Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-132/2025 27.02.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Məmmədova Rəqsanə Sulidin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X5, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi X7, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Laçın rayonu, Quşçu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkum olunmayan, fərdi əməklə məşqul olan, Laçın rayonu, Quşçu kəndində qeydiyyatda olmaqla olmaqla Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Malik Musayev döngə 5 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs, 17 iyul 2024-cü il tarixdə saat 18 radələrində etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan "Mercedes Benz E220" markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi L.Şixlinski küçəsi ilə 30-40 km sürətlə hərəkətdə olan zaman Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi M.Əliyev küçəsi ilə kəsişməyə çatdıqda «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 77-ci maddəsinin 3-cü hissəsinin tələblərini pozaraq, həmin tələblərə riayət etməklə hadisənin qarşısını almağa imkanı olduğu halda, buna əməl etməyərək, heç bir üstünlük yol nişanlarının olmamasına, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi M.Əliyev küçəsi ilə hərəkətdə olan avtomobillərin hərəkət üstünlüyünə malik olmasına baxmayaraq sağdan gələn avtomobilə yol vermədən həmin küçəyə daxil olmuş və ehtiyatsızlıqdan idarə etdiyi avtomobilin ön hissəsi ilə həmin vaxt Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, M.Əliyev küçəsi ilə gələn Şahid3 etibarnamə əsasında idarə etdiyi "VAZ 21074" markalı **-US-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə toqquşmuş, zərbə nəticəsində Şahid3 idarə etdiyi "VAZ 21074" markalı ** US *** dövlət qeydiyyat nişanlı avtomobil sürüşərək Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi M.Əliyev küçəsinin sol kənarı ilə piyada hərəkət edən 2010-cu il təvəllüdlü Zərərçəkmiş şəxs vurulmasına səbəb olaraq ehtiyatsızlıqdan sonuncunun sol kürək nahiyyəsinin, sol budun əzilmiş yarası, sol qamış sümüyünün orta üçdə birinin qapalı, yerdəyişməyən sınığı ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarət almasına səbəb olmaqla yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, qardaşı Babək İbrahimova məxsus "Mercedes Benz E220" markalı ** CT *** dövlət qeydiyyat nişanlı avtomobili etubarnamə əsasında idarə edir. Onun avtomobil idarə etmək üçün "BC" kateqorialı sürücülük vəsiqəsi var. 17 iyul 2024-cü il tarixdə saat 18 radələrində etibarnamə əsasında idarə etdiyi "Mercedes Benz E220" markalı ** CT *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi L.Şixlinski küçəsi ilə 30-40 km sürətlə hərəkətdə olan zaman həmin yolun Binə qəsəbəsi M.Əliyev küçəsi ilə kəsişməsinə çatdıqda idarə etdiyi avtomobilin qabaq hissəsini cuzi olaraq qabağa çıxartmışdır ki, sağ tərəfdən, yəni M.Əliyev küçəsindən avtomobil gəlib gəlməməyini görsün. Bu zaman M.Əliyev küçəsindən hərəkətdə olan, adını sonradan bildiyi X8 idarə etdiyi "Vaz 21074" markalı avtomobillə onun idarə etdiyi avtomobilin qabaq hissəsi ilə toqquşmuş, zərbədən X8 idarə etdiyi "Vaz 21074" markalı avtomobil sürüşərək yolun sol kənarı ilə piyada hərəkət edən adamları vurmuşdur. O, dərhal idarə etdiyi avtomobildən düşüb həmin şəxslərə yaxınlaşıb onları öz idarə etdiyi avtomobilə əyləşdirmiş və Mərdəkan qəsəbəsində yerləşən 26 saylı xəstəxanaya aparmışdır. Orada həmin şəxslərə ilkin tibbi yardım göstərmişlər və bundan sonra Fizzə Qaraşovanı qardaşı gələrək onları "Bonadea" klinikasına aparmışdır. Orada Zərərçəkmiş şəxs sol ayağının sındığı bilinmişdir. Təqsirləndirilən şəxs əlavə olaraq əməlindən səmimi peşman olmasını, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi X11 ilə barışdığını və dəymiş maddi ziyanı tam ödədiyini bildirərək barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs (qanuni nümayəndənin iştirakı ilə) ifadəsində qeyd etdi ki, 17 iyul 2024-cü il tarixdə saat 18 radələrində o, xalası X12 və xalası qızı X6 ilə birlikdə xalası Fizzə Qaraşovanın yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ünvan 2 ünvanından çıxaraq piyada olaraq Binə qəsəbəsində yerləşən parka istirahət etmək üçün gedirmişlər. Saat 18 radələrində yol kənarı ilə piyada hərəkətdə olduqları zaman qəflətən adını sonradan bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi "Mercedes Benz" markalı ** CT *** dövlət qeydiyyat nişanlı avtomobil ilə digər avtomobil toqquşmuş və toqquşma nəticəsində "VAZ 21074" markalı ** US *** dövlət qeydiyyat nişanlı avtomobil sürüşərək onlara tərəf gəlib qabaq hissəsi ilə onu, xalası Fizzə Qaraşovanı və xalası qızı Dəniz Məhərrəmlini vurmuşdur. Baş vermiş hadisə nəticəsində o, xalası Fizzə Qaraşova və xalası qızı Dəniz Məhərrəmli xəsarət almışlar. Hadisə baş verən zaman dərhal Təqsirləndirilən şəxs onları idarə etdiyi "Mercedes Benz" markalı ** CT *** dövlət qeydiyyat nişanlı avtomaşınına qoyaraq Mərdəkan qəsəbəsində yerləşən 26 saylı xəstəxanaya aparmışdır. Ona dəymiş maddi ziyan ödənilmiş, Təqsirləndirilən şəxs ilə barışmış və sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında iştirak edən şahid X12 Zərərçəkmiş şəxs Akif oğlunun ifadəsinə oxşar məzmunlu ifadə verməklə sonuncunun bildirdikləri xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iclasında iştirak edən digər Şahid2 qızı ifadəsində qeyd etdi ki, Təqsirləndirilən şəxs özü "Mercedes Benz E220" markalı ** CT *** dövlət qeydiyyat nişanlı avtomobil idarə edirdi. 17 iyul 2024-cü il tarixdə saat 18 radələrində o, əri Şahid1 ilə birlikdə Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə Təqsirləndirilən şəxsgilə qonaq gedirmiş. Həmin vaxtı o, Təqsirləndirilən şəxs idarə etdiyi qabaq sağ oturacaqda, arvadın Türkan isə arxa sağ oturacaqda əyləşmişdir. Saat 18 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi "Mercedes Benz E220" markalı ** CT *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi L.Şixlinski küçəsi ilə hərəkətdə olan zaman Bakı şəhəri Xəzər rayonu, həmin yolun Binə qəsəbəsi M.Əliyev küçəsi ilə kəsişməsinə çatdıqda idarə etdiyi avtomobilin qabaq hissəsini cuzi olaraq qabağa çıxartmışdır ki, sağ tərəfdən, yəni M.Əliyev küçəsindən avtomobil gəlib gəlməyini görsün, bu zaman M.Əliyev küçəsindən gələn "Vaz 21074" markalı avtomobil Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin qabaq hissəsi ilə toqquşmuşdur. Zərbədən "Vaz 21074" markalı avtomobil sürüşərək yol kənarı ilə piyada hərəkət edən şəxsləri vurmuşdur. Yunis dərhal idarə etdiyi avtomobildən düşüb xəsarət alan şəxsləri idarə etdiyi avtomobilə əyləşdirmiş və onları Mərdəkan qəsəbəsində yerləşən 26 saylı xəstəxanaya aparmışdır İbtidai araşdırma zamanı şahid qismində ifadəsi alınmış Şahid1 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi elan edilmişdir. Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun dostudur. Təqsirləndirilən şəxs özü "Mercedes Benz E220" markalı ** CT *** dövlət qeydiyyat nişanlı avtomobil idarə edir. 17 iyul 2024-cü il tarixdə saat 18 radələrində o, arvadı Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə Təqsirləndirilən şəxsgilə qonaq gedirmiş. Həmin vaxtı o, Təqsirləndirilən şəxs idarə etdiyi qabaq sağ oturacaqda, arvadın Türkan isə arxa sağ oturacaqda əyləşmişdir. Saat 18 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi "Mercedes Benz E220" markalı ** CT *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi L.Şixlinski küçəsi ilə hərəkətdə olan zaman Bakı şəhəri Xəzər rayonu, həmin yolun Binə qəsəbəsi M.Əliyev küçəsi ilə kəsişməsinə çatdıqda idarə etdiyi avtomobilin qabaq hissəsini cuzi olaraq qabağa çıxartmışdır ki, sağ tərəfdən, yəni M.Əliyev küçəsindən avtomobil gəlib gəlməyini görsün, bu zaman M.Əliyev küçəsindən gələn "Vaz 21074" markalı avtomobil Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin qabaq hissəsi ilə toqquşmuşdur. Zərbədən "Vaz 21074" markalı avtomobil sürüşərək yol kənarı ilə piyada hərəkət edən şəxsləri vurmuşdur. Yunis dərhal idarə etdiyi avtomobildən düşüb xəsarət alan şəxsləri idarə etdiyi avtomobilə əyləşdirmiş və onları Mərdəkan qəsəbəsində yerləşən 26 saylı xəstəxanaya aparmışdır. İbtidai araşdırma zamanı şahid qismində ifadəsi alınmış Şahid3 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi elan edilmişdir. Şahid3 ifadəsində bildirmişdir ki, 17 iyul 2024-cü il tarixdə saat 18 radələrində o, etibarnamə əsasında idarə etdiyi "VAZ 21074" markalı ** US *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi M.Əliyev küçəsi ilə 40-50 km sürətlə hərəkətdə olan zaman Bakı şəhəri Xəzər rayonu, həmin yolun Binə qəsəbəsi L.Şixlinski ilə kəsişməsinə çatdıqda görmüşdür ki, həmin yoldan adını sonradan bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi "Mercedes Benz E220" markalı ** CT *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsini cuzi olaraq qabağa çıxartmışdır. Bu zaman o, idarə etdyi "VAZ 21074" markalı ** US *** dövlət qeydiyyat nişanlı avtomobili ilə M.Əliyev küçəsindən hərəkətdə olan zaman L.Şixlinski küçəsinin M.Əliyev küçəsi ilə kəsişməsində "Mercedes Benz 220E" markalı ** CT *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi ilə toqquşmuş, zərbədən idarə etdiyi "Vaz 21074" markalı avtomobil sürüşərək Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi M.Əliyev küçəsinin sol kənarı ilə piyada hərəkət edən şəxsləri vurmuşdur. O və Təqsirləndirilən şəxs dərhal idarə etdikləri avtomobildən düşüb həmin şəxsləri Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə əyləşdirmişlər və onları Mərdəkan qəsəbəsində yerləşən 26 saylı xəstəxanaya aparmışlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, M.Əliyev küçəsi ilə kəsişmədə baş vermişdir; - BA N 288873 seriyalı qeydiyyat şəhadətnaməsinin surətindən məlum olur ki, ** CT *** dövlət qeydiyyat nişanlı “Mercedes Benz E 220 CDİ” markalı avtomobil X4 mülkiyyətindədir; - xx.xx.2023-cü il tarixdə verilmiş etibarnamənin surətindən aydın olur ki, ** CT *** dövlət qeydiyyat nişanlı “Mercedes Benz E 220 CDİ” markalı nəqliyyat vasitəsinin idarə edilməsi 01 il müddətinə Təqsirləndirilən şəxs etibar edilmişdir; - BA 039407 seriyalı sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2032-ci il tarixinədək “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir; - Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 854 saylı rəyindən görünür ki, Şahid1 bədəni üzərində aşkar edilmiş xəsarətlər sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddirlər; - Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 855 saylı rəyindən görünür ki, Şahid2 qızının bədəni üzərində aşkar edilmiş xəsarətlər sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddirlər; - Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 856 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqlarına görə dərəcələri təyin edilmir; - Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 837 saylı rəyindən görünür ki, Şahid3 bədəni üzərində aşkar edilmiş xəsarətlər- ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sol bazu-çiyin oynağının yumşaq toxumalarının əzilməsi müşayiət olunmuşdur. sağlamlığa yüngül dərəcəli zərər vurmaya aiddirlər; - Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 842 saylı rəyindən görünür ki, X2 bədəni üzərində aşkar edilmiş xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqlarına görə dərəcələri təyin edilmir; - Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 843 saylı rəyindən görünür ki, X9 bədəni üzərində aşkar edilmiş xəsarətlər sağlamlığa yüngül dərəcəli zərər vurmaya aiddirlər; - Məhkəmə-tibbi ekspertizasının 02 avqust 2024-cü il tarixli 844 saylı rəyindən görünür ki, 2010-cu il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - sol kürək nahiyyəsinin, sol budun əzilmiş yarası, sol qamış sümüyünün orta üçdə birinin qapalı, yerdəyişməyən sınığı küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun "X20" Publik Hüquqi şəxsə müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2024-cü il tarixli yol nəqliyyat hadisəsinə uyğun gələ bilər və sağlamlığın uzun müddətə pozulmasına səbəb olduqlarına görə bunlar az ağır dərəcəli zərərvurmaya aiddirlər; - Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnaməyə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış və cinayət məsuliyyətindən azad edilməmişdir; - Məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2024-cü il tarixli 8/2201 nömrəli rəyindən görünür ki, təhqiqat tərəfindən təqdim olunan məlumatlara əsasən "Mercedes-Benz" markalı 99CT474 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 3-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən "VAZ 21074" markalı ** US *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid3 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini texniki nöqteyi nəzərdən tədqiq etməyə lüzum yoxdur; - 25 noyabr 2024-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır; - 25 noyabr 2024-cü il tarixli zərərçəkmiş şəxsin qanuni nümayəndəsi qismində tanınma haqqında protokoldan görünür ki, X11 zərərçəkmiş şəxsin qanuni nümayəndəsi qismində tanınmışdır; - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞnin müstəntiqi V.Zeynallı tərəfindən Azərbaycan Respublikasının CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir; - Qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. - Xəzər RPİ-nin DYPŞ-dən alınmış 05 dekabr 2024-cü il tarixli məktubdan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məxsus olan BA 039407 nömrəli "BC" kateqoriyalı sürücülük vəsiqəsi mövcuddur və Azərbaycan Respublikası DİN BDYPİ-nin X3 Təqsirləndirilən şəxs sürücülük hüququnun məhdudlaşdırılması barədə heç bir məlumat qeyd olunmamışdır; - Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi X11 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd etmişdir. Bu səbəbdən cinayət işi üzrə icraata xitam verilməsi xahiş etmişdir; - Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən aydın olur ki, o, barəsində olan cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsinə razıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs şikayət vermiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. 73.3-cü maddəsinə əsasən başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 73.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir. 263-cü maddəsinin qeydinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində məhkəmə tərəfindən təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə hesab edir ki, hazırki iş üzrə CM-nin 263.1-ci maddəsinin qeyd hissəsini nəzərə almaqla, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və ona dəymiş ziyanı tamamilə ödədiyindən cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə görə bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə hesab edir ki, hadisə nəticəsində Şahid1, Şahid2 qızının, Şahid3 və X9 yüngül bədən xəsarətləri almasına görə Təqsirləndirilən şəxs əməllərində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin əlamətləri olduğundan sonuncunun inzibati məsuliyyətə cəlb olunması üçün qərarın surəti Xəzər Rayon Polis İdarəsinin DYPŞ-nə göndərilməlidir. Məhkəmə həmçinin hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin hüquqlarının ibtidai araşdırma zamanı və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 2020 saylı Qərarına əasasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. Məhkəmə məsrəfi olan 128 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Cinayət işi üzrə mülki iddia və maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 40.1, 40.3, 43.1.2, 321.1, 321.2.1, 347, 384.1.3-cü maddələrini və Azərbaycan Respublikası CM-in 73-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 73.3-cü maddəsinə əsasən, yəni zərərçəkmiş şəxslə barışdığı və dəymiş ziyanı tamamilə ödədiyi üçün cinayət məsuliyyətindən azad edilsin və həmin Məcəllənin 263.1-ci maddəsi ilə barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Məhkəmə məsrəfi olan 128 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. Şahid1, Şahid2 qızının, Şahid3 və X9 yüngül bədən xəsarətləri almasına görə Təqsirləndirilən şəxs əməllərində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin əlamətləri olduğundan onun inzibati məsuliyyətə cəlb olunması üçün qərarın surəti Xəzər Rayon Polis İdarəsinin DYPŞ-nə göndərilsin. Bakı şəhəri, 08 saylı Vəkil Bürosunun vəkili X10 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 15 saata görə 90 manat, məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 17 saat vaxta görə 102 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 08 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №1(003)-132/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-132/2025
27.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver