Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-132/2020 22.09.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət X1 Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Təqsirləndirilən şəxs külli miqdarda malları Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən bəyan etməməklə, qaçaqmalçılıq yolu ilə keçirmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu ildə Çin Xalq Respublikasının Şençjen şəhərində tamah niyyəti və satış məqsədilə əldə etdiyi 1 ədədinin dəyəri 2000 manat olmaqla 7 ədəd “İphone 11Pro” markalı, 1 ədədinin dəyəri 1700 manat olmaqla 2 ədəd “İphone XS” markalı mobil telefonlardan 2 ədəd “İphone 11Pro” markalı mobil telefonu əyninə geyindiyi jiletin sağ cibində, 2 ədəd “İphone 11Pro” markalı mobil telefonu əyninə geyindiyi şalvarın sol arxa cibində, 3 ədəd “İphone 11Pro” markalı və 2 ədəd “İphone XS” markalı mobil telefonları isə malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə əyninə geyindiyi şalvarın kəmərinin arxa bel hissəsinin altında yerləşdirməklə gizlədərək, külli miqdar təşkil edən ümumilikdə 17400 manat dəyərində 9 ədəd mobil telefonu xx xxxxxx 2019-cu il tarixdə TK 334 saylı İstanbul-Bakı aviareysi ilə Türkiyə Respublikasından Azərbaycan Respublikasına gətirərək saat 20 radələrində X5 Aeroportunda fəaliyyət göstərən Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Terminal-1” gömrük postundan qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli və bəyan etməməklə qəsdən keçirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü təqsirli bilərək göstərdi ki, o, xx.xx.2019-cu il tarixində İstanbul reysi ilə Çin Xalq Respublikasına yola düşmüş, getməkdə məqsədi əsasən çıl-çıraq və çıl-çıraq ehtiyatlarını fabrikdən Rusiya Federasiyasına çatdırılması üçün sifariş vermək olmuşdur. Həmin mallar təxminən 20 gün sonra X2 şəhərinə göndəriləcəkmiş. Gedərkən özüylə 8000 ABŞ dolları pul aparmış, orada olan müddətdə xx.xx.2019-cu il tarixdə Şençjen şəhərində elektron əşyalar satılan bazardan qutusuz açıq vəziyyətdə 7 ədəd “İphone 11 Pro” və 2 ədəd “İphone XS” markalı mobil telefonlar almışdır. Telefonların dəyəri ucuz olduğu üçün belə çox almaq qərarına gəlmiş və ümumilikdə bütün mobil telefonlara 4500 ABŞ dolları ödəmişdir. xx.xx.2019cu il tarixdə Çin-İstanbul-Bakı marşrutu ilə yola düşmüş, İstanbul-Bakı aviareysi ilə gələrkən Bakıya çatmağa az qalmış mobil telefonların sayı çox olduğu üçün mobil telefonlardan 5 ədədini bel nayihəsinə yerləşdirmiş, 2 ədədini əynindəki jiletin sağ cibinə, 2 ədədini isə əynindəki şalvarın sol arxa cibinə qoymuşdur. xx.xx.2019-cu il tarixdə saat 20 radələrində Bakıda Hava Limanında baqaj lentindən baqajlarını götürdükdən sonra “Yaşıl Kanal” buraxılış vasitəsilə gömrük nəzarətindən keçmək istəyərkən gömrük əməkdaşı tərəfindən saxlanılmış, əvvəlcə “Qırmızı Kanal”a yönləndirilmiş, oradan isə üzərində şəxsi yoxlama keçirilməsi üçün yoxlama otağına dəvət edilmişdir. Orada hal şahidlərinin iştirakı ilə keçirilən şəxsi yoxlama zamanı, əynindəki şalvarın bel nayihəsində kəmərin alt hissəsindən gömrük nəzarətindən gizlətdiyi hər biri şəffaf sellofana bükülmüş qutusuz açıq vəziyyətdə 2(iki) ədəd “İphone XS” markalı və 3(üç) ədəd “İphone 11 Pro” markalı, əynindəki qırmızı rəngli jiletin sağ cibindən 2(iki) ədəd “İphone 11 Pro” markalı və əynindəki şalvarın sol arxa cibindən 2(iki) ədəd “İphone 11 Pro” markalı mobil telefon aşkar olunaraq protokol əsasında götürülmüşdür. Gətirdiyi mobil telefonlara görə rüsum ödəməmək məqsədilə bu cür etmiş, həmin telefonları satış məqsədilə əldə etmişdir. O, törətdiyi əməlin cinayət tərkibi yaratmadığı üçün barəsində cinayət təqbinə xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxsnın təqsiri törətdiyi cinayət əməlində özünün səmimietirafı ilə yanaşı iş üzrə dindirilmiş şahidlərinifadələri və işdə toplanmış digər mötəbər sübutlarla tam təsdiq olunur. xx.xx.2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən mülki iddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndəsi X4 verdiyi ifadəsində qeyd etmişdir ki, xx.xx.2019-cu il tarixdə saat 20 radələrində TK 334 saylı İstanbul-Bakı aviareysi ilə Türkiyə Respublikasından Azərbaycan Respublikasına gəlmiş Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs X5 Aeroportunda fəaliyyət göstərən Dövlət Gömrük Komitəsi HNBGİ-nin “Terminal-1” gömrük postunda gömrük nəzarətindən keçərkən saxlanılmış və şəxsi yoxlama zamanı əvvəlcədən gömrük orqanına kağız üzərində və ya elektron formada yazılı, həmçinin sorğu-sual zamanı şifahi bəyan etmədiyi, əyninə geyindiyi jiletin sağ cibində 2 ədəd “İphone 11Pro” markalı, şalvarın sol arxa cibində 2 ədəd “İphone 11Pro” markalı, həmçinin əynindəki şalvarın kəmərinin arxa bel hissəsinin altında gömrük nəzarətindən gizlədilmiş 3 ədəd “İphone 11Pro” markalı və 2 ədəd “İphone XS” markalı mobil telefonlar olmaqla, ümumilikdə külli miqdarda, 17400 manat dəyərində 9 ədəd mobil telefon aşkar edilib götürülmüşdür. İstintaq zamanı dəyəri 17400 manat müəyyən edilmiş mobil telefonların gömrük rəsmiləşdirilməsi üçün ödənilməli olan gömrük ödənişlərinin cəmi 4097,86 AZN təşkil etdiyi müəyyən olunmuşdur. Odur ki, qeyd olunanlara əsasən mülki iddianın təmin olunmasını və 4097,86 manat məbləğində maddi ziyanın Təqsirləndirilən şəxs tutulmasını xahiş etmişdir. xx.xx.2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən Şahid1 Süleyman oğluverdiyi ifadəsində qeyd etmişdir ki, 2009-cu ildən gömrük orqanlarında xidmət edir. xx xxxxxx 2019-cu il tarixdə xidməti vəzifəsini “Terminal-1” X6 gömrük postunun gəliş zalında həyata keçirərkən saat 20:00 radələrində TK 334 saylı İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs “Yaşıl Kanal” buraxılış sistemindən istifadə edərək gömrük nəzarətini keçən zaman saxlanılmış, ona məxsus əşyaların yoxlanılması və üzərində şəxsi yoxlama keçirilməsi üçün əvvəlcə “Qırmızı Kanal”-a yönləndirilmiş, oradan isə gəliş zalında yerləşən yoxlama otağına dəvət olunmuşdur. Orada keçirilən şəxsi yoxlama zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarın kəmərinin arxa bel hissəsinin altından gömrük nəzarətindən gizlədilmiş hər biri şəffaf sellofana bükülmüş qutusuz açıq vəziyyətdə 2 ədəd “İphone XS” markalı və 3 ədəd “İphone 11 Pro” markalı mobil telefon, əynindəki qırmızı rəngli jiletin sağ cibindən gömrük nəzarətinə bəyan olunmamış 2 ədəd “İphone 11 Pro” markalı və əynindəki şalvarın sol arxa cibindən 2 ədəd “İphone 11 Pro” markalı mobil telefon aşkar olunmuşdur. Şifahi sorğu-sual zamanı Sərdar həmin telefonları rəsmiləşdirmədən gömrük nəzarətindən keçirmək üçün belə bir hərəkət etdiyini demişdir. Təqsirləndirilən şəxs məxsus əşyaların yoxlanılması zamanı qeyri-qanuni hər hansı bir əşya aşkar olunmamış, yoxlama başa çatdıqdan sonra aşkar olunan 7 ədəd “İphone 11 Pro” markalı və 2 ədəd “İphone XS” markalı mobil telefonlar hal şahidlərinin iştirakı ilə protokol əsasında götürülmüşdür. xx.xx.2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən Şahid3 verdiyi ifadəsində qeyd etmişdir ki, 2015-ci ildən gömrük orqanlarında xidmət edir. xx xxxxxx 2019-cu il tarixdə xidməti vəzifəsini “Terminal-1” X6 gömrük postunun gəliş zalında həyata keçirərkən saat 20 radələrində TK 334 saylı İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs “Yaşıl Kanal” buraxılış sistemindən istifadə edərək gömrük nəzarətini keçən zaman saxlanılmış, ona məxsus əşyaların yoxlanılması və üzərində şəxsi yoxlama keçirilməsi üçün əvvəlcə “Qırmızı Kanal”-a yönləndirilmiş, üzərində gömrük nəzarətinə bəyan olunası əşyaların olub-olmaması soruşulmuş, Sərdar belə bir əşyasının olmadığı deyəndən sonra gəliş zalında yerləşən yoxlama otağına dəvət edilmişdir. Orada keçirilən şəxsi yoxlama zamanı, Təqsirləndirilən şəxs əynindəki şalvarın kəmərinin arxa bel hissəsinin altından gömrük nəzarətindən gizlədilmiş hər biri şəffaf sellofana bükülmüş qutusuz açıq vəziyyətdə 2 ədəd “İphone XS” markalı və 3 ədəd “İphone 11 Pro” markalı mobil telefon, əynindəki qırmızı rəngli jiletin sağ cibindən gömrük nəzarətinə bəyan olunmamış 2 ədəd “İphone 11 Pro” markalı və əynindəki şalvarın sol arxa cibindən 2 ədəd “İphone 11 Pro” markalı mobil telefon aşkar olunmuşdur. Şifahi sorğu-sual zamanı Sərdar həmin telefonları rəsmiləşdirmədən gömrük nəzarətindən keçirmək üçün belə bir hərəkət etdiyini demişdir. Təqsirləndirilən şəxs məxsus əşyaların yoxlanılması zamanı qeyriqanuni hər hansı bir əşya aşkar olunmamış, yoxlama başa çatdıqdan sonra aşkar olunan 7 ədəd “İphone 11 Pro” markalı və 2 ədəd “İphone XS” markalı mobil telefonlar hal şahidlərinin iştirakı ilə protokol əsasında götürülmüş, tərtib edilmiş sənədlərə imza etmişdirlər. xx.xx.2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən Şahid2 verdiyi ifadəsində qeyd etmişdir ki, 1 ildir ki, Bakı Beynəlxalq Aeroportunda “Eurostar Group MMC”-də yuyucu maşın operatoru vəzifəində işləyir. xx xxxxxx 2019-cu il tarixdə iş yerində olarkən saat 20:00 radələrində bir nəfər gömrük əməkdaşı yaxınlaşaraq sərnişinin əşyalarının yoxlanılması və üzərində şəxsi yoxlama aparılması zamanı hal şahidi qismində iştirak etməyimi xahiş etmişdir. Razılığımı bildirmiş və Aeroportun 1-ci Terminalının gəliş zalında yerləşən yoxlama otağına gəlmişdir. Gömrük əməkdaşı orada duran və əvvəllər tanımadığı bir şəxsi təqdim edərək, həmin şəxsin TK 334 saylı İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs olduğunu, əşyalarına baxış keçiriləcəyini, həmçinin üzərində şəxsi yoxlama aparılacağını bildirmişdir. Gömrük əməkdaşı ona və digər hal şahidinə hüquq və vəzifələrinin nədən ibarət olduğunu izah etmişdir. Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi yoxlama zamanı, əynindəki şalvarın kəmərinin arxa bel hissəsinin altından hər biri şəffaf sellofana bükülmüş qutusuz açıq vəziyyətdə 2 ədəd “İphone XS” markalı və 3 ədəd “İphone 11 Pro” markalı mobil telefon, əynindəki qırmızı rəngli jiletin sağ cibindən 2 ədəd “İphone 11 Pro” markalı və əynindəki şalvarın sol arxa cibindən 2 ədəd “İphone 11 Pro” markalı mobil telefon aşkar olunmuşdur. Sərnişinin baqajlarının yoxlanılması zamanı, hər hansı bir qeyri-qanuni əşya aşkar olunmamış, aşkar olunan 7 ədəd “İphone 11 Pro” markalı və 2 ədəd “İphone XS” markalı mobil telefonlar qablaşdırılıb, möhürlənmiş və protokol əsasında götürülmüşdür. Bu haqda tərtib edilən protokol ucadan oxunmuş, sənədlərin düzgünlüyünü öz imzası ilə təsdiq etmişdir. xx.xx.2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən Şahid4 Baləli oğlu verdiyi ifadəsində qeyd etmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə iş yerində olarkən saat 20:00 radələrində bir nəfər gömrük əməkdaşı yaxınlaşaraq sərnişinin əşyalarının yoxlanılması və üzərində şəxsi yoxlama aparılması zamanı hal şahidi qismində iştirak etməsini ondan xahiş etmişdir. O, razılaşmış və Aeroportun 1-ci Terminalının gəliş zalında yerləşən yoxlama otağına gəlmişdir. Gömrük əməkdaşı orada duran və əvvəllər tanımadığı bir şəxsi təqdim edərək, həmin şəxsin TK 334 saylı İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs olduğunu, əşyalarına baxış keçiriləcəyini, həmçinin üzərində şəxsi yoxlama aparılacağını bildirmişdir. Gömrük əməkdaşı ona və digər hal şahidinə hüquq və vəzifələrinin nədən ibarət olduğunu izah etmişdir. Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi yoxlama zamanı, əynindəki şalvarın kəmərinin arxa bel hissəsinin altından hər biri şəffaf sellofana bükülmüş qutusuz açıq vəziyyətdə 2 ədəd “İphone XS” markalı və 3 ədəd “İphone 11 Pro” markalı mobil telefon, əynindəki qırmızı rəngli jiletin sağ cibindən 2 ədəd “İphone 11 Pro” markalı və əynindəki şalvarın sol arxa cibindən 2 ədəd “İphone 11 Pro” markalı mobil telefon aşkar olunmuşdur. Sərnişinin baqajlarının yoxlanılması zamanı, hər hansı bir qeyri-qanuni əşya aşkar olunmamış, aşkar olunan 7 ədəd “İphone 11 Pro” markalı və 2 ədəd “İphone XS” markalı mobil telefonlar qablaşdırılıb, möhürlənmiş və protokol əsasında götürülmüşdür. Bu haqda tərtib edilən protokol ucadan oxunmuş, sənədlərin düzgünlüyünü öz imzası ilə təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış xx.xx.2020-ci il tarixli 3535 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş həssas təzyiqlə (sensor) çalışan “İOS” əməliyyat sistemi ilə təhciz olunmuş 5 ədəd “İphone 11 Pro” markalı “A2215” modelli (Migneght Green), 2 ədəd “İphone 11 Pro” markalı “A2160” modelli (Space Gray), 1 ədəd “İphone XS” markalı “A1920” modelli (Black) və 1 ədəd “İphone XS” markalı “1920” modelli (Gold) mobil telefonları hal-hazırda işlək vəziyyətdə olmaqla istifadə üçün yararlıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış xx.xx.2019-cu il tarixli 29317 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, uyğunluq sertifikatı, qeydiyyatı və zəmanəti, qutuları və aksesuarları olmayan mobil telefonların xx.xx.2019-cu il tarixə orta bazar qiyməti təxminən 17400.00 manat təşkil edir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən təqdim edilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, xx xxxxxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 12.1-ci maddəsinə əsasən “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının 16.1-ci maddəsinə əsasən “Gömrük ərazisinə gətirilməsi nəzərdə tutulan mallar həmin əraziyə gətirilməzdən əvvəl bəyan edilə bilər.” Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 146.1-ci maddəsinə əsasən “Gömrük sərhədindən keçirilən bütün mallar və nəqliyyat vasitələri onların gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanlarına bəyan edilməlidir.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki,Təqsirləndirilən şəxs əməli həmin əməlin törədildiyi vaxt qüvvədə olan Azərbaycan Respublikası CM-nin 206.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Lakin məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2020-ci il tarixli Qanununa əsasən həmin maddənin dispozisiyası dəyişdirildiyindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.1-ci maddəsiilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2020-ci il tarixli Qanununun 2.1-cü maddəsinə əsasən qanun 2020-ci il iyunun 1-dən qüvvəyə minmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının xx xxx 2020-ciil tarixli, 68-VİQD Qanunun 1.38.1-cibəndinəəsasən 206.1-ci maddənin dispozisiyasında “külli” sözü “xeyli” sözü iləəvəz edilmişdir. Həmin Qanunun 1.38.4-cü bəndinə əsasən maddənin Qeyd hissəsinin birinci bəndi aşağıdakı redaksiyada verilmişdir: “1. Bu Məcəllənin 206.1-ci maddəsində “xeyli miqdar” dedikdə, əlli min manatdan yuxarı, lakin iki yüz min manatdan artıq olmayan məbləğ, 206.1-1-ci maddəsində “külli miqdar” dedikdə, iki yüz min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, 206.1-2-ci maddəsində “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür.” Azərbaycan Respublikası CM-nin 10.3-cü maddəsinə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının xx xxx 2020-ciil tarixli Qanunu təqsirləndirilən şəxsin vəziyyətini yaxşılaşdırdığından onun barəsində həmin Qanun tətbiq edilməlidir. Beləki, Təqsirləndirilən şəxs ümumilikdə 17400 manat dəyərində (məbləğində) əmlakı Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etməməklə, qaçaqmalçılıq yolu ilə qəsdən keçirdiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1-ci maddəsi ilə təqsirləndirilir. Həmin maddədə “xeyli miqdar” dedikdəisəəlli min manatdan yuxarı, lakin iki yüz min manatdan artıq olmayan məbləğ başa düşülür. Göründüyü kimi Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etməməklə, qaçaqmalçılıq yolu ilə qəsdən keçirdiyi əmlakın dəyəri (məbləği) əlli min manatdan aşağıdır və Cinayət Məcəlləsinin 206.1-ci maddəsində nəzərdə tutulmuş “xeyli miqdar”ı təşkil etmir. Bunagörədə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının xx xxx 2020-ciil tarixliQanunun2.4-cü bəndinə əsasən Bu Qanunun 1-ci maddəsinə əsasən cinayət hesab olunmayan əməllərə dair məhkəmələrin, ibtidai istintaq və ya təhqiqat orqanlarının icraatında olan cinayət işlərinə və materiallara əməlin cinayət olmasını və cəzalanmalı olmasını aradan qaldıran yeni qanunun qüvvəyə minməsi ilə əlaqədar cinayət məsuliyyətindən azad edilmə əsasları ilə xitam verilir və ya cinayət təqibinin başlanması rədd edilir və bu əməllərin inzibati məsuliyyətə səbəb olması məsələsi araşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 479-cu maddəsinin Qeyd hissəsində gösiərilmişdir ki, Bu Məcəllənin 479 - 481, 482.1 və 482.2-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. Məhkəmə hesab edirki, Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyət yaratdığı üçün onun barəsində inzibati qaydada tədbir görülməsi üçün toplanmış materiallar Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük idarəsinə göndərilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 7 ədəd “İphone 11 Pro” markalı və 2 ədəd “İphone XS” markalı mobil telefonları maddi sübut kimi tanınmış və saxlanması üçün Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinə təhvil verilmişdir. Məhkəmə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyində maddi sübut kimi saxlanılan bəyan edilməmiş 7 ədəd “İphone 11 Pro” markalı və 2 ədəd “İphone XS” markalı mobil telefonlara münasibət bildirərək hesab edirki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilərək o, cinayət məsuliyyətindənvə azad edilsədə, Təqsirləndirilən şəxstörətdiyiəməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibatiməsuliyyət yaratdığından və həmin maddənin sanksiyasında inzibati xətanın bilavasitə obyekti olan malların müsadirə edilməsi nəzərdə tutulduğundan həmin mobil telefonlar mülkiyətçisi və iş üzrə Təqsirləndirilən şəxsna qaytarıla bilməz. Həmin əmlaklar Təqsirləndirilən şəxs inzibati məsuliyyət məsələsi həll olunanadək Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyində saxlanılmalıdır. İş üzrə keçirilmiş əmtəəşünaslıq və kompüter-texniki ekspertizası tədqiqatının dəyəri kimi cəmi 159, 94 (bir yüz əlli doqquz manat doxsan dörd qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında xx xxx 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. Təqsirləndirilən şəxs AzərbaycanRespublikasıCM-nin 206.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verildiyi və onun cinayət məsuliyyətindən azad edildiyi üçün məhkəmə hesab edir ki, mülki iddia baxılmamış saxlanılmalıdır.Azərbayçan Respublikası CPM-nin 180.3-cü maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərə-findən baxılmamış saxlanılmış mülki iddia sonradan mülki məhkəmə icraatı qaydasında verilə bilər. Maddi sübut kimi saxlanılan iş materiallarında olan 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsinvə o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyət yaratdığı üçün onun barəsində inzibati qaydada tədbir görülməsi üçün toplanmış materiallar Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük idarəsinə göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və bəyane dilməmiş 7 ədəd “İphone 11 Pro” markalı və 2 ədəd “İphone XS” markalı mobil telefonlar Təqsirləndirilən şəxs barəsində inzibati məsuliyyət məsələsi həll olunanadək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyində saxlanılan. İş üzrə keçirilmiş əmtəəşünaslıq və kompüter-texniki ekspertizası tədqiqatının dəyəri kimi cəmi 159, 94 (bir yüz əlli doqquz manat doxsan dörd qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxstutularaq dövlət büdcəsinə keçirilsin. Cinayət işi üzrə mülki iddia baxılmamış saxlanılsın və mülki iddiaçıya izah edilsin ki, ümumi qaydada mülki iddia ilə məhkəməyə müraciət etmək hüququ vardır. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“xxxxxxxxxxx” ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin.Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 8 saylı Vəkil Bürosuna həvalə edilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(003)-132/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-132/2020
22.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver