Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-138/2022 12.04.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxx 1978-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs Xeyrula oğlu tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 12 oktyabr 2021-ci il tarixdən 23 oktyabr 2021-ci il tarixədək olan müddət ərzində hissə-hissə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Səbail rayonu, Z.Əliyeva küçəsi, bina 35-də yerləşən təmir işləri ilə məşğul olduğu 39 saylı mənzilə giriş qapısını özündə olan açarla açıb daxil olub 12 oktyabr 2021-ci il tarixdə saat 20:00 radələrində 01 ədəd, 25 manat dəyərində olan üzərində “HUİ XİONG” yazıları olan divar saatını, 22 oktyabr 2021-ci il tarixdə saat 14:00 radələrində 1000 manat dəyərində bir ədəd “LG” markalı televizoru, 23 oktyabr 2021-ci il tarixdə saat 14:00 radələrində 01 ədəd, dəyəri 500 manat olan boz rəngli “LG” markalı, “G522JLC” modelli soyuducunu, 01 ədəd, dəyəri 300 manat olan boz rəngli “LG” markalı, 8 kq tutumu olan paltaryuyan maşını, hər biri 20 manat olan, 02 ədəd açılıb-bağlanan çarpayıları və 01 ədəd dəyəri 1200 manat olan xalçanı gizli yolla talayaraq Zərərçəkmiş şəxs2 3065 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 17.11.2021-ci il tarixdə, saat 18 radələrində Zərərçəkmiş şəxs1 məxsus ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi olan evinə hasardan tullanmaqla qanunsuz daxil olaraq evin pəncərəsini itələyib açmaqla içəri daxil olaraq, evin yataq otağındakı paltar dolabından içərisində dəyəri 15 manat olan içərisində ümumi dəyərləri 19540 manat olan 01 ədəd dəyəri 1000 manat olan qızıl nişan üzük, 01 ədəd dəyəri 2000 manat olan qızıl qolbaq, 01 ədəd dəyəri 1000 manat olan üzük və sırğa komplekti, 01 ədəd dəyəri 300 manat olan nazik qızıl boyunbağı, 01 ədəd dəyəri 1200 manat olan üzərində brilyant qaşlar olan qızıl sırğa və üzük komplekti, 01 ədəd dəyəri 3500 manat olan üzərində brilyant qaşlar olan qızıl üzük və sırğa komplekt, 01 ədəd dəyəti 1500 manat olan üzərində qırmızı qaş olan qızıl üzük, 01 ədəd dəyəri 600 manat olan paxlava formalı qızıl üzük, 01 ədəd dəyəri 500 manat olan gül formalı qızıl üzük, 01 ədəd dəyəri 400 manat olan sadə qaşlı qızıl üzük, 01 cüt dəyəri 150 manat olan tək qaş qızıl sırğa, 01 cüt dəyəri 600 manat olan qalın halqa qızıl sırğa, 01 cüt dəyəri 500 manat olan tək qaş qızıl sırğa, dəyəri 300 manat olan mirvari komplekt, 03 cüt, hər birinin dəyəri 150 manat olan qızıl üzüklər, 02 cüt, hər cütü 250 manat olan qızıl sırğa, dəyəri 90 manat saat olan gümüşü rəngli mücrünü, dəyəri 40 manat olan qəhvəyi rəngli pul çantasının içərisində olan həmin tarixə Azərbaycan Respublikası manatına olan məzənnəsi 2040 manat təşkil edən 1200 ABŞ dolları və 1200 manat nağd pulu gizli yolla talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 22885 manat dəyərində xeyli miqdarda ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs və mülki cavabdeh qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, təxminən iki ay qabaq tanışı Yusif adlı şəxs bir nəfər yaşlı qadın tanışı olduğunu və həmin qadının evini təmir etmək lazım olduğunu bildirmişdir. Yusif ondan həmin evi təmir edə bilib-bilməyəcəyini soruşduqda o, razılıq vermiş, Yusif onu həmin qadınla görüşdürmüş və həmin şəxs Zərərçəkmiş şəxs2 olmuşdur. Solmaz, o və Yusif birlikdə Solmaza məxsus Bakı şəhəri, Səbail rayonu, Z.Əliyeva küçəsi, 25 saylı binada yerləşən 39 saylı evə getmişlər. Orada Solmaz ona evi göstərərək yenidən təmir etmək istədiyini bildirmişdir. O, da evi təmir edib qutarmaq üçün Solmazla 300 manata razılaşmışdır. O, evi yavaş-yavaş tək təmir edəcək idi. Zərərçəkmiş şəxs2 evin açarını da ona vermişdir ki, evə rahat giriş-çıxış edə bilsin. Növbəti gün o, mənzildə təmirə başlamış, Solmaz tikinti materiallarını gec-gec alıb verdiyi üçün təmir işləri gecikmişdir. O, evi təmir etdikcə evdə olan müəyyən əşyalara baxıb işlək vəziyyətdə olduğunu görmüşdür. Maddi vəziyyəti yaxşı olmadığına görə evdə olan əşyaları oğurlamaq qərarına gəlmiş, 12 oktyabr 2021-ci il tarixdə saat 20:00 radələrində evi təmir edərkən evdə divarda olan divar saatını götürüb öz evinə aparmışdır. Məqsədi isə satmaq olmuşdur. 21 oktyabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs2 evə gəlib baxan zaman saatın harada olduğunu soruşduqda o, Solmaza saatı guya təmir etmək üçün apardığını bildirmişdir. 22 oktyabr 2021-ci il tarixdə evi təmir edərkən evdə olan “LG” markalı televizoru oğurlayıb satmaq qərarına gəlmişdir. Həmin gün saat 14:00 radələrində televizoru götürüb evdən çıxartmış və bir tanımadığı taksi ilə televizoru Bakı şəhəri, Yasamal rayonu, D.Əliyeva küçəsində televizor satan Vasif adlı şəxsin mağazasına aparmışdır. Orada televizorun özünə məxsus olduğunu və ehtiyacı olduğu üçün satdığını deyərək televizoru Vasifə 200 manata satmışdır. Vasif də ondan şəxsiyyət vəsiqəsinin surətini çıxararaq həmin kağızda televizoru satmağı ilə bağlı ona qeydlər etdirmişdir. Bundan sonra, o, tanışının evlərin alqı-satqısı ilə məşğul olan Bəxtiyar adlı şəxslə əlaqə saxlayıb ona evində olan soyuducu, paltaryuyan maşın və iki ədəd açılıb-bağlanan çarpayını satmaq istədiyini bildirmişdir. O, bunu Bəxtiyara deyən zaman hələki televizoru satmamışdır. 23 oktyabr 2021-ci il tarixdə saat 13:00 radələrində evi təmir edərkən Bəxtiyar ona zəng edərək müştəri olduğunu və ona dediyi əşyalardan almaq istədiyini bildirmişdir. Həmin gün saat 14:00 radələrində onlar evə gəlmişlər və o, evin onun qohumunun evi olduğunu, təmir etdiyini, əşyalarını satmaq istədiyini deyərək evdə mətbəxdə olan “LG” markalı paltaryuyan maşını və “LG” markalı soyuducunu onlara göstərərək ümumilikdə 500 manata satdığını bildirmişdir. Bəxtiyarın yanında gələn şəxsi tanımamış, birinci dəfə idi ki, görmüşdür. Həmin əşyaları qeyd olunan şəxsə 500 manata satmış, həmin şəxs əşyaları yükdaşıma xidməti ilə aparmış və ona 500 manat pul vermişdir. O, da zəhmət haqqı kimi puldan 100 manat Bəxtiyara pul vermiş və iki ədəd açılıb-bağlanan çarpayını 20 manata Bəxtiyara satmışdır. Bundan sonra o, evin qapısını bağlayıb çıxmış və çıxan zaman özü ilə 01 ədəd xalçanı götürmüşdür ki, satsın və bir daha həmin evə getməmişdir. Bundan sonra xalçanı tanımadığı şəxsə satmışdır. 01 noyabr 2021-ci il tarixdə Səbail rayon Polis İdarəsinin 39-cu polis bölməsinə dəvət olunduğu üçün gəlmiş və Zərərçəkmiş şəxs2 şikayət etdiyini bilmiş, etdiyi oğurluq əməlini səmimi etiraf etmişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs1 tanıdığını uşaqlıq yaşlarında Mərdəkan qəsəbəsi, Əzizbəyov küçəsində bir məhəllədə yaşadıqlarını bildirmişdir. O, barəsində Səbail rayon polis idarəsində istintaq edilən cinayət işi üzrə onu polislərin axtaracağını bildiyindən 2021-ci ilin noyabr ayından yaşadığı ünvana getməmiş və küçələrdə gecələmişdir. 17.11.2021-ci il tarixdə pulu qurtardığı üçün Mərdəkan qəsəbəsində köhnə məhlələrinə getmişdir ki, köhnə qonşularından bir qədər pul alsın, lakin heç kəsi görmədiyindən pul ala bilməmişdir. Saat təxminən 18 radələrində Eldarın evinin işıqlarının yanmadığını görmüş və oğurluq etmək qərarına gəlmişdir. O, Eldarın evinin hasarından tullanaraq içəri daxil olmuş və evin pəncərəsini itələyib açaraq evin içərisinə daxil olmuş və evi axtarmağa başlamışdır. Yataq otağındakı dolabın içərisində pul kisəsini görüb cibinə qoymuşdur. Bundan sonra elə orada olan gümüşü rəngli mücrünü açmış və içərisində qızıl-zinyət əşyalarının olduğunu görmüşdür. O, həmin mücrünü cibinə qoyub oradan çıxıb getmişdir. O, Yasamal rayonu ərazisində olanda pul kisəsinin içərisində 1200 ABŞ dolları, 1200 manat pul olduğunu görmüşdür. Bundan sonra mücrünün içərisinə baxanda qızıl-zinət əşyalarının da olduğunu görmüşdür. O, qızıl məmulatları olduğuna görə sarı rəngli metal olanları götürmüş, ağ rəngli metalları isə adi bujiteriya olduğuna görə onları mücrünün içərisinə qoymuşdur. O, pulları götürmüş, pul kisəsini və mücrünü zibil qutusuna tullamışdır. Səhərisi gün o, oğurladığı qızılları özünə məxsus qızıllar olduğunu deyərək “Moskva” univermağında satmış və həmin pulları öz şəxsi xərcləri üçün xərcləmişdir. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, mülki iddianı qəbul etdiyini bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs1 bildirdi ki, ünvan 3 ünvanında yerləşən həyət evi ona məxsusdur. Həmin həyət evində o, arvadı, 1 qızı, 1 oğlu, 2 bacısı və 1 bacısıoğlu yaşayır. 17.11.2021ci il tarixdə saat 17:00 radələrindən saat 18:40 radələrinədək evdə heç kim olmamış, o, arvadı Sevinclə birlikdə Mərdəkan qəsəbəsində ona məxsus digər həyət evində olmuşlar. Qızı Fatimə isə əmisigilə qonaq getmiş, oğlu Cəbrayıl həmin vaxt işdə olmuş, bacısı Natavan da işdə olmuşdur. Digər bacısı İradə də işdə olmuş, bacısıoğlu Hüseyn də işdə olmuşdur. O, arvadı Sevinclə 17.11.2021-ci il tarixdə saat 18:40 radələrində yaşadıqları evə qayıtmışlar. O, açarla qapını açıb evə daxil olmuş, qonaq otağının işığını yandıranda həmin otağın taxtadan olan pəncərənin sındırıldığını görmüşdür. O, otaqların da dağınıq vəziyyətdə və paltar dolablarının qapısının açıq olduğunu görmüşdür. O, paltar dolabına yaxınlaşaraq dolabın yuxarı gözünə baxmış və orada saxladığı içərisində 1200 ABŞ dolları, 1200 manat pulu olan pul kisəsini orada aşkar etməmişdir. Sonradan o, pul kisəsinin yanında içərisində qızıl-zinət əşyalarını saxladığı gümüşü rəngli sandıqçanında orada olmadığını aşkar etmişdir. Həmin sandıqcanın içində qiyməti 1000 manat olan qızıl nişan üzüyü, qiyməti 2000 manat olan qızıl qolbaq, qiyməti 1000 manat olan komplekt qızıl üzük və sırğa, qiyməti 300 manat olan qızıl nazik sep, qiyməti 1200 komplekt brilliant qaşlı qızıl üzük və sırğa, qiyməti 3500 manat olan komplekt brilliant qaşlı qızıl üzük və sırğa, qiyməti 1500 manat qızıl sümbül qalın boyunbağı, qiyməti 3500 manat olan italya qızılından boyunbağı və qolbaq, qiyməti 1500 manat olan qızıl qırmızı qaşlı üzük, qiyməti 600 manat olan qızıl paxlava formalı üzük, qiyməti 500 manat olan qızıl gül formalı üzük, qiyməti 400 manat olan qızıl sadə qaşlı üzük, qiyməti 150 manat olan uşaq üçün qızıl təkqaşlı sırğa, qiyməti 600 manat olan qızıl qalın halqa sırğa, qiyməti 500 manat olan qızıl təkqaşlı sırğa, qiyməti 300 manat olan ağ mirvari boyunbağı və qolbaq, hərəsinin qiyməti 150 manat olan qızıl 03 ədəd üzük, hərəsinin qiyməti 250 manat olan olan 02 cüt qızıl sırğa və qiyməti 90 manat olan sadə qadın saatı olmuşdur. Oğurluq nəticəsində ona 22830 manat dəyərində maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənilmədiyini, mülki iddianı müdafiə etdiyini, təqsirləndirilən şəxs barəsində ağır cəza verilməsini və mülki iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 bildirdi ki, ünvan 4 ünvanda yerləşən evi vardır. Həmin evdə o, yaşamır, arada gedib baş çəkir. Həmin evi təmir etdirmək qərarına gəldiyi üçün təxminən 2 ay qabaq bir nəfər Yusif adlı tanışından bir usta tanışı olub-olmadığını soruşduqda, Yusif ona Təqsirləndirilən şəxs məsləhət görmüşdür. Bundan sonra, o, Təqsirləndirilən şəxsla görüşmüş və evin təmiri ilə bağlı söhbət etmiş, Vüqar evə baxıb təmiri üçün 300 manat pul istəmiş və o, Vüqarla razılaşmışdır. Vüqar 2 ay qabaq evdə təmir işlərinə başlamış və bildirmişdir ki, tez bir zamanda təmiri bitirəcəkdir. Vüqar ona anası ilə birlikdə yaşadığını və anasının xasiyyəti pis olduğuna görə evində qala bilmədiyini bildirmişdir. O, da Vüqara təmir müddətində onun həmin evində qala biləcəyini demiş və evin açarını Vüqara vermişdir. Təmir müddətində o, tez-tez evə gəlirmiş və Vüqara yemək gətirirmiş. Vüqar söz verdiyi kimi təmiri tez bir müddətdə etməmişdir. Yəni Vüqar çox ləng işləyirmiş və öz şəxsi işlərinə çox vaxt ayırırmış. Vüqar ondan təmirin ilk günlərində 300 manat almış və təmiri edib başa çatdıracağını bildirmişdir. 21 oktyabr 2021-ci il tarixdə o, evə gedib baş çəkəndə divar saatının yerində olmadığını görmüş və Vüqardan soruşandan Vüqar ona saatın işləmədiyini və təmir etdirmək üçün götürdüyünü, təmir etdirib gətirəcəyini bildirmişdir, o, da Vüqara inanmışdır. İki gündən sonra, yəni 23 oktyabr 2021-ci il tarixdə qonşu ona zəng edərək evindən aşağı mərtəbələrə su axdığını bildirmişdir. O, dərhal Vüqarla əlaqə saxlamaq istəsə də Vüqarın mobil telefonu bağlı olmuşdur. Ona görə də o, evə getmiş və evə daxil olduqda evin yerinə su axdığını görmüş, dərhal suyu bağlamışdır. Evə baxdıqda o, görmüşdür ki, evdə olan televizor, soyuducu, paltaryuyan maşın, xalça və iki ədəd açılıb-bağlanan çarpayı yoxdur. O, həmin əşyaların Vüqar tərəfindən oğurlanmasından şübhələnmişdir. Ona görə də, dərhal Səbail RPİ-nin 39-cu polis bölməsinə gedərək ərizə vermişdir. Ərizə və verdiyi izahatda xalçanın oğurlanmasını qeyd etmək yadından çıxdığı üçün səhərisi gün, yəni 24 oktyabr 2021-ci il tarixdə DİN-in 102 xidmətinə zəng edərək xalçanın da oğurlanmasını bildirmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2021-ci ilin oktyabr ayında evində olan divar saatını, 21 oktyabr 2021-ci il tarixdən 23 oktyabr 2021-ci il tarixədək olan müddət ərzində soyuducu, paltaryuyan maşın, iki ədəd açılıb-bağlanan çarpayı və bir ədəd xalçanı oğurlamışdır. O, oğurluq nəticəsində ona 3690 manat maddi ziyan dəydiyini bildirmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmişdir, bu səbəbdən də təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 bildirdi ki, 2021-ci ilin oktyabr ayının ikinci yarısında qonşuluqda yaşayan evlərin alqı-satqısı fəaliyyəti ilə məşğul olan Şahid3 onun mobil telefonuna bir ədəd televizor, bir ədəd soyuducu və bir ədəd paltaryuyan maşın şəkli göndərmiş, o, da Bəxtiyara zəng edərək bu barədə soruşduqda, Bəxtiyar ona bildirmişdir ki, bir tanışı var, həmin əşyaları ehtiyacı olduğu üçün satır və bu barədə müraciət edibdir. O, da rayonda yaşayan qızı üçün cehiz əşyası almaq istəyirmiş. Ona görə də, Bəxtiyara həmin şəxsdən hər üç əşyanı birlikdə neçəyə satdığını soruşub ona deməsini bildirmişdir. Bəxtiyarda ona üçü birlikdə 800 manata satıldığını demişdir. O, da yoldaşı X4 ilə məsləhətləşmiş və həmin əşyaları almaqda razılaşmışlar. Bundan sonra, o, Bəxtiyarla danışmış və yoldaşı Dürdanə ilə birlikdə Bəxtiyarla görüşərək əşyaların olduğu evə getmişlər. Həmin ev Bakı şəhəri, Səbail rayonu, Z.Əliyeva küçəsində yerləşirmiş. Onlar evə çatdıqda bir nəfər şəxs evin qapısını açmış və adının Vüqar olduğunu bilmişlər. Vüqar adlı şəxs evin qohumuna məxsus olduğunu, qohumunun həmin əşyaları xəstə olduğu üçün təcili pul lazım olduğuna görə satdığını bildirmişdir. O, yoldaşı Dürdanə ilə birlikdə evdə olarkən Vüqar adlı şəxs evdə bir ədəd “LG” markalı televizor, bir ədəd “LG” markalı soyuducu və bir ədəd “LG” markalı paltaryuyan maşını göstərmiş və qohumunun həmin əşyaları birlikdə 800 manata satdığını bildirmişdir. Onlar Vüqarla razılaşmışlar və həmin gün axşam malları gəlib götürəcəklərini bildirmişlər. Vüqar da onunla razılaşmış və onlar oradan çıxmışlar. Həmin gün o, Bəxtiyara zəng etsə də Bəxtiyara zəng çatmamışdır. Bir neçə gün də Bəxtiyarla danışsa da Bəxtiyar Vüqarın işi olduğunu və evdə olarkən xəbər edəcəyini bildirmişdir. Belə ki, əşyalara baxdığı gündən bir neçə gün keçmişdir. 23 oktyabr 2021-ci il tarixdə Bəxtiyar ona zəng edərək Vüqarın televizoru hansısa qohumuna verdiyini, soyuducu və paltaryuyan maşını isə 600 manata verdiyini bildirmişdir. O, Bəxtiyara hər iki əşyalara birlikdə 500 manat verəcəyini dedikdə, Bəxtiyar Vüqardan soruşduqda Vüqar razı olduğunu bildirmişdir. Həmin gün saat 17:00 radələrində o, yükdaşıma xidməti ilə həmin evə gedib 500 manat pulu Vüqara verib bir ədəd “LG” markalı soyuducu və bir ədəd “LG” markalı paltaryuyan maşını oradan götürərək yaşadığı evə aparmışdır. Polis tərəfindən ona zəng olunduqda həmin əşyaların Vüqar adlı şəxs tərəfindən oğurlandığını bilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 bildirdi ki, Vüqarı Tərlan adlı tanışı vasitəsi ilə tanımışdır. Tərlan bir nəfər Vüqar adlı tanışının olduğunu və həmin şəxsin paltaryuyan, soyuducu və müxtəlif ev əşyalarını satdığını bildirmişdir və həmin əşyalara müştəri tapıb-tapa bilməyəcəyimi soruşmuşdur. O, isə Tərlana Vüqar adlı şəxsin əşyaların fotoşəkillərini çəkib ona “Vatsap” proqramı vasitəsi ilə göndərməsini demişdir. Tərlan isə ona Vüqarın “Vatsap” proqramı olmadığını demiş sonra o, Tərlanla Bakı şəhəri, Z.Əliyeva küçəsində yerləşən evə gəlmiş və orada Vüqar adlı şəxslə tanış olmuşdur. Vüqar əvvəlcə bildirmişdir ki, həmin ünvan Vüqarın öz evidir. Sonradan isə demişdir ki, ev bibisinə məxsusdur və bibisi evi satacaqdır. Buna görə də evi boşaltmaq üçün içərisindəki əşyaları təcili olaraq satır. Sonra o, evdə olan “LG” markalı paltaryuyan maşının və “LG” markalı soyuducunun fotoşəkillərini çəkmiş və “Vatsap” proqramında paylaşmışdır ki, görüb istəyən olsa bu barədə ona desinlər. Bir neçə gün sonra onun qonşusu Rafiq ona zəng edərək həmin əşyalar barədə maraqlanmış, o, həmin əşyalara baxması üçün Rafiq və həyat yoldaşı, Dürdanə ilə birlikdə Z.Əliyeva küçəsindəki evə gəlmişlər. Orada Rafiq əşyalara baxdıqdan sonra Vüqarla aralarında razılaşmışlar ki, bir ədəd “LG” markalı soyuducu, bir ədəd “LG” markalı paltaryuyan maşın və 1 ədəd “LG” markalı televizor üçün Rafiq Vüqara 800 manat pul verəcəkdir. Bundan bir neçə gün sonra oktyabr ayının 20-dən sonrakı günlərdə o, Rafiqlə birlikdə həmin əşyaları götürmək üçün getmişdir. Onlar gəldikdə Vüqar televizoru artıq satdığını bildirmişdir. Bundan sonra paltaryuyanla, soyuducunu 500 manat satacağını demişdir. Rafiq də razılaşmış və 166 yük daşıma şirkətinə zəng etmiş, şirkətdən yük maşını iki nəfər fəhlə ilə gəlmiş və paltaryuyanla, soyuducunu maşına yükləyib Rafiqin evinə aparmışlar. O, Vüqara əşyalar üçün müştəri tapdığından Vüqar ona zəhmət haqqı olaraq 100 manat pul vermiş, orda olan 02 ədəd çarpayını hər birini 10 manata satmış, o, da həmin çarpayıları Vüqardan 20 manata almışdır. Bundan başqa o, Vüqarın həmin əşyaların onlara satan zaman oğurluq olduğundan xəbərinin olmadığını, aldığı 02 ədəd açılıb-bağlanan çarpayıları satdığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 bildirdi ki, o, 10 ildir ki, “Memar Əcəmi” metrosunun yaxınlığında “Qızıl Ulduz” adlı obyektdə qızılların, gümüşlərin qəbulu, alışı, satışı mağazasında satıcı işləyir. 18.11.2021-ci il tarixdə günorta saatlarında adı sonradan ona məlum olan əvvəllər tanımadığı Təqsirləndirilən şəxs mağazaya daxil olmuş və 01 ədəd boyunbağı, 01 ədəd qolbağı, 01 ədəd sünbül formasında sınıq vəziyyətdə boyunbağını, 01 ədəd sınıq boyunbağını və 01 ədəd sınıq qolbağı satdığını bildirmişdir. O, Vüqara qızılları şəxsiyyət vəsiqəsi və ya sürücülük vəsiqəsi varsa həmin sənədlərdən biri ilə alacağını bildirmişdir. Vüqar cibindən sürücülük vəsiqəsini çıxardaraq ona təqdim etmişdir. O, Vüqardan qızılların kimə məxsus olduğunu soruşmuş, Vüqar qızılların özünə aid olduğunu və anasının ağır onkoloji xəstə olduğuna görə satdığını bildirmişdir. O, həmin qızılları götürmüş və tərəzidə çəkmiş, ümumi çəkisi 63 qram olan 750 əyarlı 01 ədəd boyunbağı və 01 ədəd qolbağı, ümumi çəkisi 26 qram olan 585 əyarlı sünbül formasında sınıq vəziyyətdə boyunbağı, 585 əyarlı sınıq boyunbağı və 583 əyarlı sınıq qolbağa görə Təqsirləndirilən şəxs ümumilikdə 5860 manat pul vermişdir. O, Təqsirləndirilən şəxs sürücülük vəsiqəsində olan məlumatları qızılların alqı-satqı kitabçasında qeyd etmişdir. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid1 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, o, 30 ildir ki, ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsini icarəyə götürməklə televizor ustası kimi fəaliyyət göstərir. Bəzən işlənmiş televizorları alıb satır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış və heç bir münasibəti olmamışdır. 22 oktyabr 2021-ci il tarixdə saat 15:00 radələrində bir nəfər şəxs, yəni sonradan anket məlumatlarını bildiyi Təqsirləndirilən şəxs fəaliyyət göstərdiyi yuxarda qeyd olunan mağazaya yaxınlaşaraq gətirdiyi bir ədəd “LG” markalı televizoru ehtiyacı olduğu üçün satmaq istədiyini, özünə məxsus olduğunu bildirmişdir. O, Vüqardan televizoru neçəyə satdığını soruşduqda 200 manata satdığını bildirmişdir. O, televizora baxmış və televizor 107 ekran imiş. O, Vüqardan həmin televizoru 180 manata sata biləcəyini soruşduqda, Vüqar ehtiyacı olduğunu və televizorun yaxşı vəziyyətdə olduğu üçün 200 manatdan aşağı qiymətə verməyəcəyini demişdir. O, da həmişə kimdənsə televizor alanda həmin şəxsin şəxsiyyət vəsiqəsinin surətini çıxararaq həmin kağızda ona televizoru satması barədə qeydlər etdirib imza etdirir və həmçinin də Vüqardan da televizoru alarkən elə etmişdir. O, televizoru Vüqara 200 manat verərək almış və Vüqar çıxıb getmişdir. Həmin televizor mağazada 5 gün qalmış və 5 gündən sonra bir nəfər tanımadığı şəxs yaxınlaşaraq işlənmiş televizor almaq istədiyini deyəndə o, həmin televizoru 245 manata həmin şəxsə satmışdır. Təqsirləndirilən şəxs polis tərəfindən 01 noyabr 2021-ci il tarixdə mağazaya gətirildikdə o, Vüqarın ona satdığı bir ədəd “LG” markalı televizorun oğurladığını bilmişdir. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid5 Hətəm oğlu məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid5 Hətəm oğlunun ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, o, 33 ildir ki, "Memar Əcəmi" metrosunun yaxınlığında "Hatemoğlu" adlı obyektdə qızılların, gümüşlərin qəbulu, alışı, satışı mağazasında satıcı işləyir. 18.11.2021-ci il tarixdə günorta saatlarında adı sonradan ona məlum olan əvvəllər tanımadığı Təqsirləndirilən şəxs mağazaya daxil olmuş və komplektin tərkibində olan 01 cüt sırğa və 01 ədəd üzüyü satdığını bildirmişdir. O, Vüqara qızılları şəxsiyyət vəsiqəsi və ya sürücülük vəsiqəsi varsa həmin sənədlərdən biri ilə alacağını bildirmişdir. Vüqar cibindən şəxsiyyət vəsiqəsini çıxardaraq ona təqdim etmişdir. O, Vüqardan qızılların kimə məxsus olduğunu soruşmuş, Vüqar qızılların özünə aid olduğunu və anasının ağır xəstə olduğuna görə satdığını bildirmişdir. O, həmin qızılları götürmüş və tərəzidə çəkmişdir. Həmin komplektin ümumi çəkisi 20.4 qram idi və 750 əyar imiş. O, qızıllara görə Təqsirləndirilən şəxs ümumilikdə 1370 manat pul verəcəyini bildirmişdir. Vüqar onunla razılaşmışdır. O, Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsində olan məlumatları qızılların alqı-satqı kitabçasında qeyd etmişdir. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid6 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, o, 4 aydır ki, “Memar Əcəmi” metrosunun yaxınlığında məlum olan obyektdə qızılların, gümüşlərin qəbulu, alışı, satışı mağazasında satıcı işləyir. 18.11.2021-ci il tarixdə günorta saatlarında adı sonradan ona məlum olan əvvəllər tanımadığı Təqsirləndirilən şəxs mağazaya daxil olmuş və 02 cüt sırğa və komplektin tərkibində olan 01 cüt sırğa və 01 ədəd üzüyü satdığını bildirmişdir. O, Vüqara qızılları şəxsiyyət vəsiqəsi və ya sürücülük vəsiqəsi varsa həmin sənədlərdən biri ilə alacağını bildirmişdir. Vüqar cibindən şəxsiyyət vəsiqəsini çıxardaraq ona təqdim etmiş, o, Vüqardan qızılların kimə məxsus olduğunu soruşmuş, Vüqar qızılların özünə aid olduğunu və anasının ağır onkoloji xəstə olduğuna görə satdığını bildirmişdir. O, həmin qızılları götürmüş və tərəzidə çəkmişdir. Sırğanın birinin çəkisi 5 qram, digərinin çəkisi isə 2 qram imiş. Komplektin tərkibində olan ümumi çəkisi 4,9 qram olan 01 cüt sırğa və 01 ədəd üzük olmuşdur. O, qızıllara görə Təqsirləndirilən şəxs ümumilikdə 640 manat pul verəcəyini bildirmişdir. Vüqar onunla razılaşmışdır. O, Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsində olan məlumatları qızılların alqı-satqı kitabçasında qeyd etmişdir. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid7 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid7 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, o, 7 ildir ki, “Memar Əcəmi” metrosunun yaxınlığında “Gold Line” adlı obyektdə qızılların, gümüşlərin qəbulu, alışı, satışı mağazasında satıcı işləyir. 18.11.2021-ci il tarixdə günorta saatlarında adı sonradan ona məlum olan əvvəllər tanımadığı Təqsirləndirilən şəxs mağazaya daxil olmuş və 01 cüt sırğa satdığını bildirmişdir. O, Vüqara qızılı şəxsiyyət vəsiqəsi və ya sürücülük vəsiqəsi varsa həmin sənədlərdən biri ilə alacağını bildirmişdir. Vüqar cibindən şəxsiyyət vəsiqəsini çıxardaraq ona təqdim etmişdir. O, Vüqardan qızılların kimə məxsus olduğunu soruşmuş, Vüqar qızılın özünə aid olduğunu və anasının ağır xəstə olduğuna görə satdığını bildirmişdir. O, həmin qızılı götürmüş və tərəzidə çəkmişdir. Həmin 01 cüt sırğanın ümumi çəkisi 1,8 qram idi və 585 əyyarlı imiş. O, qızılara görə Təqsirləndirilən şəxs ümumilikdə 90 manat pul verəcəyini bildirmişdir. Vüqar onunla razılaşmış, o, Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsində olan məlumatları qızılların alqısatqı kitabçasında qeyd etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 08 fevral 2022ci il tarixli, 9/598 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, ekspertiza tədqiqatına təqdim edilmiş və qərarda göstərilən malların istifadədə olması nəzərə alınmaqla 2021-ci ilin oktyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 825,00 manat müəyyən olunur. 1 ədəd üzərində “HUİ XİONG” yazıları olan divar saatı (təqdim edilmiş divar saatı istifadədə olub, üzərində istismar xarekterli qüsurlar (boya qopuqlarıcızıqlar və s.) aşkar edildi) -25,00 manat; 1 ədəd boz rəngli “LG” markalı, “G522JLC” modelli soyuducu(təqdim edilmiş soyuducu istifadədə olub, normal vəziyyətdədir.) 500,00 manat; 1 ədəd boz rəngli “LG” markalı, 8 kq tutumu olan paltaryuyan maşın (təqdim edilmiş paltaryuyan istifadədə olub, normal vəziyyətdədir.) 300,00 manat. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş 15.12.2021-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1978-ci ildə Bakı şəhərində doğulmuş Təqsirləndirilən şəxs Xətai Rayon Məhkəməsinin 14.11.1994-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.2.1, 145.2.2, 145.2.6, 145.2.8, 38, 40 və 41-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası şərti olaraq 03 il sınaq müddəti təyin olunmuşdur. Lənkəran Qarnizonu Hərbi Tribunalının 23.01.1997-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 241-ci maddəsini “A” bəndi və 39-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. 21.12.1999-cu il tarixdə Azərbaycan Respublikasının Milli Məclisinin 10.12.1999-cu il tarixli “Amnistiya” qərarının 5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azad edilmişdir. Xətai Rayon Məhkəməsinin 17.01.2002-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128, 177.2.1, 177.2.2 və 66.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası və şərti maliyyə vahidinin 100 misli miqdarında cərimə cəzası təyin olunmuşdur. 27.04.2005-ci il tarixdə Binəqədi Rayon Məhkəməsinin 07.04.2005-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs 05 ay 07 gün çəkilməmiş cəzasından vaxtından əvvəl şərti azad edilmişdir. Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 27.10.2010-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək Təqsirləndirilən şəxs 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmuşdur.05.07.2017-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. İş materiallarına əlavə olunmuş 19 yanvar 2022-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs19 yanvar 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş 21 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 21 yanvar 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan edilmişdir. İş materiallarına əlavə olunmuş Xəzər rayon Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq müdətinin sonunadək həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 19 yanvar 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş 17 yanvar 2022-ci il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 yanvar 2022-ci il tarixdə, saat 12:40-da tutularaq Səbail RPİ MSY-ə təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş 19 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 19 yanvar 2022-ci il tarixdə saxlanıldığı Səbail RPİ MSY-dən azad edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” 29.01.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03.03.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23.07.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif olunmuş və o, həmin maddələr ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22.06.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02.04.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə təqsirləndirilən şəxsin AR CM-nin 59.2-ci maddəsinə əsasən əməlini etiraf etməsini, səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən “Cinayətlərin residivi cəzanı ağırlaşdıran haldır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən “Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” 08.07.2008ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq cinayətin və cəzanın hüquqi nəticəsi kimi qəbul olunur. Burada cinayət-ilkin əməl, məhkum etmə və cəza tətbiq etmə isə onun nəticəsi kimi çıxış edir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən “Cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 25.05.2009-cu il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayəthüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 06.09.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq hüquqi təbiətinə görə cinayət törətməklə özünün ictimai təhlükəliliyini biruzə vermiş şəxsin hərəkətləri üzərində sosial-hüquqi nəzarətin müəyyənləşdirilməsindən və həyata keçirilməsindən ibarət olan cinayət-hüquqi institutdur. Bu cür nəzarət yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə həyata keçirilməklə məhkumun hüquq və azadlıqlarının müəyyən dərəcədə məhdudlaşdırılmasında ifadə olunur. Məhkumluq, həmçinin yenidən cinayət törətməməsi üçün ədalət mühakiməsi tərəfindən məhkuma edilən özünəməxsus xəbərdarlıq növüdür. Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən “Ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur” Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 27.10.2010-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmuşdur. 05.07.2017-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Həmin tarixdən cinayət qanunvericiliyinə əsasən altı il müddət keçmədiyindən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən “Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla, təkrar və xeyli miqdarda ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən “Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” 18.06.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut olan 01 ədəd "HUİ XİONG" yazıları olan divar saatı, 1 ədəd boz rəngli "LG" markalı, "G522JLC" modelli soyuducu və 1 ədəd boz rəngli "LG" markalı, 8 kq tutumu olan paltaryuyan maşının Zərərçəkmiş şəxs2 qaytarılmış hesab edilməlidir. İş üzrə 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs onun xeyrinə ümumilikdə 22885 manat maddi ziyanın və 159 manat dövlət rüsumunun tutulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə cinayət prosesində iştirak edən şəxslərin ifadələrini dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, mülki iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən “Cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.2-ci maddəsinə əsasən “Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.3-cü maddəsinə əsasən “Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən “Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən “Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən “Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən “Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən “Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə xeyli miqdarda ziyan vurmaqla təkrarən oğurluq etməsi, bunun nəticəsində Zərərçəkmiş şəxs1 22885 manat ziyan vurulması təsdiq edildiyindən, beləliklə, mülki iddia əsaslı olduğundan, təqsirləndirilən şəxs və mülki cavabdeh mülki iddianı etiraf edərək təmin edilməsinə etiraz etmədiyindən Zərərçəkmiş şəxs1 iddiası təmin edilməli, Təqsirləndirilən şəxs 22.885 manat (iyirmi iki min səkkiz yüz səksən beş) manat pul tutularaq Zərərçəkmiş şəxs1 ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, mülki iddiaçı tərəfindən ödənilmiş 159 (bir yüz əlli doqquz) manat dövlət rüsumu Təqsirləndirilən şəxs alınaraq Zərərçəkmiş şəxs1 xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinsin və ona 03 (üç) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 17.01.2022-ci il tarixdən 19.01.2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 03 (üç) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmənin əvvəli 19 yanvar 2022-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan 01 ədəd "HUİ XİONG" yazıları olan divar saatı, 1 ədəd boz rəngli "LG" markalı, "G522JLC" modelli soyuducu və 1 ədəd boz rəngli "LG" markalı, 8 kq tutumu olan paltaryuyan maşının Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X2, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Mülki iddia təmin edilsin. Təqsirləndirilən şəxs 22885 (iyirmi iki min səkkiz yüz səksən beş) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 159 (bir yüz əlli doqquz) manat məbləğində pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs1 ödənilsin. Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat, Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 15 saata görə 90 (doxsan) manat, ümumilikdə 270 (iki yüz yetmiş) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı hüquq məsləhətxanasının hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(003)-138/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-138/2022
12.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver