Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-140/2020 15.09.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət X1 Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxx 1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, lakin məhkumluğu ödənilmiş, Bakı şəhəri, Yasamal rayonu, 22-ci Nərimanov döngəsi ev 14-də qeydiyyatda olan, ünvan 1-da yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı soyuq silah hesab edilən ov bıçağını əldə edib üzərində gizlətmiş, xx xxxxxxxx 2019-cu il tarixdə, saat 22 radələrində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Qızıl-Qum bağlar sahəsi, fərdi evə daşıyaraq üzərində saxlamışdır. Bununla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, X3 Buzovna kəndindən kənd adamı kimi tanıyır. Təxminən avqust ayının əvvəlləri Elşən Cabarov ona zəng vurub görüşmək istəmişdir. O, Elşənlə Buzovna qəsəbəsində görüşmüş və Elşən ondan avtomobili satıb satmadığını soruşmuşdur. Həmin vaxt onda «VAZ 2107» markalı avtomobil var idi. Həmin avtomobili o, kredit yolu ilə almışdır. Krediti ödəyə bilmədiyi üçün satmaq qərarına gəlmişdir. Bu haqda da Elşən xəbər tutmuşdur. Elşənə avtomobilini satmaq fikri olduğu barədə xəbəri təsdiq etmişdir. Elşən ondan avtomobili almaq istədiyini bildirmiş və onlar razılaşmışlar. Belə ki, Elşən ona 1500 manat pul verərək avtomobili ondan almışdır. Elşənlə danışığı belə olmuşdur ki, avtomobilin qalan kredit borcunu Elşən ödəməlidir. Lakin bir müddət sonra ona məlum olmuşdur ki, Elşən avtomobilin pulunu qaytarmayıb və avtomobili onun əlindən sahibi geri alıb. Bu haqda Elşən ona zəng vurub xəbər vermiş və ona verdiyi pulu geri istəmişdir. Həmçinin Elşən avtomobilə əlavə xərc çəkdiyi üçün pulu 200 manat çox istəmişdir. O, Elşənlə razılaşmış və pulu qaytarmaq üçün xx xxxxxxxx 2019-cu il tarixdə, saat 22:00 radələrində atası Mayıl və bibisi oğlu Arif ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Qızıl-Qum bağlar sahəsində yerləşən Elşənin yaşadığı evə getmişdir. Həmin vaxt Elşəngildə Elşən, atası Əmrah və qardaşı Yadulla var idi. Söhbət zamanı Elşən ilə atası Əmrahın danışıqlarından içkili olduğunu bilmişdir. Əmrah atası ilə kobud danışdığından Elşənə demişdir ki, onlar bura mədəni söhbət etməyə gəlmişlər. Bundan sonra Elşən oturduğu yerdən durub onun üzərinə gəlmiş və o, Elşənin onu vuracağını bilib ayağa qalxaraq əli ilə onu itələmiş, Elşən yerə yıxılmışdır. Bunu görən Yadulla onun üzərinə hücum çəkmişdir. O, onların onu döyəcəyini fikirləşib əvvəlcə əli ilə Yadullanı vurmuş, sonra isə belində olan bıçağı çıxarıb Yadullanı qorxutmaq istəmişdir. Həmin vaxt bıçaq Yadullaya dəyərək xəsarət yetirmişdir. Bunu görən atası Mayıl, Arif və Əmrah onları ayırıb sakitləşdirmişlər və onlar çıxıb getmişlər. Həmin vaxt qeyd olunan bıçaq isə Elşəngilin evində yerə düşdüyündən orada qalmışdır. Mübahisə zamanı orada o, atası Mayıl, Əmrah, Yadulla, Elşən və Arif olmuş, başqa heç kim olmamışdır. Mübahisə təxminən 5 dəqiqə davam etmişdir. Mübahisə zamanı yalnız o əli ilə Elşənə, bıçaqla isə Yadullaya xəsarət yetirmişdir. Həmin vaxt başqa heç kimə xəsarət yetirməmişdir. Mübahisə zamanı ona heç kim xəsarət yetirməmişdir. Hadisə zamanı istifadə etdiyi bıçağı təxminən 2016-cı ildə Bakı şəhəri «Kubinka» adlanan yerdə yerləşən mağazalardan birindən 20 manata suvenir kimi almışdır. Fərdi işlə məşğul olduğundan işi ilə əlaqədar ona bıçaq lazım olur və bu məqsədlə həmin bıçağı üzərində gəzdirir. Hadisə vaxtı da işdən çıxıb Elşəngilə getdiyindən həmin vaxt bıçaq üzərində olmuşdur. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, yeni ailə qurmasını və ailəsini maddi cəhətdən özünün təmin etməsini bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 bildirdi ki, Elşənlə oğlu aralarında razılaşaraq oğlunun maşınını almışdır. Elşən oğluna 1500 manat pul verərək avtomobili ondan almışdır. Elşənlə danışığı belə olmuşdur ki, avtomobilin qalan kredit borcunu Elşən ödəməlidir. Lakin bir müddət sonra məlum olmuşdur ki, Elşən avtomobilin pulunu qaytarmayıb və avtomobili onun əlindən sahibi geri alıb. Bu haqda Elşən oğluna zəng vurub xəbər vermiş və verdiyi pulu geri istəmişdir. Oğlu Elşənlə razılaşmış və pulu qaytarmaq üçün xx xxxxxxxx 2020-ci il tarixdə, saat 22:00 radələrində o, və Arif ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Qızıl-Qum bağlar sahəsində yerləşən Elşənin yaşadığı evə getmişlər. Həmin vaxt Elşəngildə Elşən, atası Əmrah və qardaşı Yadulla var idi. Söhbət zamanı Elşən ilə atası Əmrah içkili idilər. Əmrah onunla kobud danışdığı oğlunun xoşuna gəlməmişdir. Bundan sonra Elşənlə Zakirin arasında mübahisə yaranmışdır, Zakir Elşəni əli ilə vurmuşdur, Elşən yerə yıxılmışdır. Bunu görən Yadulla Zakirin üzərinə hücum çəkmişdir. Mübahisə zamanı orada o, oğlu, Əmrah, Yadulla, Elşən və Arif olmuş, başqa heç kim olmamışdır. Mübahisə təxminən 5 dəqiqə davam etmişdir. Zakirin əlində bıçağı görməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X6 bildirdi ki, Təqsirləndirilən şəxs Buzovna kəndindən kənd adamı kimi tanıyır. Aralarında heç bir münasibət olmamışdır. Təxminən avqust ayının əvvəllərində avtomobil almaq qərarına gəlmişdir. Bunun üçündə tanışlardan satılacaq avtomobil olarsa ona xəbər vermələrini xahiş etmişdir. Bir gün eşitmişdir ki, Təqsirləndirilən şəxs «VAZ 2107» markalı avtomobil satır. Zakirlə Buzovna qəsəbəsində görüşmüş və orada ondan avtomobil satıb-satmadığını soruşmuşdur. Zakir «VAZ 2107» markalı avtomobilini satdığını təsdiq etmişdir. Zakir ona bildirmişdir ki, avtomobili hissə-hissə ödənişlə də sata bilər. Onlar aralarında 6200 manata razılaşmışlar. Belə ki, Zakir ona bildirmişdir ki, əvvəlcə ona 1000 manat ödəməlidir, ayda isə 225 manat olmaqla ödənişi davam edəcək. O, 1000 manat pulu yerindəcə Zakirə vermişdir. Üstündən iki gün keçəndən sonra həmin avtomobili Zakirdən təhvil almışdır. Zakir ona bildirmişdir ki, təxminən üç gün sonra avtomobilə aid etibarnaməni də ona verəcəkdir. Lakin həmin gündən bir ay keçməyinə baxmayaraq Zakir ona avtomobilə aid heç bir sənəd və etibarnamə verməmişdir. O, hər gün zəng vurub Zakirdən etibarnamə istəsə də, Zakir müxtəlif bəhanələrlə ondan yayınmışdır. Nəticədə yol-patrul xidməti avtomobili əlindən alaraq cərimə meydançasına aparmışdır. Orada müəyyən olunmuşdur ki, avtomobil heç Zakirin deyil, başqa adama məxsusdur. Zakirə eyni qaydada həmin avtomobil kreditlə satılmışdır. Zakir isə krediti ödəyə bilmədiyindən avtomobili ona satmışdır. O, bununla bağlı ərizə ilə 2-ci PŞ-nə müraciət etmişdir. xx.xx.2019cu il tarixdə yaşadığı evdə olarkən Təqsirləndirilən şəxs, atası Mayıl və onların sonradan adını bildiyi Arif adlı qohumları onunla əlaqə saxlayıb bildirmişlər ki, Zakirin ondan avtomobil üçün ümumi aldığı 1566 manat pulu geri qaytarmaq istəyirlər. O, razılıq vermişdir və xx xxxxxxxx 2019-cu il tarixdə, saat 22:00 radələrində Zakir, atası Mayıl və qohumları Arif onun evinə gəlmişlər. Həmin vaxt evdə o, atası Əmrah və Yadulla olmuşdur. Avtomobillə bağlı söhbət zamanı aralarında mübahisə yaranmış və mübahisə zamanı Zakir əli ilə onu vurub yerə yıxmışdır. Daha sonra Yadulla Zakirə yaxınlaşdığından Zakir üzərində olan bıçağı çıxarıb Yadullanı vurmuşdur. Atası Əmrah, Mayıl və Arif bunu görüb bizi ayıraraq sakitləşdirmişlər, Zakirgil çıxıb getmişdir. Həmin vaxt Zakirin bıçağının evdə düşüb qaldığını görmüş və o, bıçağı götürüb polisə apararaq təqdim etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X4 bildirdi ki, Təqsirləndirilən şəxs Mail oğlunu Buzovna kəndindən kənd adamı kimi tanıyır. Aralarında heç bir münasibət olmamışdır. Təxminən avqust ayının əvvəllərində oğlu Elşən avtomobil almaq qərarına gəlmişdir. Oğlu Təqsirləndirilən şəxs «VAZ 2107» markalı avtomobili almışdır. Zakir oğluna bildirmişdir ki, təxminən üç gün sonra avtomobilə aid etibarnaməni də ona verəcəkdir. Lakin, həmin gündən bir ay keçməyinə baxmayaraq Zakir oğluna avtomobilə aid heç bir sənəd və etibarnamə verməmişdir. Elşən hər gün zəng vurub Zakirdən etibarnamə istəsə də, Zakir müxtəlif bəhanələrlə ondan yayınmışdır. Nəticədə yol-patrul xidməti avtomobili əllərindən alaraq cərimə meydançasına aparmışdır. Orada müəyyən olunmuşdur ki, avtomobil heç Zakirin deyil, başqa adama məxsusdur. Zakirə eyni qaydada həmin avtomobil kreditlə satılmışdır. Zakir isə krediti ödəyə bilmədiyindən avtomobili Elşənə satmışdır. xx.xx.2019cu il tarixdə yaşadıqları evdə olarkən Təqsirləndirilən şəxs, atası Mayıl və sonradan adını bildiyi Arif adlı qohumları Elşənlə əlaqə saxlayıb bildirmişlər ki, Zakir avtomobil üçün ümumi aldığı 1566 manat pulu geri qaytarmaq istəyir. xx xxxxxxxx 2019-cu il tarixdə, saat 22:00 radələrində Zakir, atası Mayıl və qohumları Arif evlərinə gəlmişlər. Həmin vaxt evdə o, Elşən və Yadulla olmuşdur. Avtomobillə bağlı söhbət zamanı aralarında mübahisə yaranmış və mübahisə zamanı Zakir əli ilə Elşəni vurub yerə yıxmışdır. Daha sonra Yadulla Zakirə yaxınlaşdığından Zakir üzərində olan bıçağı çıxarıb Yadullanı vurmuşdur. O, Mayıl və Arif bunu görüb onları ayıraraq sakitləşdirmişlər, Zakirgil çıxıb getmişdir. Həmin vaxt Zakirin bıçağının evdə düşüb qaldığını görmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X5 bildirdi ki, Təqsirləndirilən şəxs Mail oğlunu Buzovna kəndindən kənd adamı kimi tanıyır. Aralarında heç bir münasibət olmamışdır. xx xxxxxxxx 2019-cu il tarixdə, saat 22:00 radələrində Zakir, atası Mayıl və qohumları Arif evlərinə gəlmişlər. Həmin vaxt evdə o, atası Əmrah və Elşən olmuşdur. Avtomobillə bağlı söhbət zamanı Zakirlə Elşənin arasında mübahisə yaranmış və mübahisə zamanı Zakir əli ilə Elşəni vurub yerə yıxmışdır. Həmin zaman o, həyətdə quşlarına yem verirdi. Səsə gedərək Elşənlə Zakirin dalaşdıqlarını görüb o da mübahisəyə qatılmışdır. Daha sonra Zakir üzərində olan bıçağı çıxarıb onu vurmuşdur. Atası Əmrah, Mayıl və Arif bunu görüb onları ayıraraq sakitləşdirmişlər, Zakirgil çıxıb getmişdir. Aparılmış təhqiqat zamanı şahid qismində izahatı alınmış Şahid5 məhkəmə iclasında iştirak etmədiyi üçün onun izahatı məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid5 təhqiqat zamanı verdiyi izahatında qeyd edilmişdir ki, Elşənlə Zakir aralarında razılaşaraq Zakirin maşınını almışdır. Elşən Zakirə 1500 manat pul verərək avtomobili ondan almışdır. Elşənlə danışığı belə olmuşdur ki, avtomobilin qalan kredit borcunu Elşən ödəməlidir. Lakin bir müddət sonra məlum olmuşdur ki, Elşən avtomobilin pulunu qaytarmayıb və avtomobili onun əlindən sahibi geri alıb. Bu haqda Elşən Zakirə zəng vurub xəbər vermiş və verdiyi pulu geri istəmişdir. Zakir Elşənlə razılaşmış və pulu qaytarmaq üçün xx xxxxxxxx 2020-ci il tarixdə, saat 22:00 radələrində o, Mayıl və Zakir ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Qızıl-Qum bağlar sahəsində yerləşən Elşənin yaşadığı evə getmişlər. Həmin vaxt Elşəngildə Elşən, atası Əmrah və qardaşı Yadulla var idi. Söhbət zamanı Elşən ilə atası Əmrah içkili idilər. Əmrah Mayıl ilə kobud danışdığı Zakirin xoşuna gəlməmişdir. Bundan sonra Elşənlə Zakirin arasında mübahisə yaranmışdır, Zakir Elşəni əli ilə vurmuşdur, Elşən yerə yıxılmışdır. Bunu görən Yadulla Zakirin üzərinə hücum çəkmişdir. Mübahisə zamanı orada o, Zakir, Əmrah, Yadulla, Elşən və Mayıl olmuş, başqa heç kim olmamışdır. Mübahisə təxminən 5 dəqiqə davam etmişdir. Zakirin əlində bıçağı görməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən məhkəmə ballistik ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 26947 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, tədqiqata təqdim edilmiş 01 ədəd bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilir. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1994-cü ildə Bakı şəhərində doğulmuş Təqsirləndirilən şəxs Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 69.3, 70.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsində təqsirli bilinərək ona 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməklə 01 (bir) il şərti olaraq sınaq müddəti təyin edilmişdir. xx.xx.2019-cu il tarixdə şərti sınaq müddəti bitdiyindən qeydiyyatdan çıxarılmışdır. Hazırda məhkumluğu ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 31.1-ci maddəsinə əsasən “Hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “CM-nin 228.4-cü maddəsində geyim ləvazimatı hesab oluduğu ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla, qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə, satma və ya gəzdirməyə görə cinayət məsuliyyəti nəzərdə tutulur. «Xidməti və mülki silah haqqında» Qanunun 2-ci maddəsinin 6-cı bəndinə əsasən soyuq silah dedikdə, konstruksiyasına, ölçülərinə və materiallarına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan (milli geyim ləvazimatı hesab olunan hallar istina edilməklə xəncər, beybut, ov bıçağı, qılınc,süngü bıçaqları və s.) sair kəsici- deşici və qarışıq təyinatlı silahlar, habelə insan əzələsinin və ya mexaniki qurğunun enerjisi hesabına istiqamətlənmiş hərəkət edərək müəyyən məsafədən hədəfi zədələmək təyintına malik olan nizə, döyüş baltası, və s. eləcə də zərbədağıdıcı təsirli əşyalar-beşbarmaqlar, nunsakalar, gürzlər, toppuz və s. aid edilir.” Azərbaycan Respublikası Xidməti və mülki silah haqqında Qanunun 2.6cı maddəsinə əsasən “Soyuq silah - konstruksiyasına, ölçülərinə və materialına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan, xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan silahdır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəllənin 59.2-ci maddəsinə əsasən əməlini etiraf etməsini, səmimi peşman olmasını, yeni ailə qurmasını, ailədə yeganə işləyənin özünün olmasını və ailəsini maddi təmin etməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsinə əsasən “Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla, üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, yuxarıda göstərilən yüngülləşdirici halları nəzərə almaqla yanaşı eyni zamanda qeyd edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli özü səmimi olaraq etiraf etmiş və etdiyi əməldən peşman olmuşdur. Təqsirləndirilən şəxs ailə qurmuş, o, ailəsində yeganə işləyən şəxsdir və ailə üzvlərini maddi təmin edir. Həmçinin məhkəmə bildirir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edildiyi halda onun ailəsinin maddi rifahı aşağı düşəcəkdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsinin sanksiyasına uyğun olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Lakin, məhkəmə təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən hallar və onların mahiyyəti, həmçinin onun şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, cəzanın məqsədlərinə qismən nail olunduğunu nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan yüngül cəza növünü, yəni azadlığın məhdudlaşdırılması cəzasını təyin etsin. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, həmin cəza təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında ağır cəzaya alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx xxxx 2003-cü il tarixli qərarının ikinci bəndinin məhkəmələrə tövsiyəsinə görə isə, belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır. Məhkəmənin fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının deyil, azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” xx.xx.2009-cu il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluğun ödənilməsi şəxsin törətdiyi cinayətə görə məhkum olunması faktı ilə əlaqədar bütün hüquqi nəticələrin qanunla nəzərdə tutulmuş müddətin keçməsi nəticəsində sona yetməsi deməkdir. Şəxsin məhkum olunmamış hesab edilməsi üçün xüsusi məhkəmə qərarı və yaxud bu faktı təsdiq edən hər hansı başqa sənəd tələb olunmur. Qüvvədə olan cinayət qanunvericiliyində məhkumluğun ödənilməsi müddətlərinin təyin olunmuş cəzaya və törədilmiş cinayətə uyğun olaraq differensasiyası aparılır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.1-ci maddəsinə əsasən “Şərti məhkum edilmiş şəxslər barəsində - sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda məhkumluq ödənilmiş hesab olunur.” Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 69.3, 70.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsində təqsirli bilinərək ona 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməklə 01 (bir) il şərti olaraq sınaq müddəti təyin edilmişdir. xx.xx.2019-cu il tarixdə şərti sınaq müddəti bitdiyindən Təqsirləndirilən şəxs cəzadan azad edilmişdir. Qanunvericiliyinin tələbinə görə Təqsirləndirilən şəxs məhkumluğu xx.xx.2019-cu il tarixdə ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən “Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır.” İş üzrə 40 (qırx) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında xx xxx 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 40 (qırx) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (Dövlət Xəzinadarlığı Agentliyi, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 15 saata görə 90 (doxsan) manat, Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 60 (altmış) manat, ümumilikdə 150 (bir yüz əlli) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı hüquq məsləhətxanasının hesablaşma hesabına (“xxxxxxxxxxx” ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(003)-140/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-140/2020
15.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver