Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-133/2021 17.02.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1955-ci il tarixdə Dəvəçi (indiki Şabran) rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, təqaüdçü, əvvəllər məhkum olunmamış, ünvan 1 mənzil 47 ünvanında qeydiyyatda olan və Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi yeni sahə nömrəsiz fərdi evdə yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs karantin rejimini pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratmışdır. Belə ki, Təqsirləndirilən şəxs yeni növ koronavirus (COVİD-19) infeksiyasına yoluxmaqla hava-damcı yolu ilə keçən həmin yoluxucu xəstəliyin daşıyıcısı olduğu halda və bu barədə xx xxxxxx 2020-ci il tarixdən rəsmi məlumatı olaraq yaşadığı evdə özünü təcrid rejimində qalmalı olduğu halda, Azərbaycan Respublikası ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının və onun törədə biləcəyi fəsadların, infeksiya yoluxma hallarının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı əlavə tədbirlər barədə” xx xxxxxx 2020-ci il tarixli qərarın tələblərini pozaraq və bu tələblərə riayət etməyərək, o cümlədən təcrid olunma qaydalarını pozaraq xx xxxxxx 2020-ci il tarixdə saat 18.40 radələrində Xəzər rayonu Şüvəlan qəsəbəsi Polis Akademiyasının qarşısındakı 1 saylı stasionar postda “xüsusi karantin rejimi qaydalarına riayət edilməsi” ilə bağlı Xəzər RPİ NMB-nin əməkdaşları tərəfindən yoxlama aparılarkən VMAS portal sistemində Təqsirləndirilən şəxs COVİD-19 infeksiyasına yoluxduğu halda karantin rejimini pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratdığı aşkar edilmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 139-1.1 maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, Bakı şəhəri B.Nuriyev küçəsi ev 48 mənzil 47-də qeydiyyatdadır, Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi yeni sahə nömrəsiz fərdi evdə yaşayır, özü neft sənayesində xidmət etmişdir, hal-hazırda təqaüdçüdür. xx xxxxxx 2020-ci il tarixdən “COVİD-19” diaqnozu ilə Mərdəkan qəsəbəsində yerləşən 26 saylı BŞX-da qeydiyyata alınmış və bu barədə ona sahə həkimi bildirmişdir. Həmçinin bu barədə özünə məxsus ***-***-**-** mobil nömrəyə sms gəlmiş, sms-də bildirilmişdir ki, “COVİD-19” diaqnozu ilə qeydiyyata alınmışdır. Lakin həmin sms silindiyindən, onu polisə təqdim edə bilməmişdir. Bu xəstəliyin kütləvi yayılması, törətdiyi fəsadlar barədə kütləvi informasiya vasitələrindən, televiziyadan, internetdən məlumatı var. Ona görə də bilir ki, yaşadığı ünvanı tərk etməməlidir. X1, nəvəsi Həbibova Bibixanım da “COVİD-19” xəstəliyindən əziyyət çəkmişlər, hal-hazırda isə sağalmışlar. xx xxxxxx 2020-ci il tarixdə saat 18:00 radələrində onlarla heç kim maraqlanmadığından, özünə, qızına, nəvəsinə görə ehtiyacdan məcbur qalıb evdən çıxmışdır ki, dükana getsin, eyni zamanda aptekə getsin, zəruri dərmanlarını alsın. Evdən özü idarə etdiyi avtomobillə Şüvəlan qəsəbəsində yerləşən apteklərə gəlmiş, təxminən 6 ədəd aptek gəzmiş, lazım olan dərmanları almış, sonra Şüvəlan qəsəbəsində yol kənarında yerləşən dükana yaxınlaşıb çörək almışdır. Sonra isə idarə etdiyi avtomobillə evinə qayıdanda Şüvəlan qəsəbəsində Polis Akademiyasının qarşısında yerləşən postdan keçərkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşları ona “COVİD-19” xəstəsi olmasını, bu xəstəliyin kütləvi yayılmasını, törətdiyi fəsadları bildiyi halda evi tərk etməməli olduğunu bildirmişlər, o da etiraf edərək “COVİD-19” xəstəsi olduğunu, bu xəstəliyin kütləvi yayılmasını, törətdiyi fəsadları bildiyini etiraf etmiş, lakin köməyi olmadığından məcbur olub dükan və aptekə getmək üçün evi tərk etdiyini, bayıra çıxdığını bildirmişdir. Onu da qeyd edir ki, kömək məqsədilə DİN “102” xidmətinə zəng etmək lazım olması barədə bilməmiş, lakin evi tərk edərkən tibbi maskadan istifadə etmişdir. Sağalması barədə xx xxxxxx 2020-ci il tarixdə özünə məxsus ***-***-**-** mobil nömrəyə mesaj gəlmiş, lakin həmin mesaj silindiyindən, onu da polisə təqdim edə bilməmişdir. İlk dəfə törətdiyi əməli etiraf edir və peşmançılıq çəkir, artıq 66 yaşı vardır. Bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Xəzər RPİ NMB-nin əməliyyat müvəkkili Şahid1 göstərdi ki, Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının və onun törədə biləcəyi fəsadların, infeksiyaya yoluxma hallarının qarşısının alınması məqsədi ilə, həmçinin insanlar arasında sosial məsafəni gözləmək şərti ilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilməsi qaydalarına nəzarət etmək məqsədilə dövlət proqramı çərçivəsində tədbir keçirərkən xx xxxxxx 2020-ci il tarixdə saat 18:40 radələrində Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən Polis Akademiyasının qarşısında yerləşən 1 saylı stasionar postda “xüsusi karantin rejimi qaydalarına riayət edilməsi “ ilə bağlı yoxlama aparılarkən VMAS portal sistemində Təqsirləndirilən şəxs “COVİD-19” infeksiyasına yoluxduğu halda karantin rejimini pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratdığını aşkar etmişlər. Təqsirləndirilən şəxs sorğu zamanı etiraf edərək bildirmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə “COVİD-19” xəstəsi kimi qeydiyyata alınmışdır. Lakin köməyi olmadığından, dükan və aptekə getmək üçün evi tərk etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvana geri təmin edilmişdir. Bu barədə protokol tərtib edilmiş, videodisk protokola əlavə edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Xəzər RPİ CAŞ-nin baş əməliyyat müvəkkili Şahid2 da oxşar, eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiklərini təsdiq etdi. İş materiallarına əlavə edilmiş DVD videodiskə baxış keçirilməsi barədə protokoldan göründüyü kimi, Təqsirləndirilən şəxs “COVİD-19” infeksiyasına yoluxduğu halda yaşadığı ünvanı tərk etmiş, o, Şüvəlan qəsəbəsində Polis Akademiyasının qarşısında yerləşən 1 saylı stasionar postda saxlanılmış, yenidən yaşadığı ünvana geri təmin edilmişdir. Diskdəki videogörüntülərdən görünür ki, Təqsirləndirilən şəxs təcrid olunma qaydalarını pozsa da, tənəffüs yollarını qoruyan fərdi vasitədən, yəni tibbi maskadan istifadə etmişdir. Bu barədə videoçəkiliş aparılaraq videodisk protokola əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş 26 saylı BŞX-nın xx xxxxxx 2020-ci il tarixli “xəstənin tibbi kartasından çıxarış” sənədindən göründüyü kimi, Bakı şəhəri Xəzər rayon Qala qəsəbəsi yeni sahədə yaşayan Təqsirləndirilən şəxs oğlu “COVİD-19” diaqnozu ilə xx xxxxxx 2020-ci il tarixdən qeydiyyata alınmış və evdə nəzarətə götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx xxxxxx 2020-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs karantin rejimini pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratması faktı onun özünün etirafedici ifadəsindən başqa, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə törətdiyi əməli etiraf edərək peşmançılıq çəkməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, artıq 66 yaşında olan Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən də islah olunması mümkündür, buna görə də ona cinayət qanununun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Maddi sübut - Təqsirləndirilən şəxs saxlanılması zamanı aparılmış videoçəkilişin 01 ədəd “CD” disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 32 iş saatına görə (ibtidai istintaq zamanı 20 saat və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 12 saat) cəmi 192,00 (bir yüz doxsan iki) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2500 (iki min beş yüz) manat miqdarda cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut - Təqsirləndirilən şəxs saxlanılması zamanı aparılmış videoçəkilişin 01 ədəd “CD” disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 192,00 (bir yüz doxsan iki) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına (“xxxx” ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********1) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №1(003)-133/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-133/2021
17.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver