Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-13/2025 14.05.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Müdafiəçi - Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 Məmmədrza oğlunun, Zərərçəkmiş şəxs6, Təqsirləndirilən şəxs Gülmalı oğlunun iştirakları ilə, xx.xx.1966-cı ildə Qobustan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ali təhsilli, evli, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Gülmalı oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs Gülmalı oğlu tamah məqsədiylə etibardan sui istifadə edərək aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək üçün Zərərçəkmiş şəxs1 özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim etməklə sonuncunun istifadəsində olan 0,12 ha torpaq sahəsinə “Çıxarış” sənədi alacağına dair yalan vəd verib aldadaraq ayrı-ayrı vaxtlarda vahid niyyətlə əhatə olunan qəsdlə hissə-hissə olmaqla əvvəlcə 2019-cu ilin sentyabr ayının təxminən əvvəllərində “Koroğlu” metrostansiyasının qarşısında 3200 manat, 2019-cu ilin noyabr ayının təxminən sonlarında ünvan 3 ünvanında yerləşən həmin torpaq sahəsinin yaxınlığında 1500 manat, 2019-cu iİin noyabr ayının təxminən sonlarında “Ulduz” metrostansiyasının qarşısında 500 manat və 2020-ci ilin yanvar ayının təxminən ortalarında Nərimanov rayonu, F.X.Xoyski küçəsində yerləşən İdman Akademiyasının qarşısında isə 300 manat olmaqla ümumilikdə 5500 manat məbləğində pul vəsaitini ələ keçirdikdən sonra Zərərçəkmiş şəxs1 torpaq sahəsi ilə bağlı müəyyən işlər gördüyünə inandırmaq üçün hüquq verən rəsmi sənədi, yəni torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasına etiraz edilmədiyi barədə “Azərişıq “ASC-nin xx.xx.2020-ci il tarixli 6-01/06-08/H-752/197 nömrəli məktubunu istintaqa məlum olmayan vaxtda və yerdə istifadə etmək məqsədi ilə qanunsuz hazırlamış, həmin saxta sənəddən bilə-bilə istifadə edərək xx.xx.2020-ci il tarixdə ünvan 4 ünvanında həmin sənədi Zərərçəkmiş şəxs1 təqdim etmiş, lakin vədinə əməl etməyərək Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa onun təkrar olaraq 2019-cu ilin avqust ayından 2020-ci ilin fevral ayınadək olan müddətdə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim etməklə Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək istifadəsində olan torpaq sahəsinə çıxarış alacağına dair yalandan vəd verib aldadaraq 3200 manat məbləğində pul vəsaitini ələ keçirmişdir. Bundan başqa o, təkrarən tamah məqsədilə etibardan sui-istifadə edərək aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək üçün Zərərçəkmiş şəxs3 özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim etməklə sonuncuya oğlu Şahid4 metropolitendə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq 2020-ci ilin fevral ayının təxminən əvvələrində 20 Yanvar metrostansiyasının yaxınlığında Zərərçəkmiş şəxs3 3000 manat məbləğində pul vəsaitini ələ keçirərək vədinə əməl etməyərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah məqsədilə etibardan sui-istifadə edərək aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək üçün tanışı – Şahid5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Zərərçəkmiş şəxs6 özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim etməklə Zərərçəkmiş şəxs6 istifadəsində olan hə biri 0,12 ha olan ümumilikdə 3 torpaq sahəsinə “çıxarış” sənədi alacağına dair vəd verib aldadaraq 2019-cu ilin təxminən oktyabr ayında Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən Hüseyn Cavid bağında Zərərçəkmiş şəxs6 36000 manat, yəni xeyli miqdarda pulunu ələ keçirərək qabaqcadan əlbir olan bir qrup şəxs halında dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah məqsədilə etibardan sui-istifadə edərək aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək üçün tanışı – Şahid5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Zərərçəkmiş şəxs6 özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim etməklə Zərərçəkmiş şəxs6 tanışı – Zərərçəkmiş şəxs4 istifadəsində olan 0,12 ha olan torpaq sahəsinə “çıxarış” sənədi alacağına dair Zərərçəkmiş şəxs6 yalan vəd verib aldatdıqdan sonra Zərərçəkmiş şəxs6 tanışı Zərərçəkmiş şəxs4 12000 manat pulu Təqsirləndirilən şəxs çatdırmaq niyyəti ilə alaraq 2019-cu ilin təxminən oktyabr ayında Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən Hüseyn Cavid bağında sonuncuya vermiş, beləliklə də Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs4 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah məqsədilə etibardan sui-istifadə edərək aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək üçün tanışı – Şahid5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Zərərçəkmiş şəxs6 özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim etməklə Zərərçəkmiş şəxs6 tanışı – X3 istifadəsində olan 0,12 ha olan torpaq sahəsinə “çıxarış” sənədi alacağına dair Zərərçəkmiş şəxs6 yalan vəd verib aldatdıqdan sonra Zərərçəkmiş şəxs6 tanışı Zərərçəkmiş şəxs5 12000 manat pulu Təqsirləndirilən şəxs çatdırmaq niyyəti ilə alaraq 2019-cu ilin təxminən oktyabr ayında Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən Hüseyn Cavid bağında sonuncuya vermiş, beləliklə də Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs5 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs Gülmalı oğlu özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilməyərək ifadəsində bildirdi ki, 2019-cu ilin iyun ayında tanışı Şahid1 dostu Şahid2 Buzovna qəsəbəsində yaşayan qohumu Zərərçəkmiş şəxs6 və qohumlarının adına olan bələdiyyə torpaq sahələrinə mülkiyyət hüququna dair çıxarış almaq istəməsini bildirib. Həmin vaxt Əmlak Komitəsinin sədr müavini Rüstəm Şahbazovun qardaşı Şahid5la münasibətinin oduğunu və Teymurun vaistəsi ilə bu məsələni həll etmək imkanının olmasını deyib, həmin ərəfədə Teymurla yaşadığı Goradil qəsəbəsində görüşüb. Teymur bu məsələnin həll edilməsi üçün ilkin olaraq 100.000. manat pul istəyib. Teymur pulu qardaşının vasitəsi ilə həll edəcəyini deyib. O, Zərərçəkmiş şəxs6 və digər 4 şəxsin sənədlərini Teymura verib, Teymur sənədləri özündə saxlayıb və bu məsələnin həll edilməsindən ötrü ən azı 60.000. manat pul lazım olacağını bildirib. O, İmrana, Əzizə və Rəşidə Teymurun bu işi həll etməsi üçün 60.000. manat pul istədiyini bildirib. Həmin pulu ona İmran 5.000. və 55.000. manat olmaqla Yasamal rayonu Hüseyn Cavid parkının yaxınlığında avtomobilinin içində verib. Sonuncu 55.000. manat pulu xx.xx.2019-cu il tarixdə veriblər. Səhəri gün Teymurla görüşərək pulun onda olduğunu deyib, Teymur həmin puldan 10.000. manatını nağd formada ondan götürüb, qalan 45.000 manat pulu Əmlak Komitəsinin işçisi Şahid6 verməyini, 5000. manat pulu isə Əmlak komitəsində başqa adını çəkmədiyi vəzifəli şəxsə çatması üçün tanışı Aydın Əliyevə verməli olduğunu bildirmişdir. Bundan sonra o, 10.000 manatı ona vermiş, 45.000 manat pulu 4 saylı «Asan xidmət» mərkəzində olan notariat ofisində Şahid6, qalan 5000 manatı isə nağd şəkildə Teymurun yanında Aydın Əliyevə verib ki, Teymur 1 ay ərzində sənədləri hazırlayıb ona təqdim etsin. Teymur həmin vaxtdan başlayaraq müxtəlif bəhanələr gətirməklə məsələni uzadıb. Məsələ ilə maraqlandıqda Şahid6 heç bir yerdə işləmədiyi müəyyən olunub və ona görə o, Vaqif və Teymurdan pulu tələb edib. Bu müddətdə ona Vaqif bir neçə saxta sənəd verib, lakin sənədin saxta olmasını bildiyi üçün pulu, həmçinin torpağa aid sənədləri Vaqifdən tələb edib. Həmin şəxslər məsələni həll etmədikləri üçün bu barədə tanışı Şahid3 məluma verib. Elman qohumu Şahid9 Əmlak Komitəsində işlədiyini, müəyyən məbləğdə pulun müqabilində torpağa dair çıxarışın alınması işində ona kömək edəcəyini deyib. O, Teymur, Vaqif və Aydına verdiyi 60.000. manat pulu hissə-hissə götürərək Elman və Zaura verib. Həmçinin, sənədləri də Teymur və Vaqifdən alıb Elmana verib. Zaurla görüşdə Zaur özünü Əmlak Komitəsinin işçisi kimi təqdim edib, sonradan həmin şəxslərin də, onu aldatdıqlarını bilib. Pulunu həmin şəxslərdən geri istədikdə Zaur ona qısa müddətdə məsələni həll edəcəyini, inanmağı üçün Zərərçəkmiş şəxs6la da görüşməyə hazır olduğunu deyib. 2020-ci ilin mart ayında Zaur, Elman, Rəşid, Rəşidin oğlu İsmayıl, İmran və mən X13 Rəcəbli küçəsində olan “Qobustan Plaza”-da yerləşən evində görüşüblər. Zaur onları inandırıb kı, aprel ayına qədər bu məsələ həll olunacaq, lakin əlavə olaraq da 20.000. manat da pul lazımdır. Həmin gün Rəşid Zaurla 10.000. manat əlavə pul verməklə razılaşıb. Səhəri gün həmin torpaq sahələrinə gediblər və orada Zaur 10.000 manat pulu alıb. Bir müddət sonra Zaur da işi həll etmədiyi üçün tanışı Şahid7 bu barədə məlumat verib. Xanlar İqtisadiyyat Nazirliyində tanışının olduğunu, onun vasitəsi ilə işi həll edəcəyini deyib. O, Zaurdan 60.000. manat puldan yalnız 9000 manatını ala bilib və həmin pulun 7800 manatını Xanlara verib, qalan 1200 manatı isə Xanların tapşırığı ilə Mürsəl Soltanova verib. Sonradan bilib ki, Xanlar ondan xəbərsiz Rəşiddən əlavə olaraq 12.000 manat da pul alıb. Hazırda Şahid7 və Şahid9 eyni qaydada müxtəlif şəxsləri aldatdıqları üçün hər ikisi həbsdədirlər. Əlavə olaraq bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə Şahid9 ona verdiyi saxta sənədlərə görə o, İmranı, Zərərçəkmiş şəxs6 və oğlu X7 Hüseynovun ofisinə dəvət edib. Şahid9 sənədlərin hazırlanması ilə əlaqədar Zərərçəkmiş şəxs6 yenə pul istəyib. X8 Hüseynova 10.000. manat pul verəcəyini bildirib. Bunun müqabilində Şahid9, Zərərçəkmiş şəxs6 Sevinc İsmayılovanın, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Gülnarə İsmayılovanın adına olan saxta torpaq sənədlərinə dair çıxarışları 02 aprel 2020-ci il tarixə hazırlayacağını bildirib. Şahid9 qeyd edib ki, Təqsirləndirilən şəxs bu işə heç bir aidiyyatı yoxdur. Sənədləri zaur özü verəcək. Sonradan bir ay sonra Zərərçəkmiş şəxs6, İsmayıl İsmayılov, Şahid9, Şahid3 və İmranın iştirakı ilə Zərərçəkmiş şəxs6 onu bağ evinə dəvət edib və onun Şahid9 verdiyi pulu ondan istəyir və bununla bağlı Şahid9 Zərərçəkmiş şəxs6 onun üstünə hücum çəkirlər və onu öldürməyə cəhd edirlər. İmran onu həmin şəxslərdən xilas edib. O, bütün dövlət qurumlarına bu quldur dəstə haqqında məlumat verib. Lakin bununla kifayətlənməyən Zərərçəkmiş şəxs6 İbrahim adlı özünü reket adlandıran şəxsin vasitəsilə onu aldadaraq yenidən bağ evinə aparır və Şahid9, Şahid3la əvvəlcədən təşkil olunmuş şəkildə ona hücum ediblər. O, bu haqda Baş Prokurorluğa, DaxiLi İşlər Nazirliyinə məlumat vermişdir. Lakin bu dələduz dəstənin havadarları məlumat verdiyinə görə ona dəfələrlə təzyiqlər ediblər və onu həbs ediblər. Həmçinin, Təqsirləndirilən şəxs bildirmişdir ki, o, Zərərçəkmiş şəxs6 əvvəllər tanımamışdır. O, Zərərçəkmiş şəxs6 tanışı Şahid1 və onun dostu Şahid2 vasitəsilə tanımışdır. O, Zərərçəkmiş şəxs3 Adıgözəl adlı şəxsin vasitəsilə tanımışdır. Zərərçəkmiş şəxs3 Məmməd Həşimov ilə tanış etmişdir ki, Eldarın oğlunu işə düzəltsin. Zərərçəkmiş şəxs3 onun yanında 2020-ci ilin fevral ayının əvvəllərində Bakı şəhəri, Yasamal rayonu ərazisində Məmməd Həşimovun ağ rəngli “Volkswagen” markalı avtomobilində Məmməd Həşimova 3.000. manat pul vermişdir. Məmməd Həşimov 3.000. manat puldan ona Zərərçəkmiş şəxs3lə tanış etdiyinə görə zəhmət haqqı olaraq 100 manat pul, eləcə də 100 manat isə Adıgözəl adlı şəxsə vermişdir.O, Zərərçəkmiş şəxs3 özü heç bir pul almamışdır. Təqsirləndirilən şəxs son sözündə etdiyi cinayət əməli törətmədiyini bildirərək barəsində bəraət hökmünün qəbul edilməsini və mülki iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs, mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs1 bildirdi ki, torpağını sənədləşdirmək istəyirmiş. Bu səbəbdən də Buzovna qəsəbəsində olan Səyyar Asan Xidmət Mərkəzinə getmişdir. Orada Azər ilə Mübarəkin dayandığını görmüşdür. Azər Mübarəkə məxsus torpaq sahəsinin sənədlərini düzəldirmiş. O, həmin vaxta kimi bir neçə dəfə torpağına sənəd düzəltmək üçün aidiyyəti yerlərə müraciət etmiş, hər dəfəsində onu müəyyən sənədləri almağa yönəltmişlər. Mübarək Azəri onunla tanış etmiş, Azərin Mübarəkin torpağına sənəd düzəltdiyini bildirmişdir. Azər də özü onunla tanış olandan sonra torpağa sənəd düzəltməyə kömək edə biləcəyini, “onsuz da səni sənəd toplamaq üçün süründürəcəklər, mənə etibarnamə ver, mən həll edərəm” demişdir. O, Təqsirləndirilən şəxs etibarnamə vermiş, Azər sənədləşmə işlərini həll edən zaman DƏDRX-dən ona yüksək gərginlikli xətt keçdiyindən imtina məktubu vermişdir. Azər Zaur adlı tanıdığı şəxsin olduğunu, Zaur Azərişıqdan lazım olan sənədi ala biləcəyini demişdir. Onlar Zaurla görüşmüş, Zaur ona bu sənədi 500 manata aldığını, lakin Azərə görə ona 300 manata alacağını bildirmişdir. O, Zaurla razılaşmış. Zaur bir nçə gün sonra sənədin hazır olduğunu və pulun verilməsinin lazım olduğunu bildirmişdir. O, 300 manatı Zaura vermiş, Zaur isə sənədi ona vermişdir. Azərişıqdan alınmış sənəd yoxlanılan zaman sənədin kötüyünün olmadığı və saxta olduğu bəlli olmuşdur. O, sənədləri DƏDRX-yə verən zaman Azər onunla birlikdə içəri gəlməmişdir. Bununla bağlı ondan soruşulanda o, sənədləşmə işlərini etibarnamə əsasında Azərin gördüyünü, sənədi isə Azərin tanışı Zaurun aldığını bildirmişdir. Bununla bağlı Azərə zəng edib soruşmuş, Azər hər şeyi Zaurun üzərinə, Zaur isə Azərin üzərinə atırmış. Sonra o özü gedib işlə məşğul olmuş, həmin xətti ləğv etdirib, torpaq sahəsini sənədləşdirmişdir. Lakin bu günə kimi verdiyi pulları ala bilmir. Təqsirləndirilən şəxs Gülmalı oğlu tərəfindən ona dəymiş ziyan ödənilməmişdir. Bu səbəbdən təqsirləndirilən şəxsdən şikayətçidir. Əlavə olaraq verilmiş mülki iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 Məmmədrza oğlu bildirdi ki, Təqsirləndirilən şəxs Gülmalı oğlunun Həci adlı şəxsin vasitəsilə tanımışdır. Həci ona demişdir ki, “bu torpaqla bağlı sənəd düzəldən şəxsdir.” Əlavə olaraq qeyd etmişdir ki, həmin şəxs mənim işimi həll edəcəkdir. O da Mən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Qoşa qala restoranın arxasındakı istifadədə olan torpaq sahəsinə sənədin alınmasına üçün Azərə pul vermişdir. O, Azərə 2500 manat, 500 manat və 200 manat olmaqla ümumilikdə 3200 manat pul versə də, lakin Azər həmin sənədi də düzəldə bilməmişdir. Təqsirləndirilən şəxs Gülmalı oğlu tərəfindən ona dəymiş ziyan ödənilməmişdir. Bu səbəbdən təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 bildirdi ki, 2019-cü ildə dayısı nəvəsi, həmçinin həyat yoldaşının bibisi oğlu İmran ona zəng etmişdir ki, “bəs bu adlar kimdir?”. İmran demişdir ki, “birini bildim sənsən, gəlinin, dayın qızıdır, bəs Zərərçəkmiş şəxs4 kimdir?”. O da cavabında Telmanın kənd adamı olduğunu bildirmişdir. Telmanın oğlu onun oğlu İsmayılla birlikdə Rusiyada işləyir. Günelin də qardaşı İsmayılla birlikdə Rusiyada işləyirmiş. Oğlu İsmayıl burda olanda ona bildirdi ki, “Azər, Əzim və İmranla söz kəsilib. Azər 60000 manata torpaq sahələrinin çıxarışını həll edəcək”. Oğlu ona bu işin təxminən 02 aya həll ediləcəyini demişdir. O da Əzimdən Azəri tanıyıb-tanımadığını soruşmuş. Əzim bildirmişdir ki, “əgər iş alınmasa, Azərə məxsus Zaqulbada 04 sot topaq sahəsini bizə verəcəkdir”. Oktyabr əvvəlində, təxminən 6-7-sində oğlu ilə birlikdə Ədliyyə Nazirliyinin qarşısında Azərlə görüşmüşdür. Oğlu mənə çıxarıb 5000 manat pul vermiş, Həm də onu Azərlə tanış edərək bildirmişdir ki. Kərbəla ziyarətinə gedəcəkdir. Ona zəng gələndə 55000 manatı da aparıb Azərə verməlidir. 1 həftədən sonra oğlu burda olmadığından eyni qaydada o, Ədliyyə Nazirliyinin qarşısında Azərə 55000 manat pul vermişdir. Orada Azərə bildirmişdir ki, “özün İsmayılla danışarsan”. 15-20 gündən sonra oğlu ona bildirdi ki, “Azərə zəng edib desin ki, “pulu ötürüb”. O da Azərə zəng eləmiş və ona bildirmişdir ki, “bəli, pulu ötürmüşəm”. Dəfələrlə Azərlə əlaqə saxlamış, hər dəfəsində Azər bildirirdi ki, “narahat olmayın, darıxmayın düzələcək”. Bir müddət sonra oğlu Azərbaycana qayıtmışdır. Həmin zaman Hacıqabuldan yas yerindən qayıtdıqdan sonra oğlu Azərə işlərin nə yerdə olması ilə bağlı zəng etmiş və Azər cavabında bildirmişdir ki, “gəl, AR ƏMDK-nın qarşısında görüşək”. Daha sonra oğlu İsmayıl ilə birlikdə Azərlə görüşmək üçün həmin yerə gəlmişdir. O, yağış yağdığı üçün maşından düşməmiş, lakin oğlu maşından düşərək Azərlə görüşmüşdür. Azərin yanında Azərdən başqa iki nəfər adam da var imiş. Oğlu İsmayıl onlarla görüşdükdən sonra ona bildirmişdir ki, “iş tez bir zamanda həll ediləcək”. Yenidən bir müddət keçdikdən sonra Azər onun telefonuma bir neçə bildiriş göndərmişdir. Bildirişlər Günel xanımın, yoldaşının, gəlininin, Telmanın və onun adına imiş. Kənddə bu işlərdən başı çıxan adama bildirmişdir ki, belə bir bildirişlər göndərilib. Həmin şəxslərdən biri mənim onun yanında məlumat almaq üçün aidiyyəti orqana yığmış və ona bildirilmişdir ki, bu bildiriş bir mənzillə bağlıdır. Biri Əzizin adınadır, biri filankəsin adına idi. Həmin bildirişlərin hamısı saxta imiş. Onunla heç bir əlaqəsi yox imiş. Sonradan o oğluna bunu bildirmişdir. Sonradan Azərə zəng edib bildirmişdir ki, “Azər, bu işlərlə məşğulsansa, nə üçün bu bildirişlər saxta olmalıdır”. Bir müddət sonra Azər zəng edib demişdir ki, “erməni qəbirstanlığının yanında ofisim var, oraya gəlin”. O da İmranı və İsmayılı götürüb həmin ofisə getmişdir. Həmin ofisdə bir neçə adam var idi. Azər, Zaur və bir xanım işçi var idi. O bildirmişdir ki, “bizim iş nə yerdə qaldı”. Zaur bu zaman bildirmişdir ki, “bu işin bir balaca xərci var və pul əlimizə çatmayıb”. O da ona bildirmişdir ki, “işimiz nə yerdə qalıb”. Azər də cavabında pulu başqa başqa adamlara verdiyini və pul verdiyini insanların onu aldatdığını bildirmişdir. O da Azərə bildirmişdir ki, “səni aldadıblarsa, mən nə etməliyəm”. Ona bildirmişdir ki. “pulu sənə vermişəm, səndən tələb edirəm”. Sonradan Azər bildirmişdir ki, “pul Zaurdadır”. Zaura zəng edib öz pulunu istəmişəm, Zaur isə Azər verdiyi 23000 manatı ondan hissə-hissə götürdüyünü demişdir. Sonradan bir-birlərinə zəng edib pul məsələsini aydınlaşdırmağa çalışırdılar. O isə sadəcə baxırmış. Daha əvvəl isə X10 gedib oğlu İsmayıldan pul istəmişlər. Oğlu isə onlara pul verməyib. Sonradan Zaurla söhbət edən zaman Zaur bildirmişdir ki, bu işin “20000 manat xərci vardır”. Oğlu Zaura bildirdi ki, o, kifayət qədər pul verib lakin işi həll edilməyib. O, ancaq 10000 manat pul verə bilər. Digər 10000 manatı özləri düzüb qoşsunlar. X11 torpağın olduğu yerə gəlmiş və İsmayıl cibindən çıxarıb 10000 manat pul vermişdir. Sonradan Azər bildirdi ki, Günel xanımın çıxarışı hazırdır. Biriki günə görüşüb verəcək. Lakin daha sonra heç nə olmamışdır. Günel xanımın adına çıxarış yox idi. Sonradan Zaura zəng eləmiş və işin nə yerdə olduğunu soruşmuşdur. Zaur bildirdi ki, “Azər 10000 manatı vermir, öna görə də iş alınmır. Gəl pulunu götür”. Zaur 10000 manatı hissə-hissə olmaqla 3-4 dəfəyə ona qaytarmışdır. Sonradan onların işini Xanlar adında adam aparmağa başlamışdır. Xanlar bildirmişdir ki, “Azər 8000 manat pul verib. Lakin işi başlamaqdan ötrü 12000 manat pul lazımdır”. Bildirdi ki, Azər söz verir ki, “bu gün, sabah gətirəcəm, lakin gəlmir. Xanlar bildirdi ki, “işi danışıb. Sonradan oğluna zəng edərək danışmışdır. Oğluna bildirmişdir ki, “Xanlar belə deyir”. O da bildirdi ki, “get filankəsdən pul ötür”. Daha sonra oğlunun dediyi adamdan pul götürmüşdür. Amma Xanlara bildirmişdir ki, “sənə həmin pulu notarius vasitəsilə verəcəm”. Xanlar bildirmişdir ki, “problem deyil”. Lakin Xanların vəsiqəsi olmadığından notarius vasitəsilə pul verə bilməmişdir. Ona 12000 manatı əlbəəl vermiş və Xanlar da onu aldatmışdır. Sonradan Azərdən sənədləri istəmiş, lakin Azər bildirmişdir ki, “sənədlər Sumqayıtdadır”. Sonda Azərin sənəd verdiyi adamla görüşmü və daha sonra sənədləri Azərin dediyi həmin şəxs ona geri qaytarmışdır. Hazırki vaxtadək ona dəymiş ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxs Gülmalı oğlu tərəfindən ona dəymiş ziyan ödənilməmişdir. Bu səbəbdən təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 bildirdi ki, Adıgözəl adlı taksi sürücüsü var imiş. O demişdir ki, “bəs belə bir adam var, işə düzəldir”. Həmin vaxt oğlu da əsgərlikdən yeni gəlibmiş. Həmin vaxtı uşaqlardan borc almış və fevralın 8-i o, Təqsirləndirilən şəxslə görüşmüş və pulu ona vermişdir. Sonra pandemiya düşmüş və 2 həftə keçdikdən sonra Azərə zəng edim soruşub ki, “bəs nə oldu?”. Azər də demişdir ki, “narahat olma, düzələcək”. Dəfələrlə Azərə zəng etmiş, həmişə də “düzələcək, düzələcək” deyirmiş. Lakin heç bir nəticə yox idi. Qeyd etmişdir ki, o, Təqsirləndirilən şəxs işə düzəltmə məqsədilə 3000 manat pul vermişdir. Təqsirləndirilən şəxs Gülmalı oğlu tərəfindən ona dəymiş ziyan ödənilməmişdir. Bu səbəbdən təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 bildirdi ki, o, Azəri tanımır. Heç Azərə pulu onun yanında da verməyib. O, pulu Rəşidə vermiş və bildiyi qədəri ilə Rəşid də pulu Azərə vermişdir. Təqsirləndirilən şəxs Gülmalı oğlu tərəfindən ona dəymiş ziyan ödənilməmişdir. Bu səbəbdən təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 bildirdi ki, torpaq sahəsi onun adına olduğu üçün məhkəmədə iştirak edir. Qardaşı İsmayılla dostdur, həm də onunla işləyir. Rəşid kişi də həm uzaq qohum, həm də İsmayılın atasıdır. Təqsirləndirilən şəxs Gülmalı oğlu tərəfindən ona dəymiş ziyan ödənilməmişdir. Bu səbəbdən təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 bildirdi ki, 9 fevral, saat təxminən 10 radələrində atası ilə birlikdə Azərlə görüşmüşdür. Azər həmin vaxtı atama demişdir ki, “pul gətirin, sənin oğlunu işlə mən təmin edəcəm”. Onlara demişdir ki. “narahat olmayın, məndən xəbər gözləyin”. Həmin vaxtdan 2-3 gün keçdikdən sonra Azərlə əlaqə saxlamışdır. O da bildirdi ki, “narahat olmayın, özüm sizinlə əlaqə saxlayacam”. Dəfələrlə əlaqə saxlasalar da, hər dəfə narahat olmamağımızı bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 bildirdi ki, onun Əzim adlı bir dostu var imiş və hazırda rəhmətə gedibmiş. Adı Əzim imiş. Əzim ona zəng edib demişdir ki, “sənin qohumlarının Azər müəllimdə sənədləri var, gəlib onları Azərdən alarsan”. O da Əzimgilə getmiş və bibisioğlunun, dayısıqızının, İsmayıl və digərlərinin sənədləri Azər müəllimdə imiş Azər ona demişdir ki, “bu sənədləri mənə hazırlamaq üçün veriblər, lakin mən o şəxsləri, bu sənədlərin yiyəsini tapa bilmirəm”. O da Azərə bildirmişdir ki, “bunlar mənim qohumlarımdır”. Sonradan nömrələrini Azərə vermiş və Azəri onlara istiqamətləndirmişdir. Qohumları da sonradan onunla danışıb və görüşüblər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 bildirdi ki, Təqsirləndirilən şəxslə dostu Seyid vasitəsilə tanış olmuşdur. Seyid həm də Azərin dostu imiş. Seyid ona demişdir ki, bir nəfər var. Əlində müəyyən sənədlər var imiş. Həmin sənədlər torpaqla bağlı imiş. Qeyd etmişdir ki, Seyid ona bununla bağlı müraciət edən zaman o, müdürü Şahid9 həmin sənədlərlə bağlı müraciət etmişdir. Başqa Azərlə bağlı hər hansı bir məlumatı yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid9 bildirdi ki, o, layihə tikinti işləri ilə məşğul olmuşdur. Onun tikinti şirkəti olmuşdur. Azərlə onu sürücüsu Şahid3 tanış etmişdir. Ondan əvvəl o, Azəri tanımamış və görməmişdir. Azər Elmana müraciət edərək 05 ədəd torpaq sahəsi üçün çıxarış alınmasına köməklik göstərməsini xahiş etmişdir. Elman bundan sonra onu Azərlə tanış etmişdir. Bundan sonra o, Azərlə görüşmüşdür. Azər ona Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində yerləşən 5 torpaq sahəsinin bələdiyyə sənədlərini vermiş və həmin torpaq sahələrinə çıxarış əldə etmək üçün köməklik etməyini xahiş etmişdir. O, həmin sənədləri yoxlamaq üçün Əmlak Komitəsinə göndərmişdir. Həmin sənədlər saxta imiş. Bundan sonra Azərin ona verdiyi saxta sənədlərlə əlaqədar onu Bakı Baş Polis İdarəsində dəvət etmişlər və o da orada sənədlərin onun tərəfindən hazırlanmadığını sübut etmişdir. Sonra həmin saxta sənədləri alaraq Azərə gətirib qaytarmışdır. Bundan sonra Rəşid kişini tapıb bildirmişdir ki, Azər ona heç bir pul verməmişdir. Rəşid kişi də bu məsələnin həlli üçün ona köməklik edilməsini xahiş etmişdir. Rəşid kişidən 10000 manat pul almışdır. Pulu ona görə almışdır ki, Azər ona demişdir ki, Rəşiddən alınan puldan 45000 manat sənədləri düzəlməsi üçün pul verəcəkdir. Ondan həmin pulun üzərinə Rəşid kişidən aldığı pulu qoyub həmin torpaq sahələrinə çıxarış alacaqmış. Lakin o, Rəşiddən 10000 manat pulu aldıqdan sonra görmüşdür ki, Azər onu da aldadır. Ona pul vermək niyyəti yoxdur. Bundan sonra hissəhissə olmaqla Rəşid kişidən aldığı 10000 manat pulu qaytarmış və ona da bildirmişdir ki, Azər onu aldatdığı kimi onu da aldadır. Ona bildirmişdir ki, “get pulunu Azərdən al. O dələduzdur. Sənin işini həll edə bilməyəcək, sadəcə səni aldatmaqla məşğuldur”. Yəni o, Azərin də ona 45000 manat pul verməyəcəyini görüb Rəşiddən aldığı pulu onun özünə qaytarmışdır. Hətta qeyd etmişdir ki, Azərin ona 4000 manat pul borcu olmuşdur. Onun pulunu Azər qaytarmamışdır. Dəfələrlə Azərə xəbər göndərmişdir, mesaj yazmışdır ki, “mənim pulumu çatdırsın”. Lakin hələ də onun borcumu qaytarmayıb. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 bildirdi ki, o, Azərlə 8ci mikrorayonda parkda tanış olmuşdur. Sonradan Azər ona bildirmişdi ki, Rəşid adlı şəxslə problemi var və həmin problemi həll etmək üçün ona kömək etmək lazımdır. Həmin problemi həll etmək üçün həmin şəxslə danışmaq lazımdır. O da Azərlə birlikdə Rəşid kişi ilə görüşməyə getmiş və Rəşid kişi ilə söhbət edib çıxıb gəlmişdir. Başqa heç nə olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 bildirdi ki, Təqsirləndirilən şəxs çoxdandır tanıyır. Tanışlıqları Zaur adlı şəxsin yanında Nərimanovda ofisdə olmuşdur. Təqsirləndirilən şəxslə Zaur arasında borc məsələsi var imiş. 50000 manata yaxın pulla bağlı imiş. Həmin borc məsələsi torpaq və notariusla bağlı məsələ imiş. O, özü də Zaurla iş görmək istəyirmiş. Sonradan görmüşdür ki, Zaur iş görən adam deyil, dələduzluqla məşğuldur. O pul məsələsi ilə bağlı bir dəfə verildiyini görmüş, lakin qalanlarını eşitmişdir. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid1 vəfat etdiyi üçün üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, Şahid2 Buzovna qəsəbəsində yaşadığı üçün təxminən 15 ildir ki, onu tanıyır. İmran Buzovna bağlar sahəsində bələdiyyə tərəfindən verilmiş qohumlarına məxsus torpaq sahələrini özəlləşdirmək istəyirmiş və bu barədə maraqlandıqda o, X2 ilə tanış etmişdir. Belə ki, 2019-cu ilin oktyabr ayında Azər Əliyev qardaşının Əmlak komitəsində müavin işlədiyini deyib torpaq sahələrinin özəlləşdirilməsi üçün lazımi sənədləşmə işlərini yerinə yetirməklə çıxarış almaqda köməklik edə biləcəyini bildirmişdir. Buna görə də o, Azəri İmranla tanış etmişdir ki, həmin torpaq sahələrinə dair sənədləşmə işlərini həyata keçirsin. Bundan sonra İmranla söhbət zamanı məlum olmuşdur ki, İmran öz bibisi oğlu Rəşidlə birlikdə ümumilikdə 50 sot torpaq sahəsinə çıxarış sənədlərinin alınması üçün 60000 manat pulu Azər Əliyevə vermiş, Azər isə onları aldadaraq heç bir iş görməmiş, pulu ələ keçirmişdir. Bu barədə Azər Əliyevə dedikdə Azər müxtəlif bəhanələrlə yayınmış, guya bu işlə əlaqədar pulu müxtəlif şəxslərə verdiyini, özünün də aldadıldığını bildirmiş və bir müddət sonra telefonlara da cavab verməmişdir. X12 tanış etməkdə və torpaq sahələrinə dair çıxarış sənədlərinin hazırlanması məsələsində onun maddi marağı olmamış, İmrana köməklik etmək məqsədilə Azəri onunla tanış etmişdir. Azərin İmranı aldada biləcəyini, pulları ələ keçirmək istəməsini o, əvvəlcədən bilmirmiş. Əgər bilsəydi ki, Azər İmranı və onun tanışlarını aldada bilər, onu heç vaxt tanış etməzdi. Sadəcə olaraq istəmişdir ki, İmranın bu işində ona köməklik etsin. Sonradan Azərin özü ilə dəfələrlə bu barədə danışan zaman Azər aldığı pulu da kiməsə verdiyini və onu da aldatdıqlarını bildirmişdir. Sonradan isə Azər onun da telefonlarına cavab verməmişdir. Onun Azərlə heç bir yaxınlıq münasibəti olmamışdır. Sadəcə olaraq tanışı olan Adıgözəl adlı şəxs söhbət əsnasında ona demişdir ki, Azər sənədləşmə işlərində iş görəndir. Adıgözəl də sakit və vicdanlı adam olduğu üçün elə bilmişdir ki, onun tanışı olan Azər də yaxşı adam olar, lakin sonra başa düşmüşdür ki, yanılmışdır. Azər dələduzdur. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.1966-cı ildə Qobustan rayonunda doğulmuş Alıyev X4 Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4 və 313-cü maddələri ilə təqsirli bilinərək 01 il dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə barəsində 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi Binəqədi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmündən xaric edilmişdir. xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Təqsirləndirilən şəxs Gülmalı oğlu barəsində Yasamal RPİ-nin icraatında AR CMnin 178.1 və 320.1-ci maddələri başlanmış ********* saylı materiala AR CPM-nin 39.1.3-cü maddəsinə əsasən xitam verilmişdir. Məhkəmə çıxışları zamanı Dövlət ittihamçısı1 çıxışında Təqsirləndirilən şəxs Gülmalı oğluna Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə irəli sürülmüş ittihamdan imtina etdiyini bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Gülmalı oğluna elan edilmiş ittihamda olan AR CMnin 320.2-ci maddəsi ilə bağlı hissəsində qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair xx.xx.2008ci il tarixli qərarında göstərilmişdir ki, “CPM-in 32.2.8-ci maddəsinə əsasən dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibini həyata keçirir və cinayət təqibindən imtina edir. Bu Məcəllənin 41.3-cü maddəsində isə nəzərdə tutulmuşdur ki, dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. CPM-in 43.1.1-ci maddəsi dövlət ittihamçısının və xüsusi ittihamçının cinayət təqibindən imtina etməsini məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarının çıxarılması hallarından biri kimi müəyyənləşdirmişdir. Ümumiyyətlə, ittihamdan imtina etmək anlayışının təkcə tam deyil, habelə özünün tərkib hissəsinin elementi kimi qismən imtinanı da əhatə etməsini nəzərdə tutan yanaşma «Prokurorluq haqqında» Azərbaycan Respublikasının Qanununda da əksini tapmışdır. Belə ki, həmin Qanunun 19-cu maddəsinin 4-cü bəndində prokurorun ittihamın müdafiəsindən tam və ya qismən imtina etmək səlahiyyəti müəyyən edilmişdir. Beləliklə, CPM-in 43.1.1 və 314.2-ci maddələrində nəzərdə tutulan dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina etməsi ittihamdan həm tam, həm də qismən (o cümlədən, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində ittiham elan edildikdə, məhkəmə baxışında ittihamdan bir və ya bir neçə maddə üzrə) imtina edilməsini ehtiva edir. ” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.1-ci maddəsinə əsasən “Dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 314.2-ci maddəsinə əsasən “Məhkəmə baxışı zamanı dövlət ittihamçısı qanunun tələblərini və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanan öz daxili inamını rəhbər tutur. Məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsə elan edilmiş ittiham məhkəmə baxışı zamanı təsdiq edilmədikdə, o, həmin ittihamdan imtina etməyə haqlıdır. Məhkəmə baxışı zamanı dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən imtina etdikləri halda (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə bu Məcəllənin 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə xitam verməlidir.” Məhkəmə, iş materiallarını araşdırıb hesab edir ki, Dövlət ittihamçısı1 tərəfindən Təqsirləndirilən şəxs Gülmalı oğluna Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə irəli sürülmüş ittihamdan imtinası qəbul edilməli və təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 320.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməklə cinayət işinin icraatına xitam verilməlidir. Odur ki, məhkəmə göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası CPM-nin 43.1.1, 314.2, 344 – 348, 356, 381, 383 – 385-ci maddələrini maddələrini rəhbər tutub, məhkəmə QƏRARVERDİ Təqsirləndirilən şəxs Gülmalı oğlu Azərbaycan Respublikası CPM-in 43.1.1-ci maddəsinə əsasən, yəni dövlət ittihamçısı Təqsirləndirilən şəxs Gülmalı oğluna Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə irəli sürülmüş ittihamdan imtina etdiyi üçün həmin Məcəllənin 320.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(003)-13/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-13/2025
14.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver