Məhkəmə qərarları › İş №1(003)-13/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-13/2022

11.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-13/2022 11.01.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1951-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs 2020-cu ilin sonlarında Zərərçəkmiş şəxs Xəzər RİHB-nın (Əzizbəyov r-nu) 2817 saylı 30.12.1999-cu il tarixli sərəncamına əsasən ona məxsus Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Zirə Tərəvzçilik və Südçülük sovxozunun ərazisində yerləşən 60 saylı 1200 kv.m. torpaq sahəsini almaq istədiyini bildikdən sonra dələduzluq, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə niyyəti ilə hərəkət edərək 18 fevral 2020-ci il tarixdə həmin torpaq sahəsinə dair Zərərçəkmiş şəxs mülki etibarnamə vermiş, 19 fevral 2020-ci il tarixdə Zərərçəkmiş şəxs məxsus 20.000 (iyirmi min) manat dəyərində “Volkswagen Tiquan” markalı ** OL *** dövlət qeydiyyat nişanlı avtomobili, 2020-ci ilin fevral-mart aylarında sonuncunun 10.000 (on min) manat pulunu və 2020-ci ilin mart ayından ilin sonlarına qədər sonuncunun ona hissə-hissə vermiş olduğu daha 15000 (on beş min) manat pulunu yaşadığı ünvan 1 ünvanında ələ keçirmiş, daha sonra Zərərçəkmiş şəxs həmin torpaq sahəsinə dair çıxarış alacağını başa düşüb 2020-ci ilin dekabr ayında, artıq niyyətinə nail olduğu üçün aralarında olmuş razılaşma müddətini gözləmədən həmin torpaq sahəsinə dair verdiyi etibarnaməni ləğv edib, ələ keçirdiyi pul və avtomobili qaytarmaqdan imtina etməklə Zərərçəkmiş şəxs məxsus 20.000 (iyirmi min) manat dəyərində “Volkswagen Tiquan” markalı ** OL *** dövlət qeydiyyat nişanlı avtomobilini və cəmi 25.000 (iyirmi beş min) manat pulunu vahid niyyətlə ələ keçirib, Zərərçəkmiş şəxs ümumilikdə 45.000 (qırx beş min) manat ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs və mülki cavabdeh qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs əvvəllər tanımışdır. Aralarında hər hansı bir münasibəti, düşmənçiliyi və ədavəti olmamışdır. Zərərçəkmiş şəxs onun yaşadığı evin üzərində elanı görüb onun yaşadığı evin həyətinə gəlmişdir. Onun da həmin zaman kürəkəni ilə mübahisəsi olduğu üçün əsəbləşib satmaq fikrinə düşmüşdür. Belə ki, orada həyətdə bir ev və ticarət mərkəzi kimi tikili vardır. Eldar ondan həmin evi neçiyə satacağını soruşmuşdur. O isə əvvəl hər iki sahəyə 60 min demiş, sonradan isə 20 min endirib edib 100 minə hər iki sahəni satacağını demişdir. Belə də, Eldar ona hazırda pulunun olmadığını və pulu hissə-hissə verəcəyini demişdir. Həmin zaman Eldar həmin yerə baxmaq üçün qəsəbə sakini Bəhmən adlı şəxslə də gəlmişdir. Belə aralarında razılıq olmuş və Eldar ona 2021-ci ilin yanvar ayında pulu ümumi verəcəyini demişdir. Onların razılaşması isə 2020-ci ilin əvvəlləri olmuşdur, həmin zaman hələ karantin rejimi tətbiq olunmamışdır. Eldar ona bir çox yerdə torpaq sahəsinin və evinin olduğunu demişdir. Həmin yeri satıb pul verəcəyini demişdir. Ona görə Eldara inanmış və gedib həmin torpaq sahəsinə Eldara etibarnamə vermişdir. Həyat yoldaşı da gedib notariusda razılıq ərizəsi vermişdir. Səhəri günü isə Eldar pul əvəzi ona idarə etdiyi “Valksvagen Tiguan” markalı avtomobilini 20 min manat əvəzi vermişdir. Bundan sonra Eldar gəlmiş və ona həmin həyətdə parnikdə əkin əkmək istədiyni demişdir. O isə Eldara həyətdə olan parniki icarəyə verdiyini və həmin yerdən pulunu götürdüyünü, daha sonra həmin şəxsləri çıxardacağını demişdir. Lakin Eldar israrla ondan həmin şəxsləri çıxarmasını tələb etmiş və orada əkin əkmək istədiyini demişdir. Belə də o məcbur qalıb həmin icarədarları həyətdən çıxarmışdır. Bundan sonra Eldara orada əkin aparmasına köməklik etmişdir. Eldar üçün əkinləri sulamışdır. Bir müddət sonra isə Eldar gəlib ona oradan çıxmağını gedib başqa yerdəq qalmağını tələb etmiş və ona özü gəlib orada qalacağını demişdir. O isə Eldara onun pulunu verməsini tələb etmişdir. Çünki, razılaşdıqları gün Eldar hesab kartından çıxarıb ona 500 manat pul vermiş və həmin gündə qapının üstünə torpaq sahəsinin satılması barədə vurduğu elanı sildirmişdi. Daha sonra Eldar ona hər hansı pul verməmişdir. O Eldardan heç olmasa ona ilkin bir on min manat verməsini istəmişdir ki, gedib o da bir iş görsün. Artıq karantin rejimi tətbiq olunmuşdur. Eldar bir neçə dəfə telefonuna danışıq kartı vurub onun qeydiyatını belə aparmışdır. Sonradan Eldar 10 min manata yaxın pulnan gəlmiş və həmin pulu ona Mehmanın yanında verəcəyini demişdir. Onlar Mehmanın yanına getmişlər. Lakin orada o Eldara evdən çıxmayacağını demiş və yanvar ayında pulu tam verəndə çıxacağını demişdir. Eldar isə əsəbləşib pulu götürüb çıxıb getmişdir. Orada Eldar ona pul verməmişdir. Daha sonra isə Mehman ona “pandemiyadır, karantin rejimidir, ona görə verə bilmir, razılaş, özün də evdən çıx get” deyə təklif etmişdir. Daha sonra isə o evə gəlmiş və Eldardan bir həftə vaxt istəmişdir ki, oradan çıxıb getsin. Bir həftə sonra evdən çıxıb getmiş və qızıgildə yaşamağa başlamışdır. Lakin Eldar ona pul verməmişdir. Həmin 10 min pul Eldarın özündə qalmışdır. Eldardan dəfələrlə pul istəsə də, hər gün “bu gün sabah” deyərək uzatmışdır. Eldar həmin müddət ərzində onun torpaq sahəsində yaşamış və orada 4 dəfə parnikdə əkin aparıb pul qazanmış və həmin müddət ərzində də orada tək qalmışdır. Sonradan isə artıq dekabr ayı gəlmiş və pul vermədiyi üçün Eldara ona pulu verə bilib-bilməyəcəyini soruşmuşdur. Lakin Eldar ondan yenə vaxt istəmişdir. O buna görə əsəbləşmiş və Eldarı evdən də çıxarmış, eləcə də etibarnaməni də gedib ləğv etdirmişdir. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanı qismən ödədiyini və qalan ziyanı ödəmək niyyətində olduğunu, kifayət qədər yaşının olduğunu, mülki iddianı qəbul etdiyini bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirdi ki, bir zaman dostunun Zirə qəsəbəsində yerləşən restoranını işlətmiş və daimi həmin qəsəbəyə gedib gəlmişdir. Zirə qəsəbəsində bir torpaq sahəsi görmüş və həmin torpaq sahəsində bir yarım tikili olmuşdur. Həmin torpaq sahəsinin hasarının üzərində torpaq sahəsinin satılması barədə elan və nömrə qeyd olunmuşdur. Həmin torpaq sahəsini alıb tikilini bərpa edib orada bir idman zalı açmaq qərarına gəlmişdir. Bundan başqa da Zirə qəsəbəsində yaxşı idman zalının olmadığını, belə bir idman zalı açmaqla gənclərin idman üçün kənara yox elə öz qəsəbələrinə gəlmələrinə və vaxtlarının səmərəli istifadə etmələrinə şərait yaratmış olacağını düşünmüşdür. O, hasarın üzərində olan nömrə ilə əlaqə saxlayıb torpaq sahəsi ilə maraqlanmışdır. Belə də Təqsirləndirilən şəxslə tanış olmuşdur. Təqsirləndirilən şəxs ona həmin torpaq sahəsinin iki hissədən ibarət olduğunu, bir hissəsini 40 min manata, digər hissəsini isə 60 min manata, ümumilikdə isə 100 min manata satdığını bildirmişdir. O, Təqsirləndirilən şəxs harada olduğunu soruşmuş, Ramiz isə ona həyətdə olduğunu bildirmişdir. O həmin satılan həyətə keçmiş və Təqsirləndirilən şəxslə bir qədər orada söhbət etmişdir. Təqsirləndirilən şəxs ona iki evi 100 min manata satdığını bildirmişdir. Həmin torpaq sahəsinə aid sənədlərlə də tanış olub hər hansı bir problemin yaranmayacağını düşünmüşdür. Bundan sonra tanışı Bəhman adlı şəxslə əlaqə saxlamış və həmin yerə gətirmişdir ki, həmin həyətə baxsın və həmin kənd sakini olduğu üçün satıcının nə cür insan olduğunu desin. Bəhman ona həmin torpaq sahəsinin yaxşı yer olduğunu, torpaq sahəsini almaqda uduzmayacağını deyərək məsləhət vermişdir. Lakin Bəhman ona Təqsirləndirilən şəxs yaxşı bir insan olmadığını bildirmişdir. Lakin onun üzərinə çox gəlmədiyi üçün, bundan başqa da torpaq sahəsi onun xoşuna gəldiyi üçün sonradan təxminən 2020-ci ilin fevral ayında təklikdə həmin torpaq sahəsinin yaxınlığında "xxxx" ASC-yə məxsus ATM-dən 500 manat pul çıxardıb beh kimi Ramizə vermişdir. Daha sonra 2021-ci ilin yanvar ayına qədər Ramizə 100 min manatı tam verib qurtaracağı barədə razılığa gəlmişlər. Buna görə Təqsirləndirilən şəxs həmin torpaq sahəsinə ona mülki etibarnamə vermişdir. Bununla bağlı Təqsirləndirilən şəxs həyat yoldaşı da gedib razılıq da vermişdir. O da Ramizə inanmışdır. O, ilkin olaraq Ramiz ona etibarnamə verdikdən sonra özünə məxsus “Woltsvagen Tiguan” markalı **-OL-*** dövlət qeydiyyat nişanlı avtomobili də pul əvəzi verməyi təklif etmişdir. Həmin avtomobili 20 min manata hesablamışlar və torpağın pulundan həmin pul çıxmışdır. Həmin zaman o tək getmiş, yanında heç kəs olmamışdır. Ramizin dostu Mehmanın yanına getmişlər və orada avtomobili 20 min manata qəbul edəcəklərinə razılaşmışlar və Zirədə yerləşən notariat kontoruna getmişlər. Orada o Ramizin adına mülki etibarnamə vermişdir. Bundan başqa da yenə də fevral-mart ayında o Ramizə daha 10 min manat pul vermişdir. Həmin zaman da o pulu qardaşı Taryelin yanında vermişdir. Həmin zaman da pulu Mehmanın yanında vermişdir. Bundan sonra da o Ramizə hissə-hissə 15 min manat pul vermişdir. Belə ki, hər dəfə ona hissə-hissə pul vermişdir. Bir dəfə Ramizin tanışı Gülağa adlı şəxsin ad gününə görə birlikdə telefon dükanına getmişlər və orada o 999 manata mobil telefon almışdır. Həmin telefonu Ramizin adına almışdır. Bundan sonra Ramizə satdığı avtomobili Ramiz vurduğu üçün 1000 manat pul vermişdir. Belə hissə hissə daha 15000 manat, ümumilikdə isə 25000 manat pul vermişdir. Daha sonra Ramiz ona etibarnamə verdikdən sonra həmin torpaq sahəsinə çıxarış almaq istəmişdir. İki dəfə bununla bağlı müraciət etsə də, ona həmin torpaq sahəsinin üzərindən enerji xəttinin keçdiyini bildirmişlər və çıxarış verilməsinə etiraz etmişlər. Daha sonra isə o vəkilə müraciət etmiş və buna görə inzibati məhkəmədə iddia qaldırmışdır. Lakin məhkəmə baxışı olmamışdan qabaq Gülağa və Ramiz birlikdə gəlmişlər və ona torpaq sahəsinə verdikləri etibarnaməni ləğv etdirdiklərini bildirmişlər. Ramiz ona 40 min manatlıq torpaq sahəsini verəcəyini bildirmişdir. Lakin həmin torpaq sahəsinin sənədinin olmadığını izah etmiş və həmin torpağa çıxarış ala bilməyəcəyini demişdir. Lakin ramiz ona ala biləcəyini demişdir. O, bununla bağlı iki dəfə icra hakimiyyətinə müraciət etmiş, lakin həmin 40 min manatlıq olan torpaq sahəsinə aid sənəd konstruksiya olduğunu və ona görə çıxarış almaq mümkün olmadığını ona bildirmişlər. Ramiz isə ona verdiyi avtomobili kürəkəninin adına keçirmişdir. Bundan sonra o Ramizə pulunu qaytarmasını tələb etmiş, lakin Ramiz ona nə maşın nə pul almadığını demişdir. Bundan başqa da Mehmanla da görüşən zaman Mehman ondan Ramizgilin səs yazısının onda olub-olmadığını maraqlanmışdır. Mehman hər hansı bir yazının olmadığını bildikdən sonra onun şikayət edəcəyini bilib ona yanında nə pul nə də maşın vermədiyini və heç nədən xəbərinin olmadığını bildirmişdir. Bundan başqa Ramiz ona torpaq üçün etibarnamə verdikdən bir gün sonra onun avtomobilini almışdır. Həmin avtomobili 20 min manata hesablamışlar. Lakin Ramiz dələduzluq etmişdir. O, həmin avtomobilini və bir qədər pulunu ələ keçirdikdən sonra razılaşdıqları kimi heç bir il tamam olmamış etibarnaməni ləğv etdirmiş və balaca bir torpaq sahəsinə etibarnamə saxlamışdır. Lakin həmin torpaq sahəsinin hər hansı bir sənədi olmamışdır. O isə ləğv etdikdən sonra Ramizə vermiş olduğu avtomobili və pulu tələb etdikdən sonra Ramiz ona heçnə qaytarmamışdır. Ramizin niyyəti torpaq satmaq adı ilə həmin pulları və avtomobili ələ keçirmək olmuşdur. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın qismən ödənildiyini, mülki iddianı müdafiə etdiyini, təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza verilməsini və mülki iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X3 bildirdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Aralarında heç bir düşmənçilik, ədavət və söz-söhbət olmamışdır. Zərərçəkmiş şəxs isə qardaşıdır. 2020-ci ilin əvvəllərində təxminən yanvarfevral ayında, qardaşı Zərərçəkmiş şəxs ona Bakı şəhəri Zirə qəsəbəsində bir torpaq sahəsi bəyəndiyini və həmin torpaq sahəsini almaq istədiyini bildirmişdir. Həmin torpaq sahəsinin iki hissədən ibarət olduğunu və həmin sahəni ümumilikdə 100 min manata razılaşdığını bildirmişdir. Daha sonra Bakı şəhərində evdə olduğu zaman qardaşı ona zəng edərək torpaq sahəsini satan şəxsə pul verməli olduğunu bildirmişdir. Ona da pul gətirməsini, həm də birlikdə getməyi təklif etmişdir. O Eldarla razılaşmışdır. Həm də həmin zaman pulunun ABŞ dolları ilə olduğunu bildirmişdir. Həmin pulu dəyişməyə ehtiyac olubolmadığını soruşmuşdur. Eldar isə elə ABŞ dolları ilə gətirməsini xahiş etmişdir. Həmin zaman Eldar hətta ona satıcının qohumunun Ukrayna Respublikasına gedəcəyini və ABŞ dolları ilə gətirsə yaxşı olacağını bildirmişdir. Belə də o Eldarla görüşmüş və birlikdə Zirə qəsəbəsinə getmişlər. Orada darvazası olan bir həyətə daxil olmuşlar. Həyətin içərisində ofis kimi bir tikili olmuşdur. Orada bir yaşlı və bir cavan kişi olmuşdur. Onun yanında Eldar gətirdiyi pulu orada olan cavan adama vermişdir. Pullar qarışıq yəni, həm milli, həm də xarici valyutadan ibarət olmuşdur. Həmin cavan adam ilk olaraq milli pulu, daha sonra isə ABŞ dollarlarını sayıb hesablamışdır. Orada yaşlı olan, adını sonradan Ramiz bildiyi Eldara hətda beh kimi 500 manat pul verdiyini də xatırlatmışdır. Belə də həmin behlə birlikdə hesablanaraq Eldar Ramizə 10 min manat pul verməsi hesablanmışdır. Cavan adam pulu saydıqdan sonra Ramizə vermişdir. Yanvar-fevral ayları olardı, hava isə soyuq və çiskin olmuşdur. Daha sonra o qardaşı Eldarla birlikdə Mərdəkan qəsəbəsinə qayıtmışdır. Qardaşı orada onu evə yola salmış, özü isə çıxıb getmişdir. Sonradan isə qardaşı ona həmin Ramiz adlı şəxsin onu aldadaraq torpaq sahəsinə vermiş olduğu etibarnaməni ləğv etdirdiyini və torpaq sahəsini satmaqdan imtina etdiyini qeyd etmişdir. Qardaşı isə Ramizə ümumilikdə 25 min manat pul və 20 min manat dəyərində “Woltsvagen Tiquan” markalı avtomobil vermişdir. Həmin şəxs isə qardaşının verdiyi pulu və maşını qaytarmaqdan imtina etmişdir. Həmin pulun on min manatını qardaşı onun yanında vermiş, həmin zaman isə Ramizin yanında tanışı olmuşdur. Həmin şəxsin adını sonradan qardaşı Mehman olduğunu bildirmişdir. Başqa isə hər hansı bir məlumatı yoxdur. Bir tək qeyd etdiyi zaman qardaşı ilə pulun verilməsində iştirak etmiş, qalan vaxtlarda qardaşı özü aparıb pul vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 bildirdi ki, Zərərçəkmiş şəxs əvvəllər tanımamışdır. Aralarında hər hansı bir münasibəti olmamışdır. Təqsirləndirilən şəxs əvvəllər tanımış, Təqsirləndirilən şəxs də Zirə qəsəbəsində yaşayır. Təqsirləndirilən şəxs uzun müddətdir ki, istixanada əkin əkir və məhsulunu o qəbul edib satışını aparmışdır. Zərərçəkmiş şəxs ərizəsində göstərdiyi xüsusatları düzgün göstərmişdir. Belə ki, Zərərçəkmiş şəxs həqiqətən Təqsirləndirilən şəxs torpaq sahəsini almaq istəmişdir. Aralarında olan söhbətlərin çoxu onun yanında aparılmışdır. Onun ofisinə gəlib orada söhbət etmişlər. Eldar Ramizin torpaq sahəsini almaq istəmiş, orada əvvəlcə idman zalı sonradan isə əkin aparmaq üçün almaq istəmişdir. Eldar əvvəldən torpaq sahəsinin bir hissəsini almaq istəyirdi. Lakin sonradan Ramiz ona torpaq sahəsini tam almasını israr etmişdir. Eldar əvvəlcə Təqsirləndirilən şəxslə razılaşmamış və o qədər pulunun olmadığını demişdir. Çünki, Ramiz iki torpaq sahəsini 100 min manata satacağını bildirmişdir. Ramiz isə ona sonradan torpaq sahəsində olan istixanalarda birlikdə əkin aparıb pul qazanacaqlarını və belə də puldan çıxılacağını bildirmişdir. Bundan başqa da Ramiz Eldara bir il vaxt vermişdir ki, həmin pulu bir il ərzində ödəsin. Bu söhbətlər 2019cu ilin sonları olmuşdur. Sonradan onların aralarında razılaşma olmuşdur. Çünki, pul əvəzində onlar gəlib maşın da danışmışlar. Eldar özünə məxsus “Woltsvagen” markalı dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobili də 20 min manat əvəzi razılaşmış və etibarnamə ilə Ramizə vermişdir. Həmin avtomobilin 20 min manata razılaşması barədə danışıq onun yanında olmuşdur. Eldar əvvələn ümumiyyətlə həmin maşını satdığa qoymamışdır. Həmin avtomobilin üzərində satılır elanı görməmişdir. Eldar özü həmin maşını idarə etmiş, sonradan pul əvəzi torpaq sahəsinə görə Ramizə vermişdir. Həmin zaman heç karantin rejimi də başlamamışdır. Eldar arada onun yanına gələn zaman əvvəlcə Ramizə müəyyən məbləğlərdə pul vermişdir. Sonra bir dəfə onlar birlikdə yenə də onun ofisinə gəlmişlər və orada Eldar 10 min manat Ramizə pul verəcəkdi. Lakin Eldar orada Ramizə evdən çıxmağı tələb etmişdir. Ramiz isə çıxmayacağını dediyi üçün, Eldar orada pul verməmiş və oradan əsəbləşib çıxıb getmişdir. Sonradan Ramizin gedib Eldarı razı saldığını eşitmişdir. Onlar birlikdə əkin əkməyə başlamışlar. Eldar isə həmin 10 min manat pulu qardaşı ilə birlikdə Ramizin özünə vermişdir. Həmin məsələdə Eldar düzgündür. Çünki, Eldar həmin torpaq sahəsinə görə Ramizə 20 min manat dəyərində avtomobilini və əlavə olaraq da cəmi 25 min manat pul vermişdir. O, Eldara əvvəldən Ramizin düzgün adam olmadığını demişdir. Ramizlə iş görməməsini tapşırmışdır. Lakin buna baxmayaraq Eldar Ramizə inanmışdır. Ramiz isə Eldarı aldadaraq avtomobilini və 25 min manat pulunu ələ keçirmişdir. Bir il tamam olan kimi isə Eldara pulun qalan hissəsini verməməsini bəhanə edib torpaq sahəsindən çıxarmışdır. Ramiz torpaq sahəsinə əkində ziyan etdiyini bəhanə etmişdir. Eldar Ramizdən avtomobilini tələb etsə də, lakin Ramiz həmin avtomobili pul ilə aldığını iddia edib heç avtomobili də qaytarmamışdır. Lakin düzgününə qaldıqda Eldar bildirdikləri düzgündür. Ramiz həmin avtomobili də torpaq sahəsinə görə almışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 bildirdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımışdır. Aralarında heç bir düşmənçilik, ədavət və sözsöhbət olmamışdır. Təqsirləndirilən şəxs o yaşadığı qəsəbədə yaşayır. Zərərçəkmiş şəxs da tanıyır. Aralarında yaxşı münasibətlrəi vardır. 2020-ci ilin yanvar-fevral ayında Zərərçəkmiş şəxs ona zəng edərək Zirə qəsəbəsində Təqsirləndirilən şəxs yaşadığı evin həyətini almaq istədiyini ona demişdir. O, bundan sonra Zərərçəkmiş şəxsla həmin ünvana gəlmiş və torpaq sahəsinə baxmışdır. O Eldara həmin torpaq sahəsinin yaxşı yerdə olduğunu, idman zalı açmağın yaxşı fikir olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs idman müəllimi olduğu üçün orada idman zalı açmaq istədiyini bilmişdir. Orada Eldarla birlikdə danışıqda da iştirak etmişdir. Belə ki, torpaq sahəsi iki həyətdən ibarət olmuşdur. Həmin torpaq sahəsinin bir hissəsini 40 min manata, bir hissəsini isə 60 min manata razılaşmışlar. Həm də Eldar həmin məbləği 2021-ci ilin yanvar ayına qədər ödəyəcəyi razılaşdırılmışdır. O isə pulun hissə-hissə verildiyini bilib Eldara bunu məsləhət görməmişdir. Çünki, Təqsirləndirilən şəxs məsləhətli şəxs olmadığını, sonradan aralarında narazılıq olacağını demişdir. Lakin Zərərçəkmiş şəxs ona qulaq asmamışdır. Eldar ona sonradan həmin torpaq sahəsinə görə özünə məxsus 20 min manat dəyərində avtomobil və əlavə hissə-hissə ümumilikdə 25 min manat pul verdiyini bildirmişdir. O isə Eldara pulu verərkən sənədləşmə aparıb aparmadığını soruşduqda Eldar bu barədə heç nə etmədiyini bildirmişdir. O da buna görə Eldara əsəbləşərək pulu verərkən onu da aparmasını və o Ramizə pul verildikdə bu barədə sənədləşmə aparardı deyə bildirmişdir. Eldar isə torpaq sahəsinə görə etibarnamə verdiyini demişdir. O yenə də ehtiyyatlı olmasını Eldara məsləhət görmüşdür. Lakin Ramizlə görüşən zaman Ramiz özü də torpaq sahəsini satıb əvəzində pul və maşın götürdüyünü bildirmişdir. Bu barədə Ramiz özü kənddə hər yerdə danışmışdır. Lakin sonradan Eldardan Ramizin ona vermiş olduğu torpaq sahəsinə olan etibarnaməni ləğv etdirib və 40 min manat olan hissəni verəcəyini dediyini eşitmiş, lakin həmin torpaq sahəsinin hər hansı bir sənədinin də olmadığını bilmişdir. Buna görə Eldar Ramizdən ona verdiyi avtomobil və pulu tələb etdikdə Ramiz isə pul almadığını demişdir. Pulun verilməsində iştirak etməsə də, buna baxmayaraq Ramizlə danışıqlarda iştirak etmiş və pul verildikdən sonra da Ramiz özü torpaq əvəzində maşın və pul aldığını etiraf etmişdir. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş 05.06.2021-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1951-ci ildə Bakı şəhərində doğulmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs istintaq orqanına təqdim etdiyi 15 iyul 2021-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs “Woltsvagen Tiguan” markalı **-OL-*** dövlət qeydiyyat nişanlı avtomobili ona qaytarmış, həmçinin dəymiş maddi ziyanın 20000 (iyirmi min) manat məbləğində hissəsini ödəmişdir. Dəymiş ziyanın ödənilməmiş qalan hissəsi isə 25000 (iyirmi beş min) manat təşkil edir. İş materiallarına əlavə olunmuş 20 avqust 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, 20 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs ********* saylı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edillmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” 29.01.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11.06.2015-ci il tarixli qərarında göstərilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun.Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23.07.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22.06.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02.04.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən əməlini etiraf etməsini, səmimi peşman olmasını, kifayət qədər yaşının olmasını, 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən “Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında cərimə, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Lakin, məhkəmə təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən hallar və onların mahiyyəti, həmçinin onun şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, cəzanın məqsədlərinə qismən nail olunduğunu nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan yüngül cəza növünü, yəni azadlığın məhdudlaşdırılması cəzasını təyin etsin. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, həmin cəza təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında ağır cəzaya alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının ikinci bəndinin məhkəmələrə tövsiyəsinə görə isə, belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” İş üzrə ekspertiza xərci yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs onun xeyrinə ümumilikdə 25000 manat maddi ziyanın və 165 manat dövlət rüsumunun tutulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə cinayət prosesində iştirak edən şəxslərin ifadələrini dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, mülki iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının 21-ci bəndində qeyd edilir ki, məhkəmələrin diqqəti hökm çıxarılarkən mülki iddianın həllinə aid CPM-nin 324, 326, 330cu maddələrinin tələblərinin ciddi yerinə yetirilməsi zərurətinə cəlb edilsin. Həmin tələblərə görə məhkəmə hökmdə mülki iddianın tam və ya hissə ilə təmin edilməsinin və ya rədd edilməsinin motivini göstərməlidir. İddia tam və ya hissə ilə təmin edildikdə, müvafiq hesablamalar aparmaqla mülki iddianın məhz hansı qanuna əsasən təmin edildiyi hökmdə qeyd edilməlidir. Bir neçə müttəhimə qarşı mülki iddia verilmişsə, hökmdə hansı məbləğin, kimlərdən müştərək qaydada, hansıların isə kimlərdən pay şəklində alınması göstərilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən “Cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.2-ci maddəsinə əsasən “Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.3-cü maddəsinə əsasən “Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən “Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən “Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən “Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən “Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən “Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə və aldatma yolu ilə xeyli miqdarda özgənin əmlakını ələ keçirməsi, bunun nəticəsində Zərərçəkmiş şəxs 25000 manat ziyan vurulması təsdiq edildiyindən, beləliklə, mülki iddia əsaslı olduğundan, təqsirləndirilən şəxs və mülki cavabdeh mülki iddianı etiraf edərək təmin edilməsinə etiraz etmədiyindən Zərərçəkmiş şəxs iddiası təmin edilməli, Təqsirləndirilən şəxs 25.000 manat (iyirmi beş min) manat pul tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, mülki iddiaçı tərəfindən ödənilmiş 165 (bir yüz altmış beş) manat dövlət rüsumu Təqsirləndirilən şəxs alınaraq Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi Yeni sahə ünvanında yerləşən fərdi yaşayış evini axşam saat 24:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Mülki iddia təmin edilsin. Təqsirləndirilən şəxs 25000 (iyirmi beş min) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 165 (bir yüz altmış beş) manat məbləğində pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs ödənilsin. Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 15 saata görə 90 (doxsan) manat, Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat məbləğində pul vəsaiti, ümumilikdə 270 (iki yüz yetmiş) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı hüquq məsləhətxanasının hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar