Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-129/2022 06.04.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1987-ci il tarixdə ermənistan SSR-də doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində üç azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Xocalı rayonu Xocalı şəhərində qeydiyyatda olmaqla Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsi yeni yaşayış sahəsində yaşamış, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)- 411/2021 nömrəli 14 oktyabr 2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 12 oktyabr 2021-ci il tarixdən hesablanan və hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamin əldə edib saxlayaraq üzərində daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 12 oktyabr 2021-ci il tarixdə istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq 6 (altı) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,014 qram, 0,096 qram, 0,599 qram, 0,430 qram, 0,482 qram və 0,395 qram, ümumi təmiz çəkisi - 2,016 qram olan psixotrop maddə metamfetamin əldə edərək üzərində saxlamaqla Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Binə Atçılıq yaşayış massivinə gələrək daşımış, həmin tarixdə saat 06:15 radələrində orada Xəzər Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən narkotik vaistələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilnərək saxlanılıb, Xəzər RPİ-nin 2ci Polis Şöbəsinə gətirilərək orada üzərində şəxsi axtarış aparılan zaman onun əynindəki gödəkçəsinin sağ yan cibindən 6 (altı) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,014 qram, 0,096 qram, 0,599 qram, 0,430 qram, 0,482 qram və 0,395 qram, ümumi təmiz çəkisi - 2,016 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, 12 oktyabr 2021-ci il tarixdə özü üçün qurudulmuş marixuana almaq məqsədi ilə Maştağa qəsəbəsinə getmiş, orada tanımadığı şəxsə yaxınlaşıb bu işdə köməklik etməsini istəmişdir. Həmin şəxs marixuanası olmadığını, lakin bir neçə bükümdə metamfetamini olduğunu deyərək onları 30 manata təklif etmişdir. O, həmin qiymətlə razılaşmayıb, hamısını 15 manata almışdır ki, əgər marixuana tapmasa bunlardan az-az istifadə etsin. Sonra isə Emin Əliyevin yanına gəlmişdir ki, sonuncunun marixuanası varsa birlikdə qəbul etsinlər. O, Emindən özü qəbul etməyi üçün marixuana istəyərək eyni zamanda bildirmişdir ki, tanımadığı şəxsdən 15 manata matemafetamin almış, əgər marixana tapa bilməsə bunlardan qəbul etməli olacaqdır. Emin isə özündə az bir çəkidə marixuana olduğunu və ikisi çəkə biləcəklərini bildirib demişdir ki, “metamfetamindən zəhləsi gedir, onu qəbul etmək kişilikdən deyil, sənə də məsləhət bilmirəm”. O da metamfetamindən zəhləsi getdiyini deyib küçəyə çıxandan sonra tullayacağını bildirmişdir. Sonra ikisi birlikdə Eminin marixuanasını onun siqaretinə doldurub çəkmiş, siqaretin yarısını saxlayıb ertəsi gün dəvət olunduğu toy məclisinə gedib orada çəkəcəyini demişdir. Saat 06 radələrində o, evinə gedərkən Emin onu yola salmaq üçün küçəyə çıxmış və ona tapşırmışdır ki, metamfetamin bükümlərini küçəyə atmasın, əgər atarsa, qohum-qonşunun hamısı metamfetaminlərin onun olduğunu deyəcəklər, həm də polisin əlinə keçər, onu çağırıb incidərlər, metamfetaminləri küçənin başına atsın. O da razılaşmış və onlar söhbət edə-edə Eminin evindən bir qədər aralaşandan sonra postpatrul maşını ilə 3 nəfər polis əməkdaşı onlara yaxınlaşaraq şübhələndiklərini bilidirib onları Polis şöbəsinə dəvət etmişlər. Orada üzərinə müdafiəçisinin iştirakı ilə şəxsi axtarış aparan zaman əvvəlcə ona üzərində narkotik vasitə, psixotrop maddə və ya qanunsuz saxlanılan digər əşya və ya predmetlər varsa, könüllü təqdim etməsi təklif edilmiş, o da əynindəki açıq qəhvəyi rəngli qolsuz gödəkçənin sağ yan cibində olan 6 ədəd bükümdə metamfetamini və 1 ədəd papirosda tütün qarışıqlı marixuananı çıxarıb masanın üstünə qoymuşdur. Təhqiqatçı tərəfindən həmin maddələr kağız zərfə qablaşdırılaraq götürülmüş, axtarış barədə protokol tərtib edilərək ucadan oxunduqdan sonra bütün iştirakçılar tərəfindən zərfin üzəri və protokol imzalanmışdır. İlk dəfə törətdiyi əməlindən peşmandır, himayəsində üç azyaşlı uşağı vardır. Bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Xəzər RPİ-nin PPXB-nün polis nəfəri polis baş serjantı Şahid1 göstərdi ki, o, 12 oktyabr 2021-ci il tarixdə saat 06:15 radələrində Xəzər RPİ-nin PPXB-nün polis nəfərləri polis baş serjantları X3 və Şahid3 Şücayət oğlu ilə birlikdə muvafiq dislokasiyaya uyğun olaraq Xəzər rayonu Binə qəsəbəsi Binə Atçılıq yaşayış massivinin ərazisində 6355 saylı çağırışla avtopatrul xildməti aparan zaman, ara küçələrin birində sonradan adları məlum olmuş Təqsirləndirilən şəxs və X4 piyada getdiklərini görmüş və onlara yaxınlaşıb əvvəlcə özlərini təqdim edərək, onlardan həmin saatda bu ara küçəyə nə məqsədlə gəldiklərini soruşarkən həmin şəxslər fərqli cavab vermişlər. Buna görə də onlarda həmin şəxslərə qarşı şübhə yarandığından onları Xəzər RPİ-nin 2-ci PŞ-nə gətirmişlər. Orada Təqsirləndirilən şəxs üzərlərində qanunsuz olaraq narkotik vasitə saxladığını bildirmiş, onlar da bu barədə 2-ci PŞ-nin rəhbərliyinə raportla məruzə etmişlər. Bundan sonra PŞ-nin təhqiqatçısı Təqsirləndirilən şəxs və Emin Əliyevin üzərində ayrı-ayrılıqda onların və Təqsirləndirilən şəxs, həmçinin Emin Əliyevin müdafiəçisi qismində dəvət olunmuş vəkillərinin iştirakları ilə videoçəkilişlə axtarış aparmışdır. Əvvəlcə Təqsirləndirilən şəxs üzərində qanunsuz saxlanılan narkotik vasitə, əşya və ya predmetlər vardırsa onları təqdim etməsi təklif olunmuş, o da əynindəki açıq qəhvəyi rəngli qolsuz gödəkçəsinin sağ cibindən 1 ədəd göy rəngli siqaret kağızı bükümünü, 1 ədəd ağ rəngli adi kağız bükümünü və 1 ədəd “Kinqston” markalı siqaretin yarımçıq qutusunun içindən 2 ədəd şəffaf sellofan kəsiyi bükümünü, 1 ədəd göy rəngli siqaret kağızı bükümünü və 1 ədəd qara rəngli sellofan kəsiyi bükümünü, 1 ədəd yarımçıq papirosu çıxarıb masanın üzərinə qoymuş və bildirmişdir ki, papirosun içində tütünlə qarışıq qurudulmuş marixuana vardır, bükümlərin içindəkilər isə “şüşə” adlanan psixotrop maddə metamfetamindir, həmin maddələrin hamısını Emin adlı tanışından almışdır. Belə ki, gecə yarısı o, Eminin evinə gələrək ona 10 manat verib özü qəbul etməsi üçün qurudulmuş marixuana almış, həmin marixuananın bir hissəsini Eminlə birlikdə hazırda təqdim etdiyi papirosun tütünü ilə qarışdırıb yarısını çəkmişlər, yarısını isə özü sonra çəkmək məqsədi ilə üzərində saxlamışdır. Qalan 6 ədəd bükümdə olan metamfetaminləri isə Emin ona vermiş və tapşırmışdır ki, onları küçənin başında hasarın və ya daşın altına qoyub yerini ona zəng edib bildirsin, sonra Emin özü onların çatmalı olduğu şəxsə bu yeri bildirib oradan götürdəcəkdi. Sonda təhqiqtaçı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddələri üzəri möhürlənmiş zərfə qablaşdırıb götürmüş və axtarış barədə protokol tərtib edilmişdir. Bütün iştirakçılar protokolla tanış olaraq doğruluğunu imzaları ilə təsdiq etmişlər. Emin Əliyevin üzərinə aparılan axtarış zaman onun üzərindən heç bir narkotik vasitə və ya qanunsuz saxlanılan əşya və ya predmet aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Xəzər RPİ-nin PPXB-nün polis nəfərləri polis baş serjantları X3 və Şahid3 da oxşar, eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiklərini təsdiq etdilər. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəməkimyəvi ekspertizasının 12 oktyabr 2021-ci il tarixli 6/4520 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, təqdiqata təqdim edilmiş, üzərində “tutulan şəxs Nəfəfov Əli” sözləri olan 06 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,014 qram, 0,098 qram, 0,599 qram, 0,430 qram, 0,482 qram, 0,395 qram, ümumi təmiz çəkisi 2,016 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Qeyd: metamfetaminin təmiz çəkisi: 2,016 qram, tədqiqata sərf edildi: 0,120 qram, qalıq 1,896 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 160,64 (bir yüz altmış, altmış dörd) manatdır. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na (Siyahı) daxildir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəmənarkoloji ekspertizanın 23 dekabr 2021-ci il tarixli 5365 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Kannabiodlərin qəbul edilməsi nəticəsində yaranan NARKOMANİYA XƏSTƏLİYİ AŞKAR OLUNUR. Lakin hal hazırda abstinensiya intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibəti olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi mualicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 2,016 qram çəkidə olan olan psixotrop maddə - metamfetamin maddi sübut kimi tanınmış və hazırkı çəkisi 1,896 qram olan psixotrop maddə - metamfetamin məhkəmənin hökmünə qədər Xəzər RPİ-də saxlanılması üçün təhvil verilmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİ 2-ci PŞ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 3 azyaşlı uşağı vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 16 oktyabr 2021-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamin əldə edib saxlayaraq üzərində daşıması faktı özünün etirafedici ifadəsindən başqa, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə törətdiyi əməli etiraf edərək peşmançılıq çəkməsini, himayəsində üç azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanununun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasını çəkməsinin əvvəli tutulduğu 12 oktyabr 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübut – Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 1,896 qram olan psixotrop maddə - metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut - Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİ 2-ci PŞ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 160,64 (bir yüz altmış, altmış dörd) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş 08 saylı Vəkil Bürosunun vəkilləri X2 və Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X2 20 iş zaatına görə 120,00 (bir yüz iyirmi) manat, məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə isə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 20 iş saatına görə 120,00 (bir yüz iyirmi) manat, ümumilikdə 240,00 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi ziyan yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli həbsə alındığı 12 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 1,896 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut - Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİ 2-ci PŞ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 160,64 (bir yüz altmış, altmış dörd) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X2 120,00 (bir yüz iyirmi) manat, məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə isə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 120,00 (bir yüz iyirmi) manat, ümumilikdə 240,00 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №1(003)-129/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-129/2022
06.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver