Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-132/2024 21.05.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2001-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2anında yaşamış, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 20:30 radələrində ünvan 3 ünvanında şəxsi münasibətlərin pozulması nəticəsində yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs əlində olan taxta parçası, əl və ayaqları ilə qəsdən Zərərçəkmiş şəxs baş-beyin silkələnməsi halında olan qapalı kəllə beyin travması, alının hematoması, boynun sıyrığı, sol mil sümüyünün yerdəyişməyən sınığı ilə müşayiət olunan dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır dərəcəli zərərvurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmə iclasında iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək göstərdi ki, Şahid3 onun anasıdır. Şahid3 Şahid1 ilə qeyri-rəsmi ər-arvad münasibətində yaşamış, onların birgə münasibətindən xx.xx.2019-cu il tarixdə övladları X4 dünyaya gəlmişdir. xx.xx.2023-cü il tarixdə Şahid3 Şahid1lə telefon vasitəsilə əlaqə saxlamaq istəsə də ona zəng çatmamışdır. xx.xx.2023-cü il tarixdə saat 20:30 radələrində Təqsirləndirilən şəxs, anası Şahid3 və qardaşı Renad Əliyev Şahid1 yaşadığı evə getmiş, qapı açıq olduğundan onlar evin həyətinə daxil olmuşlar. Şahid3 Şahid1 çağırdıqda anası Zərərçəkmiş şəxs gəlmiş və onlara çıxıb getməklərini demişdir. Şahid3 isə Zərərçəkmiş şəxs oğlu Şahid1 çağırmağını tələb etdikdə X8 Məmmədovanın saçında yolmuşdur. O, onları aralamaq istəyən zaman Zərərçəkmiş şəxs onun saçından yolmuş, bu zaman səsküyə Şahid1 və atası Şahid2 gəlmişdir. Şahid2 onun əlindən tutaraq sakitləşdirmək istəmiş, Şahid1 onu əlində olan dəmir parçası ilə vururmuş anası Zərərçəkmiş şəxs isə saçını yolmuşdur. Sonra isə o, Şahid3 və Renad Əliyev oradan çıxıb getmişlər. Hazırda o, zərərçəkmiş şəxslə barışmış, onun ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Şahid1 onun oğludur. Şahid1 Şahid3 ilə qeyri-rəsmi ər-arvad münasibətində yaşamış onların münasibətindən xx.xx.2019-cu il tarixdə övladları X4 dünyaya gəlmişdir. Təqsirləndirilən şəxs isə Şahid3 birinci evliliyindən olan qızıdır. Şahid3 Şahid1lə qeyri-rəsmi ər-arvad münasibətində olsa da o, onlarla birgə yaşamamışdır. xx.xx.2023-cü il tarixdə saat 20:30 radələrində Zərərçəkmiş şəxs yaşadığı ünvanda əri Mayıl, oğlu Qalib və Qalibin adını bilmədiyim tanış olan zaman itin hürməsini eşitmişdir. Zərərçəkmiş şəxs qapı tərəfə getmiş və qapını açdıqda Kəmaləni, Ayşəni və 4 yaşlı Renadı evin həyətində görmüşdür. Şahid3 əlində çanta olmuşdur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs anası Kəmalənin burada qalacağını demiş və yaşadıqları evə daxil olmaq istəmişlər. Zərərçəkmiş şəxs buna etiraz etdikdə Təqsirləndirilən şəxs onu nalayiq ifadələrlə söyüb təhqir etmiş, saçından yolaraq itələmişdir, sonra isə saçından tutaraq başını divara vurmuş, Zərərçəkmiş şəxs yıxıldıqda Təqsirləndirilən şəxs ayağı ilə Zərərçəkmiş şəxs sol qolunun üzərindən sıxmağa başlamışdır. Həmin zaman Təqsirləndirilən şəxs əlində cib bıçağı olmuşdur. Səs-küyə Qalib, Mayıl və Qalibin adını bilmədiyi tanışı gəlmiş, Şahid1 və Şahid2 Təqsirləndirilən şəxs sakitləşdirmək istəmişdir. Şahid1 Təqsirləndirilən şəxs əlində olan bıçağı almış, Təqsirləndirilən şəxs evdə olan taxta parçasını götürərək Zərərçəkmiş şəxs baş nahiyyəsinə vurmuş, Şahid3 isə nalayiq ifadələrlə söyüb təhqir etmişdir. Bir müddət sonra Təqsirləndirilən şəxs, Şahid3 və 4 yaşlı Renad oradan çıxıb getmişlər. Hazırda o, Təqsirləndirilən şəxslə barışmış, onu bağışlamış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Ona dəymiş ziyan ödənilmişdir. Məhkəmə iclasında iclasında Şahid3 ifadəsində göstərdi ki, Şahid1 təxminən 6 ildir ki, tanıyır, onunla ər-arvad münasibətində yaşamış, birgə münasibətlərindən xx.xx.2019cu il tarixdə oğlanları X4 dünyaya gəlmişdir. xx.xx.2023-cü il tarixdə o, Şahid1lə telefon vasitəsilə əlaqə saxlamaq istəsə də onun telefonuna zəng çatmamışdır. xx.xx.2023-cü il tarixdə saat 20:30 radələrində o, qızı Təqsirləndirilən şəxs və oğlu X2 Əliyevin yaşadığı evə getmiş, o, Şahid1 çağırdıqda Şahid1 anası Zahirə Əliyevə gəlmişdir. Zərərçəkmiş şəxs ona Şahid1 evdə olmadığını demiş və itələyərək saçını yolmuşdur. Bu zaman Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sakitləşdirmək istəmiş, lakin Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs da saçını yolmuşdur. Səs-küyə ilk öncə Şahid2 gəlmiş və Təqsirləndirilən şəxs əlindən tutmuş, sonra isə Şahid1 gəlmiş və əlində olan dəmir parçası ilə Şahid3 baş nahiyyəsinə vurmuşdur. Zahirə Əliyevə əlləri ilə Şahid1 isə əlləri və əlində olan dəmir parçası ilə Təqsirləndirilən şəxs vurmuşdur. Sonra o, Təqsirləndirilən şəxs və Renad Əliyev çıxıb getmişlər. Məhkəmə iclasında iclasında Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs anası, Şahid2 isə atasıdır. Şahid3 təxminən 6 ildir ki, tanıyır, onunla qeyri-rəsmi ər-arvad münasibətində yaşamış, xx.xx.2019-cu il tarixdə isə övladları X4 dünyaya gəlmişdir. Təqsirləndirilən şəxs isə Şahid3 qızıdır. xx.xx.2023-cü il tarixdə yaşadığı ünvanda tanışı Ramil, anası Zərərçəkmiş şəxs, atası o, olmuşdur. O, xx.xx.2023-cü il tarixdə təxminən saat 20:30 radələrində yaşadığı ünvanda olan zaman evin həyətində səs-küy eşitmişdir. Evin həyətinə çıxdıqda isə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs döyməsini görmüşdür. Həmin zaman Təqsirləndirilən şəxs əlində cib bıçağı olmuş, o, Təqsirləndirilən şəxs əlindən cib bıçağını alan zaman bıçaq əlini kəsmişdir. O, bıçağı aldıqdan sonra masanın üzərinə qoymuş, Təqsirləndirilən şəxs taxta parçasını götürərək Zərərçəkmiş şəxs vurmağa başlamışdır. O və atası Şahid2 Təqsirləndirilən şəxs sakitləşdirmiş, sonra Təqsirləndirilən şəxs, Şahid3 və Renad Əliyev oradan çıxıb getmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 oxşar, eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiklərini təsdiq etmişdir. Məhkəmə iclasında iclasında Şahid4 ifadəsində göstərdi ki, Şahid1 qonşusu, Zərərçəkmiş şəxs və Şahid2 isə Şahid1 valideynləridir. Şahid3 Şahid1lə qeyri-rəsmi ərarvad münasibətində yaşayır, Təqsirləndirilən şəxs isə Şahid3 qızıdır. xx.xx.2023-cü il tarixdə saat 20 radələrində o, Şahid1 yaşadığı evə getmişdir. Belə ki, onlar Şahid1lə birlikdə onun avtomaşınına ehtiyyat hissələri almalı olmuşlar. xx.xx.2023-cü il tarixdə təxminən saat 20:30 radələrində o, Şahid1 yaşadığı ünvanda olan zaman səs-küy eşitmiş, Şahid1 yaşadığı həyətdə Kəmaləni, Ayşəni və Renadı görmüşdür. Həmin zaman Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurmuş, Şahid3 isə nalayiq ifadələr işlətmişdir. O, ailə məsələsi olduğunu düşünüdüyü üçün otaqdan çölə çıxmamış, Şahid3, Təqsirləndirilən şəxs və Renad Əliyev getdikdən sonra otaqdan çıxmış və Qabilin yaşadığı evdən getmişdir. İş materiallarına əlavə olunmuş cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddələri ilə cinayət işi başlanılmış, başlanmış cinayət işinə ********* nömrəsi verilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyi Publik hüquqi şəxsi tərəfindən verilmiş 12 aprel 2023-cü il tarixli, 338 nömrəli rəydən görünür ki, 1976-ci il təvəllüdlü Şahid3 məhkəmə-tibb ekspertizasına əsasən, hadisə haqqında məlumatları nəzərə alıb və qərarda qoyulmuş suallara müvafiq olaraq aşağıdakı nəticəyə gəlinmişdir: 1.Şahid3 bədəni üzərində aşkar edilmiş xəsarət — sağ bazunun qançırı küt əşya təsirindən törənmiş, törənmə müddəti onun məhkəmə-tibb müayinəsindən 1 gün əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gələ bilər və saglamlığa zərərvurmayan xəsarətə aid olduğuna görə dərəcəsi təyin edilmir. 2.Hadisə haqqında məlumatları, qeyd olunan xəsarətin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Şahid3 bədənində aşkar olunmuş xəsarətin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyi Publik hüquqi şəxsi tərəfindən verilmiş 12 aprel 2023-cü il tarixli, 339 nömrəli rəydən görünür ki, 2001-ci il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə-tibb ekspertizasına, tibbi sənəddə yazılanlara əsasən, hadisə haqqında məlumatları nəzərə alıb və qərarda qoyulmuş suallara müvafiq olaraq aşağıdaki nəticəyə gəlinmişdir: 1.Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər — alt çənənin, sağ əlin, sol dizin sıyrıqları, boynun nöqtəşəkilli qansızması küt əşya (əşyalar) təsirindən törənmişlər, törənmə müddətləri onun məhkəmə-tibb müayinəsindən 1 gün əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gələ bilər və saglamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarına görə dərəcələri təyin edilmir. 2.Hadisə haqqında məlumatları, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Təqsirləndirilən şəxs bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyi Publik hüquqi şəxsi tərəfindən verilmiş 13 aprel 2023-cü il tarixli, 340 nömrəli rəydən görünür ki, 1967-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibb ekspertizasına, tibbi sənəddə yazılanlara əsasən, hadisə haqqında məlumatları nəzərə alıb və qərarda qoyulmuş suallara müvafiq olaraq aşağıdakı nəticəyə gəlinmişdir: 1.Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər — baş-beyin silkələnməsi halında olan qapalı kəllə beyin travması, alının hematoması, boynun sıyrığı, sol mil sümüyünün yerdəyişməyən sınığı küt əşya (əşyalar) təsirindən törənmişlər, törənmə müddətləri onun məhkəmə-tibb müayinəsindən 1 gün əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gələ bilər və sağlamlığın uzun müddətə pozulmasına səbəb olduqlarına görə bunlar AZ AĞİR dərəcəli zərərvurmaya aiddirlər. 2.Hadisə haqqında məlumatları, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyi Publik hüquqi şəxsi tərəfindən verilmiş 13 aprel 2023-cü il tarixli, 346 nömrəli rəydən görünür ki, 1938-ci il təvəllüdlü Əliyev əsasən, hadisə haqqında məlumatl olaraq aşağıdakı nəticəyə gəlinmişdir: 1.Şahid1 bədəni üzərində aşkar edilmiş xəsarətlər — sağ və sol əlin sıyrıqları, sağ ayağın qançırı küt əşya (əşyalar) təsirindən törənmişlər, törənmə müddətləri onun məhkəmə-tibb müayinəsindən 1 gün əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gələ bilər və saglamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarına görə dərəcələri təyin edilmir. 2.Hadisə haqqında məlumatları, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Şahid1 bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. İş materiallarına əlavə olunmuş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə ittiham elan edilmişdir. İş materiallarında olan və Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, onu bağlamış, onun təqsirləndirilən şəxsə qarşı şikayət və tələb yoxdur. Ona dəymiş zərər ödənilmişdir. İş üzrə icraata xitam verilməsinə etirazı yoxdur. İş materiallarında olan Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, o, Zərərçəkmiş şəxs ilə barışmış, ona dəymiş ziyanı ödəmişdir. Barəsində olan cinayət təqibinə bəraət verici əsaslar olmadan xitam verilməsinə etiraz etməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəyini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma cinayət məsuliyyəti yaradır. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurması və bunu təqsirin qəsd formasında etməsi iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyi və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.2.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışdıqda cinayət təqibinə xitam verilə bilər. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 40.2.2.-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin qeydinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarında olan ərizədən və verilən ifadələrdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs barışmışlar, Zərərçəkmiş şəxs dəymiş ziyan ödənilmişdir və zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxs qarşı şikayət, tələbi yoxdur. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyindən, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbi olmadığından, barəsində olan cinayət işi üzrə icraata xitam verilməsinə razılıq verdiyindən onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. Təqsirləndirilən şəxsnun hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 60 manat və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X3 90 manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 40.2.2, 43.3, 340-342, 344-347, 349, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə icraata Zərərçəkmiş şəxs ilə barışdığına, ona qarşı şikayət və tələb olmaığına görə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan ləğv edilsin. Təqsirləndirilən şəxsnun hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 60 manat və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X3 90 manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №1(003)-132/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-132/2024
21.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver