Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-14/2021 03.06.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş, subay, orta təhsilli, fərdi işlə məşğul olan, məhkum olunmamış, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs 24.03.2020-ci il tarixdə saat 16:30 radələrində etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan Zərərçəkmiş şəxs5 məxsus “Opel Astra minik” markalı ** VJ *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi Albalılıq yaşayış massivində Maştağa-Buzovna yolunun “Xəzər inşaat” mağazası və avtoyuma məntəqəsinin qarşısından keçən hissəsində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməli və bu zaman manevr təhlükəsiz olmaqla hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı və bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu qaydalara əməl etməyərək hərəkətini davam etdirib arxaya hərəkət etməklə ehtiyatsızlıqdan Maştağa-Buzovna yolunda birinci hərəkət zolağına daxil olub Zərərçəkmiş şəxs3 etibarnamə ilə idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan Zərərçəkmiş şəxs4 məxsus “BMW 520 minik” markalı ** HF *** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına çıxaraq sola dönüb Buzovna qəsəbəsi istiqamətində hərəkət etməyə başlayarkən Zərərçəkmiş şəxs3 idarə etdiyi “BMW 520 minik” markalı ** HF *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi ilə ehtiyyatsızlıqdan Təqsirləndirilən şəxs idarə etdiyi “Opel Astra minik” markalı ** VJ *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol hissəsini vurmuş, bunun ardınca isə Zərərçəkmiş şəxs3 idarəetməni itirib avtomobilin qabaq hissəsi ilə Buzovna qəsəbəsindən Maştağa qəsəbəsinə gedən yolun sağ tərəfində dayanmış vəziyyətdə olan Zərərçəkmiş şəxs1 məxsus “Mercedes E 220 CDİ minik” markalı ** HK *** dövlət qeydiyyat nişanlı avtomobili, ardınca isə “Mercedes” markalı avtomobilin yaxınlığında dayanıb söhbət edən piyadalar Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 Kamil oğlunu vurmaqla Zərərçəkmiş şəxs2 hər iki göz ətrafı nahiyənin qançırları, döş qəfəsinin, sağ qalça nahiyəsinin sıyrıqları, hər iki diz oynağı bağlarının zədələnməsi və hər iki qamış sümüyünün yerdəyişən, qapalı sınığı ilə nəticələnən ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən çox dayanıqlı itirilməsinə səbəb olan sağlamlığa ağır dərəcəli zərərvurmaya aid xəsarətlər almasına, Zərərçəkmiş şəxs1 ənsə nahiyəsinin, sol qaşın əzilmiş yaraları, sağ əlin, sağ dizin sıyrıqları, sol qamış sümüyünün kondiluslararası qopma xarakterli sınığı ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır dərəcəli zərər vuran xəsarətlər almasına, sürücü Zərərçəkmiş şəxs3 sol gözaltı nahiyənin, sol üst göz qapağının qançırları, sol dirsəyin sıyrığı ilə nəticələnən sağlamlığa zərərvurmayan dərəcələri təyin edilməyən xəsarətlər almasına, Zərərçəkmiş şəxs5 Mirməhəmməd oğluna avtomobilin əzilməsi nəticəsində 1445 manat, Zərərçəkmiş şəxs4 avtomobilin əzilməsi nəticəsində 5310 manat, Zərərçəkmiş şəxs1 Kamil oğluna 4022 manat maddi ziyan vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətməklə yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında qeydiyyat olaraq yaşayır. “BC” dərəcəli sürücülük hüququ verən sənədi var, 7 ilə yaxındır ki, sürücülük edir. Opel Astra markalı **-VJ-*** dövlət qeydiyyat nişanlı şəxsi avtomobili var. Həmin avtomobili bir il müddətinə baş etibarnamə ilə 09 fevral 2020-ci il tarixdə Zərərçəkmiş şəxs5 13500 manata almışdır. 24 mart 2020-ci il tarixdə saat 16:30 radələrində idarə etdiyi “Opel Astra” minik markalı, **-VJ-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi Albalılıq yaşayış massivində Maştağa qəsəbəsindən Buzovna qəsəbəsinə gedən yolun sağ hissəsində “Xəzər inşaat” mağazası ilə üzbəüz yerləşən avtoyuma məntəqəsindən çıxartmaq üçün 1,5-2 metr məsafədə arxaya hərəkət etməklə Maştağa-Buzovna yoluna daxil olub Buzovna qəsəbəsinə tərəf, yəni sola dönüb hərəkətə başladığı an arxa tərəfdə eyni istiqamətdə “BMW 520 minik” markalı **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan, sonradan adını bildiyi Əsəd adlı şəxs idarə etdiyi avtomobilin qabaq hissəsi ilə qırıq-qırıq xətti keçib idarə etdiyi “Opel Astra minik” markalı, **-VJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol hissəsini vurmuş, bunun ardınca isə “BMW 520 minik” markalı, **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü idarəetməni itirib avtomobilin qabaq hissəsi ilə Buzovna qəsəbəsindən Maştağa qəsəbəsinə gedən yolun sağ tərəfində dayanmış vəziyyətdə olan “Mercedes” markalı avtomobili, ardınca isə “Mercedes” markalı avtomobilin yaxınlığında dayanıb söhbət edən iki nəfər piyadaları, yəni Etibar və Faiqi vurub xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs ifadəsində həmçinin əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslər ilə barışdığını, onlara dəymiş ziyanı ödədiyini, zərərçəkmiş şəxslərin ondan şikayət və tələbinin olmadığını göstərmiş və bu səbəbdən barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 24 mart 2020-ci il tarixdə təxminən saat 16:20 radələrində idarə etdiyi özünə məxsus “Mercedes E 220 CDİ minik” markalı, **-HK-*** dövlət qeydiyyat nişanlı avtomobillə işi ilə əlaqədar Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi Albalılıq yaşayış massivində yerləşən “Xəzər inşaat” mağazasına gəlib tikinti materialları almış, daha sonra idarə etdiyi avtomobillə hərəkət edərək qanuni şəkildə yolun digər tərəfində “Xəzər inşaat” mağazası ilə üzbəüz olan dəmirçi emalatxanasının qarşısına gəlib avtomobili yoldan təxminən 6-7 metr aralıda arxa tərəfi yola paralel tərəf dayanmış formada saxlamışdır. Bundan sonra avtomobildən düşüb dəmirçi emalatxanasında işləyən Etibarı səsləyərək avtomobilinin yanına çağırmışdır. Onunla işinə aid gördürmək istədiyi qaynaq işləri ilə əlaqədar məsləhət etməyə başlamışdır. Yenicə söhbətə başlayan zaman həmin yerdə yol-nəqliyyat hadisəsi baş vermişdir. Belə ki, həmin vaxt görə bilmədiyi avtomobil əvvəlcə özünə məxsus dayanmış vəziyyətdə olan “Mercedes E 220 CDİ minik” markalı, **-HK-*** dövlət qeydiyyat nişanlı avtomobili, ardınca isə arxa tərəfdən onu və Etibarı vurmuşdur. Etibar zərbənin təsirindən uçub kənara düşmüş, özü isə kapotun üstündə təxminən 20 metr məsafəyədək aparıb yerə salmışdır. Həmin vaxt aldığı zərbənin təsirindən huşunu itirmişdir. Daha sonra həmin yerdə olan şəxslər köməklik edib onu ayıltmışlar. Ayılanda görmüşdür ki, artıq təcili tibbi yardım maşını həmin yerə gəlmişdir. Bundan sonra həm onu, həm də Etibarı təcili tibbi yardım avtomobili ilə 3 saylı şəhər klinik xəstəxanasına aparmışlar. Xəstəxanada tibbi yardım aldıqdan sonra öz istəyi ilə koronavirus xəstəliyi ilə bağlı ehtiyat edib xəstəxanada qalmaq istəməmiş və ailə üzvlərinin köməkliyi ilə yaşadığı evə gəlmişdir. Həmin vaxtdan bugünə kimi mütəmadi olaraq yaşadığı evdə ambulator müalicə alır. Sonradan bilmişdir ki, hadisə vaxtı Buzovna qəsəbəsi istiqamətində hərəkət edən “BMW” markalı avtomobilin sürücüsü həmin yerdə arxaya hərəkət etməklə onun hərəkət zolağına çıxaraq dönmə əməliyyatı edən “Opel Astra” markalı avtomobili vurmuş, daha sonra ona məxsus “Mercedes E 220 CDİ minik” markalı, **-HK-*** dövlət qeydiyyat nişanlı avtomobili, onun ardınca onları vurmuşdur. Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirərək, bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi Albalılıq yaşayış massivində “Xəzər inşaat” mağazası ilə üzbəüz yerləşən dəmirçi emalatxanasında dəmirçi işləyir. 24 mart 2020-ci il tarixdə saat 16:30 radələrində emalatxananın qarşısında müştərisi olan Zərərçəkmiş şəxs1 ilə söhbət etmişdir. Bu zaman yolda iki avtomobil toqquşmuşdur. Həmin avtomobillərdən biri, yəni “BMW” markalı avtomobil yoldan çıxıb emalatxananın qarşısında dayanmış vəziyyətdə olan Zərərçəkmiş şəxs1 avtomobilinə çırpılmışdır. Bundan sonra həmin “BMW” markalı avtomobil ona və söhbət etdiyi müştərini, yəni Zərərçəkmiş şəxs1 vurmuşdur. Hadisə ani olduğundan avtomobillərin hansı şəraitdə toqquşamasını görməmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində hər iki ayaqları və dörd qabırğası sınmışdır. Bununla bağlı ağır əməliyyat keçirmişdir. Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirərək, bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 14 ildir avtomobil idarə edir, sürücülük hüququ verən vəsiqəsi var. 24.03.2020-ci il tarixdə saat 16.30 radələrində etibarnamə ilə idarə etdiyi “BMW” markalı ** HF *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Mağtağa qəsəbəsindən Buzovna qəsəbəsinə gedən bir istiqamətli iki zolaqlı yolun sağdan birinci zolağı ilə saatda təqribən 70 km sürətlə hərəkətdə olan zaman 10 metr qarşıda yolun sağ tərəfində atvoyuyucudan çıxan Opel markalı avtomobil onun hərəkətdə olduğu zolaqda arxa arxaya hərəkət etdiyini görüb idarə etdiyi avtomobilin sürətini azaldıb avtomobili sağdan ikinci zolaq istiqamətində döndərib hərəkətini davam etdirdi. Qarşıda arxa arxaya tərəf hərəkət edən Opel markalı avtomobilin sürücüsü idarə etdiyi avtomobili qarşı tərəfə hərəkətə gətirərək onun hərəkətdə olduğu sağdan ikinci zolağa daxil olub yolda olan qoşa xətdən keçib yolun əks istiqamətinə hərəkət etdiyini görmüşdür. Avtomobillərin toqquşmasından yayınmaq məqsədilə idarə etdiyi avtomobil ilə yolda istiqamətləri ayıran qoşa xətti keçib yolun əks istiqamətində, yəni Buzovna qəsəbəsi istiqamətində idarə etdiyi avtomobil ilə hərəkətini davam etdirmişdir. Bu zaman yolda olan qoşa xətti keçib yolun əks istiqamətində hərəkət edən Opel markalı avtomobil idarə etdiyi avtomobilin qarşısına çıxmış və o, idarə etdiyi avtomobil ilə yolun əks istiqamətində Opel markalı avtomobilə çırpılmışdır. Bundan sonra idarə etdiyi “BMW” markalı avtomobilin idarəetməsini itirib yolun əks istiqamətində fəaliyyət göstərən dəmirçi sexinin qarşısında dayanmış Mercedes markalı avtomobilin arxa hissəsinə çırpılmışdır. Tam dayanmış vəziyyətdə olan Mercedes markalı avtomobil də qarşı tərəfdə dayanmış iki nəfər piyada şəxsə dəymişdir. Həmin şəxslər xəsarət almışlar. Hadisədən sonra bilmişdir ki, xəsarət alan şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 olmuşdur. Zərərçəkmiş şəxs3 təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirərək, bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, “BMW” 520 markalı, **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi özüdür. Həmin avtomobili 08.07.2019-cu il tarixdə sürmək hüququ verən bir illik etibarnamə ilə Zərərçəkmiş şəxs3 6300 manata satmışdır. Sonradan bilmişdir ki, 26.03.2020-ci il tarixdə saat 16:30 radələrində həmin avtomobil yol nəqliyyat hadisəsi zamanı əzilmişdir. Zərərçəkmiş şəxs4 təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirərək, bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, Opel Astra markalı ** VJ *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi özüdür. Həmin avtomobili 09.02.2020-ci il tarixdə bir illik baş etibarnamə ilə 13500 manata Təqsirləndirilən şəxs satmışdır. Sonradan bilmişdir ki, 26.03.2020-ci il tarixdə saat 16.30 radələrində həmin avtomobil yol nəqliyyat hadisəsi zamanı əzilmişdir. Zərərçəkmiş şəxs5 təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirərək, bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, Opel Astra markalı ** VJ *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi özüdür. Həmin avtomobili 09.02.2020-ci il tarixdə bir illik baş etibarnamə ilə 13500 manata Təqsirləndirilən şəxs satmışdır. Sonradan bilmişdir ki, 26.03.2020-ci il tarixdə saat 16.30 radələrində həmin avtomobil yol nəqliyyat hadisəsi zamanı əzilmişdir. Zərərçəkmiş şəxs5 təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirərək, bu barədə məhkəməyə ərizə təqdim etdi. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4-Təcrübi və Tədris Birliyinin 25.03.2020-ci il tarixli, 300 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 bədənində aşkar edilmiş xəsarətlər-sol gözaltı nahiyənin, sol üst göz qapağının qançırları, sol dirsəyin sıyrığı küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun məhkəmə tibb müayinəsindən bir gün əvvəl olmaqla, qərarda göstərilən 24.03.2020-ci il tarixli yol nəqliyyat hadisəsinə uyğun gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarına dərəcələri təyin edilmir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4-Təcrübi və Tədris Birliyinin 26.03.2020-ci il tarixli, 304 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarətlər- ənsə nahiyəsinin, sol qaşın əzilmiş yaraları, sağ əlin, sağ dizin sıyrıqları, sol qamış sümüyünün kondiluslararası qopma xarakterli sınığı küt əşya (əşyalar) təsirindən törənmişlər, törənmə müddətləri onun 3 saylı KŞX-na müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən 24.03.2020-ci il tarixli yol nəqliyyat hadisəsinə uyğun gələ bilər və sağlamlığın uzun müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa az ağır dərəcəli zərərvurmaya aiddirlər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4-Təcrübi və Tədris Birliyinin 04.06.2020-ci il tarixli, 13-ə/330 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədənində aşkar edilmiş xəsarətlər- hər iki gözətrafı nahiyənin qançırları, döş qəfəsinin, sağ qalça nahiyəsinin sıyrıqları, hər iki diz oynağı bağlarının zədələnməsi və hər iki qamış sümüyünün yerdəyişən, qapalı sınığı küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun 3 saylı KŞX-na müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən 24.03.2020-ci il tarixli yol nəqliyyat hadisəsinə uyğun gəlir. Dərəcəsinə görə ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən çox dayanıqlı itirilməsinə səbəb olan sağlamlığa ağır dərəcəli zərərvurmaya aiddirlər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 20.04.2020-ci il tarixli, 8\272 saylı rəyindən görünür ki, “Opel Astra” markalı, **-VJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarına əlavə edilmiş sərxoşluq vəziyyətinin tibbi müayinəsinin 24.03.2020-ci il tarixli, 1\822 saylı aktından görünür ki, sürücü Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu müəyyən olunmamışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nə dair 13.05.2020-ci il tarixli tələbnaməsindən görünür ki, xx xxxxxx 1993-cü ildə Yardımlı rayonunda anadan olmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə onun zərərçəkmiş şəxslər ilə barışdığı, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbinin olmadığı və gələcəkdə də olmayacaqları qeyd edilmiş və bu səbəbdən onun cinayət məsuliyyətindən azad edilərək, iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə onun Təqsirləndirilən şəxs ilə barışdığı, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyi, ona qarşı heç bir şikayət və tələbinin olmadığı və gələcəkdə də olmayacağı qeyd edilmiş və bu səbəbdən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin cinayət məsuliyyətindən azad edilərək, iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə onun Təqsirləndirilən şəxs ilə barışdığı, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyi, ona qarşı heç bir şikayət və tələbinin olmadığı və gələcəkdə də olmayacağı qeyd edilmiş və bu səbəbdən təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilərək, iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 28.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq hüququ vardır.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikası Konstitusiyasının 125.7-ci maddəsinə əsasən “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsinə əsasən “Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” QEYD: Bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” 29.01.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “CMnin 263-cü maddəsinə görə isə avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan zərəçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına (CM-nin 263.1-ci maddəsi), eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə (CM-nin 263.2-ci maddəsi), və ya iki və daha çox şəxsin ölümünə (CM-nin 263.3-cü maddəsi) səbəb olduqda şəxs həmin maddədə göstərilmiş sanksiyalara məruz qalır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun” 15.11.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması yalnız o zaman cinayət məsuliyyətinə səbəb olur ki, bu, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümü və ya onun sağlamlığına ağır, yaxud da az ağır zərər vurulması ilə nəticələnmiş olsun. Eyni əməllər, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına yüngül zərər vurulmaqla nəticələndikdə və ya ona miqdarından asılı olmayaraq maddi ziyanın vurulmasına səbəb olduqda, habelə sair hallarda qeyd edilən qaydaları pozan təqsirləndirilən şəxs cinayət məsuliyyəti deyil, mülki-hüquqi, yaxud inzibati məsuliyyət daşıyır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin şərh edilməsinə dair” 10.04.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirildikdə və ya zərər çəkən şəxsə maddi zərər vurulduqda, inzibati məsuliyyət yaranır. Yolnəqliyyat hadisəsi daha ağır nəticələrə səbəb olduqda isə ictimai münasibətlər artıq cinayət qanununun müddəaları ilə tənzimlənir. Belə ki, CMin 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda, cinayət məsuliyyəti yaranır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.3-cü maddəsinə əsasən “Başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 73.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir.” Azərbaycan Respublikası CPM-in 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72, 73 və 74-cü maddələrində nəzərdə tutulmuş “ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs” anlayışının şərh edilməsinə dair” 25.12.2009-cu il tarixli qərarında göstərilmişdir ki, “Ağır və xüsusilə ağır cinayətlərdən fərqli olaraq böyük ictimai təhlükə törətməyən, şəraitin dəyişməsi ilə bağlı həmçinin az ağır cinayətlərə qanunvericinin belə imtiyazlı münasibəti qanuni ictimai marağa xidmət edir. Bununla da belə cinayətlər kateqoriyasına aid olan təqsirli əməl törətmiş şəxs cinayət qanununun qeyd olunan normalarında göstərilən şərtləri yerinə yetirməklə artıq ictimai təhlükəli olmadığını ifadə etdiyi halda, cinayət məsuliyyətinə cəlb olunmadan onun belə davranışdan çəkinməsinə, islah olunmasına və ictimaiyyətdə qəbul olunmuş birgəyaşayış qaydalarına riayət etməsinə nail olunur.” Məhkəmə, iş üzrə təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışmasını, zərərçəkmiş şəxslərin ona qarşı şikayətinin olmamasını və törədilmiş cinayət əməli ilə əlaqədar ziyanın ödənildiyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməklə cinayət işinin icraatına xitam verilməlidir. Məhkəmə bu nəticəyə gələrkən qeyd edir ki, iş üzrə zərərəkmiş şəxslərdən Zərərçəkmiş şəxs1 az ağır, Zərərçəkmiş şəxs2 ağır xəsarət almışdır. Təqsirləndirilən şəxs ilə zərərçəkmiş şəxslər arasında barışıq əldə edilmiş və zərəçəkmiş şəxslərə dəymiş ziyan tam şəkildə ödənilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Göründüyü kimi təqsirləndirilən şəxsin törətdiyi əməl zərərçəkmiş Zərərçəkmiş şəxs1 münasibətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin, zərərçəkmiş Zərərçəkmiş şəxs2 münasibətdə isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsinin tərkibini yaradır. Lakin təqsirləndirilən şəxs hər iki zərərçəkmiş şəxslə barışdığı üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsinə əsasən iş üzrə icraata xitam verilməli və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə 100 (bir yüz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut yoxdur. Məhkəmə həmçinin hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 40.1, 40.2, 43.3, 321.1, 321.2.1, 347, 384.1.3-cü maddələrini və Azərbaycan Respublikası CM-in 73-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə başlanılmış cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X2, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 12 saata görə 72 (yetmiş iki) manat, Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat, ümumilikdə 222 (iki yüz iyirmi iki) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı hüquq məsləhətxanasının hesablaşma hesabına (“xxxx” ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi1 ödənilməsi 8 saylı Vəkil Bürosuna həvalə edilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərar, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(003)-14/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-14/2021
03.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver