Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-127/2023 17.04.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1997-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi X5 ünvanında qeydiyyatda olmaqla orada yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaqla, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 19 iyul 2022-ci il tarixdə saat 20 radələrində dostu X1 ona idarə etmək üçün verdiyi texniki cəhətdən saz vəziyyətdə “SAMAND SE MİNİK” markalı, **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində “Südçülük Sovxozu” adlanan ərazidən “Binə körpüsü” istiqamətində 30-40 km/saat sürətlə hərəkətdə olduğu zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin və 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə riayət etməməklə sürücülük vəsiqəsi olmadan və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda buna əməl etməyərək yolun ayırıcı zolağından sağa doğru adi yerişlə piyada hərəkət edən Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin ön sol hissəsi ilə ehtiyatsızlıqdan vurub sonuncunun sağ bazu sümüyün qapalı, qəlpəli, yerdəyişən, sağ mil sümüyünün bizvari çıxıntısının yerdəyişməyən, sağ oturaq və qasıq sümüklərinin, sol qasıq sümüyünün yerdəyişməyən sınıqları, sağ baldırın qançırı, sol dizin əzilmiş yarası, hər iki dizin sıyrıqları ilə nəticələn, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, sağlamlığa AZ AĞİR dərəcəli zərərvurmaya aid xəsarətlər yetirərək nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan yol hərəkəti qaydalarını pozmuşdur. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun və zərərçəkmiş şəxsin ifadələri, cinayət işinin materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, 19 iyul 2022-ci il tarixdə şəxsi işləri ilə bağlı avtomobilə ehtiyacı olduğundan dostu X2 etibarnamə ilə idarə etdiyi “SAMAND SE MİNİK” markalı, **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobili sürmək üçün ona vermişdir. Onun isə nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi olmamışdır. Həmin gün saat 20 radələrində qeyd edilən avtomobillə Binə qəsəbəsi ərazisində Südçülük sovxozu adlanan ərazidən Binə Körpüsü istiqamətinə doğru hərəkət edib dəmir yolu xəttinə çatmışdır. Xəttin üzərində yolun sol zolağında “Ford” markalı avtomobil dayanmış, arxadan gələrkən həmin avtomobilin qarşısından bir nəfər şəxsin keçməsini görərək sürətini azaltmış və sağ zolağla hərəkət edərkən “Ford” markalı avtomobil hərəkətə başlamışdır. O, saatda 30-40 km/saat sürətlə hərəkətinə davam edərkən təqribən 4 metr məsafədən “Ford”-un qarşısından hərəkətdə olduğu zolağa bir qadının adi yerişlə hərəkət etməsini görərək əyləci sıxmış, lakin bu, heç bir fayda verməmiş, idarə etdiyi avtomobilin ön sol hissəsi ilə həmin qadını ehtiyatsızlıqdan vurmuşdur. Avtomobildən dərhal düşərək həmin qadını avtomobilə əyləşdirib xəstəxanaya aparmışdır. İran İslam Respublikasının Məşhəd şəhərində ziyarətdə olduğuna görə ümumiyyətlə spirtli içki qəbul etmir, yol-nəqliyyat hadisəsi zamanı idarə etdiyi avtomobildə özündən başqa heç kim olmamışdır. İlk dəfə ehtiyatsızlıqdan törətdiyi bu əməlindən peşmandır. Zərərçəkmiş şəxslə barışıq əldə etməkdən ötrü xəstəxana xərci olaraq 1500 manat xərc çəkmişdir, lakin zərərçəkmiş şəxs yenidən əməliyyat olunmaq üçün ondan yenə də pul tələb edir, buna isə onun imkanı yoxdur. Onu da qeyd edir ki, İİ Qarabağ Müharibəsinin iştirakçısı olmuş, “Vətən müharibəsi iştirakçısı” və “Qubadlının azad edilməsinə görə” medalları ilə təltif edilmişdir. Bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, 19 iyul 2022-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsində yolu Binə-Sovxoz istiqamətində sağ tərəfdən sol tərəfə keçərkən yolun Sovxoz tərəfə olan hərəkət hissəsini keçdikdən sonra üzü Binə Mərkəzə tərəf hərəkətdə olan yük maşınının qarşısından keçmiş və birinci zolaqdan gələn avtomobilə fikir verməmişdir. Bu zaman avtomobil onun sağ qoluna dəymiş və zərbənin gücündən yerə yıxılmışdır. Hadisəni törədən və adını sonradan bildiyi sürücü Təqsirləndirilən şəxs onu yerdən qaldırıb avtomobilə yerləşdirmiş və xəstəxanaya aparmışdır. Xəstəxanada müayinə olunduqdan sonra çanaq nahiyəsində çat olduğu aşkar edilmiş, daha sonra ev şəraitində müalicə olunmuşdur. Təqsirləndirilən şəxs hadisədən sonra ona az da olsa köməklik etmişdir. Lakin onun müalicəsi indi də davam edir, o, yenə də əməliyyat olunmalıdır və həmin əməliyyata 8000 manat pul lazımdır. Çətinliklə dolanır, müalicəsi ilə əlaqədar çoxlu borcu vardır. Tələbi ondan ibarətdir ki, təqsirləndirilən şəxs ona heç olmasa 3000-3500 manat köməklik etsin. Təqsirləndirilən şəxs ziyanı ödəməsə, o, ondan şikayətçidir.. Bunların nəzərə alınmasını və təqsirləndirilən şəxsə müvafiq cəza verilməsini xahiş edir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 16 avqust 2022-ci il tarixli, 1022 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər – sağ bazu sümüyünün qapalı, qəlpəli, yerdəyişən, sağ mil sümüyünün bizvari çıxıntısının yerdəyişməyən, sağ oturaq və qasıq sümüklərinin, sol qasıq sümüyünün yerdəyişməyən sınıqları, sağ baldırın qançırı, sol dizin əzilmiş yarası, hər iki dizin sıyrıları küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun “X8” X9 müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2022-ci il tarixli yol-nəqliyyat hadisəsinə uyğun gələ bilər və sağlamlığın uzun müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa AZ AĞİR dərəcəli zərərvurmaya aiddirlər. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 05 noyabr 2022-ci il tarixli, 8/2808 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, “Samand Se” markalı, **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən, onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 85,00 (səksən beş) manatdır. İş materiallarında olan İş üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsindən alınmış sorğunun 16 noyabr 2022-ci il tarixli cavab məktubundan görünür ki, DİN Baş X12i İdarəsi Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx xxxx 1997-ci il təvəllüdlü Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi verilməmişdir. İş materiallarında olan SX № ******* saylı Hərbi biletin surətindən görünür ki, Təqsirləndirilən şəxs ikinci Qarabağ Müharibəsinin iştirakçısıdır, Cəbrayıl və Qubadlı rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Medallarının Vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 24 iyun tarixli İ-13034 saylı Sərəncamı ilə “Qubadlının azad olunmasına görə” medalı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli 250s saylı Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı medalı ilə təltif edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 18 noyabr 2022-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaqla, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətməsi faktı onun özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin ifadəsi və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxsnın əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, təqsirləndirilən şəxs X3 törətdiyi əməli etiraf edib peşmançılıq çəkməsini, baş vermiş yol-nəqliyyat hadisəsindən sonrakı davranışını, zərərçəkmiş şəxslə barışmaq üçün cəhd göstərərək ona müalicəsi ilə bağlı müəyyən məbləğdə maddi yardım göstərməsini, ikinci Qarabağ Müharibəsinin iştirakçısı olmasını, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 24 iyun tarixli İ-13034 saylı Sərəncamı ilə “Qubadlının azad olunmasına görə” medalı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli 250s saylı Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı medalı ilə təltif edilməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətdiyi cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 26 dekabr 2022-ci il və 12 yanvar 2023-cü il tarixlərdə heç bir üzrlü səbəb olmadan məhkəmə iclaslarına gəlmədiyinə görə növbəti məhkəmə iclası 26 yanvar 2023-cü il tarixə təyin edilərək onun məcburi qaydada məhkəməyə gətirilməsi barədə qərar çıxarılmış, icrası Xəzər RPİ-nin 3cü PŞ-nə tapşırılmışdır. Xəzər RPİ-nin 3-cü PŞ 26 yanvar 2023-cü il tarixli məktubla məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs məhkəməyə gətirilməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri keçirilsə də qərarda göstərilən müddət ərzində tapılmasının mümkün olmaması, hazırda onun yerinin müəyyən olunması istiqamətində tədbirlərin davam etdirilməsi barədə məlumat vermişdir. 26 yanvar 2023-cü il tarixdə məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində axtarış elan olunması qərarı çıxarılaraq icrası Xəzər RPİ-nin 3-cü PŞ-nə tapşırılmışdır. 3-cü PŞ 13 fevral 2023-cü il tarixli məktubla məhkəməyə müraciət edərək 13 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Binə qəsəbəsi Ə.İsazadə küçəsində saxlanılaraq məhkəməyə təhvil verilməsini bildirmişdir. Həmin gün məhkəmədə Təqsirləndirilən şəxs çağırış vərəqəsi təqdim olunaraq növbəti məhkəmə iclasının 27 mart 2023-cü il tarixə təyin edilməsi bildirilərək məhkəmə iclasında iştirak etməsinin zəruriliyi barədə xəbərdar edilmiş, barəsiində başqa yerə getməmək barədə qətimkan tədbirinin seçilməsi nəzərə alınmış və o, sərbəst buraxılmışdır. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 85,00 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 saylı qərarının 23-cü bəndinə əsasən, məhkəmələr nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrumetmənin əlavə cəza kimi tətbiq edildiyi hallarda hökmlərin icrasına xüsusi diqqət yetirməlidirlər. Bu halda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 157.2-ci maddəsinə əsasən həmin cəza intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalara əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza üçün müəyyən edilmiş müddətə şamil olunur. Məhkəmə eyni zamanda qeyd edir ki, cinayət işi üzrə zərərçəkmiş şəxs tərəfindən maddi ziyanın mövcudluğu göstərilsə də, təqsirləndirilən şəxsə qarşı belə bir tələb irəli sürülmədiyindən, həmin ziyanın tutulması barədə hər hansı qərar qəbul edilə bilməz. Ona görə də məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsə hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkilləri X4 və Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X4 10 iş saatına görə 60,00 (altmış) manat və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 10 iş saatına görə 60,00 (altmış) manat olmaqla ümumilikdə 120,00 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 85,00 (səksən beş) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Zərərçəkmiş şəxsə hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X7 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə 60,00 (altmış) manat və Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 60,00 (altmış) manat olmaqla ümumilikdə 120,00 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №1(003)-127/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-127/2023
17.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver