Məhkəmə qərarları › İş №1(003)-130/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-130/2024

10.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-130/2024 10.09.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş,işləməyən, Abşeron rayonu Xırdalan şəhəri, R.Axundov küç.ev 32 Ç ünvanında qeydiyyatda olmaqla, ünvan 2da nömrəsiv fərdi evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs o, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroni əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs Traverdi oğlu satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,311 qram narkotik vasitə-heroini istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib üzərində saxlamaqla daşımış, 28 fevral 2023-cü il tarixdə saat 16:45 radələrində Xəzər RPİ-nin 3-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi 21/46 ünvanına salanılaraq Xəzər RPİ-nin 3cü PŞ-nə aparılmış, şöbədə video çəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd bükümdə içərisində təmiz çəkisi 0,311 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitəheroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,536 qram narkotik vasitə-heroini istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2023-cü il tarixdə saat 00:20-də Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, şəhid Murad Əliyev küçəsində Xəzər RPİ-nin 3-cü PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Xəzər RPİ-nin 3-cü PŞ-nə aparılmış, şöbədə video çəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli cins şalvarının sağ cibindən 01 ədəd qızılı rəngli kağıza bükülmüş içərisində təmiz çəkisi 0,536 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Təqsirləndirilən şəxsin cinayət əməli özünün ifadəsi ilə yanaşı şahidlərin ifadələri, ekspert rəyləri və iş üzrə toplanmış digər sübutlarla təsdiq olunur. Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü qismən təqsirli bildi və ifadəsində göstərdi ki, elan edilmiş ittihamın ikinci epizodunu etiraf edir. İkinci epizod üzərə narkotik vasitə heroin üzərində olmuşdur. Məhkəmədən əməlini səmimi etiraf edib peşman olmasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etdi. Bundan başqa, o, elan edilmiş ittihamın birinci epizodu üzrə özünü təqsirli bilməmişdir. Belə ki, elan edilmiş ittihamın birinci epizodu üzrə ona qarşı fiziki təzyiq və psixoloji təsir olunmuş, ya bu epizodu etiraf etməlidir ya da daha küllü miqdar narkotik vasitə ilə göndəriləcəyi bildirilmişdir. Bu səbəbdən də o, etiraf etmişdir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, ittihamın 1-ci epizodu üzrə o, fevral ayında səhər saatlı 10-11-də Kənan və İntiqam tərəfindən saxlanılmışdır, Kənan onu döyüb, ona təpik və sillə vurmuşdur. Kənan onu döyən zaman hər hansı alətdən istifadə etməmişdir. Həmin gün o, özünə xəsarət yetirmiş və Sabunçu xəstəxanasında əməliyyat olmuş, axşam geri qaytarılmış və Kənan onu yenə döymüşdür, onun xəsarətləri qeydə alınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Xəzər RPİ-nin 3-cü PŞ-nin sahə inspektoru, polis mayorudur. xx.xx.2023-cü il tarixdə, təxminən saat 00:20 radələrində Xəzər RPİ-nin 3-cü PŞ-nin sahə insektoru Şahid1 ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazəsində baş vermiş oğurluq hadisələri ilə əlaqədar xidmətdə olarkən adı şöbədə onlara məlum olan Təqsirləndirilən şəxs Traverdi oğlunu Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi, şəhid Murad Əliyev küçəsində görüb zahirən narkotik vasitələrdən istifadə edən şəxslərə bənzədiyi üçün ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra ona ərazidə baş vermiş oğurluq hadisələri ilə əlaqədar yoxlanılması üçün onlarla birlikdə Xəzər RPİ-nin 3-cü PŞ-nə getməsini demişlər. Həmin vaxt o, özünü şübhəli aparsa da etiraz etmədən onlarla birlikdə polis şöbəsinə getmişdir. Polis Şöbəsində təhqiqatçı tərəfindən ona hüquq və vəzifələri izah edildikdən sonra üzərində videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış keçrilməzdən əvvəl Təqsirləndirilən şəxs Traverdi oğlundan üzərində qanunla qadağan olunmuş maddə olub-olmaması soruşduqda o, əynində olan qara rəngli cins şalvarının sağ cibindən içərisində narkotik maddə heroin olan bir ədəd qızılı rəngli kağız bükümü masanın üzərinə qoymuş, büküm açıldıqda içərisində narkotik maddə-heroinə bənzər maddə olması müəyyən olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bükümün içərisində olan maddənin heroin olduğunu, onu özü istifadə etmək üçün Suraxanı rayon ərazisindən, üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 10 manata aldığını bildirmişdir. İbtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş Xəzər RPİ-nin 3-cü PŞnin əməliyyat müvəkkili, polis mayoru Şahid1 Şahid2 ifadəsinə uyğun ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, o, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. 2023-cü ilin fevral ayında əməliyyat məlumatı daxil olmuşdur ki, Təqsirləndirilən şəxs adlı şəxs narkotik vasitənin istifadəsi, daşıması və satışında şübhəli bilinir. Bununla bağlı ondan və Şahid4 ibarət əməliyyat qrupu yaradılmışdır. Onlar 21/46 adlanan məhəlləyə yollanmışlar. Orada olan vətəndaşa yaxınlaşıb onu polis şöbəsinə dəvət etmişlər. PŞ-də inzibati otaqların birində vəkilin iştirakı və videoçəkilişlə üzərinə baxış keçirilmiş və narkotik vasitə aşkar edilmişdir. Həmin narkotik vasitə ekpertizaya göndərilmişdir. Verilən suallara cavab olaraq K.Abdullayev bildirmişdir ki, əməliyyat məlumatı satış, daşıma və istifadəsi ilə daxil olmuş, lakin satışı öz təsdiqini tapmamış, onu 4-5 radələrində saxlamışlar, vəkil dəvət edilmişdir. MSY-nə gedən zaman Şahin özünə dəmir parçası ilə xəsarət yetirmişdir. O, onu döyməmiş, ona qarşı təzyiq və ya təsir göstərməmişdir, ittihamın ikinci epizodu üzrə onu o, saxlamamışdır. Şahinin özünə xəsarət yetirməkdə məqsədi o olub ki, onu buraxsınlar, özünə xəsarət yetirdikdən sonta xəstəxanaya aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. 2023-cü ilin əvvələrində Təqsirləndirilən şəxslə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat qrupu yaradılmış və o, Kənanla birlikdə Binə qəsəbəsi 21/46 deyilən əraziyə yollanmışlar. Orada bu şəxsə yaxınlamışlar. O, özünü təqdim etdikdə həmin şəxsin şəxsiyyət məlumatlarının üst-üstə düşdüyünü görmüşlər. Onu 3-cü PB-nə aparmışlar. Orada vəkilin iştirakı və videoçəkilişlə üzərinə baxış keçirilmişdir. Baxış zamanı onun əynində olan şalvarın sağ cibindən heroinə bənzər maddə çıxmışdır. Şahin bildirmişdir ki, həmin maddəni Suraxanı rayonundan 10 manata almışdır. Həmin maddə zərfə qoyularaq möhürlənmiş və ekspertizaya göndərilmişdir. Verilən suallara cavab olaraq Şahid4 bildirmişdir ki, əməliyyat tədbirində ondan başqa Kənan olmuş, hansı saatda saxladıqlarını xatırlamır, bölmədən MSY-ə aparılan zaman yaginki məsuliyyətdən yayınmaq məqsədi ilə Şahin yerdən götürdüyü dəmir parçası ilə özünə xəsarət yetirmiş, ona qarşı hər hansı təzyiq və ya təsir göstərilməyib. İş materiallarına əlavə olunmuş cinayət işinin başlanması və icraata qəbul etmə barədə qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmış, başlanmış cinayət işinə ********* nömrəsi verilmişdir. İş materiallarına əlavə olunmuş şübhəli şəxsin tutulması barədə qərardan və protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunaraq araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/3068 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “vətəndaş Təqsirləndirilən şəxs üzərindən..» sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,536 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş təmiz çəkisi 0,536 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə - heroin maddi sübut kimi tanınmış və tədqiqat zamanı 0,050 qram sərf edildikdən sonra qalıq ümumi təmiz çəkisi 0,486 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroin məhkəmənin hökmünə qədər Xəzər RPİ-də saxlanılır. İş materiallarına əlavə olunmuş cinayət işinin başlanması barədə qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə fakta görə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmış, başlanmış cinayət işinə ********* nömrəsi verilmişdir. İş materiallarına əlavə olunmuş şübhəli şəxsin tutulması barədə qərardan və protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunaraq araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/1217 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində : «Azərbaycan Respublikası DİN Zərflər üçün №244» dairvi möhür əksi və «… dörd imza, qablaşdırdı-imza…» yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız rəfdə 01 (bir) ədəd bükümdəki təmiz çəkisi - 0,311 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitəheroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in (Siyahı İ) daxildir. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş təmiz çəkisi 0,311 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə - heroin maddi sübut kimi tanınmış və tədqiqat zamanı 0,05 qram sərf edildikdən sonra qalıq ümumi təmiz çəkisi 0,261 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroin məhkəmənin hökmünə qədər Xəzər RPİ-də saxlanılır. İş materiallarına əlavə olunmuş təqsirləndirilən şəxs qimsində cəlb etmə barədə qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs qimsində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətə, yəni 28 may 2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilməsi barədə təqdimat təmin edilməmiş, Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından azad olunmuş, onun barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 1530 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitsiərin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs 1 dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq ediməsi mümkün deyildir. Ərazi narkoloii dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılsın və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin dəyişdirilməsi və ləğv edilməsi üçün əsasların müəyyən edilmədiyi barədə qəbul edilmiş xx.xx.2023cü il tarixli qərar nəzərə alınmışdır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.2. və 234.4.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlillər vəsatət kimi qəbul edilmiş və işin hallarına uyğun gəlmədiyinə, obyektiv həqiqəti əks etdirmədiyinə və əsassız olduğuna görə rədd edilmişdir. Təqsirlənirilən şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş müvafiq olaraq 0,311 qram və 0,536 qram narkotik vasitə heroinlər maddi sübut kimi tanınmış və tədqiqata sərf edildikdən sonra qalıq qalan 0,261 qram və 0,486 qram narkotik vasitə heroinlər ibtidai istintaq qurtardıqdan sonra saxlanılması üçün Xəzər rayon Polis İdarəsinin Saxlanc Yerinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini əldə etdiyi mənbənin müəyyən edilməsindən ötrü ********* nömrəli cinayət işindən material ayrılmış və həmin material əməliyyat-axtarış tədbirlərinin davam etdirilməsi üçün Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinə göndərilmişdir. İş üzrə alınmış ifadələr, şəxsi axtarış və götürmə aparılması haqqında protokollar və həmin protokollara əlavə olunmuş CD formatlı disklərdə olan görüntülərə baxış aparılması haqqında protokollar, məhkəmə fizikikimyəvi, məhkəmə-narkoloji ekspertizasının rəyləri sübut növü kimi qiymətləndirilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli aktın məzmununda qeyd edilmişdir ki, “Xəzər RPİ-nin 3-cü PŞ-nin məsul növbətçisi polis mayoru Sənan Məmmədov, növbətçi köməkçisi polis baş serjantı Elgün Həsənov, sahə inspektoru polis mayoru Əsəd Əsədov, əməliyyat müvəkkili polis leytenantı Vüsal Hüseynov, baş təhqiqatçı polis mayoru Namiq Binnətov, baş əməliyyat müvəkkili polis mayoru Kənan Abdullayev və baş əməliyyat müvəkkili polis baş leytenantı Şahid4 iştirakı ilə bu aktı tərtib etdik ondan ötrü ki, 28 fevral 2023-cü il tarixdə narkotik vasitələrin dövriyyəsində şübhəli bilindiyi üçün xx xxxxxx 1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs üzərinə baxış keçirildikdən sonra polis şöbəsinin əməkdaşlarının müşayiəti ilə Xəzər RPİ-nin MSY-ə aparılan zaman polis şöbəsinin həyətində operativ nəqliyyat vasitəsinə mindirilən zaman həyətdə olan dəmir parçası ilə özünə xəsarət yetirmişdir. Akt ucadan oxundu və iştirakçılar tərəfindən imzalandı.” İş materiallarında olan xx.xx.2023-cü il tarixli aktdan görünür ki, ın məzmununda qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs MSY gətirilən vaxt onun üstünə baxış keçirildi. Bədənində aşkar olunmuş xəsarətlər: qarın nahiyəsində bintlə bağlı yara aşkar olundu. İş materiallarında olan xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, toplanmış C-149/23 saylı material üzrə qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs Xəzər RPİ-nin 3-cü PŞ-nin əməkdaşı tərəfindən döyülməsi xüsusatları ilə bağlı toplanmış materialda polis əməkdaşının əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli 18-1-17/2-667 saylı məktubdan görünür ki, xx.xx.2024-cü il tarixli N-1(003)-130/2024 nömrəli sorğunuza cavab olaraq X11 rəhbərliyi bildirir ki, vətəndaş Muradov X1 şöbəsində xx.xx.2023-cü il tarixdə saat 18:50-də “Qarnın ön divarının kəsilmiş deşilmiş yarası” diaqnozu ilə stasionar müalicə almışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunaraq araşdırılmış Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Xəzər Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 04 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2015-ci ildə Xəzər Rayon Məhkəməsinin qərarı ilə cəzaçəkmədən 05 ay 28 gün vaxtından əvvəl şərti azad edilmişdir. Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci ildə Nizami Rayon Məhkəməsinin qərarı ilə cəzaçəkmədən 03 ay 11 gün vaxtından əvvəl şərti azad edilmişdir. Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci ildə Nizami Rayon Məhkəməsinin qərarı ilə cəzaçəkmədən 28 gün vaxtından əvvəl şərti azad edilmişdir. xx.xx.2023-cü il tarixdə cəzası başa çatmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs əvvəllər az ağır cinayət törətdiyinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir (götürülməmişdir). İnsan Hüquqlarının və X6 Haqqında xx.xx.1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttiham aktına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma ilə törədildikdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən cinayət məsuliyyəti yaradır. Məhkəmə, iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittihamın ikinci epizodu üzrə cinayətin törədilməsində Təqsirləndirilən şəxs oğlunun təqsirliliyi özünün etirafedici ifadəsindən başqa, şahidin ifadələri, işin digər materialları ilə sübuta yetirilir və ona düzgün olaraq Cinayət Məcəlləsinin həmin maddəsi ilə ittiham irəli sürülmüşdür. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsifini düzgün hesab etsə də, onun əməlinin həmin ittihamın 1-ci epizodu, yəni Təqsirləndirilən şəxs 0,311 qram olan kustar üsulla hazırlanmış narkotik maddə heroinin aşkar edilərək götürülməsi epizodu üzrə tövsifini düzgün hesab etmir və həmin epizod ittihamdan xaric edilməlidir. Belə ki, ittihamın birinci epizodu üzrə, yəni Təqsirləndirilən şəxs 0,311 qram olan kustar üsulla hazırlanmış narkotik maddə heroinin aşkar edilərək götürülməsi epizodunu Təqsirləndirilən şəxs fiziki təzyiq altında etiraf etmişdir. Təqsirləndirilən şəxs ittihamın birinci epizodu üzrə, yəni ondan 0,311 qram olan kustar üsulla hazırlanmış narkotik maddə heroinin aşkar edilərək götürülməsi epizodu öz təsdiqini tapmamışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul edərək, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində ikinci epizod üzrə cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində (ikinci epizod üzrə) göstərilən cinayət əməlini törətməsi – Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma özünün etirafedici, şahid ifadəsi və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmalı və o, həmin maddə ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli № 15 Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edərək peşmançılıq çəkməsini, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına və məhkumluğunun ödənilməməsinə (götürülməməsinə) baxmayaraq, yenidən qəsdən cinayət törətməsini və bununla da Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaratmasını Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkün deyildir və buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində, xx.xx.2023-cü il tarixədək ev dustaqlığında saxlandığı 03 ay müddət, xx.xx.2023-cü il tarixdə həbsdə saxlandığı 01 gün müddət, ümumilikdə 03 ay 1 gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbs edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 0,486 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs “0,311 qram olan kustar üsulla hazırlanmış narkotik maddə heroinin aşkar edilərək götürülməsi epizodu” ümumi ittihamdan xaric edilməlidir. Təqsirləndirilən şəxs aidiyyəti sübuta yetirilmədiyindən 0,311 qram olan kustar üsulla hazırlanmış narkotik maddə heroinin 0,05 qram tədqiqata sərf edildikdən sonra qalıq olan 0,261 qram olan kustar üsulla hazırlanmış narkotik maddə heroinin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyəti nəzərdə tutulduğundan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra həmin narkotik maddə heroin kim tərəfindən, haradan və nə məqsədlə əldə edilib saxlanması səbəblərinin araşdırılması üçün zəruri materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Xəzər rayon prokurorluğuna göndərilsin, maddi sübut kimi saxlanılan 0,261 qram olan kustar üsulla hazırlanmış narkotik maddə heroin araşdırma sona çatanadək Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində saxlanılmalıdır. Təqsirləndirilən şəxs 81,00 (səksən bir) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. İş üzrə məhkəmə xərci – keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 92,00 (doxsan iki) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından ödənilməlidir. Maddi sübut 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Xəzər RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X3 və Xəzər RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru X8 barəsində təsir tədbirlərinin görülməsi üçün xüsusi qərar çıxarılmalıdır. Həmin tədbirlərin görülməsi üçün xüsusi qərar Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə göndərilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda (180 manat) və məhkəmə baxışı (180 manat) zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X9 ümumilikdə 360 (üç yüz altmış) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. İş üzrə mülki iddia, maddi ziyan yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində, xx.xx.2023-cü il tarixədək ev dustaqlığında saxlandığı 03 ay müddət, xx.xx.2023-cü il tarixdə həbsdə saxlandığı 01 gün müddət, ümumilikdə 03 ay 1 gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 0,486 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs “0,311 qram olan kustar üsulla hazırlanmış narkotik maddə heroinin aşkar edilərək götürülməsi epizodu” ümumi ittihamdan xaric edilsin. Təqsirləndirilən şəxs aidiyyəti sübuta yetirilmədiyindən 0,311 qram olan kustar üsulla hazırlanmış narkotik maddə heroinin 0,05 qram tədqiqata sərf edildikdən sonra qalıq olan 0,261 qram olan kustar üsulla hazırlanmış narkotik maddə heroinin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyəti nəzərdə tutulduğundan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra həmin narkotik maddə heroin kim tərəfindən, haradan və nə məqsədlə əldə edilib saxlanması səbəblərinin araşdırılması üçün zəruri materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Xəzər rayon prokurorluğuna göndərilsin, maddi sübut kimi saxlanılan 0,261 qram olan kustar üsulla hazırlanmış narkotik maddə heroin araşdırma sona çatanadək Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində saxlanılsın. Təqsirləndirilən şəxs 81,00 (səksən bir) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. İş üzrə məhkəmə xərci – keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 92,00 (doxsan iki) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından ödənilsin. Maddi sübut 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Xəzər RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X3 və Xəzər RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru X8 barəsində təsir tədbirlərinin görülməsi üçün xüsusi qərar çıxarılsın. Həmin tədbirlərin görülməsi üçün xüsusi qərar Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə göndərilsin. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 150 manat və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X4 24 manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökm təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar