Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-123/2025 13.02.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1995-ci ildə Tovuz rayonunun, Əsrik Cırdaxan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olmayan, Tovuz rayonunun, Əsrik Cırdaxan kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Dəmiryolçular küçəsi, ev 3-də yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə 10 sentyabr 2024-cü il tarixdən 15 sentyabr 2024-cü il tarixədək olan müddət ərzində mütəmadi olaraq yaşadığı ünvan 1 ünvanında yerləşən evdən və işlədiyi Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən “Pak Toyuq” quşçuluq fabrikinin həyətindən istifadəsində olan ***- ***-**-** nömrəli mobil telefonun “Whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə qeyrirəsmi münasibətdə olmaqla bir neçə dəfə cinsi əlaqədə olduğu Tovuz rayonu, Yuxarı Öysüzlü kəndində yaşayan Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonun “Whatsapp” ani mesajlaşma proqramına zəng edərək və sms-lər yazaraq, onda sonuncunun lüt şəkillərinin olduğunu bildirib həmin şəkilləri “tik-tok” sosial səbəkəsində yayımlayacağını, bundan sonra sonuncunun ailəsində və qohumlarının yanında rüsvay olacağını, eləcə də, onunla olan qeyri-rəsmi münasibətlərindən hər kəsin, o cümlədən onun yaxın qohumlarının məlumatının olacağını deyib hədələyərək, hətta Zərərçəkmiş şəxs ilə “Whatsapp” ani mesajlaşma proqramının “videozəng” tətbiqi vasitəsi ilə danışan zaman çəkdiyi şəkilləri ona göndərib həqiqətən lüt şəkillərini də çəkdiyinə inandıraraq həmin məlumatları və şəkilləri “tik-tok” sosial şəbəkəsində yaymaması, həmçinin bu barədə yaxın qohumlarına məlumat verməməsi müqabilində ondan 150 (yüz əlli) manat məbləğində pul vəsaitini hədə-qorxu ilə, yəni onun haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə tələb etmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində qismən təqsirli bilərək ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs təxminən iki il bundan əvvəl tanımışdır. Onun bacısı Tovuz rayonu, Yuxarı Öysüzlü kəndində Zərərçəkmiş şəxs ilə qonşu yaşayır. O, iki il bundan əvvəl bacısı Aygünün evinə qonaq gedən vaxt Samirə də qızı ilə oraya gəlmişdir. Onlar orada tanış olduqdan sonra Samirə onları evlərinə qonaq çağırmışdır. O, bibisi Elmira ilə birlikdə Samirənin evinə qonaq getmişdir. Həmin gecəni Samirə israr etmişdir ki, onlarda qalsınlar. O, da bibisi Elmira ilə orada qonaq qalmışdır. Samirənin subay qızı olduğundan bibisi onların nişanlanmasını istəmişdir. Samirə ilk əvvəl razı olmuşdur. Bu səbəbdən də Samirə ondan dəfələrlə müxtəlif bəhanalərlə ümumilikdə 1500 manata yaxın pul almışdır. Lakin sonradan Samirənin qızı başqası ilə evlənmişdir. Buna baxmayaraq Samirə ilə onun arasında yaxın münasibət yaranmış, onlar bir müddət görüşərək intim münasibətdə olmuşlar. O, heç vaxt Samirənin lüt şəklini çəkməmiş və onda elə şəkillər olmamışdır. Samirəyə verdiyi pulu geri tələb etmişdir. Lakin Samirə onun pulunu qaytarmadığından sonuncuya yalandan lüt şəkillərinin olduğunu demişdir. Düşünmüşdür ki, Samirəni bu qaydada qorxudaraq pulunu geri ala bilər. Etdiyi əməldən peşmandır. Əvvəlki məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Arzunun bacısı Aygünlə Tovuz rayonunda qonşu olmuşdur. Arzunun bibisi Elmira Aygüngilə qonaq gələndə onun evində də olmuşdur. 2023-cü ilin oktyabr ayında Elmira qardaşı oğlu Arzu ilə birlikdə sonuncunun anasının il mərasimini vermək üçün Tovuz rayonuna gəlmişlər. Onlar gəlib onun evində qalmışlar.Arzu onun qızını istəmiş, lakin qızını başqasına ərə vermişlər. Buna görə də Arzu ondan incimişdir. Sonradan onun telefon nömrəsini Elmira Arzuya vermiş, Arzu ona tez tez zəng edib telefonla danışmışdır. Sonradan onunla Arzunun arasında sevgi münasibətləri yaranmış və onlar intim əlaqədə olmuşlar. Dəfələrlə Arzuya maddi cəhətdən kömək etmişdir. 2024-cü ilin mart ayında həkim müayinəsi üçün Bakı şəhərinə gəlmiş və Elmiragilin evində qalmışdır. Həmin vaxtı Arzu ilə tanımadığı otellərdən birinə gedib cinsi əlaqədə olmuşlar. Sonradan Arzu ondan dayanmadan pul istədiyindən onun telefonunu bloka atmışdır. Bu zaman Arzu ona hədəqorxu gəlməyə başlamış və onu rüsvay edəcəyini bildirmişdir. Arzu onun lüt şəkilləri olduğunu, qohumlarına göndərəcəyini və “tik-tok” sosial şəbəkəsində yayacağını deyərək hədə-qorxu gəlmiş və 150 manat pul verməsini tələb etmişdir. O isə Arzu ilə oteldə olduğundan düşünmüşdür ki, sonuncu fürsətdən istifadə edərək onun lüt şəkillərini çəkmişdir. Hər dəfə Arzuya pul göndərəcəyini bildirib zaman qazanmağa çalışmışdır. Lakin Arzunun ondan əl çəkmədiyini görüb polisə şikayət etmişdir. Hal-hazırda təqsirləndirilən şəxslə barışmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş .Şahid ifadəsində qeyd etdi ki, Təqsirləndirilən şəxs onun qardaşı oğludur. Zərərçəkmiş şəxs onun Tovuz rayonu, Yuxarı Öysüzlü kəndində yaşayan qardaşı qızının qonşusudur. Samirə ilə sözügedən hadisə baş verənə qədər münasibətləri normal olmuşdur. O, Tovuzda yaşayan bacısı qızı Aygünün evinə qonaq gedəndə orada Aygünün qonşusu Samirə ilə tanış olmuş, aralarında səmimi münasibət yaranmışdır. 01 avqust 2022-ci ildə o, qardaşı oğlu Təqsirləndirilən şəxs ilə Tovuzda yaşayan qardaşı qızı Aygünün evinə qonaq getmişdir. Həmin vaxt Samirə də Aygün gilə gəlmiş, orada Arzunu görüb ondan xoşu gəlmişdir. Samirə onlara demişdir ki, Arzudan xoşu gəlib və qızını Arzuya verəcəkdir. 03 avqust 2022-ci ildə Samirə onları öz evinə qonaq çağırmış, o, Arzu ilə birlikdə axşam saatlarında Samirənin evinə qonaq getmişdir. Həmin vaxtdan Arzu ilə Samirənin arasında münasibət yaranmışdır. Sonradan Samirənin qızı başqa biri ilə ailə qurmuşdur. Qızı ailə qurduqdan sonra Samirə Arzunu evinə qonaq çağırmışdır. Arzu onlara getdikdə Samirə Arzu ilə münasibət quraraq öz yaşadığı evdə onunla cinsi əlaqədə olmuşdur. O, bunu sonradan eşitmiş, Samirəyə demişdir ki, o, ailəlidir və buna görə də Arzudan əl çəksin. Həmin vaxt Samirə ona demişdir ki, о, daha Arzu ilə görüşməyəcək və onunla əlaqə saxlamayacaq. Lakin, sonradan bilmişdir ki, Samirə Arzudan əl çəkməmiş, onlar yenə də əlaqə saxlayırlar. Bir müddət sonra Arzu ona zəng edib demişdir ki, Samirəyə verdiyi pulları tələb etmiş, ona demişdir ki, pulunu verməsə onu şantaj edəcək. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli baxış və götürmə aparılması haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 13:05-18:45 radələrində Zərərçəkmiş şəxs məxsus məxsus “Samsung A2” markalı mobil telefona baxış keçirilərkən telefonun “Watsapp” bölməsində Təqsirləndirilən şəxs məxsus 055 ***-**-** mobil nörməsi ilə mesajlaşmasının, zəng danışıqlarının və səs yazılarının olması müəyyən edildi. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs adını mobil telefonun kontakt bölməsinə “Fffə” qeyd etməsi müəyyən etmişdir. “Watsapp” mesajlaşması, zəng danışıqları və səs yazıları 31 iyul 2024-cü il tarixdən hazırki müddətə qədər olan müddəti əhatə edir. “Watsapp” mesajlaşması, zəng danışıqları və səs yazılarının məzmunundan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs hədə-qorxu gələrək ona 150 manat pul göndərməyəcəyi təqdirdə onun lüt şəkillərini yayaraq biabır edəcəyini bildirmişdir; - xx.xx.2024-cü il tarixli qərardan məlum olur ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - Məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir; - Şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından o, Tovuz RPŞ-nin İB-nin baş müstəntiqi E.Hümbətov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur; - Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(062)-48/2024 saylı qərarından aydın olur ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmişdir; - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Tovuz RPŞ-nin İB-nin baş müstəntiqi E.Hümbətov tərəfindən Azərbaycan Respublikasının CM-nin 182.1ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir; - xx.xx.2024-cü il tarixli mobil telefona baxış kemirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy A-10” markalı mobil telefonun ön tərəfi sensor ekrandan, arxa tərəfi isə boz rəngli qapaqdan ibarət olması, mobil telefonun “Watsapp” proqramına baxış keçirildi. Baxış zamanı “Samsung Galaxy A-10” markalı mobil telefonun “Watsapp” proqramında profil (hesab) şəklində “X8” sözləri yazılmış və ürək şəkili olan “994 70 *** ** ** saylı, Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən Nar Mobile operatora aid mobil nömrənin istifadəçisi ilə başlama anı 15 sentyabr 2024-cü il tarixdən, 19 sentyabr 2024-cü il tarixdə saat 15:03 dəqiqəyədək davam edən yazılı və səsli mesajlardan ibarət yazışmalar və yazışmalarla Zərərçəkmiş şəxs məxsus fotoşəkillər, Təqsirləndirilən şəxs üz nahiyyəsinin rənglənmiş, yanında Zərərçəkmiş şəxs qızı İlhamə ilə birlikdə olan fotoşəkillər aşkar edilmişdir. Baxış zamanı “X8” sözləri yazılmış və ürək şəkili olan “994 70 *** ** ** saylı, Nar Mobile operatora aid mobil nömrənin istifadəçisi ilə yazılı mesajlarda hədə qorxu ilə pul tələb etməsi barədə yazılar aşkar edilmişdir. Yazılmış sms-lərin mətnindən görünür ki, “Samirə göndərirsən pulu 100 manat, cana and olsun, Samirə göndərirsən, qaynıva atıram indi, mənə bir də o tiktok bəsdi, indi isə getdin, sənin kimi ikiüzlü (söyüş...) adam görmədim mən. Ya Fəridsən ya Samirə, 150 manatı yollayın, bu dəqiqə o Tərişdi kimdi, şəkilləri ona da atıram. Bunu da kürəkənivə lüt şəkillərlə birgə, baxanların sayı artır, indi silsəm varyoxuma lənət, Bax uje hamı baxır, əgər yenə indi aldatsan, sənin həyatnı qan zəhər eləyəcəm. Samirə hə yox?. Aç telefonu, indi yığıram, aləmi bir-birinə qatmasam məndə (söyüş...) balasıyam. Tələsməyin, pulu atmağa görə (söyüş...) variyant gəlir. İndi Tərişdi nə poxdu, lüt şəkilləri atıram ona da, indi görüm neyniyyəsiz?. Tik-tok hər yeri lüt şəkillərlə dolduracam. Samirə bir kəlmə telefonu aç, (söyüşlər.....) uje beynim xarabdır. (söyüşlər...... ) şəkillərin hamısın atacam uje ana bala ələ saldız məni. Açma (söyüşlər.....) indi gör tiktokda nə yazıram, Fəridin anası (söyüş...). Qurana and olsun, səni mən kənddə yaşamağa qoysam, peysərəm. Sənin başıva hələ elə oyunlar gətirəcəm. Bilmirəm səhər durub deyəssən Fərid telefonu məktəbə apardı, hara apardı, 10 tamam kimi atdın atdın, atmadın 150 manat, məndən incimə”. Mobil telefonda iş üzrə əhəmiyyət kəsb edəcək başqa hər hansı bir məlumat, şəkil və ya video müəyyən edilməmişdir. Baxış və götürmə aparılması zamanı “Samsung” markalı mobil telefondan istifadə edilməklə fotoşəkil çəkilmiş, protokol iştirakçılara ucadan oxunaraq imzalanmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsinə əsasən hədəqorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə — üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkmələri müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını CMnin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, cəzaçəkmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), maddi sübut kimi tanınmış 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, “Samsung A-10” markalı mobil telefon hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs qohumlarına təhvil verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut olan 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın, “Samsung A-10” markalı mobil telefon hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs qohumlarına təhvil verilsin. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən təqsirləndirilən şəxs X2 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saat vaxta görə 120 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Emin Rüstəmov
Məhkəmə qərarları › İş №1(003)-123/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-123/2025
13.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver