Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-139/2021 14.04.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6 Şixməmməd qızının, müdafiəçi – 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1984-cü il tarixdə Lənkəran rayonunun Tükəvilə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı və yetkinlik yaşına çatmayan bir uşağı olan, işləməyən, Lənkəran rayonunun Tükəvilə kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Albalılıq dayanacağı nömrəsiz evdə yaşamış, əvvəllər məhkum edilmiş, məhkumluğu ödənilməmiş (və ya götürülməmiş), barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)- 283/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan- - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs təkrar olaraq özgənin əmlakını gizli olaraq talama məqsədilə yaşayış evinə qanunsuz daxil olub zərərçəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə xx xxxxxxx 2020-ci il tarixdə, saat 17 radələrində Zərərçəkmiş şəxs1 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin həyətinə hasardan tullanaraq qanunsuz daxil olub, evin divarını çöl tərəfdən bərkidilmiş 01 ədəd dəyəri 110 manat olan “İstanbul” markalı su qızdırıcını, daha sonra evin açıq qapısından içəri daxil olaraq, içəridən 01 ədəd dəyəri 110 manat olan “Bosch” markalı laqondanı, 01 ədəd dəyəri 80 manat olan göy rəngli dreli, 01 ədəd dəyəri 155 manat olan taxta kəsən aparatı, 35 manat dəyərində su qızdırıcı aksesuarlarını, 70 manat dəyərində elektrik avadanlıqlarını və 30 manat dəyərində elektrik kabelini gizli yolla talamaqla Zərərçəkmiş şəxs1 590 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx xxxxxxx 2020-ci il tarixdə, saat 16 radələrində Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Hövsan Südçülük sovxozunda yerləşən nömrəsiz fərdi yaşayış evinə hasardan tullanmaqla qanunsuz daxil olub, üzərində gəzdirdiyi vintaçanla plastik pəncərəni açıb yaşayış sahəsinə daxil olaraq yataq otağındakı şkafın rəfindən 01 ədəd 2 qramlıq, 580 əyarlıq dəyəri 150 manat olan nazik boyunbağını, divarda asılmış qış gödəkcəsinin sol iç cibindən 1850 manat nağd pulu gizli yolla talayıb Zərərçəkmiş şəxs2 2000 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 31 oktyabr 2020-ci il tarixdə, saat 22 radələrində Zərərçəkmiş şəxs3 məxsus Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi ünvan 2 ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evinə hasardan tullanmaqla qanunsuz daxil olub, üzərində gəzdirdiyi vintaçanla plastik pəncərəni açıb yaşayış sahəsinə qanunsuz daxil olaraq qonaq otağından masanın üzərindən 01 ədəd dəyəri 300 manat olan “X4 3” markalı planşeti, yataq otağındakı şifonerdən qutunun içərisindən 01 ədəd 400 manat olan 5 qramlıq, 583 əyarlı qadın nişan üzüyünü, 3500 manat nağd pulu, kök rəngli dəri qadın əl çantasından 221 manat nağd pulu gizli yolla talayıb Zərərçəkmiş şəxs3 4421 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 19 radələrində Zərərçəkmiş şəxs4 məxsus Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Atçılıq massivi nömrəsiz fərdi evin plastik pəncərəsini özü ilə gətirdiyi vintaçanla açıb yaşayış sahəsinə qanunsuz daxil olaraq evin yataq otağında yerləşən paltar dolabında olan qızıl qabının içərindən boyunbağı, qolbağ, üzük və sırğadan ibarət 583 əyarlıq ümumi çəkisi 20 qramlıq dəyəri 1800 manat olan komplekti, 01 ədəd dəyəri 500 manat olan üzərində zirkon qaşlar olan, 583 əyarlıq qadın nişan üzüyünü, 01 ədəd 583 əyarlıq dəyəri 120 manat olan 1 qramlıq boyunbağını, 01 ədəd 583 əyarlıq, 4 qramlıq dəyəri 300 manat olan yumru formalı kulonu, 01 ədəd 583 əyarlıq, 2 qramlıq dəyəri 150 manat olan yarpaq formalı kulonu, 01 ədəd 583 əyarlıq, 2 qramlıq dəyəri 100 manat olan yumru formalı kulonu, 01 ədəd 583 əyarlıq, 2 qramlıq dəyəri 150 manat olan nazik toxunuşlu qadın boyunbağısını, 01 ədəd 583 əyarlıq, 2 qramlıq dəyəri 170 manat olan nazik formalı qadın boyunbağısını, 01 cüt 583 əyarlıq, 3 qramlıq üzərində xırda zirkon qaşlar olan dəyəri 300 manat olan qadın sırğasını, 01 ədəd 583 əyarlıq, 3 qramlıq dəyəri 200 manat olan yumru formalı qadın üzüyünü, 01 ədəd 583 əyarlıq, 3 qramlıq dəyəri 200 manat ulduz formalı qadın üzüyünü, 01 ədəd dəyəri 50 manat olan gümüş qadın kulonunu və dəyəri 800 manat olan “Acer” markalı notebuku gizli yolla talayıb Zərərçəkmiş şəxs4 ümumilikdə 4840 manat dəyərində ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx xxxxxx 2020-ci il tarixdə, saat 23 radələrində Zərərçəkmiş şəxs5 məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə hasardan tullanmaqla qanunsuz daxil olub, evin 2ci mərtəbəsinə həyətdəki pilləkənlə qalxaraq, üzərində gəzdirdiyi vintaçanla plastik pəncərəni açıb yaşayış sahəsinə qanunsuz daxil olaraq evin yataq otağındakı dolabın üstündən 10000 manat nağd pulu gizli yolla talayıb Zərərçəkmiş şəxs5 xeyli miqdarda ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, o, təkrarən xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 20 radələrində Şahid1 məxsus ünvan 4 ünvanında yerləşən evin eyvanında olan plastik pəncərəsini özü ilə gətirdiyi vintaçanla açıb yaşayış sahəsinə qanunsuz daxil olaraq evin yataq otağında yerləşən çarpayının altında göy rəngli dəri qadın çantasının içərisindən Zərərçəkmiş şəxs6 Şixəmməd qızına məxsus ümumi dəyərləri 13730 manat olan 01 ədəd dəyəri 1680 manat olan 21 qramlıq, 583 əyarlıq qadın boyunbağısını, 01 ədəd dəyəri 800 manat olan 10 qramlıq, 583 əyarlıq zəncir toxunuşlu qadın boyunbağısını, 01 ədəd dəyəri 400 manat olan 5 qramlıq, 583 əyarlıq nazik forma toxunuşlu qadın boyunbağısını, 01 ədəd dəyəri 390 manat olan nazik forma toxunuşlu, 750 əyarlıq boyunbağısını, 01 ədəd dəyəri 1280 manat olan şam toxunuşlu, 16 qramlıq, 583 əyarlıq qadın saatını, 01 ədəd dəyəri 1280 manat olan 16 qramlıq, 583 əyarlıq qadın qızıl saatını, 01 ədəd dəyəri 640 manat olan üzərində zirkon qaşlar olan 583 əyarlıq, 8 qramlıq kişi üzüyünü, 01 ədəd dəyəri 800 manat olan üzərində zirkon qaşlar olan, 583 əyarlıq, 10 qramlıq kişi üzüyünü, 01 ədəd dəyəri 800 manat olan yumru pul formalı, 583 əyarlı, 10 qramlıq qadın kulonunu, 01 ədəd dəyəri 300 manat olan 3 qramlıq, üzərində sarı yantar qaş olan yumru formalı qadın kulonunu, 01 ədəd dəyəri 250 manat olan 3 qramlıq, ürək formalı 583 əyarlıq qadın kulonunu, 01 ədəd dəyəri 250 manat olan 3 qramlıq, 583 əyarlıq tək qadın sırğasını, 01 cüt dəyəri 400 manat olan 5 qramlıq, yumru formalı üzərində zirkon qaşlar olan qadın sırğasını, 01 cüt dəyəri 520 manat olan 4 qramlıq, 750 əyarlıq, uzunsov formalı qadın sırğasını, 01 ədəd dəyəri 800 manat olan üzərində qırmızı sadə qaş olan 10 qramlıq, 583 əyarlıq qadın üzüyünü, 01 ədəd, dəyəri 640 manat olan üzərində qırmızı sadə qaş olan 8 qramlıq, 585 əyarlıq qadın üzüyünü, 01 ədəd dəyəri 250 manat olan 3 qramlıq, 583 əyarlıq, üzərində sarı yantar qaş olan qadın üzüyünü, 01 ədəd dəyəri 250 manat olan 3 qramlıq, 583 əyarlıq, üzərində bənövşə rəngli sadə qaş olan qadın üzüyünü, 01 ədəd dəyəri 400 manat olan, 4 qramlıq, 583 əyarlıq, paxlava formalı üzüyünü, 01 ədəd 700 manat olan 5 qramlıq, 750 əyarlıq, üzərində ağ brilyant qaşlar olan qadın üzüyünü, 01 ədəd dəyəri 400 manat olan 5 qramlıq, 583 əyarlıq qaşsız nişan üzüyünü, 01 ədəd dəyəri 200 manat olan 10 qramlıq, 925 əyarlıq gümüş qadın üzüyünü, 01 ədəd dəyəri 300 olan 15 qramlıq, 925 əyarlıq gümüş qadın boyunbağını, həmin tarixə Azərbaycan Respublikası manatına olan məzənnəsi 1275 manat təşkil edən 750 ABŞ dolları və 200 manat nağd pulu gizli yolla talayıb Zərərçəkmiş şəxs6 Şixəmməd qızına ümumilikdə 15205 manat dəyərində xeyli miqdarda ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlləri məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, cinayət işinin materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, xx xxxxxxx 2020-ci il tarixdə saat 17 radələrində Buzovna qəsəbəsi Ç.Mustafayev küçəsində yerləşən birmərtəbəli evin işıqlarının yanmadığını görüb darvazanı döymüş, lakin açan olmamışdır. Hasardan tullanıb həyətə daxil olmuş, həyətdən 01 ədəd su qızdırıcını, daha sonra açıq qapıdan içəri daxil olaraq oradan 01 ədəd laqonda, 01 ədəd drel, 01 ədəd taxta kəsən aparat və elektrik aksesuarlar, yəni işıq yandırıb söndürən karobkalar və başqa xırda əşyalar olan çantanı oğurlayaraq evi tərk etmiş, 2 gün sonra isə həmin əşyaları 3-cü mikrorayon bazarında tanımadığı şəxsə ümumilikdə 230 manata satmış və pulları öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa, xx xxxxxxx 2020-ci il tarixdə, saat 16 radələrində Binə qəsəbəsi Hövsan Südçülük sovxozu adlanan yerdə məhlələrdən birində küçədə evlərdən biri onun diqqətini cəlb etmiş, həmin evin darvazasını döymüş, lakin açan olmadığı üçün evdə heç kəsin olmadığına əmin olmuş və hasardan tullanaraq həyətə daxil olmuşdur. Evin giriş qapısını yoxlamış, lakin qapı bağlı olduğundan plastik pəncərəni üzərində olan vintaçanla açıb evə daxil olmuş və evi axtarmağa başlamışdır. Yataq otağındakı divarda asılmış gödəkçənin cibindən 1650 manat pul tapmış və həmin pulu oğurlamış, sonra evi axtarsa da heç nə tapa bilməmış və evi tərk edərək oğurladığı pulları öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa, 2020-ci il oktyabr ayının son günlərində, dəqiq xatırlamadığı, 30 ya 31 tarixində, saat 22 radələrində Buzovna qəsəbəsində adını bilmədiyi küçədəki evlərdən birində işıq yanmadığını və ətrafda heç kəs olmadığını görüb darvazanı döymüş, lakin açan olmadığı üçün hasardan tullanıb həyətə daxil olmuş, evin giriş qapısını döysə də heç kəs açmadığı üçün evdə də adam olmadığına əmin olmuş, evin giriş hissəsindəki pəncərəni üzərində olan vintaçanla aralayıb açaraq evə daxil olmuşdur. Evi axtaranda yataq otağındakı şifonerdə qutunun içərisindən 3500 manat pul və sarı rəngli əl çantası tapmış, çantanın içərisindəki 200 manat pulu da götürmüşdür. Bundan sonra evi axtarsa da başqa heç nə tapa bilməyərək evi tərk edib getmiş, oğurladığı pulları şəxsi istifadəsi üçün xərcləmişdir. Bundan başqa, xx xxxxxx 2020-ci il tarixdə, saat 19 radələrində o, Binə qəsəbəsi Atçılıq massivində evlərdən birində işıq yanmadığını görmüş, evin darvazasını döydükdə açan olmadığı üçün evdə heç kəsin olmadığına əmin olmuş və hasardan tullanaraq həyətə daxil olmuşdur. Evin giriş qapısını yoxlamış, lakin qapı bağlı olmuş, evin plastik pəncərəsini əlində olan vintaçanla açıb evə daxil olmuş və evi axtarmağa başlamışdır. Evin yataq otağındakı şkafdan “Acer” markalı kompyuteri oğurlamış, evi axtarsa da başqa heç nə tapa bilməmiş və oranı tərk etmişdir. Bundan sonra həmin kompyuteri “28 may” metrostansiyasının yaxınlığında tanımadığı şəxsə özününkü olduğunu deyib 120 manata satmış, əldə etdiyi pulu şəxsi istifadəsi üçün xərcləmişdir. Bundan başqa, o, xx xxxxxx 2020-ci il tarixdə, saat 23 radələrində Buzovna qəsəbəsi M.Namazov küçəsində ikimərtəbəli bir evin işıqlarının yanmadığını görüb qaz borusuna dırmaşaraq hasara qalxmış və hasardan aşaraq həyətə daxil olmuşdur. Bundan sonra oradan evin 1-ci və 2-ci mərtəbəsinin arasında olan kondisionerin üstünə həyətdəki pilləkənlə ikinci mərtəbəyə qalxmış və plastik pəncərəni üzərində olan vintaçanla açıb içəri daxil olmuşdur. Evin otaqlarını axtarmağa başlamış, lakin heç nə tapa bilməmiş və evi tərk edib getmişdir. Bundan başqa, o, xx xxxxxx 2020-ci il tarixdə, saat 20 radələrində Buzovna qəsəbəsi M.Namazov küçəsində evlərdən birinin işığının yanmadığını görüb evdə heç kəsin olmadığına əmin olmuş və hasardan tullanaraq həyətə daxil olmuşdur. Evin giriş qapısını yoxlamış, lakin qapı bağlı olmuş, eyvan hissəsindəki plastik pəncərəni üzərində olan vintaçanla açıb evə daxil olmuş və evi axtarmağa başlamışdır. Yataq otağında çarpayının döşəyinin altından göy rəngli balaca dəri qadın çantası tapmış, çantanın içində qızıl-zinət əşyaları olduğunu görüb onları götürmüşdür. Sonra evi axtarsa da heç nə tapa bilməmiş və oranı tərk etmişdir. Ertəsi gün həmin qızılları aparıb “Neftçilər” metrostansiyasının yanında qızıl alış-satışı məntəqəsində ölçdürmüş və 29 qram olduğunu öyrənmişdir. Həmin qızılların özünə məxsus olduğunu deyib öz şəxsiyyət vəsiqəsi ilə onları 1215 manata satmış və qəbzi yazaraq imzalamışdır. Bütün oğurluqları tək etmiş, oğurladığı qızıl-zinyət əşyalarını, “Acer” markalı kompyuteri, usta alətlərini və elektrik əşyalarını satan zaman həmin əşyaların oğurluq yolu ilə əldə edildiyini onları ondan alan şəxslərə deməmişdir. Törətdiyi əməllərdən peşmançılıq çəkir, lakin maddi imkanı olmadığı üçün zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəyə və onlarla barışıq əldə edə bilməmişdir. Himayəsində iki azyaşlı və yetkinlik yaşına çatmayan bir uşağı vardır. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs6 Şixəmməd qızı göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə saat 13:30 radələrində yaşadıqları evdən çıxıb qonaq getmişlər. Həmin gün saat 22:30 radələrində evə qayıtmışlar və həyat yoldaşı Gülməmməd evin darvazasını açmış, lakin içəridən bağlı olduğu üçün qapını aça bilməmişlər. Gülməmməd hasardan içəri tullanıb qapını içəridən açmış və onlar həyətə daxil olmuşlar. Onlar evin giriş qapısını açıb evə daxil olmuş, evin eyvanının plastik pəncərəsinin açıq olduğunu, bütün otaqların əşyalarının isə dağınıq vəziyyətdə olduğunu görmüşlər. O, dərhal qızıllarını saxladığı yataq otağındakı çarpayının altına baxmış və qızılların oğurlandığını görmüşdür. Həyat yoldaşı Gülmməmməd dərhal DİN “102” xidmətinə zəng edərək bu barədə məlumat vermiş və bundan sonra polis əməkdaşları gəlib evi müayinə etmişlər. Baş vermiş hadisə zamanı sellofan paketin içərisində göy rəngli dəri balaca çantanın içərisində saxladığı qızılları oğurlanmışdır. Həmin qızıllar - 01 ədəd dəyəri 1680 manat olan 21 qramlıq, 583 əyarlıq qadın boyunbağısı, 01 ədəd dəyəri 800 manat olan 10 qramlıq, 583 əyarlıq zəncir toxunuşlu qadın boyunbağısı, 01 ədəd dəyəri 400 manat olan 5 qramlıq, 583 əyarlıq nazik forma toxunuşlu qadın boyunbağısı, 01 ədəd dəyəri 390 manat olan nazik forma toxunuşlu, 750 əyarlıq boyunbağı, 01 ədəd dəyəri 1280 manat olan şam toxunuşlu, 16 qramlıq, 583 əyarlıq qadın saatı, 01 ədəd dəyəri 1280 manat olan 16 qramlıq, 583 əyarlıq qadın qızıl saatı, 01 ədəd dəyəri 640 manat olan üzərində zirkon qaşlar olan 583 əyarlıq, 8 qramlıq kişi üzüyü, 01 ədəd dəyəri 800 manat olan üzərində zirkon qaşlar olan 583 əyarlıq, 10 qramlıq kişi üzüyü, 01 ədəd dəyəri 800 manat olan yumru pul formalı 583 əyarlı, 10 qramlıq qadın kulonu, 01 ədəd dəyəri 300 manat olan 3 qramlıq, üzərində sarı yantar qaş olan yumru formalı qadın kulonu, 01 ədəd dəyəri 250 manat olan 3 qramlıq, ürək formalı 583 əyarlıq qadın kulonu, 01 ədəd dəyəri 250 manat olan 3 qramlıq, 583 əyarlıq tək qadın sırğası, 01 cüt dəyəri 400 manat olan 5 qramlıq, yumru formalı üzərində zirkon qaşlar olan qadın sırğası, 01 cüt dəyəri 520 manat olan 4 qramlıq, 750 əyarlıq, uzunsov formalı qadın sırğası, 01 ədəd dəyəri 800 manat olan üzərində qırmızı sadə qaş olan 10 qramlıq, 583 əyarlıq qadın üzüyü, 01 ədəd dəyəri 640 manat olan üzərində qırmızı sadə qaş olan 8 qramlıq, 585 əyarlıq qadın üzüyü, 01 ədəd dəyəri 250 manat olan, 3 qramlıq, 583 əyarlıq, üzərində sarı yantar qaş olan qadın üzüyü, 01 ədəd dəyəri 250 manat olan 3 qramlıq, 583 əyarlıq, üzərində bənövşə rəngli sadə qaş olan qadın üzüyü, 01 ədəd dəyəri 400 manat olan 4 qramlıq, 583 əyarlıq, paxlava formalı üzüyü, 01 ədəd 700 manat olan 5 qramlıq, 750 əyarlıq, üzərində ağ brilyant qaşlar olan qadın üzüyü, 01 ədəd dəyəri 400 manat olan 5 qramlıq, 583 əyarlıq qaşsız nişan üzüyü, 01 ədəd dəyəri 200 manat olan 10 qramlıq, 925 əyarlıq gümüş qadın üzüyü, 01 ədəd dəyəri 300 olan 15 qramlıq, 925 əyarlıq gümüş qadın boyunbağısı, 750 ABŞ dolları 1 dollar 1 manat 70 qəpik məzənnə ilə 1275 manat və 200 manat nağd pulu oğurlanmışdır. Baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 15205 (on beş min iki yüz beş) manat maddi ziyan dəymişdir. Həmin zərər indiyə qədər ödənilməmişdir, buna görə də o, təqsirləndirilən şəxsdən şikayətçidir, dəymiş ziyanın ödənilməsinin təmin olunmasını və təqsirləndirilən şəxsə müvafiq cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs5 göstərdi ki, həyat yoldaşı evdə olmadığı üçün o, xx xxxxxx 2020-ci il tarixdə, saat 18 radələrində çıxıb qızının yaşadığı evə getmişdir. xx xxxxxx 2020-ci il tarixdə, saat 12 radələrində evə qayıdan zaman evin ikinci mərtəbəsində plastik pəncərənin açıq olduğunu görmüşdür. Açarla evin giriş qapısını açıb evə daxil olmuş və evin əşyalarının dağınıq olduğunu görmüşdür. Bundan sonra ikinci mətrəbədə olan yataq otağındakı paltar dolabının üstündə gizlətdiyi 10000 manat nağd pulun yerində olmadığını görmüş və oğurlandığını başa düşərək bu barədə DİN “102” xidmətinə məlumat vermişdir. Həmin zərər indiyə qədər ödənilməmişdir, buna görə də o, təqsirləndirilən şəxsdən şikayətçidir, dəymiş ziyanın ödənilməsinin təmin olunmasını və təqsirləndirilən şəxsə müvafiq cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 göstərdi ki, xx xxxxxxx 2020-ci il tarixdə, saat 07:30 radələrində özünə məxsus evdən çıxaraq işə getmişdir. Həmin gün saat 19:30 radələrində evə qayıdan zaman evin divarına bərkidilmiş, 01 ədəd dəyəri 110 manat olan “İstanbul” markalı su qızdırıcının oğurlandığını görmüşdür. Daha sonra evin içərisinə daxil olduqda oradan 01 ədəd dəyəri 110 manat olan “Bosch” markalı laqondanın, 01 ədəd dəyəri 80 manat olan markasını xatırlamadığı göy rəngli drelin, 01 ədəd dəyəri 155 manat olan markasını xatırlamadığı taxta kəsən aparatın, 35 manat dəyərində su qızdırıcı aksesuarların, 70 manat dəyərində elektrik avadanlıqlarının və 30 manat dəyərində elektrik kabelinin də oğurlandığını aşkar etmişdir. O, dərhal DİN “102” xidmətinə zəng edərək bu barədə məlumat vermiş, daha sonra polis əməkdaşları gələrək onun evinə baxış keçirtmişlər. Oğurluq nəticəsində ona ümumilikdə 590 manat maddi ziyan dəymişdir. Həmin zərər indiyə qədər ödənilməmişdir, buna görə də o, təqsirləndirilən şəxsdən şikayətçidir, dəymiş ziyanın ödənilməsinin təmin olunmasını və təqsirləndirilən şəxsə müvafiq cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 göstərdi ki, xx xxxxxxx 2020-ci il tarixdə, saat 06:30-da o və oğlu Yadigar evdən çıxaraq, evin qapı və pəncərələrini bağlayıb işə getmişlər. Həmin gün saat 19 radələrində o, evə gəlmiş və evin darvazasını açaraq həyətə, sonra isə giriş qapısını açıb evə daxil olmuşdur. Həmin vaxt o, evin əşyalarının dağınıq vəziyyətdə olduğunu görmüş və dərhal DİN “102” xidmətinə zəng edib bu barədə məlumat vermişdir. Bir qədər sonra sonra polis əməkdaşları və oğlu Yadigar gəlmiş, polis əməkdaşları evə baxış keçirmişlər. Həmin vaxt oğrunun evin pəncərəsini hansısa alətlə təzyiq göstərib açdığını müəyyən etmişlər. O, evə baxış keçirən zaman televizorun altındakı rəfdən ona məxsus dəyəri 150 manat olan 2 qramlıq, 580 əyarlıq nazik boyunbağının və həmin otaqda divarda asılmış qış gödəkcəsinin cibindən 1850 manat pulunun oğurlandığını aşkar etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 2000 manat maddi ziyan dəymişdir. Həmin zərər indiyə qədər ödənilməmişdir, buna görə də o, təqsirləndirilən şəxsdən şikayətçidir, dəymiş ziyanın ödənilməsinin təmin olunmasını və təqsirləndirilən şəxsə müvafiq cəza verilməsini xahiş edir. Məhkəmənin hazırlıq iclasında iştirak edən Zərərçəkmiş şəxs3 ərizə ilə məhkəməyə müraciət edərək bundan sonra məhkəmə iclaslarına gələ bilməyəcəyini, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini, oğurluq hadisəsi nəticəsində ona 4421 manat maddi ziyan dəydiyini, həmin zərərin indiyə qədər ödənilmədiyini, buna görə də təqsirləndirilən şəxsdən şikayətçi olduğunu göstərmiş, dəymiş ziyanın ödənilməsinin təmin olunmasını və təqsirləndirilən şəxsə müvafiq cəza verilməsini, növbəti məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ərizəsi nəzərə alınaraq onun ibtidai istintaq zamanı vermiş olduğu ifadə elan edilmişdir. Həmin ifadəsində o, göstərmişdir ki, Buzovna qəsəbəsi ünvan 5 ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evi ona məxsusdur. xx xxxxxxx 2020-ci il tarixdə, saat 19 radələrində yaşadığı evdən çıxaraq getmişdir. Həmin gün saat 22:30 radələrində evə qayıdan zaman evin qapısını açıb evə daxil olmuş, evin əşyalarının dağınıq olduğunu və qonaq otağının pəncərəsinin açıq olduğunu görmüşdür. Dərhal evə baxış keçirən zaman evin qonaq otağındakı masanın üstündə olan üzərində nömrə olmayan 01 ədəd dəyəri 300 manat olan “X4 3” markalı planşetin oğurlandığını görmüşdür. Bundan sonra evin yataq otağına baxan zaman paltar şifonerində balaca qutuda saxladığı 01 ədəd dəyəri 400 manat olan 583 əyarlıq, qaşsız qadın nişan üzüyünün və 3500 manat nağd pulunun oğurlandığını görmüşdür. Sonra oradan içərisində 221 manat nağd pulun, özünə məxsus şəxsiyyət vəsiqəsinin və “Kapital bank”a məxsus sosial müavinət plastik kartı olan 01 ədəd dəyəri 20 manat olan qəhvəyi rəngli dəri qadın əl çantasının da oğurlandığı görüb DİN 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Polis əməkdaşları gələrək evi müayinə etmişlər. xx xxxxxx 2020-ci il tarixdə o, evi yığışdıran zaman paltarların içindən qəhvəyi rəngli dəri qadın əl çantasını tapmış, əl çantasının zamokunu açan zaman içərisində özünə məxsus şəxsiyyət vəsiqəsinin və “Kapital bank”a məxsus sosial müavinət plastik kartının əl çantasının içində olduğunu görmüş, lakin əl çantasının içərisində olan 221 manat pul yerində olmamışdır. Oğurluq nəticəsində ona 4421 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs4 göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə, saat 11:15 radələrində ailəsi ilə birlikdə yaşadığı evdən çıxıb Buzovna qəsəbəsində yaşayan qohumlarıgilə qonaq getmiş, gedəndə evin qapı və pəncərələrini bağlamışdır. Həmin gün saat 20:30 radələrində yaşadığı evə qayıtmış və evin darvazasını açarla açıb həyətə daxil olmuşdur. Giriş qapısını açarla açıb evə daxil olanda evin əşyalarının dağınıq olduğunu görmüşdür. O, yataq otağına baxış keçirən zaman paltar şifonerində qızıl qabının içərindən saxladığı boyunbağı, qolbağ, üzük və sırğadan ibarət 583 əyarlıq, ümumi çəkisi 20 qramlıq, dəyəri 1800 manat olan kopmlektin, 01 ədəd dəyəri 500 manat olan üzərində zirkon qaşlar olan, 583 əyarlıq qadın nişan üzüyünün, 01 ədəd 583 əyarlıq, dəyəri 120 manat olan 1 qramlıq boyunbağının, 01 ədəd 583 əyarlıq, 4 qramlıq, dəyəri 300 manat olan yumru formalı kulonun, 01 ədəd 583 əyarlıq, 2 qramlıq, dəyəri 150 manat olan yarpaq formalı kulonun, 01 ədəd 583 əyarlıq, 2 qramlıq, dəyəri 100 manat olan yumru formalı kulonun, 01 ədəd 583 əyarlıq, 2 qramlıq, dəyəri 150 manat olan nazik toxunuşlu qadın boyunbağısının, 01 ədəd 583 əyarlıq, 2 qramlıq, dəyəri 170 manat olan nazik formalı qadın boyunbağısının, 01 cüt 583 əyarlıq, 3 qramlıq, üzərində xırda zirkon qaşlar olan, dəyəri 300 manat olan qadın sırğasının, 01 ədəd 583 əyarlıq, 3 qramlıq, dəyəri 200 manat olan yumru formalı qadın üzüyünün, 01 ədəd 583 əyarlıq, 3 qramlıq, dəyəri 200 manat olan ulduz formalı qadın üzüyünün, 01 ədəd dəyəri 50 manat olan gümüş qadın kulonunun oğurlandığının şahidi olmuşdur. Dərhal DİN “102” xidmətinə zəng edib bu barədə məlumat vermişdir. Sonra evə baxış keçirən zaman 2013-cü ildə 800 manata aldığı “Acer” markalı notebukun da oğurlandığını aşkar etmişdir. Bundan sonra polis əməkdaşları gəlib onun yaşadığı evi müayinə etmişlər. Oğurluq nəticəsində ona ümumilikdə 4840 manat maddi ziyan dəymişdir. Həmin zərər indiyə qədər ödənilməmişdir, buna görə də o, təqsirləndirilən şəxsdən şikayətçidir, dəymiş ziyanın ödənilməsinin təmin olunmasını və təqsirləndirilən şəxsə müvafiq cəza verilməsini xahiş eir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 göstərdi ki, o, 4 ildir ki, “Neftçilər” metrosunun yaxınlığında məlum olan obyektdə qızılların, gümüşlərin qəbulu, alışı və satışı ilə məşğul olur. Ümumilikdə isə 15 ilə yaxındır ki, “Neftçilər” metrosunun yaxınlığında müxtəlif obyektlərdə qızılların, gümüşlərin qəbulu, alışı və satışı ilə məşğul olur. xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 13:20 radələrində ona məxsus olan digər obyektdə işçisi olan Səidə ona zəng edərək bir nəfərin qızıl satmaq istədiyini bildirmişdir. Səidə işlədiyi obyektdə ətir satışı ilə məşğul olur. Həmçinin obyektin yuxarısında “Qızıl qəbulu” yazılmışdır. Onun məqsədi yolun digər tərəfindən gedən insanları da obyektə cəlb etməkdir. Səidəyə həmin müştərini onun yanına gətirməyini demiş, Səidə də həmin şəxsi onun yanına aparmışdır. Həmin şəxs sellofan paketin içərisində qızılları ona göstərmişdir. O, həmin şəxsdən qızılların ona məxsus olub-olmadığını və şəxsiyyətini təsdiq edən sənədinin olub-olmadığını soruşmuşdur. Həmin şəxs qızılların özünə məxsus olduğunu, özünə məxsus həyət evinin dam örtüyünü vurmaq üçün qızıl-zinyət əşyalarını satdığını bildirmiş və cibindən özünə məxsus şəxsiyyət vəsiqəsini çıxartmışdır. O, şəxsiyyət vəsiqəsinə baxanda həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu görmüşdür. Həmin qızılzinyət əşyaları bunlar olmuşdur: 01 ədəd qızıl 583 əyarlı saatlı şam formalı qolbağ, 01 cüt üstü gümüş olan 375 əyarlı qızıl sırğa, 01 ədəd qızıl müsəlman boyunbağı və 01 tay qızıl sırğa. O, Anarın gətirdiyi qızılları tərəzidə çəkmiş və 29,15 qram olduğunu görmüş, ona həmin qızıl-zinyət əşyalarına 1215 (min iki yüz on beş) manat verəcəyini bildirmişdir. Anar da onunla razılaşmış və o, qızılları götürüb Anara 1215 ( bir min iki yüz on beş) manat vermişdir. Sonra işçisi Anara məxsus şəxsiyyət vəsiqəsini və ona satdığı qızılların şəklini birlikdə çəkmişdir. Şəkli çəkəndən sonra şəxsiyyət vəsiqəsini Anara qaytarmışlar və o, obyektdən çıxıb getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 da Zərərçəkmiş şəxs6 Şixəmməd qızının ifadəsi ilə oxşar, eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etdi. İş materiallarına əlavə olunmuş ifadələrin yerində yoxlanılması barədə protokollardan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadələrinin dəqiqliyini yoxlamaq üçün onun ifadələri yerində yoxlanılmış və o, ifadələrində qeyd etdiyi xüsusatları istiqamətləndirici hərəkətləri ilə göstərərək bir daha təsdiq etmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəində çəkməklə və cəzaçəkməsinin əvvəli tutulduğu xx xxxxxxx 2017-ci il tarixdən hesablanmaqla 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmünə əsasən CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə ona təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 05 (beş) ay 25 (iyirmi beş) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-283/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli tutulduğu xx xxxxxx 2020-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, xx xxxx 1984-cü il təvəllüdlü Əliyev X2 Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən 1500 (min beş yüz) manat cərimə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2018ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli qərarına əsasən 05 (beş) ay 25 (iyirmi beş) gün şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir (götürülməmişdir). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs təkrarən saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla xeyli miqrarda maddi ziyan vurmaqla oğurluq etməsi cinayətini törətməsi onun özünün qismən etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü qismən təqsirli bilməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə xarakteri daşıyır və cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif edilmişdir və o, həmin maddələrlə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməlləri qismən etiraf edərək peşman olmasını, himayəsində iki azyaşlı və yetkinlik yaşına çatmayan bir uşağının olmasını Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına və məhkumluğunun ödənilməməsinə (götürülməməsinə) baxmayaraq, yenidən qəsdən cinayət törətməsini və bununla da Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaratmasını Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə iclasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə və xx xxxxx 2020-ci il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarı ilə 05 (beş) ay 25 (iyirmi beş) gün vaxtından əvvəl şərti azad edilməsinə baxmayaraq, xx xxxxxxx 2020-ci il, xx xxxxxxx 2020-ci il, xx xxxxxxx 2020-ci il, xx xxxxxx 2020-ci il, xx xxxxxx 2020-ci il və xx xxxxxx 2020-ci il tarixlərdə hazırda ittiham olunduğu cinayət əməllərini törətmişdir. Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tututlmuş qaydalar üzrə cəza təyin edir. Məhkəmə belə qənaətə gəlir ki, hazırkı iş üzrə Təqsirləndirilən şəxs barəsində hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Qanunvericiliyin qeyd olunan müddəasına əsasən məhkəmə belə hesab edir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 05 (beş) ay 25 (iyirmi beş) gün hissəsindən xx xxxxx 2020-ci il tarixdə şərti olaraq vaxtından əvvəl azad edilməsi ləğv edilməli və hazırkı iş üzrə hökmlərin məcmusu üzrə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 67.1 və 69.3-cü maddələrinə əsasən 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 05 (beş) ay 25 (iyirmi beş) gün hissəsi 01 (bir) gün azadlıqdan məhrum etmə cəzasına 01 (bir) gün hesabı ilə hesablanmaqla əvəz edilmiş 05 (beş) ay 25 (iyirmi beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. Azərbaycan Respublikasının CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün – azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli tutulduğu xx xxxxxx 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübut – Təqsirləndirilən şəxs qızıl-zinyət əşyalarını satması vaxtı müşahidə kamerasından götürülmüş videogörüntülər olan bir ədəd DVD disk hökm qanuni qüvvəyə mindikdən sonra iş materiallarında saxlanılmalıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, cinayət işi üzrə zərərçəkmiş şəxslər tərəfindən müxtəlif məbləğlərdə maddi ziyanın mövcudluğu göstərilsə də, təqsirləndirilən şəxsə qarşı belə bir tələb irəli sürülmədiyindən, həmin ziyanın tutulması barədə hər hansı qərar qəbul edilə bilməz. Ona görə də məhkəmə hesab edir ki, zərərçəkmiş şəxslərə hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 50 iş saatına görə (ibtidai istintaq zamanı 30 saat və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 20 saat) cəmi 300,00 (üç yüz) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, ekspertiza xərci yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 05 (beş) ay 25 (iyirmi beş) gün hissəsindən xx xxxxx 2020-ci il tarixdə vaxtından əvvəl şərti azad edilməsi Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən ləğv edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 05 (beş) ay 25 (iyirmi beş) gün hissəsi Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 03 (üç) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilsin və ona qəti olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli tutulduğu xx xxxxxx 2020-ci il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut – Təqsirləndirilən şəxs qızıl-zinyət əşyalarını satması vaxtı müşahidə kamerasından götürülmüş videogörüntülər olan bir ədəd DVD disk hökm qanuni qüvvəyə mindikdən sonra iş materiallarında saxlanılsın. Zərərçəkmiş şəxslərə hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 300,00 (üç yüz) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına (“xxxx” ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №1(003)-139/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-139/2021
14.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver