Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-140/2021 29.07.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Müdafiəçi- Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.1970-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ali təhsilli, işləməyən, evli, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 xx.xx.1982-ci il tarixdə Lerik rayonu, Lüləkəran kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, əvvəllər məhkum olunmayan, Lerik rayonu, Lüləkəran kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib gəlir əldə etmək niyyəti ilə tanışları Təqsirləndirilən şəxs1 və X7 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Zərərçəkmiş şəxs sonuncunun oğlu Səbuhi Hüseynovun barəsində Bakı şəhəri, Xətai RPİ-nin İstintaq Şöbəsində AR CM-nin 234.4.1. və 234.4.3-cü maddələri ilə istintaqı aparılan cinayət işi üzrə sonuncunu həbsdən buraxdıracağına dair yalandan vəd verib aldadaraq Zərərçəkmiş şəxs 2020-ci ilin sentyabr ayının 3-də, saat 11 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Əli İsazadə küçəsində yerləşən kafedə Təqsirləndirilən şəxs1 və Elməddin Hüseynovun vasitəsilə 5.000 (beş min) manat məbləğində pulu, həmin işi həll etmək üçün istintaqa məlum olmayan şəxslərə verilməsindən ötrü 2020-ci ilin sentyabr ayının 3-də, saat 16 radələrində Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən «Naxçıvan» karqonun yaxınlığında Təqsirləndirilən şəxs1 və Elməddin Hüseynovun vasitəsilə 2.000 (iki min) manat məbləğində pulu, özünün həmin işdə vəkillik etməsi üçün 2020-ci ilin sentyabr ayının 4-də, təxminən saat 18:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Əli İsazadə küçəsində yerləşən kafedə Təqsirləndirilən şəxs1 və Elməddin Hüseynovun vasitəsilə 1.000 (bir min) manat məbləğində pulu, maddənin dəyişdirilməsindən ötrü müstəntiqə verilməsi üçün 2020-ci ilin oktyabr ayının 5-də, saat 06:30 radələrində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən «Bravo» marketin qarşısında Təqsirləndirilən şəxs1 və Elməddin Hüseynovun vasitəsilə 10.000 (on min) manat məbləğində pulu və işi məhkəmədə həll etmək üçün 2020-ci ilin oktyabr ayının 15-də, saat 07:30 radələrində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən «Bravo» marketin qarşısında Təqsirləndirilən şəxs1 və Elməddin Hüseynovun vasitəsilə 14.500 (on dörd min beş yüz) manat məbləğində pulu, ümumilikdə 32.500 (otuz iki min beş yüz) manat məbləğində pulu aldadıb ələ keçirərək Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib gəlir əldə etmək niyyəti ilə tanışları Təqsirləndirilən şəxs2 və X7 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Zərərçəkmiş şəxs sonuncunun oğlu Səbuhi Hüseynovun barəsində Bakı şəhəri, Xətai RPİ-nin İstintaq Şöbəsində AR CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə istintaqı aparılan cinayət işi üzrə sonuncunu həbsdən buraxdıracağına dair yalandan vəd verib aldadaraq Zərərçəkmiş şəxs 2020-ci ilin sentyabr ayının 3-də, saat 11 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Əli İsazadə küçəsində yerləşən kafedə Təqsirləndirilən şəxs2 və Elməddin Hüseynovun vasitəsilə 5.000 (beş min) manat məbləğində pulu, həmin işi həll etmək üçün istintaqa məlum olmayan şəxslərə verilməsindən ötrü 2020-ci ilin sentyabr ayının 3-də, saat 16 radələrində Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən «Naxçıvan» karqonun yaxınlığında Təqsirləndirilən şəxs2 və Elməddin Hüseynovun vasitəsilə 2.000 (iki min) manat məbləğində pulu, Təqsirləndirilən şəxs2 həmin işdə vəkillik etməsi üçün 2020-ci ilin sentyabr ayının 4-də, təxminən saat 18:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Əli İsazadə küçəsində yerləşən kafedə Təqsirləndirilən şəxs2 və Elməddin Hüseynovun vasitəsilə 1.000 (bir min) manat məbləğində pulu, maddənin dəyişdirilməsindən ötrü müstəntiqə verilməsi üçün 2020-ci ilin oktyabr ayının 5-də, saat 06:30 radələrində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən «Bravo» marketin qarşısında Təqsirləndirilən şəxs2 və Elməddin Hüseynovun vasitəsilə 10.000 (on min) manat məbləğində pulu və işi məhkəmədə həll etmək üçün 2020-ci ilin oktyabr ayının 15-də, saat 07:30 radələrində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən «Bravo» marketin qarşısında Təqsirləndirilən şəxs2 və Elməddin Hüseynovun vasitəsilə 14.500 (on dörd min beş yüz) manat məbləğində pulu, ümumilikdə 32.500 (otuz iki min beş yüz) manat məbləğində pulu aldadıb ələ keçirərək Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, 2020-ci ilin sentyabr ayının sonu, oktyabr ayının əvvələrində tanışı Əflatun adlı şəxs ona zəng edib Namiq adlı şəxsin ondan xahiş etdiyini, Zaur adlı şəxsin yanına gələcəyini demiş və bildirmişdir ki, bir nəfəri narkotik vasitə ilə polis həbs edib ona kömək etmək lazımdır. Bundan sonra Zaur, Xudaşükür, Əbdül və Elməddin adlı şəxslər onun yanına, Nərimanov rayonu ərazisində yerləşən ofisinə gəlmişlər. Zaur bildirmişdir ki, Xudaşükürün oğlunu polis küllü miqdarda narkotiklə tutmuşdur. Nəsimi onların ona təqdim etdikləri qərarı oxumuşdur. Zaur demişdir ki, bu işlə prokurorluq məşğul olur, həmin adam böyük bir adamdır, o, sadəcə hüquqşünaslıq edəcəkdir. Nəsimi xidmət haqqı olaraq Xudaşükürdən 1.000 manat pul istəmiş və onunla müqavilə bağalamağını demişdir. Səhəri gün Xudaşükür ofisə gələrək ona etibarnamə vermişdir. Təxminən iki gün sonra Zaur onun yanına gəlmiş və ona 990 manat pul vermişdir. O, Zaurdan 1.000 manat istədiyini demiş, Zaur demişdir ki, ona 990 manat verilmişdir. Bundan sonra Zaur ona demişdir ki, «sən heç bir işə qarışma, bu işlə prokurorluq məşguldur, sən sadəcə hüquqşünaslıq elə». Zaur ara-sıra onunla əlaqə saxlayıb demişdir ki, «sən qarşıma, bütün işlər yaxşıdı, tez müddətə Xudaşükürün oğlu buraxılacaq». O da Xudaşükürə demişdir ki, «narahat olma, əlini qoy ürəyinin üstünə, hər şey yaxşı olacaq, oğlunu buraxacaqlar». Zaur ona bildirmişdir ki, «respublika prokurorluğunda bu işlə məşgul olurlar, sən müqavilə bağla ki, Xudaşükürün adından çıxış edəsən». O, Zaurun Xudaşükürdən ümumilikdə aldığı 32.500 manatdan ona 26.500 manat verməsini yalan danışmışdır. O, Zərərçəkmiş şəxsla müqavilə bağlayıb Zaurdan müqavilə üçün Xudaşükürün verdiyi 990 manat pulu alsa da hüquqi yardım edə bilməmişdir. O, sonradan Zaura zəng edib nə fikirləşdiyini soruşmuş, həmin vaxt Zaur demişdir ki, narahatçılıq yoxdur, bu iş məhkəmədə həll olunacaq, bu səbəbdən də o, Xudaşükürə zəng edib demişdir ki, narahat olmasın məhkəmədə oğlunun işi həll oluncaqdır. O, təqdim olunmuş səs yazılarının ona məxsus olmasını göstərmişdir. Ona Zaur əvvəldən demişdir ki, «sənə Xudaşükür nə desə, denən ki, hər şey yaxşı olacaq». Bu səbəbdən də o, Xudaşükürə demişdir ki, boş şeydir, narahat olmasın və orada görsənmişdir ki, o, Xudaşükürə demişdir ki, birinci gün gələcək və onunla başqa şeylər danışacaqdır. Təqsirləndirilən şəxs2 son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyini, onunla barışıq əldə etdiyini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, himayəsində iki azyaşlı uşağının olmasını bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, o, əməlindən tam olaraq peşmandır. Təxminən 3-4 ay bundan əvvəl tanışı Elməddin ona Xudaşükür adlı tanışının oğlunun narkotik vasitələrin qanusuz dövriyyəsi ilə məşğul olduğu üçün Xətai rayon polisi tərəfindən tutulduğunu demiş və ona kömək etmək lazım olduğunu bildirmişdir. O, Elməddinlə və Xudaşükürlə birlikdə görüşüb söhbət etmişlər. Bundan sonra o, təsadüfən tanıdığı Nəsimi adlı vəkillə görüşüb ona baş vermiş məsələni danışmış, həmin vaxt Nəsimi ona demişdir ki, 35.000 manata bu işi həll edəcək və demişdir ki, həmin puldan ona 2.000 (iki min) manat verəcəkdir. Bundan sonra o, Elməddin və Xudaşükürlə görüşmüş və Xudaşükürdən bu iş üçün 2020-ci ilin sentyabr ayının 3-də, saat 11 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən kafedə Elməddin Hüseynovun vasitəsilə 5.000 manat məbləğində pulu almışdır. Xudaşükür pulu Elməddinə vermiş, Elməddin də həmin məbləğdə pulu ona vermişdir. Elə həmin gün, yəni 2020-ci ilin sentyabr ayının 3-də onlar birlikdə Nərimanov rayonunda Nəsiminin ofisinə getmişlər, orada Nəsimi müqavilə bağlamaq üçün 1.000 manat pul istəmiş, Xudaşükür 1.000 manatı Nəsimiyə verməmiş, lakin onlar müqavilə bağlamışlar, yəni Nəsimi şəxsiyyət vəsiqəsinin surətini Xudaşükürə verib hansısa notariusa getməyi tapşırmışdır ki, etibarnamə alsın ki, lazım olanda işə çıxsın. Ona isə Nəsimi demişdir ki, saat 19.00 qədər pulu gətirər. Qeyd etmişdir ki, Nərimanovda olarkən o, Xudaşükürə yalan danışaraq ondan bu iş üçün 3.000 manat pul istəmişdir. Xudaşükürə demişdir ki, həmin 3.000 manatın 1.000 manatını Nəsimiyə verməlidir, qalan 2.000 manatı isə prokurorun sürücüsünə verməlidir ki, Orxan adlı prokurora versin. Xudaşükür isə ona demişdir ki, üstündə 2.000 manat var və həmin məbləğdə pulu özünün Reno markalı avtomobilində Elməddinə vermişdir. Elməddin də həmin məbləğdə pulu ona vermişdir. Sonra oradan yaşadığı evə qayıtmış və Xudaşükürün ona əvvəlcədən verdiyi 5.000 manat puldan 1.000 manatını sayıb Nəsimiyə zəng etmiş, pulu gətirmək istədiyini demiş, Nəsimi də demişdir ki, sabah saat 10.00-da gələrsən. O, səhəri gün Nəsiminin yanına gedib 1.000 manat məbləğində pulu ona vermişdir. 4 sentyabr 2020-ci il tarixdə Xudaşükür Nəsiminin adına etibarnamə vermişdir. Daha sonra, Nəsimi ondan 10.000 manat məbləğində pul istəmiş və demişdir ki, həmin 10.000 manatı Xətai rayon prokuroruna verəcəkdir. O da bunu Xudaşükürə deyib 2020-ci ilin oktyabr ayının 5-də, saat 06:30 radələrində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən «Bravo» marketin qarşısında Xudaşükürdən 10.000 manat məbləğində pulu alaraq Nərimanova getmiş və orada Nəsimiyə vermişdir. Təxminən bir həftə sonra Nəsimi ona zəng edib onu görüşə çağırmışdır. O, Nərimanovda Nəsimi ilə görüşmüş və Nəsimi ona demişdir ki, məhkəmənin sədrinə vermək üçün Xudaşükürdən 15.000 manat da alıb gətirsin. O da bunu Xudaşükürə demişdir. 2020-ci ilin oktyabr ayının 15-də, saat 07:30 radələrində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən «Bravo» marketin qarşısında eyni məqsədlə Elməddinin vasitəsilə 15.000 manat məbləğində pulu almışdır. Həmin vaxt Xudaşükür ona demişdir ki, oğlunun yanına getməlidir, ancaq cibində pul qalmamış, pulu qurtarmışdır. O da buna görə Xudaşükürün ona verdiyi 15.000 manat puldan 500 manat ayırıb Xudaşükürə vermiş və ona demişdir ki, oğlunun yanına getsin. Xudaşükürdən 14.500 manat məbləğində pulu alıb elə həmin gün, saat 15.00 radələrində Nəsimi ilə Nərimanovda görüşüb 14.500 manat məbləğində pulu ona vermişdir. Ümumilikdə Xudaşükürdən oğlunun işinə görə 32.500 (otuz iki min beş yüz) manat məbləğində pul almış, həmin məbləğdə pulun 26.500 manatını Nəsimiyə vermiş, özünə isə 6.000 manat qalmışdır. O, sonradan 6.000 manatı Xudaşükürə qaytarmışdır. Təqsirləndirilən şəxs1 son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyini, onunla barışıq əldə etdiyini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, himayəsində iki azyaşlı uşağının olmasını bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirdi ki, oğlu X5 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün Xətai RPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilmişdir. Hazırda oğlu CM-nin 234.4.3-cü maddəsi ilə həbsdədir və onun işi məhkəmə baxışındadır. O, oğlunun işinə köməklik etmək istəmişdir. Təxminən bir il bundan əvvəl onun mağazasından mebel almış Elməddin adlı şəxsin əvvəllər Binə qəsəbəsində işlətdiyi kafeyə gəlib çay içən zaman Elməddin ona yaxınlaşmış və o, baş vermiş hadisəni Elməddinə danışmışdır. Həmin vaxt Elməddin ona demişdir ki, «adam var, o sənin oğlunu həbsdən buraxdıra biləcək». Bundan sonra Elməddin onu Zaur adlı şəxslə tanış etmişdir. O, Zaura baş vermiş hadisəni danışmış, Zaur ona oğlunu həbsdən buraxdıracağını demişdir. O, Zaurdan oğlunu həbsdən hansı formada buraxdıracağını soruşanda Zaur ona söz vermişdir ki, on beş gün ərzində oğlunu həbsdən buraxdıracaqdır. Onların bu söhbəti sentyabr ayının bir-ikisi arası olmuşdur. O, Zaurdan bu işə görə lazım olacaq məbləği soruşmuş, Zaur həmin vaxt ona 14.000 manata oğlunu buraxdıracağına söz vermiş və həmin gün pulun 5.000 manatını ondan istəmişdir. O, həmin gün pulu verə bilməyəcəyini, səhəri gün verəcəyini demişdir. Səhəri gün, təxminən 2020-ci ilin sentyabr ayının 3-də, saat 11 radələrində o, Zaur və Elməddinlə birlikdə sonuncunun Binə qəsəbəsində əvvələr işlətdiyi kafedə görüşüb Zaurun yanında Elməddinə 5.000 manatı vermiş, Elməddin də həmin pulu onun yanında sayıb Zaura vermişdir. Həmin vaxt o, Zaurdan işin gedişatını soruşmuş, Zaur bildirmişdir ki, «müəllimin özünün vaxtı olmadığı üçün bizi bir nəfərin yanına göndərəcək, həmin şəxs vəkil kimi bu işləri idarə edəcək». O, Zaurdan müəllimin kim olduğunu soruşmuş, Zaur ona həmin müəllimin baş prokurorun 3-cü müavini olduğunu və həmin şəxsin onun bağında işlədiyini, onunla bu barədə danışdığını və həmin şəxsin məsələni həll edəcəyini demişdir. Həmin gün, yəni ki, 03.09.2020-ci il tarixdə, axşam təxminən saat 16 radələrində Elməddin, Zaur, bacısı oğlu Əbdül və o, Nərimanov rayonu ərazisində, Nərimanov parkının yaxınlığında yerləşən «Naxçıvan Karqo»suna getmişlər. Orada həmin təşkilat yerləşən binaya daxil olmuşlar. Orada Zaur onları Təqsirləndirilən şəxs2 ilə tanış etmiş və sonuncuya demişdir ki, onları «müəllim» göndərib. Həmin vaxt Zaur onlara demişdir ki, Nəsimini ilk dəfədir görür. Zaur Nəsimiyə demişdir ki, «bizi müəllim göndərib, Xudaşükürün oğlu tutulub, müəllim bildirdi ki, sən bu işi həll edəsən». O, Nəsimiyə sual vermişdir ki, oğlunun buraxılmasını hansı formada həll edəcək, Nəsimi ona bildirmişdir ki, «mən bu işdə yalnız «müəllimin» tapşırığı ilə hərəkət edəcəm, müəllim hansı formada göstəriş versə, mən həmin formada hərəkət edəcəm». Həmin vaxt Nəsimi ona demişdir ki, vəkill haqqı olaraq 1.000 manat pul verməlidir və onunla müqavilə bağlamalıdır. O, razılaşmış, Nəsimi ona özünə məxsus şəxsiyyət vəsiqəsinin surətini vermiş və yaxınlıqda yerləşən notariat kontoruna zəng edib kiminləsə danışmış və ona bildirmişdir ki, həmin kontora gedib onun adına etibarnamə versin. O, Nəsiminin dediyi kimi etmiş, o, etibarnaməni bağlayıb vermişdir. Həmin vaxt Zaur ondan əlavə 3.000 manat isəmiş və demişdir ki, 1.000 manat Nəsimiyə verməlidir, 2.000 manat isə prokurorun sürücüsünə verməlidir ki, Orxan adlı prokurora versin. Həmin vaxt onun üstündə 2.000 manat olmuş, o, həmin pulu Nərimanov rayonu ərazisində həmin karqonun yaxınlığında özünə məxsus, ** BV *** dövlət qeydiyyat nişanlı, «Reno» markalı avtomaşında 2.000 manatı Elməddinə vermişdir. Elməddin pulu sayıb onların yanında Zaura vermişdir. Bundan sonra o, Elməddin və Əbdül Zaurdan ayrılıb Binə qəsəbəsinə gəlmişlər. Həmin ərəfədə onlar Zaurla mütəmadi olaraq görüşmüşlər. 04 sentyabr 2020-ci il tarixdə o, Əbdül, Zaur və Elməddin sonuncunun işlətdiyi kafedə görüşmüşlər, orada o, 1.000 manat məbləğində pulu Zaura vermişdir. Həmin vaxt Zaur ona demişdir ki, «müəllim» sentyabr ayının 15-nə oğlunu buraxdıracaq, buna görə həmin tarixədək 14.000 manatı ona çatdırmalıdır, əlavə olaraq məhkəmədə oğlu 4.000 manat cərimə ediləcək və həmin məbləğ də ödənilməlidir. O, Zaurla razılaşmışdır. 05 sentyabr 2020-ci il tarixdə, saat 12 radələrində yenə də o, Əbdül, Zaur və Elməddin sonuncunun işlətdiyi kafedə görüşmüşlər və həmin vaxt Zaur demişdir ki, «müəllim bildirib ki, dövlətə ödəniləcək 4.000 manatı mənim özümə verər». O, 4.000 manatın hara ödənilməsinin ona fərqi olmadığını deyib, oğlunun buraxılmasını istədiyini bildirmişdir. Onlar söhbət etdikdən sonra birlikdə Nəsiminin yanına getmişlər. Həmin vaxt Əbdül Nəsimidən işlərin necə getdiyini soruşmuş, Nəsimi cavab olaraq demişdir ki, «işlər qaydasındadır, müəllim tapşırıb mən həmin tapşırıqla gedirəm». Həmin vaxt Nəsimi ondan soruşmuşdur ki, «mən müəllimin tapşırığı ilə bu işləri görürəm, sabahsı gün kiminsə yanında yalançı çıxmayacam ki». O, Nəsimidən nə üçün yalançı çıxa biləcəyini soruşmuş, Nəsimi demişdir ki, «mənim danışdığım işin ödəməsini ödəyə bilibbilməməyimi dedi». O, bu işi razılaşıb onun yanına gəldiyini deyib pulun bir hissəsini artıq ödədiyini bildirmişdir. Lakin bundan əvvəl Zaur ona demişdir ki, «müəllimin tapşırığı olub ki, Nəsimi pulun məbləğini bilməməlidir». Bu səbəbdən də o, Nəsimi ilə söhbət edən zaman hansı məbləğdə pul verməyini ona deməmişdir. Bundan sonra o, hər gün Zaurla əlaqə saxlayıb işin nə yerdə olduğunu soruşmuş, o, hər dəfə problemin olmadığını demişdir. Lakin o, Zaura inanmadığı üçün Əbdüllə birlikdə Nəsimin yanına getmiş, Nəsimidən işin nə yerdə olduğunu soruşmuş, Nəsimi ona demişdir, «əlini qoy ürəyinin üstünə, narahat olma, qısa müddətə müəllimin tapşırığı ilə oğlun buraxılacaq». Səhv etmirsə, 14.09.2020-ci il traixdə oğlunu saxlandığı 1 saylı X4 RPİ-yə etap etmişlər. O, bu barədə Zaura məlumat vermiş, Zaur maraqlanıb ona məlumat verəcəyini demiş, təxminən iki saat sonra Zaur ona zəng edib oğlunun «müəllimin» tapşırığı ilə Xətai RPİ-yə gətirldiyini demiş və sentyabr ayının 15-də, yəni ki, səhəri gün məhkəmə olacağını və oğlunu buraxacaqlarını demişdir. 15.09.2020-ci il tarixdə Zaurla Nəsiminin vədləri olmamış, yəni ki, oğlu buraxılmamış, o, Zaur və Elməddin Nəsimin yanına gəlmişlər, o, onların hər ikisinə bu günki tarixdə oğlunun buraxlılacağını ona söz verdiklərini, lakin hansı səbəbdən oğlunun buraxılmadığını onlardan soruşmuş, Nəsimi ona demişdir ki, «müəllim deyib ki, BMCMİ-i bir qrup tutub, onların sənin oğlunla əlaqələri olub-olmaması yoxlanılır, bu səbəbdən də oğlun bu gün buraxılmadı və iş müvəqqəti olaraq dayandı». Təxminən iki gün sonra oğlunu yenidən 1 saylı İstintaq Təcridxanasına etap etmişlər. Təxminən iki gün sonra, 19.09.2020-ci il tarixdə Əbdüllə birlikdə Nəsimin yanına gəlmişlər. O, işin nə yerdə olduğunu soruşmuş, Nəsimi bildirmişdir ki, «problem yoxdur, BMCMİ-yə saxlanılan şəxslərlə oğlunun heç bir əlaqəsi müəyyən olunmayıb, müəllimin tapşırığı ilə işlər gedir». O, Nəsimidən bu işi necə həll edəcəyini bir daha soruşmuş, Nəsimi ona bildirmişdir ki, oğlunun maddəsini 234.5-ci maddəyə dəyişdirəcəkdir. Bundan sonra onun onlara inamı itdiyi üçün hər gün Zaur və Nəsimi ilə görüşmüş, onlar hər ikisi narahat olmamağı, oğlunun buraxılacağını ona söz vermişlər. Hətta bir neçə dəfə Zaur onunla, güya «müəllimlə» danışmışdır. Sentyabr ayının təxminən sonlarında, oktyabr ayının əvvəllərində Zaurla yenidən görüşmüş, həmin vaxt Zaur ona bildirmişdir ki, «müəllim» bu işin ağır olduğunu deyir və 35.000 manat pul verməli olduğunu bildirmişdir. O, Zaura həmin məbləğdə pulunun olmadığını demişdir. Sonra o, Əbdüllə yenidən Nəsiminin yanına getmişlər, Nəsimidən yenə də işin necə olduğunu soruşmuş, Nəsimi isə həmişəki kimi ona demişdir ki, «əlini qoy ürəyinin üstünə, müəllimin tapşırığı ilə işlər qaydasında gedir, lakin elə et ki, mən kiminsə yanında yalançı çıxmayım». O, həmin vaxt Nəsimin pul barəsində kiminsə yanında yalançı çıxmamağını dediyni anlamış, lakin Zaurun sözünə görə ki, «müəllim deyib ki, verdiyim pulun məbləğini Nəsimi bilməməlidir», bu səbəbdən də yenə Nəsimiyə Zaura verdiyi pulun məbləğini deməmişdir. Bundan sonra o, onların hərəkətlərindən şübhələnib onların hər hansı iş görüb-görmədiklərini yoxlamaq üçün Nəsimiyə demişdir ki, oğlunun telefonunu müstəntiqdən götürsün, Nəsimi də ona yalandan demişdir ki, guya prokurorun yanına oğlunun işi üçün gedən zaman oğlunun işini aparan müstəntiqlə görüşdüyünü və sonuncu telefonun ona lazım olduğunu demişdir. Bundan sonra o, Nəsiminin verdiyi vədə görə arxayınlaşaraq Zaurla razılaşmışdır. Belə ki, ümumilikdə 35.000 manatı Zaura verməyinə razılaşmışdır. Həmin günə qədər o, Zaura artıq 8.000 manat vermişdir. Bundan bir neçə gün sonra oktyabr ayının xatırlamadığı tarixində oğlunu yenə Xətai RPİ-yə etap etmişlər. O, bu barədə Zaura və Nəsimiyə məlumat vermiş, onlar hər ikisi ona demişlər ki, «narahat olma, maddəsi dəyişmək üçün gətirilib». Bunun səhəri günü oğlunun dövlət tərəfindən təyin olunmuş vəkili Mehdi Hüseynzadə ona zəng edib oğlu barəsində olan cinayət işinin CM-nin 234.4.3-cü maddəsi ilə məhkəməyə gedəcəyini demişdir. Onlar birlikdə Xətai RPİ-yə getmiş, o, aşağıda gözləmiş, vəkilə demişdir ki, «işlə maraqlan gör hansı maddə ilə iş məhkməyə gedir» Çünki Nəsimi ona maddənin dəyişdirələcəyini söz vermişdir. Mehdi işlə maraqlanmış və CM-nin 234.4.3-cü maddəsi ilə artıq yekunlaşdığını demişdir. O, cinayət işinə imza atmamağını demiş və Zaurla Nəsimiyə zəng edib, maddənin dəyişmədiyini demişdir. Onlar hər ikisi ona gözləməyini və vəkilin imza çəkməməsini demişlər. Təxminən bir saat sonra Zaur ona zəng edib təcili olaraq maddənin dəyişməsi üçün müstəntiqə 10.000 manat verilməli olduğunu demişdir. O, pulu nə vaxt verməli olduğunu demiş, Zaur demişdir ki, «müəllim səhər saat 8-də bağdan çıxır, mən də həmin vaxt pulu sürücüsünə verməliyəm ki, onlar aparıb pulu çatdırsınlar». Təxminən oktyabr ayının 5-də, saat 06.30-da Xəzər rayonu, Mərdəkan qəsəbəsində «Bravo» marketin qarşısında Zaurla görüşüb 10.000 manatı ona vermişdir. Həmin gün, saat 11.00 radələrində o, Nəsimiyə zəng etmiş, Nəsimi bildirmişdir ki, narahat olmasın, pul sahibinə çatıb və məsələ həll olunacaqdır. Bundan sonra o, oğlunun cinayət işinin CM-nin 234.4.3-cü maddəsi ilə məhkəməyə getdiyini bilmişdir. Yenidən Nəsimiyə və Zaurə zəng edib bu barədə demiş, onlar aydınlaşdırıb ona məlumat verəcəklərini demişlər. Sonradan hər ikisi ona zəng edib narahatçılığın olmadığını və işi məhkəmədə bağlayacaqlarını demişlər. Bundan sonra o, yenidən Nəsimi ilə görüşən zaman hansı səbəbdən maddənin dəyişmədiyini və işin müsbət həll olunmadığını soruşmuş, əlavə olaraq 10.000 manat da verdiyini demişdir. Nəsimi demişdir ki, «narahat olma, maddə dəyişilməsə də müəllim danışıb 234.5-ci maddə ilə oğlun məhkəmədə buraxılacaq». Bundan sonra Zaur ona demişdir ki, «müəllim dedi ki, müstəntiq məni eşitmədi, mən onun barəsində ölçü götürəcəm, əlavə 15.000 manata işi məhkəmədə bağlayacaq». Bundan sonra o, Nəsimi ilə görüşmüş və 18.000 manat məbləğində pulu Zaura verdiyini deyib, sonuncunun əlavə 15.000 manat istədyini demişdir. Həmin vaxt Nəsimi ona demişdir ki, pulun qalanını onsuz Zaura verməsin. Həmin gün axşam saatlarında Elməddin ona zəng edib Binə qəsəbəsində əvvələr işlətdiyi kafeyə çağırmış, o, həmin yerə gəlmiş, Elməddin ona demişdir ki, 15.000 manatı Zaura versin. O, Zaurla söhbət etmiş, Elməddinlə Zaur onu arxayın etmişlər ki, narahat olma, işi Zaur həll edəcəkdir. 15 oktyabr 2020-ci il tarixdə, saat 07:30-da Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən «Bravo» marketin qarşısında Zaurla və Elməddinlə görüşüb, sonuncuya 15.000 manat vermiş, Elməddin də həmin pulu Zaura vermişdir. Bununla da o, ümumilikdə onlara 32.500 manat məbləğində pul vermişdir. 17.10.2020-ci il tarixdə Əbdüllə birlikdə Nəsimi ilə 20 Yanvar metrostansiyasının yaxınlığında görüşmüşlər, yenidən işlərin necə getdiyini Nəsimidən soruşmuş, Nəsimi işlərin qaydasında getdiyini demiş, həmin vaxt o, Zaura ümumilikdə 32.500 manat məbləğində pul verdiyini Nəsimiyə demişdir. Nəsimi ona bildirmişdir ki, Zaur onu aldatmış, onlar 20.000 manata danışmışlar, həmin məbləğdən artıq pul olmamalı idi və ona demişdir ki, «Zaura verdiyin pulu geri al, mən işi özüm öz adamlarımın vasitəsi ilə həll edərəm». Əlavə olaraq həmin vaxt Nəsimi demişdir ki, «müəllim deyilən şəxs yoxdur, gedin pulunuzu alın, həmin məbləği verin mənə, mən onu buraxdıracam». O, Zaurla görüşmüş və təcili olaraq pulunu qaytarmağını demişdir. Həmin vaxt Zaur ondan üç gün vaxt istəmiş, lakin pulu qaytarmamışdır. Əlavə olaraq bildirmişdir ki, o, Zaurdan pulunu istəməyə başlayanda Nəsimi ona zəng edib Namik adlı şəxsin ona müraciət etdiyini və onu 10.000 manat müqabilində tutdurmaq istədyini demişdir. Bundan başqa, həmin ərəfədə ona bir nəfər zəng edib özünü İlham kimi təqdim etmiş və Zaurun xahişini edərək pulu qaytarmaq üçün ondan vaxt istəmişdir. Lakin o, həmin şəxsi tanımadığını göstərmişdir. Təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş ziyan ödənilmiş, təqsirləndirilən şəxslərlə barışıq əldə etmiş, onun təqsirləndirilən şəxslərdən şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirdi ki, Zərərçəkmiş şəxs onun dayısıdır. O, dayısının oğlu Səbuhinin Xətai RPİ-nin əməkdaşları tərəfindən tutulduğunu bilmişdir. Təxminən sentyabr ayının əvvəllərində dayısı ona Səbuhini həbsdən qurtarmaq üçün iş görə biləcək adamlarla tanış olduğunu demiş və bu məqsədlə birlikdə Zaur adlı şəxslə Nəsimi adlı vəkilin yanına getmişlər. Zaur Nəsiminin yanına girəndə onu müəllimin göndərdiyini demişdir. Nəsimi oğlunun hansı səbəbdən tutulduğunu soruşmuş, dayısı ona hər bir şeyi danışmışdır. Həmin vaxt Nəsimi müqavilə bağlamağı bildirmiş və kiməsə zəng edib müqavilənin mətnini hansı məzmunda yazmağı demişdir. Onlar notariusa gedib Xudaşükürün adından Nəsimiyə etibarnamə vermişlər və həmin etibarnaməni gətirib Zaura vermişlər, həmin vaxt Zaur kiminləsə danışmış, Nəsimiyə 1.000 manat pul vermək lazım olduğunu onlara demişdir. Bundan sonra o, yaşadığı Biləsuvar rayonuna getmiş, təxminən 20 gün rayonda qalmış, həmin ərəfədə Zaurla Nəsimi ümumilkdə dayısı Xudaşükürdən 32.500 manat aldığını bilmişdir. Bundan sonra o, Bakı şəhərinə gəlmiş, dayısı ilə birlikdə dəfələrlə Nəsimin işlədiyi ofisə gələrək onunla görüşmüşlər. Hər dəfə Nəsimi onlara ümüd verərək Səbuninin maddəsini dəyişdirəcəyini demişdir. Bundan sonra Səbuhinin işi CM-nin 234.4.3-cü maddəsi ilə məhkəməyə getmişdir. Onlar yenidən Nəsimi və Zaurla danışmışlar və onlar yenidən problemin olmadığını deyərək məhkəmədə işi qurtaracaqlarını demişlər. Bundan sonra aldanıldıqlarını başa düşmüşlər, onlara şikayət edəcəklərini demişlər, bundan sonra Zaur 6.000 manatı onun dayısına qaytarmış, qalan pulu isə qaytarmamışlar. Əlavə olaraq bildirmişdir ki, Nəsimi dəfələrlə onları aldadaraq məsələni həll edəcəyini demiş, hər dəfə onlara demişdir ki, «elə edin ki, mən yuxarıda pis vəziyyətdə qalmayım», yəni ki, onlar Zaura dedikləri pulu vaxtında ödəsinlər. Həmin ərəfədə Zaur demişdir ki, Nəsimi Xudaşükürdən aldığı pulun miqdarını bilməsin, Nəsimi isə hər dəfə cəhd edirdi ki, Zaura verilən pulun miqdarını bilsin, sonradan onlar Nəsimiyə deyəndə ki, dayısı Zaura 32.500 manat verib, Nəsimi demişdir ki, o, Zaura 20.000 manat demişdir. Onlar məcbur olub verdikləri pulu tələb etməyə başlamışlar. Bundan sonra Nəsimi ilə bilrikdə olan zaman Zaur Nəsimiyə zəng edərək demişlər ki, o, pis vəziyyətdə qalmış, həmin vaxt Nəsimi onların yanında Zaura «sən aldığın pulu geri qaytar, mənə verdiyini özüm yoluna qoyacağım» demişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X8 bildirdi ki, o, Binə qəsəbəsində yaşayır. Təqsirləndirilən şəxs1 qəsəbədən tanıyır və onunla normal münasibəti vardır. Bir neçə dəfə qəsəbədə birlikdə oturub çay içmişlər. Zərərçəkmiş şəxs tanımır, lakin onun bacısı oğlu Əbdülü tanıyır, onunla da normal münasibəti və qohumluq əlaqələri vardır. Təqsirləndirilən şəxs2 bir ildən artıqdır ki, tanıyır, onunla da normal münasibəti vardır və onu karqonun müdiri kimi tanıyır. Zərərçəkmiş şəxs oğlunun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə tutulmasını ona Əbdül demişdir. Sonradan Əbdül ona demişdir ki, X13 aldadaraq pulunu almışlar. Onun bundan sonradan məlumatı olmuşdur. Zaurun Nəsimidən xahiş etməsini Əflatundan xahiş etməmişdir. Onun barəsində göstərilənlər yalandır. Xudaşükür uzaq qohumu olduğu üçün və dəfələrlə Zaur ondan Xudaşükürdən vaxt almasını xahiş etdiyindən və evini satıb pulu ödəyəcəyini dediyindən o, Xudaşükürün bacısı oğlu Əbdüldən vaxt vermələrini xahiş etmişdir. O, Nəsimiyə zəng edib Xudaşükürü 10.000 manat müqabilində tutdurmaq barədə hər hansı söhbət etməmişdir. O, hansı səbəbdən belə danışdığnı heç nə ilə izah edə bilmədiyini göstərmişdir. Onun bu məsələlərdən hər-hansı məlumatı olmamışdır. Ona Əbdül baş vermiş məsələ barəsində yəni ki, sonuncunun dayısı Xudaşükürdən oğlunun polisdən buraxdırılması müqabilində 32.500 manat pul almasını deyəndən sonra, onlar qohum olduqlarına görə və o, Zauru tanıdığına görə Zaura zəng edib nə üçün belə bir hərəkət etdiyini soruşmuşdur. Həmin vaxt Zaur evini satıb pulları qaytaracağına söz vermişdir. O, Zaurla danışan zaman ondan xahiş etmişdir ki, «qohumundursa vaxt versin mənə bir iki günə, mən və Elməddin evlərimizi satıb Xudaşükürün pulunu verəcəyik». Həmin vaxt Zaur ona deməmişdir ki, onu da kimsə aldatmışdır. Bundan başqa, Zaur bildirmişdir ki, o, Nəsimini tanıyır və onunla söhbət zamanı Nəsiminin onu aldatmasını deməmişdir. Bundan başqa, onun baş vermiş hər-hansı hadisədən məlumatı olmamış, barəsində deyilənlər yalandır. X16 və Elməddinin gördüyü işlərdən, yəni ki, Xudaşükürü aldatmalarından məlumatı olmamış, bu işdə hər hansı qazancı olmamış, Nəsiminin yanına getməmişdir. Onun Zaurla, Nəsimi və Elməddinlə heç bir iş birliyi olmamış, sonuncunun əvvələr işlətdiyi çayxanada bir neçə dəfə Zaurla çay içmişdir. Əflatun adlı şəxsin anket məlumatlarını dəqiq bilmir. Onun soyadı Quliyev olmalıdır, özü Bakı şəhəri, Nizami rayonu ərazisində, Xalqlar Dostuğu ərazisində yaşayır, harada işləməsini bilmir, istifadəsində ***-***-**-** mobil nömrə olduğunu qeyd etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 bildirdi ki, o, uzun illərdir ki, taksi sürücüsü kimi işləyib ailəsini dolandırır. O, 2002-ci il tarixdə sürücülük vəsiqəsi almış və həmin vaxtdan da taksi sürücüsü kimi işləyir. 27 iyun 2019-cu il tarixdən etibarən X10 məxsus olan «Opel Astra» minik markalı, ** EH *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. Dindirildiyi cinayət işinin mahiyyəti üzrə ifadəsində göstərmişdir ki, təxminən iki ay bundan əvvəl Binə qəsəbəsində çayxanada olarkən Təqsirləndirilən şəxs1 adlı bir şəxslə tanış olmuş və söhbət əsasında ona demişdir ki, taksi sürücüsü işləyir. Zaur onun taksi sürücüsü olduğunu bildikdən sonra ondan xahiş etmişdir ki, Mərdəkan qəsəbəsinə getsinlər, orada işi vardır. O da taksi sürücüsü olduğundan və işi də müxtəlif müştəriləri onlara lazım olan ünvanlara aparmaq olduğundan Zaurla razılaşmışdır. Zaur Mərdəkana gəlmək üçün ona 10 manat pul verəcəyini demişdir. O da razılaşmış və Zauru Mərdəkana gətirib aparmış və onlar tanış olmuşlar. Bundan bir qədər vaxt sonra yenə də axşam vaxtı Binədə olduğu vaxt Zaur ona demişdir ki, bir nəfər tanış var, gələcək, onunla görüşsün, sonra onu Mərdəkana evə aparar. O da razılaşmışdır. Belə ki, onun işi taksi sürücülüyüdür. Bir qədər sonra Zaurun dediyi tanışı, sonradan adının Xudaşükür olmasını bildiyi şəxs gəlmiş və Zaur maşından düşüb onunla bir qədər söhbətləşmiş və sonra o, maşınla Zauru Mərdəkana evə gətirmişdir. Zauru evə düşürəndə ona demişdir ki, sabah Nərimanova getməlidir və demişdir ki, əgər mümkündürsə Nərimanova da onunla gedər. Belə ki, Zaur ona demişdir ki, onsuz da o, Nərimanova getməlidir, başqa taksiyə xeyir verənə kimi elə onunla gedər. O da Zaurla razılaşmış və səhəri gün o, Zaurun yaşadağı evə Mərdəkana gəlmiş və onu evdən götürmüşdür. Yolda olarkən Zaur ona demişdir ki, Mərdəkanda yerləşən Bravo marketin yanında saxlayar, orada bir nəfərlə görüşməlidir və o həmin yerdə maşını saxlamışdır. Orada Zaur maşından düşüb kiminlə isə görüşməyə getmişdir. O, Bravo marketin yaxınlığında Zaurun kiminlə görüşməsini bilməmiş və onun görüşdüyü adamı görməmişdir. Bir qədər sonra Zaur qayıdıb gəlmiş və maşına oturan kimi əlində olan sellofanı açıb içərisində olan pulları saymağa başlamışdır. Yadında qalan odur ki, Zaurun saydığı pullar paçkada olan yüz manatlıq pullar idi. Lakin Zaur orada pulları hansısa səbəbdən saya bilməmiş və ona tapşırmışdır ki, o, maşını sürüb onu Nərimanova aparsın. Sonra Zaur bir nəfərə zəng etmiş və ona demişdir ki, bir nəfər vəkil ilə danışıb onunla görüşməlidir. Vəkil ilə danışdıqdan sonra Zaur ona demişdir ki, Nərimanovda metroparkı tanıyırsanmı? O da demişdir ki, bəli, tanıyır və sonra maşını sürüb Nərimanova yerləşən metroparkın yanına getmişlər. Orada o, maşını saxlamış və bir qədər sonra Zaurun tanışı olan orta boylı, dolu bədənli, sonradan adının Nəsimi olduğunu bildiyi vəkil gəlmiş və Zaur ona demişdir ki, maşından düşsün və bir qədər gözləsin ki, onlar maşında əyləşib danışsınlar. O da maşından düşmüş və təxminən 15-20 dəqiqəyə kimi metropark ərazisində siqaret çəkib onları gözləmişdir. Təxminən 15-20 dəqiqə sonra Zaur maşının siqnalını vurub ona işarə vermişdir ki, gəlsin maşına. O da gəlmiş və görmüşdür ki, artıq həmin vəkil çıxıb getmişdir. Sonra o, maşına oturmuş və maşını sürüb Mərdəkana qayıtmışlar. Qeyd etmişdir ki, o, maşına qayıtdıqdan sonra artıq Zaurun əlində pul olan sellofan yox idi və görmüşdür ki, Zaurun cibində 40 manat pulu olmuş və Zaur həmin pulun 20 manatını ona taksi kimi vermiş və o Zauru Mərdəkana gətirmişdir. Yolda Zaur özü ona danışmışdır ki, görüşdüyü şəxs Nəsimi adlı vəkildir, o, Zaurun tanışı olan Xudaşükürün tutulmuş oğlunun işini həll edəcəkdir və buna görə də ona pulu vermişdir. Qeyd etmişdir ki, o, bundan bir qədər sonra yenə də Zaurla Binədə çayxanada olanda Xudaşükür oraya gəlmiş və Zaura oğlunun işinin artıq məhkəməyə getmək üzrə olduğunu demiş və ondan oğlunun işinin nə yerdə olmasını soruşmuşdur. Zauir isə Xudaşükürə orada demişdir iki, narahat olmasın, pulu vəkilə vermişdir. Sonradan da bir dəfə o, onları, yəni Xudaşükürü və Zauru Bakı şəhəri, Xətai rayon məhkəməsinə aparmışdır. Orada təxminən 2-3 saat gözləmişlər və sonra orada onların nə isə işləri alınmadığına görə, yəni Zaurgilin deməsinə görə Nəsimi adlı vəkil oraya gəlmədiyinə görə və onun da artıq öz işlərinin olduğuna görə orada Zauru Binəyə gətirmiş və onu orada düşürmüşdür. Bundan təxminən bir neçə vaxt keçmiş br dəfə də Binədə sovxozda çayxanada Zaur, Elməddin və o, olduqları zamanı polis əməkdaşları gələrək Zaurla Elməddini yaxalayıb aparmışlar. Bundan sonra onun Zaurla daha heç bir əlaqəsi olmamışdır. İş materiallarında olan 02 noyabr 2020-ci il tarixdə maddi sübut olan 01 ədəd “CD” diskə baxış keçirilmiş və baxışla müəyyən olunmuşdur ki, diskdə mp3 formatlı səs yazıları vardır. Həmin səs yazıları dinlənildiyi zamanı müəyyən olunur ki, səs yazılarında Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs ilə çoxsaylı danışıqları vardır və həmin danışıqların mətnlərindən görünür ki, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs sonuncunun cinayət törətməyə görə həbs edilmiş oğlunun barəsində olan cinayət işinin müsbət həll edilməsi üçün ona köməklik etməsini, bu iş üçün çalışmasını, əlaqələrindən istifadə etməsini, narahat olmamasını bildirir. Belə ki; Diskdə olan həmin səs yazı fraqmentlərindən biri olan - Zəng@Vakil Nasim (**********8170)_**********0923 səs yazısını dinlədikdə müəyyən olunur ki, ərizəçi Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2 zəng edərək onu oğlunun işi ilə əlaqədar olaraq vəkil kimi iştirak etmək üçün məhkəməyə dəvət edir, Təqsirləndirilən şəxs2 isə hazırda Bakı şəhərindən aralandığını və buna görə də gələ bilməyəcəyini bildirib Zərərçəkmiş şəxs məsləhət verir ki, istintaq onun oğlunun həbs müddətinin uzadılması ilə bağlı dövlət hesabına da vəkil edə bilər. Bundan əlavə, diskdə olan həmin səs yazı fraqmentlərindən biri olan - Zəng@Vakil Nasim (**********8170)_**********1911 səs yazısını dinlədikdə müəyyən olunur ki, Məmiyev X2 Xudaşükür Əziz oğluna zəng edərək ona prokurorluqdan Bəsti adlı xanım prokurorun zəng etməsi barədə məlumat verir və ona deyir ki, o, oğlu ilə görüşsün və oğluna həbs müddətinin uzadılması ilə bağlı müdafiəçidən imtina barədə ərizə yazmasını tapşırsın. Bundan əlavə, diskdə olan həmin səs yazı fraqmentlərindən biri olan - Zəng@Vakil Nasim(**********8170)_**********4005 səs yazısını dinlədikdə müəyyən olunur ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2 zəng edərək onunla görüşmək istədiyini ona bildirir və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs bildirir ki, o, həqiqətən də burada yoxdur və bundan sonra Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2 oğlunun işinin gedişatı barədə məlumat almaq istədikdə Təqsirləndirilən şəxs2 ona deyir ki, «narahat olma, əlini qoy ürəyinin başına, narahat olma, ortada adam var, əgər hər-hansı bir narahatçılıq olarsa o, özü məlumat verəcəkdir». Bundan əlavə, diskdə olan həmin səs yazı fraqmentlərindən biri olan - Zəng@Vakil Nasim (**********8170)_**********0832 səs yazısını dinlədikdə müəyyən olunur ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2 deyir ki, bu işi birdəfəlik danış həll et, Təqsirləndirilən şəxs2 isə deyir ki, mən tam hazıram, getdim, görüşdüm, çıxdım, tam hazıram, mən artıq danışıb gəlmişəm, əlini qoy ürəyinin başına» Bundan başqa, diskdə olan həmin səs yazı fraqmentlərindən biri olan - Zəng@Vakil Nasim(**********8170)_**********2909 səs yazısını dinlədikdə müəyyən olunur ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2 soruşur ki, danışmadın? Təqsirləndirilən şəxs2 isə deyir ki, danışdım, dedi ki, səhər hərtərəfli deyəcəm, başı qarışıq idi, deyəsən bizə sərf eləyəndir, şükür, bizim xeyrimizə olan xəbərlərdir» Bundan başqa, diskdə olan həmin səs yazı fraqmentlərindən biri olan - Zəng@Vakil Nasim(**********8170)_**********2644 səs yazısını dinlədikdə müəyyən olunur ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2 soruşur ki, işlərlə bağlı hansı yeniliklər var? Təqsirləndirilən şəxs2 isə cavab verərək deyir ki, işlər qaydasındadır, normaldır, hər şey eləmişik» Bundan əlavə, diskə baxış zamanı Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və X7 ilə çoxsaylı danışıqlarının olması müəyyən edilir. Həmin danışıqların mətnləri ondan ibarətdir ki, Zərərçəkmiş şəxs oğlunun işi ilə əlaqədar olaraq Təqsirləndirilən şəxs1 və Elməddin Hüseynovla danışır, onlardan işin gedişatı barədə məlumatlar almağa çalışır. Diskə baxışda iştirak edən Zərərçəkmiş şəxs bildirmişdir ki, ifadələrində adları qeyd olunan şəxslər, yəni-Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və X7 onun oğlu Səbuhi Hüseynovun barəsində olan cinayət işinin müsbət həll ediləcəyini ona vəd verib aldadaraq ona qarşı dələduzluq etməklə ümumilikdə 32.500 (otuz iki min beş yüz) manat məbləğində pulunu aldadaraq ələ keçirmişlər. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş 24.11.2020-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1982-ci ildə Lerik rayonunda doğulmuş Təqsirləndirilən şəxs1 məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş 25.11.2020-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1970-ci ildə Naxçıvan MR-nin, Şərur rayonunda doğulmuş Təqsirləndirilən şəxs2 məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı ərizələrdən görünür ki, təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmişdir, bu səbəbdən də təqsirləndirilən şəxslərlə barışmış və onun təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan 10 dekabr 2020-ci il tarixli şübhəli şəxsi tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 10 dekabr 2020-ci il tarixdə tutulmuşdur. İş materiallarında olan 11 dekabr 2020-ci il tarixli şübhəli şəxsi tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 11 dekabr 2020-ci il tarixdə tutulmuşdur. İş materiallarında olan cinayət işi üzrə əməlin hüquqi tövsif edilməsi haqqında 11 dekabr 2020-ci il tarixli qərardan görünür ki, cinayət işi Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsindən həmin Məcəllənin 178.2.1 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 12.12.2020-ci il tarixli qərardan görünür ki, 12 dekabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 178.2.1. və 178.2.4-cü maddələrində nəzərdə tutulan ittiham elan olunmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 12.12.2020-ci il tarixli qərardan görünür ki, 12 dekabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 178.2.1. və 178.2.4-cü maddələrində nəzərdə tutulan ittiham elan olunmuşdur. İş materiallarında olan Xəzər Rayon Məhkəməsinin 4(003)-297/2020 saylı, 12.12.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 02 (iki) ay, 06 (altı) gün müddətində həbs qismində qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Xəzər Rayon Məhkəməsinin 4(003)-298/2020 saylı, 12.12.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 02 (iki) ay, 06 (altı) gün müddətində həbs qismində qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 4(103)-2/2021 saylı, 07.01.2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-297/2020 saylı, 12.12.2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 12.01.2021-ci il tarixli qərardan görünür ki, 12 yanvar 2021-ci il tarixdə ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 178.2.1. və 178.2.4-cü maddələrində nəzərdə tutulan yeni məzmunlu ittiham elan olunmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 12.01.2021-ci il tarixli qərardan görünür ki, 12 yanvar 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 178.2.1. və 178.2.4-cü maddələrində nəzərdə tutulan yeni məzmunlu ittiham elan olunmuşdur. İş materiallarında olan Xəzər Rayon Məhkəməsinin 4(003)-15/2021 saylı, 19.01.2021-ci il tarixli qərardan görünür ki, tərsirləndirilən şəxs Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs növündə qətimkan tədbiri ev dustaqlığı növündə qətimkan tədbiri ilə əvəz edilmiş və o, həbsdən azad edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X6 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X6 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” 29.01.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11.06.2015-ci il tarixli qərarında göstərilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun.Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan suiistifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23.07.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Məmiyev X3 Zaur Hənifə oğlunun əməli Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4cü maddələri ilə düzgün tövsif olunmuş və onlar həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22.06.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02.04.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən əməlini etiraf etməsini, səmimi peşman olmasını, himayəsində iki azyaşlı uşağının olmasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən cinayət nəticəsində zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən əməlini etiraf etməsini, səmimi peşman olmasını, himayəsində iki azyaşlı uşağının olmasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən cinayət nəticəsində zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrinə əsasən “Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, xeyli miqdarda ziyan vurmaqla törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxslərin etirafedici ifadələrinə, zərərçəkmiş şəxs və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxslərin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onların törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs2 törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında cərimə, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Lakin, məhkəmə təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən hallar və onların mahiyyəti, həmçinin onun şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, cəzanın məqsədlərinə qismən nail olunduğunu nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan yüngül cəza növünü, yəni azadlığın məhdudlaşdırılması cəzasını təyin etsin. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, həmin cəza təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında ağır cəzaya alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının ikinci bəndinin məhkəmələrə tövsiyəsinə görə isə, belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır. Məhkəmənin fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasının deyil, azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs1 törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında cərimə, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Lakin, məhkəmə təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən hallar və onların mahiyyəti, həmçinin onun şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, cəzanın məqsədlərinə qismən nail olunduğunu nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan yüngül cəza növünü, yəni azadlığın məhdudlaşdırılması cəzasını təyin etsin. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, həmin cəza təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında ağır cəzaya alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının ikinci bəndinin məhkəmələrə tövsiyəsinə görə isə, belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır. Məhkəmənin fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasının deyil, azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” İş üzrə ekspertiza xərci yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 10.12.2020-ci il tarixdən 29.07.2021-ci il tarixədək ev dustaqlığında saxlanıldığı 07 (yeddi) ay 19 (on doqquz) gün müddət bir günə iki gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 08 (səkkiz) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən fərdi yaşayış evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu, Bakı və Sumqayıt şəhərlərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 11.12.2020-ci il tarixdən 29.07.2021-ci il tarixədək həbsdə saxlanıldığı 07 (yeddi) ay 18 (on səkkiz) gün müddət bir günə iki gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 08 (səkkiz) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 3 ünvanını axşam saat 23:00dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Masallı Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut olan 1 (bir) ədəd disk iş materiallarında saxlanılsın. Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 60 (altmış) manat, Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat, Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat, ümumilikdə 270 (iki yüz yetmiş) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı hüquq məsləhətxanasının hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(003)-140/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-140/2021
29.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver