Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-133/2023 11.05.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçinın, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1983-cü ildə Özbəkistan Respublikası, Səmərqənd şəhərində anadan olmuş, evli, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə fəaliyyəti ilə məşğul olmuş, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, hazırda 3 saylı İT-da saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 29,177.2.2,177.2.3-cü və 29,177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə saxlanc yerlərinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb təkrar oğurluq etmiş, həmçinin oğurluğa cəhd etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 21:00 radələrində Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq qassivində yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətinə hasardan keçmək yolu ilə yaşayış sahəsinə, oradan isə açıq olan pəncərədən evə qanunsuz daxil olub yataq otağındakı dolabın içərisində asılmış qara rəngli pəncəyin iç cibindən 1300 manat pulu gizli talayıb Zərərçəkmiş şəxs2 1300 manat məbləgində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs1 kirayə yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi Əncirlik bağları adlanan ərazidə yerləşən nömrəsiz fərdi yaşayış evinin açıq olan qapısından yaşayış sahəsinə, oradan isə açıq olan qapıdan evə qanunsuz daxil olub 01 ədəd 500 manat dəyərində iPhone markalı qol saatını və 240 manat nəğd pulu gizli olaraq talamaq istəsə də, öz iradəsindən asılı olmayan səbəblərə görə evə daxil olmuş ev sahibi Zərərçəkmiş şəxs1 tərəfindən saxlanıldığından, cinayət əməlini başa çatdıra bilməyərək oğurluğa cəhd etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,177.2.2, 177.2.3cü və 29,177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlləri məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxslərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 29,177.2.2, 177.2.3-cü və 29,177.2.3-cü maddələrində nəzərdə tutulmuş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, o, əvəllər Azərbaycan Respubliaksı CM-nin 177.3.2-ci maddəsi 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Onun daimi olaraq iş yeri yoxdur, küçələrdən dəmir yığmaqla ailəsini dolandırmışdır. O, pula ehtiyacı olduğu üçün 21 avqust 2022-ci il tarixdə gecə saat 01 radələrində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Əncirlik yaşayış massivində olarkən oğurluq etmək qərarına gəlmişdir. Həmin vaxt evlərin qapısının birinin açıq olduğunu görmüş və içəriyə daxil olmuşdur. Qonaq otağında olan kişi şalvarının cibindən 240 manat pulu, masanın üzərindən isə iPhone markalı qol saatını götürmüşdür. Evdən çıxmaq istəyərkən evə iki nəfər cavan oğlanın daxil olduğu görmüşdür. Həmin iki nəfər şəxs onu görən zaman evdə neylədiyini soruşmuşlar. O, həmin şəxslərə oğurluğa girdiyini və evdən saat və 240 manat pul götürdüyünü bildirmişdir. O, oğurladığı pulları və qol saatını həmin şəxslərə vermişdir. Həmin şəxslər hadisə ilə bağlı Polis Şöbəsinə məlumat verdikdən bir neçə dəqiqə sonra həmin evə polis əməkdaşları gəlmiş və onu Polis Şöbəsinə aparmışlar. Polis Şöbəsində o, bütün hadisəni etiraf etmiş, etdiyi oğurluq cinayətini tək olaraq törətmişdir. İlkin ifadəsində xx.xx.2022-ci il tarixdə Bakı şəhər, Xəzər rayonu Buzovna qəsəğəsi Albalılıq yaşayış massivində yerləşən Zərərçəkmiş şəxs2 evindən 1300 manat pul oğurlamadığını özünü müdaifə üçün etiraf etməmişdir.Lakin sonradan səmimi peşmançılıq çəkidiyi üçün etdiyi oğurluq cinayətini səmimi etiraf etmişdir. Digər epizod üzrə bildirmişdir ki, o, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq yaşayış massivi, Nəriman Əliyev küçəsində yerləşən evə daxil olmamış, orada heç bir oğurluq cinayətini törətməmişdir. Məhkəmədən törətdiyi əməldən səmimi olaraq peşman olduğunu, Zərərçəkmiş şəxs1 dəymiş zərərin ödənildiyini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 vermiş olduğu ifadəsində göstərmişdir ki, o, həmkəndlisi Fəridlə birlikdə “Ulu Orta” restoranında afisiant işləmişdir.Yaşadığı ünvan Hacıqabul rayonu olduğu üçün həmin restoranın sahibi özünə məxsus olan bağ sahəsini müvəqqəti yaşamaq üçün onlara vermişdir. xx.xx.2022-ci il tarixdə, saat təxminən 01:20 radələrində restorandan çıxıb həmkəndlisi Fəridlə birlikdə Xəzər rayonu, Şüvəlan qəsəbəsi Ənçirlik bağlar massivində yerləşən bağ sahəsinə getmişlər. O, Fəridlə birlikdə evə daxil olmuş, işıqları yandırdıqda bir nəfər şəxsin evdə olmasını aşkar etmişlər. Onlar evə daxil olduqda həmin şəxs onları gördükdə qaçaraq otaqlardan birinə daxil olmuşdur. Onlar həmin şəxsi saxlamış və ondan evə niyə daxil olmasını soruşmuşlar. Həmin şəxs ilkin olaraq dönərçi olduğunu və onlarla birlikdə qaldığını bildirmişdir. O, həmin şəxsin qolunda özünə məxsus olan iPhone markalı qol saatını aşkar etmiş, saatının həmin şəxsdə olması onda şübhə yaratmış və həmin şəxsin evdən çıxmağına mane olmuşdur. Həmin şəxs evə oğurluq üçün daxil olduğunu və evdən 240 manat pul da götürdüyünü etiraf etmişdir. Onlar həmin şəsxdən qol saatını və cibində olan ona məxsus 240 manatı götürmüşlər. Bundan sonra hadisə barədə polisə məlumat vermiş, polislər əməkdaşları nadisə yerinə gələrək onu PŞ-nə aparmışlar. Oğurluq nəticəsində ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənilmiş və hazırda onun Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs X2 vermiş olduğu ifadəsində göstərmişdir ki, o, təxminən 2012-ci ildən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq yaşayış massivi, Nəriman Əliyev küçəsi nömrəsiz evdə yaşayır. Ona məxsus ev 2 sot torpaq sahəsində inşa edilmiş, ətrafında mişar daşlardan hörülmüş hasar, evin giriş hissəsində isə darvaza vardır. xx.xx.2022-ci il tarixdə saat 18 radələrində ailə üzvləri ilə birlikdə Əhmədli qəsəbəsində yerləşən şadlıq sarayına toya getmişlər. Həmin gün saat 23:30 radələrində toydan yaşadığı evə gələrkən evin qonaq otağının pəncərəsinin açıq olmasını görmüş və evdən oğurluq olduğunu başa düşmüşlər. O, içəriyə daxil olan zaman yataq otağında olan dolabın içərisindən ona məxsus olan pencəyin iç cibində saxladığı 1300 manat pulum oğurlandığını görmüşdür. Bundan sonra DİN-nin 102-xidmətinə zəng vuraraq oğurluq olması barədə məlumat vermişdir. Ona dəymiş ziyan ödənilməmişdir. İbtidai istintaqda şahid qismində dindirilmiş Şahid vermiş olduğu ifadəsində göstərmişdir ki, o, həmkəndlisi Samirlə birlikdə “Ulu Orta” restoranında afisiant işləmişdir. Yaşadığı ünvan Hacıqabul rayonu olduğu üçün həmin restoranın sahibi özünə məxsus olan bağ sahəsini müvəqqəti yaşamaq üçün onlara vermişdir. xx.xx.2022-ci il tarixdə, saat təxminən 01:20 radələrində restorandan çıxıb həmkəndlisi Samirlə birlikdə Xəzər rayonu, Şüvəlan qəsəbəsi Ənçirlik bağlar massivində yerləşən bağ sahəsinə getmişlər. O, Samirlə birlikdə evə daxil olmuş, işıqları yandırdıqda bir nəfər şəxsin evdə olmasını aşkar etmişlər. Onlar evə daxil olduqda həmin şəxs onları görmüş və qaçaraq otaqlardan birinə daxil olmuşdur. Onlar həmin şəxsi saxlamış və ondan evə niyə daxil olmasını soruşmuşlar. Həmin şəxs ilkin olaraq dönərçi olduğunu və onlarla birlikdə qaldığını bildirmişdir. Samir həmin şəxsin qolunda özünə məxsus olan iPhone markalı qol saatını aşkar etmiş, saatının həmin şəxsdə olması onda şübhə yaratmış və onlar həmin şəxsin evdən çıxmağına mane olmuşlar. Həmin şəxs evə oğurluq üçün daxil olduğunu və evdən 240 manat pul da götürdüyünü etiraf etmişdir. Onlar həmin şəsxdən qol saatını və cibində olan ona məxsus 240 manatı götürmüşlər. Bundan sonra hadisə barədə polisə məlumat vermiş, polislər əməkdaşları nadisə yerinə gələrək onu PŞ-nə aparmışlar. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)- 465/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 ay 28 gün həddində, yəni 20 yanvar 2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN Bakı şəhər Xəzər Rayon Polis İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-13-45/2-3711/2023 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022ci il tarixdə saxlanılaraq X3 təhvil verilən zaman MSY əməkdaşları tərəfindən şəxsin bədəninə çaxış keçirilmiş və həkim müayinəsindən keçirilmişdir. Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş aktdan görünür ki, bədənində xəsarətlər yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası ƏN PX 3 saylı İstintaq Təcridxanasının məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli 20- 12/109 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə 3 saylı İstintaq Təcridxanasına daxil olmuşdur. İlkin tibbi baxış zamanı o, zədə aldığını bildirsə də, bədən səthinin müayinəsində yeni zədə və xəsarət izləri aşkar olunmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən "xxxx" MMC-i tərəfindən məhkəməyə daxil olmuş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan 055 542 92 43 nömrəli mobil telefona xx.xx.2022-ci il tarixdə saat 12:16-dan zənglər daxil olub, cıxmamışdır İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Ordiyev X1 Rayon Xalq Məhkəməsinin xx.xx.1999-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM 93-3 maddəsinin 2 hissəsi ilə təqsirli bilinmiş və 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2000-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.1999-cu il tarixli amnistiya qərarı ilə cəzadan azad edilmiş, Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM 177.2.2, 177.2.3, 177.2.4-cü maddəsi ilə təqsirli bilinmiş və 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2009-cu ildə Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2009-cu il tarixli amnistiya qərarı ilə CM-nin 1.1-ci bəndinə əsasən cəzadan azad edilmiş, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM 152-ci maddəsi ilə təqsirli bilinmiş və 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM 177.3.2-ci maddəsi ilə təqsirli bilinmiş və 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə ona xx.xx.2017-ci il tarixli Qanun tətbiq edilmiş və cəzası 10 ilə endirilmişdir, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Göründüyü kimi Təqsirləndirilən şəxs əvvəllər ağır cinayət törətdiyinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir (götürülməmişdir). İş materiallarında olan və Zərərçəkmiş şəxs1 tərəfindən yazılaraq məhkəməyə təqdim edilmiş ərizəsindən görünür ki, təqsirləndirilən şəxs dəymiş ziyanı ödəmiş, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb maddi ziyan vurmaqla oğurluq etməsi məhkəmə baxışı zamanı onun özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxslərin ifadəsi və cinayət işinin digər materialları ilə də tamamilə sübuta yetirildi. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ittihamın zərərçəkmiş şəxs Əliyev Cöşquna məxsus fərdi yaşayış evinə qanunsuz daxil olamaqla, gizli şəkildə 1300 manat pulu talamasını epizodu üzrə özünü məhkəmə istintaqı zamanı təqsirli bilməmiş, lakin onun həmin ifadəsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, zərərçəkmiş şəxsin və özünün məhkəməyədək istintaq dövründə veridiyi ifadələr ilə və cinayət işinin materiallarında olan digər sübutlarla təkzib edilmişlər. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə xarakteri daşıyır və cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 29,177.2.2,177.2.3cü və 29,177.2.3-cü maddələri ilə tövsif edilmişdir və o, törətdiyi cinayətə görə cəza almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf edərək həmin hissədə peşman olmasını, Zərərçəkmiş şəxs1lə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayətinin və tələbinin olmamasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına və məhkumluğunun ödənilməməsinə (götürülməməsinə) baxmayaraq, yenidən qəsdən cinayət törətməsini və bununla da Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaratmasını Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanununun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli tutulduğu vaxtdan hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə Zərərçəkmiş şəxs1 saxlanılmış maddi sübut olan 240 manat pul və bir ədəd “iPhone” markalı qol saatı Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslərə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs hüquqlarını dövlət hesabına məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. İş üzrə maddi sübut, ekspertiza xərci yoxdur, mülki iddia verilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,177.2.2, 177.2.3, 29,177.2.3-cü maddələri ilə təqsirli bilinsin və ona 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Cəzaçəkmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə Zərərçəkmiş şəxs1 saxlanılmış maddi sübut olan 240 manat pul və bir ədəd “iPhone” markalı qol saatı Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 132 manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökm təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №1(003)-133/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-133/2023
11.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver