Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-122/2024 20.09.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Musazadə Xanım Yaşar qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 25 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 2000-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla orada yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üstündə daşıyaraq saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 0,305 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini 17 may 2023-cü il tarixdə Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsində tanımadığı şəxsdən 20 manata əldə edib üzərində saxlamaqla daşımış, 17 may 2023-cü il tarixdə, saat 21:15 radələrində Xəzər RPİ-nin 1-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi “Araz market”in yaxınlığında saxlanılaraq Xəzər RPİ-nin 1-ci PŞ-nə dəvət olunmuş və şöbədəki xidməti otaqların birində video çəkilişlə Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının sağ cibindən bir ədəd kağıza bükülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,305 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmənin 23 oktyabr 2023-cü il tarixli iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü əvvəlcə təqsirli bilərək göstərdi ki, uzun müddətdir ki, narkotik vasitə olan heroindən istifadə edir. 17 may 2023-cü il tarixdə səhər saatlarında Suraxanı qəsəbəsində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 20 manata bir büküm heroin alaraq üzərində saxlamış və Şüvəlan qəsəbəsinə gəlmişdir. Həmin gün axşam saatlarında Şüvəlan qəsəbəsi “Araz market”in yaxınlığında olarkən üç nəfər mülki geyimli şəxs ona yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirmiş və onu narkotik vasitələri gəzdirməsi ilə bağlı Xəzər RPİ-nin 1-ci PŞ-nə dəvət etmişlər. Bundan sonra təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, hüquqlarının müdafiə olunmasından ötrü müdafiəçi ilə təmin olunmuşdur. Həm müdafiəçi, həm də təhqiqatçı tərəfindən hüquq və vəzifələri ona izah olunduqdan sonra xidməti otaqların birində polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində qanunla qadağan olunmuş əşya və ya maddənin olub-olmaması soruşulmuş, əgər varsa, könüllü təqdim etməyi təklif edilmiş, o da əynindəki göy rəngli cins şalvarın sağ cibindən bir ədəd kağıza bükülmüş narkotik vasitə heroini çıxarıb könüllü şəkildə polis əməkdaşlarına təqdim etmişdir. Sorğu zamanı həmin maddənin narkotik vasitə heroin olduğunu və şəxsi istifadə məqsədilə tanımadığı şəxsdən alıb üzərində saxladığını bildirmişdir. Bundan sonra aşkar olunmuş maddə bir ədəd zərfə qoyularaq qablaşdırılmış, üzəri möhürlənərək götürülmüş, bu barədə protokol tərtib olunmuş, həmin protokol və zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Ona qarşı heç bir fiziki və ya mənəvi təzyiq tətbiq olunmamışdır. Əməlindən peşmandır. Məhkəmənin 05 fevral 2024-cü il tarixli iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs göstərdi ki, o, taksidə işləyir, hadisədən bir gün əvvəl qadın müştəridən sifariş gəlmiş, onu 26 saylı xəstəxanaya aparmalı olmuşdur. Məkana çatmağa 1 km qalmış həmin qadın 1-ci PŞ-nin cinayət-axtarış üzrə əməliyyat müvəkkili Cavadxan Sultanovun idarə etdiyi “KİA” və ya “Hyundai” markalı avtomobildən düşüb onun maşınına minmişdir. Cavadxan Sultanov da onların arxasınca gəlirmiş. Polis İdarəsinə dönən yerdə qadın maşını saxlamağını demişdir. O, bundan şübhələnmişdir. Maşınından düşəndən sonra həmin qadının Cavadxan Sultanovla söhbət etdiyini görmüşdür. Səhəri gün – yəni 17 may 2023-cü il tarixdə polisin onu axtardığını demişlər. Həmin tarixdə Mərdəkan qəsəbəsində Mədəniyyət sarayının qarşısında dayandığı yerdə polis əməkdaşları onu saxlamış və demişlər ki, “Almas Petrol”un yaxınlığında saxlanıldığını, narkotik vasitəni Suraxanı rayonu ərazisindən aldığını desin. “Araz market”lə saxlanıldığı yerin arasında təxminən 1 km məsafə vardır. 1-ci PŞ-də cinayətaxtarış üzrə əməliyyat müvəkkili Şahid1 onu dəmir parçası ilə döymüş, ona qarşı təhqiredici ifadələr işlətmiş, yerə yıxıb dabanlarından dəmirlə vurmuş və təzyiq altında narkotiki zorla boynuna qoymuşlar. PŞ-də Cavadxan Sultanov ona təzyiq göstərməmişdir. Birinci məhkəmə iclasında etiraf etməyinin səbəbi o olmuşdur ki, vəkili Müdafiəçi1 ona demişdir ki, onun dediyi kimi ifadə versin, əməli etiraf etsin. PŞ-də ona demişlər ki, ya narkotik vasitələrdən istifadəni, ya da satışı boynuna almalıdır, o da təzyiqlərə dözməyib narkotik vasitələrdən istifadəni boynuna almışdır. O, əvvəllər narkotik vasitələrdən istifadə etmişdir, lakin saxlanılan vaxt PŞ-də onun üzərindən narkotik vasitə aşkar olunmamışdır. Qorxduğu üçün polis əməkdaşlarının əvvəlcədən ona verdikləri təlimata uyğun olaraq müdafiəçisinin iştirakı ilə videoçəkiliş zamanı öz əleyhinə ifadə vermiş, lakin 1-ci PŞ-də ona göstərilmiş fiziki təzyiqlər barədə heç bir yerə şikayət etməmiş, hətta onun barəsində həbs qətimkan tədbiri seçilərkən hakimə də heç nə deməmişdir. Özünü təqsirli bilmir, barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Məhkəmənin 05 fevral 2024-cü il tarixli iclasında şahid qismində dindirilən Xəzər RPİ-nin 1-ci PŞ-nin cinayət-axtarış üzrə əməliyyat müvəkkili Şahid1 göstərdi ki, 17 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə alınmış əməliyyat məlumatı əsasında 1-ci cinayət-axtarış üzrə əməliyyat müvəkkili X2 ilə birlikdə onu həmin tarixdə təxminən saat 21:15-də Şüvəlan qəsəbəsi “Araz market”in yaxınlığında saxlayaraq 1-ci PŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs saxlanılarkən və şöbədə olarkən ona qarşı hər hansı fiziki təsir və ya güc tətbiq olunmamışdır. PŞ-də müdafiəçinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində saxlanması və daşınması qanunla qadağan olunan əşya varsa, könüllü təqdim etməsi təklif edilmiş, o da əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd bükülünü çıxarıb təqdim edərək içərisində narkotik vasitə heroin olduğunu və onu Suraxanı qəsəbəsindən tanımadığı şəxsdən öz istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən təqdim etdiyi bükümdən başqa heç bir əşya və ya qanunsuz predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi, içərisində qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər maddə olan 1 ədəd bükülü təhqiqatçı tərəfindən 1 ədəd kağız zərfdə qablaşdırılmış və möhürlənmişdir. Bu barədə protokol tərtib edilərək ucadan oxunmuş və həmin protokol və zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Xəzər RPİ-nin 1-ci PŞ-nin cinayətaxtarış üzrə əməliyyat müvəkkili X2 da oxşar, eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiklərini təsdiq etdi. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmənin 16 sentyabr 2024-cü il tarixli iclasında şahid qismində təkrarən dindirilən Xəzər RPİ-nin 1-ci PŞ-nin cinayət-axtarış üzrə əməliyyat müvəkkili Şahid1 göstərdi ki, Təqsirləndirilən şəxs axşamüstü Şüvəlan- Mərdəkan qəsəbəsi ərazisində, Polis Akademiyasının yaxınlığında saxlamışlar. Saxladıqları yerin dəqiq olaraq hansı əraziyə aid olduğunu xatırlamır, belə ki, Mərdəkanla Şüvəlan arasında 500-600 metr məsafə vardır. Təqsirləndirilən şəxs üzərində həmin vaxt telefon olub-olmadığını xatırlamır. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmənin 16 sentyabr 2024-cü il tarixli iclasında şahid qismində təkrarən dindirilən Xəzər RPİ-nin 1-ci PŞ-nin cinayət-axtarış üzrə əməliyyat müvəkkili X2 göstərdi ki, Təqsirləndirilən şəxs 17 may 2023-cü il tarixdə axşam saatlarında saxlamışlar, lakin saxladıqları saat və ünvan dəqiq yadında deyil, hadisədən çox vaxt keçmişdir, təxminən Şüvəlanla Mərdəkan arası, Polis Akademiyası ilə stansiya aralığında olmuşdur. Təqsirləndirilən şəxs üzərində həmin vaxt telefon olubolmadığını bilmir, yadında deyil. Saxladıqdan sonra Təqsirləndirilən şəxs Polis şöbəsinə aparmışlar, avtomobili isə olduğu yerdə qalmışdır. Məhkəmənin 16 sentyabr 2024-cü il tarixli iclasında şahidlər - Xəzər RPİ-nin 1-ci PŞ-nnin cinayət-axtarış üzrə əməliyyat müvəkkilləri Şahid1 və X2 təkrarən dindirildikdən sonra Təqsirləndirilən şəxs əlavə olaraq göstərdi ki, şahidlər düzgün ifadə vermirlər. Həmin vaxt o, maşında olmuş, Cavadxanla Mircamal yaxınlaşıb demişlər ki, qapını açsın, heç nə etməyəcəklər. Qapını açan kimi onla onun qolunu burub Polis şöbəsinə aparmışlar. Orada onu döyərək narkotiki boynuna qoymuşlar. Onu tutub aparanda telefonu maşında qalmışdır. X1 da orada olmuş, lakin o, ona təzyiq etməmişdir. 17 may 2023-cü il tarixdə saat 18 radələrində saxlanılaraq 1-ci PŞ-nə aparılmış, 3-4 saat onu orada saxlayıb döymüşlər, təxminən 4 saat sonra vəkil oraya gəlmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 18 may 2023-cü il tarixli 6/2869 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “...Şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,305 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Qeyd: Ümumi çəkisi 0,305 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitənin 0,050 qramı tədqiqata sərf edilmiş, 0,255 qram hissəsi qalıq qalmışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 80,00 (səksən) manat təşkil edir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. İş materiallarına əlavə olunmuş məhkəmə-narkoloji ekspertizasının 22 iyun 2023cü il tarixli, 3974 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə ümumi təmiz çəkisi 0,305 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış, narkotik vasitə heroinin qalıq qalmış – 0,255 qram hissəsi saxlanılması üçün Xəzər RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİ 1-ci PŞ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 05 iyun 2023-cü il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 28 dekabr 2021-ci il tarixdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya qərarının 5-ci bəndinə əsasən təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 1 (bir) il azaldılmış, 01 may 2022-ci ildə cəza müddəti başa çatmışdır. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırda məhkumluğu olmayan şəxsdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşıma cinayətini törətməsini məhkəmə baxışı zamanı özünün etiraf etməməsinə baxmayaraq, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə haqqında protokol və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs 05 fevral 2024-cü il tarixli məhkəmə iclasında özünü təqsirli bilməməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəməyə verdiyi həmin ifadə həqiqətə uyğun deyildir, onun özünün ilkin izahat və ifadələri, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə haqqında protokol, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə təkzib olunur, ona görə də məhkəmə hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə xarakterli olub cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilmiş ittiham üzrə təqsirli olmamasına dair sonradan gətirdiyi dəlilləri araşdıraraq hesab edir ki, həmin dəlillər əsassızdır və qəbul edilə bilməz. Təqsirləndirilən şəxs ona verilmiş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham üzrə özünü təqsirli bilməməsini üstündə aşkar edilmiş narkotik vasitə heroinin ona məxsus olmaması, Polis şöbəsində ona fiziki təzyiqlər göstərilməsi, həmin narkotik vasitənin Polis şöbəsində onun üzərinə qoyulması, narkotik vasitə üstündə gəzdirmədiyi halda, törətmədiyi cinayəti etiraf etməyə məcbur edilməsi ilə əlaqələndirir. Lakin məhkəmə qeyd edir ki, məhkəmə iclasında şahid ifadələri, cinayət işinin materiallarında olan sənədlərlə və təqsirləndirilən şəxsin ilkin izahat və ifadələri ilə müəyyən edilmişdir ki, narkotik vasitə heroin məhz Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə baxış keçirilərkən aşkar edilmişdir. Aparılmış məhkəmə narkoloji ekspertizasının nəticələrinə əsasən onun narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması müəyyən edilmiş və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. Digər tərəfdən, Təqsirləndirilən şəxs 05 fevral 2024-cü il tarixli məhkəmə iclasında PŞ-nə gətirildikdən sonra ona fiziki təzyiqlər göstərilməsini və öz əleyhinə ifadə verməyə məcbur edilməsini bildirsə də, həmin vaxt bununla bağlı heç bir yerə şikayət etməmiş, məhkəmə tərəfindən barəsində həbs qətimkan tədbiri seçilərkən bu barədə hakimə heç nə bildirməmiş, 1-ci PŞ-də olarkən ona hədə-qorxu gəlinməsi, qorxudulması barədə isə sonradan da şikayət etməmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin Xəzər rayon prokurorluğuna ünvanladığı 1(003)-122/2024 saylı, 05 fevral 2024-cü il tarixli məktubda göstərilmişdir ki, həmin tarixdə keçirilmiş məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda təqsirli bilməyərək Xəzər RPİ-nin 1-ci PŞ-nin əməkdaşı “Mircamal” tərəfindən döyülərək təzyiqə məruz qaldığına görə narkotik vasitənin ona məxsus olduğunu etiraf etməyə məcbur olduğunu bildirmişdir. Qeyd edilən faktın araşdırılması və nəticəsi barədə məhkəməyə məlumat verilməsi xahiş olunur. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən - Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halların və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 17 may 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, 19 may 2023-cü il tarixdə ona həmin maddə ilə ittiham elan edilərək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməklə Xəzər RPİ MSY-dən azad edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 01 avqust 2023-cü il tarixdə Xəzər RPİ-nin İŞ-nin müstəntiqi tərəfindən axtarış elan edilərək cinayət təqibi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmış, Təqsirləndirilən şəxs 08 avqust 2023-cü il tarixdə könüllü olaraq istintaqa gəldiyinə görə iş üzrə icraat təzələnmiş, barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 17 may 2023cü il tarixdən 19 may 2023-cü il tarixə qədər saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 1 (bir) günə 2 (iki) gün hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün gecə saat 24.00-dan səhər saat 07.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 0,255 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut - Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİ 1-ci PŞ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd “disk” hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 80,00 (səksən) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs hüquqlarını dövlət hesabına ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş 8 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 20 iş saatına görə 120,00 (yüz iyirmi) manat və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə 13 iş saatına görə 78,00 (yetmiş səkkiz) manat olmaqla ümumilikdə 198,00 (yüz doxsan səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi ziyan yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 17 may 2023-cü il tarixdən 19 may 2023-cü il tarixə qədər saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 1 (bir) günə 2 (iki) gün hesablanmaqla ona təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 5 beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını gecə saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 0,255 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut - Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİ 1-ci PŞ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 80,00 (səksən) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun Müdafiəçi1 198,00 (yüz doxsan səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №1(003)-122/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-122/2024
20.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver