Məhkəmə qərarları › İş №1(003)-131/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-131/2023

31.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-131/2023 31.05.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru X7, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1998-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, natamam orta təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi 8, inzibati binada qeydiyyatda olan, barəsində "həbs" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.4 və 133.2.6-cı maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs aşkar surətdə xx xxxxxxxx 2018-ci il təvəllüdlü qızı Zərərçəkmiş şəxs doğulduqdan sonrakı dövrlərdə yaşadıqları Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, “Xaşaxuna” bağlar massivində yerləşən nömrəsiz evdə köməksiz vəziyyətdə olduğunu bilə-bilə ona müqavimət göstərmək imkanından məhrum olduğunu dərk edərək müxtəlif vaxtlarda, sonuncu dəfə isə 2022-ci ilin yanvar ayının əvvəllərində - Zərərçəkmiş şəxs ölümündən təxminən 2 həftə öncə sonuncunu mütəmadi olaraq döyməklə, ona qarşı sair zorakı hərəkətlər edərək dəfələrlə çimdikləyib, siqareti bədəninin müxtəlif nahiyələrinə basmaqla termiki faktorlarla təsir edib, hətta boynuna uzatma kabeli dolayaraq həmin kabeli də tavana bağlayıb boğucu hərəkətlər edib güclü fiziki ağrılar yetirməklə, psixi iztirablara da məruz qoyub qəsdən ona döş qəfəsinin ön səthinin sol və sağ yarısının yarısının yuxarı üçdə birinin, kürəkarxası nahiyyədə onurğa üzərində, sağ kürək nahiyyəsinin, sağ bazunun orta üçdə birinin arxa səthinin, sağ əlin arxa səthinin, sağ baldırın yuxarı üçdə birinin ön səthinin yanıq yaraları ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarəti yetirib Zərərçəkmiş şəxs işgəncə verməklə əzab vermişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, “Xaşaxuna” bağlar massivində yerləşən nömrəsiz evdə atası X2, nənəsi-atasının anası X4, 11 yaşlı bacısı X5 və qızı 2018-ci il təvəllüdlü Məryəmlə birlikdə yaşamışlar. Rəsmi olaraq heç bir yerdə işləməmişdir. Ofisiantlıq və kuryerliklə məşğul olub özünü və qızını maddi cəhətdən dolandırmağa çalışmışdır. O, 2017-ci ildə X14 ilə qeyri-rəsmi ailə qurmuşdur. 2017-ci ilin təxminən dekabr ayının yadında qalmayan günündə Güneli öz istəyi ilə qaçırtmışdır. Həmin vaxt Günelin şəxsiyyət vəsiqəsində xx.xx.2002-ci ildə doğulduğu yazılmışdır. O, Güneli qaçırtmazdan təxminən 7-8 ay əvvəl, yəni şagirdlərin yay tətilinə çıxmalarından təxminən 1 ay əvvəl Bakı şəhəri, Xalqlar metrosu yerləşən ərazidə məhlədə transfarmator yerləşən dəmir kabinanın içərisində Günellə ilk dəfə təbii yolla cinsi əlaqədə olmuşdur. Güneli qaçırdıb qeyri-rəsmi arvadı etdikdən sonra birgə nikahlarından Məryəm adlı qızları anadan olmuşdur. Onlar ailədə ümumiyyətlə 3 qardaş və iki bacı olmuşlar. Əmisi Vüqarın övladı olmadığı üçün Rafiq adlı qardaşları Vüqara verilmişdir. O biri qardaşı Vəhiyulla 2015-ci ildə 8 yaşlı qız uşağını zorladığına görə 15 il həbs cəzasına məhkum edilmiş, hazırda səhv etmirsə, Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən cəzaçəkmə müəssisələrinin birində cəza çəkir. Bacısının biri Zəhra türk vətəndaşı ilə təxminən 2017ci ildə ailə həyatı qurmuş və hazırda Türkiyə respublikasında yaşayır. 11 yaşlı bacısı isə onlarla birlikdə yaşayır. Atası narkotik vasitələrin aludəçisi olduğuna görə anası Gülənbər Əliyeva onları tərk edib getmişdir. Həmin vaxt bacısı Zeynəbi də anası özü ilə birlikdə aparsa da, sonradan atası Zeynəbi yaşadıqları yerə gətirmişdir. Mehmanı təxminən 11 il bundan əvvəl bir qonşu kimi görüb tanımışdır. Mehman Xəyalə adlı xanımla qeyri-rəsmi birlikdə yaşamış, Xəyalənin əvvəlki nikahından 2 oğlan övladı olmuşdur. Mehmanla arasında, eləcə də Mehmanla ailə üzvləri arasında düşmənçilik və ədavət olmamışdır. Mehman atası Rövşənlə yaxın dostluq münasibətində olmuşdur. Eyni zamanda Mehman onunla da dostluq etmişdir. Qeyd etmişdir ki, Mehman atası Rövşəni narkotik vasitələrə meyilləndirmişdir. Atası Rövşən hal-hazırda da narkotik vasitə istifadəçisidir. Artıq son vaxtlarda nənəsi Zenfira yaşlı olduğundan və evin xərclərini qarşılaya bilməməsi səbəbindən ona qızı Məryəmi də götürərək evdən çıxıb getməsini və övladına özünün baxmasını məsləhət görmüşdür. Təxminən xx.xx.2022-ci il tarixdə o, qızı Məryəmi götürərək çıxıb getmişdir. Həmin vaxt o, Kürdəxanıya işləmək üçün gedəcəyindən elə həmin gün o, qızı Məryəmin paltarlarını da yığaraq qızını aparıb Mehmangilə qoyaraq çıxıb Kürdəxanıya getmişdir. Təxminən 4 gün keçmiş o, qayıdıb gəlmiş, nənəsigilə işlərinin dayandığını bildirmişdir. Həmin vaxtdan etibarən o, dəfələrlə Mehmanın evinə getsə də, qızı Məryəmi görə bilməmiş, Mehman müxtəlif bəhanələr gətirərək Məryəmi ona göstərməmişdir. xx.xx.2022-ci il tarixdə nənəsi Mehmana zəng vuraraq Məryəmi evlərinə gətirməsini bildirmiş, Mehman isə həmin vaxt Məryəmi xalasının qızıgilə apardığını bildirərək qızı gətirmək üçün getdiyini bildirmişdir. Lakin həmin gün nə Mehmandan, nə də Məryəmdən xəbər çıxmamışdır. Həmin gün axşam nənəsi Məryəmin qonşuluqda yaşayan Mehman tərəfindən oğurlanması ilə bağlı DİN-in 102 zəng mərkəzinə məlumat vermişdir. xx.xx.2022-ci il tarixdə axşam saatlarında Mehmanın qardaşı Yusif onların evlərinə gələrək Məryəmin orada olub-olmamasını dəqiqləşdirmiş, həmçinin Məryəmin Mehmangildə də olmamasını demişdir. xx.xx.2022-ci il tarixdə Xəzər RPİ-nin 1-ci PŞ-dən nənəsi Zenfiraya zəng olunmuş, Mehmanın tutulduğu bildirilmişdir. xx.xx.2022-ci il tarixdə səhər saatlarında Xəzər RPİ-nin 1-ci PŞ-nə gəlmişdir. Əlavə olaraq bildirmişdir ki, o, bir neçə dəfə işləməyə gedəndə övladı Məryəmi aparıb Mehmangildə qoymuşdur. Mehman da bir dəfə Məryəmin bədənini dişləyib gömgöy etmiş, hətta bir dəfə də Məryəmin kürəyi yanmış vəziyyətdə Mehmangildən gətirmişdir. Hətta Mehmanın arvadı Xəyaləni də döydüyünü bir neçə dəfə gözü ilə görmüşdür. Təqsirləndirilən şəxs həmçinin qeyd etmişdir ki, qeyri-rəsmi ar-arvad münasibətində yaşadığı Günel Hüseynlinin rayon prokurorluğunda təqdim etdiyi videogörüntüyə baxmış, həmin görüntülərdə danışan şəxs özü və azyaşlı qız isə övladı Zərərçəkmiş şəxsdir. Zərərçəkmiş şəxs boğazına uzatma kabelini o dolamış və həmin kabeli tavanın taxtasına bağlamış, eyni zamanda Məryəmin ayağının altına stulu o qoymuşdur. Bundan başqa Günelin qeyd etdiyi kimi qızı Məryəmin boğazına bıçaq yaxınlaşdırmış və başqa qorxulu hərəkətlər etmişdir ki, Güneli fikrindən daşındırıb evə geri qaytarsın. Fikri yalnız Güneli qorxutmaq olmuşdur. Bundan əlavə qızı Məryəm küçədə nalayiq sözlər öyrənib evdə təkrarladığı üçün Məryəmi dəfələrlə döymüş, sözə baxmadığı üçün çimdikləmiş, hətta Məryəm ölməmişdən təxminən 2 həftə əvvəl cəzalandırmaq üçün siqaretin yanan ucu ilə bədəninin müxtəlif yerlərinə dağ basmışdır. Lakin heç vaxt qızı Məryəmi öldürmək niyyəti olmamışdır, çünki qızını bir ata kimi çox istəmişdir. Qızına qarşı etdiyi kobud hərəkətlərə görə çox peşman olduğunu bildirmişdir. Qeyd etmişdir ki, Mehman qızı Məryəmi döyərək xəsarətlər yetirib öldürmüşdür. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, ilk dəfə cinayət əməli törətdiyini bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etdi. Aparılmış ibtidai istintaq zamanı zərər çəkmiş şəxsin qanuni nümayəndəsi qismində ifadəsi alınmış X14 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş X8 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, sosial şəbəkə vasitəsilə tanış olduğu qızlarla birlikdə kirayədə yaşayır. Hal-hazırda mağazada satıcı işləyir. Mərhum Zərərçəkmiş şəxs onun qızı olmuşdur. O, təxminən 2017-ci ildə Təqsirləndirilən şəxs ilə sosial şəbəkə vasitəsilə tanış olub ailə qurmuş, 2018-ci ildə Məryəm adlı qızları dünyaya gəlmişdir. Onlar ailədə 3 bacı, 1 qardaş olmuşlar. Onlar uşaq olanda atası ilə anası ayrılmış, daha sonra anası ikinci dəfə Türkiyə Cümhuriyyəti vətəndaşı ilə ailə həyatı qurmuşdur. O, Talehlə ailə həyatı qurduqdan sonra ilk vaxtlarda Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşaxuna bağlar massivində Talehin ailəsi ilə bir evdə yaşamışlar. Həmin evdə Talehlə ondan savayı, Talehin anası Gülənbər, atası Rövşən və bacısı Zeynəb də yaşamışlar. Lakin bir müddət keçdikdən sonra Talehlə o, həmin evdən çıxaraq müxtəlif ünvanlarda kirayədə yaşamışlar. Talehlə ilk vaxtlarda münasibətləri normal olsa da, sonradan Talehlə münasibətləri soyuqlaşmağa başlamışdır. Buna əsas səbəb isə Talehin heç bir yerdə işləməməsi və narkotik vasitələrdən istifadə etməsi olmuşdur. 2019-cu ilin may ayında artıq Talehin hərəkətlərinə dözə bilməyərək övladı Zeynəbi Talehin himayəsində qoyaraq çıxıb getmişdir. Evdən çıxdıqdan sonra bir müddət anasıgillə birlikdə yaşamış, daha sonra anasıgilin Türkiyəyə köçməsindən sonra sosial şəbəkə vasitəsilə tanıdığı xanımlarla birlikdə kirayə ev tutub yaşamağa başlamışdır. Həmin vaxtdan xx.xx.2020-ci il tarixə kimi Talehlə və onun ailəsi ilə heç bir formada əlaqə saxlamamış, övladı Məryəmdən də heç bir məlumatı olmamışdır. xx.xx.2020-ci ildə Bakı Metropoliteninin Əhmədli metostansiyasının yaxınlığında küçədə getdiyi vaxt Talehin yaxınlıqda yerləşən marketdən çıxdığını görmüş, Taleh də həmin vaxt onu görmüşdür. Həmin vaxt Taleh onun ardınca gələrək on söhbət etmək istədiyini, onunla barışmaq istədiyini bildirmişdir. O isə heç bir zaman onunla barışmayacağını, onunla birlikdə olmaq istəmədiyini bildirdikdə Taleh cibindən çıxardığı bıçaqla ona zərbələr endirməyə başlamışdır. Həmin vaxt o, aldığı xəsarətlərlə bağlı Sabunçu 3 saylı ŞKX-ya aparılmış, Taleh isə polis əməkdaşları tərəfindən saxlanılmışdır. Daha sonra o, anasıgillə birlikdə çıxıb Türkiyəyə getmiş, 2021-ci ilin dekabr ayında qayıtmışdır. 2021-ci ilin dekabr ayında övladı Zeynəbdən imtina etməyi ilə bağlı notariat kontorunda ərizə yazmışdır. Əslində uşaqdan imtina etməsinə səbəb Talehin Məryəmin sənədlərini düzəltdirmək istəməsi olmuşdur, çünki həmin vaxta qədər övladı Məryəm onun soyadını daşımışdır. xx.xx.2022ci il tarixdə, təxminən saat 21 radələrində o, işdən çıxıb evə gəlmişdir. O, evdə olan zaman sosial şəbəkədə övladı Zeynəb Hüseynlinin ölü halda quyudan tapıldığını oxumuşdur. Televiziya proqramından bu haqda eşitdikdən sonra xəbərin doğruluğuna əmin olmuşdur. Taleh onunla bir yerdə yaşadıqları vaxtlarda qızları Zərərçəkmiş şəxs qarşı mehriban olmuş, lakin o, Talehdən ayrıldıqdan sonra Taleh onunla barışmayacağı təqdirdə özünü və qızları Məryəmi öldürəcəyi ilə hədələmiş, hətta ona 2 dəfə qızları Məryəmi öldürəcəyi ilə bağlı hədə-qorxu videoları çəkib göndərmişdir. Hətta Taleh ona bir neçə dəfə bıçağı Məryəmin boğazına dirəyib qayıtmayacağı təqdirdə Məryəmi öldürəcəyi ilə bağlı hədə-qorxu videoları da çəkib göndərmişdir. Lakin həmin görüntülərin olduğu telefonunu itirdiyindən həmin görüntüləri istintaqa təqdim edə bilməyəcəyini, yalnız Talehin Məryəmin boğazına uzatma kabeli bağlayaraq ona işgəncə verməsi ilə bağlı Talehin ona göndərdiyi videogörüntüləri CD formasında istintaqa təqdim edə biləcəyini qeyd etmişdir. Günel Hüseynli əlavə olaraq təqdim etdiyi həmin videogörüntüdəki məkanın hara olmasını bilmədiyini, lakin işgəncə verilən azyaşlının qızı Məryəm, həmin görüntüdə fonda olan səs keçmiş əri Talehə məxsus olduğunu bildirmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X10 tərəfindən canlı şəxsin ekspertizasının xx.xx.2022-ci il tarixli, 22 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, Zərərçəkmiş şəxs meyitində başın yumşaq toxumalarının iç səthinə, beyin toxumasına və beynin yumşaq qişasına qansızmalar, boyunun sol yan səthinin yuxarı üçdə birinin qançırı, döş qəfəsinin ön səthinin sol yarısının yuxarı üçdə birində - sol qoltuqaltı nahiyyəyə yaxın, döş qəfəsinin ön səthinin sağ yarısının yuxarı üçdə birinin, kürəkarxası nahiyyədə onurğa üzərində, sağ kürək nahiyyəsinin, sağ bazunun orta üçdə birinin arxa səthinin, sağ əlin arxa səthinin, sağ və sol sarğı nahiyyəsinin, sol budun orta üçdə birinin ön səthinin, sol budun orta-aşağı üçdə birinin arxa səthinin, sağ baldırın yuxarı üçdə birinin ön səthinin, sağ dizaltı çuxurun yanıq yaraları, sağ çiyin nahiyyəsinin səthi kəsilmiş yarası aşkar edilmişdir. Boyunun sol yan səthinin yuxarı üçdə birinin qançırı küt əşya təsirindən törənmiş, törənmə müddəti onun ölümündən 2-3 gün əvvələ; sağ çiyin nahiyyəsinin səthi kəsilmiş yarası kəsici təsirə malik əşya (alət) təsirindən törənmiş, törənmə müddəti onun ölümündən 3-5 gün əvvələ uyğun gələ bilərlər, istər birlikdə, istərsə də ayrı-ayrılıqda, canlı şəxslərdə sağlamlığa zərərvurmayan xəsarətlərin əlamətlərinə malikdirlər, ölümlə səbəbli əlaqələri yoxdur. Döş qəfəsinin ön səthinin sol və sağ yarısının yarısının yuxarı üçdə birinin, kürəkarxası nahiyyədə onurğa üzərində, sağ kürək nahiyyəsinin, sağ bazunun orta üçdə birinin arxa səthinin, sağ əlin arxa səthinin, sağ baldırın yuxarı üçdə birinin ön səthinin yanıq yaraları yüksək hərarətin (ola bilsin siqaret közünün) təsirindən törənmişlər, törənmə müddətləri onun ölümündən 1,5-2 həftə və ondan əvvəl müddətə uyğun gələ bilər, canlı şəxslərdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə sağlamlığa yüngül dərəcəli zərəvurma əlamətlərinə malikdirlər, ölümlə səbəbli əlaqələri yoxdur. Sağ və sol sarğı nahiyyəsinin, sol budun orta üçdə birinin ön səthinin, sol budun orta-aşağı üçdə birinin arxa səthinin, sağ baldırın yuxarı üçdə birinin ön səthinin, sağ dizaltı çuxurun yanıq yaraları yüksək hərarətin təsirindən törənmişlər, törənmə müddətləri onun ölümündən 5-7 gün əvvələ uyğun gəlirlər, canlı şəxslərdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa az ağır dərəcəli zərərvurma əlamətlərinə malikdirlər, həyatidirlər, ölümlə səbəbli əlaqələri yoxdur. Başın yumşaq toxumalarının iç səthinə, beyin toxumasına və beynin yumşaq qişasına qansızmalar küt əşya (əşyalar) - (əl ilə (fiziki qüvvə tətbiq etməklə) və ya öz boyundan hündür yüksəklikdən başı üzərinə qumlu yer səthinə düşməsi) təsirindən törənmişlər, törənmə müddətləri onun ölümündən əvvələ uyğun gəlirlər, canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR dərəcəli zərərvurmanın əlamətlərinə malikdirlər, həyatidirlər və baş vermiş ölümlə birbaşa səbəbli əlaqəlidirlər. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb baş-beyin toxumasına və beynin yumşaq qişasına geniş qansızmalar olmuşdur. Hadisə haqqında olan məlumatlara, xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, mərhum Zərərçəkmiş şəxs bədənində aşkar olunan xəsarətlər kənar şəxs (şəxslər) tərəfindən yetirilməyə uyğun gəlir və xəsarətlər müxtəlif şəraitlərdə, eləcə də qərarın təsviri hissəsində göstərilən şəraitdə yəni, əl ilə yetirilməyə, siqaret közü ilə yandırılmaya; sağrı və aşağı ətrafların yüksək temperaturlu əşyalara təması (sıxılması) səbəbindən, həmçinin öz boyundan hündür yüksəklikdən başı üzərinə qumlu yer səthinə düşməsi nəticəsində əmələ gəlməsi inkar olunmur. “Müqavimət göstərmə və dalaşma” məhkəmə-tibb termini deyildir. Xəsarətlər yetirilərkən mərhum Zərərçəkmiş şəxs bədənin müxtəlif duruş vəziyyətlərində (ayaqüstü, yarıoturaq, oturaq, yarıuzamqlı və s. ola bilərdi). Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən demək olar ki, ölüm mərhum Zərərçəkmiş şəxs meyitinin meyitxanada müayinəsindən 7-8 gün əvvəl baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti, narkotik maddələr, güclü təsiredicilər aşkar edilməmişdir. Mərhum Zərərçəkmiş şəxs qızlıq pərdəsi tamdır, arxa keçəcək nahiyyəsindən qeyri-təbii yolla cinsi əlaqədə olmanın əlamətləri (sfınktorun boşalması, şüavari büküşlərin hamarlaşması və selikli qişanın zədələnməsi) aşkar edilməmişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji eskpertizasının xx.xx.2022-ci il tarixli, 421 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Məhkəmə-psixoioji ekspertizası üzrə motivləşdirici hissə: aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs əqli-intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Emosional-iradi sferasında emosional qeyri-sabitlik, başqalarının hiss və həyəcanlarına qarşı biganəlik, laqeydlik, eqosentrizm aşkar olunmaqla xasiyyətin psixopatik cizgiləri müəyyən olunur. Məhkəmə-psixiatrik ekspertizası üzrə yekun hissə: Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə-psixoloji ekspertizası üzrə: Təqsirləndirilən şəxs xasiyyətin psbcopatik cizgiləri müəyyən edilir. Nümayişkaranəlik, emosional qeyrisabitlik, başqalarının hiss və həyəcanlarına qarşı biganəlik, eqosentrizm, başqalarının fikir və hisslərinə önəm verməmək, öz istəklərini hər vasitə ilə reallaşdırmaq kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməllərini törədərkən psixi-emosional vəziyyətində amansız, mərhəmətsiz münasibət yaranmışdır. İstintaq tərəfindən təqdim olunmuş videogörüntüdə Təqsirləndirilən şəxs azyaşlı Məryəmin boynuna ipi keçirib onu asmaqla qorxutması, uşağın qışqırmasına, ağlamasına məhəl qoymaması, azyaşlı qızı Məryəmi öldürə biləcəyi ilə onun anasını inandırmağa çalışması və s. digər hərəkətləri şəxsi keyfiyyətlərində müəyyən edilən (nümayişkaranəlik, emosional qeyri-sabitlik, başqalarının hiss və həyəcanlarına qarşı biganəlik, eqosentrizm, başqalarının fikir və hisslərinə önəm verməmək, öz istəklərini hər vasitə ilə reallaşdırmaq) xüsusiyyətləri ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs emosional halından asılı olaraq cinayət əməllərini törədərkən öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında otmuşdur. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində (fizioloji affekt halında) olmamışdır. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən keçirilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın 24 fevral 2022-ci il tarixli, 941 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinodlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar edilməmişdir. Hal-hazırda o, narkomaniya xəstəliyindən əziyyət çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə-fonoskopik ekspertizasının 25 aprel 2022-ci il tarixli, 4/380-4/390 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, ekspertizaya təqdim edilmiş 01 (bir) ədəd “FULL” markalı CD diskdə olan mübahisə videofonoqramlardakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətndən ibarətdir. Ekspertizaya təqdim edilmiş 1 ədəd “FULL” markalı CD diskdə olan mübahisə olmuş diktorun səsi və nitqi - Təqsirləndirilən şəxs məxsusdur. Ekspertizaya təqdim edilmiş 01 (bir) ədəd “FULL” markalı CD diskdə olan mübahisəli videofonoqramdakı səs mövzu üzrə danışıq 1 nəfər kişi diktor tərəfindən aparılmış və 1 nəfər uşaq səsi eşidilir. Ekspertizaya təqdim olunmuş 2-ci ssual məhkəməfonoskopik ekspertizasının predmetinə aid olmadığından müvafiq istiqamət üzrə tədqiqat aparılmamışdır. Ekspertizaya təqdim edilmiş 01 (bir) ədəd “FULL” markalı CD diskdə olan mübahisəli videofonoqramlarda aparılmış tədqiqatlar nəticəsində audioaxının videoaxına sintezi, kadrlararası və kadrlardaxili montaj əlamətləri müəyyən edilmədi. Mübahisəli videofonoqramların qeydə alındığı yazı qurğusu ekspertiza tədqiqatına təqdim olunmadığından digər dəyişikliklərin olub-olmadığını müəyyən etmək mümkün olmadı. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1998-ci ildə Bakı şəhərində doğulmuş Təqsirləndirilən şəxs Xətai PRİ tərəfindən xx.xx.2021-ci il tarixdə AR CM-nin 128-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş, xx.xx.2021-ci il tarixdə AR CPM-nin 40.3-cü maddəsinə əsasən xitam verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, 04 fevral 2022ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 133.2.4-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından o, Xəzər RPİ-nin İŞnin müstəntiqi, polis-baş leytenantı Orxan Hüseynzadə tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 05 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis-baş leytenantı Orxan Hüseynzadə tərəfindən Azərbaycan Respublikasının CM-nin 133.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarına əlavə edilmiş Xəzər Rayon Məhkəməsinin 4(003)-55/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.4-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 04 fevral 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ifadənin yerində yoxlanılması barədə protokollardan görünür ki, Təqsirləndirilən şəxs azyaşlı qızı Zərərçəkmiş şəxs qarşı işgəncə xarakterli hərəkətlər törətdiyi yaşadıqları evi, habelə azyaşlı qızı Zərərçəkmiş şəxs boğazına uzatma kabelini doladığı və həmin kabeli tavanın taxtasına bağladığı, eyni zamanda Məryəmin ayağının altına qoyduğu stulu təsvir edərək göstərmişdir. İş materiallarına əlavə edilmiş Xəzər Rayon Məhkəməsinin 4(003)-205/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.4-cü maddəsi ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti – 27 gün, yəni xx.xx.2022-ci il tarixədək uzadılmışdır. İş materiallarına əlavə edilmiş Xəzər Rayon Məhkəməsinin 4(003)-246/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.4-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 01 iyun 2022-ci il tarixdən 01 iyul 2022-ci il tarixədək uzadılmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 133.2.4-cü maddəsindən həmin Məcəllənin 133.2.4 və 133.2.6-cı maddələrinə tövsif edilmişdir. İş materiallarında olan 26 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞ-nin baş müstəntiqi, polis polkovnik-leytenantı Neman Şirinov tərəfindən Azərbaycan Respublikasının CM-nin 133.2.4 və 133.2.6-cı maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarına əlavə edilmiş Xəzər Rayon Məhkəməsinin 1(003)-323/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.4 və 133.2.6-cı maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilmiş və cinayət işinin materialları Təqsirləndirilən şəxs başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmışdır. İş materiallarında olan 02 dekabr 2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs 26 may 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 133.2.4 və 133.2.6-cı maddələri ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış və barəsində Xəzər Rayon Məhkəməsinin qərarı ilə “həbs” qətimkan tədbirinin seçilməsi nəzərə alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X6 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərər çəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 133.2.4 və 133.2.6-cı maddələri ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə təqsirləndirilən şəxsin AR CM-nin 59.2-ci maddəsinə əsasən əməlini etiraf etməsini, səmimi peşman olmasını, ilk dəfə cinayət əməli törətməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.4 və 133.2.6-cı maddələrinə əsasən “Bu Məcəllənin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə, təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı, işgəncə verməklə törədildikdə - iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxsin qanuni nümayəndəsinin ifadəsinə, ekspertiza rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 133.2.4 və 133.2.6-cı maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.4 və 133.2.6-cı maddələrinin sanksiyasında olan azadlıqdan məhrum etmə növündə cəzasının təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 250 (iki yüz əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 133.2.4 və 133.2.6-cı maddələri ilə təqsirli bilinsin və ona 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmənin əvvəli 04 fevral 2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 250 (iki yüz əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X3, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X11 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 40 saata görə 240 (iki yüz qırx) manat, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 15 saata görə 90 (doxsan) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar