Məhkəmə qərarları › İş №1(003)-123/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-123/2023

23.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-123/2023 23.01.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X4 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru X5, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1988-ci ildə Yevlax şəhərində anadan olmuş, əvvəllər məhkum olunmamış, orta təhsilli, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, Yevlax şəhəri Xətai küçəsi ev 30 qeydiyyatda olan, Yevlax şəhəri Babək küçəsində yerləşən evdə faktiki olaraq yaşayan barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 317-1.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib üstündə daşımaqla saxlamış və cəzaçəkmə müəssisəsində saxlanılan şəxsə qadağan olunmuş əşyanı yoxlamadan gizlətməklə ötürmüşdür. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1 ədəd bükümdə narkotik vasitə olan heroin əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2022-ci il tarixdə həmin narkotik vasitəni Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində yerləşən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X1 saxlanılan ər-arvad münasibətində olduğu məhkum, X9 yanına gələrkən qadağan olunmuş həmin narkotik vasitəni alt paltarında yoxlamadan gizlətməklə keçirməklə Müdir İsmayıla ötürmüş, bu barədə daxil olmuş məlumat əsasında müəsisənin nəzarətçiləri tərəfindən xx.xx.2022-ci il tarixdə, saat 11:20 Penitensiar Xidmətinin İxtisaslaşdırılmış Müalicə Müəssisəsinin əməkdaşları tərəfindən Müəssisənin 1-ci vərəm şöbəsində üzərinə keçirilmiş şəxsi axtarış və baxış zamanı əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd ağ rəngli sellofana bükülmüş şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,306 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin hal şahidlərinin iştirakları ilə aşkar edilərək sənədləşdirilib götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 317-1.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində qismən təqsirli bilərək ifadəsində bildirdi ki, X12 onun qeyri rəsmi həyat yoldaşıdır. Qeyri rəsmi nikahdan 7 övladları vardır. Müdir İsmayıl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilir və hazırda İxtisaslaşıdırılmış müalicə müəssisəsində saxlanılır. İsmayıl ona zəng edərək bildirmişdir ki, onun ağrıları var, sobanın arxasında “mal” olduğunu və həmin “mal”ın ona çatdırmasını ondan tələb etmişdir. Məcbur olduğundan o, həmin əşyanı Müdir İsmayıla aparmışdır. Həmin əşya ağzı açıq siqaret qutusunda olmuşdur. Ondan başqa o, İsmayıla yemək, siqaret də aparmışdır. Müəssisənin nəzarətçiləri həmin qutunu yoxlamamışlar. Əşyanı apararkən onun narkotik vasitə olduğunu bilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirdi ki, o, 2-ci Qarabaq müharibəsinin veteranıdır, ailəlidir, metal əşyalarını yığıb satmaqla məşğul olur və bununla ailəsini saxlayır. X12 bacısı Təqsirləndirilən şəxs əridir, onların 7 övladı var. İsmayıl bacısından başqa Gülxanım Əmiraslanova adlı qadınla ailə həyatı qurmuş və birgə nikahdan 3 övladı var. X12 hazırda həbsdədir, o, cəzasını Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X1 çəkir. xx.xx.2022-ci il tarixdə o, bacısı Təqsirləndirilən şəxs ilə X2 gedərək İsmayıla sovqat aparmışlar. Onunla qısa müddətli görüş almışlar, görüş otağına görüşmüş və sovqatı verərək çölə çıxmışdır. Sevda İsmayılla bilrikdə qalmışdır. Bir müddət sonra Sevda İsmayılın yanınan çıxmış və onlar birlikdə Yevlax rayonuna qayıtmışlar. İsmayıla hər hansı narkotik vasitə aparmamış, onunla danışan zaman narkotik vasitə gətirməyini dəməmişdir. O, narkotik vasitələrdən istifadə etmir, hansı səbəbdən İsmayıl onun barəsində bu formada ifadə verməyini bilmir. Əlavə olaraq İsmayılın ikinci həyat yoldaşı Yevlax şəhərindəndir, onu tanıyır. X6 Bakı şəhərində, dilənçiliklə məşqul olur. Onda olan məlumata görə o, Xocahəsən qəsəbəsində yaşayır. Lakin onun yaşadığı evi tanımır. X7 ilə ailə həyatı qurandan Gülxanımı ona qısqanır. İsmayıl elə bilir ki, onun Gülxanımla yaxın münasibəti var, bu səbəbdən də İsmayıl yalandan onun adını deyərək guya ona narkotik vasitənin onun tərəfindnən gətirməsini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 bildirdi ki, 2011-ci ildən ədliyyə orqanlarında, həmin ildən hal-hazıradək tutduğu vəzifədə xidmət edir. xx.xx.2022-ci il tarixdə müəssisə rəhbərliyin göstərişinə əsasən digər müəssisə əməkdaşlarla və hal-şahidlərinin iştirakı ilə xx.xx.2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasından X2 "ağciyər vərəmi" diaqnozu ilə daxil olmuş, 1983-cü il təvəllüdlü Azərbaycan Republikası CM-nin 234.1-ci maddəsi ilə 2 il 9 ay 15 gün müddətinə azadlıqdan məhrum edilmiş məhkum X9 üzərində 1-ci vərəm şöbəsində saat 11:20 radələrində axtarış-baxış tədbirləri keçirmişlər. Keçirilən axtarış-baxış tədbirləri nəticəsində əynində olan qara rəngli şalvarın sağ yan cibindən ağ rəngli selofana bir ədəd bükümdə təmiz çəkisi 0,356 qram qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə "heroin" aşkar edilərək götürülümüşdür. Aşkar olunan narkotik vasitə ilə bağlı akt, hal şahidlərin iştirakı ilə protokol tərtib olunaraq ucadan oxunmuş, daha sonra həmin maddə zərfə qoyularaq möhürlənmişdir. Əlavə olaraq qeyd edir ki, xx.xx.2022-ci il tarixdə X12 ilə görüşə qaynı Şahid1 və arvadı Təqsirləndirilən şəxs birlikdə gəlmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 bildirdi ki, 2020-ci ildən tutduğu vəzifədə xidmət edir. xx.xx.2022-ci il tarixdə müəssisə rəhbərliyın göstərişinə əsasən digər müəssisə əməkdaşlarla və hal-şahidlərinin iştirakı ilə xx.xx.2022-cı il tarixdə Bakı İstintaq Təcridxanasından X2 "ağciyər vərəmi" diaqnozu ilə daxil olmuş, 1983-cü il təvəllüdlü Azərbaycan Republikası CM-nin 234.1-ci maddəsi ilə 2 il 9 ay 15 gün müddətınə azadlıqdan məhrum edilmiş məhkum X9 üzərində 1-ci vərəm şöbəsində təxminən saat 11:20 radələrində axtarış-baxış tədbirləri keçirmişlər. Keçirilən axtarış-baxış tədbirləri nəticəsində əynində olan qara rəngli şalvarın sağ yan cibindən ağ rəngli selofana bir ədəd bükümdə təmiz çəkisi 0,356 qram qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə "Heroin" aşkar edilərək götürülümüşdür. Aşkar olunan narkotik vasitə ilə bağlı akt, hal şahidlərin iştirakı ilə protokol tərtib olunaraq ucadan oxunmuş, daha sonra həmin maddə zərfə qoyularaq möhürlənmişdir. Əlavə olaraq qeyd edir ki, xx.xx.2022-ci il tarixdə X12 ilə görüşə qaynı Şahid1 və arvadı Təqsirləndirilən şəxs birlikdə gəlmişlər. Aparılmış təhqiqat zamanı şahid qismində ifadəsi alınmış X12 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş X9 təhqiqat zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixdə Binəqədi Rayon Məhkəməsinin hökmü ilə 02 il 09 ay 15 gün azadlıqdan məhrum edilmişdir. xx.xx.2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasından ağ ciyər diaqnozu ilə PX-nin X3 yerləşdirilmişdir. xx.xx.2022-ci il tarixdə məhkumlar üçün nəzərdə tutulmuş telefon vasitəsi ilə qaynı Şahid1 məxsus mobil telefonla danışan zaman arvadı Təqsirləndirilən şəxs yanına gələn zaman həbs edilməmişdən əvvəl yaşadığı evdə qaz peçinin altında gizlətdiyi narkotik vasitə olan heroini gizli yolla ona gətirməsini demişdir. xx.xx.2022-ci il tarixdə Sabir Sevda ilə onu yanına qısa müddətli görüşə gələrək sovqat gətirən zaman görüş otağında Sabir çölə çıxdıqdan sonra Sevda alt paltarında gizlətdiyi narkorik vasitəni ona vermişdir. O, həmin narkotik vasitəni əməkdaşlar tərəfindən aşkar edilməməsi üçün udmuşdur. Bundan sonra müalicə aldığı şöbədə palataya keçərək sabunlu su içərək onu qaytarmış və əynində olan qara rəngli şalvarın sağ yan cibinə qoymuşdur. xx.xx.2022-ci il tarixdə saat 11.20-də müalicə aldığı palatada müəssisəsinin əməkdaşları tərəfimdən üzərində asxtarış-baxış keçirilən zaman hal şahidlərin iştirakı ilə narkotik vasitə əynində olan qara rəngli şalvarın sağ yan cibindən aşkar edilərək götürülmuş və bu barədə protokol tərtib edilmişdir. Arvadı Təqsirləndirilən şəxs gətirdiyi qaz peçinin altında olan bükümün nartkotik vasitə olmasını bilmişdir. Həmçinin üzərinə baxış keçirilərkən müəssisəinin əməkdaşları tərəfindən fiziki və ya psixoloji zor tətbiq edilməmişdir. Sevda onun 7 azyaşlı övladının anası olduğunu və onun tutulmasından qorxduğu üçün barəsində aparılan cinayət işində narkotik vasitəni gizli olaraq qaynı Şahid1 müəssisəyə keçirdiyini dediyini, lakin əsl həqiqətdə qaynı deyil, arvadı Təqsirləndirilən şəxs müəssisəyə keçirdiyini və həmin narkotik vasitənin “prima” siqaretinin qutusunda olduğunu göstərmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/4576 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, tədqiqata təqdim edilmiş, üzərində Azərbaycan Respublikası Penitensiar Xidməti İxtisaslaşdırılmış X11 üçün dairəvi möhür əksi olan «Götürülmüş qadağan olunmuş əşya hal şahidlərinin iştirakı ilə zərfə qoyularaq..» sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə olan bir ədəd bükümdə təmiz çəkisi 0,306 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublmkası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin» siyahısına daxildir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/4773 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, tədqiqata təqdim edilmiş, üzərində “Məhkəmə Ekspertiza Mərkəzi” TƏDQİQAT OBYEKTİ N65” möhür əksi, “Arayış N6/4576...” yazıları olan bir ədəd qəhvəyi rəngdə kağız paketin içərisində bir ədəd üzərində “AR ƏN Penitensiar Xidməti İxtisaslaşdırılmış X11 üçün” dairəvi möhür əksi, «Götürülmüş qadağan olunmuş əşya hal şahidlərinin iştirakı ilə zərfə qoyularaq..» və s. yazılar, imzalar olan zərfdə qablaşdırılmış bir ədəd bükümdə təmiz çəkisi 0,306 qram olan qəhvəyi rəngli maddə kütəsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş siyahılar üzrə Heroin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin İ Siyahısına daxildir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən keçirilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2022-ci il tarixli, 7054 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, müayinə zamanı Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-gazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs X8 aşkar edilib götürülmüş təmiz çəkisi 0,306 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroinin tədqiqata 0,05 qramı sərf edildikdən sonra qalıq 0,256 qramı maddi sübut kimi tanınmış və ********* nömrəli cinayət işinin istintaqı zamanı saxlanılmasından ötrü Xəzər RPİ-də maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. İş materiallarında olan 21 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1 və 317-1.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında Müdir İsmayıla verdiyi sovqatın içində və sonradan Müdir İsmayılda aşkar edilmiş narkotik vasitə heroin barədə heç bir məlumatı olmadığını bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəyə tənqidi yanaşaraq qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəməyə verdiyi ifadə həqiqətə uyğun deyildir, belə ki, o, ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində 2011-ci ildə X12 ilə ailə həyatı qurmuş, rəsmi nikahı olmasa da birgə evlilikdən 7 övladı var. 6 övladına şəxsiyyət vəsiqəsi almış, lakin 7-ci övladı 3 aydır ki, dünyaya gəlib ona görə ona hələ doğum haqqında şəhadətnamə və şəxsiyyət vəsiqəsi almamışdır. İsmayıl mütəmadi olaraq narkotik istifadə edir. Müdir bir neçə dəfə məhkum həyatı yaşamışdır. Sonuncu dəfə xx.xx.2022-cui il tarixdə mobil telefon işlətmədiyinə görə İsmayıl qardaşı Sabirin istifadəsində olan mobil telefona zəng edərək onun yanına sovqat qətirməklərini demiş və ona bildirmişdir ki, “evlərində mətbəxdə olan olan peçin altında prima siqareti var onu da gətir və onu gizli forma da yanıma keçirt”. O, həmin siqaret qutusunda narkorik vasitə olduğunu anlamışdır. xx.xx.2022-ci il tarixdə qardaşı Sabirlə İsmayılın yanına gəlmişlər. Həmin vaxt o, prima siqaretini alt paltarında əynində olan maykda gizlətmiş və gizli yolla Müəssisəyə keçirtmişdir. O, Sabirlə birlikdə İsmayılla görüş otağında görüşmüşlər. Sabir otaqdan çıxdıqdan sonra o, gizli yolla müəssisəyə keçirtdiyi siqareti İsmayıla vermişdir. Həmin vaxt keçirtdiyi qutuda narkotik vasitənin olduğunu bilmişdir. İsmayıl narkotik vasitəni qutudan çıxardıqdan sonra onu udmuşdur. Özü narkotik vasitədən istifadə etmir. İsmayıl ona dediyinə görə o, narkotik vasitəni gizli yolla müəssisəyə keçirtmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında göstərdikləri onun özünün ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri, şahidlərin bir-birinə və işin faktiki hallarına uyğun gələn ifadələri ilə tam təkzib olunur, ona görə də məhkəmə hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə xarakterli olub cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci və 317-1.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi məhkəmə iclasında onun etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, eləcə də cinayət işində olan və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş digər sənədlərlə kifayət qədər sübuta yetirildi. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci və 317-1.1-ci maddələri ilə tövsif edilmişdir və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə törətdiyi əməlləri etiraf etməsi, himayəsində 7 azyaşlı uşağın olmasını, ailəsinin əsas qazanc gətirəni olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, ona Azərbaycan Respublikası CM-nin 234.1-ci və 317-1.1-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikası CM-nin 317- 1.1-ci maddəsi ilə ona islah işləri cəzası təyin edilsin təyin edilməli, Azərbaycan Respublikası CM-nin 68.3-cü maddəsinə əsasən əsasən 02 (iki) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş müəyyən müddətə islah işləri cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq müəyyən müddətə islah işləri cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci və 317-1.1-ci maddələri ilə təyin edilmiş cəzalar qismən toplanmaqla üzərində qəti olaraq müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Yevlax şəhəri Babək küçəsində yerləşən evdə çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 07.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Yevlax şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 0,256 qram olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut - Təqsirləndirilən şəxs üzərinə İMM-da keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci və 317-1.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 317-1.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikası CM-nin 317-1.1-ci maddəsi ilə ona qazancının 20 % dövlət nəfinə tutulmaqla, 01 (bir) il müddətə islah işləri cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 317-1.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs qazancının 20 % dövlət nəfinə tutulmaqla, 01 (bir) il müddətə islah işləri cəzası Azərbaycan Respublikası CM-nin 68.3-cü maddəsinə əsasən islah işlərinin iki günü azadlığın məhdudlaşdırılması cəzasının bir gününə hesabı ilə hesablanmaqla 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə bərabər tutulsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən həmin cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 02 il 03 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs yaşadığı Yevlax şəhəri Babək küçəsində yerləşən evi axşam saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Yevlax şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 0,256 qram olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut - Təqsirləndirilən şəxs üzərinə İMM-da keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə (ibtidai istintaq və məhkəmə istintaqı) 120 manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar