Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-140/2024 05.08.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.1952-ci ildə Lerik rayonunda anadan olmuş, əvvəllər məhkum olunmuş, evli, orta təhsilli, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi X4 ünvanında nömrəsiz fərdi evdə yaşamış və barəsində «həbs» qətimkan tədbiri seçilməklə hazırda AR ƏNPX-in 3 saylı İT-da saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 178.2.1, 178.2.2, 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair xx.xx.1971-ci ildə Şəki rayonunda anadan olmuş, Şəki rayonu Baş Göynük Ə/D, Baş Göynük kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Xaşa-Xuna bağlar massivi ünvanında nömrəsiz fərdi evdə yaşayan və barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 178.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə təkrarən dələduzluq cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 etibarından sui istifadə edərək 2021-ci ilin yanvar ayının əvvəllərində günorta saatlarında Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi ərazisində yerləşən ev alqısatqı məntəqəsində torpaq sahəsinə sənəd düzəltmək adı ilə aldadıb 2000 manat məbləğində pulunu ələ keçirərək zərərçəkmiş Zərərçəkmiş şəxs1 həmin məbləğdə ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən tanışı Şahid və istintaqa Asif kimi məlum olan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs1 etibarından sui istifadə edərək torpaq sahəsinə sənəd düzəldəcəyini vəd verib aldadaraq 09 mart 2021-ci il tarixdə axşam saatlarında Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində yerləşən “Ülvi İnşaat” mağazasının yanında Zərərçəkmiş şəxs1 əlbəəl olaraq verdiyi 8000 manat pulu, 15 aprel 2021-ci il tarixdə axşam saatlarında Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozunda yerləşən yaşadığı evin yaxınlığında Zərərçəkmiş şəxs1 əlbəəl olaraq verdiyi 9000 manat pulu, 16 iyun 2021-ci il tarixdə təxminən saat 14 radələrində Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində yerləşən çayxananın qarşısında Zərərçəkmiş şəxs1 Şahid verdiyi 5000 manat pulu, 2021-ci ilin iyul ayının əvvəllərində günorta saatlarında Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində yerləşən “Rahat” marketin içərisində quraşdırılmış ödəmə terminalı ilə Zərərçəkmiş şəxs1 Şahid göndərdiyi hesab nömrəsinə köçürtdüyü 100 manat pulu, 2021-ci ilin iyul ayının ortalarında günorta saatlarında Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən Poçt vasitəsilə Zərərçəkmiş şəxs1 göndərdiyi 250 və 150 manat olmaqla cəmi 400 manat pulu, 2021-ci ilin iyul ayının ortalarında günorta saatlarında Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən Ali Məhkəmənin qarşısında Zərərçəkmiş şəxs1 əlbəəl olaraq verdiyi 400 manat pulu, 2021-ci ilin iyul ayının təxminən 20-də günorta saatlarında Bakı şəhəri Xətai rayonu Yusif Səfərov küçəsində Zərərçəkmiş şəxs1 əlbəəl olaraq verdiyi 400 manat pulu və 2021-ci ilin iyul ayının sonunda axşam saatlarında Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozunda yerləşən yaşadığı evin qarşısında Zərərçəkmiş şəxs1 əlbəəl olaraq verdiyi 1700 manat pulu, ümumilikdə 25000 manat məbləğində, yəni xeyli miqdarda pulunu alıb ələ keçirərək zərərçəkmiş Zərərçəkmiş şəxs1 həmin məbləğdə ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs2 etibarından sui istifadə edərək onun müharibə veteranı kimi tanınacağını vəd verib aldadaraq sonuncu dəfə Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşaxuna bağlar massivində yerləşən “Avro” marketdə quraşdırılmış ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs1 hesabına 300 manat pulu köçürmə yolu ilə olmaqla 2022-ci ilin yay aylarından 2022-ci ilin oktyabr ayınadək olan müddət ərzində cəmi 1650 manat məbləğində pulunu alıb ələ keçirərək zərərçəkmiş Zərərçəkmiş şəxs2 həmin məbləğdə ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə dələduzluq cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs2 etibarından sui istifadə edərək onun müharibə veteranı kimi tanınacağını vəd verib aldadaraq sonuncu dəfə Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşaxuna bağlar massivində yerləşən “Avro” marketdə quraşdırılmış ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs1 hesabına 300 manat pulu köçürmə yolu ilə olmaqla 2022-ci ilin yay aylarından 2022-ci ilin oktyabr ayınadək olan müddət ərzində cəmi 1650 manat məbləğində pulunu alıb ələ keçirərək zərərçəkmiş Zərərçəkmiş şəxs2 həmin məbləğdə ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxslərin törətdiyi cinayət əməlləri məhkəmədə tədqiq edilmiş, onların, zərərçəkmiş şəxslərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələrində nəzərdə tutulmuş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, o, ittihamı birinci epizod üzrə etiraf etmir. Belə ki, o, Toğruldan 2000 manat pul almamışdır. O, Toğrulla bir kəntdə yaşayır və onu hadisə ilə bağlı tanımışdır. Toğrul ona 13100 manat, daha sonra isə 2400 manat pul vermişdir. Müharibə veteranlığı sənədinin hazırlanması üçün Alyardan 300 manat almışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, 2022-ci ilin yay aylarında Xəzər rayonu Xaşa Xuna bağlarında yaşayan və əvvəldən tanıdığı Alyar adlı şəxs 1-ci Qarabağ müharibəsi iştirakçısı olduğunu və bu müddət ərzində müxtəlif instansiyalara müraciət etsə də, veteranlıq ala bilmədiyini ona bildirmiş və ondan ona veteranlıq düzəldilməsində köməklik göstərməsini xahiş etmişdir. Bundan sonra o, Namazaov Alyara veteranlıq düzəldilməsində köməklik göstərməyi üçün ondan etibarnamə almış və müəyyən dövlət orqanlarına müraciətlər hazırlayıb göndərmişdir. Bu işlərin müqabilində o, Alyardan 650 manat məbləğində pul almış, həmin ərəfələrdə bu işlərin görülməsi üçün Müdafiə Nazirliyinə getdiyi zaman sonradan Mirzəbəy kimi tanıdığı şəxs ona veteranlıq düzəldilməsində kömək edə biləcəyini demiş, bundan sonra o, görüşüb söhbət etmələri və Mirzəbəyin onun işini həll etməsi üçün Mirzəbəyin telefon nömrəsini Alyara vermişdir. Daha sonra onlar görüşmüşlər, lakin o, onların necə və harada görüşməsini, Mirzəbəyin Alyardan hansı məbləğdə pullar almasını bilməmiş, həmin proseslərdə iştirak etməmişdir. Alyarın deməsinə görə o, Mirzəbəyə 300 manat pul vermişdir. O, Alyardan aldığı cəmi 650 manat pulu şəxsi ehtiyaclarına xərcləmişdir. İbtidai istintaq zamanı o, Alyardan 650 manat pul alsa da ona 850 manat pul qaytarmışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 vermiş olduğu ifadəsində göstərmişdir ki, 2021-ci ilin əvvəllərində o, Binə qəsəbəsində torpaq sahəsi almaq qərarına gəlmiş, bunun üçün Binə qəsəbəsində yerləşən ev-alqı satqısı məntəqəsinə getmiş və rəsmi sənədi olan torpaq sahəsi almaq istədiyini bildirmişdir. Həmin vaxt orada olan, adını sonradan bildiyi Təqsirləndirilən şəxs1 ona alacağı torpaq sahəsinin sənədləşmə işini görə biləcəyini demiş və bu işlə əlaqədar tanışlarının olduğunu bildirmişdir. Mirzəbəy bu işin müqabilində 2000 manat pul lazım olacağını demiş, buna görə də, həmin ev alqı-satqısı məntəqəsində 2021-ci ilin yanvar ayının əvvəllərində günorta saatlarında Mirzəbəyə 2000 manat pul vermişdir. Bir müddət sonra Mirzəbəy ona torpaq sahəsinin sxemi çəkilmiş sənədi təqdim etmiş, buna görə də o, Mirzəbəyə inanmış və Xəzər rayonu Binə qəsəbəsində yerləşən torpaq sahəsini sənədləşdirmək qərarına gəlmişdir. Bu barədə Mirzəbəyə dedikdə, o, ona məxsus torpaq sahəsini sənədləşdirmək müqabilində ona 20.000 manat pul verməli olduğunu bildirmiş və 3 ay müddətində sənədləşmə işini başa çatdıracağını demişdir. Bu məqsədlə 09 mart 2021-ci il tarixdə, axşam saatlarında Təqsirləndirilən şəxs1 Binə qəsəbəsində yerləşən “Ülvi İnşaat” mağazasının yanında onunla görüşmüş və ona məxsus torpaq sahəsinin sənədləşdirilməsi üçün vəd verib ondan ilkin olaraq əlbəəl 8000 manat pul almışdır. Bir müddət sonra, yəni 15 aprel 2021-ci il tarixdə, axşam saatlarında Mirzəbəy Südçülük sovxozunda yerləşən yaşadığı evin yaxınlığında onunla görüşmüş və ona məxsus torpaq sahəsini sənədləşdirmək müqabilində əlbəəl olaraq ondan 9000 manat pul almışdır. Söhbət əsnasında Mirzəbəy ona demişdir ki, sənədləşmə işini Şahid və Asif adlı şəxslərlə birlikdə edir. Buna görə də Mirzəbəylə birlikdə o, həmin şəxslərlə görüşüb tanış olmuş, bir müddət sonra Mirzəbəy ona sənədləşmə işində əlavə xərclərinin çıxdığını bildirmiş və Əflatunla görüşüb ona 5000 manat da pul verməli olduğunu demiş, o, yenə də Mirzəbəyə inanıb 16 iyun 2021-ci il tarixdə, saat 14 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində yerləşən çayxanalardan birində Əflatunla görüşüb, çayxananın qarşısında ona əlbəəl olaraq 5000 manat pul vermişdir. Bundan sonra Mirzəbəy ona vəd etdiyi işdə bəzi problemlərin yarandığını bildirmiş və əlavə olaraq 3000 manat da pul lazım olduğunu demiş, o, həmin 3000 manat pulu hissə-hissə olaraq Təqsirləndirilən şəxs1 və Şahid vermişdir. Belə ki, 2021-ci ilin iyul ayının əvvəllərində günorta saatlarında Binə qəsəbəsində yerləşən Rahat marketdə quraşdırılmış ödəmə terminalı vasitəsi ilə Şahid ona verdiyi X2 adına olan hesab nömrəsinə 100 manat, 2021-ci ilin iyul ayının ortalarında günorta saatlarında Nizami rayonu ərazisində poçt vasitəsi ilə Təqsirləndirilən şəxs1 adına 250 manat və 150 manat olmaqla 400 manat pul göndərmiş, bundan başqa yenə də iyul ayının ortalarında günorta saatlarında Xətai rayonu ərazisində yerləşən Ali Məhkəmənin qarşısında Təqsirləndirilən şəxs1 əlbəəl olaraq 400 manat, 2021-ci ilin iyul ayının təxminən 20-də günorta saatlarında Xətai rayonu, Yusif Səfərov küçəsində yenə 400 manat, iyul ayının sonlarında axşam saatlarında isə yaşadığı evin qarşısında 1700 manat pulu Mirzəbəyə əlbəəl vermişdir. Uzun müddət keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs1 heç bir sənədləşmə işi görməmiş və sonradan Mirzəbəyin ilkin olaraq 2000 manat pul müqabilində ona verdiyi torpaq sahəsinin sxemi çəkilmiş sənədin də etibarsız olmasını öyrənmiş və Təqsirləndirilən şəxs1 Şahidlə birlikdə əlbir olub ona qarşı dələduzluq etdiyini bilmişdir. O, dəfələrlə Təqsirləndirilən şəxs1la danışıb pulunu geri istəsə də, Mirzəbəy müxtəlif bəhanələr gətirərək dələduzluq yolu ilə ələ keçirdiyi pulu qaytarmaqdan imtina etmişdir. O, ifadəsinə əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs1 torpaq sahəsinin sxemini almaq üçün ilkin olaraq 2000 manat pul vermiş və sonradan həmin sənədin etibarsız olması ona məlum olmuş, bundan sonra həmin sənədi tullamışdır. Bundan başqa Təqsirləndirilən şəxs1 ona məxsus torpaq sahəsini sənədləşdirmək üçün Şahidlə birlikdə ondan 25.000 manat pul almışdır. Hadisə nəticəsində ona ümumilikdə 27000 manat maddi ziyan dəymişdir. Təhqiqat araşdırması zamanı izahat yazdıqdan sonra ona dəymiş maddi ziyanı dəqiq hesablamış və 27.000 manat təşkil etdiyini bilmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 vermiş olduğu ifadəsində göstərmişdir ki, 2022-ci ilin təxminən yay aylarından 2022-ci ilin oktyabr ayınadək olan müddət ərzində əvvəldən tanıdığı Qüdrət və sonradan Qüdrətin vasitəsilə tanıdığı Mirzəbəy adlı şəxslər ona müharibə iştirakçısı kimi veteranlıq düzədilməsində köməklik göstərəcəyi adı ilə aldadaraq hissə-hissə olmaqla ümumilikdə 1650 manat məbləğində pulunu dələduzluq yolu ilə əlbir olaraq alıb ələ keçirtmişlər və vədlərinə əməl etməyərək onu aldatmışlar. O, müharibədə iştirak etmiş, lakin Müdafiə Nazirliyi onu müharibə veteranı kimi tanımamış, bununla bağlı o, Füzuli Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmə onun xeyrinə qətnamə çıxardaraq həmin qətnaməni icra edilməsi üçün Müdafiə Nazirliyinə göndərsə də, Müdaflə Nairliyi appelyasiya qaydasında rayon məhkəməsinin qətnaməsini ləğv etdirmişdir. 1650 manat puldan 800 manatını Qüdrətə, 850 manatını isə Mirzəbəyə vermiş, lakin onlar heç bir iş görməmişlər. 2022-ci ilin yay aylarından 2022-ci ilin oktyabr ayınadək olan müddət ərzində hissə-hissə olmaqla Xəzər rayonu Xaşaxa qəsəbəsində əvvəlcə Qüdrətə 800 manat, ardınca isə Mirzəbəyə 850 manat pul vermişdir. Sonuncu dəfə Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşaxuna bağlar massivində yerləşən “Avro” marketdə quraşdırılmış ödəmə terminalı vasitəsilə 300 manat pulu Təqsirləndirilən şəxs1 hesabına köçürtmüşdür. Təqsirləndirilən şəxs1 ondan əlbəəl olaraq aldığı 850 manat puldan 250 manatını geri qaytarmış, Mirzəbəyin ona 600 manat verəcəyi pul qalmışdır. Şikayətçidir. Məhkəmə iclasında Şahid vermiş olduğu ifadəsində göstərmişdir ki, o, heç vaxt Təqsirləndirilən şəxs1 ilə əlbir olub Zərərçəkmiş şəxs1 torpaq sənədləşməsi adı ilə pul almamışdır. Heç vaxt Təqsirləndirilən şəxs1 və Asif adlı şəxslə əlbir olub Zərərçəkmiş şəxs1 torpaq sənədləşməsi adı ilə pul almamışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində ********* nömrəli cinayət işinin materiallarından ayrıca icraata Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrılaraq icraata qəbul edilməklə istintaq aparılmışdır. İş materiallarına əlavə olunmuş cinayət işi başlamaq və icraata qəbul etmək barədə qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddəsi ilə cinayət işi başlanılmış, başlanmış cinayət işinə ********* nömrəsi verilmişdir. İş materiallarına əlavə edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Xəlilov X1 Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4, 320.1-ci maddəsi ilə təqsirli bilinmiş, CM-nin 69.4-cü maddəsi tətbiq olunmaqla 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. xx.xx.2009-cu il Milli Məclisin xx.xx.2009-cu il tarixli Amnistiya qərarına əsasən cəzadan azad edilmişdir. Xəzər Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4-cü maddəsi ilə təqsirli bilinmiş CM-nin 69.4-cü maddəsi tətbiq olunmaqla 1000 manat cərimə cəzası təyin edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2023-cü il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə Binə qəsəbəsi ərazisində tutulmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsinə ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2023-cü il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə Binə qəsəbəsi ərazisində tutulmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 01 ay 20 gün, yəni xx.xx.2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2023-cü il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə Qala qəsəbəsi ərazisində tutulmuşdur. İş materiallarına əlavə olunmuş qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 MSY-dən azad olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat – sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi, cinayət işi üzrə əməlin tövsif edilməsi və cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələrindən həmin Məcəllənin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmiş, Təqsirləndirilən şəxs1 27 may 2023-cü il tarixli qərarıla verilmiş ittihama əlavə və düzəlişlər edilməklə yenidən Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham elan edilmiş və barəsində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsilə elan olunmuş ittiham dəyişdirilmədən öz qüvvəsində saxlanılmış və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri nəzərə alınmışdır. İş üzrə zərərçəkmiş şəxslərin ifadələri, təqsirləndirilən şəxslərin ifadələri, maddi ziyanın ödənilməsi ilə bağlı ərizə sübut növü kimi qiymətləndirilmişdir. İstintaqa Asif kimi məlum olan şəxsin barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə ayrıca icraata ********* nömrəli cinayət işi ayrılmış və icraata qəbul edilməklə istintaqı davam etdirilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlama müddəti 20 gün yəni, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək uzadılmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Probasiya İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4, 69.4-cü maddələri də 1000 manat məbləğində cərimə cəzasına məhkum edilməsi barədə Xəzər Rayon Məhkəməsinin xx.xx.2011-ci İİ tarixli hökmü Bakı şəhər probasiya idarəsinin icraatında yoxdur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittihamda özünü məhkəmə istintaqı zamanı qismən təqsirli bilmiş, Təqsirləndirilən şəxs2 isə qismən təqsirli bilmiş, lakin onların həmin ifadəsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla və zərərçəkmişlərin ifadələri və cinayət işinin materiallarında olan digər sübutlarla təkzib edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə iclasında özünü qismən təqsirli bilməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq hesab edir ki, onların bu məzmunda ifadə verməsi özünü müdafiə xarakteri daşıyır və cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə təkrarən dələduzluq etməsi məhkəmə baxışı zamanı özlərini ifadəsindən başqa, zərərçəkmiş şəxsin ifadəsi və cinayət işinin digər materialları ilə də tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə dələduzluq etməsi məhkəmə baxışı zamanı özlərini ifadəsindən başqa, zərərçəkmiş şəxsin ifadəsi və cinayət işinin digər materialları ilə də tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə və Təqsirləndirilən şəxs1 cinayət əməli Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir və onlar törətdikləri cinayətə görə cəza almalıdırlar. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi və qismən etiraf etdiyi əməldən peşman olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi və qismən etiraf etdiyi əməldən peşman olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar.. Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə qədər saxlanıldığı 01 (bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (gün) gün hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində qəti olaraq müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Xaşa-Xuna bağlar massivi ünvanında nömrəsiz fərdi evdə çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs2 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 07.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 cinayət qanununun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə qədər həbsdə və ev dustaqlığında olduğu 27 gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzaçəkmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə dəymiş 28650 manat ziyandan 1050 manat maddi ziyanın ödənilməsi nəzərə alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslərə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X3 180 manat və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 78 manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs2 hüquqlarının ibtidai istintaqda (120 manat) və məhkəmə baxışı (96 manat) zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 ümumilikdə 216 (iki yüz on altı) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. İş üzrə maddi sübut, ekspertiza xərci yoxdur, mülki iddia verilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4-cü maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə qədər həbsdə və ev dustaqlığında olduğu 27 gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 03 (üç) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1-ci maddələri ilə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin olunsun. Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə qədər saxlanıldığı 01 (bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (gün) gün hesablanmaqla ona təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 yaşadığı Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Xaşa-Xuna bağlar massivi ünvanında nömrəsiz fərdi evini axşam saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs2 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə 28650 manat maddi ziyandan 1050 manat maddi ziyanın ödənilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs1 hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X3 180 manat və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 78 manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Təqsirləndirilən şəxs2 hüquqlarının ibtidai istintaqda (120 manat) və məhkəmə baxışı (96 manat) zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 ümumilikdə 216 (iki yüz on altı) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 isə hökm təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №1(003)-140/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-140/2024
05.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver