Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-125/2022 02.06.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4, müdafiəçilər – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi3, Müdafiəçi1 və X1, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 Adıgözəl oğlunun və Təqsirləndirilən şəxs2 iştirakları ilə, 1) xx xxxxxx 1986-cı il tarixdə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Kürçülü kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində yetkinlik yaşına çatmayan iki uşağı olan, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Kürçülü kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşamış, ünvan 2 il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 08 dekabr 2021-cı il tarixdən hesablanan və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan – - Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə, 2) xx xxxxxx 1993-cü il tarixdə Masallı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 3 ünvanında qeydiyyatda olan, Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi nömrəsiz evdə yaşamış, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)- 497/2021 saylı 10 dekabr 2021-cı il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 08 dekabr 2021-cı il tarixdən hesablanan və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan – - Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə və 3) 31 mart 1984-cü il tarixdə ermənistan SSR-in Masis rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı və yetkinlik yaşına çatmayan üç uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş (və ya götürülməmiş), ünvan 5 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi Xəstəxanayanı küçəsi nömrəsiz evdə yaşamış, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)- 499/2021 saylı 10 dekabr 2021-cı il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 08 dekabr 2021-cı il tarixdən hesablanan və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan – - Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs3 təkrar olaraq özgənin əmlakını gizli olaraq talama məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində birləşərək zərərçəkmiş şəxslərə maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs3 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 14 sentyabr 2021-ci il tarixdə, saat 01 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs tərkibində birləşərək Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Atçılıq massivində yolun kənarında dayanmış "DAFFTXF 105" yük yəhərli markalı, **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobildən hər birinin dəyəri 400 manat olan 2 ədəd akkumulyatoru, avtomobilin salonundan dəyəri 350 manat olan rabitə vasitəsini, dəyəri 1000 manat olan qızdırıcı sobanı, hər birinin dəyəri 100 manat olan 26 ədəd qoruyucunu və dəyəri 50 manat olan səs gücləndiricini gizli yolla talayaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 4800 manat maddi ziyan vurmaqla oğurluq etmişlər. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 30 oktyabr 2021-ci il tarixdə, saat 02 radələrində şəxsiyyəti istintaqa məlum olmayan tanışı Aqşin adlı şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs tərkibində birləşərək Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi yeni yaşayış massivində yaşadığı evin yaxınlığında saxladığı "KAMAZ-55111" yükünü özüboşaldan markalı, **- XO-*** dövlət-qeydiyyat nişanlı avtomobildən hər birinin dəyəri 450 manat olan 2 ədəd akkumulyatoru, gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 900 manat maddi ziyan vurmaqla oğurluq etmişlər. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 06 dekabr 2021-ci il tarixdə, saat 02:30 radələrində tanışı Təqsirləndirilən şəxs1 və X3 ilə qabaqcadan əlbir olub bir qrup şəxs tərkibində birləşərək Zərərçəkmiş şəxs4 məxsus ünvan 7 ünvanının qarşısında saxladığı "Howo ZZ3257N3847" özüboşaldan markalı, **- SO-*** dövlət-qeydiyyat nişanlı avtomobildən hər birinin dəyəri 200 manat olan, "Varta" markalı, 225 amperlik 2 ədəd akkumulyatoru gizli yolla talayaraq Zərərçəkmiş şəxs4 ümumilikdə 400 manat maddi ziyan vurmaqla oğurluq etmişlər. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 06 dekabr 2021-ci il tarixdə, saat 02:30 radələrində tanışı Təqsirləndirilən şəxs1 və X3 ilə qabaqcadan əlbir olub bir qrup şəxs tərkibində birləşərək Zərərçəkmiş şəxs3 məxsus Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi 3 saylı Zeytun Sovxozu M.Kamilov küçəsində saxladığı "Howo ZZ3257N3847 A" yükünü özüboşaldan markalı, **-NX-*** dövlətqeydiyyat nişanlı avtomobildən hər birinin dəyəri 150 manat olan, üzərində markalanmasına dair heç bir məlumat olmayan qara rəngli 190 amperlik 2 ədəd akkumulyatoru gizli yolla talayaraq Zərərçəkmiş şəxs3 ümumilikdə 300 manat maddi ziyan vurmaqla oğurluq etmişlər. Təqsirləndirilən şəxs1 təkrar olaraq özgənin əmlakını gizli olaraq talama məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində birləşərək zərərçəkmiş şəxslərə maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 06 dekabr 2021-ci il tarixdə, saat 02:30 radələrində tanışı Təqsirləndirilən şəxs3 və X3 ilə qabaqcadan əlbir olub bir qrup şəxs tərkibində birləşərək Zərərçəkmiş şəxs4 məxsus ünvan 7 ünvanının qarşısında saxladığı "Howo ZZ3257N3847" yükünü özüboşaldan markalı, **-SO-*** dövlət-qeydiyyat nişanlı avtomobildən hər birinin dəyəri 200 manat olan, "Varta" markalı, 225 amperlik 2 ədəd akkumulyatoru gizli yolla talayaraq Zərərçəkmiş şəxs4 ümumilikdə 400 manat maddi ziyan vurmaqla oğurluq etmişlər. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 06 dekabr 2021-ci il tarixdə, saat 02:30 radələrində tanışı Təqsirləndirilən şəxs3 və X3 ilə qabaqcadan əlbir olub bir qrup şəxs tərkibində birləşərək Zərərçəkmiş şəxs3 məxsus Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi 3 saylı Zeytun Sovxozu M.Kamilov küçəsində saxladığı "Howo ZZ3257N3847 A" yükünü özüboşaldan markalı, **-NX-*** dövlətqeydiyyat nişanlı avtomobildən hər birinin dəyəri 150 manat olan, üzərində markalanmasına dair heç bir məlumat olmayan qara rəngli 190 amperlik 2 ədəd akkumulyatoru gizli yolla talayaraq Zərərçəkmiş şəxs3 ümumilikdə 300 manat maddi ziyan vurmaqla oğurluq etmişlər. Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talama məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində birləşərək zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 14 sentyabr 2021-ci il tarixdə, saat 01 radələrində tanışı Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub bir qrup şəxs tərkibində birləşərək Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Atçılıq massivində yolun kənarında dayanmış "DAFFTXF 105" yük yəhərli markalı, **-UF-*** dövlət-qeydiyyat nişanlı avtomobildən hər birinin dəyəri 400 manat olan 2 ədəd akkumulyatoru, avtomobilin salonundan dəyəri 350 manat rabitə vasitəsini, dəyəri 1000 manat olan qızdırıcı sobanın, hər birinin dəyəri 100 manat olan 26 ədəd qoruyucunun və dəyəri 50 manat olan səs gücləndiricisini gizli yolla talayaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 4800 manat maddi ziyan vurmaqla oğurluq etmişlər. Təqsirləndirilən şəxslərin törətdikləri cinayət əməlləri məhkəmədə tədqiq edilmiş, onların, zərərçəkmiş şəxlərin və şahidin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs3 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə nəzərdə tutulmuş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, o, "Xəzər" markalı, **-PN-*** dövlət-qeydiyyat nişanlı avtomobili icarəyə götürərək taksi fəaliyyəti ilə məşğul olur. 2021-ci ilin sentyabr ayının 13-də tanışı Arzu ona maddi vəziyyətinin pis olduğunu deyərək oğurluq etməyi təklif etmiş, o da onunla razılaşmış və yük avtomobillərindən akkumulyatorları oğurlamağı qərara almışlar. O, avtomobili idarə edərək Arzu ilə Binə qəsəbəsi Atçılıq massivinə gəlmişdir. Orada yolun kənarında dayanan qoşqusu olmayan ağ rəngli markasını və seriyasını xatırlamadığı sonu 585 ilə qurtaran yük avtomobilindən oğurluq etməyi qərara almışlar. Həmin vaxt artıq 14 sentyabr 2021-ci il, saat 01 radələri olarmış. Onlar avtomobildən düşüb və avtomobilin qoşqu hissəsindən 2 ədəd akkumulyatoru oğurlayıb onun idarə etdiyi avtomobilin yük hissəsinə qoyaraq oradan çıxıb getmiş, başqa heç nə oğurlamamışlar. Həmin akkumlyatorları ertəsi günü Yeni Ramana qəsəbəsində metal qəbulu məntəqəsinə aparıb özünə məxsus şəxsiyyət vəsiqəsi ilə 40 manata satmış və əldə etdiyi pulu Arzu ilə bölmüşdür. Bundan başqa, o, tanışı Aqşinlə oğurluq etmək qərarına gəlmiş və onlar 2021-ci ilin oktyabr ayının 30-da ona məxsus avtomobilə əyləşərək Qala qəsəbinə gəlmişlər. Həmin vaxt məhlələrin arasında dayanmış köhnə vəziyyətdə olan nömrəsini xatırlamadığı "KAMAZ" markalı yük avtomobilini görmüşlər. Həmin vaxt təxminən saat 02 radələri olarmış. O və Aqşin avtomobildən düşüb həmin yük avtomobilinə yaxınlaşıb avtomobilin yan hissəsində olan 2 ədəd akkumulyatoru çıxarıb idarə etdiyi avtomobilə qoymuşlar. Səhər həmin akkumulyatorları Yeni Ramana qəsəbəsində metal qəbulu məntəqəsinə aparıb özünə məxsus şəxsiyyət vəsiqəsilə 65 manata satmış və əldə etdiyi pulu Aqşinlə bölmüşdür. Bundan başqa, o, 05 dekabr 2021-ci il tarixdə, təxminən saat 22 radələrində "Xalqlar Dostluğu" metrostansiyasının yaxınlığında olan zaman tanışları Azad və Yasəri görmüşdür. Azad həmin vaxt maddi vəziyyətinin pis olduğunu və oğurluq etmək istədiyini ona təklif etmişdir. Həmin vaxt Yasər də Azadla razılaşmışdır. O da maddi vəziyyətinin pis olduğuna görə onlarla razılaşmışdır. 06 dekabr 2021-ci il tarixdə, təxminən 02:30 radələrində o, Azad və Yasər onun idarə etdiyi avtomobillə Qala qəsəbəsinə getmiş, orada yolun kənarında dayanmış yük avtomobilini görmüşlər. Onlar avtomobildən düşüb həmin yük avtomobilindən 2 ədəd ağ rəngli akkumulyator oğurlamışlar. Sonra bir az qarşıda küçə ilə kəsişmədə digər ağ rəngli yük avtomobili görərək həmin avtomobildən də 02 ədəd qara rəngli akkumulyaror oğurlamışlar və ertəsi günü Yeni Ramana qəsəbəsində metal qəbulu məntəqəsinə aparıb onları özünə məxsus şəxsiyyət vəsiqəsi ilə 120 manata satmış və əldə etdiyi pulu Yasər və Azad ilə bölmüşdür. Törətdiyi əməllərdən peşman olaraq zərərçəkmiş şəxslərə dəymiş ziyanı tamamilə ödəmiş və onlarla barışıq əldə etmişdir. Hazırda zərərçəkmiş şəxslərin ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Himayəsində yetkinlik yaşına çatmayan iki uşağı vardır. Bunların nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, "Xalqlar dostluğu" metrostansiyasının yanında avtomobillərin təmiri sexində usta köməkçisi kimi işləyir, Azadı da oradan tanıyır. 05 dekabr 2021-ci il tarixdə Azad ona pula ehtiyacı olduğunu və buna görə də oğurluq etməyi təklif etmişdir. O da maddi vəziyyəti pis olduğuna görə Azadla razılaşmış, bu barədə ortaq tanışları Şahlara deməyi demiş və o da Azad ilə razılaşmışdır. O və Azad Şahlarla görüşmüşlər və onlar Şahlara oğurluq etmək qərarına gəldiklərini demiş, Şahlar da onlarla razılaşmışdır. 06 dekabr 2021-ci il tarixdə təxminən saat 02:30 radələrində o, Azad və Şahlar birlikdə Şahların idarə etdiyi avtomobillə Qala qəsəbəsinə getmiş, orada yolun kənarında dayanmış yük avtomobilini görmüşlər. Onlar avtomobildən düşüb həmin yük avtomobilindən 02 ədəd ağ rəngli akkumulyator oğurlayıb Şahların avtomobilinə qoymuşlar. Bundan sonra bir qədər qarşıya gedəndə yolun kəsişdiyi küçədə başqa ağ rəngli yük avtomobili görmüş və həmin avtomobilin də akkumulyatorlarını oğurlamaq qərarına gəlmişlər. Onlar həmin yük avtomobilinin də 02 ədəd qara rəngli akkumulyatorunu oğurlamışlar. Ertəsi gün Şahlar akkumulyatorları Yeni Ramana qəsəbəsində metal qəbulu məntəqəsinə aparıb 120 manata satmış və həmin pulu bölmüşlər. Törətdiyi əməllərdən peşman olaraq zərərçəkmiş şəxslərə dəymiş ziyanı tamamilə ödəmiş və onlarla barışıq əldə etmişdir. Hazırda zərərçəkmiş şəxslərin ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Bunların nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, o, Şahları təxminən 2 il olar ki, tanıyır. Şahlar "Xəzər" markalı, **-PN-*** dövlət-qeydiyyat nişanlı avtomobili icarəyə götürərək taksi fəaliyyəti göstərir. 2021-ci ilin sentyabr ayının ortalarında maddi vəziyyəti pis olduğuna görə oğurluq etmək qərarına gəlmiş, bu barədə Şahlara təklif etmiş və Şahlar da onunla razılaşmışdır. O və Şahlar yük avtomobillərindən akkumulyatorları oğurlamağı fikirləşmişlər. Şahlar avtomobili idarə edərək onunla birlikdə Xəzər rayonu Binə qəsəbəsi Atçılıq massivinə gəlmişlər. Orada yolun kənarında dayanan qoşqusu olmayan ağ rəngli markasını və nömrəsini xatırlamadığı yük avtomobilindən oğurluq etməyi qərara gəlmişlər. Həmin vaxt artıq 14 sentyabr 2021-ci il, saat 01 radələri olarmış. Onlar avtomobildən düşüb və avtomobilin qoşqu hissəsindən 2 ədəd akkumulyatoru oğurlayıb onun idarə etdiyi avtomobilin yük hissəsinə qoyaraq oradan çıxıb getmiş, başqa heç nə oğurlamamışlar. Həmin akkumlyatorları ertəsi gün X7 qəsəbəsində metal qəbulu məntəqəsinə aparıb özünə məxsus şəxsiyyət vəsiqəsi ilə 40 manata satmış və əldə etdiyi pulu onunla bölmüşdür. Törətdiyi əməldən peşman olaraq zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəmiş və onunla barışıq əldə etmişdir. Hazırda zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Himayəsində bir azyaşlı və yetkinlik yaşına çatmayan üç uşağı vardır. Bunların nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 göstərdi ki, "KAMAZ-55111" markalı, **-XO-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ona məxsusdur. O, həmin avtomobillə yük daşımaları ilə məşğul olur. 29 oktyabr 2021-ci il tarixdə, saat 18 radələrində o, özünə məxsus həmin yük avtomobilini saxlayaraq qapıları bağlayıb yaşadığı evə getmişdir. 30 oktyabr 2021-ci il tarixdə, saat 09 radələrində avtomobilə yaxınlaşan zaman avtomobilin sağ yan hissəsində olan hər birinin dəyəri 450 manat olan, markasını xatırlamadığı 300-lük akkumulyatorların oğurlandığının şahidi olmuşdur. O, həmin vaxt DİN “102” xidmətinə zəng edib bu barədə məlumat vermişdir. Bundan sonra polis əməkdaşları hadisə yerinə gələrək müayinə aparmışlar. Baş vermiş hadisə nəticəsində ona 900 manat maddi ziyan dəymişdir. Həmin ziyan hazırda tamamilə ödənilmişdir, buna görə də o, təqsirləndirilən şəxslərlə barışmışdır, onlardan heç bir şikayəti və ya digər tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və barışmalarının nəzərə alınaraq təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs4 göstərdi ki, "Howo" markalı, **-SO-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ona məxsusdur. O, həmin avtomobillə yük daşımaları ilə məşğul olur. 05 dekabr 2021-ci il tarixdə, saat 22 radələrində o, özünə məxsus həmin yük avtomobilini saxlayaraq qapıları bağlayıb yaşadığı evə getmişdir. 06 dekabr 2021-ci il tarixdə, saat 08 radələrində avtomobilə yaxınlaşan zaman avtomobilin sağ yan hissəsində olan hər birinin dəyəri 420 manat olan, "Varta" markalı 02 ədəd akkumulyatorun oğurlandığının şahidi olmuşdur. O, həmin vaxt DİN “102” xidmətinə zəng edib bu barədə məlumat vermişdir. Bundan sonra polis əməkdaşları hadisə yerinə gələrək müayinə aparmışlar. Həmin vaxt əmisi oğlu Nurlanın da küçənin yan hissəsindəki küçədə saxladığı özünə məxsus yük avtomobilindən də akkumulyatorlarının oğurlandığını bilmişdir. Baş vermiş hadisə nəticəsində ona 840 manat maddi ziyan dəymişdir. Həmin ziyan hazırda tamamilə ödənilmişdir, buna görə də o, təqsirləndirilən şəxslərlə barışmışdır, onlardan heç bir şikayəti və ya digər tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və barışmalarının nəzərə alınaraq təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs3 göstərdi ki, "Howo" markalı, **-NX-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ona məxsusdur. O, həmin avtomobillə yük daşımaları ilə məşğul olur. 05 dekabr 2021-ci il tarixdə, saat 22:30 radələrində o, özünə məxsus yük avtomobilini saxlayaraq qapıları bağlayıb yaşadığı evə getmişdir. 06 dekabr 2021-ci il tarixdə, saat 08 radələrində avtomobilə yaxınlaşan zaman avtomobilin sağ yan hissəsində olan hər birinin dəyəri 300 manat olan, markasını xatırlamadığı 190-lıq akkumulyatorların oğurlandığının şahidi olmuşdur. O, həmin vaxt DİN “102” xidmətinə zəng edib bu barədə məlumat vermişdir. Bundan sonra polis əməkdaşları hadisə yerinə gələrək müayinə aparmışlar. Həmin vaxt əmisi oğlu Hikmətin də küçənin qarşı hissəsindəki küçədə saxladığı yük avtomobilindən də akkumulyatorlarının oğurlandığını bilmişdir. Baş vermiş hadisə nəticəsində ona 600 manat maddi ziyan dəymişdir. Həmin ziyan tamamilə tamamilə ödənilmişdir, buna görə də o, təqsirləndirilən şəxslərlə barışmışdır, onlardan heç bir şikayəti və ya digər tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və barışmalarının nəzərə alınaraq təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 oğlu göstərdi ki, 2021-ci ilin may ayının əvvəllərindən özünə məxsus "DAF" markalı, **-UF-*** dövlət-qeydiyyat nişanlı avtomobili Xəzər rayonu Binə qəsəbəsində Atçılıq massivində yolun kənarında saxlayır və yaxınlıqda yaşadığı üçün hər gün axşam saatlarında avtomobilinə baxış keçirirmiş. 14 sentyabr 2021-ci il tarixdə, saat 18:50 radələrində avtomobilə baxış keçirən zaman hər birinin dəyəri 400 manat olan 02 ədəd akkumulyatorun, avtomobilin salonundan 350 manat dəyərində bir ədəd rabitə vasitəsinin, 1000 manat dəyərində bir ədəd qızdırıcı sobanın, hər birinin dəyəri 100 manat olan 26 ədəd qoruyucunun və 50 manat dəyərində olan bir ədəd səs gücləndiricisinin oğurlandığını aşkar etmişdir. Baş vermiş oğurluq nəticəsində ona 4800 manat maddi ziyan dəymişdir. Həmin ziyan hazırda tamamilə ödənilmişdir, buna görə də o, təqsirləndirilən şəxslərlə barışmışdır, onlardan heç bir şikayəti və ya digər tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və barışmalarının nəzərə alınaraq təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid ifadəsi ilə müəyyən edildi ki, o, 2 ildir ki, Sabunçu rayonu Yeni Ramanı qəsəbəsi 112 saylı poçtun yanında metal qəbulu məntəqəsini işlədir. 14 sentyabr 2021-ci il tarixdə saat 15 radələrində "Xəzər" markalı, **-PN-*** avtomobil metal qəbulu məntəqəsinə yaxınlaşmış və sonradan adını bildiyi Şahlar avtomobildən düşərək ona yaxınlaşmışdır. Şahlar ona avtomobil təmiri sexində işlədiyini bildirərək tez-tez əlinə işlənmiş akkumulyatorlar düşdüyünü bildirmiş və hal-hazırda 02 ədəd akkumulyatorunun olduğunu və onları satmaq istədiyini demişdir. O, Şahlara akkunulyatorları şəxsiyyət vəsiqəsi ilə alacağını bildirmişdir. Şahlar etiraz etməyərək idarə etdiyi avtomobilin yük hissəsindən 02 ədəd akkumulyatoru götürüb gətirmış, o, həmin akkumulyatorları 40 manata ala biləcəyini demiş və Şahlar onunla razılaşmışdır. Şahların şəxsiyyət vəsiqəsinin kserosurətini alıb ona 40 manat vermişdir. 30 oktyabr 2021-ci il tarixdə saat 17 radələrində Şahlar yenidən idarə etdiyi "Xəzər" markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobillə onun işlətdiyi metal qəbulu məntəqəsinə gəlmiş və ona 02 ədəd akkumulyatorun olduğunu bildirmiş, idarə etdiyi avtomobilin yük hissəsini açaraq onu da akkumulyatorları düşürtməyə köməyə çağırmışdır. Şahlara akkumulyatorları düşürtməyə kömək edəndə həmin akkumulyatorların nisbətən böyük olduğunu görüb ona həmin akkumulyatorlara görə 65 manat verə biləcəyini demiş və Şahlar onunla razılaşmışdır. Şahlardan yenə şəxsiyyət vəsiqəsinin kserosurətini alıb bu dəfə həmin kserosurətin arxasında Şahların idarə etdiyi "Xəzər" markalı avtomobilin dövlət qeydiyyat nömrəsini qeyd etmiş və ona 40 manat vermişdir. 06 dekabr 2021-ci il tarixdə saat 13 radələrində Şahlar ona yaxınlaşaraq 04 ədəd akkumulyatorun olduğunu bildirərək onun kömək etməyini xahiş etmiş, o da Şahlara kömək edərəkhəmin akkumulyatorların hamısına 120 manat verə biləcəyini bildirmiş və Şahların şəxsiyyət vəsiqəsinin kserosurətini alıb ona 120 manat vermişdir. Şahların həmin akkumulyatorları ona satan zaman onları cinayət yolu ilə əldə edilyini deməmişdir. İş materiallarında olan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 Adıgözəl oğlunun və Təqsirləndirilən şəxs2 ifadələrinin yerində yoxlanılması haqqında protokollardan və fotoşəkillərdən görünür ki, onlar ifadələrində göstərdikləri xüsusatları hadisə yerlərində istiqamətləndirici hərəkətləri ilə bir daha təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə iclasında elan edilərək tədqiq edilən məhkəmə- əmtəəşünaslıq ekspertizasının 14 yanvar 2022-ci il tarixli, 9/9398 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş üzərində markalanmasına dair heç bir məlumat olmayan qara rəngli 190 amperlik akkumulyaror 150 manat, "Varta" markalı, 225 amperlik akkumulyator 200 manat müəyyən edilmişdir. Eskpertiza tədqiqatına təqdim edilmiş akkumulyatorların istifadədə olması nəzərə alınmaqla 2021-ci ilin dekabr ayına olan bazar qiyməti ilə ümumi dəyəri təxminən 700 manat müəyyən olunur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50,00 (əlli) manatdır. İş materiallarından görünür ki, Zərərçəkmiş şəxs4 məxsus 02 ədəd akkumulyator öz xüsusiyyətlərinə və əlamətlərinə görə cinayət təqibi üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən əşyalar olaraq maddi sübut kimi tanınmaqla sabibinə qaytarılmaları nəzərə alınmışdır. İş materiallarından görünür ki, zərərçəkmiş şəxs Şirinov Zərərçəkmiş şəxs3 məxsus 02 ədəd akkumulyator öz xüsusiyyətlərinə və əlamətlərinə görə cinayət təqibi üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən əşyalar olaraq maddi sübut kimi tanınmaqla sahibinə qaytarılmaları nəzərə alınmışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs3 himayəsində yetkinlik yaşına çatmayan iki uşağı vardır. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində bir azyaşlı və yetkinlik yaşına çatmayan üç uşağıvardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 22dekabr 2021-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 22dekabr 2021-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 26yanvar 2021-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 avqust 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 185.2.4-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 16 yanvar 2016-cı ildə cəzasının sonu ilə azad edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 mart 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) il 09 (doqquz) ay 08 (səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 20 yanvar 2021-ci il tarixdə cəzasının sonu ilə qeydiyyatdan çıxarılmışdır. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilməmişdir (götürülməmişdir). Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs3 təkrar olaraq özgənin əmlakını gizli olaraq talama məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində birləşərək zərərçəkmiş şəxslərə maddi ziyan vurmaqla təkrarən oğurluq etməsi onun özünün qismən etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxslərin, şahidin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə Təqsirləndirilən şəxs3 məhkəmə iclasında özünü qismən təqsirli bilməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünümüdafiə xarakteri daşıyır və cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 təkrar olaraq özgənin əmlakını gizli olaraq talama məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində birləşərək zərərçəkmiş şəxslərə maddi ziyan vurmaqla təkrarən oğurluq etməsi məhkəmə baxışı zamanı onun özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxslərin, şahidin ifadəsi və cinayət işinin digər materialları ilə də tamamilə sübuta yetirildi. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talama məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində birləşərək zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq etməsi məhkəmə baxışı zamanı onun özünün qismən etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin, şahidin ifadəsi və cinayət işinin digər materialları ilə də tamamilə sübuta yetirildi. Məhkəmə Təqsirləndirilən şəxs2 məhkəmə iclasında özünü qismən təqsirli bilməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünümüdafiə xarakteri daşıyır və cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 cinayət əməlləri Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə və Təqsirləndirilən şəxs2 cinayət əməli Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə tövsif edilmişdir və onlar törətdikləri cinayətə görə cəza almalıdırlar. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduqları cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə, onların şəxsiyyətinin digər xüsusiyyətlərinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs3 törətdiyi əməlləri qismən etiraf edərək peşman olmasını, dəymiş ziyanı tamamilə ödəyərək zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, zərərçəkmiş şəxslərin ondan heç bir şikayətlərinin və ya digər tələblərinin olmamasını və ona yüngül cəza təyin edilməsini xahiş etmələrini, himayəsində yetkinlik yaşına çatmayan iki uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran – Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs3 cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona Azərbaycan Respublikası CM-nin 177.2.1və 177.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs3 cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasını çəkməsinin əvvəli tutulduğu 08 dekabr 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi əməlləri etiraf edərək peşman olmasını, dəymiş ziyanı tamamilə ödəyərək zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, zərərçəkmiş şəxslərin ondan heç bir şikayətlərinin və ya digər tələblərinin olmamasını və ona yüngül cəza təyin edilməsini xahiş etmələrini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran – Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. İş materiallarından görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)- 497/2021 saylı 10 dekabr 2021-cı il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 08 dekabr 2021-cı il tarixdən hesablanmaqla hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 08 dekabr 2021-ci il tarixdən 02 iyun 2022-ci il tarixə qədər təqsirləndirilən şəxs qismində həbsdə saxlanıldığı 05 (beş) ay 25 (iyirmi beş) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə islas zalında həbsdən azad edilməli, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi nömrəsiz evdə çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs1 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 07.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi əməli qismən etiraf edərək peşman olmasını, dəymiş ziyanı tamamilə ödəyərək zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayətinin və ya digər tələbinin olmamasını və ona yüngül cəza təyin edilməsini xahiş etməsini, himayəsində bir azyaşlı və yetkinlik yaşına çatmayan üç uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran – Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasını çəkməsinin əvvəli tutulduğu 08 dekabr 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübut – 02 ədəd üzərində heç bir markalanma işarəsi olmayan qara rəngli 190 amperlik akkumulyatorun və 02 ədəd "Varta" markalı, 225 amperlik akkumulyatorun zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 qaytarılması nəzərə alınmalıdır. İş üzrə zərərçəkmiş şəxslərə dəymiş ziyanın tamamilə ödənilməsi nəzərə alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 50,00 (əlli) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslərə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi3, Müdafiəçi1, Müdafiəçi2 və X2 Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı və məhkəmə iclaslarında göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 ümumilikdə 40 iş saatına görə (ibtidai istintaq zamanı 20 saat və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 20 saat) cəmi 240,00 (iki yüz qırx) manat, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı və məhkəmə iclaslarında göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 ümumilikdə 40 iş saatına görə (ibtidai istintaq zamanı 20 saat və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 20 saat) cəmi 240,00 (iki yüz qırx) manat, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 20 iş saatına görə 120,00 (bir yüz iyirmi) manat və məhkəmə iclaslarında göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X2 20 iş saatına görə 120,00 (bir yüz iyirmi) manat olmaqla ümumilikdə 720,00 (yeddi yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli tutulduğu 08 dekabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 08 dekabr 2021-ci il tarixdən 02 iyun 2022-ci il tarixədək həbsdə olduğu cəmi 05 (beş) ay 25 (iyirmi beş) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 10 (on) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 yaşadığı Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi nömrəsiz ev ünvanını axşam saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs1 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Bakı şəhər Probasiya idarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli tutulduğu 08 dekabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut – 02 ədəd üzərində heç bir markalanma işarəsi olmayan qara rəngli 190 amperlik akkumulyatorun və 02 ədəd "Varta" markalı, 225 amperlik akkumulyatorun zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 qaytarılması nəzərə alınsın. İş üzrə zərərçəkmiş şəxslərə dəymiş ziyanın tamamilə ödənilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada 50,00 (əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 tərəfindən Təqsirləndirilən şəxs3 hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə 240,00 (iki yüz qırx) manat, Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə 240,00 (iki yüz qırx) manat, Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə 120,00 (bir yüz iyirmi) manat və Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə 120,00 (bir yüz iyirmi) manat olmaqla ümumilikdə 720,00 (yeddi yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №1(003)-125/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-125/2022
02.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver