Məhkəmə qərarları › İş №1(003)-135/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-135/2022

26.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-135/2022 26.04.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs6 nümayəndəsi Nümayəndə3, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs 22.09.2021-ci il tarixdə saat 17 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ verən “BC” kateqoriyalı sürücülük vəsiqəsi əsasında texniki cəhətdən saz vəziyyətdə olan özünə məxsus **-SK-*** dövlət qeydiyyat nişanlı, “Mersedes-Benz C200” markalı nəqliyyat vasitəsi ilə Bakı-Pirallahı şossesi ilə Mərkəz-Şəhər istiqamtəində 3 hərəkət zolağından ibarət yolun soldan sağa doğru 2-ci hərəkət zolağı ilə təxminən 90 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə riayət etməklə, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vuramamalı olduğu halda bunları etməyib diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmış, nəqliyyat vasitəsinin idarə olunma prosesinə daim nəzarət etməmiş, qarşıda onunla eyni istiqamətdə “Qaz 330810- 1070” markalı avtomobilin hərəkətdə olmasını nəzərə alaraq vaxtında tədbir görməklə idarə etdiyi avtomobilin sürətini azaltmamış, həmin avtomobil ilə təhlükəsiz ara məsafəsi saxlamamış, bununla da yol-hərəkəti qaydalarını pozması nəticəsində idarə ediyi atomobilin qabaq ön hissəsi ilə ehtiyatsızlıqdan özündən qarşıda hərəkətdə olan Zərərçəkmiş şəxs4 Məmmədəli oğlunun idarə etdiyi "xxxx" ASC-yə məxsus “Qaz 330810- 1070 Yük-Sərnişin” markalı, **-JR-*** dövlət qeydiyyat nişanlı atomobilin arxa sol tərəfi ilə toqquşmuş və ehtiyatsızlıqdan həmin yol-nəqliyyat hadisəsi ilə öz maşınında qabaq oturacaqda sərnişin olan Zərərçəkmiş şəxs6 baş-beyinin ağır dərəcəli əzilməsi, pnevmasefaliya, sağ beyin yarımkürəsidə geniş hemorragik kontuziya, alın-təpə-gicgah və əsas sümüklərinin, burun sümüklərinin qəlpəli sınıqları, alın nahiyəsinin əzilmiş yarası ilə müşayiət olunan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər almasına, eləcə də Zərərçəkmiş şəxs4 Məhəmməd oğlunun idarə etdiyi maşında olan sərnişinlər Zərərçəkmiş şəxs1 Ayvaz oğlunun sol körpücük sümüyünün qapalı yerdəyişən sınığı ilə müşayiət olunan sağlamığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid, Zərərçəkmiş şəxs2 ağrı sindiromu və hərəkət məhdudluğu, sağ aşıq-baldır oynağının yumşaq toxumalırının əzilməsi ilə müşayiət olunan sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid, Zərərçəkmiş şəxs3 ənsə nahiyəsinin əzilmiş yarası ilə müşayiət olunan sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid, Zərərçəkmiş şəxs4 təpə nahiyəsinin əzilmiş yarası ilə müşayiət olunan sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid, Zərərçəkmiş şəxs5 təpə nahiyəsinin əzilmiş yarası ilə müşayiət olunan sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid xəsarət almalarına və “Qaz 330810-1070 Yük-Sərnişin” markalı, **-JR-*** dövlət qeydiyyat nişanlı atomobilin zədələnməsi ilə "xxxx" ASC-yə ümumilikdə 14000 manat ziyan vurmasına səbəb olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, “BC” kateqoriyalı sürücülük vəsiqəsi ilə, idarə etdiyi özünə məxsus “Mersedes-Benz C200 minik” markalı, **-SK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə dayısı oğlu Zərərçəkmiş şəxs6 ilə birlikdə 22.09.2021-ci il tarixdə təxminən saat 17 radələrində Bakı şəhəri, Pirallahı rayonu, istiqamətindən Mərkəz- Şəhər istiqamətində 3 zolaqlı yolun sağdan 2-ci zolağı ilə saatda təxminən 90 km sürətlə hərəkət edərkən həmin yolun Qala qəsəbəsi ərazisindən keçən hissəsində olarkən bir anlıq fikrə getmiş, həmin vaxt avtomobilin qabaq sağ qanadı qarşıda eyni istiqamətdə hərəkətdə olan yük avtomobilinin arxa hissəsinə çırpılmışdır. Zərbənin təsirindən qarşıda olan yük avtomobili idarəetməni itirib yolun kənarına çıxaraq aşmış, hadisədən sonra ora təcili tibbi yardım və polislər gəlmiş, onu və dayısı oğlu Elgünü 3 saylı ŞKX-na aparmışlar. Dayısı oğlu xəsarət aldığı üçün həkimlər ona tibbi yardım göstərib xəstəxanada saxlamışlar. Digər nəqliyyat vasitəsində olan şəxslər barədə heç bir məlumatı olmamışdır. Hadisə ilə bağlı müvafiq araşdırma aparılmış, bundan sonra həmin nəqliyyat vasitəsində xəsarət alan şəxslərlə görüşmüş, onlar heç bir şikayət və tələbləri olmadıqlarını ona bildirmişlər. Hadisə zamanı idarə etdiyi avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuş, hadisədən az əvvəl həmin avtomaşının yolun sağ zolağı ilə hərəkətdə olduğunu görmüş, lakin həmin vaxt bir anlıq fikrə getdiyi üçün hadisənin necə baş verdiyini bilməmiş, həmin vaxt hərəkət sürəti təxminən 90 km/saat olmuşdur. Yol-nəqliyyat hadisəsi baş verən zaman avtomobili ayıq halda idarə etmişdir. Təqsirləndirilən şəxs ifadəsində həmçinin əməlindən səmimi peşman olmasını, zərər çəkmiş şəxslər ilə barışdığını, onlara dəymiş ziyanı ödədiyini, zərər çəkmiş şəxslərin ondan şikayət və tələbinin olmadığını göstərmiş və bu səbəbdən barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs6 nümayəndəsi Nümayəndə3 ifadəsində göstərmişdir ki, 22.09.2021-ci il tarixdə Zərərçəkmiş şəxs6 bibisi oğlu Təqsirləndirilən şəxs ilə birlikdə Ramilin idarə etdiyi “Mersedes-Benz” markalı nəqliyyat vasitəsi ilə Bakı-Pirallahı şossesi ilə Mərkəz-Şəhər istiqamətində hərəkətdə olarkən Qala qəsəbəsində yol-nəqliyyat hadisəsi törənmiş və həmin hadisə zamanı «Azərsu ASC»yə məxsus nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Hadisə nəticəsində Zərərçəkmiş şəxs6 ağır bədən xəsarətləri aldığından danışa bilmir, eləcə də nitqini söyləmək qabliyyətində deyil. Hadisədən sonra Elgün ciddi xəsarət aldığından hadisə yerinə çağırılmış TTYS-nin işçiləri tərəfindən Bakı şəhəri, Sabunçu rayonunda yerləşən 3 saylı xəstəxanaya aparılmış və müalicəsini orada davam etdirir. Zərərçəkmiş şəxs6 nümayəndəsi Nümayəndə3 Zərərçəkmiş şəxs6 təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayətnin olmadığını və bu günə olan dəymiş ziyanın tam ödənildiyini bildirərək, bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, 22.09.2021-ci il tarixdə təxminən saat 17 radələrində həmin idarədə işləyən iş yoldaşları Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 ilə müəssisəyə aid idarə etdiyi “Qaz-330810” markalı, **-JR-*** dövlət qeydiyyat nişanlı yük maşını ilə Xəzər rayonu, Türkan qəsəbəsindən işdən çıxıb mərkəz şəhər istiqamətində 3 zolaqlı yolun sağdan 1-ci zolağı ilə təxminən 50 km/saat sürətlə hərəkətdə olarkən qəflətən maşının arxa hissəsinə zərblə nə isə çırpıldığnı hiss etmiş, zərbənin təsirindən maşın yolun sağ kənarına çıxmış və o, idarəetməni itirmiş, maşın bir dəfə aşıb dayanmışdır. Maşında olan iş yoldaşları və o, dərhal maşından çıxmış, maşın aşılı vəziyyətdə qalmışdır. Maşından çıxdıqdan sonra ona məlum olmuşdur ki, arxa tərəfdən eyni istiqamətlə gələn “Mersedes Benz” markalı maşının sürücüsü idarə etdiyi maşının arxa hissəsinə çırpılıb. Bundan sonra iş yoldaşları və o, müxtəlif bədən xəsarətləri aldıqları üçün hadisə yerinə təcili tibbi yardım çağırılmış, bir qədər sonra polislər gəlmiş, “Mersedes Benz” markalı maşında olan sərnişin də xəsarət aldığı üçün onları xəstəxanaya aparmışlar. Polislər müvafiq araşdırma apardıqdan bir neçə gün sonra baş vermiş hadisə ilə bağlı izahat vermişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ona maddi ziyan dəyməmiş, baş nahiyəsindən yüngül xəsarət almış, hadisə nəticəsində "xxxx" ASC-yə maddi ziyan dəymişdir. Zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirərək, bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 Ayvaz oğlu ifadəsində göstərmişdir ki, 22.09.2021-ci il tarixdə təxminən saat 17 radələrində həmin idarədə sürücü işləyən Zərərçəkmiş şəxs4 müəssisəyə aid idarə etdiyi “Qaz-330810” markalı, **-JR-*** dövlət qeydiyyat nişanlı yük maşını ilə Xəzər rayonu, Türkan qəsəbəsindən işdən çıxıb mərkəz şəhər istiqamətində yolun sağ kənarı ilə asta sürətlə hərəkətdə olarkən maşının arxa hissəsinə zərblə nə isə çırpıldığnı hiss etmiş, həmin vaxt zərbənin təsirindən sürücü idarəetməni itirib yolun sağ kənarına çıxmış və maşın aşmışdır. Onlar dərhal maşından çıxmış, bundan sonra onlara məlum olmuşdur ki, arxa tərəfdən eyni istiqamətlə gələn “Mersedes Benz” markalı maşının sürücüsü onların olduğu maşının arxa hissəsinə çırpılmışdır. Bundan sonra iş yoldaşları və o, müxtəlif bədən xəsarətləri aldıqları üçün hadisə yerinə təcili tibbi yardım çağırılmışdır. Bir qədər sonra polislər gəlmiş, “Mersedes Benz” markalı maşında olan sərnişin də xəsarət aldığı üçün həkimlər onları xəstəxanaya aparmışlar. Polislər müvafiq araşdırma apardıqdan bir neçə gün sonra baş vermiş hadisə ilə bağlı izahat vermişdir. Zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirərək, bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs5 eyni məzmunlu ifadələr verərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 Ayvaz oğlunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirərək, bu barədə məhkəməyə ərizə təqdim etdi. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirərək, bu barədə məhkəməyə ərizə təqdim etdi. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirərək, bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 "xxxx" ASC-də iş icraçısı, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 fəhlə, Zərərçəkmiş şəxs4 isə sürücü işləyirlər. Zərərçəkmiş şəxs4 "xxxx" ASC tərəfindən verilmiş yol vərəqəsinə əsasən “Qaz 330810-1070 Yük-Sərnişin” markalı, **-JR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edir. Həmin nəqliyyat vasitəsi ilə işçiləri Sumqayıt şəhərindən Türkan qəsəbəsinə aparıb-gətirir. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı "xxxx" ASC-yə məxsus, yəni Zərərçəkmiş şəxs4 idarə etdiyi nəqliyyat vasitəsinin zədələnməsi ilə idarəyə 14000 manat məbləğdə maddi ziyan vurulmuşdur. "xxxx" ASC-nin sürücü Təqsirləndirilən şəxs qarşı dəymiş ziyanın ödənilməsi ilə bağlı tələbləri olduğunu, ziyanın ödənilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4-Təcrübi və Tədris Birliyinin 28.09.2021-ci il tarixli, 1221 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində alının, qaşarası nahiyyənin, sağ əlin sıyrıqları, sağ gözaltı nahiyənin qançırı küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddəti onun 3 saylı Şəhər Kliniki Xəstəxansına müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən 22.09.2021-ci il tarixli yol-nəqliyyat hadisəsinə uyğun gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarına görə dərəcələri təyin edilmir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4-Təcrübi və Tədris Birliyinin 30.09.2021-ci il tarixli, 1242 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs6 bədəni üzərində baş-beyinin ağır dərəcəli əzilməsi, pnevmasefaliya, sağ beyin yarımkürəsidə geniş hemorragik kontuziya, alın-təpə-gicgah və əsas sümüklərinin, burun sümüklərinin qəlpəli sınıqları, alın nahiyəsinin əzilmiş yarası aşkar edildi. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən onun «Sabunçu» Tibb Mərkəzinə müraciətindən az əvvəl törənmişlər, qararda göstərilən 22.09.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı törənmələri istisna olunmur və dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4-Təcrübi və Tədris Birliyinin 30.09.2021-ci il tarixli, 1249 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində ağrı sindromu, və hərəkət məhdudluğu ilə müşayiət olunan sağ aşıq-baldır oynağının yumşaq toxumalarının əzilməsi küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddəti onun məhkəmə-tibb müayinəsindən 7-8 gün əvvəl olmaqla, qərarda göstərilən 22.09.2021-ci il tarixli yolnəqliyyat hadisəsinə uyğun gələ bilər və sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4-Təcrübi və Tədris Birliyinin 05.10.2021-ci il tarixli, 1243 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs4 bədəni üzərində təpə nahiyəsinin əzilmiş yarası küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddəti onun məhkəmətibb müayinəsindən 6-7 gün əvvəl olmaqla, qərarda göstərilən 22.09.2021-ci il tarixli yolnəqliyyat hadisəsinə uyğun gələ bilər və sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4-Təcrübi və Tədris Birliyinin 05.10.2021-ci il tarixli, 1244 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs5 bədəni üzərində təpə nahiyəsinin əzilmiş yarası küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddəti onun məhkəmətibb müayinəsindən 7-8 gün əvvəl olmaqla, qərarda göstərilən 22.09.2021-ci il tarixli yolnəqliyyat hadisəsinə uyğun gələ bilər və sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4-Təcrübi və Tədris Birliyinin 05.10.2021-ci il tarixli, 1250 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 Ayvaz oğlunun bədəni üzərində sol körpücük sümüyünün qapalı, yerdəyişən sınığı aşkar edildi. Qeyd olunan xəsarət küt əşya təsirindən onun 3 saylı şəhər Kliniki Xəstəxanasına müraciətindən az əvvəl törənmişdir, qərarda göstərilən 22.09.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı törənməsi istisna olunmur və dərəcəsinə görə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4-Təcrübi və Tədris Birliyinin 27.10.2021-ci il tarixli, 1251 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 bədəni üzərində ənsə nahiyəsinin əzilmiş yarası aşkar edildi. Qeyd olunan xəsarət küt əşya təsirindən onun «Diaqnoz» Medical Centerə müraciətindən az əvvəl törənmişdir, qərarda göstərilən 22.09.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı törənməsi istisna olunmur və dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 20 oktyabr 2021-ci il tarixli, 8/2511 saylı rəyindən görünür ki, “Qaz 330810-1070” markalı, **-JR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs4 Məmmədəli oğlunun hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. “Mersedes Benz C200” markalı ** SK *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat İmtahan İdarəsindən verilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs 23.11.2018-ci il tarixdə (23.11.2028-ci il tarixədək müddətə etibarlı olan) AE 819665 nömrəli «BC» kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. İş materiallarına əlavə edilmiş sərxoşluq vəziyyətinin tibbi müayinəsinin 22.09.2021ci il tarixli, 1\1833 saylı aktından görünür ki, sürücü Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu müəyyən olunmamışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nə dair 19.02.2022-ci il tarixli tələbnaməsindən görünür ki, xx xxxx 1994-cü ildə Beyləqan rayonunda anadan olmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə onun zərər çəkmiş şəxslər ilə barışdığı, zərər çəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd edilmiş və bu səbəbdən onun cinayət məsuliyyətindən azad edilərək, iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 Ayvaz oğlu tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə onun Təqsirləndirilən şəxs ilə barışdığı, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyi, ona qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd edilmiş və bu səbəbdən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin cinayət məsuliyyətindən azad edilərək, iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs6 nümayəndəsi Nümayəndə3 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə onun Təqsirləndirilən şəxs ilə barışdığı, Təqsirləndirilən şəxs tərəfindən ona bu günə olan dəymiş ziyanın tam ödənildiyi, ona qarşı heç bir şikayətinin olmadığı qeyd edilmiş və bu səbəbdən təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilərək, iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 28.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq hüququ vardır.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikası Konstitusiyasının 125.7-ci maddəsinə əsasən “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsinə əsasən “Eyni əməllər ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” QEYD: Bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” 29.01.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-nin 263-cü maddəsinə görə isə avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan zərəçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına (CM-nin 263.1-ci maddəsi), eyni əməllər ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə (CM-nin 263.2-ci maddəsi), və ya iki və daha çox şəxsin ölümünə (CM-nin 263.3-cü maddəsi) səbəb olduqda şəxs həmin maddədə göstərilmiş sanksiyalara məruz qalır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun” 15.11.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması yalnız o zaman cinayət məsuliyyətinə səbəb olur ki, bu, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümü və ya onun sağlamlığına ağır, yaxud da az ağır zərər vurulması ilə nəticələnmiş olsun. Eyni əməllər, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına yüngül zərər vurulmaqla nəticələndikdə və ya ona miqdarından asılı olmayaraq maddi ziyanın vurulmasına səbəb olduqda, habelə sair hallarda qeyd edilən qaydaları pozan təqsirləndirilən şəxs cinayət məsuliyyəti deyil, mülki-hüquqi, yaxud inzibati məsuliyyət daşıyır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin şərh edilməsinə dair” 10.04.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirildikdə və ya zərər çəkən şəxsə maddi zərər vurulduqda, inzibati məsuliyyət yaranır. Yol-nəqliyyat hadisəsi daha ağır nəticələrə səbəb olduqda isə ictimai münasibətlər artıq cinayət qanununun müddəaları ilə tənzimlənir. Belə ki, CM-in 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda, cinayət məsuliyyəti yaranır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.3-cü maddəsinə əsasən “Başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 73.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir.” Azərbaycan Respublikası CPM-in 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72, 73 və 74-cü maddələrində nəzərdə tutulmuş “ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs” anlayışının şərh edilməsinə dair” 25.12.2009-cu il tarixli qərarında göstərilmişdir ki, “Ağır və xüsusilə ağır cinayətlərdən fərqli olaraq böyük ictimai təhlükə törətməyən, şəraitin dəyişməsi ilə bağlı həmçinin az ağır cinayətlərə qanunvericinin belə imtiyazlı münasibəti qanuni ictimai marağa xidmət edir. Bununla da belə cinayətlər kateqoriyasına aid olan təqsirli əməl törətmiş şəxs cinayət qanununun qeyd olunan normalarında göstərilən şərtləri yerinə yetirməklə artıq ictimai təhlükəli olmadığını ifadə etdiyi halda, cinayət məsuliyyətinə cəlb olunmadan onun belə davranışdan çəkinməsinə, islah olunmasına və ictimaiyyətdə qəbul olunmuş birgəyaşayış qaydalarına riayət etməsinə nail olunur.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” 15.07.2011-ci il tarixli qərarında göstərilmişdir ki, “İctimai ittiham qaydasında cinayət təqibi böyük ictimai təhlükə törətməyən cinayətlər üzrə də həyata keçirilir. Cinayət-prosessual qanunvericiliyində ictimai ittiham qaydasında cinayət təqibi zamanı zərər çəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması əsasında icraata xitam verilməsinə heç bir məhdudiyyət qoyulmamışdır. Nəzəriyyədə cinayət məsuliyyətindən azad etmə dedikdə, törədilmiş cinayətə görə dövlətin şəxsi mühakimə etməkdən və ona cəza tətbiq etməkdən imtina etməsi başa düşülür. Zərər çəkmişin təqsirləndirilən şəxslə barışmasına dair ərizəsinə baxılarkən nəinki bunun üçün qanunla nəzərdə tutulan əsasların olub-olmaması yoxlanılmalı, həmçinin törədilmiş əməlin ictimai təhlükəliliyi, təqsirləndirilənin şəxsiyyəti, cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar da daxil olmaqla konkret işin bütün halları nəzərə alınmalıdır.” Məhkəmə, iş üzrə təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslərlə barışmasını, zərər çəkmiş şəxslərin ona qarşı şikayətinin olmamasını və törədilmiş cinayət əməli ilə əlaqədar ziyanın ödənildiyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməklə cinayət işinin icraatına xitam verilməlidir. Məhkəmə bu nəticəyə gələrkən qeyd edir ki, iş üzrə zərərəkmiş şəxslərdən Zərərçəkmiş şəxs1 Ayvaz oğlu az ağır, Zərərçəkmiş şəxs6 ağır xəsarət almışdır. Təqsirləndirilən şəxs ilə zərər çəkmiş şəxslər arasında barışıq əldə edilmiş və zərəçəkmiş şəxslərə dəymiş ziyan tam şəkildə ödənilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1- 1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Göründüyü kimi təqsirləndirilən şəxsin törətdiyi əməl zərərçəkmiş Zərərçəkmiş şəxs1 Ayvaz oğluna münasibətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin, zərərçəkmiş Zərərçəkmiş şəxs6 münasibətdə isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsinin tərkibini yaradır. Lakin təqsirləndirilən şəxs hər iki zərərçəkmiş şəxslə barışdığı və dəymiş ziyanı tamamilə ödədiyi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsinə əsasən iş üzrə icraata xitam verilməli və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Məhkəmə digər zərərçəkmiş şəxslərə münasibətdə bildirir ki, həmin şəxslərə yüngül dərəcəli və dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirilmişdir və bu inzibati məsuliyyətə səbəb olur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən “Bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə inzibati məsuliyyət yaranır.” Belə olan halda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əməllərində inzibati xəta tərkibinin əlamətləri olduğundan araşdırılması üçün müvafiq orqana göndərilməlidir. İş üzrə 100 (bir yüz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut yoxdur. Məhkəmə həmçinin hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 40.1, 40.2, 43.3, 321.1, 321.2.1, 347, 384.1.3-cü maddələrini və Azərbaycan Respublikası CM-in 73-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə başlanılmış cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X2, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Təqsirləndirilən şəxs inzibati məsuliyyətə cəlb edilməsi məsələsi ilə əlaqədar müvafiq materiallar Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinə göndərilsin. Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 15 saata görə 90 (doxsan) manat, Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 15 saata görə 90 (doxsan) manat, ümumilikdə 180 (bir yüz səksən) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı hüquq məsləhətxanasının hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 8 saylı Vəkil Bürosuna həvalə edilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərar, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar