Məhkəmə qərarları › İş №1(003)-127/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-127/2025

08.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-127/2025 08.05.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs6, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1989-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, işləməyən, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Gəncə şəhəri, Kəpəz rayonu, T.Arani küçəsi, ev 7, mənzil 30-da qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, yeni yaşayış sahəsi, nömrəsiz fərdi evdə kirayədə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2024-cü il tarixdə saat 13 radələrində Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozu ərazisində yerləşən nömrəsiz fərdi yaşayış evinin arxa tərəfə olan plastik pəncərəsini açma yolu ilə yaşayış sahəsinə qanunsuz daxil olub evin yataq otağında olan dolabın üstündəki Zərərçəkmiş şəxs1 məxsus qara rəngli saxlanc yeri olan əl çantasından 700 manat məbləğində nağd pulu, dolabın üstündə olan dəyəri 60 manat olan markası istintaqa məlum olmayan bir ədəd qol saatını, həmin dolabın üstündə olan bir ədəd saxlanc yeri olan plasmas qabdan dəyəri 300 manat olan bir cüt qızıl sırğanı, dəyəri 150 manat olan bir ədəd qızıl üzüyü, dəyəri 200 manat olan bir ədəd qızıl üzüyü, dəyəri 250 manat olan bir ədəd qızıl üzüyü götürüb aparmaqla sataraq əldə etdiyi pulları şəxsi ehtiyaclarına xərcləyib Zərərçəkmiş şəxs1 ümumilikdə 1.660 (min altı yüz altmış) manat məbləğində ziyan vurub özgənin əmlakını yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olub gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2024-cü il tarixdə saat 15 radələrində Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bakavtomat yolu adlanan ərazidə yerləşən nömrəsiz fərdi yaşayış evinin küçəyə tərəf olan plastik pəncərəsini açma yolu ilə yaşayış sahəsinə qanunsuz daxil olub evin yataq otağındakı yatacaqların altında dəyəri 800 manat olan qızıl boyunbağını, dəyəri 250 manat olan bir ədəd qızıl boyunbağını, dəyəri 300 manat olan bir ədəd qızıl boyunbağını, dəyəri 300 manat olan iki ədəd qızıl üzüyü, dəyəri 500 manat olan bir ədəd qızıl üzüyü, dəyəri 150 manat olan bir ədəd qızıl üzüyü, dəyəri 600 manat olan bir ədəd qızıl qolbağını, dəyəri 900 manat olan bir ədəd qızıl üzüyü, dəyəri 300 manat olan bir ədəd qızıl üzüyü, dəyəri 400 manat olan bir ədəd qızıl üzüyü, dəyəri 550 manat olan bir ədəd qızıl üzüyü, dəyəri 4.500 manat olan qızıl dəst və dəyəri 30 manat sadə metaldan olan bir cüt büjiteriya sırğanı, evin digər yataq otağındakı taxtın döşəyinin altından 2.500 manat pulu götürüb aparmaqla əşyaları sataraq əldə etdiyi pulları şəxsi ehtiyaclarına xərcləyib Zərərçəkmiş şəxs2 ümumilikdə 12.880 (on iki min səkkiz yüz səksən) manat məbləğində xeyli miqdarda ziyan vurub özgənin əmlakını yaşayış sahəsinə qanunsuz daxil olub gizli olaraq talamaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2024-cü il tarixdə saat 16 radələrində Zərərçəkmiş şəxs3 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə Sovxozu ərazisində yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətinə hasardan aşmaqla qanunsuz daxil olaraq evin plastik pəncərəsini açma yolu ilə yaşayış sahəsinə qanunsuz daxil olub evin yataq otağındakı saxlanc yeri olan sandıqdan dəyəri 800 manat olan bir ədəd qızıl saatı və saxlanc yeri olan paltar dolabındakı dəyəri 60 manat olan bir ədəd ətiri götürüb aparmaqla sataraq əldə etdiyi pulları şəxsi ehtiyaclarına xərcləyib Zərərçəkmiş şəxs3 ümumilikdə 860 (səkkiz yüz altmış) manat məbləğində ziyan vurub özgənin əmlakını yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olub gizli olaraq talamaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2024-cü il tarixdə saat 16 radələrində Zərərçəkmiş şəxs4 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozu ərazisində yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətinə hasardan aşmaqla qanunsuz daxil olaraq evin plastik pəncərəsini açma yolu ilə yaşayış sahəsinə qanunsuz daxil olub evin yataq otağındakı saxlanc yeri olan dolabın sirməsinə qoyduğu mücrünün içərisindən bir ədəd 500 manat dəyərində olan qızıl üzüyü, bir ədəd 350 manat dəyərində olan qızıl üzüyü, bir ədəd 350 manat dəyərində qızıl üzüyü, bir ədəd 1.700 manat dəyərində qızıl komplekti, bir ədəd 100 manat dəyərində qızıl qolbaq və bir ədəd 400 manat dəyərində qızıl sırğanı götürüb aparmaqla sataraq əldə etdiyi pulları şəxsi ehtiyaclarına xərcləyib Zərərçəkmiş şəxs4 ümumilikdə 3.400 (üç min dörd yüz) manat məbləğində ziyan vurub özgənin əmlakını yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olub gizli olaraq talamaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2024-cü il tarixdə saat 16 radələrində Zərərçəkmiş şəxs5 Möhübbət oğluna məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozu ərazisində yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətinə giriş qapısı olmayan yerdən qanunsuz daxil olaraq evin plastik pəncərəsini açma yolu ilə yaşayış sahəsinə qanunsuz daxil olub evin yataq otağındakı paltar dolabının üst hissəsində olan qara rəngli saxlanc yeri olan paltar çemodanının altında göy rəngli dəsmala bükülmüş 7.800 manat məbləğində pulu götürüb aparmaqla şəxsi ehtiyaclarına xərcləyib Zərərçəkmiş şəxs5 Möhübbət oğluna 7.800 (yeddi min səksən) manat məbləğində xeyli miqdarda ziyan vurub özgənin əmlakını yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olub gizli olaraq talamaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2024-cü il tarixdə saat 14 radələrində Zərərçəkmiş şəxs6 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozu ərazisində yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətinə hasardan aşmaqla qanunsuz daxil olaraq evin plastik pəncərəsini açma yolu ilə yaşayış sahəsinə qanunsuz daxil olub evin yataq otağındakı paltar dolabında saxlanc yeri olan qara rəngli çantadan 470 manat məbləğində pulu, həmin dolabın içərisindəki dəyəri 300 manat olan bir ədəd qızıl üzüyü, dəyəri 400 manat olan bir ədəd qızıl üzüyü, dəyəri 450 manat olan bir ədəd qızıl üzüyü, dəyəri 350 manat olan bir ədəd qızıl qolbağını, dəyəri 500 manat olan bir ədəd qızıl boyunbağını və həmin otaqdakı paltar dolabında olan 5.200 manat oulu götürüb aparmaqla əşyaları sataraq əldə etdiyi pulları şəxsi ehtiyaclarına xərcləyib Zərərçəkmiş şəxs6 ümumilikdə 7.670 (yeddi min altı yüz yetmiş) manat məbləğində xeyli miqdarda ziyan vurub özgənin əmlakını yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olub gizli olaraq talamaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi xx.xx.2024-cü il tarixdə saat 13 radələrində Zərərçəkmiş şəxs7 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozu ərazisində yerləşən nömrəsiz fərdi yaşayış evinin küçəyə tərəfə olan plastik pəncərəsini açma yolu ilə yaşayış sahəsinə qanunsuz daxil olub evin yataq otağındakı saxlanc yeri olan sandıqdan dəyəri 300 manat olan bir ədəd qızıl üzüyü, dəyəri 350 manat olan bir ədəd qızıl üzüyü, dəyəri 400 manat olan bir ədəd qızıl üzüyü, hər birinin dəyəri 450 manat olmaqla cəmi dəyəri 900 manat təşkil edən iki ədəd qızıl üzüyü, dəyəri 150 manat olan bir cüt qızıl sırğanı, dəyəri 200 manat olan bir cüt qızıl sırğanı, dəyəri 1.350 manat olan qızıl boyunbağını, dəyəri 350 manat olan bir ədəd qızıl klonu və həmin otaqda dolabın üstündəki saxlanc yeri olan pul qabından 550 manat pulu götürüb aparmaqla əşyaları sataraq əldə etdiyi pulları şəxsi ehtiyaclarına xərcləyib Zərərçəkmiş şəxs7 ümumilikdə 5.000 (beş min) manat məbləğində ziyan vurub özgənin əmlakını yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olub gizli olaraq talamaqla təkrarən oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3, 177.2.4-cü maddələri ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində bildirdi ki, əvvəllər dəfələrlə oğurluq cinayəti törətdiyinə görə, bir dəfə də dələduzluq cinayəti törətdiyinə görə məhkum olunmuşdur. Sonuncu dəfə 2020-ci ildə həbs olunmuş və 2023-cü ildə vaxtından əvvəl cəzadan azad olunmuşdur. Son vaxtlar heç bir yerdə işləmədiyinə görə maddi vəziyyəti pis olmuşdur. Onun barəsində olan cinayət işi üzrə 7 nəfər zərərçəkmiş şəxs tanınsada o, cəmi 4 epizod üzrə özünü təqsirli bilir. Belə ki, təxminən 2024-cü ilin fevral – sentyabr ayları ərzində bu oğurluqları etmişdir. Binə qəsəbəsi, Südçülük Sovxozunda yerləşən Zərərçəkmiş şəxs1 məxsus evə daxil olaraq oradan 700 manat pul və dolabın üstündə olan bir ədəd plasmas qabda olan qızıl-zinət əşyalarını oğurlamışdır. Binə qəsəbəsi, Bakavtomat yolunda yerləşən Zərərçəkmiş şəxs2 məxsus evə daxil olarkən oradan 2500 manat pul və qızıl-zinət əşyaları oğurlamışdır. Binə qəsəbəsi, Donuzkökəltmə Sovxozu ərazisində Zərərçəkmiş şəxs3 məxsus evə daxil olarkən oradan qızıl-zinət əşyası oğurlamışdır. Bundan başqa Binə qəsəbəsi, Südçülük Sovxozunda yerləşən Zərərçəkmiş şəxs5 Möhübbət oğluna məxsus evə daxil olarkən oradan heç bir şey oğurlamadan evdən çıxmışdır. Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs7 qeyd etdiklərinə dair o, heçnə bilmir, qeyd edilən ünvanlara daxil olmamışdır. Digər 4 epizod üzrə evlərdən oğurladığı qızıl-zinət əşyalarını sataraq pul əldə etmiş və oğurladığı pulları öz şəxsi ehtiyaclarına xərcləmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs2 məhkəmə iclasında verdiyi ifadəsində qeyd etdi ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bakavtomat yolu, nömrəsiz fərdi evdə ailəsi ilə birlikdə yaşayır. xx.xx.2024-cü il tarixdə anası evə daxil olanda görmüşdür ki, evin bütün əşyaları dağınıq vəziyyətdədir. Onlar birlikdə evin hər yerinə nəzər yetirmiş, əşyalarından heç biri oğurlanmadığını bilmiş, lakin pul və qızıllarını tapa bilməmişlər. Nəticədə məlum olmuşdur ki, ona məxsus 2500 manat pul və anasına və bacısına məxsus dəyəri qızıl –zinyət əşyaları oğurlanmışdır. O, dərhal DİN-in 102 zəng mərkəzi xidmətinə zəng vurub məlumat vermişdir. Oğurluq nəticəsində ona 12.880 (on iki min səkkiz yüz səksən) manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs6 verdiyi ifadəsində qeyd etmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 17:10 radələrində anası evə gələndə görmüşdür ki, evin mətbəxinin plastik pəncərəsi açıq vəziyətdədir və evin hər yerində aşyalar dağınıq haldadır. Tez ona zəng vurmuş və o, tez evə gəldikdə həmin mənzrəni görmüşdür. Evin hər yerinə nəzər yetirdikdən sonra məlum olmuşdur ki, yataq otağındakı paltar dolabında anasına məxsus qara rəngli çantadan 470 manat pul, həmin dolabın içərisində olan anasına məxsus dəyəri 300 manat olan bir ədəd qızıl üzük, dəyəri 400 manat olan dəyəri bir ədəd qızıl üzük, 450 manat olan bir ədəd qızıl üzük, dəyəri 350 manat olan bir ədəd qızıl qolbaq, dəyəri 500 manat olan bir ədəd qızıl boyunbağı oğurlanmışdır. Digər yataq otağına baxdıqda isə aşkar etmişdir ki, həmin otaqdakı paltar dolabında saxladığı 5.200 manat pulu da oğurlanmışdır. Bundan sonra dərhal Xəzər RPİnin 3-cü PŞ-nə gedib ərizə ilə müraciət edərək hadisə barədə məlumat vermişdir. Anasının çantasından oğurlanmış 470 manat özünə məxsus olmuşdur, xərcləmək üçün anasına vermişdir, eyni zamanda 5.200 manat pul da onun özünə məxsus olmuşdur. Ümumilikdə ona 7.670 (yeddi min altı yüz yetmiş) manat maddi ziyan dəydiyini bildirmişdir. Ona dəymiş maddi ziyan ödənilməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs4 verdiyi ifadəsində qeyd etmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 16:30 radələrində ailə üzvləri ilə birlikdə qohum evinə qonaq getmişdir. Həmin gün gecə təxminən saat 00:00 radələrində yaşadığı evə gəlmişdir. Evinin həyatyanı sahəsinin giriş qapısını açarla özü açıb həyətə daxil olmuşdur. Evə daxil olan zaman evinin yataq otağının və digər otaqlarının dağıntılı olduğunu görmüşdür. Sonra yataq otağında olan dolaba baxmış, həmin yataq otağındakı dolabın sirməsinə qoyduğu mücrünün içərisindən dəyərli qızıl əşyalar oğurlanmışdır. Baş vermiş oğurluq cinayəti nəticəsində ona ümumilikdə 3400 manat məbləğində maddi ziyan dəymişdir. Ona dəymiş maddi ziyan ödənilməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs5 Möhübbət oğlu verdiyi ifadəsində qeyd etmişdir ki, 08 sentyabr 2024-cü il tarixdə saat 20:30 radələrində yaşadığı evə qayıdarkən həyətdə olan taxta nərdivanın evin yan hissəsində olan pəncərənin qarşısına qoyulduğunu, həmin plastik pəncərənin açıq vəziyyətdə olduğunu görmüşdür. Daha sonra evə daxil olduqda evin ümumlikdə hər 3 otağının dağınıq halda olduğunu görüb, dərhal evin digər otağına keçmişdir. Yataq otağında aşkar etmişdir ki, həmin otaqda yerləşən paltar dolabının üst hissəsində olan qara rəngli paltar çemodanının altında göy rəngli dəsmala bükərək qoyduğu 7.800 manat pulu oğurlanmışdır. Elə həmin gün bu barədə DİN-nin 102 zəng xidmətinə baş vermiş hadisə ilə bağlı müraciət etmişdir. Baş vermiş oğurluq cinayət nəticəsində evindən nağd puldan başqa hər hansı bir qızıl zinət-zinət əşyası və ya dəyərli əşya oğurlanmadığını, evindən yalnız nağd olaraq yalnız 7.800 manat məbləğində pul oğurlandığını və nəticədə ona 7.800 manat maddi ziyan dəydiyini bildirmişdir. Ona dəymiş maddi ziyan ödənilməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs7 verdiyi ifadəsində qeyd etmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 13:30 radələrində qızı və həyat yoldaşı evə daxil olmuş və görmüşdür ki, evin yan tərəfinə baxan pəncərəsi açıq vəziyyətdədir və evin əşyaları da dağınıq haldadır. Evdə hər yerə nəzər yetirdikdən sonra aşkar etmişdir ki, evin yataq otağndakı sandıqdan həyat yoldaşına məxsus dəyəri 300 manat olan bir ədəd qızıl üzük, dəyəri 350 manat olan bir ədəd qızıl üzük, dəyəri 400 manat olan bir ədəd qızıl üzük, hər birinin dəyəri 450 manat, ümumilikdə 900 olan iki ədəd qızıl üzük, dəyəri 150 manat olan bir cüt qızıl sırğa, dəyəri 200 manat olan bir cüt qızıl sırğa, dəyəri 1.350 manat olan qızıl boyunbağı, dəyəriv 350 manat olan bir ədəd qızıl klon və həmin otaqda dolabın üstündə qoyduğum pul qabında ona məxsus 550 manat pul oğurlanmışdır. Həyat yoldaşı ona zəng vurub məlumat verən kimi o, tez evə gəlmiş və DİN-in 102 zəng mərkəzi xidmətinə zəng vurub məlumat vermişdir. Oğurluq nəticəsində ona 5.000 (beş min) manat maddi ziyan dəymişdir. Ona dəymiş maddi ziyan ödənilməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs3 Vəliyyədin oğlu ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 21:40 radələrində evinə gəlmiş və oğurluq hadisəsi olmasını aşkar etmişdir. Belə ki, evə daxil olub görmüşdür ki, evin bütün əşyaları dağınıq vəziyyətdədir və evin plastik pəncərəsi də açıq haldadır. Evə baxdıqdan sonra müəyyən etmişdir ki, yataq otağında anasından yadigar qalan sandıqda saxladığı və mərhum anasının ona bağışladığı dəyəri 800 manat olan bir ədəd qızıl saat və paltar dolabında saxladığı dəyəri 60 manat olan bir ədəd ətir oğurlanmışdır. İkin araşdırma zamanı izahatında evindən oğurluq hadisəsi xx.xx.2024-cü il saat 09:00 radələrindən tarixd xx.xx.2024-cü il saat 21:40 radələrinədək olan müddətdə baş verməsini bildirməsi məsələsinə aydınlıq gətirərək bildirmişdir ki, ola bilsin həmin vaxt fikrini düzgün ifadə etməmişdir, əslində ifadəsində qeyd etdiyi kimi xx.xx.2024-cü il tarixdə evinə gəlmiş və bu zaman heç bir oğurluq hadisəsi aşkar etməmişdir, xx.xx.2024-cü il tarixdə təxminən saat 09 radələrində evdən çıxıb Laçın rayonuna qayıtmış, xx.xx.2024-cü il tarixdə təxminən saat 21:40 radələrində yenidən evinə gəldikdə oğurluq hadisəsini aşkar etmişdir. Ümumilikdə ona 860 (səkkiz yüz altmış) manat dəyərində maddi ziyan dəydiyini bildirmişdir. Ona dəymiş maddi ziyan ödənilməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd etmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 17 radələrində evə gəlib görmüşdür ki, evin arxa plastik pəncərəsi açıq vəziyyətdədir. Bunu görən kimi şübhələnmiş və dərhal yataq otağına daxil olub görmüşdür ki, evin əşyaları dağınıq vəziyyətdədir. Tez həmin otaqdakı dolabın üstündə qoyduğu qara rəngli əl çantasına baxıb aşkar etmişdir ki, həmin çantada olan ona məxsus 700 manat pul və dolabın üztündə qoyduğu ona məxsus dəyəri 60 manat olan markasını hazırda xatırlamadığı bir ədəd qol saatı oğurlanmışdır. Bundan sonra aşkar etmişdir ki, həmin dolabın üstündə olan bir ədəd plasmas qabda həyat yoldaşına məxsus dəyəri 300 manat olan bir cüt qızıl sırğa, dəyəri 150 manat bir ədəd qızıl üzük, dəyəri 200 manat olan bir ədəd qızıl üzük, dəyəri 250 manat olan bir ədəd qızıl üzük də oğurlanmışdır. Dərhal DİN-in 102 zəng mərkəzi xidmətinə zəng vurub məlumat vermişdir. Oğurluq hadisəsi nəticəsində 1.660 (min altı yüz altmış) manat maddi ziyan dəymişdir. Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, təxminən iki ildir ki, Nəsimi rayonu ərazisində yerləşən “Moskva Univermağı’nın qarşısındakı 6 nömrəli qızılların alqı-satqısı məntəqəsində icarədar kimi işləyib qızıl və gümüş alışı və satışı ilə məşğul olur. Belə ki, aldığı qızıl və gümüşü metal qiymətinə alır və üzərinə müəyyən faizini, yəni xeyrini qoyub iri həcmli qızıl və gümüş alqı-satqısı ilə məşğul olan ayrı-ayrı şəxslərə satır. Çox vaxt isə həmin məntəqədə özü üçün yerləşdirdiyim piştaxtaya qoyub pərakəndə qiymətə öz xeyrini qoymaq şərti ilə satır. Lakin Tural adlı şəxsdən aldığı qızıllar onda qalmadığını, onların hamısını elə həmin gün satdığını qeyd etmişdir. Bildirmişdir ki, qızıl və ya gümüş satan şəxs yaxınlaşanda həmin şəxsdən həmin qızıl və ya gümüş əşyalarının kimə məxsus olduğunu soruşur, özünə məxsus olduğuna əmin olduqdan sonra tərəzidə çəkdikdən sonra günün məzənnəsinə uyğun olaraq qiymətləndirir. Ona qızıl satan şəxs şübhəli olanda isə həmin şəxs barəsində özündə xüsusi qeydlər aparır. İş üzrə Təqsirləndirilən şəxs müxtəlif mənzillərdən oğurladığı qızıl əşyalarını bir neçə dəfə gətirib ona satmasını bildirməsi məsələsinə aydınlıq gətirərək bildirmişdir ki, həmin şəxsi polis əməkdaşları ilə birlikdə işlədiyi yerə gələndə görmüş və yadına düşmüşdür ki, həmin şəxs onun işlədiyi yerə gələrək qızıl əşyaları satmışdır, lakin qızılların hansı formada olduğunu, hansı qiymətə ondan aldığını və neçə dəfə aldığını dəqiq xatırlamır. Təqsirləndirilən şəxs qızıl əşyalarını alanda həmin qızılların ona məxsus olub-olmadığını soruşmuş, Tural ona bildirmişdir ki, özünə məxsusdur, uşağı xəstədir, ehtiyacı olduğuna görə satır, o, da ona inanıb tərəzidə çəkib və çəkiyə uyğun pulunu vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Xəzər rayonu, Südçülük Sovxozu ərazisində yerləşən evdə baş vermiş oğurluq hadisəsi ilə bağlı baxış keçirilmiş və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur; - Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bakavtomatda baş vermiş oğurluq hadisəsi ilə bağlı baxış keçirilmiş və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur; - Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi X8 ərazisində yerləşən evdə baş vermiş oğurluq hadisəsi ilə bağlı baxış keçirilmiş və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur; - Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs4 məxsus Bakı şəhəri, Xəzər rayonu, Südçülük Sovxozu ərazisində yerləşən evdə baş vermiş oğurluq hadisəsi ilə bağlı baxış keçirilmiş və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur; - Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs5 Möhübbət oğluna məxsus Bakı şəhəri, Xəzər rayonu, Südçülük Sovxozu ərazisində yerləşən evdə baş vermiş oğurluq hadisəsi ilə bağlı baxış keçirilmiş və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur; - Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs6 məxsus Bakı şəhəri, Xəzər rayonu, X8 ərazisində yerləşən evdə baş vermiş oğurluq hadisəsi ilə bağlı baxış keçirilmiş və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur; - Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs7 məxsus Bakı şəhəri, Xəzər rayonu, X8 ərazisində yerləşən evdə baş vermiş oğurluq hadisəsi ilə bağlı baxış keçirilmiş və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur; - Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.3cü maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır; - İfadənin yerində yoxlanması haqqında xx.xx.2024-cü il tarixli protokoldan aydın olur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Xəzər rayonu Binə qəzəsbəsində yerləşən evdən və Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri Xəzər rayonu Bakavtomatdan, Zərərçəkmiş şəxs3 Vəliyyədin oğluna məxsus Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Donuzkökəltmə Savxozunda yerləşən evindən, Zərərçəkmiş şəxs4 məxsus Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozunda yerləşən evindən, Zərərçəkmiş şəxs5 Möhübbət oğluna məxsus Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozunda yerləşən evindən, Zərərçəkmiş şəxs6 məxsus Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozunda yerləşən evindən, Zərərçəkmiş şəxs7 məxsus Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozunda yerləşən evindən oğurluq etdiyini etiraf edərək hadisə yerini göstərmişdir; - Şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur; - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir; - xx.xx.2024-cü il tarixli qərardan məlum olur ki, Təqsirləndirilən şəxs barəsində ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilmişdir; - 05 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi Azərbaycan Respublikası CMnin 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilmişdir. - 04 oktyabr 2024- cü il tarixdə ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilərək ********* adı altında ibtidai istintaqı davam etdirilmişdir; - 05 oktyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3, 177.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir; - Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.3cü maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır; - Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikasının CMnin 177.2.3-cü maddəsi ilə ittiham elan olunmuşdur; -05 noyabr 2024- cü il tarixdə ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilərək ********* adı altında ibtidai istintaqı davam etdirilmişdir; - Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X9 zərərçəkmiş şəxs qismində tanınmışdır; - Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 Vəliyyədin oğlu zərərçəkmiş şəxs qismində tanınmışdır; - Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs5 Möhübbət oğlu zərərçəkmiş şəxs qismində tanınmışdır; - Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs4 zərərçəkmiş şəxs qismində tanınmışdır; - Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs7 zərərçəkmiş şəxs qismində tanınmışdır; - Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs6 zərərçəkmiş şəxs qismində tanınmışdır; - Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır; -Diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin videogörüntüdə Təqsirləndirilən şəxs xx.xx.2024-cü il saat 15:20-də küçə boyu ətrafa diqqətlə nəzər yetirib piyada yeriyərək hərəkət edir. İkinci videogörüntüdə Təqsirləndirilən şəxs 13 fevral 2024-cü il tarixdə saat 14:38-də Binə qəsəbəsində hamının kanal kimi adlandırdığı ərazidə əynində qara rəngli şalvar, qara rəngli gödəkçə və açıq rəngli köynəkdə, gödəkçənin qabağı açıq vəziyyətdə əlini alnına tutaraq həyətlərin giriş qapılarına diqqətlə baxa-baxa və ətrafa nəzər yetirib piyada yeriyərək hərəkət edir. Üçüncü videogörüntüdə Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saatı videogörüntüdə görünməyən vaxtda əynində qara rəngli şalvar, qara rəngli gödəkçə, açıq rəngli köynək və başında qara rəngli papaq, gödəkçənin qabağı bağlı vəziyyətdə ətrafa diqqətlə nəzər yetirib piyada hərəkət edir. Dördüncü və beşinci videogörüntülərdə Təqsirləndirilən şəxs 13 fevral 2024-cü il tarixdə saat 15:16-15:18 aralığında tikinti işləri aparılan bir ünvanın qarşısından eyni geyimdə, sadəcə əynindəki gödəkçəni yarımçıxarmış kimi çiyninə salaraq piyada hərəkət edərək keçir; - Azərbaycan Respublikası Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 11 oktyabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Kəpəz Rayon Məhkəməsinin 23 fevral 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsiilə 3500 manat cərimə təyin edilmiş və həbsdə olma müddəti nəzərə alınaraq cəmi 2000 manat cərimə cəzsı təyin edilmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 28 dekabr 2016-cı il tarixlihökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə 01 il 11 ay 9 gün müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 may 2018-ci il tarixli qərarı ilə cəzadan azad edilmişdir. Bundan başqa o, Bakı şəhəri Sabunçu Rayon əhkəməsinin 12 sentyabr 2017-ci il tarixlıi qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 68.3 və 67.1-ci maddələri ilə təqsirli bilinərək 04 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 20 oktyabr 2017-ci il tarixli qərarı ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hökmü dəyişdirilmiş və ona 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 07 iyun 2018-ci il tarixli Suraxanı Rayon Məhkəmədinin qərarı ilə 02 il 10 ay 07 gün müddətinə endirilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 06 may 2019-cu il tarixli qərarı ilə 09 ay 23 gün müddətinə vaxtından əvvəl şərti olaraq cəzadan azad edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 20 avqust 2020-ci il tarixli hökmü ilə X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 67.1-ci maddəsinə əsasən o, 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2023-cü il tarixdə vaxtından əvvəl şərti olaraq cəzadan azad edilmişdir; - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 20 avqust 2020-ci il tarixli hökmündən müəyyən edilir ki, Təqsirləndirilən şəxs 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. CM-nin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə məhkum edildiyi 04 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının, Bakı Apellyasiya Məhkəməsinin 20 oktyabr 2017-ci il tarixli qərarı ilə cəzası 03 il 06 aya endirilmiş, Suraxanı Rayon Məhkəmədinin 07 iyun 2018-ci il tarixli qərarı ilə 02 il 10 ay 07 gün müddətinə endirilmiş cəzasının çəkilməmiş qalan 09 ay 23 günü ona təyin olunmuş yeni cəza ilə qismən birləşdirilmiş və üzərində 04 il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır; - İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamədən surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 23 avqust 2016-cı il təvəllüdlü X3 və 02 sentyabr 2024-cü il təvəllüdlü X11 adlı iki övladı vardır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi özünün etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin, şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü qismən təqsirli bilməsi barədə verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun bu ifadəsi qeyri-səmimi olmaqla yanaşı işin həqiqi hallarına uyğun gəlməməklə digər mötəbər sübutlarla tam təkzib olunur və o, həmin ifadəsini cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə vermişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3, 177.2.4-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama – təkrarən; yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla, xeyli miqdarda ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3, 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır; 18.2.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətin residivi təhlkəli sayılır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkmələri müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2009-cu il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumuluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını (CM-nin 59.1.4) cəzasını yüngülləşdirici hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəmsinin 20 oktyabr 2017-ci il tarixli qərarı və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 20 avqust 2020-ci il tarixli hökmü ilə yaranmış məhkumluqlarının ödənilməməsi cinayətin təhlükəli residivini yaradır. Təqsirləndirilən şəxs əməlində cinayətin təhlükəli residivi Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi qiymətləndirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3), ş üzrə maddi sübut kimi tanınmış 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3, 177.2.4cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslərin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3, 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Maddi sübut olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saat vaxta görə 120 manat, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X7 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 18 saat vaxta görə 113 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar