Məhkəmə qərarları › İş №1(003)-13/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-13/2024

05.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-13/2024 05.06.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X5, Müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X3, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 Kəmaləddin qızının iştirakları ilə, xx.xx.1995-ci ildə Masallı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, məhkum olunmuş, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, Masallı rayonu Çaxırlı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, yeni yaşayış massivi, fərdi evdə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respulikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridaxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü və 29,177.2.1, 29,177.2.2, 29, 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair xx.xx.2003-cü ildə Ağcabədi rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Ağcabədi rayonu, Hüsülü kəndində qeydiyyatda olan və Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi fərdi evdə yaşaya, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Kəmaləddin qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 177.2.1, 177.2.3, 177.2.4-cü və 29,177.2.1, 29,177.2.2, 29, 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs1 oğurluğa cəhd etmiş, bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin xeyli miqdarda əmlakını gizli olaraq talayıb təkrarən oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2022-ci ilin fevral ayından iyul ayının əvvəllərinədək olan müddət ərzində gecə saatlarında Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində yerləşən vət.Zərərçəkmiş şəxs1 məxsus istixananın həyətinə qanunsuz daxil olub istixanadan 01 metrinin dəyəri 5 manat olan 2000 metr uzunluğunda dəmir boru, 01 ədədinin dəyəri 200 manat olan 13 ədəd elektrik su mühərriki, 01 metrinin dəyəri 2.5 manat olan 1000 metr uzunluğunda elektrik naqili, 01 metrinin dəyəri 2.5 manat olan 1600 metr uzunluğunda dəmir uqolnik, 01 metrinin dəyəri 6 manat olan 150 metr uzunluğunda dəmir armaturu gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 20.000 (iyirmi min) manat, yəni xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Təkrarən, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2022-ci ilin may ayının axırlarında saat təxminən 15 radələrində vət.Zərərçəkmiş şəxs2 məxsus ünvan 1 ünvanında yerləşən bağ evinin hasarından qanunsuz olaraq həyətə daxil olaraq həyətdə olan saxlanc yeri olan anbardan dəyəri 400 manat olan 01 ədəd qaynaq aparatı, dəyəri 30 manat olan 01 ədəd drel, dəyəri 30 manat olan 01 ədəd laqonda və dəyəri 40 manat olan plastik boru yapışdıran ütünü gizli talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs2 500 (beş yüz) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Təkrarən, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub qrup halında birləşərək 2022-ci ilin iyul ayı ərzində vahid niyyətlə iki dəfə olmaqla, yəni iyul ayının əvvəllərində və ortalarında saat təxminən 21-22 radələrində Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində yerləşən vət.Zərərçəkmiş şəxs1 məxsus istixananın həyətinin giriş qapısını açma yolu ilə həyətə daxil qanunsuz olub istixanadan 01 metrinin dəyəri 5 manat olan 1000 metr uzunluğunda dəmir boru, 01 ədədinin dəyəri 200 manat olan 7 ədəd elektrik su mühərriki, 01 metrinin dəyəri 2.5 matat olan 600 metr uzunluğunda elektrik naqili, 01 metrinin dəyəri 2.5 manat olan 400 metr uzunluğunda dəmir uqolnik, 01 metrinin dəyəri 6 manat olan 100 metr uzunluğunda dəmir armaturu gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 9500 (doqquz min beş yüz) manat, yəni xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Təkrarən, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub qrup halında birləşərək xx.xx.2022-ci il tarixdə saat təxminən 22 radələrində Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində yerləşən vət.Zərərçəkmiş şəxs1 məxsus istixananın həyətinin giriş qapısını açma yolu ilə həyətə qanunsuz daxil olub istixanadan 01 metrinin dəyəri 3 manat olan 100 metr uzunluğunda dəmir boru və 01 metrinin dəyəri 6 manat olan 100 metr uzunluğunda dəmir armaturu ümumilikdə 900 (doqquz yüz) manat dəyərində dəmir boru və armaturları gikzli olaraq oğurlamağa cəhd etmiş, lakin öz iradəsindən asılı olmayan səbəbdən cinayəti başa çatdıra bilməmişdir. Təkrarən, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 19 radələrində vət.Zərərçəkmiş şəxs3 məxsus Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsbəsi, yeni yaşayış sahəsində yerləşən istixananın həyətinə qanunsuz daxil olub həyətdə olan qazanxanadan 01 ədədinin qiyməti 350 manat olan 02 ədəd su mühərrikini, qiyməti 2000 manat olan 01 ədəd farsonka (qaztənzimləyən cihaz) və qiyməti 150 manat dəyərində olan qazanxananın dəmir qapısı, istixananın həyətinin girişində hasara quraşdırılmış sayğacdan qazanxanaya və həyətdə fəhlələrin qalmağı üçün tikilmiş damın içərisinə çəkilmiş 01 metrinin qiyməti 1,2 manat olan 300 metr uzunluğunda elektrik naqili, 01 metrinin qiyməti 3 manat olan 30 metr uzunluğunda dəmir borunu gizli talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs3 cəmi 3300 (üç min üç yüz) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Təkrarən, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat təxminən 23 radələrində vət.Zərərçəkmiş şəxs4 məxsus Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsbəsi, yeni yaşayış sahəsində yerləşən bağ evinin hasarından qanunsuz olaraq həyətə daxil olaraq hasara quraşdırılmış elektrik sayğacından evə çəkilmiş ümumi dəyəri 80 manat, 01 metrinin qiyməti 1,6 manat olan 50 metr uzunluğunda elektrik naqili və həyətində damın içərisində ümumi dəyəri 50 manat, 01 metrinin qiyməti 14 manat olan 2,5 metr uzunluğunda 100 mm-lik dəmir boru və 03 metrinin qiyməti 5 manat olan 9 metr uzunluğunda 20 mm-lik dəmir borunu gizli talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs4 cəmi 130 (yüz otuz) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Təkrarən, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022-ci il təxminən saat 00:30 radələrində vət. Zərərçəkmiş şəxs5 məxsus Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsbəsi, yeni yaşayış sahəsində yerləşən bağ evinin hasarından qanunsuz olaraq həyətə daxil olaraq hasara quraşdırılmış elektrik sayğacından evə və su nasosuna çəkilmiş 01 metrinin qiyməti 1,4 manat olan 35 metr uzunluğunda elektrik naqili, həyətdə olan quyunun içərisində quraşdırılmış dəyəri 200 manat olan 01 ədəd su nasosu, quyunun içərisində olan dəyəri 40 manat olan 01 ədəd dəmir nərdivan, quyunun içərisində olan 01 metrinin dəyəri 1,5 manat olan 10 uzunluğunda plastik boru və evdən isə 01 ədədinin dəyəri 150 manat olan 02 ədəd plastik qapını gizli talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs5 cəmi 604 (altı yüz dörd) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 Kəmaləddin qızı bir qrup şəxs halında saxlanc yerinə təkrarən və qanunsuz daxil olmaqla oğurluğa cəhd etmiş, həmçinin qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin xeyli miqdarda əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub qrup halnda birləşərək 2022-ci ilin iyul ayı ərzində vahid niyyətlə iki dəfə olmaqla, yəni iyul ayının əvvəllərində və ortalarında saat təxminən 21-22 radələrində Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində yerləşən vət.Zərərçəkmiş şəxs1 məxsus istixananın həyətinin giriş qapısını açma yolu ilə həyətə qanunsuz daxil olub istixanadan dəmir borular, elektrik su mühərrikləri, elektrik naqilləri, uqolniklər və armaturlar gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 9.500 manat, yəni xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişlər. Təkrarən, Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub qrup halnda birləşərək xx.xx.2022-ci il tarixdə saat təxminən 22:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində yerləşən vət.Zərərçəkmiş şəxs1 məxsus istixananın həyətinin giriş qapısını açma yolu ilə həyətə qanunsuz daxil olub istixanadan ümumilikdə 900 manat dəyərində dəmir boru və armaturları oğurlamağa cəhd etmiş, lakin öz iradəsindən asılı olmayan səbəbdən cinayəti başa çatdıra bilməmişdir. Təqsirləndirilən şəxslərin törətdiyi cinayət əməlləri məhkəmədə tədqiq edilmiş, onların, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü və 29,177.2.1, 29,177.2.2, 29, 177.2.3-cü maddələrində nəzərdə tutulmuş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, o, Zərərçəkmiş şəxs1 evinə daxil olmuş, ittihamı 135 manatlıq hissədə etiraf edir, lakin ittihamı digər hissələrdə qəbul etmir. O, Paşanın evinə bir dəfə girmiş, həmin vaxt tək olmuş, Fatimə ilə birlikdə olmamışdır, oğurluğa cəhd epizodu olmamışdır. Bölmədə ona qarşı təzyiq olunmuş, onu döymüşlər . Bu səbədən o, ittihamı etiraf etmişdir. Hadisə vaxtı dəyəri 200 manatlıq əşya olmuş, lakin o, həmin əşyanı apara bilməmişdir. Daha sonra o, Zərərçəkmiş şəxs3da evindən oğurluq etdiyini, tək olduğunu etiraf etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 Kəmaləddin qızı ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.4-cü və 29,177.2.1, 29,177.2.2, 29, 177.2.3-cü maddələrində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, o, Elmini əvvəldən tanımışdır. O, ittiham üzrə bir epizodda iştirak etmiş, Elminlə oğurluğa getməsi barədə sahə müvəkilinə məlumat vermiş, Elmin oğurladığı metralları ərazidən çıxararaq bir yerə yığaraq, sabah gəlib göterəcəyini bildirərək ordan uzaqlaşmışlar, polislər onlar getdikdən sonra gəlmişlər. Bundan başqa o, Elminlə heç bir oğurluqda iştirak etməmişdir. O, ibtidai istintaq zamanı oxumadan sənədləri imza etmişdir. Lakin ibtidai istintaqda ona qarşı təzyiq olmamışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 vermiş olduğu ifadəsində göstərmişdir ki, təxminən 5 il bundan əvvəl Türkan qəsəbəsi ərazisində özünə xiyar, pamidor əkib becərmək üçün istixanalar tikmişdir. İki il həmin işlə məşğul olub xiyar, pomidor əkib becərmişdir. Həmin işlədiyi müddətdə orada hər cür şərait yaratmışdır, yəni istixanaya lazım olan hər bir avadanlıqları olmuşdur. Sonradan əkindən yaxşı gəlir əldə edə bilməmiş və iş ona sərf etmədiyinə görə işi dayandırmışdır. Son üç ildir ki, həmin istixanalar fəaliyyət göstərmir. Buna baxmayaraq arada həmin istixanalara nəzarət etmək üçün özü gedib baxır. Demək olar ki, hər ayda bir-iki dəfə gedib həmin istixanalara nəzarət etmək üçün baş çəkir. Son beş ay ərzində işi ilə əlaqədar gedə bilməmişdir. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə həmin istixanalara baxmaq üçün getmiş və görmüşdür ki, oradan oğurluq olunmuşdur. Həmin gün həyətə daxil olanda görmüşdür ki, həyətin giriş qapısının qarşısında 01 metrinin dəyəri 3 manat olan 100 metr uzunluğunda dəmir boru və 01 metrinin dəyəri 6 manat olan 100 metr uzunluğunda dəmir armatur yığılıb, lakin aparmamışlar. Həmin malların dəyəri 900 manat idi. Bundan sonra istixanaların həyətinə daxil olmuş və aşkar etmişdir ki, istixanalardan məxsus 01 metrinin dəyəri 5 manat olan 3000 metr uzunluğunda dəmir boru, 01 ədədinin dəyəri 200 manat olan 20 ədəd elektrik su mühərriki, 01 metrinin dəyəri 2.5 matat olan 1600 metr uzunluğunda elektrik naqili, 01 metrinin dəyəri 2.5 manat olan 2000 metr uzunluğunda dəmir uqolnik, 01 metrinin dəyəri 6 manat olan 250 metr uzunluğunda dəmir armatur oğurlanmışdır. Ümumilikdə ona 70-80 min manat maddi ziyan dəymişdir. İlkin təhqiqat araşdlırması zamanı izahatında oğurluq hadisəsi nəticəsində ona dəymiş maddi ziyanı dəqiq bilmədiyinə görə 28.500 manat göstərmişdir. Ona dəymiş ziyan ödənilməmişdir, lakin onun təqsirləndirilən şəxslərə qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 vermiş olduğu ifadəsində göstərmişdir ki, hazırda Bakı şəhəri, Səbail rayonu, F.Əmirov küçəsi, ev 2, mənzil 16-da ailəsi ilə birlikdə yaşayır. Azərbaycan Texniki Universitetində dosent vəzifəsində işləyir. ünvan 2 ünvanında yeni yaşayış sahəsində bağ evi var. Həftədə bir dəfə ailəsi ilə birlikdə istirahət etmək üçün həmin bağ evinə gedir. Sonuncu dəfə xx.xx.2020-ci il tarixdə orada olmuşdur və saat təxminən 17 radələrində oradan çıxmışdır. xx.xx.2022-ci il saat təxminən 11 radələrində həmin bağ evinə getmişdir. Həyətə girən kimi həyətin baş tərəfində özünə məxsus əşyalarını saxlamaq üçün tikdiyi saxlanc yerinin qapısının açıq olduğunu görmüşdür. Həmin saxlanc yerinə yaxınlaşıb görmüşdür ki, orada saxladığı dəyəri 400 manat olan 01 ədəd qaynaq aparatı, dəyəri 30 manat olan 01 ədəd drel, dəyəri 30 manat olan 01 ədəd laqonda və dəyəri 40 manat olan plastik boru yapışdıran ütü oğurlanmışdır. Mən oğurlanmış əşyalarını hesablamış və məlum olmuşdur ki, oğurluq hadisəsi nəticəsində ona ümumlikdə 1000 manat maddi ziyan dəymişdir. Ondan sonra DİN-in 102 zəng xidməti mərkəzinə zəng edərək məlumat vermişdir. Oğurluq hadisəsi həyətə hasardan daxil olma yolu ilə baş verdiyini ifadəsində qeyd etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs5 vermiş olduğu ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, yeni yaşayış sahəsində özümə bağ evi tikmişdir. Yay aylarında orada istirahət üçün getdiyi üçün həmin ev tam təmir olunmayıb. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə saat təxminən 17 radələrində həmin evdən çıxmışdır. xx.xx.2022-ci il tarixdə günorta saatlarında qonşusu ona zəng vuraraq bildirmişdir ki, onun evindən elektrik naqilləri oğurlanmışdır. Zərərçəkmiş şəxs5 da qonşusundan onun da evindən nəsə oğurlanıboğurlanmadığını soruşmuş və qonşusu bildirmişdir ki, sizin həyətdən xəbərim yoxdur. Dünyamalı həmin gün təxminən saat 16 radələrində bağ evinə gedib görmüşdür ki, onun da həyətindən və evindən oğurluq olmuşdur. Belə ki, mən həyətinə və evinə baxış keçirmiş və müəyyən etmişdir ki, həyətin hasarında quraşdırılmış elektrik sayğacından evə qədər olan 01 metrinin qiyməti 1,4 manat olan 35 metr uzunluğunda elektrik naqili, həyətdə olan quyunun içərisində quraşdırılmış dəyəri 200 manat olan 01 ədəd su nasosu, quyunun içərisində olan dəyəri 40 manat olan 01 ədəd dəmir nərdivan, quyunun içərisində olan 01 metrinin dəyəri 1,5 manat olan 10 uzunluğunda plastik boru və evdən isə 01 ədədinin dəyəri 150 manat olan 02 ədəd plastik qapı oğurlanmışdır. Qeyd etmişdir ki, plastik qapılardan biri evin giriş qapısı və yerində quraşdırılımış vəziyyətdə olmuşdur, digəri isə evin içərisində saxlamışdır ki, gələcəkdə evin içərisində hamam-tualet tikiləndə istifadə olunacaq. Ümumilikdə ona oğurluq hadisəsi nəticəsində 600-700 manat maddi ziyan dəymişdir. Bildirmişdir ki, evindən oğurlanmış əşyaları axtarmaq məqsədi ilə yaşadığı Türkan qəsəbəsində metal qəbulu məntəqələrinə baş çəkmiş və Türkan qəsəbəsində metal qəbulu ilə məşğul olan Raqif adlı şəxsin işlətdiyi metal qəbulu məntəqəsində özünə məxsus 01 ədəd dəmir nərdivanı aşkar etmişdir. Raqifdən həmin nərdivanı haradan əldə etdiyini soruşduqda Rafiq ona bildirmişdir ki, Türkan qəsəbəsində yaşayan “Əxi” ləqəbli ilə tanıdığı Elmin adlı şəxsdən almışdır. Bundan sonra oradan uzaqlaşmış və DİN-in 102 xidmətinə zəng vurub məlumat vermişdir. Cinayət nəticəsində ona dəymiş ziyan ödənilmiş, onun təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs4 vermiş olduğu ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, yeni yaşayış sahəsində özümə bağ evi tikmişdir. Yay aylarında orada istirahət üçün getdiyi üçün həmin ev tam təmir olunmayıb. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə saat təxminən 11 radələrində həmin evdən çıxmışdır. xx.xx.2022-ci il tarixdə saat təxminən 14 radələrində həmin bağ evinə getmişdir. Evə daxil olanda işığı yandırmaq istəmiş, lakin görmüşdür ki, işıq yanmadı, elə bilmişdir ki, işığı sayğacdan söndürüblər. Həyətə düşüb sayğaca tərəf getmiş və görmüşdür ki, sayğacdan evə qədər ümumi dəyəri 80 manat, 01 metrinin qiyməti 1,6 manat olan 50 metr uzunluğunda elektrik naqili kəsilərək oğurlanmışdır. Ondan sonra görmüşdür ki, həyətindəki damın qapısı açıq vəziyyətdədir. Ora daxil olmuş və görmüşdür ki, damda olan içərisində ümumi dəyəri 50 manat, 01 metrinin qiyməti 14 manat olan 2,5 metr uzunluğunda 100 mm-lik dəmir boru və 03 metrinin qiyməti 5 manat olan 9 metr uzunluğunda 20 mm-lik dəmir boru da oğurlanmışdır. Bundan sonra qonşuluqda yaşayan Dünyamnalı adlı şəxsə zəng vurub məlumat vermişdir ki, onun evindən oğurluq hadisəsi olmuşdur. Dünyamalı öz evindən də oğurluq olub-olmamasını soruşduqda, bu barədə məlumatı olmadığını bildirmişdir. Təxminən bir saatdan sonra Dünyamalı gəlmişdir. Dünyamalı həyətinə daxil olduqdan sonra aşkar etmişdir ki, onun da həyətində və evində oğurluq olunmuşdur. Bundan sonra Zərərçəkmiş şəxs4 Xəzər RPİ-nin 1ci PŞ-nə gedib ərizə ilə müraciət etmişdir. Oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 130 (yüz otuz) manat maddi ziyan dəydiyini bildirmişdir. Dəymiş ziyan ödənilməmişdir. O, onları bağışlayır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 vermiş olduğu ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, yeni yaşayış sahəsində özümə məxsus istixanası var. Əvvəllər orada fəaliyyət göstərmişdir. Orada pomidor, xiyar və bibər əkib becərmişdir. Coxlu fəhlələri olmuşdur. Son vaxtlar həmin istixana ona xeyir gətirmədiyi üçün fəaliyyətini dayandırmışdır. Təxminən 3 ildir ki, fəaliyyət göstərmir. Özü Nəsimi rayonunda yaşayır, lakin arada gəlib həmin istixanaya baş çəkir. Sonuncu dəfə 2022-ci ilin iyun ayının əvvəllərində orada olmuşdur. Növbəti dəfə xx.xx.2022-ci il tarixdə mən həmin istixanaya gedib görmüşdür ki, istixananın həyətində olan qazanxananın qapısı yerində yoxdur. İçəri daxil olub aşkar etmişdir ki, 01 ədədinin qiyməti 350 manat olan 02 ədəd su mühərriki, qiyməti 2000 manat olan 01 ədəd farsonka və qiyməti 150 manat dəyərində olan qazanxananın dəmir qapısı oğurlanmışdır. Bundan sonra həyətə baxış keçirmiş və həyətdə də aşkar etmişdir ki, həyətin girişində hasara quraşdırılmış sayğacdan qazanxanaya və həyətdə fəhlələrin qalmağı üçün tikilmiş damın içərisinə çəkilmiş 01 metrinin qiyməti 1,2 manat olan 300 metr uzunluğunda elektrik naqili, 01 metrinin qiyməti 3 manat olan 30 metr uzunluğunda dəmir borular oğurlanmışdır. Bundan sonra hesablamış və müəyyən etmişdir ki, ona məxsus 3300 manat dəyərində əmlakı oğurlanmışdır. Bundan sonra DİN-inn 102 zəng xidməti mərkəzinə zəng edib məlumat vermişdir. Polis əməkdaşları həmin istixanaya gəldikdən sonra isə ərizə ilə müraciət etdiyini bldirmişdir. İlkin təhqiqat zamanı dəymiş maddi ziyanı dəqiq bilmədiyinə görə 3.000 manat gösəmişdir. Lakin istintaq zamanı dəqiq hesabladığı məbləği, yəni oğurluq hadisəsi nətikcəsində ona ümumlikdə 3300 (üç min üç yüz) manat maddi ziyan dəydiyini bildirmişdir. Ona dəymiş ziyan ödənilmiş, şikayətçi deyildir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Xəzər RPİ-nin 1-ci PŞ-nin polis sahə inspektoru polis leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, 29 avqust 2022-ci il tarixdə gecə saat təxminən 01 radələrində Təqsirləndirilən şəxs2 ona Whatsapp vasitəsi ilə halhazırda olduğu yerin xəritəsini göndərmiş və yazaraq bildirmişdir ki, hal-hazırda həmin yerdə Elmin adlı şəxslə oğurluqdadırlar. Dərhal Xəzər RPİ-nin 1-ci PŞ-dən baş əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 ilə birlikdə həmin ünvana getmişdir .Orada müəyyən olmuşdur ki, həmin yer Zərərçəkmiş şəxs1 məxsus istixanadır. Orada bir neçə dəqiqəlik əməliyyat tədbiri keçirsələr də, lakin Fatimə ilə Elmin adlı şəxs artıq oradan uzaqlaşmışlar. Fatimə sonra ona yazaraq bildirmişdir ki, məlumat verdikdən sonra Elmin ona getməyi və yığdıqları malları səhəri gün gəlib aparacağını demişdir. Ona görə də oradan çıxıb getmişlər. Bu səbəbdən də onları həmin ünvanda tuta bilməmişlər və yenidən polis şöbəsinə qayıtmışlar. Səhəri gün məlumat əsasında Elmin adlı şəxsin şəxsiyyətini müəyyən etmiş və məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxs1dur. Təqsirləndirilən şəxs1 tərəflərindən axtarılsa da, lakin yaşadığı ünvanda olmadığına görə onun tapılması mümkün olmamışdır. xx.xx.2022-ci il tarixdə Xəzər RPİ-nin 1-ci PŞ-nin CA üzrə baş əməliyyat müvəkkili Şahid2 ilə birlikdə keçirdiklər əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 olduğu yer müəyyən edilərək dindirilməsi üçün Xəzər RPİ-nin İŞ-nə dəvət edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xəzər RPİ-nin 1-ci PŞ-nin CA üzrə baş əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 oxşar ifadə verərək Xəzər RPİ-nin 1-ci PŞ-nin polis sahə inspektoru polis leytenantı Şahid1 ifadəsini təsdiq etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Xəzər rayonu, Türkan qəsəbəsində metal qəbulu məntəqəsində işləyir. Elmini 6-7 ildir ki, tanıyır. Elmin ona 2022-ci ilin fevral-mart aylarından başlayaraq 3-4 dəfə dəmir metallarını və əridilmiş naqillərini gətərib satmışdır. Hər dəfə mənə dəmir metalları gətirəndə onun pulunu nağd vermişəm. Ona ən çox 130 manat pul vermişdir, yəni həmin məbləğdə ona dəmir metalları gətirmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2022-ci il tarixli cinayət işi başlamaq və icraata qəbul etmək barədə qərardan görünür ki, material üzrə Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2022-ci il tarixli cinayət işi Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsindən həmin Məcəllənin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilmişdir və ibtidai istintaq davam etdirilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2022-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2022-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 Kəmaləddin qızı xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2022-ci il tarixli cinayət işi Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrindən həmin Məcəllənin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü və 29,177.2.1, 29,177.2.2, 29,177.2.3 maddələrinə tövsif edilmişdir və ibtidai istintaq davam etdirilmişdir. İş materiallarına əlavə edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarına əlavə edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 Kəmaləddin qızı təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-382/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində xx.xx.2022-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 Kəmaləddin qızı MSY-dən azad olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində ********* saylı cinayət işi açılmış və o, hal-hazırda 3 saylı İT-da saxlanılır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Kəmaləddin qızı məhkumluğu barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında qərardan görünür ki: 1. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxə Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci İİ tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2 2, 177.2 3, 177.2.4 ve 29, 177.2.1, 29, 177.2.2, 29, 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmaqla yeni məzmunda ittiham elan edilmiş, iş üzrə Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 29, 177.2.1, 29, 177.2.2, 29, 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamdan 177.2.2-ci maddəsi xaric edilmiş, onun əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.4 və 29, 177.2.1, 29, 177.2.2, 29,177.2.3-cü maddələrinə tövsif edilmiş və barəsində həmin maddələrdə nəzərdə tutulan əlavə və dəyişiklik edilməklə yeni məzmunda ittiham elan olunmuşdur.

2. İş üzrə Təqsirləndirilən şəxs1 barəsində xx.xx.2022-ci il qarixdə Xəzər Rayon Məhkəməsinin haklmi X7 tərəfindən seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən qüvvədə saxlanılması nəzərə alınmışdır.

3. İş üzrə Təqsirləndirilən şəxs2 barəsində xx.xx.2022-ci il tarixdə seçilmiş iltizam qətimkan tədbirinin dəyişdirilmədən qüvvədə saxlanılması nəzərə alınmışdır.

4. İş üzrə tertib edilmiş xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, təqsirləndirifən şəxs Təqsirləndirilən şəxs1 İstifadəsində olan 01 ədəd “İPhone” markalı mobil telefona baxış keçirilərkən müəyyən olunmuşdur ki, telefonun qallereyasında olan foto şəkillərdən üç ədəd şəkil istintaq əhəmiyyəti kəsb etmişdir. Belə ki, aparılmış istintaqla müəyyən olunmuşdur ki, həmin fotoşəkillər xx.xx.2022-ci il tarixdə saat 18.58-də iş üzrə Zərərçəkmiş şəxs3 məxsus Xəzər rayonu, Türkan qəsəbəsi, yeni sahədə yerləşən istixananın həyətində və qazanxanasının içərisində çəkilməsi, iş üzrə Təqsirləndirilən şəxs1 da ifadəsində həmin oğurluq faktı xx.xx.2022-ci il tarixdə törətdiyini bildirdiyinə görə təsdiqini tapmış və qeyd olunan oğurluq faktının xx.xx.2022-ci il tarixdə baş verməsi nəzərə alınmışdır.

5. İş materiallarında bəzi istintaq sənədlərində şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ata adı “Kəmaləddin” kimi yazılmışdır. Cinayət işinə əlavə olunmuş AA-3358201 N-li vetəndaşın şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Kəmaləddin qızının atasının adı “Kamaləddin”dir. Ona görə də iş üzrə Təqsirləndirilən şəxs2 Kəmaləddin qızının atasının adı “Kamaləddin” olması nəzərə alınmışdır.

6. İş üzrə istintaqa təqdim edilmiş 01 ədəd dəmir nərdivan iş üzrə mühüm əhəmiyyət kəsb ötdiyi üçün maddi sübut kimi tanınmalı, məhkəmənin qərarınadək saxlanılması üçün Zərərçəkmiş şəxs5 qaytarılması nəzərə alınmışdır.

7. İş üzrə şahid qismində dindirilmiş Şahid3 əməlində Azərbaycan Respublikasının CMnin 177.2.1 və 194.1-ci maddəsinin tərkib əlaməti olmadığından barəsində həmin maddə ilə cinayət təqibi rədd olunmuşdur.

8. İş üzrə Təqsirləndirilən şəxs2 ifadəsində oğurluq hadisəsi barədə polisə məlumat verməsini bildirməsi özünü müdafiə kimi qiymətləndirilmiş və həmin xüsusat tam şəkildə rədd olunmuşdur.

9. İş üzrə ilkin təhqiqat materialları, zərərçəkmiş və şahid ifadələri, ifadənin yerində yoxlanılması, DİN-in KTİ-nin xx.xx.2022-ci il tarixli, 011-11386-1222 nömrəli məktubunda qeyd olunmuş məlumatlar iş materiallarına uyğun gəldiyindən sübut növü kimi qiymətləndirilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü və 29,177.2.1, 29,177.2.2, 29,177.2.3 maddələrində nəzərdə tutulan ittihamlar elan edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs2 Kəmaləddin qızı təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.4-cü və 29,177.2.1, 29,177.2.2, 29,177.2.3 maddələrində nəzərdə tutulan ittihamlar elan edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-518/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlama müddəti 20 gün, yəni xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək uzadılmışdır. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs3 xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən ona vurulmuş zərər ödənilmiş və ona qarşı şikayət və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs5 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, cinayət nəticəsində ona dəymiş ziyan ödənilmişdir. Hazırda təqsirləndirilən şəxslərə qarşı qarşı şikayət və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs1 ərizəsindən görünür ki, hazırda təqsirləndirilən şəxslərə qarşı qarşı şikayət və tələbi yoxdur. Ona dəymiş ziyan ödənilməmişdir, lakin onun təqsirləndirilən şəxslərə qarşı şikayəti və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs2 Kəmaləddin qızının himayəsində xx.xx.2020-ci il təvəllüdlü Bayramova Aysel XXX adlı övladı vardır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Ağcabədi Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2022-ci il tarixli 05/76-08/13 saylı məktubundan görünür ki, vətəndaş Təqsirləndirilən şəxs2 ailə vəziyyətinin müəyyən edilməsi məqsədilə xx.xx.2023-cü ilədək “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və Təqsirləndirilən şəxs2 nikah haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, xx xxxxx 1995-ci ildə anadan olmuş Təqsirləndirilən şəxs1 həqiqətən Türkan qəsəbəsi, Yeni sahə ünvanında qeydiyatsız yaşamışdır. Təqsirləndirilən şəxs1 göstərilən ünvanda qeydiyyatsız yaşadığı müddət ərzində haqqında mənfi halların baş verməsi barədə qəsəbə nümayəndəliyində heç bir yazılı məlumat yoxdur. Onun barəsində Türkan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir yazılı şikayət ərizəsi daxil olmamışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Bakı Hərbi Məhkəməsinin 1-1(093)-70/2023 saylı xx.xx.2023-cü il tarixli hökmdən görünür ki, Təqsirləndirilən şəxs2 Kəmaləddin qızı Azərbaycan Respublikası Cinayət Məcəlləs nin 177.2.1 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinmiş, Təqsirləndirilən şəxs2 Kəmaləddin qızına CM-nin 177.2.1 və 177.2.3-cü maddəsi rlə 2 üki) ii müddətə azadlından məhrum etmə cəzası təyin olunmuş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Kəmaləddin qızına təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilmiş və barəsində 6 (altı) ay sınaq müddəti müəyyən edilmişdir. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmışdır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinmiş, Təqsirləndirilən şəxs1 CM-nin 177.2.1 və 177.2.3-cü maddəsi ilə 2 (kı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 10 mart 2023-cü il tarixdən hesablanmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Bakı Apellyasiya Məhkəməsinin 1-1(103)-33/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Bakı Hərbi Məhkəməsinin 1-1(093)-70/2023 saylı xx.xx.2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlnılmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2024-cü il tarixli 21-1/3-11427/2 saylı məktubunun surətindən görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək Bakı Hərbi Məhkəməsinin 1-1(093)- 70/2023) saylı, xx.xx.2023-cü il tarixli hökmülə 02 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, AR CM-nin 70-ci maddəsi tətbiq edilərək üzərində 06 ay sınaq mvuddəti muəyyən edilməklə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilmiş xx.xx.2003-cü il təvəllüdlü Təqsirləndirilən şəxs2 cəzasını tam qaydada çəkib qurtardıgı üçün xx.xx.2024-cü il tarixdə idarənin qeydiyyatından çıxarılmışdır. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittihamda özünü məhkəmə istintaqı zamanı qismən təqsirli bilmiş və Təqsirləndirilən şəxs2 özünü təqsirli bilməmiş, lakin onların həmin ifadəsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla və şahidlərin ifadələri və cinayət işinin materiallarında olan digər sübutlarla təkzib edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 məhkəmə iclasında özünü qismən təqsirli bilməsini, Təqsirləndirilən şəxs2 özünü təqsirli bilməməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq hesab edir ki, onların bu məzmunda ifadə verməsi özünü müdafiə xarakteri daşıyır və cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 oğurluğa cəhd etmiş, bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin xeyli miqdarda əmlakını gizli olaraq talayıb təkrarən oğurluq etməsi faktı onun özünün ifadəsindən başqa, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs2 bir qrup şəxs halında saxlanc yerinə təkrarən və qanunsuz daxil olmaqla oğurluğa cəhd etmiş, həmçinin qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin xeyli miqdarda əmlakını gizli olaraq talayıb oğurluq etməsi faktı zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4-cü və 29,177.2.1, 29,177.2.2, 29, 177.2.3-cü maddələri ilə tövsifini düzgün hesab etsə də, onun əməlinin həmin ittihamın “Təkrarən... xx.xx.2022-ci il tarixdə saat təxminən 22:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində yerləşən Zərərçəkmiş şəxs1 məxsus istixanadan ... oğurluq cəhdi” epizodu üzrə tövsifini düzgün hesab etmir və həmin epizod ittihamdan xaric edilməlidir. Belə ki, Təqsirləndirilən şəxs2 ittihamın “Təkrarən... xx.xx.2022-ci il tarixdə saat təxminən 22:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində yerləşən Zərərçəkmiş şəxs1 məxsus istixanadan ... oğurluq cəhdi” epizodu öz təsdiqini tapmamışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul edərək, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 əməlində digər epizodları üzrə cinayət tərkibi vardır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs2 Kəmaləddin qızının cinayət əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.4-cü və 29,177.2.1, 29,177.2.2, 29, 177.2.3-cü maddələri ilə və Təqsirləndirilən şəxs1 cinayət əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü və 29,177.2.1, 29,177.2.2, 29, 177.2.3-cü maddələri ilə tövsif edilmişdir və onlar, törətdikləri cinayətə görə cəza almalıdırlar. Məhkəmə Təqsirləndirilən şəxs2 Kəmaləddin qızının törətdiyi cinayət əməli nəticəsində dəymiş maddi ziyanın qismən ödəməsini, 4 zərərçəkmiş şəxsin ondan heç bir şikayətinin olmamasını, himayəsində azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 Kəmaləddin qızının əməlində Azərbaycan Respublikası CM-nin 61ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi və qismən etiraf etdiyi əməldən peşman olmasını, cinayət nəticəsində dəymiş maddi ziyanın qismən ödəməsini, 4 zərərçəkmiş şəxslə barışıq əldə etməsini, həmin zərərçəkmiş şəxslərin ondan heç bir şikayətinin olmamasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs2 Kəmaləddin qızına cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs2 Kəmaləddin qızını cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Kəmaləddin qızının şübhəli şəxs qismində 27 avqust 2022-ci il tarixdən 29 avqust 2022-ci il tarixə qədər saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 Kəmaləddin qızının barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs2 Kəmaləddin qızı azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi fərdi evində çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs2 Kəmaləddin qızınun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs2 Kəmaləddin qızına elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs2 Kəmaləddin qızına təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 07.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs2 Kəmaləddin qızına təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 cinayət qanununun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı Hərbi Məhkəməsinin 1-1(093)-70/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin olunmuş cəza ilə qismən birləşdirilməklə, Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Cəzaçəkmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 hazırda Bakı Hərbi Məhkəməsinin 1-1(093)-70/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını çəkməsini nəzərə alınmalıdır. İş üzrə maddi sübut 01 ədəd dəmir nərdivan Zərərçəkmiş şəxs5 qaytarılması nəzərə alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslərə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X4 150 manat və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X1 150 manat, məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X8 24 manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs2 Kəmaləddin qızının hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X2 150 manat və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X6 420 manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. İş üzrə maddi sübut, ekspertiza xərci yoxdur, mülki iddia verilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

h ö k m e t d i:

Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü və 29,177.2.1, 29,177.2.2, 29, 177.2.3-cü maddələri ilə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı Hərbi Məhkəməsinin 1-1(093)-70/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin olunmuş cəza ilə qismən birləşdirilməklə, Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 hazırda Bakı Hərbi Məhkəməsinin 1-1(093)-70/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını çəkməsini nəzərə alınsın. Təqsirləndirilən şəxs2 Kəmaləddin qızı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4-cü və 29,177.2.1, 29,177.2.2, 29, 177.2.3-cü maddələri ilə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 Kəmaləddin qızının şübhəli şəxs qismində 27 avqust 2022-ci il tarixdən 29 avqust 2022-ci il tarixə qədər saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 Kəmaləddin qızı yaşadığı Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi fərdi evini axşam saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs2 Kəmaləddin qızının üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 Kəmaləddin qızının yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 Kəmaləddin qızının cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 Kəmaləddin qızının barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. “Təkrarən... xx.xx.2022-ci il tarixdə saat təxminən 22:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində yerləşən Zərərçəkmiş şəxs1 məxsus istixanadan ... oğurluq cəhdi” epizodu Təqsirləndirilən şəxs2 Kəmaləddin qızına münasibətdə ümumi ittihamdan xaric edilsin. İş üzrə maddi sübut 01 ədəd dəmir nərdivan Zərərçəkmiş şəxs5 qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs1 hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X4 150 manat və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X1 150 manat, məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X8 24 manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Təqsirləndirilən şəxs2 Kəmaləddin qızının hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X2 150 manat və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X6 420 manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 isə hökm təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar