Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-140/2025 15.01.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X3 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs Durkin Yevheninin və onun müdafiəçisi 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 Kazim oğlunun və onun müdafiəçisi 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Tərcüməçi Surxay-zadə Elçin Həbib oğlunun iştirakları ilə, Yevhen Durkinin və Təqsirləndirilən şəxs2 Kazim oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Hazırkı iş üzrə tərtib edilmiş ittiham aktından görünür ki, Yevhen Dubkin etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmə məqsədi ilə istintaqa şəxsiyyəti İqor kimi məlum olan şəxslə, Təqsirləndirilən şəxs2, X5, X9 və digərləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Zərərçəkmiş şəxs 09 sentyabr 2024-cü il tarixdə saat 10 radələrində Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi döngə 2 Arablinski 11 ünvanda yerləşən bağ evində olduğu vaxt şəhər əlaqə telefonu ilə onun 012-454-57- 57 ev telefon nömrəsinə istintaqa şəxsiyyəti məlum olmayan özünü tibb işçisi kimi təqdim edən qadınlar vasitəsilə zəng etdirərək onun Gürcüstan Respublikasının qadının telefonun dəstəyini götürüb özünü qızı Aygün kimi təqdim edərək səsindəki dəyişikliyi hiss etməməsi üçün dodağına tikiş coyulduğu üçün yaxşı danışa bilmədiyini yalandan bildirtməklə təcili pul lazım olduğunu, danışdıqları vaxt xəstəxanaya müstəntiqin və komada olan qadının ailə üzvlərinin gəldiyinə, hadisənin qızı Aygün Sultanovanm günahından baş verdiyinə inandırdıqdan sonra, İradə Sultanovaya xeyli miqdar məbləğində pul göndərdiyi halda zərərçəkmiş şəxsi razı salacaqlarına, həm zərərçəkən qadının, həm də A.Sultanovanm müalicəsinə, eyni zamanda polis orqanında onun barəsində olan işləri onun xeyrinə həll edəcəkləçrinə dair yalan vədlər verib aldatmaqla, 09 sentyabr 2024-cü iltarixdə saat 16 radələrində İradə Sultanova ilə əvvəlcədən pulu ondan götürüb Gürcüstan Respublikasında onlara çatdırmaq üçün bir şəxs göndərəcəyini deyib pulu ona verməsini tapşırıb razılaşmaqla 1.Sultanovanm yaşadığı Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi döngə 2 Arablinski 11 ünvanda yerləşən bağ evinə Yevhen Dubkin özü «Rüstəm» adı altında şəxs göndərilmiş şəxs kimi gələrək orada İ.Sultanovadan əvvəlcə Azərbaycan manatına məzənnəsi ilə 34.000 manat təşkil edən 20.000 ABŞ dolan məbləğində pulu, bundan 15-20 dəqiqə sonra isə Aygün Sultanovanm da əməliyyat olunmasına əlavə pul lazıb olduğunu telefonla bildirməklə 10.000 manat məbləğində pulu almış, həmin pulun 400 manat məbləğində olan hissəsini özünə götürmüş, qadan 43.600 manat məbləğində hissəsini Bakı şəhəri Nizami rayonu «Neolit» şadlıq sarayının yaxınlığında əvvəlcədən əlbir olduğu X5 və X1 ilə gələn Təqsirləndirilən şəxs2 verməklə istintaqa şəxsiyyəti İqor kimi məlum olan şəxs də daxil olmaqla həmin şəxslərlə birlikdə öz aralarında bölüşdürüb şəxsi ehtiyaclar,na sərf edərək verdikləri vədə əməl etməyib qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək Zərərçəkmiş şəxs qızma vahid niyyətlə əhatə olunmuş qəsdlə ümumilikdə 44.000 manat məbləğində xeyli miqdaroda ziyan vurmaqla dələduzluq etmişdir. İttiham aktında həmçinin göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmə məqsədi ilə istintaqa şəxsiyyəti İqor kimi məlum olan şəxslə, Yevhen Dubkin, X5, X9 və digərləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Zərərçəkmiş şəxs 09 sentyabr 2024-cü iltarixdə saat 10 radələrində Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi döngə 2 Arablinski 11 ünvanda yerləşən bağ evində olduğu vaxt şəhər əlaqə telefonu ilə onun 012-454-57- 57 ev telefon nömrəsinə istintaqa şəxsiyyəti məlum olmayan özünü tibb işçisi kimi təqdim edən qadınlar vasitəsilə zəng etdirərək onun Gürcüstan Respublikasının qadının telefonun dəstəyini götürüb özünü qızı Aygün kimi təqdim edərək səsindəki dəyişikliyi hiss etməməsi üçün dodağına tikiş coyulduğu üçün yaxşı danışa bilmədiyini yalandan bildirtməklə təcili pul lazım olduğunu, danışdıqları vaxt xəstəxanaya müstəntiqin və komada olan qadının ailə üzvlərinin gəldiyinə, hadisənin qızı Aygün Sultanovanın günahından baş verdiyinə inandırdıqdan sonra, İradə Sultanovaya xeyli miqdar məbləğində pul göndərdiyi halda zərərçəkmiş şəxsi razı salacaqlarına, həm zərərçəkən qadının, həm də A.Sultanovanm müalicəsinə, eyni zamanda polis orqanında onun barəsində olan işləri onun xeyrinə həll edəcəklərinə dair yalan vədlər verib aldatmaqla, 09 sentyabr 2024-cü iltarixdə saat 16 radələrində İradə Sultanova ilə əvvəlcədən pulu ondan götürüb Gürcüstan Respublikasında onlara çatdırmaq üçün bir şəxs göndərəcəyini deyib pulu ona verməsini tapşırıb razılaşmaqla İ.Sultanovanın yaşadığı Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi döngə 2 Arablinski 11 ünvanda yerləşən bağ evinə Yevhen Dubkin özü «Rüstəm» adı altında şəxs göndərilmiş şəxs kimi gələrək orada İ.Sultanovadan əvvəlcə Azərbaycan manatına məzənnəsi ilə 34.000 manat təşkil edən 20.000 ABŞ dolan məbləğində pulu, bundan 15-20 dəqiqə sonra isə Aygün Sultanovanın da əməliyyat olunmasına əlavə pul lazıb olduğunu telefonla bildirməklə 10.000 manat məbləğində pulu almış, həmin pulun 400 manat məbləğində olan hissəsini özünə götürmüş, qadan 43.600 manat məbləğində hissəsini Bakı şəhəri Nizami rayonu «Neolit» şadlıq sarayının yaxınlığında əvvəlcədən əlbir olduğu X5 və X1 ilə gələrək ona verməklə istintaqa şəxsiyyəti İqor kimi məlum olan şəxs də daxil olmaqla həmin şəxslərlə birlikdə öz aralarında bölüşdürüb şəxsi ehtiyaclarına sərf edərək verdikləri vədə əməl etməyib qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək Zərərçəkmiş şəxs qızma vahid niyyətlə əhatə olunmuş qəsdlə ümumilikdə 44.000 manat məbləğində xeyli miqdaroda ziyan vurmaqla dələduzluq etmişdir. Faktla əlaqədar Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi, polis kapitanı X7 tərəfindən istintaq aparılmış və Yevhen Durkinin və Təqsirləndirilən şəxs2 Kazim oğlunun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrinin tərkibi olduğundan cinayət işi baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən Dövlət ittihamçısı ittihamı müdafiə edərək, Yevhen Durkinin və Təqsirləndirilən şəxs2 Kazim oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən təqsirləndirilən şəxs Durkin Yevhen ittiham aktının surətinin ona verilmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxs Durkin Yevhenin müdafiəçisi 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 vəsatətlə müraciət edərək, ibtidai istintaq orqanı tərəfindən hüquqlarını təmsil etdiyi şəxs Yevhen Durkinə barəsində tərtib edilmiş ittiham aktı təqdim edilməmişdir. Buna görə də, məhkəmə hazırlıq iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs2 Kazim oğlu vəsatətin təmin edilməsinə etiraz etmədiyini qeyd etmişdir. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs2 Kazim oğlunun müdafiəçisi 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 vəsatətlə müraciət edərək, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittihamlar əsassız və qanuna uyğun olmadığına görə cinayət işinin onun barəsində olan hissəsinin icraatına bəraətverici əsaslarla xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə verilmiş vəsatəti müzakirə edib, tərəflərin həmin vəsatətə münasibətini dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, vəsatət əsassız olduğundan təmin edilməməli, lakin aşağıda qeyd edilənlərə əsasən hazırkı cinayət işinin baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Azərbaycan Respublikası CPM-in 300.1-ci maddəsinə təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsi, müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi, cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması, cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın dayandırılması, cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədə məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində qərarlardan biri qəbul edilir. Həmin Məcəllənin 300.2-ci maddəsinə əsasən bu Məcəllənin 300.1.1, 300.1.5 və 300.1.6-cı maddələrində nəzərdə tutulmuş qərarları çıxarmaqla, təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və ya edilməməsinin əsaslılığı barədə məsələyə baxmaq, qətimkan tədbiri seçildiyi halda onun növünün əsaslılığı və ya əsassızlığı barədə məsələyə baxmaq, qətimkan tədbiri məsələsinə dair qərar çıxarmaq barədə hərəkətləri yerinə yetirməlidir. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2 vəsatətində qeyd edikləri məsələlərə hazırda məhkəmənin hazırlıq iclasında müvafiq məhkəmə istintaqı aparılmadan qiymət verilməsi və həll edilməsi mümkün deyildir. Buna görə də, məhkəmə hesab edir ki, vəsatət əsassızdır və təmin edilməməlidir. Bundan başqa məhkəmə hesab edir ki, hazırkı cinayət işinin baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, Durkin Yevhen xx.xx.1983-cü il tarixdə Ukrayna Respublikası Zaporojıe şəhərində anadan olmuş, Ukrayna Respublikasının vətəndaşı, ukraynalı, əvvəllər məhkum olunmamış, natamam orta təhsilli, işsiz, Ukrayna Respublikası, Dnepretrovskıy vilayəti, Tamakovskıy rayonu, Priobrajenko kəndi, Kalinina küçəsi ev 41 ünvanında qeydiyyatda olmaqla, Estonya Respublikası, Tallin şəhərində müvəqqəti yaşamışdır. Göründüyü kimi, təqsirləndirilən şəxs Ukrayna Respublikasının vətəndaşı olmaqla azərbaycan dilini bilmir. Lakin, müstəntiq tərəfindən tərtib edilmiş ittiham aktı “Rus dili”nə tərcümə olunsa da, ittiham aktının tərcümə olunmuş surəti təqsirləndirilən şəxs Durkin Yevhenə və onun müdafiəçisinə təqdim edilməmişdir. Bunun əksini təsdiq edən hər hansı bir sübut isə cinayət işinin materiallarında yoxdur. Bundan başqa, müstəntiq tərəfindən tərtib edilmiş ittiham aktının təsviri, əsaslandırıcı və nəticə hissələrində Təqsirləndirilən şəxs1 ad və soyadında, yəni təqsirləndirilən şəxsin ad və soyadı onun şəxsiyyətini səciyyələndirən məlumatlarda “Durkın Yevhen” olduğu halda, “Yevhen Dubkin” kimi qeyd edilmişdir. Azərbaycan Respublikası CPM-in 289.2-ci maddəsinə əsasən ittiham aktının giriş hissəsində - ittiham aktının tərtib edilməyə başlandığı tarix, vaxt və yer, ittiham aktını tərtib etmiş müstəntiqin soyadı adı və atasının adı, vəzifəsi, barəsində ittiham aktı tərtib edilmiş cinayət işi haqqında ümumi məlumat (cinayət işinin nə vaxt, hansı əsasla və kim tərəfindən başlandığı, iş üzrə nə vaxt, kim tərəfindən, kimin barəsində ittihamın irəli sürüldüyü, iş üzrə nə vaxt, kim tərəfindən, kimin barəsində və hansı qətimkan tədbirlərinin seçildiyi, iş üzrə nə vaxt, kim tərəfindən və hansı əsasla icraatın dayandırıldığı, ona xitam verildiyi və təzələndiyi) göstərilir. Həmin Məcəllənin 289.3-cü maddəsinə əsasən ittiham aktının təsviriəsaslandırıcı hissəsində - cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar, təqsirləndirilən şəxsin təqsirliliyini təsdiq edən sübutlar, təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlillər və həmin dəlillərin yoxlanılması zamanı toplanmış sübutlar, təqsirləndirilən şəxsi səciyyələndirən hallar, zərərçəkmiş şəxsi səciyyələndirən hallar, təqsirləndirilən şəxsin məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən halları göstərilir. Eyni zamanda cinayət işi materiallarından görünür ki, ümumiyyətlə müstəntiq tərəfindən tərtib olunmuş ittiham aktı cinayət işi üzrə digər təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs2 Kazim oğluna və onun müdafiəçisinə, həmçinin nə ittiham aktının Azərbaycan Respublikasının dövlət dilində tərtib olunmuş surəti, nə də yuxarıda qeyd edildiyi kimi təcrümə olunmuş surəti təqsirləndirilən şəxs Yevhen Durkinə və onun müdafiəçisinə təqdim edilməmişdir. Bundan başqa iş üzrə tərtib edilmiş ittiham aktının təsviri-əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, təqsirləndirilən şəxs Yevhen Durkin öz müdafiəsi üçün heç bir dəlil gətirməmişdir. Lakin, Yevhen Durkinin iş materiallarında olan ifadələrindən görünür ki, o, ümumiyyətlə özünü təqsirli bilməmiş, Bakı şəhərinə İqor, həmçinin sosial şəbəkədə “Optika və “Ku” şəxslərin vasitəsi ilə Kripto valyuta alqı-satqısı ilə bağlı gəldiyini, xx.xx.2024-cü il tarixdə də Bakı şəhəri, Mərdəkan qəsəbəsində bir nəfər qadından pul alarkən də, həmin pul müqabilində qadına kripto valyuda alacağını zənn etdiyini bildirmişdir. Lakin, müstəntiq tərəfindən təqsirləndirilən şəxsin qeyd olunan məzmunda ifadəsi ibtidai istintaq zamanı vəsatət kimi qiymətləndirilərək hər hansı bir qiymət verilməmiş, həmçinin ittiham aktında da təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi bu dəlillərə qiymət verilməmiş, əksinə ittiham aktında onun öz müdafiəsi üçün heç bir dəlil gətirmədiyi bildirilmişdir. Həmçinin ittiham aktının təsviri əsaslandırıcı hissəsində digər Təqsirləndirilən şəxs2 ilə bağlı qeyd olunmuşdur ki, “o öz müdafiəsi üçün dəlil gətirərək özünü qismən təqsirli bildiyini, həmçinin məhəkəmə baxışı zamanı ifadəsində özünü təqsirli bilmədiyini qeyd etməklə cinayətin iştirakçısı olmuş X2 olduğunu və Ülvinin istəyi əsasında məbləğini və hansı məqsədlə olmasını bilmədiyi pulu götürdüyünü bildirmiş, lakin tərəfindən 13 sentyabr 2024-cü il tarixdə X4 öz müdafiəsi üçün irəli sürülən dəlil olduğundan tərəfindən vəsatət kimi qəbul edilib, əsassız olduğundan tam rədd həcmdə rədd edilmişdir”. Lakin, göründüyü kimi müstəntiq tərəfindən ümumi, şablon ifadələrlə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlillərin vəsatət kimi qəbul edilərək rədd edildiyi göstərilsə də, təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi bu dəlillərin yoxlanılması və təkzib olunması üçün cinayət işinin istintaqı zamanı hansı sübutların toplandığı, ümumiyyətlə bu sübutların nədən ibarət olduğu göstərilməmişdir. Azərbaycan Respublikası CPM-in 292.4-cü maddəsinə əsasən cinayət prosesinin aparıldığı dili bilməyən təqsirləndirilən şəxsə və onun müdafiəçisinə ittiham aktının və ona əlavələrin təsdiq edilmiş və tərcüməçi tərəfindən imzalanmış tərcümələri, habelə həmin sənədlərin məhkəmə icraatının aparıldığı dildə yazılmış surətləri verilməlidir. Həmin Məcəllənin 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Həmin Məcəllənin 303.2-ci maddəsinə əsasən cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması məhkəmənin əsaslandırılmış qərarı ilə həyata keçirilir. Həmin Məcəllənin 303.3.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılması üçün əsasdır. Həmin Məcəllənin 303.3.6-cı maddəsinə əsasən cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılması üçün əsasdır. Həmin Məcəllənin 303.3.7-ci maddəsinə əsasən cinayət mühakimə icraatının aparıldığı dili bilməyən təqsirləndirilən şəxsə ana dilinə və ya bildiyi başqa dilə tərcümə olunmuş ittiham aktının surətinin verilməməsi cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılması üçün əsasdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxs Yevheni Durkinin barəsində seçilmiş həbs qətimkan tədbirinin və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “ev dustaqlığı qətimkan tədbirinin müddətləri uzadılmalıdır. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 306.1.3-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə bu Məcəllənin 300.1.1, 300.1.5 və 300.1.6-cı maddələrində nəzərdə tutulmuş qərarlar çıxarmaqla yanaşı, həmçinin təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsinə dair qərar çıxarır. Cinayət işi materiallarından görünür ki, təqsirləndirilən şəxs Yevhen Durkinin barəsində məhkəmənin xx.xx.2024-ci il tarixli qərarı ilə həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, məhkəmənin xx.xx.2024-cü il tarixli qərarı ilə seçilmiş həbs qətimkan tədbirinin müddəti 20 gün, yəni xx.xx.2024-cü il tarixədək uzadılmışdır. Təqsirləndirilən şəxs2 barəsində məhkəmənin xx.xx.2024-ci il tarixli qərarı ilə ibtidai istintaq müddətinin sonuna kimi, yəni xx.xx.2024-cü il tarixədək ev dustaqlığı qismində qətimkan tədbiri seçilmiş, məhkəmənin xx.xx.2024-cü il tarixli qərarı ilə ev dustaqlığı qətimkan tədbirinin müddəti 20 gün, yəni xx.xx.2024-cü il tarixədək uzadılmışdır. Daha sonra məhkəmənin xx.xx.2024-cü il tarixli qərarına əsasən təqsirləndirilən şəxs Durkin Yevhen barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti məhkəmə hazırlıq iclasında qətimkan tədbiri məsələsinə qiymət verilənədək uzadılması, xx.xx.2024-cü il tarixli qərarına əsasən isə Təqsirləndirilən şəxs2 seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddəti məhkəmə hazırlıq iclasında qətimkan tədbiri məsələsinə qiymət verilənədək uzadılması qərara alınmışdır. Belə olan halda məhkəmə hesab edir ki, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarıldığından təqsirləndirilən şəxs Yevhen Durkinin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 1 ay, yəni xx.xx.2024-cü il tarixədək və digər Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “ev dustaqlığı qətimkan tədbirinin müddəti 01 ay, yəni xx.xx.2024-cü il tarixədək uzadılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 84,303,306 və 307-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2 Təqsirləndirilən şəxs2 barəsində cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi barədə vəsatəti rədd edilsin. Yevhen Durkinin və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və iş ittiham aktının Azərbaycan Respublikası CPM-nin 289-cu maddəsinin tələbinə uyğun tərtib edilməsi və cinayət mühakimə icraatının aparıldığı dili bilməyən təqsirləndirilən şəxs Yevhen Durkinə məhkəmə icraatının aparıldığı dildə yazılmış, habelə ana dilinə və ya bildiyi başqa dilə tərcümə olunmuş ittiham aktının surətinin verilməsi üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs Yevheni Durkinin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 1 ay, yəni xx.xx.2024-cü il tarixədək uzadılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “ev dustaqlığı qətimkan tədbirinin müddəti 01 ay, yəni xx.xx.2024-cü il tarixədək uzadılsın. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X8 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 4 saata görə 24 manat, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən təqsirləndirilən şəxs Yevhen Durkinin hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 4 saata görə 24 manat, ümumilikdə 48 (qırx səkkiz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Sədrlik edən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №1(003)-140/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-140/2025
15.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver