Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-128/2024 13.05.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Mətanət Təbriz qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçilər – Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakları ilə, xx xxxx 1974-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Stansiya Qala nömrəsiz fərdi evdə yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş - - Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə və xx xxxxxx 1993-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olmaqla orada yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş – - Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs Azərbaycan Respublikası DİN X4 işə düzəldəcəyini vəd etməklə etibarından sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə 21 oktyabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2 istifadəsində olan 4098 58** **** 8293 nömrəli “UniBank” bank kartına göndərdiyi 10000 manat (5000 manat + 5000 manat) pulu, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi ərazisində təqdim etdiyi qohumu Şahid məxsus maaş kartından isə Təqsirləndirilən şəxs1la Anar Nəjəfovun 2022-ci ilin dekabr ayında 600 manat pulu, 2023-cü ilin yanvar ayında 600 manat pulu çıxarıb ələ keçirməklə vədinə əməl etmədən zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 11200 manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. İttiham aktına əsasən Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 tanışı X2 ilə qabaqjadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs Azərbaycan Respublikası DİN X4 işə düzəldəcəyini vəd etməklə etibarından sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə 21 oktyabr 2022ci il tarixdə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2 istifadəsində olan 4098 58** **** 8293 nömrəli “UniBank” bank kartına göndərdiyi 10000 manat (5000 manat + 5000 manat) pulu, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi ərazisində təqdim etdiyi qohumu Şahid məxsus maaş kartından isə Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 2022-ci ilin dekabr ayında 600 manat pulu, 2023-cü ilin yanvar ayında 600 manat pulu çıxarıb ələ keçirməklə vədinə əməl etmədən zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 11200 manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxslərin törətdikləri cinayət əməli məhkəmədə tədqiq edilmiş, onların, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, dostu Təqsirləndirilən şəxs1 vasitəsi ilə 2022-ci ilin oktyabr ayında Aysel və Lalə adlı xanımlarla tanış olmuşdur. Həmin ərəfədə Lalə iş axtardığından, onlara da iş tapmaqda köməklik etmələrini xahiş etmiş, o da Tural ilə belə qərara gəlmişlər ki, Laləni DİN X7 işə düzəltsinlər. Lalə ilə görüşüb söhbət edərkən ona 14000 manat müqabilində DİN X7 işə düzələ biləcəyini bildirmişlər. Lalə də onların dediyi ilə razılaşıb və yaşadığı Gəncə şəhərinə gedib oradan 19 oktyabr 2022-ci il tarixdə 5000 manat və 21 oktyabr tarixində 5000 manat pulu onun Laləyə göndərmiş olduğu 4098-58******8293 saylı karta Gəncə şəhərində yerləşən “UNİBANK” vasitəsilə göndərmişdir. O, həmin pulu kartından çıxarıb Tural ilə birlikdə ehtiyaclarına xərcləmişlər. Bir neçə gün sonra Lalə onlarla görüşüb işlə maraqlandıqda Tural Laləyə bildirmişdir ki, “sən heç yerə getməyəcəksən və heç kimlə görüşməyəcəksən, biz hər şeyi həll edəcəyik”. 25 noyabr 2022-ci il tarixdə X3 qəsəbəsində kirayə yaşadığı evə gedərək onun onlara verməli olduğu 4000 manat pula görə Lalənin xalası qızı Ayselin maaş kartını amışdır ki, həmin 4000 manat pulu da o kartdan çıxarsınlar. Həmin kartdan da 600+600 manat olmaqla 1200 manat pul çıxarıb xərcləmişlər. Hətta Laləni inandırmaq üçün ondan işə görə sənədlərinin surətini də almış və onun 3 aylıq kursa yazıldığını bildirmişlər. Beləliklə, Laləni işə düzəltmək adı ilə aldadaraq ümumilikdə ondan 11200 manat pul alıb Tural ilə birlikdə bölüb şəxsi ehtiyaclarına xərcləmişlər. İlk dəfə törətdiyi bu əməlindən peşmandır, Laləyə dəymiş maddi ziyanı tamamilə ödəyərək onunla barışmışdır. Hazırda Lalənin ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, 2022-ci ilin oktyabr ayının əvvəllərində Aysel, sonra isə onun qohumu Lalə adlı xanımla tanış olmuş, sonra isə həmin xanımları dostu Təqsirləndirilən şəxs2 ilə tanış etmişdir. Həmin ərəfədə Lalə iş axtardığından, onlardan iş tapmağda köməklik etmələrini xahiş etmiş, o da Anar ilə belə qərara gəlmişlər ki, Laləni DİN X7 işə düzəltsinlər. Lalə ilə görüşüb söhbət edərkən ona 14000 manat müqabilində DİN X7 işə düzələ biləjəyini bildirmişlər. Lalə də onların dediyi ilə razılaşıb və yaşadığı Gəncə şəhərinə gedib oradan 19 oktyabr 2022-ci il tarixdə 5000 manat və 21 oktyabr tarixində 5000 manat pulu Anarın Laləyə göndərmiş olduğu 4098- 58******8293 saylı karta Gəncə şəhərində yerləşən “UNİBANK” vasitəsilə göndərmişdir. Anar həmin pulu kartından çıxarıb onunla birlikdə ehtiyaclarına xərcləmişlər. Bir neçə gün sonra Lalə onlarla görüşüb işlə maraqlandıqda o, Laləyə bildirmişdir ki, “sən heç yerə getməyəcəksən və heç kimlə görüşməyəcəksən, biz hər şeyi həll edəcəyik”. 25 noyabr 2022-ci il tarixdə o, Lalənin Buzovna qəsəbəsində kirayə yaşadığı evə gedərək Lalənin onlara verməli olduğu 4000 manata görə Lalənin xalası qızı Ayselin maaş kartını almışdır ki, həmin 4000 manatı da o kartdan çıxarsınlar. Həmin kartdan da 600+600 manat olmaqla 1200 manat pul çıxarıb Anar ilə birlikdə xərcləmişlər. Hətta Laləni inandırmaq üçün ondan işə görə sənədlərinin surətini də almış və onun 3 aylıq kursa yazıldığını bildirmişlər. Beləliklə Laləni işə düzəltmək adı ilə aldadaraq ümumilikdə 11200 manat pul alıb Anar ilə birlikdə şəxsi ehtiyaclarına xərcləmişlər. İlk dəfə törətdiyi bu əməlindən peşmandır, Laləyə dəymiş maddi ziyanı tamamilə ödəyərək onunla barışmışdır. Hazırda Lalənin ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Himayəsində iki azyaşlı uşağı vardır. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, xalası qızı X1 vasitəsilə 2022-ci ilin oktyabr ayının əvvəllərində Tural və Anar adlı şəxslərlə tanış olmuşdur. Sonradan söhbət əsnasında o, həmin şəxslərə iş axtardığını bildirmiş, həmin vaxt Tural və Anar ona onu DİN X7 işə düzəldə biləcəklərini, buna görə 14000 manat pul lazım olduğunu bildirmişlər. O, onlara həmin məbləğdə pulunun olmadığını, uzağı 10000 manat düzəldə biləcəyini bildirmiş, onlar isə ona yerdə qalan 4000 manatı başqa şəxsdən alıb onun yerinə qoyacaqlarını və həmin məbləği hissə-hissə onlara qaytaracağını ona bildirmişlər. Onlara inandığı üçün razılıq verib 19 oktyabr 2022-ci il tarixində yaşadığı Gəncə şəhərinə getmişdir ki, pul göndərsin. 21 oktyabr tarixində 10000 manat pulu valideynlərindən alıb, Anarın ona göndərmiş olduğu 4098-58******8293 saylı karta Gəncə şəhərində yerləşən “UNİBANK” vasitəsilə, 5000+ 5000 manat olmaqla iki dəfəyə göndərmişdir. Bir neçə gündən sonra özü də Bakı şəhərinə gəlib Anar və Turalla telefonla əlaqə saxlayıb, daha sonra onlarla görüşərək işinin nə yerdə olduğunu soruşmuş, Tural ona bildirmişdir ki, “sən heç yerə getməyəcəksən və heç kimlə görüşməyəjəksən, biz özümüz hər şeyi həll edəcəyik”. 25 noyabr 2022-ci il tarixdə Tural Aysel ilə onun Buzovna qəsəbəsində kirayə yaşadığı evə gələrək onun onlara verəcək olduğu 4000 manat pula görə Ayselin maaş kartını ondan almışdır ki, həmin 4000 manat pulu kartdan çıxarsınlar. Turalın ona dediyi işlə bağlı lazımı sənədləri, yəni şəxsiyyət vəsiqəsini, doğum haqqında şəhadətnaməni, attestatın sürətini, yaşayış yerindən arayış və xasiyyətnaməni gətirib Turala vermişdir. Tural ona bildirmişdir ki, sən artıq 2023-cü ilin fevral ayına kimi 3 aylıq kursa yazılmısan, ora da sən getməyəcəksən, sənin adın gedəcək. Fevral ayında artıq Tural ilə Anarın onu aldatdıqlarını bilib onlara vermiş olduğu pulunu geri istəmişdir. Anar ona bildirmişdir ki, “artıq pul geri qaytarıla bilməz, o, rəhbərliyə verilib, mən həmin şəxslərin yanında pis yerdə qalaram”. O, onlara “əgər pulumu qaytarmasanız, sizdən polisə şikayət edəcəyəm” demiş, Anar və Tural isə özlərini müdafiə etmək üçün ona bildirmişlər ki, “sən əgər bizdən polisə şikayət etsən, biz də deyəcəyik ki, “biz həmin məbləği səndən işə düzəltmək üçün yox, borc kimi almışıq”. Budan sonra o, məcbur olub Ayselin kartını bağlatdırmışdır ki, onlar daha kartdan pul çıxarmasınlar. Çünki onlar həmin kartdan artıq 2 ayın pulunu, yən 600 manat olmaqla, ümumilikdə 1200 manat pul çıxardıblarmış. Sonradan o, kartdan çıxarılan həmin 1200 manat pulu Ayselə qaytarmışdır. Beləliklə də Anar və Tural onu işə düzəltmək adı ilə aldadaraq ümumilikdə ondan 11200 (on bir min iki yüz) manat pulu almışlar. Təqsirləndirilən şəxslər hazırda həmin ziyanı ona tamamilə ödəyərək onunla barışmışlar. Buna görə də onun təqsirləndirilən şəxslərə qarşı heç bir şikayəti və ya digər tələbi yoxdur. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və təqsirləndirilən şəxslərə hər hansı cəzanıb verilib-verilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid göstərdi ki, 2022-ci ilin oktyabr ayının əvvəllərində Tural və Anar adlı şəxslərlə tanış olmuş, daha sonra xalası qızı Zərərçəkmiş şəxs da onlarla tanış etmişdir. Sonradan söhbət əsnasında Lalə iş axtardığını Tural və Anara bildirmiş, onlar da Laləyə onu DİN X7 işə düzəldə biləcəklərini və buna görə 14000 manat pul lazım olduğunu bildirmişlər. Lalə isə o qədər pulunun olmadığını, uzağı 10000 manat düzəldə biləcəyini bildirmişdir. Onlar Laləyə yerdə qalan 4000 manatı başqa şəxsdən alıb onun yerinə qoyacaqlarını və həmin məbləği hissəhissə onlara qaytarmağı bildirmişlər. Lalə də onlara inandığı üçün razılıq verib pul göndərmək üçün 19 oktyabr 2022-ci il tarixində yaşadığı Gəncə şəhərinə getmiş 21 oktyabr tarixdə 10000 manat pulu valideynlərindən alıb, Anarın ona göndərmiş olduğu 4098-58******8293 saylı karta Gəncə şəhərində yerləşən “UNİBANK” vasitəsi ilə, 5000+5000 manat olmaqla iki dəfəyə göndərmişdir. Bir neçə gündən sonra Lalə özü də Bakı şəhərinə gəlib Anar və Turalla görüşərək işinin nə yerdə olduğunu soruşmuş, Tural ona bildirmişdir ki, “biz özümüz hər şeyi həll edəcəyik, sən heç narahat olma”. 25 noyabr 2022-ci il tarixdə Tural Lalə ilə onun Buzovna qəsəbəsində kirayə yaşadıqları evə gələrək, Lalənin ona verəcəyi 4000 manat pulun yerinə onun maaş kartını almışdır ki, həmin məbləği oradan çıxartsınlar. Turalın işlə bağlı Laləyə dediyi lazımı sənədləri də Lalə gətirib Turala vermişdir. Fevral ayında artıq Lalə Tural ilə Anarın onu aldatdıqlarını bildiyi üçün onlara vermiş olduğu pulunu geri istəmişdir. Anar Laləyə bildirmişdir ki, “artıq pul geri qaytarıla bilməz, o, rəhbərliyə verilib, həmin şəxslərin yanında pis yerdə qalar”. Lalə də onlara bildirmişdir ki, “əgər pulu qaytarmasalar onlardan polisə şikayət edəcək”. Anar və Tural Laləyə bildirmişlər ki, “sən əgər polisə bizdən şikayət etsən, biz də deyəcəyik ki, biz həmin məbləği səndən işə düzəltmək üçün yox, borc kimi almışıq”. Budan sonra Lalə ilə o, məcbur olub Turala verdikləri maaş kartını bağlatdırmışar ki, Tural kartdan pul çıxartmasın. Çünki Tural onun maaş kartdan 2 ayın pulunu, yəni 600 manat olmaqla, ümumilikdə 1200 manat pul çıxartmışdır. Sonradan həmin kartdan çıxarılan 1200 manat pulu Lalə ona qaytarmışdır. Beləliklə də Anar və Tural Laləni işə düzəltmək adı ilə aldadaraq ümumilikdə Lalədən 11200 manat pulu almışlar. İş materiallarından görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 göndərdiyi 10000 manat pulun (5000 manat + 5000 manat) 21 oktyabr 2022-ci il tarixli ödəmə qəbzlərinin surəti maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. İş materiallarından görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi “WhatsApp” yazışmaları və səs yazıları olan 01 ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. İş materiallarında olan və Zərərçəkmiş şəxs tərəfindən yazılaraq məhkəməyə ünvanlanmış 05 mart 2024-cü il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ona dəymiş ziyanı tam ödəyərək onunla barışmışdır. Hazırda onun təqsirləndirilən şəxslərə qarşı heç bir şikayəti və ya tələbi yoxdur, onlara hər hansı cəzanın verilib-verilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində iki azyaşlı uşağı vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş 27 may 2023-cü il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş 02 sentyabr 2023-cü il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1nın qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirərək dələduzluq cinayət əməlini törətmələri özlərinin etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidin ifadələri, maddi sübut kimi tanınma barədə qərar və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1nın cinayət əməli Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir və onlar həmin maddələrlə təqsirli bilinərək barələrində ittiham hökmü çıxarılmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduqları cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə, onların şəxsiyyətinin digər xüsusiyyətlərinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 ilk dəfə törətdiyi əməli etiraf edərək peşman olmasını, cinayət nəticəsində dəymiş maddi ziyanı ödəyərək zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayətinin olmamasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran – Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və buna görə də ona təqsirləndirildiyi maddələrin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 29 may 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə şübhəli şəxs qismində tutulmuş, 31 may 2023-cü il tarixdə ona həmin maddələrlə ittiham elan edilərək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməklə Xəzər RPİ MSY-dən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində 29 may 2023-cü il tarixdən 31 may 2023-cü il tarixə qədər 2 (iki) gün saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 1 (bir) günə 2 (iki) gün hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Stansiya Qala nömrəsiz fərdi evdə çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs2 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün gecə saat 24.00-dan səhər saat 07.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1nın ilk dəfə törətdiyi əməli etiraf edərək peşman olmasını, cinayət nəticəsində dəymiş maddi ziyanı ödəyərək zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayətinin olmamasını, himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1nın cəzasını ağırlaşdıran – Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və buna görə də ona təqsirləndirildiyi maddələrin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 07 iyun 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə şübhəli şəxs qismində tutulmuş, 09 iyun 2023-cü il tarixdə ona həmin maddələrlə ittiham elan edilərək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməklə Xəzər RPİ MSY-dən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində 07 iyun 2023-cü il tarixdən 09 iyun 2023-cü il tarixə qədər 2 (iki) gün saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 1 (bir) günə 2 (iki) gün hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 3 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs1 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün gecə saat 24.00-dan səhər saat 07.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Maddi sübut - Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 göndərdiyi 10000 manat pulun (5000 manat + 5000 manat) 21 oktyabr 2022-ci il tarixli ödəmə qəbzlərinin surəti hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. Maddi sübut - Zərərçəkmiş şəxs oğlunun təqdim etdiyi “WhatsApp” yazışmaları və səs yazıları olan 01 ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi ziyanın tamamilə ödənilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1nın CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs2 hüquqlarının ibtidai istintaqda və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 cəmi 40 (qırx) iş saatına görə (20 saat ibtidai istintaq zamanı və 20 saat məhkəmə baxışı zamanı) ümumilikdə 240,00 (iki yüz qırx) manat, Təqsirləndirilən şəxs1 hüquqlarının ibtidai istintaqda və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 cəmi 30 (otuz) iş saatına görə (20 saat ibtidai istintaq zamanı və 10 saat məhkəmə baxışı zamanı) 180,00 (yüz səksən) saat olmaqla ümumilikdə 420,00 (dörd yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir, ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2nın şübhəli şəxs qismində 29 may 2023-cü il tarixdən 31 may 2023-cü il tarixədək saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən 1 (bir) günə 2 (iki) gün hesablanmaqla ona təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 yaşadığı Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Stansiya Qala nömrəsiz fərdi evini gecə saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs2nın üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2nın yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2nın cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2nın barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1nın şübhəli şəxs qismində 07 iyun 2023-cü il tarixdən 09 iyun 2023-cü il tarixədək saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 1 (bir) günə 2 (iki) gün hesablanmaqla ona təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 3 ünvanını gecə saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs1nın üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1nın yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1nın cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1nın barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut - Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 göndərdiyi 10000 manat pulun (5000 manat + 5000 manat) 21 oktyabr 2022-ci il tarixli ödəmə qəbzlərinin surəti hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. Maddi sübut - Zərərçəkmiş şəxs oğlunun təqdim etdiyi “WhatsApp” yazışmaları və səs yazıları olan 01 ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi ziyanın tamamilə ödənilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs2 hüquqlarının ibtidai istintaqda və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun Müdafiəçi1 240,00 (iki yüz qırx) manat, Təqsirləndirilən şəxs1 hüquqlarının ibtidai istintaqda və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun Müdafiəçi2 180,00 (yüz səksən) manat olmaqla ümumilikdə 420,00 (dörd yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №1(003)-128/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-128/2024
13.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver