Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-126/2021 06.04.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru X5, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxx 1995-ci ildə Hacıqabul rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, əvvəllər məhkum olunmamış, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 178.2.2, 180.2.2 və 180.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 17 radələrində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, H.Z.Tağıyev küçəsi, 159 saylı uşaq bağçasının qarşısında yerləşən “Dəniz paltarları” satılan mağazada olan stulun üzərində olan Zərərçəkmiş şəxs5 məxsus dəyəri 500 manat təşkil edən “Samsung A41” markalı mobil telefonu, üzərində olan dəyəri 5 manat təşkil edən ***-***-**-** saylı GSM mobil nömrə və dəyəri 5 manat olan ***-***-**-** saylı GSM mobil nömrəsi ilə birlikdə gizli olaraq talayaraq Zərərçəkmiş şəxs5 ümumilikdə 510 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən, xx xxxxxxxx 2020-ci il tarixdə, saat 14 radələrində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 181 nömrəli tam orta məktəbin həyətində Zərərçəkmiş şəxs3 məxsus dəyəri 569 manat təşkil edən “Redmi Note 7” markalı mobil telefonu, üzərində olan dəyəri 5 manat təşkil edən ***-***-**-** saylı GSM nömrə ilə birlikdə danışmaq bəhanəsi ilə Zərərçəkmiş şəxs3 alaraq həmin yerdən qaçıb açıq talama yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs3 ümumilikdə 574 manat maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən, xx xxxxxxxx 2020-ci il tarixdə, saat 18 radələrində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, “Black Jack” adlı çimərlikdə olan stolun üzərində sellofanın içərisində olan Zərərçəkmiş şəxs6 məxsus olan dəyəri 250 manat təşkil edən “Xiaomi 5C” markalı mobil telefonu, üzərində olan dəyəri 5 manat təşkil edən ***-***-**-** saylı GSM mobil nömrə ilə birlikdə gizli olaraq talayıb Zərərçəkmiş şəxs6 ümumilikdə 255 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən, xx xxxxxxxx 2020-ci il tarixdə, saat 19:50-də Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, “Stansiya” adlanan ərazidə yerləşən “Mehribanın kafesi” adlandırılan kafedə Zərərçəkmiş şəxs7 məxsus dəyəri 160 manat təşkil edən “Samsung” markalı, “SM-G935FD” modelli mobil telefonu, üzərində olan dəyəri 5 manat təşkil edən ***-***-**-** saylı GSM mobil nömrə və üzərində olan dəyəri 5 manat təşkil edən ***-***-**-** saylı GSM mobil nömrə ilə birlikdə danışmaq bəhanəsi ilə alaraq həmin yerdən qaçıb açıq talama yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs7 ümumilikdə 170 manat maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən, xx xxxxxxxx 2020-ci il tarixdə, saat 16 radələrində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 181 nömrəli tam orta məktəbin həyətində Zərərçəkmiş şəxs8 dəyəri 320 manat təşkil edən “Samsung A10 S” markalı mobil telefonu, üzərində olan dəyəri 5 manat təşkil edən ***-***-**-** saylı GSM mobil nömrə ilə birlikdə danışmaq bəhanəsi ilə alaraq həmin yerdən qaçıb açıq talama yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs8 ümumilikdə 325 manat maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən, xx xxxxxxx 2020-ci il tarixdə, saat 15 radələrində Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, “X9” ziyarətgahının arxa tərəfində yerləşən qəbirstanlıqda Zərərçəkmiş şəxs4 məxsus dəyəri 300 manat təşkil edən “Huawei P8 white” markalı mobil telefonu, üzərində olan dəyəri 5 manat təşkil edən ***-***-**-** saylı GSM mobil nömrə ilə birlikdə danışamq bəhanəsi ilə alaraq Zərərçəkmiş şəxs4 aldadaraq ələ keçirməklə zərərçəkmiş şəxs V.Zərərçəkmiş şəxs4 ümumilikdə 305 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən, xx xxxxxxx 2020-ci il tarixdə, saat 15 radələrində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 181 nömrəli tam orta məktəbin həyətində Zərərçəkmiş şəxs2 həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edib yumruqla sinəsindən vurmaqla sonuncuya məxsus dəyəri 600 manat olan «Redmi Note 8 T» markalı mobil telefonu, üzərində olan dəyəri 5 manat təşkil edən ***-***-**-** saylı GSM nömrə ilə birlikdə açıq talama yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs2 ümumilikdə 605 manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən, xx xxxxxxx 2020-ci il tarixdə, saat 16 radələrində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 181 nömrəli tam orta məktəbin həyətində Zərərçəkmiş şəxs1 məxsus dəyəri 400 manat təşkil edən «Honor 8 A» markalı mobil telefonu, üzərində olan dəyəri 5 manat təşkil edən ***-***-**-** saylı GSM mobil nömrə və dəyəri 5 manat təşkil edən ***-***-**-** saylı GSM mobil nömrə ilə açıq talama yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs1 ümumilikdə 410 manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, təxminən 2020-ci ilin avqust ayının əvvəllərində, təxminən saat 17 radələrində Mərdəkan qəsəbəsində dənizə yaxın küçələrin birində “Dəniz paltarları” satılan mağazaya girmişdir. Mağazada həmin vaxt tanımadığı şəxslər var imiş. Mağazaya girdikdən sonra orada olan stulun üzərində paltarlar və mobil telefon olduğunu görmüşdür. Təxminən 30 saniyə orada olan şəxslərə baxdıqdan sonra başa düşmüşdür ki, telefonun sahibi paltar dəyişmək üçün pərdənin arxasına keçib. Bundan sonra o orada olan mobil telefonu götürərək oradan uzaqlaşmışdır. Həmin telefonu 20 yanvar metro stansiyasına aparmış və orada olan mobil telefon mağazalarından birinə satmışdır. Həmin satışdan 50 manat pul əldə etmiş və həmin pulu şəxsi tələbatları üçün xərcləmişdir. Bundan başqa 2020-ci ilin təxminən sentyabr ayının əvvəllərində, təxminən saat 14 radələrində 181 saylı orta məktəbin həyətinin girişində olduğu zaman bir nəfər uşağın gəldiyini görmüşdür. Həmin uşağa yaxınlaşaraq özünü ona Orxan kimi təqdim edib söhbət etməyə başlamışdır. Həmin vaxt onlar 181 saylı məktəbin həyətinə girmişlər. O həmin uşağa bildirmişdir ki, o, bir nəfəri döyübdür. Bundan sonra ondan telefonunu istəmişdir ki, həmin döydüyü uşağı zəng edərək çağırsın. Həmin şəxs də ona öz mobil telefonunu vermişdir. O həmin vaxtı yalandan telefonda nömrə yığırmış kimi edərək telefonu qulağına qoymuş və danışmışdır. Bundan sonra həmin uşağa bildirmişdir ki, həmdə döydüyü uşağın anasının çantasından pul oğurlayıb. Həmin uşaq ondan telefonu istəsədə o qaytarmamışdır. O həmin uşağı aldatmaq üçün bildirmişdir ki, pul gətirsə telefonu qaytaracaq. Həmin uşaq isə ona bildirmişdir ki, gözləsin gedib pul gətirsin. Həmin uşaq məktəbin qarşısına çıxdığı zaman o məktəbin həyətinin hasarından aşaraq oradan qaçmışdır. Həmin uşaq onun dalınca qaçsada o oradan qaçaraq uzaqlaşmış və ona çata bilməmişdir. Bundan sonra o həmin mobil telefonu 20 yanvar metro stansiyasınanın yaxınlığında yerləşən mağazalardan birində 40 manat müqabilində satmış və əldə etdiyi pulu şəxsi tələbatları üçün xərcləmişdir. Bundan başqa təxminən 2020-ci ilin sentyabr ayının 15-də Mərdəkan qəsəbəsi, dəniz kənarında “Black Jack” adlı çimərlikdə olduğu zaman stollardan birinin üzərində sellofanlar olduğunu görmüşdür. Bir qədər ətrafa göz gəzdirdikdən sonra stola yaxınlaşanın olmadığını görüb başa düşmüşdür ki, orada oturanlar suda çimirlər. Bundan sonra stola yaxınlaşaraq orada olan sellofanların içərisinə baxmış və sellofanlardan birində mobil telefonun olduğunu görmüşdür. O dərhal həmin mobil telefonu götürüb oradan uzaqlaşmışdır. Bundan sonra həmin mobil telefonu 20 yanvar metro stansiyasınanın yaxınlığında yerləşən mağazalardan birində 50 manat müqabilində satmış və əldə etdiyi pulu şəxsi tələbatları üçün xərcləmişdir. Bundan başqa təxminən 2020-ci ilin sentyabr ayının 24-də, təxminən saat 19 radələrində Mərdəkan qəsəbəsində yerləşən Mədəniyyət evinin yaxınlığına gələrək orada bir qədər gəzmişdir. Həmin yerdə olduğu zaman bir nəfər şəxsi görmüşdür. Həmin şəxsə yaxınlaşaraq özünü ona Hacıqabullu Səid kimi təqdim etmişdir. İlkin olaraq həmin şəxsdən siqaret istəmiş, sonra isə söhbət etməyə başlamışdır. Öz işlərindən bir qədər danışdıqdan sonra həmin şəxsi yaxınlıqda olan kafeyə dəvət etmişdir. İlk öncə həmin şəxs getmək istəməsədə sonradan razılaşaraq stansiya adlanan yerdə yerləşən kafeyə getməyə razı olmuşdur. Kafeyə çatdıqdan sonra onlar stol arxasında oturmuşlar və bir qədərdə söhbət etmişlər. Həmin vaxt o işlərindən və həyatından danışmışdır. Bir qədər sonra təxminən saat 19:50 radələrində həmin şəxsdən anasına zəng etmək üçün telefonunu istəmişdir. Həmin şəxsdə ona özünə məxsus mobil telefonu danışmaq üçün vermişdir. Bundan sonra o kafenin qarşısına çıxaraq telefonu qulağına qoyub danışmağa başlamışdır. Bir qədər kafenin qarşısında telefon qulağında fırlanandan sonra oradan qaçaraq uzaqlaşmışdır. Həmin şəxs onun arxasınca kafedən çıxaraq gəlsədə ona çata bilməmişdir. Bundan sonra həmin telefonu 20 yanvar metro stansiyasının yaxınlığında olan mağazalardan birinə 60 manat müqabilində satmış və həmin pulu şəxsi tələbatları üçün xərcləmişdir. Bundan başqa təxminən 2020-ci ilin sentyabr ayının 25-də Mərdəkan qəsəbəsi, 181 saylı orta məktəbin həyətində olduğu zaman bir nəfər şəxsin orada gəzdiyini görmüşdür. Təxminən saat 16 radələrində həmin şəxsə yaxınlaşaraq konturunun olmadığını və danışmaq üçün telefonunu ona verməyini xahiş etmişdir. Həmin şəxsdə özünə məxsus olan “Samsung” markalı mobil telefonu ona vermişdir. Telefonu qulağına qoyaraq həmin yerdə gəzişməyə başlamışdır. Bir qədər sonra telefonun sahibinin başının qarışdığını görüb qaçmağa başlamışdır. Telefonun sahibi dalınca gəlsədə ona çata bilməmiş və o oradan qaçaraq uzaqlaşmışdır. Bundan sonra həmin mobil telefonu 20 yanvar metro stansiyasınanın yaxınlığında yerləşən mağazalardan birində 50 manat müqabilində satmış və əldə etdiyi pulu şəxsi tələbatları üçün xərcləmişdir. Bundan başqa xx.xx.2020-ci il tarixdə, təxminən saat 15 radələrində Şüvəlan qəsəbəsi ilə Qala qəsəbəsinin kəsişməsində bir nəfər uşağın piyada getdiyini görmüşdür. Həmin uşağa yaxınlaşaraq özünü Xəyal kimi təqdim edib həmin uşağa bildirmişdir ki, qardaşı şəhid gəlib və bütün qohumları gedib və tək qalıb. Həmin uşaqdan ona qəbirstanlığın yerini göstərməsini istəmişdir. Bundan sonra onlar birlikdə qəbirsanlığa tərəf getmişlər. “X9” ziyarətgahının arxa tərəfində olan qəbirstanlığa çatıb ora daxil olduqdan sonra həmin şəxsdən danışmaq üçün telefonunu istəmişdir. Lakin həmin şəxs ona telefonunda konturunun olmadığını bildirmiş, amma telefonu ona vermişdir Telefonu aldıqdan sonra həmin şəxsə bildirmişdir ki, onu qəbirstanlıqda gözləsin və o gedib kontur alıb qayıdacaq. Bundan sonra o telefonla birlikdə qəbirstanlıqdan çıxıb getmiş və geri qayıtmamışdır. Həmin mobil telefonu 20 yanvar metro stansiyasının yaxınlığına apararaq orada olan mağazaların birinə 60 manata satmış və satışdan əldə etdiyi 60 manat pulu şəxsi tələbatları üçün xərcləmişdir. Bundan başqa xx.xx.2020-ci il tarixdə saat 15 radələrində Mərdəkan qəsəbəsində yerləşən 181 nömrəli məktəbin yaxınlığında tanımadığı bir şəxsin olduğunu görmüşdür. O həmin şəxsə yaxınlaşaraq onun kimisə döydüyünü bildirmiş, həmin şəxs ona heç kimi döymədiyini bildirmişdir. O həmin şəxsdən əlində olan mobil telefonu istədikdə o, telefonu ona verməmişdir. Həmin şəxs telefonu ona vermədikdə əli ilə onu itələmiş və o, yerə yıxılmış, sonra həmin şəxs yerdə olan zaman onun əlində olan mobil telefonu ondan alaraq oradan qaçmışdır. Həmin şəxs dalınca gəlmək istəsədə o həmin yerdən qaçaraq uzaqlaşmışdır. Bundan sonra əldə etdiyi telefonu 20 yanvar metro stansiyasının yaxınlığında olan telefon mağazalarından birinə satmışdır. Telefonu satarkən telefonun özünə məxsus olduğunu bildirmiş və 60 manat müqabilində satmışdır. Həmin satışdan əldə etdiyi 60 manat pulu şəxsi tələbatları üçün xərcləmişdir. Bundan başqa xx.xx.2020-ci il tarixdə, təxminən saat 16 radələrində Mərdəkan qəsəbəsində yerləşən parkın çıxışında bir nəfər uşağın olduğunu görmüş və ona yaxınlaşaraq onun kimisə döydüyünü bildirmişdir. Həmin şəxs isə heç kimi döymədiyini demişdir. O da həmin şəxsə bildirmişdir ki, döydüyü şəxs 181 nömrəli məktəbin həyətindədir və ona həmin yerə getməyi təklif etmişdir. O həmin şəxslə məktəbin həyətinə daxil olduqdan sonra məktəbin həyətində olan ağacların arasına gəlmişlər. Bundan sonra həmin şəxsə bildirmişdir ki, döydüyü adam burada deyil telefonu versin və o zəng edərək həmin şəxsi çağırsın. Həmin şəxs də ona mobil telefonunu vermişdir. Həmin şəxs telefonu ona verdikdən sonra geri istəmiş, lakin o telefonu ona qaytarmamış və oradan qaçaraq məktəbin hasarından aşıb uzaqlaşmışdır. Bundan sonra həmin mobil telefonu 20 yanvar metro stansiyasının yaxınlığında olan mağazalardan birinə öz telefonu kimi təqdim edərək 50 manat müqabilində satmış və satışdan əldə etdiyi 50 manat pulu şəxsi tələbatları üçün xərcləmişdir. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, əməlini səmimi olaraq etiraf etdiyini, Zərərçəkmiş şəxs6 dəymiş ziyanı ödəyərək, barışıq əldə etdiyini, Zərərçəkmiş şəxs6 ondan şikayət və tələblərinin olmadığını bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 bildirdi ki, xx.xx.2020-ci il tarixdə saat 15 radələrində Mərdəkan qəsəbəsi 181№li məktəbin həyətində məşq etməyə gedən zaman tanımadığı bir şəxs ona yaxınlaşaraq demişdirki: «sən bir uşağı döymüsən və mənə dediki telefonu ver həmin adama zəng eliyim». O, da həmin şəxsə demişdirki o heç kimi döyməmiş həmin adam kimdir? deyə ona sual vermişdir. Həmin şəxs təkrar olaraq mobil telefonu ondan istəmiş, o telefonu vermədikdən sonra həmin şəxs iradəsinə zidd, onun sinə nahiyəsindən yumruqla vuraraq onu yerə yıxmış və əlində olan mobil telefonu götürərək qaçıb oradan uzaqlaşmışdır. O yerdən duraraq həmin şəxsin dalınca qaçmış, lakin həmin şəxs artıq oradan uzaqlaşıb gözdən itmişdir. Həmin naməlum şəxsin onun əlindən aldığı “Redmi Note 8 T” markalı telefonu o 600 manata almış və telefonun içərisində olan ***-***-**- ** saylı mobil nömrəni isə 5 manata almışdır. Belə ki, həmin hadisə nəticəsində ona ümumi olaraq 605 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəməmişdir. Bu səbəbdən də təqsirləndirilən şəxsə qanunamüvafiq cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs3 bildirdi ki, xx.xx.2020-ci il tarixdə saat 14 radələrində yaşadığı evin yaxınlığında yerləşən 181 saylı orta məktəbin həyətinin girişində olduğu zaman bir nəfər tanımadığı şəxs ona yaxınlaşaraq özünü Orxan kimi təqdim etmiş və onunla söhbət etməyə başlamışdır. Bu zaman onlar 181 saylı məktəbin həyətinə girmişlər. Həmin şəxs ona bildirmişdir ki, guya o kimisə döymüşdür. Bundan sonra onun telefonunu istəmişdirki guya ki, onun döydüyü uşağı çağırsın. O da həmin şəxsə “Redmi Note 7” markalı mobil telefonunu vermişdir. Orxan adlı şəxs kiməsə zəng edərək danışmışdır. O həmin şəxsdən telefonunu istəsədə həmin şəxs ona telefonunu verməmişdir. Bundan sonra ona bildirmişdir ki, o guya ki döydüyü uşağın anasının çantasından pul oğurlamışdır. Ona bildirmişdir ki, pul gətirsə telefonu qaytaracaq. O da həmin şəxsə bildirmişdir ki, gözləsin gedib pul gətirsin. O dərhal məktəbin qarşısına dostlarını çağırmaqdan ötrü çıxdığı zaman həmin şəxsin məktəbin hasarından aşaraq qaçdığını görmüşdür. O həmin şəxsin dalınca qaçsada onu tapa bilməmişdir. Baş vermiş hadisə nəticəsində ona “Redmi Note 7” markalı mobil telefona görə 569 manat, içərisində olan ***-***-**-** saylı mobil nömrəyə görə isə 5 manat maddi ziyan dəymişdir. Ümumilikdə baş vermiş hadisə nəticəsində ona 574 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəməmişdir. Bu səbəbdən də təqsirləndirilən şəxsə qanunamüvafiq cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 bildirdi ki, xx.xx.2020-ci il tarixdə təxminən saat 19 radələrində evdə darıxdığı üçün evdən çıxaraq Mərdəkan qəsəbəsində yerləşən Mədəniyyət evinin yaxınlığına gələrək orada bir qədər oturmuşdur. Həmin yerdə olduğu zaman bir nəfər tanımadığı, özünü Hacıqabullu Səid kimi təqdim edən şəxs ona yaxınlaşaraq ilkin olaraq siqaret istəmiş, sonra isə onunla söhbət etməyə başlamışdır. Həmin şəxs öz işlərindən bir qədər danışdıqdan sonra onu yaxınlıqda olan kafeyə dəvət etmişdir. İlk öncə o getmək istəməsədə sonradan onunla razılaşaraq stansiya adlanan yerdə yerləşən kafeyə getməyə razı olmuşdur. Kafeyə çatdıqdan sonra onlar stol arxasında oturmuşldar və bir qədərdə söhbət etmişlər. Həmin vaxt «Səid» işlərindən və həyatından danışırmış. Bir qədər sonra təxminən saat 19:50 radələrində «Səid» ondan anasına zəng etmək üçün telefonunu istəmişdir. O da özünə məxsus olan “Samsung S7 Edge” markalı mobil telefonunu danışması üçün «Səidə» vermişdir. Bundan sonra Səid kafenin qarşısına çıxaraq telefonu qulağına qoyub danışmağa başlamışdır. O da həmin vaxt «Səid»dən şübhələnib özünə məxsus olan digər telefondan «Səidə» vermiş olduğu telefona zəng etmişdir. Həmin vaxt görmüşdür ki, telefona zəng gedir və telefon məşğul deyil. Həmin vaxt o dərhal yerindən duraraq kafenin qarşısına çıxmış və «Səidin» qaçdığını görmüşdür. O da onun dalınca getsədə onu tapa bilməmişdir. Bundan sonra bu barədə polisə ərizə ilə müraciət etmişdir. Qeyd etmişdir ki, həmin kafe “Mehribanın çayxanası” kimi tanınır. Əlavə olaraq bidirmişdir ki, mobil telefonunu «Səid» adlı şəxsin əlindən alıb qaçması nəticəsində ona “Samsung S7 Edge” markalı mobil telefonuna görə 1200 manat, içərisində olan ***-***-**-** saylı mobil nömrəyə görə 5 manat, ***-***-**-** saylı mobil nömrəyə görə isə 5 manat maddi ziyan dəymişdir. Ümumilikdə həmin hadisə nəticəsində ona 1210 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəməmişdir. Bu səbəbdən də təqsirləndirilən şəxsə qanunamüvafiq cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 bildirdi ki, xx.xx.2020-ci il tarixdə yaşadığı evin yaxınlığında olan 181 saylı orta məktəbin həyətində gəzdiyi zaman təxminən saat 16 radələrində bir nəfər tanımadığı şəxs ona yaxınlaşaraq konturunun olmadığını və danışmaq üçün telefonunu ona verməyini xahiş etmişdir. O da özünə məxsus olan “Samsung A10 S” markalı mobil telefonu ona vermişdir. Həmin şəxs telefonu qulağına qoyaraq həmin yerdə gəzişməyə başlamışdır. Bir qədər sonra həmin şəxs anidən qaçmağa başlamışdır. O həmin şəxsin dalınca bir qədər qaçdıqdan sonra ona çata bilməyəcəyini görüb dayanmışdır. Həmin vaxt nə edəcəyini bilmədiyi üçün 102 xidmətinə zəng etmiş və bir nəfər şəxsin onu şüşə butulka ilə hədələyərək telefonunu alıb qaçdığını bildirmişdir. Lakin bir neçə dəqiqə sonra düz etmədiyini fikirləşib yenidən 102 xidmətinə zəng edərək həmin şəxsin onu heç bir şey ilə hədələmədiyini, lakin telefonunu danışmaq üçün aldığını və qaçdığını bildirmişdir. Baş vermiş hadisə nəticəsində “Samsung A10 S” markalı mobil telefonuna görə ona 320 manat, içərisində olan ***-***-**-** saylı mobil nömrəyə görə ona 5 manat maddi ziyan dəymişdir. Ümumilikdə həmin hadisəyə görə ona 325 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəməmişdir. Bu səbəbdən də təqsirləndirilən şəxsə qanunamüvafiq cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs4 bildirdi ki, xx.xx.2020-ci il tarixdə təxminən saat 15 radələrində yaşadığı Şüvəlan qəsəbəsində, yeni yaşayış sahəsində yerləşən evindən çıxmışdır. Qeyd etmişdir ki, həmin vaxt dostunun Qala qəsəbəsində olan evinə gedirmiş. Bir qədər piyada getdikdən sonra Qala qəsəbəsinin döngəsində köhnə Xəzər marketin qarşısında bir nəfər tanımadığı şəxs ona yaxınlaşaraq bildirmişdir ki, qardaşı şəhid gəlib və bütün qohumları gedib burda yalnız o, qalıb. Bundan sonra bildirmişdir ki, telefonu yoxdu və ondan danışmaq üçün telefon istəmişdir. Həmçinin həmin şəxs ona bildirmişdir ki, gedək qəbirstanlıq tərəfə ona qəbirstanlığı göstərsin. Bundan sonra onlar birlikdə qəbirstanlığa tərəf getmişlər. “X9” ziyarətgahının arxa tərəfində olan qəbirstanlığa çatıb ora daxil olduqdan sonra həmin şəxs ondan danışmaq üçün telefonunu istədi. Lakin o həmin şəxsə telefonunda konturun olmadığını bildirmişdir. Konturu olmasada o yenə də, həmin şəxsə danışmaq üçün özünə məxsus olan “Huawei P8 white” markalı mobil telefonunu vermişdir. Həmin şəxs ona bildirmişdir ki, onu qəbirstanlıqda gözləsin və özü isə gedib kontur alıb qayıdacaq. Bundan sonra həmin şəxs qəbirstanlıqdan çıxıb getmiş və o da onu gözləməyə başlamışdır. Təxminən yarım saat gözlədikdən sonra həmin şəxsin gəlmədiyini görüb evə getmiş və bu barədə ailə üzvlərinə məlumat vermişdir. Bundan bir neçə gün sonra polisə bu barədə müraciət etmişdir. Qeyd etmişdir ki, həmin şəxsin onu aldadaraq “Huawei P8 white” markalı mobil telefonunu ələ keçirməsi nəticəsində ona 300 manat, içərisində olan ***-***-**-** saylı mobil nömrəyə görə isə 5 manat, ümumilikdə isə ona 305 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəməmişdir. Bu səbəbdən də təqsirləndirilən şəxsə qanunamüvafiq cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 bildirdi ki, xx.xx.2020-ci il tarixdə Mərdəkan qəsəbəsi, dəniz kənarında “Black Jack” adlı çimərlikdə olduğu zaman telefonunu oturduğu stolun üzərindəki sellofanın içərisində gizlətmişdir. Təxminən 18 radələrində o çimib stolun yanına qayıtdığı zaman aşkar etmişdir ki, “Xiaomi 5C” markalı mobil telefonu naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır. Baş vermiş hadisə nəticəsində ona “Xiaomi 5C” markalı mobil telefonunun oğurlanması nəticəsində 250 manat, içərisində olan ***-***-**-** saylı mobil nömrənin oğurlanması nəticəsində 5 manat maddi ziyan dəymişdir. Ümumilikdə baş vermiş oğurluq nəticəsində ona 255 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəməmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir. Təqsirləndirilən şəxslə barışıq əldə etmişdir, ondan şikayət və tələbi yoxdur. Bu səbəbdən də təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Aparılmış ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində ifadəsi alınmış Zərərçəkmiş şəxs5 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Zərərçəkmiş şəxs5 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 17 radələrində Mərdəkan qəsəbəsi, H.Z.Tağıyev küçəsində yerləşən “Dəniz paltarları” satılan mağazaya özü üçün dənizdə geyinmək üçün paltar almağa girmişdir. Mağazaya girdikdən sonra özünə paltar seçmiş və geyinib baxmaq üçün paltarlarını və mobil telefonunu orada olan stulun üzərinə qoyaraq pərdənin arxasına keçmişdir. Oradan çıxdıqdan sonra paltarlarını götürüb mağazadan çıxmış və maşınına minib bir qədər oradan uzaqlaşdıqdan sonra görmüşdür ki, mobil telefonu yoxdur. Dərhal həmin mağazaya qayıdıb telefonunu qoyduğu yerə baxdığı zaman “Samsung A41” markalı mobil telefonunun orada olmadığını, oğurlandığını görmüşdür. Mağazada işləyən qadından telefonu soruşduqda həmin şəxs telefonu görmədiyini ona bildirmişdir. Qeyd etmişdir ki, telefonunun oğurlanması nəticəsində telefonuna görə 500 manat maddi ziyan, ***-***-**-** saylı mobil nömrəsinə görə 5 manat, ***-***-**-** saylı mobil nömrəsinə görə isə 5 manat maddi ziyan dəymişdir. Ümumilikdə ona həmin oğurluq nəticəsində 510 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəməmişdir. Bu səbəbdən də təqsirləndirilən şəxsə qanunamüvafiq cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Aparılmış ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində ifadəsi alınmış Zərərçəkmiş şəxs1 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, xx.xx.2020-ci il tarixdə, saat 12 radələrində yaşadığı evdən çıxaraq dostları ilə görüşmək üçün Mərdəkan qəsəbəsində yerləşən parka getmişdir. Dostları ilə görüşdükdən sonra təxminən saat 16 radələrində evə gedirmiş. Həmin vaxt parkın çıxışında olan zaman tanımadığı şəxs ona yaxınlaşaraq demişdir ki, guya o kimisə döymüşdür. O da bildirmişdir ki, o heç kimi döyməmişdir. Həmin şəxs yenidən onun kimisə döydüyünü və həmin uşağın 181 №-li məktəbin həyətində olduğunu demiş, onu həmin yerə dəvət etmişdir. O da həmin şəxslə birlikdə məktəbin həyətinə getmiş, məktəbin həyətinə daxil olduqda orada heç kimin olmadığını görmüşdür. Həmin naməlum şəxs isə ona demişdirki telefonunu versinki döydüyü adama zəng etsin. O da zəng etmək üçün mobil telefonunu həmin şəxsə vermişdir. Telefonu götürdükdən sonra kiməsə zəng edərək nəsə danışmış və yenidən ona yaxınlaşaraq bildirmişdirki: «əgər sən həmin uşağı döyməmisənsə sənin nömrəni haradan bilir». O həmin şəxsdən telefonu istədikdə həmin şəxs telefonu verməmiş, məktəbin həyətindən qaçmağa başlamış və məktəbin həyətinin hasarından tullanaraq oradan uzaqlaşmışdır. O məktəbin qapısından çölə çıxaraq dostlarının yanına getmiş, dostlarından telefon alaraq valideyninə olanlar barədə məlumat vermişdir. Həmin naməlum şəxsin onun əlindən aldığı “Honor 8 A” markalı telefonu o 400 manata almış və telefonun içərisində olan ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrin hər birini isə 5 manata almışdır. Belə ki, həmin hadisə nəticəsində ona ümumi olaraq 410 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəməmişdir. Bu səbəbdən də təqsirləndirilən şəxsə qanunamüvafiq cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, 1 il olar ki, 20 yanvar metro stansiyasının yaxınlığında yerləşən “Sony” adlı telefon mağazasını işlədir. Belə ki, həmin mağazada telefon alışı və satışı ilə məşğul olur. Təxminən xx.xx.2020-ci il tarixdə X6 işlətdiyi telefon mağazasına yaxınlaşaraq “Samsung S7 Edge” markalı mobil telefonu ehtiyyat hissəsi kimi satmaq istədiyini bildirmişdir. Həmin vaxt o Əsəddən mobil telefonun kimə məxsus olduğunu soruşmuşdur. Əsəd ona mobil telefonun özünə məxsus olduğunu, lakin uzun müddətdir işlətmədiyi üçün telefonun parolunun yadından çıxdığını bildirmişdir. Bundan sonra o Əsədə şəxsiyyət vəsiqəsinidə təqdim etdiyi halda telefonu ondan ehtiyyat hissəsi kimi 60 manat müqabilində ala biləcəyini bildirmişdir. Əsəd şəxsiyyət vəsiqəsinidə təqdim edərək telefonu ona 60 manat müqabilində satmışdır. Bundan bir neçə gün sonra o həmin telefonu 150 manat müqabilində Yunis adlı şəxsə satmışdır. Təxminən 2020ci ilin oktyabr ayının əvvəlləri Yunis işlətdiyi mağazaya gələrək telefonun cinayət yolu ilə əldə edilmiş telefon olduğunu, bunu ona Xəzər rayon polis idarəsində bildirdiklərini və onun telefonu polisə təqdim etdiyini bildirmişdir. O isə Yunisə həmin vaxt həmin telefonun cinayət yolu ilə əldə edilmiş mobil telefon olduğunu bilmədiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X2 Məhkəmə Psixiatrik Ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 3214 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barədə anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 9/5500 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd ekranı zədəli vəziyyətdə olan “Samsung” markalı, “SM- G935D” modelli mobil telefon aparatının satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmamasını və istifadədə olduğunu nəzərə alaraq 2020-ci ilin sentyabr ayına olan orta bazar qiyməti təxminən 160,00 manat müəyyən olunur. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1995-ci ildə Hacıqabul rayonunda doğulmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs6 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, zərəçəkmiş şəxslə təqsirləndirilən şəxs arasında barışıq əldə edilmiş və zərəçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Həmin qərarda həmçinin qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-cı maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqa zidd xarakter daşıdığını başa düşürlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.2, 178.2.2, 180.2.2 və 180.2.4-cü maddələri ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf etməsini, səmimi peşman olmasını, zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs6 ilə barışmasını, ondan şikayət və tələbinin olmamasını, dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxs ilə barışıq əldə edilməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxslərin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinə əsasən “Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinə əsasən “Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2 və 180.2.4-cü maddələrinə əsasən “Soyğunçuluq, yəni özgənin əmlakını açıq talama insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə, təkrar törədildikdə - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin ifadələrinə, şahid ifadəsinə, ekspertiza rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.2, 178.2.2, 180.2.2 və 180.2.4-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 178.2.2, 180.2.2 və 180.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut olan 01 ədəd "Samsung” markalı, “SM-G935D” model mobil telefonun Zərərçəkmiş şəxs7 qaytarılmış hesab edilməlidir. İş üzrə 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında xx xxx 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 178.2.2, 180.2.2 və 180.2.4-cü maddələri ilə təqsirli bilinsin, CM-nin 177.2.2ci maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CMnin 178.2.2-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 180.2.2 və 180.2.4-cü maddələri ilə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmənin əvvəli xx.xx.2020-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X3, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. İş üzrə maddi sübut olan 01 ədəd "Samsung” markalı, “SM-G935D” model mobil telefonun Zərərçəkmiş şəxs7 qaytarılması nəzərə alınsın. Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat, Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat, ümumilidə 300 (üç yüz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı hüquq məsləhətxanasının hesablaşma hesabına (“xxxx” ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(003)-126/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-126/2021
06.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver