Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-136/2022 16.06.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X1 və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1956-cı il tarixdə Füzuli rayonunun Qarğabazar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində yetkinlik yaşına çatmayan bir uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş (və ya götürülməmiş), Füzuli rayonunun Qarğabazar kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli 1(003)-136/2022 saylı qərarı ilə həbs qətimkan tədbiri ilə dəyişdirilmiş, həbsetmənin əvvəli tutulduğu 02 iyun 2022-ci il tarixdən hesablanan və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan – - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talayıb maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 16 oktyabr 2021-ci il tarixdə saat 23 radəsində mühafizəçi işlədiyi Bakı şəhəri Xəzər rayonu Şağan qəsəbəsi bağlar massivində yerləşən bağ evinin həyətindən Zərərçəkmiş şəxs məxsus ümumilikdə 2600 manat dəyərində olan 22 və 12 diametlik armaturları və katinkaları gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 2600 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, 2021-ci ilin iyul ayından Şağan qəsəbəsi Bağlar massivi ərazisində yerləşən və hazırda da tikinti-quraşdırma işləri aparılan fərdi bağ evində gözətçi işləməyə başlamış, hər gün saat 18:00-da işə gedib və növbəti gün saat 08:00-dək gözətçilik etmiş, 300 manat əmək haqqı almışdır. Bağ evinin tikintisini Abbas və Azər adlı iş icraçıları aparmış, tikinti işlərində isə ondan başqa təxminən 8-10 nəfər usta işləmişdir. Ustaların əksəriyyəti davamlı işləməmiş, yəni bir neçə gün ərzində işlərini qurtardıqdan sonra çıxıb getmiş, yalnız rəngsaz Şahid2 iki aya yaxın həm orada işləmiş, həm də daimi yaşayış yeri olmadığından orada da yaşamış, həftənin şənbə və bazar günlərində isə Bakıxanov qəsəbəsində yaşayan bacısının evinə getmişdir. 16 oktyabr 2021ci il tarixdə saat 17 radələrində həmin bağ evində olarkən yoldan keçən iki nəfər şəxs dəmir məmulatlarının alışı ilə məşğul olmalarını deyib ona armatur satmağı təklif etmişlər. O, əvvəlcə razı olmasa da, sonradan qalıq armaturları sata biləcəyini düşünüb onlara gecə saatlarında gəlmələrini demiş, həmin tarixdə saat 23 radələrində bağ evində heç kim olmadığı vaxt həmin şəxslər “Moskviç” markalı avtomobillə evin qarşısına gəlmişlər. O, həmin şəxslərlə birlikdə həyətdə olan təxminən 3-6 mert uzunluqlarında 25-30 ədəd armaturu avtomobilin dam örtüyünə yığıb bunun müqabilində onlardan 250 manat pul almış, növbəti gün isə işdən çıxıb evinə getmişdir. 19 oktyabr 2021-ci il tarixdə saat 09 radələrində Abbas ona zəng edərək armaturların yerində olmadığını bildirdikdə, o, ”bu barədə işə gələndə danışarıq” demişdir. Həmin gün saat 15 radələrində bağ evinə gedərkən Abbasa armaturları satdığını etiraf etmiş, dəfələrlə armaturların qalıq olmasını düşündüyünü deyərək hətta pulunu ödəyəcəyini vəd etmişdir. Abbas ona bu işdə qardaşı Marksın və rəngsaz Elmarın da iştirakı olduqlarını iddia edərək Marksa zəng edib ondan şübhələndiyini söyləmişdir. Həqiqətdə isə Marks 12 oktyabr 2021-ci il tarixindən 15 oktyabr 2021ci il tarixinədək həmin bağ evində hörgü işləri görmüş, bundan sonra oraya gəlməmişdir. O, armaturları satdığı gün isə Elmar bacısının evində olmuşdur. Əməlindən peşman olaraq Zərərçəkmiş şəxs ilə barışmış və ona dəymiş maddi ziyanı tamamilə ödəmişdir. Hazırda zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Himayəsində yetkinlik yaşına çatmayan bir uşağı vardır. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, 2021-ci ilin yanvar ayından etibarən dostu Nicata məxsus Şağan qəsəbəsi Bağlar massivində yerləşən həyət evində tikinti-quraşdırma işlərinə nəzarət və rəhbərlik edir. Hazırda təxminən 10 nəfər işçi heyəti vardır. Onlardan yalnız Təqsirləndirilən şəxs tanışlıqla gözətçi kimi işə götürmüşdür. Digərlərini isə adları ilə tanıyır. Demək olar ki, bütün tikinti məmulatlarının da alışını özü etmişdir. Sonuncu dəfə bir ay bundan əvvəl isə ümumilikdə 8200 manata 5 ton çəkidə diametri 22 mm və 12 mm olan, uzunluğu isə 12 metr olan armaturları alıb həyətdə sağ tərəfdəki hasarın yanına qoymuş, həmin armaturlardan bir qismi istifadə edilmişdir. Habelə orada əvvəlcədən də 50 kiloqram çəkidə 8 mm-lik katinka məmulatı olmuşdur. Ümumilikdə isə həyətdə 43 ədəd diametri 22 mm olan 12 metr uzunluğunda 1,5 ton çəkidə armatur, təxminən 0,5 ton çəkidə diametri 12 mm olan armatur və 1 ton çəkidə katinka məmulatı olmuşdur. Həm armaturlar, həm də katinka məmulatları “X7” şirkətinin istehsalı olmuşdur. 22 mm-lik armaturların 1 tonunun dəyəri 1400 manat, 12 mm-lik armaturların 1 tonunun dəyəri 1200 manat, eləcə də katinkanın 1 tonunun dəyəri 1400 manat olmuşdur. Sonuncu dəfə 15 oktyabr 2021-ci il tarixdə səhər saatlarında həmin armaturların yerində olmasını görmüşdür. Ancaq 19 oktyabr 2021-ci il tarixdə saat təxminən 08:30 radələrində həyətə gəlib ümumi nəzər yetirərkən aşkar etmişdir ki, armaturlar və katinkalar yerində yoxdur. Dərhal bu barədə işçi heyətindən soruşmuş, hamısı məlumatlarının olmadığını bildirmişdir. Daha sonra isə gözətçi İbrahimin istifadəsində olan ***-***-**-** saylı nömrəsinə zəng etmiş, İbrahim bildirimişdir ki, həyat yoldaşı xəstələndiyi üçün işdən məcburiyyət qarşısında qalaraq tez çıxıb həyat yoldaşını Sabunçu xəstəxanasına aparmışdır. Sonra iş icraçısı Azər də İbrahimə zəng edib armaturların yerində olmamasını bildirdikdə İbrahim ona Hacıqabul rayonundan başqa bir rayona getdiyini, Bakı şəhərinə qayıtdıqda görüşüb söhbət edəcəklərini bildirmişdir. İbrahimin bu cavabı onda şübhələr doğurduğundan, özü İbrahimlə təkrar əlaqə saxlamış və bu dəfə İbrahim ona Salyan şəhərində olmasını bildirmişdir. O, İbrahimə armaturların yerində olmamasını demiş, İbrahim isə Bakı şəhərinə qayıtdıqdan sonra məsələni həll edəcəyini bildirmişdir. Bununla da əmin olmuşdur ki, armaturları məhz İbrahim oğurlamışdır. Daha sonra İbrahimin qardaşı Marksa zəng edərək onu da baş vermiş hadisə barədə məlumatlandırmiş və bu işdə həmçinin ondan da şübhələndiyini deyərək görüşmək istədiyini demiş, Marks isə ona İbrahimin armatur oğurladığını ona etiraf etdiyini bildirərək onun ünvanına kobud sözlər söyləmiş və görüşməkdən yayınmışdır. Oğurluq nəticəsində ona 2600 manat maddi ziyan dəymişdir. Hazırda İbrahim onunla barışaraq ona dəymiş maddi ziyanı tamamilə ödədiyindən, onun ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və barışmalarının nəzərə alınaraq İbrahimə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 İbrahim oğlu göstərdi ki, qardaşı Təqsirləndirilən şəxs Şağan qəsəbəsi Bağlar massivi ərazisində yerləşən və hazırda da tikintiquraşdırma işləri aparılan fərdi bağ evində təxminən üç ay gözətçi işləmişdir. Özü də 12 oktyabr 2021-ci il tarixdən 16 oktyabr 2021-ci il tarixədək orada usta kimi işləyib hörgü hörmüş və suvaq vurmuş, bundan sonra həmin bağ evinə getməmişdir. 19 oktyabr 2021-ci il tarixdə səhər saatlarında qardaşı İbrahimlə birlikdə Hacıqabul rayonuna gedərkən saat 13 radələrində işlədikləri evin tikinti rəhbəri Abbas İbrahimə zəng etmiş və onların danışığından İbrahimin nə isə probleminin olduğunu başa düşmüşdür. Hacıqabul rayonuna çatıb oradan Salyan rayonuna yola düşmüşlər. O, İbrahimdən nə baş verdiyini soruşmuş, İbrahim gözətçi işlədiyi bağ evinin həyətindən armatur oğurladığını deyərək peşman olduğunu bildirmişdir. Həmin gün saat 15 radələrində Hacıqabula qayıdarkən Abbas ona zəng edib onun ünvanına təhqiramiz ifadələr işlətməklə təcili bağ evinə gəlməsini tələb etmişdir. O, Hacıqabul rayonuna xəstə oğlunun mualicəsi ilə əlaqədar gəlməsini və hadisədən məlumatsız olduğunu, Bakı şəhərinə qayıtdıqdan sonra görüşüb aydınlaşdıracaqlarını demiş, hətta olduğu yerin məkanını belə sosial şəbəkə vasitəsilə göndərmişdir. Buna baxmayaraq, Abbas yenə də onu təhqir etmiş, o da Abbası təhqir etmişdir. Həmin gün Bakı şəhərinə qayıtsa da, Abbasla onu təhqir etməsi səbəbindən görüşməmişdir. Abbas isə axşam saatlarında ona təkrar zəng edərək hədə-qorxu gəlmişdir. 20 oktyabr 2021-ci il tarixdə Abbas ona yenə də zəng edib təhqir etməklə görüşə dəvət etmiş, o, Abbasa oğurluqda iştirakı və məlumatı olmadığını desə də, Abbas ona inanmamışdır. Həmin gün saat 17 radələrində Abbasla görüşmək üçün bağ evinin yaxınlığındakı kafeyə gedərkən oraya çatmağa təxminən 300 metr qalmış qarşıdan Abbasın iki nəfər şəxslə gəldiyini və əlində bel (lopatka) olduğunu görüb əynindəki gödəkçənin sağ iç cibində saxladığı cib bıçağını çıxartmışdır. Abbas və yanındakı şəxslər bunu görüb kənarlaşmış, o isə oradan uzaqlaşmışdır. Bundan sonra Abbasla əlaqə saxlamamışlar. Abbasın onun barəsində dedikləri yalan və şərdir. O, Abbasa məxsus heç bir armatur oğurlamamış, 12 oktyabr 2021-ci il tarixdən 16 oktyabr 2021-ci il tarixədək bağ evində işləmiş, səhər saatlarında oraya gedib işlərini yekunlaşdırdıqdan sonra saat 17-18 radələrində oranı tərk edib bir daha qayıtmamış, orada olarkən isə armatur olubolmamasına diqqət yetirməmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 elan edilmiş ifadəsi ilə müəyyən edildi ki, o, 2021-ci ilin sentyabr ayından Şağan qəsəbəsi Bağlar massivindəki bağ evində rəngsaz işləyir, həm də Bakı şəhərində daimi yaşayış yeri olmadığından, orada müvəqqəti olaraq yaşayır, şənbə və bazar günləri isə yuyunmaq üçün bacısı Elnurə Məmmədovanın Bakıxanov qəsəbəsində yerləşən evinə gedib orada qalır. 16 oktyabr 2021-ci il tarixində saat 18 radələrində bağ evindən çıxıb bacısıgilə getmiş, 19 oktyabr 2021-ci il tarixdə saat 09:30 radələrində isə yenidən işə qayıtmışdır. İşə qayıtdıqdan sonra iş icraçısı Azər ona zəng edərək armaturların oğurlanmasını bildirmiş, o, ona bu barədə heç bir məlumatının olmadığını demiş, lakin Azər ondan baş vermiş hadisə ilə bağlılığı vardırsa etiraf etməsini tələb etmişdir. O, son iki günü bacısının evində olduğunu bildirdikdən sonra Azər ona inanaraq işini davam etməyə razılıq vermiş, amma həmin gün saat 14 radələrində Azər ona yaxınlaşaraq təkidlə onu armaturları oğurlamaqda günahlandırmış, o isə Azəri özünün oğurluqda iştirakı olmadığına inandırmışdır. Həmin gün saat 16 radələrində isə orada gözətçi işləyən İbrahim Azərlə görüşüb armaturları oğurladığını etiraf etmişdir. X4rdaşı Marksa da zəng etmiş və danışıq zamanı Marks özünün və onun günahsız olmağını bir daha təsdiq etmiş, qardaşı İbrahimin isə oğurluq edibetməsindən məlumatsız olduğunu demişdir. Bütün bu baş verənlərdən sonra Abbas polisə məlumat vermiş və onlar Xəzər RPİ-nin 1-ci PŞ-nə dəvət edilmişlər. İş materiallarına əlavə olunmuş ifadənin yerində yoxlanılması barədə protokoldan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi xüsusatları istiqamətləndirici hərəkətləri ilə göstərərək bir daha təsdiq etmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən yazılaraq məhkəməyə təqdim edilmiş 16 mart 2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı tam ödəmiş, o da onunla barışmışdır. Hazırda onun təqsirləndirilən şəxsdən heç bir şikayəti və ya tələbi yoxdur, barışmalarının nəzərə alınaraq təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 05 noyabr 2021-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 may 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126-ci maddəsi ilə təqsirli bilinərək 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 28 iyun 2016cı il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli amnistiya qərarına əsasən cəzadan azad olunmuşdur. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir (götürülməmişdir). Azərbaycan Respublikası CM-nin 18.4.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talaması faktı onun özünün, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və digər iş materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək peşman olmasını, zərərçəkmiş şəxslə barışaraq ona dəymiş maddi ziyanı tamamilə ödəməsini və onun ondan heç bir şikayətinin olmamasını, himayəsində yetkinlik yaşına çatmayan bir uşağının olmasını Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs oğluna cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 20 oktyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə şübhəli şəxs qismində saxlanılmış, 22 oktyabr 2021-ci il tarixdə ona həmin maddələrlə ittiham elan edilərək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməklə Xəzər RPİ MSY-dən azad edilmiş, qətimkan tədbirinin şərtlərini pozduğuna görə barəsində axtarış elan edilərək 22 yanvar 2022-ci il tarixdə yenidən tutulmuş və 22 yanvar 2022-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə Xəzər RPİ MSY-dən azad edilmişdir. 01 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələrindən həmin Məcəllənin 177.1-ci maddəsinə tövsif edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli 1(003)-136/2022 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməsi, barəsində həbsli axtarış elan edilməsi və həbsetmənin əvvəlinin tutulduğu gündən hesablanması qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Xəzər RPİ 1-ci PŞ-nin Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə ünvanladığı 02 iyun 2022-ci il tarixli 056-7534-1222 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs, axtarışda olan Təqsirləndirilən şəxs 02 iyun 2022-ci il tarixdə Xəzər RPİ-nin əməkdaşları tərəfindən Sabunçu rayonu ərazisində saxlanaraq Xəzər RPİ MSY-nə təhvil verilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 20 oktyabr 2021-ci il tarixdən 22 oktyabr 2021-ci il tarixə qədər saxlanıldığı 02 (iki) gün, 22 yanvar 2022-ci il tarixdə saxlanıldığı 01 (bir) gün və 02 iyun 2022-ci il tarixdən 16 iyun 2022-ci il tarixə qədər təqsirləndirilən şəxs qismində həbsdə saxlanıldığı 14 (on dörd) gün, cəmi 17 (on yeddi) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə islas zalında həbsdən azad edilməli, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 07.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. İş üzrə maddi ziyanın tamamilə ödənilməsi nəzərə alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş 08 saylı Vəkil Bürosunun vəkilləri X3 və X2 Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X3 20 iş saatına görə 120,00 (bir yüz iyirmi) manat, məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə isə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X2 20 iş saatına görə 120,00 (bir yüz iyirmi) manat olmaqla ümumilikdə 240,00 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 197-198, 344-347, 349, 351- 353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 20 oktyabr 2021-ci il tarixdən 22 oktyabr 2021-ci il tarixə qədər saxlanıldığı 02 (iki) gün, 22 yanvar 2022-ci il tarixdə saxlanıldığı 01 (bir) gün və 02 iyun 2022-ci il tarixdən 16 iyun 2022-ci il tarixə qədər təqsirləndirilən şəxs qismində həbsdə saxlanıldığı 14 (on dörd) gün, cəmi 17 (on yeddi) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 04 (dörd) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X3 120,00 (bir yüz iyirmi) manat, məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə isə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X2 120,00 (bir yüz iyirmi) manat olmaqla ümumilikdə 240,00 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №1(003)-136/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-136/2022
16.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver