Məhkəmə qərarları › İş №1(003)-132/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-132/2023

01.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-132/2023 01.03.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru X9, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1999-cu ildə Tərtər şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozu, nömrəsiz fərdi yaşayış evində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 12:00 radələrindən xx.xx.2022-ci il tarixdə saat 16:00 radələrinədək olan müddət ərzində Zərərçəkmiş şəxs3 məxsus Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozu ərazisində yerləşən evinin zirzəmisinin dəmir qapısını açma yolu ilə qanunsuz daxil olaraq oradan 100 manat dəyərində 01 ədəd samovarı, 150 manat dəyərində 01 ədəd laqonda və dəyəri 50 manat olan 50 metr uzunluğunda elektrik naqilini gizli yolla talayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ümumilikdə 300 (üç yüz) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat təxminən 22:00-dan xx.xx.2022-ci il tarixdə saat 10:00 radələrinədək olan müddət ərzində tamah məqsədi ilə Zərərçəkmiş şəxs5 məxsus Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozu ərazisində yerləşən təmiri başa çatmayan və yaşayış olmayan yarımtikli evin zirzəmisinə qanunsuz daxil olaraq oradan 60 manat dəyəri olan 01 ədəd laqonda və 350 manat dəyərində 01 ədəd perfaratoru gizli yolla talayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 ümumilikdə 410 (dörd yüz on) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat təxminən 19:00-dan xx.xx.2022-ci il tarixdə saat 11:00 radələrinədək olan müddət ərzində tamah məqsədi ilə Zərərçəkmiş şəxs1 məxsus Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozu ərazisində yerləşən təmiri başa çatmayan və yaşayış olmayan yarımtikli evin həyətinə hasardan aşma yolu ilə qanunsuz daxil olaraq oradan 200 manat dəyərində 60 metr uzunluğunda elektrik naqilini gizli yolla talayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ümumilikdə 200 (iki yüz) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən vahid niyyətlə əhatə olunan qəsdlə tanışları X12 və X17 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixdədək olan müddət ərzində gecə saatlarında tamah məqsədi ilə Zərərçəkmiş şəxs9 məxsus Xəzər rayonu, Qala qəsəbəsi, yeni yaşayış sahəsində yerləşən evinə qanunsuz daxil olaraq 01 ədədinin dəyəri 75 manat olmaqla ümumilikdə 300 manat dəyərində 04 ədəd su qızdırıcısı, 01 ədədinin dəyəri 100 manat olan ümumi dəyəri 300 manat olan 03 ədəd drel, 01 ədəd dəyəri 240 manat olan perfarator, 01 ədəd 250 manat dəyərində “ESPA” markalı su nasosu, 01 ədəd 220 manat dəyərində laqonda, 03 ədədinin ümumi dəyəri 210 manat olan müşahidə kamerası, 01 ədəd 150 manat dəyərində samovar, 01 ədədinin mümumi dəyəri 250 manat olan alüminium qapı, 01 metrinin dəyəri 01 manat olan ümumi dəyəri 200 manat olan 200 metr uzunluğunda elektrik naqili, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində 01 ədəd 1200 manat dətərində “Mitsubishi” markalı kondisioner, 01 ədəd 1200 manat dəyərində “Samsung” markalı kondisioner, 01 ədəd 400 manat dəyərində “HP” markalı notbook, 50 manat dəyərində tikinti ələtləri və 01 ədəd 70 manat dəyərində plastik boru yapışdırıcı ütünü gizli yolla talayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs9 ümumilikdə 5040 (beş min qırx) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 20:00 radələrindən xx.xx.2022-ci il tarixdə saat 11:15 radələrinədək olan müddət ərzində tamah məqsədi ilə Zərərçəkmiş şəxs2 Mirsadiq oğluna məxsus Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozu ərazisində yerləşən təmiri başa çatmayan və yaşayış olmayan yarımtikli evin plastik pəncərəsini açama yolu ilə qanunsuz daxil olaraq oradan ümumi dəyəri 200 manat olan 260 metr uzunluğunda 3 xətli elektrik naqilini, ümumi dəyəri 100 manat olan 100 metr uzunluğunda 0,6 mm-lik elektrik naqilini, ümumi dəyəri 90 manat olan 150 metr uzunluğunda 0,4 mm-lik elektrik naqilini, 150 manat dəyərində 01 ədəd perfarator və 230 manat dəyərində 01 ədəd perfaratoru gizli yolla talayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 Mirsadiq oğluna ümumilikdə 770 (yeddi yüz yetmiş) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 15:00 radələrindən xx.xx.2022-ci il tarixdə saat 17:30 radələrinədək olan müddət ərzində tamah məqsədi ilə Zərərçəkmiş şəxs4 məxsus Xəzər rayonu, Qala qəsəbəsi ərazisində yerləşən yaşayış üçün istifadəyə verilmiş evin plastik pəncərəsinin dəmir barmaqlıqlarını sındırma yolu ilə qanunsuz daxil olaraq oradan birinin dəyəri 20 manat olan ümumilikdə 400 manat dəyərində 20 ədəd divar kağızları, bir kv. metrinin dəyəri 11 manat olan ümumilikdə dəyəri 330 manat olan 30 kv. metr metlax, dəyəri 300 manat olan 01 ədəd 82 dioqonallıq “Samsung” markalı televizor, ümumilikdə 970 manat dəyərində 02 ədəd hərbi qış gödəkçəsi, 5 ədəd hərbi səhra geyim forması, 03 ədəd hərbi çəkmə, 01 ədəd hərbi ayaqqabı, 09 ədəd hərbi şərf, 07 ədəd hərbi bel kəməri, 06 ədəd hərbi şalvar və 01 ədəd hərbi yun köynəyi gizli yolla talayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 ümumilikdə 2000 (iki min) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 12:00 radələrindən xx.xx.2022-ci il tarixdə saat 16:00 radələrinədək olan müddət ərzində tamah məqsədi ilə Zərərçəkmiş şəxs6 məxsus Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozu ərazisində yerləşən yaşadığı evin plastik pəncərəsini açama yolu ilə qanunsuz daxil olaraq oradan 60 manat dəyərində 01 ədəd laqondanı, 80 manat dəyərində 01 ədəd perfaratoru, ümumilikdə 90 manat dəyərində 02 qutu elektrik naqili, ümumilikdə dəyəri 50 manat olan 25 ədəd elektrik açarını gizli yolla talayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs6 ümumilikdə 280 (iki yüz səksən) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən vahid niyyətlə əhatə olunan qəsdlə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 01 sentyabr 2022-ci il tarixdə saat 14 radələrində Xəzər rayon Binə qəsəbəsi Südçülük Sovxozunda yerləşən Zərərçəkmiş şəxs7 Məhəmməd oğluna məxsus yaşayış evinə qanunsuz daxil olaraq oradan 01 ədəd 180 manat dəyərində gümüşü rəngli 7 litr su tutumlu odun samovarı, 01 ədəd 40 manat dəyərində “Hyundai” markalı, S1M-KZ54-125 modelli laqonda, 06 sentyabr 2022-ci il tarixdə 01 ədəd 180 manat dəyərində perfarator, ümumi dəyəri 90 manat olan 30 metr uzunluğunda elektrik naqili, 800 manat dəyərində kombi aparatının ehtiyat hissələrini gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs7 ümumilikdə 1290 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən xx.xx.2022-ci il tarixdə saat 13 radələrində Xəzər rayon Binə qəsəbəsi, Südçülük savxozunda yerləşən X4 məxsus yaşayış evinə qanunsuz daxil olaraq oradan 01 ədəd dəyəri 180 manat olan üzərində markalanmasına aid göstərici olmayan böyük ölçülü, divardeşən perfarator, 01 ədəd dəyəri 100 manat olan “Edon” markalı, TB-300 modelli qaynaq aparatı, 01 ədəd dəyəri 40 manat olan “Makota” markalı, TM-8125 modelli laqonda, 01 ədəd dəyəri 1000 manat olan “Hoofman” markalı televizor, 01 ədəd dəyəri 250 manat olan “Hoffman” markalı səs gücləndirici və 01 ədəd dəyəri 200 manat olan üzərində sol qulpu olmayan sarı rəngli 10 litr tutumlu odun samovarını gizli olaraq talayıb zərər çəkmiş şəxs Ceyhun İmamquliyevə ümumilikdə 1770 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində qismən təqsirli bilərək ifadəsində bildirdi ki, zərər çəkmiş şəxslər X10, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, X7, X11 məxsus əşyaları o, oğurlamış, digər oğurluq hadisələrini isə o, törətməmişdir. Təqsirləndirilən şəxs son sözündə etdiyi oğurluq hadisələri üzrə əməlindən səmimi peşman olduğunu, həmin əməlləri səmimi olaraq qismən etiraf etdiyini bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 bildirdi ki, Xəzər rayonu, Qala qəsəbəsi, Bəhmandarov küçəsində yeni yaşayış sahəsində özünə məxsus evi vardır. Hal-hazırda tam təmirli olmasa da yarımçıq bir otağını təmir etmiş, orada ailəsi ilə gedib qalır. Həmin otaq evin birinci mərtəbəsində yerləşir və iki pəncərəsi var. Həmin pəncərələrin də dəmir barmaqlıqları vardır. Sonuncu dəfə o həmin evdə xx.xx.2022-ci il tarixdə saat təxminən 15:00 radələrində olmuşdur. Həmin vaxt evin bütün əşyaları yerində olmuşdur. xx.xx.2022-ci il tarixdə saat təxminən 17:30 radələrində həmin evə getmiş, həyətə girəndə görmüşdür ki, evin birinci mərtəbəsindəki təmir olunan evin yan plastik pəncərəsinin dəmir barmaqlığı sındırılmış və pəncərə də açıq vəziyyətdədir. O evə daxil olmadan DİN-in 102 zəng mərkəzi xidmətinə məlumat vermiş və polis əməkdaşları gəldikdən sonra onlarla birlikdə evə daxil olmuşdur. Daxil olduqdan sonra görmüşdür ki, ifadəsinin əvvəlində qeyd etdiyi müddət ərzində evin yan plastik pəncərəsinin dəmir barmaqlığını sındırma və pəncərəni açma yolu ilə evə daxil olunmuş və evdən ona məxsus birinin qiyməti 20 manat olan 20 ədəd rulan divar kağızları, bir kv. metrinin dəyəri 11 manat olan 30 kv. metr metlax, dəyəri 300 manat olan 01 ədəd 82 dioqonallıq Samsung markalı televizor, müxtəlif təyinatlı hərbi geyim və atrebutları oğurlanmışdır. Pəncərəni açma yolu ilə evə daxil olunsa da, lakin pəncərəyə hər hansı bir ziyan dəyməmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, ona məxsus evdən hər birinin qiyməti 20 manat olan ümumilikdə qiyməti 400 manat olan 20 ədəd divar kağızı, 1 kv.m 11 manat olan ümumilikdə 330 manat dəyərində 30 kv.m metlax, 01 ədəd 300 manat dəyərində “Samsung” markalı 82 dioqanallı televizor, ümumilikdə 970 manat qiymətində olan 02 ədəd hərbi qış gödəkçəsi, 5 ədəd hərbi səhra geyim forması, 03 ədəd hərbi çəkmə, 01 ədəd hərbi ayaqqabı, 09 ədəd hərbi şərf, 07 ədəd hərbi bel kəməri, 06 ədəd hərbi şalvar, 01 ədəd hərbi yun köynək oğurlanmışdır. Oğurluq nəticəsində ona ümumilikdə 2000 manat maddi ziyan dəymişdir. Bundan əlavə dəmir barmaqlığın sındırılması nəticəsində ona 50 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəməmişdir. Bu səbəbdən də təqsirləndirilən şəxsə ağır cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 bildirdi ki, Binə qəsəbəsi, Südçülük Sovxozu yeni yaşayış sahəsində özünə məxsus evi vardır. Hal-hazırda tam təmirli olmasa da yarımçıq təmir edib orada yaşayır. Sonuncu dəfə o həmin evdə xx.xx.2022-ci il tarixdə saat təxminən 12:00 radələrində olmuşdur. Həmin vaxt evin bütün əşyaları yerində olmuşdur. xx.xx.2022-ci il tarixdə saat təxminən 16:00 radələrində Astara rayonundan birbaşa həmin evə getmişdir. Qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixdə Astara rayonuna getmişdir. Həyətə girəndə görmüşdür ki, evin arxa plastik pəncərəsi açıq vəziyyətdədir. O dərhal evə daxil olmuş və görmüşdür ki, həmin arxa pəncərədən evə daxil olaraq döşəməsi olmayan otaqdan zirzəmisinə daxil olunmuş və orada ona məxsus olan 60 manat dəyərində 01 ədəd laqondanı, 80 manat dəyərində 01 ədəd perefaratoru, 90 manat dəyərində 02 qutu elektrik naqili, 50 manat dəyərində 25 ədəd elektrik açarı oğurlanmışdır. Oğurlanmış əşyaların ümumilikdə qiyməti 280 manat olmuşdur. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəməmişdir. Bu səbəbdən də təqsirləndirilən şəxsə ağır cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş X7 bildirdi ki, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda özünə məxsus yaşayış evi vardır. Qeyd etmişdir ki, o Yasamal rayonunda yaşadığından həmin evə həftədə bir dəfə gələrək baş çəkir və qayıdır. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə həmin evdə olmuşdur. xx.xx.2022-ci il tarixdə saat 09:00-da evinə gəldikdə evin dəmir barmaqlılarının yerdə olduğunu görmüşdür. O dərhal hadisə barədə polis şöbəsinə gedərək ərizə ilə müraciət etmiş və qeyd etmişdir ki evin yataq otağından televizor və səs gücləndirici, evin mətbəx otağından od samovarı, evin dəhlizindən preparator, qonaq otağından isə laqonda və qaynaq aparatını oğurlamışdır. Ona məxsus evdən 01 ədəd dəyəri 210 manat olan Ural markalı preparator, 01 ədəd dəyəri 180 manat olan qaynaq aparatı, 01 ədəd dəyəri 45 manat olan laqonda, 01 ədəd dəyəri 1000 manat olan “Hoofman” markalı televizor, 01 ədəd dəyəri 250 manat olan Hoffman markalı səs gücləndirici və 01 ədəd dəyəri 200 manat olan od samovarı oğurlanmışdır. Oğurluq nəticəsində ümumilikdə ona 1885 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam ödəmişdir. Təqsirləndirilən şəxslə barışıq əldə etmiş, ondan şikayət və tələbi yoxdur. Bu səbəbdən də təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş X15 bildirdi ki, X8 onun həyat yoldaşıdır. Ərizələrdə sözü gedən ev, yəni Xəzər rayonu, Qala qəsəbəsində yerləşən yaşayış üçün tam yararlı olan bağ evi onun əmlakıdır, lakin həyat yoldaşı Samirənin ərizə yazmasına səbəb onun Bakı şəhərində olmamağı olmuşdur. Qeyd etdiyi kimi həmin ev və oğurlanmış əmlaklar onun əmlakıdır, xahiş etmişdir ki o, iş üzrə zərərçəkmiş kimi tanınsın. Mahiyyəti üzrə qeyd etmişdir ki, Qala qəsəbəsində yerləşən bağ evlərinə müəyyən vaxtlarda getmiş, baş çəkmişlər. Sonuncu dəfə 11 fevral 2022-ci il tarixdə o, həmin bağ evinə baş çəkib çıxmış, hər şey qaydasında olmuşdur. Lakin 19 fevral 2022-ci il tarixdə o Bakı şəhərində olmadığından həyat yoldaşı Samirə həmin bağ evinə baş çəkmək üçün gedərkən evin həyət qapısını açıb içəri daxil olmuş və bu zaman evin ikinci mərtəbəsində olan eyvanın yanındakı plastik pəncərənin açıq olduğunu görmüş, dərhal evə daxil olmuşdur. Bu zaman evin içərisindən oğurluq olduğunu və müəyyən əşyaların dağınıq vəziyyətdə olduğunu görmüş, onlara məlum olmuşdur ki, oğurluğa girən şəxslər həmin evin damı hissəsindən 01 ədədi 75 manat olmaqla ümumi dəyəri 300 manat olan 04 ədəd qızdırıcı pitiminutkanı, 01 ədədi 100 manat olmaqla ümumi dəyəri 300 manat olan 03 ədəd dreli, 01 ədəd 240 manat dəyərində perefaratoru, 01 ədəd 250 manat dəyərində " ESPA " markalı su nasosunu, 01 ədəd 220 manat dəyərində laqondanı, 01 ədədi 70 manat olmaqla ümumi dəyəri 210 manat olan müşahidə kamerası, 01 ədəd 150 manat dəyərində samovar, evin həyətində olan 01 ədəd 250 manat dəyərində alminum qapı, ümumi dəyəri 200 manat olmuş elektrik naqili oğurlanmışdır. Həmin vaxt ona 2120 manat ziyan dəymişdir. Həmin oğurluqla bağlı həyat yoldaşı Samirə Abdullayeva ərizə ilə Xəzər RPİ-nin 1 PŞ-nə müraciət etmişdir. Ondan sonra bir neçə dəfə həmin bağ evlərinə gedib baş cəkmişlər, sonuncu dəfə isə 23 fevral 2022-ci il tarixdə günorta saatlarında bağdan çıxmışlar. 24 fevral 2022-ci il səhər saatlarında o yenidən bağ evinə gedib baş çəkmiş, bu zaman yenədə həmin qayda ilə bağ evinə naməlum şəxsin oğurluğa girdiyini aşkar etmiş və həmin gündə ona məxsus evdən onun əmlakı olan 01 ədəd 1200 manat dəyərində " Mitsubishi " markalı kondisaneri, 01 ədəd 1200 manat dəyərində " Samsung " markalı kondisaneri, 01 ədəd 400 manat dəyərində " HP " markalı noutbooku, 50 manat dəyərində tikinti alətləri və 01 ədəd 70 manat dəyərində plastik boru yapışdırıcı ütü oğurlanmış, ona ümumi 2920 manat maddi ziyan dəymişdir. İki dəfə olmaqla ayrı-ayrı vaxtlarda oğurlanmış əmlakları nəticəsində ona 5040 manat maddi ziyan dəymişdir. O bu barədə dərhal Daxili İşlər Nazirliyinin 102 zəng xidmətinə məlumat vermiş, bir qədər keçmiş polis əməkdaşları gələrək fotoşəkillər çəkmiş, protokol tərtib etmişlər. Ona verilən suallara cavab olaraq onu qeyd etmişdir ki, ona ümumilikdə 5040 manat dəyərində maddi ziyan dəymişdir. İlkin olaraq dəymiş ziyanı təqribi olaraq qeyd etmişdir. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəməmişdir. Bu səbəbdən də təqsirləndirilən şəxsə ağır cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 Mirsadıq oğlu bildirdi ki, Binə qəsəbəsi, Südçülük Sovxozu yeni yaşayış sahəsində özünə məxsus, hazırda təmir tikinti işləri başa çatmamış və yaşayış olmayan yarımtikili evi vardır. Həmin evdə ustalar tərəfindən təmir tikinti işləri aparılmışdır. O sonuncu dəfə xx.xx.2022-ci il tarixdə saat təxminən 20:00 radələrində olmuş, həmin vaxt evdə hər bir əşyalar öz yerində olmuşdur. xx.xx.2022-ci il tarixdə saat təxminən 11:15 radələrində həmin evə getmiş, evin sağ yan tərəfindəki ağ rəngli plastik pəncərənin açıq olduğunu görmüş, fikirləşmişdir ki, o evin heç bir pəncərəsini açıq saxlamamış və ondan başqa da evdəkilərdən heçkim evə gəlməmişdir. Ona görə də evə daxil olmuş və evin hər bir yerinə baxış keçirmişdir. Bundan sonra məlum olmuşdur ki, xx.xx.2022-ci il tarixdə saat təxminən 20:00 radələrindən xx.xx.2022-ci il tarixdə saat təxminən 11:15 radələrinədək olan müddət ərzində evin sağ yan tərəfindəki ağ rəngli plastik pəncərəsini açma yolu ilə evə daxil olunmuş və orada olan qiyməti 200 manat olmuş, 260 metr uzunluqda 3 xətli elektrik naqili, qiyməti 100 manat olmuş, 100 metr uzunluqda 0,6 mm-lik elektrik naqili, qiyməti 90 manat olmuş, 150 metr uzunluqda 0,4 mm-lik elektrik naqili, birinin qiyməti 150 manat digərinin qiyməti isə 230 manat olmuş ümumilikdə 02 ədəd pereparator oğurlanmışdır. Ona məxsus evdən oğurluq hadisəsi nəticəsində 770 (yeddi yüz altmış) manat maddi ziyan dəymişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, ilkin hesablama zamanı oğurlanmış əşyaların dəyərini və usta elektrikə verdiyi pulu dəqiq hesablamamışdır. Sonradan hər birini hesablamış və məlum olmuşdur ki, evin naqillərini quraşdırmaq üçün də ustaya 360 manat əmək haqqı vermişdir. Ona görə də ona dəymiş maddi ziyanın ümumi dəyəri 1120 manatdır. Evindən oğurlanan əşyaların hamısını ifadəsinin əvvəlində qeyd etmiş, başqa hər hansı bir əşyası və ya əmlakı oğurlanmamış, evə pəncərədən daxil olunmasına baxmayaraq evin pəncərəsinə hər hansı bir ziyan dəyməmişdir. Ev təzə tikilmiş və təmiri hələ başa çatmamışdır. Ona görə də orada elektrik naqilləri olmuş və istifadə olunmamışdır, hamısı təzə vəziyyətdə olmuşdur. Oğurlanmış elektrik naqillərinin bir hissəsi divara quraşdırılmış vəziyyətdə qalan hissəsi isə istifadə olunmamış rulon halında yerdə olmuşdur. İfadəsində onların ümumi uzunluğunu qeyd etmişdir. Oğurlanmış perefaratorların hər ikisi ona məxsus olmuş və ustalar ondan istifadə etmişlər. Ustalara məxsus orada heç bir əşya olmamış, çünki ustalar onun əşylarından istifadə etmişlər. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəməmişdir. Bu səbəbdən də təqsirləndirilən şəxsdən şikayətçidir. Aparılmış ibtidai istintaq zamanı zərər çəkmiş şəxs qismində ifadəsi alınmış Zərərçəkmiş şəxs1 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, Binə qəsəbəsi, Südçülük Sovxozu yeni yaşayış sahəsində özünə məxsus, hazırda təmir-tikinti işləri başa çatmayan və yaşayış olmayan yarımtikili evi vardır. Hal-hazırda təmirsiz olduğuna görə orada yaşayış yoxdur. Sonuncu dəfə o həmin evdə xx.xx.2022-ci il tarixdə saat təxminən 19:00 radələrində olmuşdur. Həmin vaxt evin bütün əşyaları yerində olmuşdur. xx.xx.2022-ci il tarixdə saat təxminən 11:00 radələrində o həmin evə getmişdir. Qeyd etmişdir ki, həyətin giriş qapısının sol tərəfində 3x4 metr ölçüdə dam yerləşir. O həyətə girən kimi oranın işığını yandırmış və işıq yanmamışdır. Fikirləşmişdir ki, yəqin avtomatdan sönmüşdür. O avtomata yaxınlaşmış və küçədən həyətdəki dama və tualetə çəkilən elektrik xətti kəsilərək oğurlandığını aşkar etmişdir. İlkin təhqiqat araşdıması zamanı oğurlanmış elektrik naqilinin uzunluğunu dəqiq bilməmiş, lakin hansı məbləğdə aldığını bilmişdir. Sonradan dəqiqləşdirmiş və məlum olmuşdur ki, oğurlanmış elektrik naqili 200 manat dəyərində 60 metrdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, Oğurluq hadəsəsi zamanı ona ümumilikdə 200 (iki yüz manat) manat maddi ziyan dəymişdir. İfadəsində qeyd etdiyi elektrik naqilindən başqa heç bir əşya və ya əmlakı oğurlanmamışdır. Həmin elektrik naqilini o 2021-ci ilin yay aylarında almış və o vaxtdan istifadə olunmamışdır. Oğurlanmış elektrik naqili hasarın üstü ilə çəkilmiş və “skop”la divara vurulmuşdur. Aparılmış ibtidai istintaq zamanı zərər çəkmiş şəxs qismində ifadəsi alınmış Zərərçəkmiş şəxs3 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozu, yeni yaşayış sahəsində özünə məxsus evi vardır. Hal-hazırda həmin evdə ailəsi ilə birlikdə yaşayır. Özünə məxsus alətləri və əşyalarını həmin evin zirzəmisində saxlayır. Zirzəminin də taxta qapısı var və onun kilidi olmamış, həmişə açıq vəziyyətdə olmuş və onun kim tərəfindən açılıb-açılmaması bilinmir. Orada saxladığı alətlərdən tez-tez istifadə edir. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə 12:00 radələrində evinin zirzəmisində olmuş və həmin vaxt hər bir əşyaları yerində olmuşdur. xx.xx.2022-ci il tarixdə saat təxminən 16:00 radələrində həyətdəki ağacları budamaq üçün baltanı itiləmək istəmiş, bunun üçün evin zirzəmisində saxladığı özünə məxsus laqondanı götürmək istəmiş və görmüşdür ki, laqonda yoxdur. Evdəkilərdən soruşmuş və evdə heç kim tərəfindən laqondanın götürülmədiyi məlum olmuşdur. O diqqətlə zirzəmiyə nəzər yetirmiş və görmüşdür ki, orada saxladığı ona məxsus bir ədəd mis samovar və 50 metr uzunluğunda elektrik naqili də yoxdur. Bundan sonra ona məlum olmuşdur ki, ona məxsus dəyəri 100 manat olan 01 ədəd samovar, dəyəri 150 manat olan 01 ədəd laqonda və dəyəri 50 manat olan 50 metr uzunluğunda elektrik naqili oğurlanmışdır. Oğurluq nəticəsində ona 300 manat maddi ziyan dəymişdir. O əvvəl dəqiq bilməmiş, lakin sonradan hesablamış və ona dəymiş maddi ziyanın 300 manat olduğunu bilmişdir. Ona görə də istintaq zamanı ona dəymiş maddi ziyanı 300 manat qeyd etmişdir. İlkin təhqiqat zamanı verdiyi izahatda mexaniki olaraq onların dəyərini səhv salmış, lakin sonradan qiymətlərinin dəqiqləşdirmiş və istintaqa düzgün qiymətini bildirmişdir. İfadəsində qeyd etdiyi əşyalardan başqa heç bir əşya və ya əmlakı oğurlanmamışdır. Aparılmış ibtidai istintaq zamanı zərər çəkmiş şəxs qismində ifadəsi alınmış Zərərçəkmiş şəxs5 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Zərərçəkmiş şəxs5 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, Binə qəsəbəsi, Südçülük Sovxozu yeni yaşayış sahəsində özünə məxsus evi vardır. Hal-hazırda orada təmir işləri aparılır və ona görə də həmin evdə yaşayış yoxdur. Sonuncu dəfə o həmin evdə xx.xx.2022-ci il tarixdə saat təxminən 22:00 radələrində olmuşdur. Həmin vaxt evin bütün əşyaları yerində olmuşdur. xx.xx.2022-ci il tarixdə saat təxminən 10:00 radələrində həmin evə getmişdir. O evə gəlib ustalarla işləmək istəyərkən 3 gün əvvəl evin zirzəmisində qoyduğu dəyəri 60 manat olan 01 ədəd laqonda və dəyəri 350 manat olan 01 ədəd perefaratorun yerində olmadığını aşkar etmişdir. Qeyd etmişdir ki, evinin zirzəmisinə balaca qapı üçün yer saxlamışdır. Evin bütün qapı və pəncərələri olsada, lakin zirzəminin qapısı yoxdur. O dərhal bu barədə DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Oğurlanmış əşyalarının ümumlikdə qiyməti 410 manat idi. Aparılmış ibtidai istintaq zamanı zərər çəkmiş şəxs qismində ifadəsi alınmış Zərərçəkmiş şəxs7 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Zərərçəkmiş şəxs7 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, o, Yol Körpü Tikinti idarəsində mühəndis işlədiyindən işlə əlaqədar olaraq 2-3 ay müddətinə müxtəlif rayonlarda olur. Sonuncu dəfə o ailəsi ilə birlikdə xx.xx.2022-ci il tarixdə işlə əlaqədar olaraq Kəlbəcər rayonuna getmiş, yaşdığı evin açarlarını isə kürəkəni İlkinə verərək xahiş etmişdir ki, vaxtı olduqca evə nəzarət etsin. xx.xx.2022-ci il tarixdə İlkin ona zəng vuraraq bildirmişdir ki, evinin pəncərəsi sındırılmışdır və evdəki videomüşahidə cihazına baxdıqda evdən oğurluq edənin baldızının oğlu Böyükağadır. O İlkinə evdən nələrin oğurlanmasına baxaraq polisə bu barədə şikayət verməsini xahiş etmişdir. Özü isə Kəlbəcər rayonunda olduğu üçün sonradan polisə gələcəyini bildirmişdir. Ona məxsus evdən 01 ədəd 200 manat dəyərində od samovarı, 01 ədəd 60 manat dəyərində laqonda, 01 ədəd 180 manat dəyərində divardeşən, ümumi dəyəri 90 manat olan 30 metr uzunluğunda elektrik kabeli və evin zirzəmisindən dəyəri 800 manat olan kombi aparatını sökərək qutusunu saxlamış, lakin içərisinin bütün ehtiyat hissələrini oğurlamışdır. Oğurluq nəticəsində ona 1330 manat maddi ziyan dəymişdir. İlkin Abbasov təxmini qiymətlər demişdir və evə tam baxış keçirməmişdir. Lakin, sonrradan o evə baxış keçirdikdə gəlininin qab-qacaqlarının yerində olduğunu aşkarlamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 bildirdi ki, o, təxminən 2 ildir ki, Sabunçu rayonu Ramana qəsəbəsində metal qəbulu məntəqəsini işlədir. 2022-ci ilin sentyabr ayının əvvəllərində o işdə olduğu zaman bir nəfər Böyükağa adlı şəxs işlədiyi məntəqəyə gəlmiş və özündə olan işlənmiş köhnə laqonda və ərinmiş elektrik naqilləri təhvil vermişdir. Bundan bir neçə gün sonra Böyükağa yenə işlədiyi məntqəqəyə gəlmiş və 01 ədəd samovar və 01 ədəd laqonda təhvil vermişdir. O ümumilikdə 100 manata yaxın pul vermişdir. Həmçinin, həmin şəxs həmin əşyaların özünə məxsus olmasını bildirmiş və ehtiyacı olduğundan satdığını demişdir. O həmin əşyalardan bir ədədini qonşuluqda yaşayan Rəşad adlı şəxsə satmışdır. Yerdə qalanları isə polisə təhvil vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 bildirdi ki, təxminən 3- 4 ilə yaxındır ki, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozunda metal qəbulu ilə məşğul olur və metal qəbulu məntəqəsi icarəyə götürüb işlədir. Qəbul etdiyi metalları toplayıb zavoda və bəzən də Dərnəgül bazarında ayrı-ayrı adamlara satır. Böyükağa adlı şəxsi də təxminən 2022-ci ilin fevral ayından tanımışdır. O, bir dəfə, yəni 2022-ci ilin fevral ayının təxminən 20-si olardı ona elektrik naqili gətirmişdir. Böyükağa, ona bildirmişdir ki, həmin elektrik naqili özünə məxsusdur və pula ehtiyacı olduğu üçün satır. O da onunla razılaşmış, ondan qəbul etmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs ona təhvil verdiyi elektrik naqilinin oğurluq yolu ilə əldə etməsi barədə heç bir məlumatı olmamışdır. O, Böyükağadan elektrik naqillərini yaxşı vəziyyətdə olduğu halda nə üçün satdığını soruşduqda, Böyükağa ona bildirmişdir ki, gətirdiyi mis elektrik naqili özünə məxsusdur və pula ehtiyacı olduğu üçün gətirib təhvil verir. Böyükağa, ona bir dəfə qeyd etdiyi tarixdə və vaxtda elektrik naqili gətirib təhvil vermişdir. Böyükağanın gətirdiyi elektrik naqili yandırılmamış və əridilməmiş vəziyyətdə olmuş, ona görə də o, elektrik naqilinin dəqiq çəkisini bilməmiş, təxmini olaraq özündən soruşduqda ona bildirmişdir ki, 15 manat ona lazımdır. O da Böyükağaya 15 manat vermiş, ondan aldığı mis elektrik naqilini sonradan əritmiş və əlavə də yığdığı metallarla birlikdə zavoda satmışdır. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid1 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, o, təxminən 5 ildir ki, Nizami rayonu, 8-ci km qəsəbəsində tikinti materiallarının kirayəsi və satışı ilə məşğul olur. 2022-ci ilin sentyabr ayının əvvəllərində bir nəfər şəxs gələrək bir ədəd işlənmiş vəziyyətdə olan preparator və bir ədəd işlənmiş vəziyyətdə olan qaynaq aparatını satdığını bildirmişdir. O həmin əşyalara baxmış və hər biri 50 manat olmaqla almağa razılaşmış, həmin şəxsin şəxsiyyət vəsiqəsinin şəklini çəkmiş və 100 manat verərək əşyaları almışdır. Həmçinin, ondan əşyaların oğurluq olmasını soruşduqda ona bildirmişdir ki, həmin əşyalar ona məxsusdur, ehtiyacı olduğundan satır. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid3 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, təxminən sentyabr ayının əvvəllərində günorta saatlarında yaşadığı evin yaxınlığda olan metal qəbulu məntəqəsinin qarşısında bir nəfər şəxsin samovar satdığını görüb ona yaxınlaşmış, həmin şəxslə o danışdıqdan sonra 40 manata razılaşmış və həmin şəxsin şəxsiyyət vəsiqəsinin şəklini mobil telefonu ilə çəkmişdir. Bundan sonra o metal qəbulu məntəqəsindən bir ədəd laqondanı 15 manat müqabilində almışdır. Həmin əşyaları o polisə təhvil vermişdir. Onun əşyaların oğurluq olduğundan məlumatı olmamışdır. Həmin şəxs samovarın özünə məxsus olduğunu ehtiyacı olduğu üçün satdığını bildirmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının 13 oktyabr 2022-ci il tarixli, 9/7339 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, ekspertiza tədqiqatına təqdim edilmiş metalların istifadə olunması nəzərə alınmaqla orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 740,00 manat müəyyən edilir. № Malların adları Miqdar Bir ədədinin Ümumi dəyəri qiyməti manatla (manatla) “Makota” markalı, TM-8125 modelli 1 40,0 40,0 laqonda “Edon” markalı, TB-300 modelli qaynaq 1 100,0 100,0 aparatı Üzərində sol qulpu olmayan sarı rəngli 10 1 200,0 200,0 litr tutumlu odun samovar Üzərində markalanmasına aid göstərici 1 180,0 180,0 olmayan, böyük ölçülü, divardeşən perfarator “Hyundai” markalı, S1M-KZ53-125 modelli 40,0 40,0 laqonda Gümüşü rəngli 7 litr su tutumlu odun 180,0 180,0 samovarı CƏMİ: 740,0 İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1999-cu il tarixdə Tərtər şəhərində doğulmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. İş materiallarına əlavə olunmuş 12 sentyabr 2022-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş 15 aprel 2022-ci il tarixli cinayət işi üzrə əməlinin tövsif edilməsi haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə əməl AR CMnin 177.2.2 və 177.2.3-cü maddələrindən AR CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilmişdir. İş materiallarına əlavə olunmuş 15 aprel 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* saylı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. İş materiallarına əlavə olunmuş 14 sentyabr 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* saylı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. İş materiallarına əlavə olunmuş Xəzər Rayon Məhkəməsinin 4(003)-407/2022 saylı, 14 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş 12 sentyabr 2022-ci il tarixli götürmə aparılması barədə protokoldan görünür ki, 01 ədəd samovar və 01 ədəd laqonda Şahid3 götürülmüşdür. İş materiallarına əlavə olunmuş 12 sentyabr 2022-ci il tarixli götürmə aparılması barədə protokoldan görünür ki, 01 ədəd samovar və 01 ədəd laqonda Şahid2 götürülmüşdür. İş materiallarına əlavə olunmuş 12 sentyabr 2022-ci il tarixli götürmə aparılması barədə protokoldan görünür ki, 01 ədəd qaynaq aparatı və 01 ədəd divardeşən (perfarator) Şahid1 götürülmüşdür. İş materiallarına əlavə olunmuş 14 sentyabr 2022-ci il tarixli baxış keçirilməsi barədə protokoldan görünür ki, Zərərçəkmiş şəxs7 iş üzrə əldə olunmuş 01 ədəd od samovarı və 01 ədəd laqondaya baxış keçirib əlamətlərindən tanıyaraq ona məxsus oğurlanmış əşyalar olduğunu bildirmişdir. İş materiallarına əlavə olunmuş 14 sentyabr 2022-ci il tarixli baxış keçirilməsi barədə protokoldan görünür ki, zərərçəkmiş şəxs X7 iş üzrə əldə olunmuş 01 ədəd od samovarı, 01 ədəd divardeşən (perfarator), 01 ədəd laqonda və 01 ədəd qaynaq aparatına baxış keçirib əlamətlərindən tanıyaraq ona məxsus oğurlanmış əşyalar olduğunu bildirmişdir. İş materiallarına əlavə olunmuş 17 sentyabr 2022-ci il tarixli videogörüntülərə baxış keçirilməsi barədə protokoldan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs7 təqdim etdiyi DVD diskdə olan videogörüntülərə baxış keçirililərkən Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs7 məxsus evdən oğurluq etməsiə dair görüntülər aşkar edilmişdir. İş materiallarına əlavə olunmuş Suraxanı rayon Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 180.2.2 və 180.2.3-cü maddələri ilə təqsirli bilinərək, 03 il 07 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs elan edilmiş ittihamda olan epizodlar üzrə zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, X10, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, X7 və X11 məxsus əmlakların oğurlanması hissəsində qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X6 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X6 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərər çəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə təqsirləndirilən şəxsin əməlini qismən etiraf etməsini, səmimi peşman olmasını, zərər çəkmiş şəxs X7 ilə barışmasını, ondan şikayət və tələbinin olmamasını, dəymiş ziyanı ödəməsini, zərər çəkmiş şəxslərdən biri ilə barışıq əldə edilməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən “Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla, təkrar, xeyli miqdarda ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, X10, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, X7 və X11 məxsus əmlakların oğurlanması hissəsində törədilməsi sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs elan edilmiş ittihamda olan 1 epizod yəni, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 Mirsadiq oğluna məxsus Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozu ərazisində yerləşən təmiri başa çatmayan və yaşayış olmayan yarımtikli evin plastik pəncərəsini açama yolu ilə qanunsuz daxil olaraq oradan ümumi dəyəri 200 manat olan 260 metr uzunluğunda 3 xətli elektrik naqilini, ümumi dəyəri 100 manat olan 100 metr uzunluğunda 0,6 mm-lik elektrik naqilini, ümumi dəyəri 90 manat olan 150 metr uzunluğunda 0,4 mm-lik elektrik naqilini, 150 manat dəyərində 01 ədəd perfarator və 230 manat dəyərində 01 ədəd perfaratoru gizli olaraq talayaraq oğurlanması hissəsində qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 63.3-cü maddəsinə əsasən “Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair” 15 fevral 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “CPM-in müddəalarına görə, ittihamın sübuta yetirilməsi, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlillərin təkzib edilməsi vəzifəsi bütövlükdə ittiham tərəfinin üzərinə düşür. İttiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayət törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir. Müdafiə tərəfinin funksiyası isə cinayət təqibi ilə bağlı irəli sürülmüş ittihamı təkzib etməkdən və ya cinayət posesini həyata keçirən orqanın diqqətini təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsinə və ya cinayət məsuliyyətini yungülləşdirən halların mövcudluğuna cəlb etməkdən, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verməkdən ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7.1-ci maddəsinə əsasən “Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamağını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamağını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin, hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsinin hüquqi prosedurlarını müəyyən edir.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən “Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.2-ci və 139.0.4cü maddələrinə əsasən “Cinayət təqibi üzrə icraat zamanı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir.” Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihamda olan 1 epizod yəni, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 Mirsadiq oğluna məxsus Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozu ərazisində yerləşən təmiri başa çatmayan və yaşayış olmayan yarımtikli evin plastik pəncərəsini açama yolu ilə qanunsuz daxil olaraq oradan ümumi dəyəri 200 manat olan 260 metr uzunluğunda 3 xətli elektrik naqilini, ümumi dəyəri 100 manat olan 100 metr uzunluğunda 0,6 mm-lik elektrik naqilini, ümumi dəyəri 90 manat olan 150 metr uzunluğunda 0,4 mm-lik elektrik naqilini, 150 manat dəyərində 01 ədəd perfarator və 230 manat dəyərində 01 ədəd perfaratorun təqsirləndirilən şəxs tərəfindən oğurlanması ilə bağlı elan edilmiş ittihamda hər hansı dəlil və ya sübut öz əksini tapmamışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən “Məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir.” Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 20:00 radələrindən xx.xx.2022-ci il tarixdə saat 11:15 radələrinədək olan müddət ərzində tamah məqsədi ilə Zərərçəkmiş şəxs2 Mirsadiq oğluna məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozu ərazisində yerləşən təmiri başa çatmayan və yaşayış olmayan yarımtikili evin plastik pəncərəsini açma yolu ilə qanunsuz daxil olaraq oradan ümumi dəyəri 200 manat olan 260 metr uzunluğunda 3 xətli elektrik naqilini, ümumi dəyəri 100 manat olan 100 metr uzunluğunda 0,6 mm-lik elektrik naqilini, ümumi dəyəri 90 manat olan 150 metr uzunluğunda 0,4 mm-lik elektrik naqilini, 150 manat dəyərində 01 ədəd perfarator və 230 manat dəyərində 01 ədəd prefaratoru gizli olaraq talayaraq oğurluq etməsinə dair epizod sübut olunmadığından ittihamdan xaric edilməli, həmin oğurluq cinayətlərinin təqibi üzrə icraat materialları hazırkı cinayət işindən ayrılmalı və toplanmış materiallar cinayət törətmiş şəxsin (şəxslərin) müəyyən edilməsi və həmin şəxsin (şəxslərin) cinayət təqibi məsələsinin həll edilməsi üçün hökm qanuni qüvvəsinə mindikdən sonra ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Xəzər Rayon Prokuroruna göndərilməlidir. İş üzrə maddi sübut olan 01 ədəd “Makota” markalı, TM-8125 modelli laqondanın, 01 ədəd “Edon” markalı, TB-300 modelli qaynaq aparatının, 01 ədəd üzərində sol qulpu olmayan sarı rəngli 10 litr tutumlu odun samovarın, 01 ədəd üzərində markalanmasına aid göstərici olmayan, böyük ölçülü, divardeşən perfaratorun zərər çəkmiş şəxs X2 və 01 ədəd “Hyundai” markalı, S1M-KZ53-125 modelli laqondanın, 01 ədəd gümüşü rəngli 7 litr su tutumlu odun samovarın zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs7 saxlanılması nəzərə alınmalıdır. İş üzrə 50 (əlli) manat ekspertiza xərci X3 alınaraq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 20:00 radələrindən xx.xx.2022-ci il tarixdə saat 11:15 radələrinədək olan müddət ərzində tamah məqsədi ilə Zərərçəkmiş şəxs2 Mirsadiq oğluna məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozu ərazisində yerləşən təmiri başa çatmayan və yaşayış olmayan yarımtikili evin plastik pəncərəsini açma yolu ilə qanunsuz daxil olaraq oradan ümumi dəyəri 200 manat olan 260 metr uzunluğunda 3 xətli elektrik naqilini, ümumi dəyəri 100 manat olan 100 metr uzunluğunda 0,6 mm-lik elektrik naqilini, ümumi dəyəri 90 manat olan 150 metr uzunluğunda 0,4 mm-lik elektrik naqilini, 150 manat dəyərində 01 ədəd prefarator və 230 manat dəyərində 01 ədəd perfaratoru gizli yolla talayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 Mirsadiq oğluna ümumilikdə 770 (yeddi yüz yetmiş) manat maddi ziyan vurmaqla oğurluq etməsinə dair epizod sübut olunmadığından Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən ittihamdan xaric edilsin. Həmin oğurluq cinayətinin təqibi üzrə icraat materialları hazırkı cinayət işindən ayrılsın və toplanmış materiallar cinayət törətmiş şəxsin (şəxslərin) müəyyən edilməsi və həmin şəxsin (şəxslərin) cinayət təqibi məsələsinin həll edilməsi üçün hökm qanuni qüvvəsinə mindikdən sonra ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Xəzər rayon prokurorluğuna göndərilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Suraxanı rayon Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 180.2.2 və 180.2.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 03 (üç) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə hazırkı hökmlə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılsın və ona qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmənin əvvəli 12 sentyabr 2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan 01 ədəd “Makota” markalı, TM-8125 modelli laqondanın, 01 ədəd “Edon” markalı, TB-300 modelli qaynaq aparatının, 01 ədəd üzərində sol qulpu olmayan sarı rəngli 10 litr tutumlu odun samovarın, 01 ədəd üzərində markalanmasına aid göstərici olmayan, böyük ölçülü, divardeşən prefaratorun zərər çəkmiş şəxs X2 və 01 ədəd “Hyundai” markalı, S1M-KZ53-125 modelli laqondanın, 01 ədəd gümüşü rəngli 7 litr su tutumlu odun samovarın zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs7 saxlanılması nəzərə alınsın. Maddi sübut olan 3 (üç) ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X5, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 16 saata görə 94 (doxsan dörd) manat, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 14 saata görə 86 (səksən altı) manat, ümumilikdə 180 (bir yüz səksən) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar