Məhkəmə qərarları › İş №1(003)-134/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-134/2022

21.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-134/2022 21.11.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Müdafiəçi- Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.1983-cü ildə Cəbrayıl rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvələr məhkum olunmuş, məhkumluğu ödənilməyən, Cəbrayıll rayonu, Dağ Tumas kəndində qeydiyyatda olan və ünvan 1-də yaşayan Təqsirləndirilən şəxs1 xx.xx.1967-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməyən, ünvan 2-də qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4, 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 özgənin əmlakını tamah niyyətilə ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Şahid1 Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən, Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti, Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin xx.xx.2016-cı il tarixli, ********** nömrəli çıxarışı ilə məxsus olan 1477 saylı bağ sahəsinin 0,06 ha torpaq sahəsini Zərərçəkmiş şəxs göstərib özününkü olmasına dair yalan vəd verərək onun etibarından sui istifadə edib inandırmaqla həmin torpaq sahəsinə görə 2015-ci ilin yay aylarında həmin torpaq sahəsinin qarşısında 10.000 (on min) manat pulunu alaraq aldatmış və Azərbaycan Respublikası Bakı şəhər İcraiyyə Komitəsinin 1991-ci il tarixli, 6/387 nömrəli qərarı ilə Şüvəlan bağlar sahəsində 51 nömrəli kooperativin B/S nömrəli orderini istintaqa məlum olmayan vaxtda və yerdə Zərərçəkmiş şəxs atası X5 adına saxtalaşdırıb, bilə-bilə həmin saxta sənəddən istifadə edib 2017-ci ilin mart ayının ortalarında Zərərçəkmiş şəxs Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən “Beş Qardaş” restoranında təqdim etməklə sonuncudan 10.000 (on min) manatı aldadıb alaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 20.000 (iyirmi min) manat məbləğində, yəni xeyli miqdarda pulunu vahid niyyətlə ələ keçirməklə dələduzluq etmişdir. İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 özgənin əmlakını tamah niyyətilə ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Şahid1 Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən, Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti, Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin xx.xx.2016-cı il tarixli, ********** nömrəli çıxarışı ilə məxsus olan 1477 saylı bağ sahəsinin 0,06 ha torpaq sahəsini Zərərçəkmiş şəxs göstərib özününkü olmasına dair yalan vəd verərək onun etibarından sui istifadə edib inandırmaqla həmin torpaq sahəsinə görə 2015-ci ilin yay aylarında həmin torpaq sahəsinin qarşısında 10.000 (on min) manat pulunu alaraq aldatmış və Azərbaycan Respublikası Bakı şəhər İcraiyyə Komitəsinin 1991-ci il tarixli, 6/387 nömrəli qərarı ilə Şüvəlan bağlar sahəsində 51 nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 1477 A nömrəli bağ ayrılmasına dair Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyinin Şüvəlan bağlar sahəsindəki 51 nömrəli kooperativin B/S nömrəli orderini istintaqa məlum olmayan vaxtda və yerdə Zərərçəkmiş şəxs atası X5 adına saxtalaşdırıb, bilə-bilə həmin saxta sənəddən istifadə edib 2017-ci ilin mart ayının ortalarında Zərərçəkmiş şəxs Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən “Beş Qardaş” restoranında təqdim etməklə sonuncudan 10.000 (on min) manatı aldadıb alaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 20.000 (iyirmi min) manat məbləğində, yəni xeyli miqdarda pulunu vahid niyyətlə ələ keçirməklə dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs onunla bir qəsəbədə yaşayır və onu tanıyır. Təxminən 2014-cü il ildə Ramil ona demişdir ki, torpaq sahəsi almaq istəyir və ona torpaq sahəsi tapmağı xahiş etmişdir. O, da Ramilə demişdir ki, “problem yoxdur bir yerim var istəyirsənsə və vaxtın varsa gedək baxaq”. Ramillə birlikdə həmin torpaq sahəsi olan yerə getmişlər. Orada Ramil həmin yeri bəyənmiş və 10.000 manata razılaşmışlar. Ramil 10.000 manatı orada ona vermiş və Ramilə bildirmişdir ki, bu torpaq sahəsini özəlləşdirməmiş orada heç bir tikintini işləri aparmasın, çünki gələcəkdə problem ola bilər. Bir müddət sonra həmin torpaq sahəsinə görə sənəd verilməsi üçün Ramil ondan xahiş etmiş və Niyaz da ona demişdir ki, “narahat olma köməklik edərəm, bunun üçün 10.000 manat pul lazım olacaq, imkanın çatarsa eliyim”. Ramil onunla razılaşmış və sonradan bu barədə Hacı ilə danışmış, və bildirmişdir ki, Ramilə sənəd vermək lazımdır, 10.000 manat da pul verəcək. Bir müddət keçdikdən sonra özü, Ramil və Hacı “Beş Qardaş” restoranında görüşmüşlər. Həmin vaxt sənəd hazır olmuşdur. O, sənədi orada Ramilə vermiş və Ramil də 10.000 manatı stolun üstünə qoymuş və çıxıb getmişdir. Hacı ilə şərik işlədiyi üçün ümumi puldan, yəni həm torpaq sahəsinə görə həm də sənədə görə Ramildən aldığı puldan 5.000 manat Hacıya vermişdir. Hacı ilə öz aralarında əvvəlcədən danışmışlar ki, ikisi də Ramili inandırsınlar. Hacıya qabaqcadan demişdir ki, Ramil torpaq sahəsinin ona məxsus olmasına inanmaya bilər. Buna gör də Hacıdan xahiş etmişdir ki, o, da Ramili inandırsın. Ramili aldatmağında və onun pulunu ələ keçirməsində Hacının böyük rolu olmuşdur, buna görə də o, Hacıya 5.000 manat pul vermişdir. Verilən suallara cavab olaraq bildirdmişdir ki, həmin orderi özü hazırlamışdır, məqsədi Ramili inandırmaq olmuşdur, çünki torpaq sahəsinin ona sənədsiz vermişdir. Söz vermişdir ki, sənədi də düzəldib verəcəkdir. İkinci dəfə Ramildən 10.000 manat pul alanda ona həmin orderi təqdim etmişdir. Ramil fikirləşmişdir ki, Hacının pulu yoxdur, o, da həbsdədir və onun imkanlı tanışları var, həbsdən çıxması üçün yəqin onun ziyanını ödəyəcəklər, ona görə ondan pulunu tələb edir. Buna baxmayaraq ona əvvəldən demişdir ki, çıxarış almamış orada heç bir tikinti işləri aparmasın. Eyni zamanda Hacı da ona demişdir ki, torpaq sahəsini özəlləşdirməmiş orada heç bir tikinti işləri aparma, bu səbəbdən də Ramilin öz səhlənkarlığı nəticəsində bu problemlər yaranmışdır. Ramil 2017-ci ildə ona demişdir ki, aldığı topraq sahəsi kiminsə adına çıxıb və onu Xəzər RPİ-ni 1-ci PŞ-nə çağırmışlar. Niyaz da ona bildirmişdir ki, narahat olmasın yoluna qoyar. Dəqiqləşdirmək üçün həmin torpaq sahəsi ilə maraqlandıqda məlum olmuşdur ki, sözügedən torpaq sahəsinə dair 2016-cı ildə Şahid1 adına Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş çıxarışı vardır. Qeyd etmişdir ki, “Beş Qardaş” restoranında sözügedən torpaq sahəsinin razılaşması olanda Hacı Ramilə bildirmişdir ki, həmin torpaq sahəsində tikinti işləri aparmamışdan əvvəl özünə çıxarış alsın. Ramil tanışı olduğuna görə Hacıya demişdir ki, o, zamin durur ki, Ramil həmın torpaq sahəsinin özəlləşdirməmiş orada heç bir tikinti işləri aparmaz. Lakin Ramil sonradan özəlləşdimədən orada ev tikmiş və həmin torpaq sahəsinə dair Şahid1 adına çıxarış verildiyinə görə aralarında bu səbəbdən problemlər yaranmışdır. Əlavə olaraq bunu da qeyd etmişdir ki, Ramilin dediyi ilə razıdır, torpaq sahəsini Hacı ilə birlikdə Ramilə satmışlar. Ramil orderə görə ikinci dəfə 10.000 manatı verəndə Hacı yanında olmuşdur. Həmin məsələ “Beş Qardaş” restoranında bir yerdə oturduqları zaman olmuşdur. Ramil 10.000 manat pulu Hacıya vermiş, o, bunu Ramilin və Hacının üzünə də deyə bilər. Təqsirləndirilən şəxs1 son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, zərər çəkmiş şəxsə dəymiş ziyanı ödədiyini, onunla barışıq əldə etdiyini, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, Bakı şəhəri, Xəzər rayonu, L.Starçuk küçəsi ev 11, mənzil 5-də ailəsi ilə birlikdə yaşayır. Əvvəllər torpaq alqı-satqısı ilə məşğul olmuşdur. Ayrıca ofisi olmasa da, lakin tanıdığı şəxslər onun torpaq alqı-satqısı ilə məşğul olduğunu bildikləri üçün ondan torpaq sahəsi istəyəndə o, da tapıb satmışdır. Onunla bir qəsəbədə yaşayan Niyaz adlı şəxs də onun kimi eyni işlə məşğul olmuşdur. 2015-ci ildə tanışı Niyazla birlikdə əvvəllər tanıdıqları Zərərçəkmiş şəxs Xəzər rayonu, Şüvəlan qəsəbəsində 6 sot 1477 saylı bağ sahəsini satmışlar. Həmin torpaq sahəsinə görə Ramil Niyaza 10.000 manat pul vermişdir. İş üzrə Təqsirləndirilən şəxs2 əlavə suallara cavab olaraq göstərmişdir ki, Niyaz 2017-ci ilin təxminən yaz ayında Ramilə Şüvəlan qəsəbəsindəki “Beş Qardaş” restoranında ona satdıqları torpaq sahəsinə dair orderi verəndə Ramil ona 10.000 manat da vermişdir. Həmin order Ramilin atasının adına olmuşdur. Bildirmişdir ki, 2015-ci ilin yay aylarında Niyazla birlikdə Xəzər rayonu, Şüvəlan qəsəbəsində 1477 saylı bağ sahəsinin 6 sotunu Ramilə satmış, lakin o, həmin alqı-satqıda iştirak etməmiş, pulu da Niyaz almışdır. Sonradan satılan torpaq sahəsinə görə sənəd lazım olanda köməkləşib Niyazla birlikdə sənəd düzəltmişlər. Bundan sonra Ramillə Xəzər rayonu, Şimal Dres qəsəbəsində yerləşən “Beş Qardaş” restoranında Niyazla birlikdə görüşmüş və Ramil sənədə görə Niyaza 10.000 manat pul vermişdir. Niyaz 10.000 manatdan 5.000 manat ona vermişdir. Həmin vaxt onlara pul lazım olmuş və əvvəlcədən bilmişlər ki, həmin yer Niyazın deyil. Buna görə də özləri həmin torpaq sahəsini Ramilə satıb pulunu ələ keçirmişlər. Niyyətləri əvvəlcədən Ramilə qarşı dələduzluq edib pulunu ələ keçirmək olmuşdur. Həm onun həm də Niyazın qabacadan niyyəti Ramili aldatmamaq və ona qarşı dələduzluq etmək olmuşdur, buna baxmayaraq 20.000 manatdan ona 5.000 manat pul çatmışdır. Ramil Niyaza orderə görə ikinci dəfə 10.000 manatı verəndə onların yanında olmuş və ümumilikdə Niyazın Ramildən aldığı 20.000 manatdan 5.000 manatı ona çatmışdır. Həmin məsələ “Beş Qardaş” restoranında bir yerdə oturduqları zaman olmuşdur. Bunu Ramilin üzünə də deyə biləcəyini ifadəsinə əlavə etmişdir. Təqsirləndirilən şəxs2 son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, zərər çəkmiş şəxsə dəymiş ziyanı ödədiyini, onunla barışıq əldə etdiyini, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirdi ki, hazırda Bakı şəhəri, Xəzər rayonu, Şimal Dres qəsəbəsi, L.Starçuk küçəsi ev 2, mənzil 12-də ailəsi ilə birlikdə yaşayır. 2015-ci ildə əlində pulu olduğu üçün özünə Şüvəlan qəsəbəsində torpaq sahəsi almaq istəmişdir. Tanıdığı şəxslərdən maraqlanmış və əvvəllər tanıdığı və onunla bir qəsəbədə yaşayan Niyaz adlı şəxsə torpaq almaq istədiyini bildirmişdir. Niyaz da ona bildirmişdir ki, narahat olmasın, Xəzər rayonu, Şüvəlan qəsəbəsində bağ sahəsində 12 sot torpaq sahəsi vardır, istəsə və bəyənsə 6 sotunu ona sata bilər. Pula ehtiyacı olduğuna görə qiymətini münasib edəcəyini bildirmişdir. Beləliklə birlikdə həmin yerə getmiş, yeri bəyənmiş və 6 sot torpaq sahəsini 10.000 manata razılaşmışlar. Elə həmin ərəfədə yenidən həmin torpaq sahəsinə getmiş və torpaq sahəsinin qarşısında Niyaza 10.000 manat pul vermişdir. Lakin Niyaz ona heç bir sənəd təqdim etməmiş və demişdir ki, gələcəkdə lazım olsa ona sənəd düzəldəcəkdir. O da arxayın olub orada hasar tikib içərisində özünə iki mərtəbəli ev tikmişdir. 2017-ci ildə ona məlum olmuşdur ki, Niyaz adlı şəxsin ona satdığı torpaq sahəsi Şahid1 adlı şəxsə məxsusdur. Həmin torpaq sahəsi ilə əlaqədar məhkəmə qaydasında Məhərrəmlə mübahisələri başlamışdır. Niyaz ona 6 ildir ki, yalan vədlər verərək məsələnin həllinin vaxtını uzadır. Onunla Whatsapp vasitəsilə özünə məxsus olan Redmi markalı mobil telefonun üzərində olan ***-***-**-** mobil nömrəsi ilə həmin vaxt Niyazın istifadəsində olan ***-***-**-** nömrəsi ilə yazışmaları olmuşdur. Həmin yazışmaların son mesajlarını istintaqa təqdim etmişdir. Zərərçəkmiş şəxs əlavə suallara cavab olaraq bildirmişdir ki, 2017-ci ildə Xəzər RPİ-nin 1-ci PŞ-dən onu dəvət etmişlər ki, o, torpaq sahəsini zəbt etmiş və qanunsuz olaraq orada ev tikmişdir. Zərərçəkmiş şəxs orada bildirmişdir ki, həmin torpaq sahəsini tanışı Niyaz adlı şəxsdən 2015-ci ildə almış və Niyaz ona Bakı şəhər İcraiyyə Komitəsinin 1991-ci il tarixli 6/387 nömrəli qərarına əsasən Şüvəlan bağ sahəsində 12 sot torpaq sahəsi olan 1477 A nömrəli bağ sahəsinin ayrılması barədə atası X5 adına order vermişdir. Onun 6 sotu onun istifadəsindədir qalan 6 sotunu isə qohumu Fehruz adlı şəxsə satmışdır. Xəzər RPİ-nin 1-ci PŞ-dəki araşdırmadan sonra Məhərrəm adlı şəxs onun barəsində Xəzər rayon məhkəməsinə müraciət etmişdir. Qarşılıqlı olaraq ona qarşı məhkəməyə müraciət etmişdir. Hal-hazırda da məhkəmədə işinə baxılır. Bunu da əlavə olaraq qeyd etmişdir ki, həmin torpaq sahəsini Şahid1 2019-cu ildə Şahid2 alqısatqı müqaviləsi əsasında satmış və hal-hazırda Elxan ondan həmin evin sökülməsini tələb edir. Bu barədə də onunla Elxan arasında qarşılıqlı müraciətləri əsasında Xəzər rayon məhkəməsində işə baxılır. Həmin məhkəmə qərarlarının surətlərini istintaqa təqdim etmişdir. Zərərçəkmiş şəxs ifadəsində 2017-ci ildə Xəzər RPİ-nin 1-ci PŞ-də aparılan araşdırma zamanı ona məlum olmuşdur ki, 2016-cı ildə Şahid1 adına xx.xx.2016-cı il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən çıxarışı vardır. Bundan sonra başa düşmüşdür ki, Niyaz onu aldatmışdır. Torpaq sahəsinə görə 10.000 manatı 2015-ci ilin yay aylarında torpaq sahəsini alanda həmin torpaq sahəsinin qarşısında vermiş, 10.000 manat da 2017-ci ildə təxminən mart ayının ortalarında, Novruz bayramı ərəfəsində Niyaz orderi ona təqdim edəndə Xəzər rayonu, Şimal Dres qəsəbəsində yerləşən “Beş Qardaş” restoranında vermişdir. İlk dəfə Niyaza pulu verəndə Niyaz ona demişdir ki, Hacı adlı şəxs onunla bu işdə şərikdir, torpaq sahəsinə görə verdiyi 10.000 manat hamısı ona çatmır, ondan Hacıya da verəcəkdir. Zərərçəkmiş şəxs Niyazdan Haciiya nəyə görə pul verəcəyini soruşduqda Niyaz cavab vermişdir ki, Hacı ilə bir yerdə işləyir və aralarında haqqı-hesabı vardır. Torpaq sahəsi istəyən olanda müştərini biz bir-birinə yönəldirlər. Bu məsələ ilə bağlı əvvəlcədən Niyazı tanımış, pulu da ona vermişdir. İkinci dəfə Niyaz ona order vermiş və həmin vaxt Hacı da onun yanında olmuşdur. Zərərçəkmiş şəxs da onların hər ikisinə inanmış, lakin sonradan başa düşmüşdür ki, onlar hər ikisi qabaqcadan əlbir olaraq onu oyuna salmışlar və bunun nəticəsində onu aldadaraq 20.000 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişlər. Əlavə olaraq bildirmişdir ki, Şahid1 anket məlumatlarında yalnız onun soyadını, adını, ata adını və ev telefon nömrəsini (***-***-**- **) bildiyini qeyd etmişdir. Həmin torpaq sahəsini 2015-ci ildə aldığını, o vaxtdan orada özünə iki mərtəbəli ümumilikdə 200 kv. metr sahəsi olan ev tikdiyini və hal-hazırda orada yaşadığını əlavə etmişdir. Təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş ziyan ödənilmiş, təqsirləndirilən şəxslərlə barışıq əldə etmiş, onun təqsirləndirilən şəxslərdən şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirdi ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci mədən, ev 77, mənzil 7-də ailəsi ilə birlikdə yaşayır. 1998-ci ildə Bakı şəhər İcra Hakimiyyətinin 203 nömrəli qərarına əsasən ona Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, bağ sahəsində 51 nömrəli BTK nəzdində olan 0.12 hektar 1477 nömrəli bağ sahəsinin ayrılmasına dair 21 saylı order verilmişdir. O vaxtdan orada heç bir tikinti işləri aparmamış və boş sahə kimi qalmışdır. 2015-ci ildə orada adını bilmədiyi iki nəfər şəxs ona məxsus 0,12 hektar torpaq sahəsinin 0.06 hektarını bir nəfər şəxs, digər 0,06 hektar sahəni isə başqa bir şəxs zəbt edərək hər biri orada özləri üçün ev tikmişlər, həmin şəxslərə bildirmişdir ki, bu bağ sahəsi ona məxsusdur. Onlara öz adına olan orderin əslini göstərmiş, onlar da Məhərrəmə bildirmişlər ki, “bizim də sənədimiz var”, lakin heç bir sənəd ona təqdim etməmişlər. Şahid1 əlavə olaraq bildirmişdir ki, bundan sonra oranı sənədləşdirmək qərarına gəlmiş və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə müraciət etmişdir. Orada sənədlərə baxılmış və nəticədə ona mülkiyyət hüququnun tanınmasının imtina olunması barədə imtina cavabı verilmişdir. Onun əsasında Şahid1 İnzibati məhkəməyə müraciət etmişdir. İnzibati məhkəmədə işə baxılmış və mərhələli şəkildə növbəti dəfə Apellyasiya şikayəti olunmuşdur. Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlamış və bundan sonra qarşı tərəfin şikayəti ilə işə Ali Məhkəmədə baxılmışdır. Nəticədə Apellyasiya Məhkəməsinin qərarı da qüvvədə saxlanılmışdır. Ali Məhkəmənin xx.xx.2016-cı il tarixli qərarı əsasında da ona həmin bağ sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən xx.xx.2016-cı il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Həmin çıxarış əsasında Xəzər rayon məhkəməsinə müraciət etmişdir ki, ona məxsus 0,12 hektar bağ sahəsində tikilmiş iki ədəd ev sökülsün. Xəzər rayon məhkəməsi tərəfindən də onun iddiası təmin olunaraq qətnamə qəbul olunmuşdur ki, həmin evlər sökülsün. Buna baxmayaraq həmin evlər sökülməmişdir. Öz işi ilə əlaqədar məhkəmə proseslərində iştirak edə bilmədiyinə görə bütün məhkəmə proseslərində rəsmi nümayəndələri X9 və X3 olmuşdur. Bundan sonra həmin bağ sahəsini satmaq qərarına gəlmiş və 2016-cı ildə ona verilən çıxarış əsasında Şahid2 xx.xx.2019-cu il tarixli alqısatqı müqaviləsi əsasında satmışdır. Bildiyinə görə həmin bağ sahəsini Elxana satdıqdan sonra orada ev tikmiş şəxslər barəsində Elxan da məhkəməyə müraciət etmişdir ki, həmin evlər sökülsün. Bundan sonra işin nə yerdə olması barədə heç bir məlumatı olmamışdır. Həmin torpaq sahəsi 1998-ci ildən ona order əsasında məxsus olduğunu, 2015-ci ilədək orada hər hansı bir tikinti işləri aparmadığını, buna baxmayaraq arabir gec-gec də olsa gedib gəlmiş və nəzarət etmişdir. Ev artıq orada tikildikdən sonra bilmişdir ki, tanımadığı şəxslər ona məxsus torpaq sahəsində ev tikmişlər. Həmin bağ sahəsini 2019-cu ildə Elxana satanda aparıb həmin yeri ona göstərmiş və bildirmişdir ki, həmin yer buradır və tikilən evlər də qanunsuzdur. O, da Məhərrəmə bildirmişdir ki, o, özü onları məhkəməyə verib evləri sökdürəcəkdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 bildirdi ki, Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi ev 26, mənzil 15-də ailəsi ilə birlikdə yaşayır. xx.xx.2019-cu il tarixdə alqı-satqı müqaviləsi əsasında Şahid1 Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 12 sotdan ibarət 1477 saylı bağ sahəsini almışdır. Həmin torpaq sahəsini alanda Məhərrəm adlı şəxs ona bildirmiş ki, həmin torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən 2016-cı ildə verilmiş çıxarışı vardır və buna baxmayaraq iki nəfər orada qanunsuz olaraq ev tikmişdir. Şahid2 onunla razılaşaraq bildirmişdir ki, heç bir problem yoxdur onu gələcəkdə məhkəmə yolu ilə həll edəcəkdir. Bundan sonra aralarında razılaşmış və həmin torpaq sahəsini alqı-satqı müqaviləsi əsasında almışdır. Hal-hazırda Xəzər rayon məhkəməsi tərəfindən işə baxılır və iş icraatdadır. Əlavə suallara cavab olaraq qeyd etmişdir ki, həmin bağ sahəsini alanda Məhərrəm ona bildirmiş ki, bağ sahəsi çıxarışla onun adınadır, lakin iki nəfər orada qanunsuz olaraq ev tikmişdir. O, da bununla razılaşıb sonradan məhkəməyə bu barədə müraciət etmişdir. Hal-hazırda da işə məhkəmə qaydasında baxılır. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1982-ci ildə Lerik rayonunda doğulmuş Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən AR CM-nin 178.3.2, 320.1, 320.2 və 66.3-cü maddələri ilə təqsirli bilinərək, barəsində 06 il müddətində azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə AR CM-nin 178.3.2-ci maddəsi ilə təyin edilmiş cəza hökmdən xaric edilmiş və Təqsirləndirilən şəxs1 zaldan azad edilmişdir. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1967-ci ildə Bakı şəhərində doğulmuş Təqsirləndirilən şəxs2 Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən AR CM-nin 178.2.4 və 69.4-cü maddələri ilə təqsirli bilinərək barəsində 2000 manat məbləğində cərimə cəzası təyin edilmişdir. Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən AR CM-nin 306.1, 67.1 və 68.2-ci maddələri ilə təqsirli bilinərək, barəsində 01 il müddətində azadlıqdan məhrum etmə cəzası və 700 manat məbləğində cərimə cəzası təyin edilmişdir. xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 2.11-ci bəndinə əsasən cərimə cəzasından azad edilmişdir. İş materiallarına əlavə olunmuş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiqlənmiş ərizəsindən görünür ki, təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmişdir, bu səbəbdən də təqsirləndirilən şəxslərlə barışmış və onun təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 16 mart 2022-ci il tarixli, 1(006)-65/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək, barəsində qəti olaraq 02 il 02 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Probasiya İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 16 mart 2022-ci il tarixli, 1(006)-65/2022 saylı hökmü üzrə xx.xx.2022-ci il tarixə çəkilməmiş cəzası 01 il 08 ay 28 gün təşkil edir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli cinayət işinin tövsif edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsindən həmin Məcəllənin 178.2.1 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir. İş materiallarında olan 29 yanvar 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 29 yanvar 20222-ci il tarixdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli cinayət işinin tövsif edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələrindən həmin Məcəllənin 178.2.1, 178.2.4, 320.1 və 320.2-ci maddələrinə tövsif edilmişdir. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, 31 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4, 320.1 və 320.2-ci maddələrində nəzərdə tutulan ittiham elan olunmuşdur. İş materiallarında olan 31 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, 01 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4, 320.1 və 320.2-ci maddələrində nəzərdə tutulan ittiham elan olunmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində istintaq edilmiş ********* nömrəli cinayət işi üzrə Binəqədi rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli, 4(001)-1119/2021 nömrəli qərarına əsasən həbsdə saxlanılması nəzərə alınmışdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan edilmiş ittihamda olan AR CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə bağlı hissəsində qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərər çəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun.Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Hacıyev X4 Niyaz Oruc oğlunun əməli Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə düzgün tövsif olunmuş və onlar həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən əməlini etiraf etməsini, səmimi peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən cinayət nəticəsində zərər çəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsini, zərər çəkmiş şəxslə barışıq əldə etməsini, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən əməlini etiraf etməsini, səmimi peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən cinayət nəticəsində zərər çəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsini, zərər çəkmiş şəxslə barışıq əldə etməsini, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrinə əsasən “Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, xeyli miqdarda ziyan vurmaqla törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxslərin etirafedici ifadələrinə, zərər çəkmiş şəxs və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxslərin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onların törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs2 törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında cərimə, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Lakin, məhkəmə təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən hallar və onların mahiyyəti, həmçinin onun şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, cəzanın məqsədlərinə qismən nail olunduğunu nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan yüngül cəza növünü, yəni azadlığın məhdudlaşdırılması cəzasını təyin etsin. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, həmin cəza təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında ağır cəzaya alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının ikinci bəndinin məhkəmələrə tövsiyəsinə görə isə, belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır. Məhkəmənin fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasının deyil, azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs1 törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında cərimə, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Lakin, məhkəmə təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən hallar və onların mahiyyəti, həmçinin onun şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, cəzanın məqsədlərinə qismən nail olunduğunu nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan yüngül cəza növünü, yəni azadlığın məhdudlaşdırılması cəzasını təyin etsin. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, həmin cəza təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında ağır cəzaya alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının ikinci bəndinin məhkəmələrə tövsiyəsinə görə isə, belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır. Məhkəmənin fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasının deyil, azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan edilmiş ittihamda olan AR CM-nin 320.1 və 320.2-ci maddələri ilə bağlı hissəsində qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli, 15 saylı qərarında göstərilmişdir ki, “Təqsirləndirilən şəxsə cinayət qanununun bir neçə maddəsi üzrə ittiham irəli sürüldükdə və məhkəmə baxışı nəticəsində məhkəmə onlardan bəziləri üzrə bəraətverici sayılmayan əsaslarla icraata xitam verilməsi haqqında qənaətə gəldikdə, bu barədə hökmlə birlikdə ayrıca əsaslandırılmış qərar qəbul edir. Belə hallarda hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilməlidir ki, təqsirləndirilən şəxsin digər cinayətləri törətməkdə ittiham olunmasına dair hissədə cinayət işi üzrə icraata ayrıca qərarla xitam verilmişdir.” İş üzrə maddi sübut kimi tanınmış Azərbaycan Respublikası Bakı şəhər İcraiyyə Komitəsinin 1991-ci il tarixli, 6/387 nömrəli qərarı ilə Şüvəlan bağlar sahəsində 51 nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 1477 nömrəli bağ ayrılmasına dair Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyinin Şüvəlan bağlar sahəsindəki 51 nömrəli kooperativin B/S nömrəli orderi cinayət işində saxlanılmalıdır. İş üzrə ekspertiza xərci yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 16 mart 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş 02 (iki) il 02 (iki) ay 14 (on dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə hazırkı hökmlə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanılsın və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 16 mart 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmiş 06 (altı) ay 11 (on bir) gün hissəsi ona təyin olunmuş 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 19 (on doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan seçilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 oğlunun xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 2 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış Azərbaycan Respublikası Bakı şəhər İcraiyyə Komitəsinin 1991-ci il tarixli, 6/387 nömrəli qərarı ilə Şüvəlan bağlar sahəsində 51 nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 1477 nömrəli bağ ayrılmasına dair Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyinin Şüvəlan bağlar sahəsindəki 51 nömrəli kooperativin B/S nömrəli orderi cinayət işində saxlanılsın. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X8 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 15 saata görə 90 (doxsan) manat, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat, ümumilikdə 270 (iki yüz yetmiş) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar