Məhkəmə qərarları › İş №1(003)-135/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-135/2024

16.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-135/2024 16.02.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, 16 sentyabr 2004-cü ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, subay, orta təhsilli, Masallı rayonu, Ərkivan kəndində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilir ki, Təqsirləndirilən şəxs 05 iyun 2023-cü il tarixdə saat 21 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsində, yerləşən «Binə bazarı»nın qarşısındakı dayanacaqda olan zaman həmin vaxt dayanacaqda duran Zərərçəkmiş şəxs yaxınlaşaraq cəmiyyətdə bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd edərək gücünü nümayiş etdirmək və qalmaqal salmaq niyyəti ilə Zərərçəkmiş şəxs niyə ona baxdığın bəhanə gətirərək əsassız olaraq mübahisə etməyə başlamış, daha sonra Zərərçəkmiş şəxs kobud zorakılıqla sarsıtmaq, onda vahimə yaratmaqla onu müvəqqətidə olsa öz iradəsinə tabe etdirmək məqsədi ilə Zərərçəkmiş şəxs bazarın yaxınlığındakı bağ sahəsinə yerləşən söhbətgahın yaxınlığına aparmış, heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan hərəkətlər edərək ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, ehtinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş elementar davranış, əxlaq, mənəviyyat normalarına əməl etməyib Zərərçəkmiş şəxs ünvanına nalayiq söyüşlər söyüb təhqir edərək yumuruqla qəsdən bir neçə dəfə onun müxtəlif nahiyələrinə, daha sonra yerdən götürdüyü daş parçasını isə silah qismində istifadə etməklə Zərərçəkmiş şəxs qəsdən başından vurması nəticəsində sonuncuya sağlamlığın qısa müddətə pozulmasına səbəb olan təpə və ənsə nahiyəsinin əzilmiş yaraları, sol göz almasının ağlı qişasının qansızması, sol üst göz qapağının, sol gözaltı nahiyyənin qançırları, hər iki dirsəyin sıyrıqları kimi Yüngül dərəcəli bədən xəsarəti xəsarəti, daha sonra xuliqanlıq hərəkətlərini davm etdirərək Zərərçəkmiş şəxs Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, H.Hasilov küçəsində fəaliyyət göstərən “Verona” şadlıq sarayının arxa hissəsinə aparmış orada da heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan hərəkətlər edərək ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, ehtinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş elementar davranış, əxlaq, mənəviyyat normalarına əməl etməyib Zərərçəkmiş şəxs ünvanına nalayiq söyüşlər işlətməklə əlində olan qayçını silah qismində istifadə etməklə bir dəfə Zərərçəkmiş şəxs kürək nahiyyəsindən qəsdən vurması nəticəsində sonuncunun sağlamlığın qısa müddətə pozulmasına səbəb olan döş qəfəsinin deşilmişkəsilmiş yaraları kimi yüngül dərəcəli bədən xəsarəti yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək göstərdi ki, xx.xx.2023cü il tarixdə saat 21 radələrində gəzmək üçün Binə qəsəbəsi, Ə.İsazdə küçəsində “Mərkəz” adlanan yerə getmişdir. Orada olan zaman dayanacaqda olan bir nəfər əvvəllər tanımadığı Vasif Bünyadov adlı şəxsi və onunla birlikdə adını bir nəfər şəxsin dayandığını görmüş. Həmin şəxslər ona diqqətlə baxdıqları üçün onlardan ona nə üçün baxdıqlarını soruşmaq niyyəti ilə yaxınlaşmış və Vasifdən soruşmuşdur ki, “tanışıq?”. Bu zaman Vasif ona demişdir ki, “əəə birinci salam verərlər”. Bu zamana araların söz mübahisəsi yaranmış və Vasif ona demişdir ki, “bura söhbət yeri deyil. Gəl keçək qırağa”. Bundan sonra o və onlar birlikdə bazarın içindən sol, daha sonra düz gedərək oradakı məhəllədə yerləşən söhbətgahın kənarına keçmiş. Ona Vasifə yaxınlaşmış və həmin vaxt ona «hara baxırdın ayə» demişdir. Vasif isə ona adının «ayə deyil Vasif» olduğunu demiş və söhbət etməli olduğunu bildirmiş. Bu zaman aralarında mübahisə yaranmış və o, əsəbləşib Vasifin ünvanına nalayiq ifadələr işlətmişdir. Vasif isə onu əli ilə itələdiyindən o, yerə yıxılmışdır, ayağa durub qışqıraraq orada olan şəxslərin kənara çəkilməsini demişdir və yerdən götürdüyü daşla Vasifin başına bir zərbə vurmuşdur. Daha sonra isə Vasifin bədəninin müxtəlif nahiyyələrinə yumruqla bir neçə dəfə zərbə vurmuş, bunu görən Qalamirzə Vasifin qollarından tutub kənara çəkmişdir mübahisə sakitləşsin. Vasif huşunu itirib yerə yıxılmışdır. Vasifin yanında olan dostu Fərid və digər tanımadığı şəxs onu yerdən qaldırmışlar. Vasifə yaxınlaşıb demişdir ki, yenidən kənara çəkilib başqa yerdə söhbət edsin və bildirmişdir ki, “Verona” şadlıq sarayının arxasındakı məhəlləyə gəlsin, özüdə ora getsin. Bir neçə dəqiqə sonra Vasifin gəldiyini görüb orada yerdər götürdüyüm qayçı qırığı ilə Vasifə xəsarət yetirmək üçün üzərinə getmiş, lakin tanışlarım onu saxlamışdır, o, həmin vaxt Vasifi vura bilməmişdir. Bundan sonra qardaşı Alik də ora gəlmişdir. Vasif Aliklə söhbət etdikdən sonra onunla əl verib barışmaq istədiyini başa düşüb əsəbi olduğu üçün onun üzərinə gedib «sən məni vurdun» deyərək əlində olan qayçı qırığı ilə Vasifin kürəyinə vurmuşdur. Daha sonra Vasif və Fərid oradan qaçaraq uzaqlaşmışlar. Tanışları onu yaşadığı evə gətirmişdir. Təqsirləndirilən şəxs son sözündə ona ittiham olunmuş cinayət əməlini özünümüdafiə məqsədi ilə törətdiyini və zərərçəkmiş şəxs ilə barışıq əldə etdiyini bildirərək barəsində bəraət hökmünün qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış və aralarında heç bir mübahisə və ədavət olmamışdır. xx.xx.2023-cü il tarixdə saat 21 radələrində dostu Fərid ilə birlikdə maaş kartında olan pulu çıxarmaq üçün Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsində “Mərkəz” adlanan Ə.İsazadə küçəsinə gəlmiş, maaş kartından pulu çıxardıqdan sonra geri qayıtmaq üçün yolu əks tərəfə Binə bazarının qarşısındakı dayanacağa keçmişdir ki, marşut avtobus ilə evlərinə gedsinlər. O, dayanacaqda dayanan zaman hiss etmişdir ki, adını sonradan bildiyi Taleh adlı şəxs diqqətlə ona baxır, Oda dönüb Talehə baxmağa başlamış, bu zaman Taleh “nəyə baxırsan əə” demişdir. Daha sonra isə Taleh ona yaxınlaşıb yenidən “hara baxırsan ayəə” demişdir. Həmin vaxt Talehin yanında ondan başqa 4 nəfər tanımadığı oğlanlar da olmuşdur. Taleh ona yaxınlaşan zaman həmiş şəxsə əlini uzadıb salam vermək istəmişdir. Bu zaman Taleh başını onun burnuna dayayıb “sənə sual verirəm, hara baxırsan ayə” dedikdə o, birinci salam verdiyini, salamını qaytardıqdan sonra sualına cavab verəcəyini demişdir. Bu zaman Talehin onunla mübahisə etmək istədiyini başa düşmüşdür. Ətrafda qadınlar və yaşlı adamlar olduğu üçün dayanacaqda mübahisə etməmək niyyəti ilə Talehə demişdir ki, çəkilib kənarda söhbət edsinlər. Bundan sonra o, Fərid və onunla mübahisə etmək istəyən Taleh, Talehin yanında olan digər dörd nəfər bazarın içinə daxil olmuşlar. Bazarın içi ilə gedən zaman Talehin yanında olan şəxslərdən biri əlavə adam çağırmaq üçün onlardan ayrılmışdır. Onuda qeyd edmişdir ki, o, Fəridlə həmin günü tanış olmuş sadəcə söhbət tanışılığı yaranmışdır, əvvəlcədən Fəridi tanımırmış, hətda harada yaşamasından məlumatı olmamışdır, yalnız adını bilirmiş. Onlar bazarın içi ilə gedərək qarşısında söhbətgah olan məhəlləyə gəlib söhbətgahın yanında dayanmışdır. O, Talehə yaxınlaşmış, bu zaman Taleh yenidən ona “hara baxırdın ayəə” demişdir. O, Talehə adının “ayə” deyil Vasif olduğunu bildirmiş və öz adını deyib sonradan söhbət etməli olduqlarını demişdir. Bundan sonra aralarında mübahisə yaranmış, mübahisə zamanı Taleh onun ünvanına nalayiq ifadələr işlətmi, o, Talehin söyüş söyməsindən əsəbləşərək əli ilə Talehi itələmiş, bu zaman Taleh yerə yıxılmışdır. Taleh ayağa durub qışqıraraq ətraflarında olan tanışlarına kənarlaşmağı demiş və Taleh yerdən daş götürərək bir dəfə başınmdan vurmuşdur. Daha sonra isə yumruqla onun bədən nahiyyəsinsbir neçə dəfə zərbələr vurmuş, bu zaman adı sonradan ona məlum olan Şahid3 onu mübahisədən kənarlaşdırmaq üçün qollarını tutub kənara çəkərək mübahisəni sonlandırmaq istəyirmiş. Lakin o, zərbənin təsirindən huşunu itirərək özündən getmiş, yerə yıxılmışdır. Bir neçə dəqiqədən sonra Fərid və həmin vaxt sonradan davaya gələn ağ köynəkli, adını bilmədiyi şəxs onu ayağa qaldırmış və “Verona” şadlıq sarayının arxasındakı parka tərəf aparmışdır. Həmin şəxs ondan davanın nə üstə baş verdiyini soruşurmuş. O, həmin şəxsə davanın səbəbini dedikdən sonra həmin şəxs onları barışdırmaq istədiyini deyərək məhəllənin içinə tərəf aparmışdır. Onların sayı getdikcə çoxlamağa başlayır, bu zaman Talehin əlində kəsici alət ilə üzərinə doğru qaçaraq gəldiyini görmüş, o, arxaya çəkilərək Fəridin əlindən tutub kənara çəkmişdir ki, Fəridə xəsarət yetirən olmasın. Bu zaman Talehi bir nəfər tanımadığı şəxs tutaraq saxlamışdır. Taleh onunla kənarda söhbət etməyənin ünanına nalayiq ifadələr işlədərək söymüşdür. Lakin orada olan tanımadığı şəxslər Talehi tutub aparmışlır. O, yenidən həmin ağköynək oğlan ilə söhbət edərək yola davam etmişlər. 150 metr getdikdən sonra Talehin məhəllədə onları gözlədiyini görmüş, onlar Talehə çatana qədər Talehin qardaşı Alik gəlmişdir. Alik ona yaxınlaşıb niyə qardaşını vurduğumu soruşmuşdur. O, Alikə dostlarının onları barışdıracağını demişdir. O, görüşüb barışmaq üçün Talehə yaxınlaşmışdır. Bu zaman Taleh ona “sən məni vurdun” demişdir. O, Talehə əl verib görüşmək istəyən zaman o, üzərinə atılaraq əlindəki deşici alət ilə bel nahiyyəsindən bir dəfə vurmuşdur. Bu zaman əli ilə Fəridi itələyib qaçması üçün qışqırmışdır. Bundan sonra Fərid və o, yola tərəf qaçmağa başlamış, marşut avtobusuna minərək Məscidin yanına gəlmişdir. Marşut ilə gedərkən dostu Sənana zəng etmişdir. Sonra Sənanın evinə gəlmişdir və anası ona tibbi yardım göstərmiş. Başını və belini sarımışdır, təxminən 30 dəqiqə orada qalmışdır. Bundan sonra qonşusu Şükürə zəng etmiş. Şükür bir neçə dəqiqədən sonra gələrək onu evə aparmışdır. Həmin ağköynəkli oğlanın kim olduğunu bilmir və o, hadisə zamanı ona xəsarət yetirməmişdir. Hadisə zamanı Talehdən başqa heç kim ona xəsarət yetirməmişdir. Hadisə zamanı orada təxminən 25 nəfər adam olmuş, lakin onlar münqaişəyə müdaxilə etməəyərək kənarda dayanmışlar. Həmin şəxslər ona heç bir xəsarət yetirməyiblər. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir, bu səbəbdən də təqsirləndirilən şəxslə barışmış, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 bildirdi ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. xx.xx.2023-cü il tarixdə saat 21:30 radələrində o, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi. Ə.İsazadə küçəsində dəmiryol xəttinin yaxınlığında olan zaman bir nəfər təxminən 17 yaşlarında olan oğlan velosipedlə ona yaxınlaşaraq qardaşı Talehin "Verona" şadlıq sarayının arxa hissəsində dava etdiyini bildirmişdir. O, dərhal qaçaraq həmin yerə getmiş, həmin yerə gəlib qardaşı ilə kimin dava etdiyini soruşmaq istədikdə bu zaman orada olan şəxslər qardaşı Talehlə digər Vasif adlı şəxslə dalaşdıqlarını bildirmişdir. O, Vasifə yaxınlaşıb niyə qardaşını vurduğunu soruşmuşdur. Onlar Talehin dostları ilə orada məsləhətdəşmişlər ki, Vasiflə Talehi barışdırsın, məhz bu niyyətlə Vasif görüşüb barışmaq üçün Talehə yaxınlaşmışdır. Taleh Vasifə qışqıraraq “sən məni vurdun” demiş, Vasif Talehə əl verib görüşmək istəyən zaman Taleh Vasifin üzərinə atılaraq əlindəki deşici alət ilə bel nahiyyəsindən bir dəfə vurmuşdur. Bundan sonra Fərid və Vasif yola tərəf qaçmağa başlamış, o və qardaşı Talehlə birlikdə yaşadığı evə gəlmişdir. Ertəsi gün Vasifi Xəzər RPİ-nin 3-cü PŞ-nə aparmışdır. Hadisə xx.xx.2023-cü il tarixdə saat 21:30 radəfərində Bakı şəhəri. Xəzər rayonu. Binə qəsəbəsi, H.hasilov küçəsində fəaliyyət göstərən "Verona” şadlıq sarayının arxasında park kimi olan sahədə baş vermişdir. Bir daha qeyd etmişdir ki, o, Vasifi vurmamış, nədə belə bir niyyəti olmamışdır. Onun həmin yerə gəlməsinə səbəb qardaşının kim ilə dalaşdığını bilməyi və onları barışdırmaq niyyəti olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirdi ki, Zərərçəkmiş şəxs tanıyır, Vasifdə onunla qonşuluqda yaşayır həmdə tanışlığı var. xx.xx.2023-cü il tarixdə dəqiq saatı yadında deyil axşam saatlarında Vasif ona zəng vuraraq Binə qəsəbəsi Məscidin yanına getməyini və onu götürməyini xahiş etmişdir. Oda dərhal vasif deyən ünvana getmiş, oan məlum olmuşdur ki, Vasif dostu Sənan gildədir və az öncə Vasifi tanmadığı Taleh adlı şəxs döyüb, daşla hansısa kəsici alətlə xəsarət yetirmişdir. O, Vasifin yaralı olduğunu görüb onu Bolt taksi ilə yaşadıqları evə aparmışdır. Vasif ona deməsindən məlum olmuşdur ki, Taleh adlı şəxs onu yumuruqla, daşla və hansısa kəsici alətlə vurub xəsarət yetirmişdir. Aparılmış təhqiqat zamanı şahid qismində ifadəsi alınmış Şahid4 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid4 təhqiqat zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, Zərərçəkmiş şəxs tanıyır, əvvəllər aralarında heç bir mübahisə və ədavət olmamışdır.Vasif ilə birlikdə əvvəllər AQRO istixanasında işləmişikdir. xx.xx.2023-cü il tarixdə saat 22 radələrində Vasif ona zəng edərək döyüldüyünü, bıçaqlandığını bildirmiş və onun yanına getməyi xahiş etmişdir. Vasif dediyi yerə gəlmiş və görmüşdür ki, Vasif başından və kürəyindən xəsarətlər alıb, yaralı haldadır. Anası tibb bacısı işlədiyi üçün Vasifi yaşadığı evə gətirmişdir. Həmin vaxt anası evdə olmuşdur. O, anasından xahiş etmişdir ki, Vasifə köməlik etsin. Anası Vasifin yaralarını sarımış, daha sonra Vasifi taksi ilə yaşadığı ünvana göndərmişdir. Vasif ona demişdir ki, Taleh adlı şəxs Vasifi daşla vurub döyərək xəsarət yetirmişdir. Hadisə baş verən vaxt o, yanlarında olmamış və Vasifə xəsarət yetirməmişdir, o, Vasifə köməklik etmişdir. Aparılmış təhqiqat zamanı şahid qismində ifadəsi alınmış Şahid3 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid3 təhqiqat zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 21 radələrində gəzmək üçün Binə qəsəbəsi Ə.lsazdə küçəsində “Mərkəz” adlanan yerdə olan zaman tanışı Təqsirləndirilən şəxs dayanacaqda adını sonradan bildiyi Zərərçəkmiş şəxs ilə mübahisə etdiyini görmüş. O, Talehi tanıdığı üçün Talehə yaxınlaşmış, Taleh Vasif ilə baxışmq üstündə mübahisə edirmişlər. Daha sonra onlar kənarda söhbət etmək üçün Binə bazarının içinə girmiş, oda Talehin tanışı olduğu üçün həmin şəxslərin arxası ilə getmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs yanında tanımadığı başqa bir şəxsdə olmuşdur. Talehin yanında isə tanımadığı başqa bir nəfər şəxs olmuş, onlar “Bağ” restoranının yaxınlığındakı söhbətgahın kənarına getmişlər. Taleh və Vasif sözlə mübahisə etməyə başlamış, mübahisə zamanı Taleh Vasifi söymüş və Vasif Talehi itlələmişdir, Taleh özünü saxlaya bilməyib yerə yıxılmışdır. Taleh ayağa qaxıb qışqırıb orada olan şəxslərə kənaraşmağı bildirib, yerdən daş götürüb bir dəfə Vasifin başından zərbə vurmuşdur. Teleh daha sonra isə yumuruqla bir neçə dəfə Vasifi vurmuşdur. O, bu Vasifi mübahisədən kənarlaşdırıb mübahisəni sonlandırmaq üçün Vasifin qollarından tutub kənara çəkmək istəyirmiş, Vasif Talehin ona vuruduğu zərbədən huşunu itirib yerə yıxılmışdır. Daha sonra isə orada olan Vasifin yanındaki şəxs və digər şəxslər Vasifi ayağa qaldırmış, Vasifi Verona şadlıq sarayının yanına aparmışlar. Həmin zamaədiyi ağ köynəkli oğlan Vasiflə Talehi barışdırmaq üçün onaları ara məhəlləyə aparmışdır. Talehin bu anda əlində nəsə deşici kimi alətlə Vasifin üstünə doğru qaçdığını görən Vasif yanında olan adını sonradan bildiyi Fərid adlı şəxin əlindən tutub kənara çəkmişdir ki Fəridə xəsarət yetirən olmasın, bu zaman Talehi orada olan şəxslərdən biri tutaraq saxlamışdır. Taleh Vasifdən onunla kənarda söhbət etməyənin ünanına nalayiq ifadələr işlədərək söyüb kənara çağırmışdır. Lakin onlar Talehi tutub aparmışdır. Bir qədər getdikdən sonra Taleh yenidən Vasifi gözlədi və bu an Talehin qardaşı Alik ora çatdı və Vasifə yaxınlaşmışdır. Daha sonra isə Vasif Aliklə nəsə söhbət etdikdən sonra Vasif görüşüb barışmaq üçün Talehə yaxınlaşmış, Taleh Vasifə “sən məni vurdun” deyə bildirmişdir. Vasif Talehə əl verib görüşmək istəyən zaman o, Taleh Vasfin üzərinə atılaraq əlindəki deşici alət ilə Vasifin bel nahiyyəsindən bir dəfə vurmuşdur. Daha sonra isə Vasif və yanında Fərid adlı şəxs oradan qaçıb uzaqlaşmışdır. Bundan sonra Talehi evlərinə aparmışlar. Hadisə zamanı o, Vasf və Talehə hər hansı xəsarət yetirməmiş, nədə heç kimi vurmamışdır, yalnız ilk öncə olan dava dalaşda ayırmağa çalışmışdır. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4-Təcrübi və Tədris Birliyinin 13 iyun 2023-cü il tarixli, 606 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - təpə və ənsə nahiyyəsınm əzilmiş yaraları, sol göz almasının ağlı qişasının qansızması, sol üst göz qapağının, sol gözaltı nahiyyənin qançırları, hər iki dirsəyin sıyrıqları küt əşya (əşyalar); döş qəfəsinin deşilmiş-kəsilmiş yaraları isə deşici-kəsici təsirə malik əşya (alət) təsirindən törənmiş, törənmə müddətləri onun "X5" X6 müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlanna görə bunlar yüngül dərəcəli zərərvurmaya aiddirlər. Hadisə haqqında məlumatları, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, R.S.Bünyatovun bədənində aşkar olunmuş xəsarətlər kənar şəxs tərəfindən yetirilmişdir. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.2004-cü ildə Masallı rayonunda doğulmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə Xəzər RPİ-nin İŞ-nin baş müstəntiqi, polis-mayoru Rafiq Qarayev tərəfindən Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. İş materiallarında olan 07 iyun 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə əməl AR CM-nin 128-ci maddəsindən həmin Məcəllənin 221.3-cü maddəsinə tövsif edilmişdir. İş materiallarında olan 07 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından o, Xəzər RPİ-nin İŞ-nin baş müstəntiqi, polis-mayoru Rafiq Qarayev tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 09 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞ-nin baş müstəntiqi, polis-mayoru Rafiq Qarayev tərəfindən Azərbaycan Respublikasının CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən AR CM-nin 221.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesab edilmişdir. İş materiallarında olan Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən AR CM-nin 221.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 20 gün, yəni xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək uzadılmışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi 27 sentybar 2023-cü il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan ödənilmişdir. Bu səbəbdən təqsirləndirilən şəxsı qarşı şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 31.1-ci maddəsinə əsasən “Hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərər çəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayət Məcəlləsinin xuliqanlığa görə müəsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə,əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlıdavranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimaivə ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlararasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik,etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranışqaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanınvə ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsibaşa düşülür. Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətinobyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərindüzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə zərər çəkmişşəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadəolunan hərəkətlərin edilməsi başa düşülməlidir.” Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011ci il tarixli qərarında göstərilmişdir ki, “Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərər çəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir.” CM-in 221.3-cü maddəsinin mətnində əksini tapmış «silah qismində istifadə edilən əşyalar» anlayışının açıqlanması da vacibdir. «Silah qismində istifadə edilən əşyalar» anlayışının məzmununun açıqlanması üçün həmin əşyaları bir tərəfdən silahdan, o biri tərəfdən isə digər – ümumiyyətlə, silah qismində istifadə edilməsi mümkün olmayan əşyalardan ayıran meyarlara nəzər yetirmək zəruridir. Silahdan fərqli olaraq, silah qismində istifadə edilən əşyalar konstruksiya cəhətdən məhv etmə təyinatlı deyil və qeyd edilən tətbiq üsulu onların təyinatına və mahiyyətinə ziddir. Həmin əşyalar konstruksiya cəhətdən digər məqsədlər üçün, o cümlədən istehsalat, təsərrüfat-məişət məqsədilə və yaxud da, ümumiyyətlə, hər hansı müəyyən məqsədlərə yönəlməyən, istehsal və emal olunmayan, yəni təbiətdə mövcud olan əşyalardır. Bu əşyalar silah deyil, bununla belə hər hansı məhvetmə xüsusiyyətinə, yəni soyuq və ya başqa silah növünə xas olan bəzi xüsusiyyətlərə malikdir və onların siyahısı hədsizdir. Silah qismində istifadə edilən əşyanın məhv etmə xüsusiyyətinə malik olması, onu bu xüsusiyyətə malik olmayan digər əşyalardan fərqləndirən əsas və mütləq şərtdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləriüzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Xuliqanlıq hərəkətlərinin odlu silah, soyuq silah, habelə silah qismində istifadə edilə bilən əşyaların tətbiqi və yaxud tətbiqinə cəhdedilməsi, təqsirkar şəxsin əməlinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsilə tövsüf edilməsi üçün əsasdır. İzah edilsin ki, xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyət nəzərdə tutan Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə silah dedikdə hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlıolan vasitələrin məcmuyu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilib edilməməsindən asılı olmayaraq, zavodda və ya kustar üsulla hazırlanmışodlu və soyuq silah həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdəisə silah olmayan lakin silah kimi istifadə edilə bilən predmet (dəyənək,kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür. Məhkəmələrə tövsiyyə edilsin ki, xuliqanlığa görə cəza təyin edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla hər bir haldatörədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərəalmaqla təqsirləndirilən şəxslərə düzgün və ədalətli cəza təyin etsinlər.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxsnın əməli Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəllənin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən zərər çəkmiş şəxsə cinayət nəticəsində dəymiş ziyanı ödəməsini, zərər çəkmiş şəxslə barışmasını, həmin Məcəllənin 59.2-ci maddələrinə əsasən ilk dəfə az ağır cinayət törətməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinə əsasən “Bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda - iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxsin ifadəsinə, şahid ifadəsinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddələrdə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin sanksiyasında yalnız azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur, məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətlərə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, təqsirləndiirlən şəxsə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti tətbiq edilməməlidir. Belə ki, məhkəmə şəxsin cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən xaric olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də islah olunmasını mümkün hesab etdiyi halda şəxsə təyin etdiyi azadlıqdan məhrumetmə cəzasının şərti tətbiq olunmasını məqəsdəmüvafiq hesab edir. Lakin hazırki cinayət işinin məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin şəxsiyyətinin və törətdiyi əməlinin yüksək ictimai-təhlükəli olması müəyyən edilmişdir. Bu hal isə onun azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmayacağına dəlalət edir və belə olan təqdirdə məhkəmə hesab edir ki, cəzanın məqsədinə nail olmaq mümkün olmayacaqdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut yoxdur. İş üzrə ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Cəzaçəkmənin əvvəli 07 iyun 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat, məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat, ümümilikdə 360 (üç yüz altmış) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar