ətrafa mağazada işləyən satıcı ilə tanımadığı kənar şəxslər toplaşmışıdr. Hadisə xx.xx.2022-ci il tarixdə saat 19:10 radələrində Xəzər rayonu, Buzovna qəsəsbəsi, “Ç.Mustafayev küçəsində fəaliyyət göstərən “Ozan” marketin qarşısında küçədə baş vermişdir. Hadisənin şahidləri dükanda işləyən Nurlan və anası, habelə tanımadığı kənar şəxslər olmuşdur. Həmin xəsarətləri Zərərçəkmiş şəxs hadisə zamanı onun vurmağı nəticəsində ala bilərmiş. Hadisə zamanı o, Zərərçəkmiş şəxs bir dəfə yumruq zərbəsi ilə vurmuşdur. Ona xəsarət yetirən olmamış və o, başqa heç kəsə xəsarət yetirməmişəm. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığını, zərərçəkmiş şəxslə dəymiş ziyanla bağlı razılığa gəldiyini qeyd edərək ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirdi ki, hadisə xx.xx.2022-ci il tarixində axşam saat 19 radələrində baş vermişdir. Belə ki, o, Bakı şəhəri, Buzovna qəsəbəsi, Ç.Mustafayev küçəsində yerləşən “Ozon” market adlı ticarət şəbəkəsində alış-veriş edən zaman ondan qabaq növbədə olan əvvəllər tanımadığı, lakin adını sonradan bildiyi Şahid1 malların pulunu ödəmək istəyərkən, cəmi 2 (iki) manat pulu və xarici valyutası (100 ABŞ dolları) olduğunu bildirmişdir. Bu zaman marketin Nurlan adlı satıcısı ödəniş vasitəsi kimi xarici valyuta qəbul edə bilməyəcəyini bildirdikdə o, Şahid1 humanistlik etmək məqsədilə və Nurlan adlı şəxsin xahişi nəticəsində üzərində kifayət qədər pul məbləğinin olduğunu nəzərə alaraq bu şəxsə yalnız 100 ABŞ dolları həcmində xarici valyutanın dəyişdirə biləcəyini bildirmişdir. Bundan sonra Şahid1 marketin yaxınlığındakı nəqliyyat vasitəsinə getmiş və yenidən marketə qayıdaraq dollar qismində xarici valyutasının olmadığını və zarafat etdiyini bildirmişdir. Marketin satıcısı Nurlan və o, məsələni anlaya bilməmiş və təəcüblə birbirlərinə baxmışlar, həmin an qeyri-müəyyən vəziyyət yaranmışdır. Bu zaman Şahid1 yenidən nəqliyyat vasitəsinə getmiş və marketə qayıdaraq əlində tanımadığı bir xarici valyuta gətirmişdir. Bu valyutanı tanımadığını və Nurlanın xahişi ilə ancaq 100 ABŞ dollarını manatla mübadilə edə biləcəyini həmin şəxsə təkrar bildirmişdir. Hadisədən sonra ətrafdakılar tərəfindən əldə etdiyi məlumata əsasən həmin pul deyəsən Suriya dövlətinin milli valyutası olmuşdur. O, həmin puldan imtina etdikdən sonra Şahid1 ona "valyuta mübadilə məntəqəsi deyilsən? Götür bu pulu dəyiş" formasında anlaşılmaz ifadə işlətmişdir. O, isə cavabında valyuta mübadilə edən şəxs olmadığını, sadəcə marketin satıcısı Nurlan tanış olduğundan və Nurlanın xahişi, həm də üzərində kifayət qədər pul olduğuna görə 100 ABŞ dollarını manata çevirə biləcəyimi bildirmişdir. Bundan sonra Şahid1 gözlənilmədən və səbəbini anlamadan ona marketdən kənara çıxmağını bildirmişdir. Bəhs edilən marketin yaxınlığında yerləşən avtoyuma məntəqəsinin yanında onun yaxasından tutmaqla mübahisə etməyə başlayarkən kənarda qalmış, digər şəxs onun oğlu-adını sonradan bildiyi İsmayıl adlı şəxs gözlənilmədən üstünə hücüm çəkərək üz və baş nahiyyəsindən güclü zərbə vurmuşudr. Zərbənin təsirindən o, yerə yıxılmış, qismən huşunu itirmişdir. Yerdə köməksiz vəziyyətdə olan zaman hər iki şəxs, Şahid1 və Təqsirləndirilən şəxs tərəfindən yenidən əl və ayaq vasitəsilə onun bədəninə və başına güclü zərbələr endirilmişdir. Bədəninə istiqamətlənən zərbələr qoluna dəymişdir. Həmin vaxt başından aldığı zərbələr nəticəsində tamamilə huşunu itirmişdir. Ətrafdakıların köməyi ilə şəxslərin ona qarşı hərəkətlərinə son qoyulmuşdur. Ətrafdakı şəxslər onu evə çatdırmışdılar. Həmin vaxtı başından çoxsaylı zərbələr aldığı üçün onda qısa müddətli yaddaş pozuntusu baş vermişdir. Buna görə həmin vəziyyətdə onu kim evə gətirdiyini, həmin vaxtı nə danışıqlar olduğunu demək olar ki, xatırlamır. Evə gəldikdən sonra ailə üzvləri üst geyimini dəyişdirmişlər. Başında şiddətli küt ağrılar, ürək bulanma, qusma, gözlərin işığa qarşı yüksək həssaslığı, qolundakı ağrılar və səhhətilə bağlı problemləri aradan qaldırmaq üçün qohumları ona müxtəlif dərmanlar və iynə sistemləri alaraq ilk tibbi yardım göstərməyə cəhd etmişlər. Deyilənə görə onun üçün təcili tibbi yardım da çağırılmış və ona əlavə olaraq müxtəlif iynələr vurulmuş, lakin yaddaş pozuntusu yaşadığına görə bütün bunları xatırlamır. Ertəsi gün səhəttində olan ağrılar şiddətlənmiş və o, tibb müəssisəsinə yenə müraciət etmişdir. Müayinələrdən keçmiş, müalicəsi davam etmişdir. Məhkəmə tibb ekspertizasında olmuş və ekspert baxışından keçmişdir. Hadisənin videogörüntüləri olmuş, ətrafda hadisəni görən çoxlu sayda şahidlər də olmuşdur. Hadisə ilə bağlı 102 Qaynar Xəttinə məlumat verilmişdir. Həmin şəxslərin narkotik vasitələrin təsiri altında olmasını və ya alkoqollu vəziyyətdə olmasını istisna edilməmişdir. Hazırda o, təqsirləndirilən şəxslə barışıq əldə etmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanla bağlı razılığa gəlinmiş, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirdi ki, o, Zərərçəkmiş şəxs məhlə sakini kimi tanıyır, əvvəllər aralarında heç bir mübahisə və ədavət olmamışdır. xx.xx.2022-ci il tarixdə saat 19:30 radələrində siqaret almaq üçün Xəzər rayonu, Buzovna qəsəbəsi, Ç.Mustafayev küçəsində fəaliyyət göstərən “Ozan” marketə daxil olmuşdur. Siqareti aldıqda əvvəlcə satıcıya cibində 2 manat pul olduğunu, yerdə qalan pulu sonra ödəyəcəyimi demişdir. Bundan sonra satıcıya cibində 100 ABŞ dolları olduğunu bildirmiş, satıcı isə dolları xırdalaya bilməyəcəyini bildirmişdir. Bu zaman mağazada olan Habil adlı şəxs ona pulu xırdalaya biləcəyini söyləmişdir. O, isə həmin şəxsə dollarının olmadığını söyləmişdir. Sonra isə həmin şəxsə “pul dəyişmə məntəqəsində işləyirsən mənim üçün pul xırdalayasan” sözlərini demişdir. Həmin şəxs isə onun bu sözünə gülümsəmiş, o, mağazadan küçəyə çıxaraq oğluna zəng etmiş, siqaret üçün yerdə qalan 1 manat 80 qəpik pulu götürməsini demişdir. Oğlu İsmayıl mağazaya yaxınlaşdıqda həmin şəxs mağazadan çıxmışdır. İsmayıl onun əsəbi olduğunu görmüş, nə baş verdiyini soruşduqda isə o, oğlu İsmayılı yüngül mübahisə etdiyini bildirmişdir. Bu zaman həmin şəxs onlara yaxınlaşaraq “ikinizi də aşırdaram” ifadəsini işlətmişdir. Bundan sonra oğlu İsmayıl əli ilə həmin şəxsin üz nahiyyəsindən vurmuş və həmin şəxs yerə yıxılmışdır. Sonra isə həmin şəxs ayağa qalxaraq kənara çəkilmişdir. O və oğlu isə oradan çıxıb getmişlər. Hadisə xx.xx.2022-ci il tarixdə saat 19:10 radələrində Xəzər rayonu, Buzovna qəsəsbəsi, Ç.Mustafayev küçəsində fəaliyyət göstərən “Ozan” marketin qarşısında küçədə baş vermişdir. Hadisənin şahidləri dükanda işləyən Nurlan və anası, habelə tanımadığı kənar şəxslər olmuşdur. Hadisə zamanı İsmayıl bir dəfə sillə zərbəsi ilə Zərərçəkmiş şəxs vuraraq xəsarət yetirmişdir. Ona xəsarət yetirən olmamışdır və o, heç kəsə xəsarət yetirməmişdir. Hadisə təxminən bir neçə dəqiqə davam etmişdir. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid2 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, 3 ilə yaxın olar ki, Buzovna qəsəbəsi, Ç.Mustafayev küçəsində yerləşən “Ozan” adlanan ərzaq mağazasında satıcı işləyir. xx.xx.2022-ci il tarixdə, saat təxminən 19:10 radələrində mağazada olarkən mağazaya daimi müştəri qismində gələn Habil adlı şəxs alış veriş edən zaman bir nəfər adını bilmədiyi mağazaya müştəri qismində gələn şəxs siqaret almış və ona 100 ABŞ dolları olduğunu bildirmişdir. O, isə həmin şəxsə pulu xırdalaya bilməyəcəyini söyləmişdir. Bundan sonra Habil adlı şəxsə həmin pula xırdası olubolmadığını soruşmuşdur. Habil isə pulu xırdalaya biləcəyini demiş, həmin şəxs isə zarafat etdiyini deyərək mağazadan çıxmışıdr. Sonra isə təkrar geri gəlib başqa xarici valyutaya aid pul əskinazını Habilə uzadaraq pulu xırdalamasını dedikdə, Habil həmin pulu xırdalaya bilməyəcəyini söyləmişdir. Bundan sonra onlar marketdən çölə çıxmışlar. Habil mağazadan çıxdıqdan bir neçə dəqiqə sonra o, səs küyə mağazadan küçəyə çıxmışdır. Həmin vaxt isə Habilin yerdə uzanıqlı vəziyyətdə olduğunu, bir nəfər başqa cavan şəxsin Habili yerdə uzanmış vəziyyətdə vurduğunu və Habil ilə mağazada mübahisə edən şəxsin onları ayırmağa köməklik etdiyini görüb oda dərhal yaxınlaşmış və ətrafa toplaşan şəxslərin köməyi ilə onları ayırmışlar. Bundan sonra onlar oradan çıxıb getmişlər. Habil isə yerdə huşunu itirmiş vəziyyətdə qaldığından o, orada olan tanımadığı şəxsin köməyi ilə Habili mağazanın yanında olan avtoyuyucunun içərisinə aparmış və Habilin əl-üzünə su vuraraq ayıltmışıdr. Habil özünə gəldikdən sonra avtomobilinə əyləşib ondan nə baş verdiyini soruşmuşdur. O, bir neçə dəfə təkrar-təkrar Habilə baş verənləri danışsa da, Habil özündə olmadığından eyni sualları ondan yenə də soruşmuşdur. Sonra o, Habilin avtomobilinə əyləşmiş və Habil özü avtomobili idarə edərək evlərinə doğru sürmüşdür. Habili yaşadığı evə yola saldıqdan sonra o, geri qayıtmışdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” Publik Hüquqi şəxsin xx.xx.2022-ci il tarixli 1216 saylı ekspert rəyindən görünür ki, S.Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər — baş-beynin silkələnməsi halında olan qapalı kəllə beyin travması, sol qulaqarxası nahiyənin qançırı, sol dirsəyin, sol dizin sıyrıqları küt əşya (əşyalar) təsirindən - törənmiş, törənmə müddətləri onun "Respublika Neyrocərrahiyyə Xəstəxanası" X3 müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddirlər. 2.Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxs tərəfindən yetiriliməsi istisna olunmur. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1994-cü ildə Ağstafa rayonunda doğulmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli qətimkan tədbiri seçmək barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxslə barışıq əldə etmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanla bağlı razılığa gəlinmiş, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 31.1-ci maddəsinə əsasən “Hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərər çəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayət Məcəlləsinin xuliqanlığa görə müəsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgə yaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə zərərçəkmişşəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadəolunan hərəkətlərin edilməsi başa düşülməlidir.” Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 221.1ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəllənin 59.1.12 və 59.1.13-cü maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxslə dəymiş ziyanla bağlı razılıq əldə olunmasını, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən törətmiş olduğu cinayət əməlini səmimi etiraf etməsini, səmimi peşman olmasını, ilk dəfə cinayət əməli törətməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən “Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər-min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsinə, zərər çəkmiş şəxs və şahidin ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, yuxarıda göstərilən yüngülləşdirici halları nəzərə almaqla yanaşı eyni zamanda qeyd edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli özü səmimi olaraq etiraf etmiş və etdiyi əməldən peşman olmuşdur. Bununla yanaşı Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışıq və dəymiş ziyanla bağlı razılıq əldə etmiş, zərərçəkmiş şəxslərin təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyasına uyğun olaraq islah işləri cəzası təyin edilməlidir. Cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs qazancından dövlət nəfinə ilk məbləğin tutulduğu tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Təqsirli şəxsə islah işləri və ya cərimə cəzası təyin edilərkən onun maddi vəziyyəti, öhdəsində yetkinlik yaşına çatmayanların, əmək qabiliyyəti olmayan digər şəxslərin olması və s. aydınlaşdırılmalıdır.” İş üzrə ekspertiza xərci yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə 10500 manat mülki iddia hissədə zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı təqdim etdiyi barışıq ərizəsi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda (20 saat) və məhkəmə baxışı zamanı (10 saat) müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 180 manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinsin və ona qazancının 20 %-i dövlət nəfinə tutulmaqla, 1(bir) il müddətinə islah işləri cəzası təyin edilsin. Cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs qazancından dövlət nəfinə ilk məbləğin tutulduğu tarixdən hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut - videogörüntü olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı təqdim etdiyi barışıq ərizəsi nəzərə alınsın. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda (20 saat) və məhkəmə baxışı zamanı (10 saat) müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 180 manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar