Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-141/2023 29.03.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru X6, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 iştirakı ilə, xx.xx.1995-ci ildə Qobustan rayonunda anadan olan, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, Qobustan rayonu, Hilmilli kəndində qeydiyyatda olan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 xx.xx.1996-cı ildə Yardımlı rayonunda anadan olan, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Yardımlı rayonu, Gengərə kəndində qeydiyyatda olan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub qrup yaradaraq xx.xx.2022-ci il tarixdə təxminən saat 21 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Q.Quliyev küçəsi ev 41, mənzil 34-də yaşayan Zərərçəkmiş şəxs4 məxsus Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Hacı Mövlan bağları adlanan ərazidə yerləşən bağ evinin həyətinə hasardan qanunsuz daxil olmaqla evdən dəyəri 300 manat olan 01 ədəd “Bosh” markalı laqonda, 01 ədədinin dəyəri 8 manat olan 28 ədəd kombi aparatının kollektorunu və dəyəri 480 manat olan 60 metr uzunluğunda elektrik uzadıcısı (udelnitel) gizli talayaraq Zərərçəkmiş şəxs4 ümumilikdə 1004 (min dörd) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təkrarən, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub qrup yaradaraq xx.xx.2022-ci il tarixdə saat 00:30 radələrində Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Hacı Mövlan bağları adlanan ərazidə yaşayan Zərərçəkmiş şəxs5 məxsus olan bağ evinin həyətinə qanunsuz daxil olmaqla həyətdən olan saxlanc yerindən dəyəri 35 manat olan 01 ədəd bıçaq itiləyən alət, dəyəri 90 manat olan 01 ədəd su nasosu (qidrafon), dəyəri 55 manat olan plastik boru yapışdıran ütü, dəyəri 45 manat olan 01 ədəd laqonda, dəyəri 35 manat olan 01 ədəd drel və dəyəri 1500 manat olan qiymətli metaldan olan 01 ədəd samovarı gizli talayaraq Zərərçəkmiş şəxs5 ümumilikdə 1760 (min yeddi yüz altmış) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təkrarən, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub qrup yaradaraq xx.xx.2022-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi ev 48, mənzil 44-də yaşayan Zərərçəkmiş şəxs6 məxsus Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 55 saylı yarımtikili bağ evindən 01 metrinin dəyəri 25 manat olan 4/10 mm-lik 50 metr uzunluğunda elektrik naqili, 01 metrinin dəyəri 1,5 manat olan 3/2,5 mm-lik 600 metr uzunluğunda elektrik naqili, 01 metrinin dəyəri 1,15 manat olan 1/4 mm-lik 800 metr uzunluğunda elektrik naqili, 01 metrinin dəyəri 0,5 manat olan 1/1,5 mm-lik 800 metr uzunluğunda elektrik naqili, 01 metrinin dəyəri 1,3 manat olan 2/6 mm-lik 300 metr uzunluğunda elektrik naqili və 01 ədədinin dəyəri 30 manat olan 10 ədəd pəncərənin torunun çərçivəsini gizli talayaraq Zərərçəkmiş şəxs6 ümumilikdə 4160 (dörd min yüz altmış) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə təxminən saat 15 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Tibilisi prospekti ev 43, mənzil 40-da yaşayan Zərərçəkmiş şəxs1 məxsus Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şinçi bağlar massivində yerləşən 1055 nömrəli bağ evinin həyətinə hasardan qanunsuz daxil olmaqla həyətindən dəyəri 100 manat olan 01 ədəd su mühərrikini və həyətdə yerləşən və saxlanc yeri hesab edilən qarajından 01 ədədinin dəyəri 500 manat olan 04 ədəd velosipedi gizli talayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 2100 (iki min yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təkrarən, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2022-ci ilin avqust ayının ortalarında Bakı şəhəri, Xətai rayonu, D massivi, ev 1, mənzil 18-də yaşayan Zərərçəkmiş şəxs2 məxsus Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna yaşayış massivində yerləşən bağ evinin həyətinə hasardan qanunsuz daxil olmaqla evindən 01 ədədinin dəyəri 170 manat olan 04 ədəd suqızdırıcı radiator, dəyəri 40 manat olan 01 ədəd paltarqurudan (seşilka) və evin divarlarında quraşdırlmış vəziyyətdə olan 01 metrinin dəyəri 0,6 manat olan 500 metr uzunluğunda elektrik naqillərini gizli talayaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 1020 (min iyirmi) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təkrarən, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat təxminən 20 radələrində Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, L.Starçuk küçəsi, bağ massivində fərdi evdə yaşayan Zərərçəkmiş şəxs3 yaşadığı bağ evinin həyətinə hasardan qanunsuz daxil olmaqla evin divarına quraşdırılmış dəyəri 1000 manat olan 01 ədəd kombi aparatını gizli talayaraq Zərərçəkmiş şəxs3 ümumilikdə 1000 (min) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təkrarən, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub qrup yaradaraq xx.xx.2022-ci il tarixdə təxminən saat 21 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Q.Quliyev küçəsi ev 41, mənzil 34-də yaşayan Zərərçəkmiş şəxs4 məxsus Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Hacı Mövlan bağları adlanan ərazidə yerləşən bağ evinin həyətinə hasardan qanunsuz daxil olmaqla evdən dəyəri 300 manat olan 01 ədəd “Bosh” markalı laqonda, 01 ədədinin dəyəri 8 manat olan 28 ədəd kombi aparatının kollektorunu və dəyəri 480 manat olan 60 metr uzunluğunda elektrik uzadıcısını (udelniteli) gizli talayaraq Zərərçəkmiş şəxs4 ümumilikdə 1004 (min dörd) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təkrarən, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub qrup yaradaraq xx.xx.2022-ci il tarixdə saat 00:30 radələrində Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Hacı Mövlan bağları adlanan ərazidə yaşayan Zərərçəkmiş şəxs5 məxsus olan bağ evinin həyətinə qanunsuz daxil olmaqla həyətdə olan saxlanc yerindən dəyəri 35 manat olan 01 ədəd bıçaq itiləyən alət, dəyəri 90 manat olan 01 ədəd su nasosu (qidrafon), dəyəri 55 manat olan plastik boru yapışdıran ütü, dəyəri 45 manat olan 01 ədəd laqonda, dəyəri 35 manat olan 01 ədəd drel və evin eyvanında olan dəyəri 1500 manat olan qiymətli metaldan hazırlanmış 01 ədəd samovarı gizli talayaraq Zərərçəkmiş şəxs5 ümumilikdə 1760 (min yeddi yüz altmış) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təkrarən, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub qrup yaradaraq xx.xx.2022-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 55 saylı bağ evində yaşayan Zərərçəkmiş şəxs6 məxsus yarımtikili bağ evinin həyətinə hasardan qanunsuz daxil olaraq sayğacdan evə qədər çəkilmiş 01 metrinin dəyəri 25 manat olan 4/10 mm-lik 50 metr uzunluğunda elektrik naqili, bundan sonra evə daxil olaraq evin divarlarına quraşdırılmış vəziyyətdə olan 01 metrinin dəyəri 1,5 manat olan 3/2,5 mm-lik 600 metr uzunluğunda elektrik naqili, 01 metrinin dəyəri 1,15 manat olan 1/4 mm-lik 800 metr uzunluğunda elektrik naqili, 01 metrinin dəyəri 0,5 manat olan 1/1,5 mm-lik 800 metr uzunluğunda elektrik naqili, 01 metrinin dəyəri 0,3 manat olan 2/6 mm-lik 300 metr uzunluğunda elektrik naqili və 01 ədədinin dəyəri 30 manat olan 10 ədəd pəncərənin torları çərçivələri ilə birlikdə gizli talayaraq Zərərçəkmiş şəxs6 ümumilikdə 4160 (dörd min yüz altmış) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təkrarən, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə, gecə saatlarında Bakı şəhəri, Nəsimi rayonu, Ə.Quliyev küçəsi ev 130, mənzil 29-da yaşayan Zərərçəkmiş şəxs7 məxsus Xəzər rayonu, Şağan qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətinə qanunsuz daxil olmaqla həyətdən dəyəri 300 manat olan 01 ədəd yuyucu aparatı (moyka aparatı) və onun üzərində olan ümumi dəyəri 180 manat olan 32 metr uzunluğunda elektrik uzadıcısını (udelniteli) gizli talayaraq Zərərçəkmiş şəxs7 ümumilikdə 480 (dörd yüz səksən) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təkrarən, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat təxminən 01 radələrində Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa- Xuna bağlar massivində nömrəsiz bağ evində yaşayan Zərərçəkmiş şəxs8 icarəyə götürdüyü Qala qəsəbəsi, Xaşa-Xuna bağ massivində yerləşən meyvə satışı mağazasının plastik qapısını açma yolu ilə mağazaya qanunsuz daxil olaraq mağazanın pəncərəsinin qarşısında olan qutunun altında olan 300 (üç yüz) manat pulu gizli talayaraq Zərərçəkmiş şəxs8 ümumilikdə 300 (üç yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təkrarən, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə gecə saat təxminən 03 radələrində Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Axundov küçəsi ev 3-də yaşayan Zərərçəkmiş şəxs9 məxsus icarə işlətdiyi Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Sabir küçəsində yerləşən Ruzi Market adlanan marketin plastik qapısını açma yolu ilə mağazaya qanunsuz daxil olaraq dəyəri 500 manat olan bir ədəd “Acer” markalı notebook, dəyəri 200 manat olan 01 ədəd video qeyd edici aparat, 500 manat dəyərində müxtəlif siqaretlər, 01 ədədini dəyəri 5 manat olan 20 ədəd ətirlər, dəyəri 100 manat olan 01 ədəd planşet, dəyəri 80 manat olan kamunal xərcləri ödəmək üçün nəzərdə tutulmuş aparat (planşet) və kassadan ümumilikdə 100 manat pulu gizli talayaraq Zərərçəkmiş şəxs9 1580 (min beş yüz səksən) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təkrarən, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Malik Musayev küçəsi, bağlar massivində nömrəsiz bağ evində yaşayan X8 məxsus Buzovna qəsəbəsi ərazisində yerləşən yaşayış olmayan evinin həyətinə qanunsuz daxil olmaqla evin plastik pəncərəsini açma yolu ilə evə daxil olmuş və evdən dəyəri 50 manat olan 01 ədəd taxta kəsən eletrik mişarı (lobzik), 01 ədədinin dəyəri 6 manat olan 04 ədəd elektik açarı (vklyuçatel), 01 metrinin dəyəri 0.65 manat olan 40 metr uzunluğunda elektrik naqili və dəyəri 200 manat olan alətlər çantasını gizli talayaraq zərərçəkmiş şəxs X8 300 (üz yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ittiham olunduğu əməllərin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6 aid epizodlar üzrə oğurluq hadisələrini törətmişdir. Həmin epizodlar üzrə özünü təqsirli bilir. Təqsirləndirilən şəxs1 son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, zərər çəkmiş şəxslərə dəymiş ziyanı ödədiyini, onlarla barışıq əldə etdiyini, zərər çəkmiş şəxslərin ondan şikayət və tələbinin olmadığını bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ittiham olunduğu əməlin törədilməsində qismən təqsirli bilərək ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs9 aid epizodlar üzrə oğurluq hadisələrini törətmişdir. Həmin epizodlar üzrə özünü təqsirli bilir, digər epizod üzrə olan oğurluq hadisəsini o, törətməmiş, həmin epizodu etiraf etməsi üçün ona polis əməkdaşları tərəfindən təzyiqlər edilmişdir. Təqsirləndirilən şəxs2 son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs6 dəymiş ziyanı ödədiyini, onlarla barışıq əldə etdiyini, həmin zərər çəkmiş şəxslərin ondan şikayət və tələbinin olmadığını, himayəsində bir azyaşlı uşağının olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 Nadiq oğlu bildirdi ki, hazırda Bakı şəhəri, Yasamal, Tblisi prospekti, ev 43, mənzil 40-da ailəsi ilə birlikdə yaşayır. Bakı şəhəri Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şinci bağlar massivində 1055 nömrəli bağ evi var. İstirahət etmək üçün mütəmadi olaraq ailəsi ilə birlikdə həmin bağ evinə gedir. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə saat təxminən 16 radələrində həmin bağ evində olmuşdur. Növbəti dəfə xx.xx.2022-ci il tarixdə saat 12 radələrində getmiş və həyətə girəndə görmüşdür ki, həyətdəki su anbarındakı dəyəri 100 manat olan su mühərriki oğurlanmışdır. Bundan sonra DİN-in 102 zəng xidməti mərkəzinə zəng edib məlumat vermişdir. Sonra polis əməkdaşları gəlmiş və hadisə yerinə baxış keçirdikdən sonra ərizə ilə müraciət etmişdir. Həmin gün bağ evinə tək getmişdir, həyətin başqa yerlərinə baxmamışdım. xx.xx.2022-ci il tarixdə yenidən həmin bağ evinə getmiş və həyətdəki qarajda saxladığı velosipedləri götürmək istəyərkən aşkar etmişdir ki, 01 ədədinin dəyəri 500 manat olan 04 ədəd velosipedlər də oğurlanmışdır. Qeyd etmişdir ki, velosipedlər də su mühərriki ilə eyni vaxtda oğurlanmışdır. Çünki xx.xx.2022-ci il tarixdə həyətində olarkən qarajın qapısının açıq olduğunu hiss etmişdir, lakin fikirləşmişdir ki, yəqin oğlu açıq saxlayıb, ona görə də qaraja fikir verməmişdir. Bu səbəbdən də xx.xx.2022-ci il tarixdə yenidən Xəzər RPİ-nin 1-ci PŞ-nə gedib ərizə ilə müraciət etmişdir ki, ona məxsus 04 ədəd dəyəri ümumilikdə 2100 manat olan velosipedləri də oğurlanmışdır. Oğurluq hadisəsi zamanı ona ümumilikdə 2100 (iki min yüz) manat maddi ziyan dəydiyini bildirmişdir. Ona dəymiş ziyan ödənilməmişdir, bu səbəbdən də təqsirləndirilən şəxslərdən şikayətçidir və ziyanın ödənilməsini tələb edir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 bildirdi ki, hazırda Xəzər rayonu, Şüvəlan qəsəbəsi, H.Mövlan bağları yaşayış massivi, nömrəsiz bağ evində ailəsi ilə birlikdə yaşayır. İşləmir, evdar qadındır. X2 övladları ilə birlikdə onunla birgə yaşayırlar. Qızı Ülviyyə hər gün işə gedir, özü isə qızının uşaqları ilə evdə qalır. Həmin gün, yəni xx.xx.2022-ci il tarixdə saat 12 radələrində Ülviyyə evdən çıxıb işə getmişdir. O və nəvələri evdə qalmışlar, saat təxminən 17 radələrində uşaqları gəzdirmək məqsədi ilə şəhərə aparmaq üçün evdən çıxmışdır. Axşam saat 22-23 radələrində evə gəlmişdir. Ondan sonra qızı evə gəlmişdir, qızı isti su istifadə etmək istəmiş, lakin görmüşdür ki, isti su gəlmir. Buna baxmayaraq fikirləşmişdir ki, yəqin kombi xarab olub. Səhəri gün, yəni xx.xx.2022-ci il tarixdə Ülviyyə hamamda çimmək üçün isti sudan istifadə etmək istəyərkən yenə də isti su gəlməmişdir. Bu zaman evin sağ tərəfində divara quraşdırılmış vəziyyətdə kombi olan yerə yaxınlaşmış və aşkar etmişdir ki, kombi yerində yoxdur, qayıdıb bunu qızına demişdir. Onda başa düşmüşlər ki, bir gün əvvəl evdə olmadıqları müddətdə kombi aparatı oğurlanmışdır. Bundan sonra qızı DİN-in 102 zəng xidməti mərkəzinə zəng edib oğurluq barədə məlumat vermişdir. Oğurluq hadisəsi nəticəsində ona 1000 (min) manat maddi ziyan dəymişdir. Kombi aparatından başqa heç bir əşyası oğurlanmadığını bildirmişdir. Ona dəymiş ziyan ödənilməmişdir, bu səbəbdən də təqsirləndirilən şəxslərdən şikayətçidir və ziyanın ödənilməsini tələb edir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 bildirdi ki, hazırda Xəzər rayonu, Şüvəlan qəsəbəsi, H.Mövlan bağları yaşayış massivi, nömrəsiz bağ evində ailəsi ilə birlikdə yaşayır. Təqaüdçüdür, heç bir yerdə işləmir. xx.xx.2022-ci il tarixdə saat təxminən 23:00 radələrində ailə üzvləri ilə birlikdə yatmışdır. Səhər oyananda həyətə düşüb görmüşdür ki, həyətində özünə məxsus əşyalarını saxlamaq üçün tikdiyi balaca anbarın qapısı açıqdır. Yaxınlaşıb görmüşdür ki, həmin anbarın içərisində saxladığı özünə məxsus dəyəri 35 manat olan 01 ədəd bıçaq itiləyən alət, dəyəri 90 manat olan 01 ədəd su nasosu (qidrafon), dəyəri 55 manat olan plastik boru yapışdıran ütü, dəyəri 45 manat olan 01 ədəd laqonda, dəyəri 35 manat olan 01 ədəd drel oğurlanmışdır. Bundan sonra evin qarşısına keçib görmüşdür ki, evin eyvanında olan dəyəri 1500 manat olan qiymətli metaldan hazırlanmış 01 ədəd samovar da oğurlanmışdır. Bunları görən kimi dərhal DİN-in 102 zəng xidməti mərkəzinə zəng edib məlumat vermişdir. DİN-in 102 zəng xidməti mərkəzinə məlumat verəndə bildirmişdir ki, qonşuluqda yaşayan Namiq adlı şəxsdən şübhələnir. Çünki Namiq adlı şəxs əvvəllər onun həyətində fəhlə kimi işləmişdir, həyətində harada nə varsa Namiq yaxşı bilmişdir. Onun həyətdə işlədikdən sonra Zərərçəkmiş şəxs5 eşitmişdir ki, Namiq oğurluqla məşğuldur. Ona görə də oğurluq hadisəsi ilə bağlı ondan şübhələnmişdir. Oğurluq hadisəsi zamanı ona 1760 (min yeddi yüz altmış) manat maddi ziyan dəydiyini bildirmişdir. Ona dəymiş ziyan Təqsirləndirilən şəxs1 tərəfindən ödənilmiş, Təqsirləndirilən şəxs1 ilə barışıq əldə etmiş, bu səbəbdən də Təqsirləndirilən şəxs1 qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 bildirdi ki, hazırda Nizami rayonu, B.Nuriyev küçəsi ev 48, mənzil 44-də ailəsi ilə birlikdə yaşayır. Fərdi əməklə məşğul olur. Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Hacı Mövlan bağ massivində özünə məxsus 55 nömrəli bağ evi var. Həmin bağ evində təmir tikinti işəri başa çatmadığına görə orada hazırda yaşayış yoxdur. Buna baxmayaraq arada həmin bağ evində tikinti işləri aparır. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə təxminən saat 10 radələrində həmin bağ evində olmuşdur. Növbəti dəfə xx.xx.2022-ci il tarixdə təxminən saat 10 radələrində həmin bağ evinə gedib görmüşdür ki, həyətdə evin elektrik naqillərindən balaca kəsilmiş hissələrindən var, bəzilərinin üst qabığı soyulmuş vəziyyətdədir. Hiss etmişdir ki, evində oğurluq olmuşdur. Evin giriş qapısı yoxdur, evə daxil olduqdan sonra görmüşdür ki, evin pəncərələrindəki torlar çərçivələri ilə birlikdə yerində yoxdur. Bundan sonra evin hər bir otağına baxış keçirmiş və aşkar etmişdir ki, evin divarlarında quraşdırılmış elektrik naqilləri və eləcə də elektrik sayğacından evə qədər olan elektrik naqili kəsilərək oğurlanmışdır. Belə ki. oğurlanmış əmlakını müəyyən etdikdən sonra hesablamış və məlum olmuşdur ki, ona məxsus olan bağ evindən edilmiş oğurluq nəticəsində 01 metrinin dəyəri 25 manat olan 4/10 mm-lik 50 metr uzunluğunda sayğacdan evə qədər çəkilmiş elektrik naqili, evin divarlarına quraşdırılmış vəziyyətdə olan 01 metrinin dəyəri 1,5 manat olan 3/2,5 mm-lik 600 metr uzunluğunda elektrik naqili, 01 metrinin dəyəri 1,15 manat olan 1/4 mm-lik 800 metr uzunluğunda elektrik naqili, 01 metrinin dəyəri 0,5 manat olan 1/1,5 mm-lik 800 metr uzunluğunda elektrik naqili, 01 metrinin dəyəri 0,3 manat olan 2/6 mm-lik 300 metr uzunluğunda elektrik naqili oğurlanmışdır. Bundan başqa evin 10 ədəd pəncərəsinin torları çərçivələri ilə birlikdə oğurlanmışdır, onların da hər birinin dəyəri 30 manatdır. Beləliklə dəymiş maddi ziyanı hesablamış və müəyyən etmişdir ki, və ümumilikdə ona 4160 (dörd min yüz altmış) manat madi ziyan dəymişdir. İlkin təhqiqat araşdırması zamanı izahatınızda dəymiş maddi ziyanı 3860 manat, istintaq araşdırması zamanı isə ifadəsində dəymiş maddi ziyanı 4160 manat qeyd etməsi məsələsinə aydınlıq gətirərək bildirmişdir ki, sonradan dəqiq hesablaməş və məlum olmuşdur ki, ona dəymiş madi ziyan 3860 manat deyil, 4160 (dörd min yüz altmış) manat təşkil edir. Ona dəymiş ziyan təqsirləndirilən şəxslər tərəfindən ödənilmiş, təqsirləndirilən şəxslərlə barışıq əldə etmiş, bu səbəbdən də təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 bildirdi ki, hazırda Nəsimi rayonu, Ə.Quliyev küçəsi ev 130, mənzikl 29-da ailəsi ilə birlikdə yaşayır. Xərər rayonu, Şağan qəsəbəsi ərazisində özünə məxsus bağ evi var. Həmin bağ evinə ailəsi ilə birlikdə yalnız yay aylarında istirahət etmək üçün gedir. Yay mövsümü bitdikdən sonra isə arada gedib nəzarət edir. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə saat təxminən 12 radələrində orada olmuşdur. Həmin vaxt evdə və həyətdə hər şey yerində olmuşdur. xx.xx.2022-ci il tarixdə saat təxminən 10 radələrində bağ evinə gedəndə həyətə daxil olmuş və aşkar etmişdir ki, həyətdə giriş qapısının qarşısında saxladığı özünə məxsus dəyəri 300 manat olan 01 ədəd yuyucu aparatı (moyka aparatı) və onun üzərində olan ümumi dəyəri 180 manat olan 32 metr uzunluğunda elektrik uzadıcısı (udelnitel) oğurlanmışdır. Oğurlanmış əşyalarının dəyərini hesablamış və müəyyən etmişdir ki, oğurluq hadisəsi zamanı ona ümumilikdə 480 manat maddi ziyan dəymişdir. Bundan sonra Xəzər RPİ-nin 1-ci PŞ-nə gedib orada məlumat verdikdən sonra ərizə ilə müraciət etmişdir. Ona dəymiş ziyan ödənilməmişdir, bu səbəbdən də təqsirləndirilən şəxslərdən şikayətçidir və ziyanın ödənilməsini tələb edir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 bildirdi ki, hazırda Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Axundov küçəsi ev 3-də ailəsi ilə birlikdə yaşayır. Fərdi əməklə məşğul olur. Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Sabir küçəsində yerləşən Ruzi market adlanan mağazanı icarəyə götürüb işlədir. Hər gün demək olar ki gecə saat 01 radələrində mağazanı bağlayıb evə gedir. xx.xx.2022-ci il tarixdə də həmişəki kimi saat 01 radələrində mağazanı bağlayıb evə getmişdir. Həmin gün səhər tezdən saat təxminən 07 radələrində mağazanı açmağa getmişdir. Mağazaya yaxınlaşanda görmüşdür ki, mağazanın girişinin plastik qapısı açıqdır. Buna baxmayaraq qapıya heç bir zədə vurulmamışdır. Mağazaya daxil olduqdan sonra görmüşdür ki, mağazada bəzi yerlər qarışıq vəziyyətdədir. Başa düşmüşdür ki, mağazadan gecə saatlarında oğurluq olmuşdur. Bu zaman mağazaya baxış keçirmiş və məlum olmuşdur ki, ona məxsus dəyəri 500 manat olan bir ədəd “Acer” markalı notebook, dəyəri 200 manat olan 01 ədəd video qeyd edici aparat, 500 manat dəyərində müxtəlif siqaretlər, 01 ədədini dəyəri 5 manat olan 20 ədəd ətirlər, dəyəri 100 manat olan 01 ədəd planşet, dəyəri 80 manat olan kamunal xərcləri ödəmək üçün nəzərdə tutulmuş aparat (planşet) və kassadan ümumilikdə 100 manat pul oğurlanmışdır. Bunları bildikdən sonra DİN-nin 102 zəng xidməti mərkəzinə zəng vurub məlumat vermişdir. Oğurluq hadisəsi zamanı ona 1580 (min beş yüz səksən) manat maddi ziyan dəymişdir. İlkin təhqiqat zamanı sizə dəymiş maddi ziyanı 1500 manat, istintaq zamanı isə 1580 manat göstərməsi məsələsinə aydınlıq gətirərək bildirmişdir ki, ilkin təhqiqat zamanı mağazadan oğurlanmış əşyaların sayını və dəyərini dəqiq bilməmişdir, sonradan diqqətlə baxmış və hesablayıb bilmişdir ki, ona dəymiş maddi ziyan 1580 manatdır. Ona dəymiş ziyan ödənilməmişdir, bu səbəbdən də təqsirləndirilən şəxslərdən şikayətçidir və ziyanın ödənilməsini tələb edir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş X12 bildirdi ki, hazırda Xəzər rayonu, Buzovna qəsəbəsi, Malik Musayev küçəsi, bağlar massivi, nömrəsiz bağ evində ailəsi ilə birlikdə yaşayır. Fərdi əməklə məşğul olur. Xəzər rayonu, Buzovna qəsəbəsi, M.Musayev küçəsində özünə bir mərtəbəli ev tikmişdir. Evin təmir işlərini özü aparmışdır. Buna baxmayaraq təmir işləri tam başa çatmadığına görə orada hələlik yaşayış yoxdur. Həftədə 2-3 dəfə evinə gedib orada təmir işləri ilə məşğul olur. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə saat təxminən 14 radələrində oradan çıxmışdır. Növbəti dəfə xx.xx.2022-ci il tarixdə təxminən saat 15 radələrində evə gedib görmüşdür ki, evin mətbəxinin plastik pəncərəsi açıq vəziyyətdədir. Hiss etmişdir ki, evə kənar adam daxil olub. Çünki, sonuncu dəfə evdən çıxanda evin bütün qapı və pəncərələrini bağlamışdır. Evə qalxıb görmüşdür ki, evdə təmir işləri zamanı təmiri başa çatmamış yataq otağında qoyduğu dəyəri 50 manat olan 01 ədəd taxta kəsən eletrik mişarı (lobzik), 01 ədədinin dəyəri 6 manat olan 04 ədəd elektik açarı (vklyuçatel), 01 metrinin dəyəri 0.65 manat olan 40 metr uzunluğunda elektrik naqili və dəyəri 200 manat olan alətlər çantasının oğurlandığını aşkar etmişdir. Bundan sonra DİN-inn 102 zəng xisdməti mərkəzinə zəng edib oğurluq barədə məlumat vermişdir. Oğurluq hadisəsi zamanı ona ümumilikdə 300 (üç yüz) manat maddi ziyan dəymişdir. İlkin təhqiqat araşdırması zamanı izahatında dəymiş maddi ziyan 500 manat, istintaq araşdırması zamanı isə ifadəsində dəymiş maddi ziyanı 300 manat qeyd etməsi məsələsinə aydınlıq gətirərək bildirmişdir ki, ilkin araşdırma zamanı ona dəymiş maddi ziyanı təxmini olaraq bildirmişdir, ona görə izahatında 500 manat qeyd etmişdir, sonradan dəqiq hesabladıqdan sonra məlum olmuşdur ki, dəymiş maddi ziyan 300 manat təşkil edir. Ona dəymiş ziyan təqsirləndirilən şəxslər tərəfindən qismən ödənilmiş, təqsirləndirilən şəxslərdən şikayətçidir, ziyanının ödənilməsini tələb edir. Ona dəymiş ziyan ödənilməmişdir, bu səbəbdən də təqsirləndirilən şəxslərdən şikayətçidir və ziyanın ödənilməsini tələb edir. Aparılmış ibtidai istintaq zamanı zərər çəkmiş şəxs qismində ifadəsi alınmış Zərərçəkmiş şəxs2 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, hazırda Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış massivi, ev 1, mənzil 18-də ailəsi ilə birlikdə yaşayır. Fərdi əməklə məşğul olur. Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna bağlar massivində özünə məxsus bağ evi var. Təmiri başa çatmadığına görə hal-hazırda orada yaşayış yoxdur. İşi ilə əlaqədar, eyni zamanda uzaqda yaşadığına görə tez-tez həmin bağ evinə gedə bilmir, buna baxmayaraq arada vaxt tapıb gedib həmin bağ evinə baş çəkir. Sonuncu dəfə orada ustalar təmir işi ilə məşğul olarkən 2022-ci ilin may ayının ortalarında həmin bağ evində olmuşdur. Növbəti dəfə xx.xx.2022-ci il tarixdə saat təxminən 12 rədələrində həmin bağ evinə getmişdir. Həyətə daxil olanda görmüşdür ki, evin qabaq tərəfindəki plastik pəncərəsi açıq vəziyyətdədir. Hiss etmişdir ki, evə kimsə daxil olub, evə daxil olub görmüşdür ki, evdən 01 ədədinin dəyəri 170 manat olan 04 ədəd suqızdırıcı radiator, dəyəri 40 manat olan 01 ədəd paltarqurudan (suşilka) və 01 metrinin dəyəri 0,6 manat olan 500 metr uzunluğunda elektrik naqili oğurlanmışdır. Dəymiş maddi ziyanı hesablamış və müəyyən etmişdir ki, oğurluq hadisəsi nəticəsində ona ümumlikdə 1020 (min iyirmi) manat maddi ziyan dəymişdir. Bundan sonra DİN-in 102 zəng xisdməti mərkəzinə zəng edib oğurluq barədə məlumat vermişdir. Aparılmış ibtidai istintaq zamanı zərər çəkmiş şəxs qismində ifadəsi alınmış Zərərçəkmiş şəxs4 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Zərərçəkmiş şəxs4 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, hazırda Bakı şəhəri, Bakı şəhəri, Nəsimi rayonu, Q.Quliyev küçəsi ev 41, mənzil 32-də ailəsi ilə birlikdə yaşayır. Fərdi əməklə məşğul olur. Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Hacı Mövlan bağ massivi adlanan ərazidə özünə məxsus bağ evi var, orada tikinti işləri başa çatmadığına görə hal-hazırda həmin bağ evində yaşayış yoxdur, lakin tikinti işləri aparılır. Evin qapı və pəncərələri yoxdur, özü də mütəmadi olaraq həmin bağ evinə gedib baş çəkir. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə təxminən saat 15 radələrində orada olmuşdur. Növbəti dəfə xx.xx.2022-ci il tarixdə saat təxminən 11 radələrində bağ evinə getmişdir. Həyətə daxil olduqdan sonra evin içərisinə daxil olmuşdur. Evin içərisində aşkar etmişdir ki, ona məxsus dəyəri 300 manat olan Boşh markalı laqonda, dəyəri 224 manat olan kombi aparatının 28 ədəd kollektoru və dəyəri 480 manat olan 60 metr uzunluğunda elektrik uzadıcısı (udelnitel) oğurlanmışdır. Oğurluq hadisəsi nəticəzində dəymiş maddi ziyanı hesablamış və məlum olmuşdur ki, ona ümumilikdə 1004 manat maddi ziyan dəymişdir. Həmin gün Xəzər RPİ-nin 1-ci PŞ-nə müraciət etmək istəmişdir, lakin işə tələsdiyi üçün gedib ərizə ilə müraciət edə bilməmişdir. Təxminən iki həftəyə yaxın vaxt keçdikdən sonra vaxtı olmadığına görə məcbur olub DİN-inn 102 zəng xidməti mərkəzinə zəng edib oğurluq barədə məlumat vermişdir. xx.xx.2022-ci il tarixdə isə Xəzər RPİ-nin 1-ci PŞ-nə gedərək ərizə ilə müraciət etdiyini bildirmişdir. Aparılmış ibtidai istintaq zamanı zərər çəkmiş şəxs qismində ifadəsi alınmış Zərərçəkmiş şəxs8 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Zərərçəkmiş şəxs8 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, hazırda Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna yaşayış massivi, nömrəsiz fərdi evdə ailəsi ilə birlikdə yaşayır. Fərdi əməklə məşğul olur. Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna bağ massivində yolun kənarında icarəyə mağaza götürüb olarda meyvə-tərəvəz satışı ilə məşğul olur. Atası da arada ona köməklik edir. Hər gün orada olur, xx.xx.2022-ci il tarixdə saat 23 radələrində mağazanı bağlayıb evə getmişdir. Səhəri gün, yəni xx.xx.2022-ci il tarixdə saat təxminən 05 radələrində atası X13 mağazaya gedərkən görmüşdür ki, mağazanın plastik qapısı açıq vəziyyətdədir. Bunu görən kimi Zərərçəkmiş şəxs8 zəng vuraraq bildirmişdir ki, mağazanın qapısı açıq vəziyyətdədir, Elməddin təcili həmin mağazaya getmişdir, mağazaya çatdıqdan sonra içəri daxil olmuş və aşkar etmişdir ki, pəncərənin qarşısında tərəzinin yanında qoyduğu kardon qutuda ona məxsus qəpiklərlə birlikdə 300 manat pulu oğurlanmışdır. Bundan sonra atası DİN-inn 102 zəng xisdməti mərkəzinə zəng edib oğurluq barədə məlumat vermişdir. Həmin pul ona məxsus olduğuna görə sonradan özü Xəzər RPİ-nin 1-ci PŞ-nə getmiş və orada ərizə ilə müraciət etmişdir. Oğurluq hadisəsi zamanı ona ümumilikdə 300 (üç yüz) manat maddi ziyan dəymişdir.Atası R.Hüseynov DİN-inn 102 zəng xisdməti mərkəzinə zəng edib məlumat verərkən mağazadan pul və meyvə oğurlandığını bildirməsi məsələsinə aydınlıq gətirərək bildirmişdir ki, özü bir gün əvvəl axşam saatlarında meyvələrdən satdığına görə bəzi qutulardakı meyvələr azalmışdır, ona görə də atası elə bilmişdir ki, mağazadakı meyvələrdən də oğurlanmışdır, əslidə mağazadan yalnız ona məxsus 300 manat pul oğurlanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirdi ki, hazırda Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Vaqif küçəsi, döngə 1, ev 2-də ailəsi ilə birlikdə yaşayır. Xəzər rayonu, Mərdəkan qəsəbəsində stansiya adlanan ərazisə mobil telefon və telefon aksesuarları mağazasında işləyir. Həmin mağazanı icarəyə götürüb işlədir. Eyni zamanda işlənmiş mobil telefon və notebooklar da alır, sonra onları təmir elətdirib satır. 2022-ci ilin sentyabr ayının axırlarında, əvvəllər tanıdığı Namiq adlı şəxs onun işlədiyi mağazaya bir ədəd ACER markalı notebook gətirmiş və ona demişdir ki, həmin notebook özünə məxsusdur, pula ehtiyacı olduğuna görə 35 manata satır. Həmin notebookun ekranı sınmış vəziyyətdə olmuşdur. Şahid1 onun şəxsiyyət vəsiqəsinin surətini götürmüş və ona 35 manat verib həmin notebooku almışdır. Səhəri gün Xəzər RPİ-nin 1-ci PŞ-nin əməkdaşları onun işlədiyi mağazaya gələrək həmin notebookun oğurluq olduğunu bildirmişlər. O, həmin notebookun oğurluq olmasından məlumatı olmadığını bildirmiş və notebooku onlara təhvil vermişdir. Təqsirləndirilən şəxs2 ona həmin notebookdan başqa hər hansı bir əşya satmadığını, Namiq həmin notebooku oğurluq yolu ilə əldə etməsini bilmədiyini, özünə məxsus olduğunu deyərək ona satdığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X9 bildirdi ki, hazırda Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Abşeron Sanatoruiyası, 5-ci korpusda ailəsi ilə birlikdə yaşayır. Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən Günəşli Sanatoriyasının yaxınlığında metal qəbulu məntəqəsini işlədir. Dəqiq tarixi xatırlamasa da yadındadır ki, 2022-ci ilin sentyabr ayının əvvəllərində Namiq adlı şəxs ona bir ədəd bıçaq itiləyən alət, bir ədəd su nasosu, bir ədəd plastik boru yapışdıran ütü, bir ədəd laqonda bir ədəd drel və bir ədəd samovar gətirmişdir. Namiq həmin əşyaların özünə məxsus olduğunu bildirərək pula ehtiyacı olduğuna görə 200 manata satmaq istədiyini bildirmişdir. O, da həmin əşyalara baxmış və görmüşdür ki, həmin əşyaların hər biri sınmış və yararsız vəziyyətdədir, samovar da əzilmiş vəziyyətdədir. Şahid2 da ona bildirmişdir ki, bunları yalnız metal kimi ala biləcək, yəni içərisindəki mis metallarını çıxardıb tərəzidə çəkib nə qədər olsa onun pulunu verəcək. Beləliklə Şahid2 həmin əşyaların tərkibində olan metalları ayrı-ayrılıqda çəkmiş və ümumilikdə ona 180 manat pul vermişdir. Namiq ona ifadəsində qeyd etdiyi əşyalardan başqa heç bir əşya satmadığını, Təqsirləndirilən şəxs2 həmin əşyaları oğurluq yolu ilə əldə etdiyini bilmədiyini, gətirdiyi əşyalar özünə məxsus olduğunu deyərək pula ehtiyacı olduğuna görə satmaq istədiyini ona demiş, o, da Namiqə inandığını bildirmişdir. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid3 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, hazırda Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 41, mənzil 20-də ailəsi ilə birlikdə yaşayır. Xəzər rayonu, Stansiya yaşayış massivində dəmir yolunun yaxınlığında metal qəbulu məntəqəsini işlədir. Dəqiq tarixi xatırlamasa da yadındadır ki, 2022-ci ilin avqust və sentyabr aylarında Namiq adlı şəxs ona bir neçə dəfə yandırılaraq əridilmiş elektrik naqillərini və bir dəfə də təxminən sentyabr ayının əvvəllərində plastik pəncərələrin əzilmiş vəziyyətdə olan torparının çərçivələrini satmaq üçün gətirmişdir.Namiq həmin metalları ona satarkən həmin metalların özünə məxsus olduğunu demiş və o, da Namiqə inanıb tərəzidə gətirdiyi metalları çəkib və çəkisinə uyğun ona pulunu verib almışdır. Qeyd etmişdir ki, Namiq ona həmin çərçıvələri satan zaman bildirmişdir ki, fəhlə kimi işlədiyi evin sahibi həmin çərçivələrin lazımsız olduğuna görə ona vemişdir ki, satıb pul əldə etsin. Namiq ona ifadəsində qeyd etdiyi əşyalardan başqa heç bir əşya satmadığını, Təqsirləndirilən şəxs2 həmin əşyaları oğurluq yolu ilə əldə etdiyini bilmədiyini, gətirdiyi əşyalar özünə məxsus olduğunu deyərək pula ehtiyacı olduğuna görə satmaq istədiyini ona demiş, o, da Namiqə inandığını bildirmişdir. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid4 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, hazırda Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna bağ massivi, nömrəsiz bağ evində tək yaşayır. Fərdi əməklə, yəni fəhləliklə məşğul olur. Namiqi 5-6 aydır ki, tanıyır. 2022-ci ilin sentyabr ayının ortalarında evdə ailəsi ilə küsülü olduğuna görə gəlib onun evində bir həftə qalmışdır. Həmin müddət ərzində Namiqin bəzi paltarları da onun evində olmuşdur. Sonra Namiq getmiş və bir neçə gün gəlməmişdir, o, da həmin müddətdə fəhlə kimi işlədiyi evdə qalmışdır. Namiq 2022-ci ilin sentyabr ayının axırlarında ona zəng edib bildirmişdir ki, həyətinin qapısının qarşısındadır və paltarlarını götürməyə gəlib, Bəxtiyar da ona bildirmişdir ki, bir az uzaqdadır, gələ bilmir. Bundan sonra həmin gün bir neçə dəfə Namiq ona zəng etmişdir, lakin Bəxtiyar hər dəfə gələ bilmədiyini ona bildirmişdir. Sonradan görmüşdür ki, Namiq əl çəkmir, ona görə də axşam tərəfi evə gəlmişdir ki, Namiq gəlib paltarlarını götürsün. Həyətə daxil olanda görmüşdür ki, evin plastik pəncərəsinin dəmir barmaqlığının bir tərəfinin dəmirləri aralanmış və pəncərə də açıq vəziyyətdədir. Evə daxil olanda görmüşdür ki, evdə bəzi əşyaları əvvəl qoyduğu kimi deyil, qarışıq vəziyyətdədir, eyni zamanda Namiqin paltarları yerində yoxdur. Dərhal bu barədə DİN-in 102 zəng xidməti mərkəzinə məlumat vermişdir. Sonradan evin otaqlarına baxış keçirmiş və nəticədə ona məlum olmuşdur ki, evə daxil olan Namiq olmuşdur, özünə məxsus paltarlarını götürüb evdən çıxmışdır. Buna baxmayaraq ona məxsus heç bir əşyası oğurlanmamışdır. Namiq onun evinin yalnız pəncərəsinin dəmir barmaqlığını sındırmış və bunun da nəticəsində ona 30 manat maddi ziyan dəymişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/7731 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, ekspertiza tədqiqatına təqdim edilən 01 ədəd Çin istehsalı olan “Acer” markalı, “Aspire E1-522”, “AMD Guad-Core Prosessor A6-5200 (2.0GHz), 15.6”HD LED LCD, 4GB DDR3 memory, 1000 GB HDD” xüsusiyyətli notebookun aksesuarları ilə birlikdə 2022-ci ilin sentyabr ayına olan orta bazar qiyməti təxminən 300,00 manat müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1996-cı ildə Yardımlı rayonunda doğulmuş Təqsirləndirilən şəxs2 məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1995-ci ildə Bakı şəhərində doğulmuş Təqsirləndirilən şəxs1 məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. İş materiallarında olan 23 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, 23 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 24 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan Xəzər Rayon Məhkəməsinin 4(003)-421/2022 saylı, 24 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə olma müddətinin əvvəli 23 sentyabr 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan 10 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, 10 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında 12 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi AR CM-nin 177.2.1 və 177.2.3-cü maddələrindən həmin Məcəllənin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilmişdir. İş materiallarında olan 12 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan Xəzər Rayon Məhkəməsinin 4(003)-464/2022 saylı, 12 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 02 ay 13 gün müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə olma müddətinin əvvəli 10 oktyabr 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan DİN-in Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli, 011-11688-1222 saylı məktubundan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Sabir küçəsində yerləşən Zərərçəkmiş şəxs9 məxsus Ruzi marketdək oğurluq faktı ilə əlaqədar aparılmış tədqiqat nəticəsində əl izlərindən 02 ədədi xx.xx.1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs2 sol əlinin orta barmaqlarının əksləri ilə eynilik müəyyən etmişdir. İş materiallarında olan DİN-in Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli 011-11687-1222 saylı məktubundan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna yaşayış massivində yerləşən Zərərçəkmiş şəxs8 icarə işlətdiyi meyvə satışı mağazasında oğurluq faktı ilə əlaqədar aparılmış tədqiqat nəticəsində əl izlərindən 01 ədədi xx.xx.1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs2 sol əlinin orta barmaqlarının əksləri ilə eynilik müəyyən etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan əlavə və dəyişiklik edilməklə yeni məzmunda ittihamlar elan edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihama əlavə və dəyişikliklər edilməklə yeni məzmunda AR CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə ittihamlar elan edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxslər tərəfindən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs6 dəymiş dəymiş ziyanın ödənilməsi ilə bağlı razılıq əldə edilmiş, zərər çəkmiş şəxslə təqsirləndirilən şəxslər arasında barışıq əldə edilmiş, zərər çəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxslər tərəfindən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 dəymiş dəymiş ziyanın ödənilməsi ilə bağlı razılıq əldə edilmiş, zərər çəkmiş şəxslə təqsirləndirilən şəxslər arasında barışıq əldə edilmiş, zərər çəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 dəymiş dəymiş ziyan ödənilmiş, zərər çəkmiş şəxslə Təqsirləndirilən şəxs1 arasında barışıq əldə edilmiş, zərər çəkmiş şəxsin Təqsirləndirilən şəxs1 qarşı şikayət və tələbi yoxdur. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 elan edilmiş ittihamda olan 3 epizod yəni, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6 məxsus əşyaların oğurlanması hissəsində və Təqsirləndirilən şəxs2 elan edilmiş ittihamda olan 5 epizod yəni, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs9 məxsus əşyaların oğurlanması hissəsində qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərər çəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuş və onlar həmin maddələr ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə Təqsirləndirilən şəxs1 AR CM-nin 59.1.12 və 59.1.13-cü maddəsinə əsasən zərər çəkmiş şəxslərə cinayət nəticəsində dəymiş ziyanı tam ödəməsini, zərər çəkmiş şəxslərlə barışıq əldə etməsini, zərər çəkmiş şəxslərin Təqsirləndirilən şəxs1 şikayət və tələblərinin olmamasını, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən əməlini etiraf etməsini, səmimi peşman olmasını, ilk dəfə cinayət əməli törətməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 AR CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində bir azyaşlı uşağının olmasını, həmin Məcəllənin 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsini, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən əməlini etiraf etməsini, səmimi peşman olmasını, ilk dəfə cinayət əməli törətməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsinə əsasən “Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxslərin etirafedici ifadəsinə, ekspert rəylərinə, şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxslərin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs1 tərəfindən təqsirli olaraq törədilməsi tam və Təqsirləndirilən şəxs2 tərəfindən təqsirli olaraq törədilməsi 05 epizod üzrə sübuta yetir, onların törətmiş olduqları cinayət əməli Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilməlidir. Beləliklə təqsirləndirilən şəxslər həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidirlər və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən qeyd edir ki, Təqsirləndirilən şəxs1 törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Lakin, məhkəmə təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən hallar və onların mahiyyəti, həmçinin onun şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, cəzanın məqsədlərinə qismən nail olunduğunu nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan yüngül cəza növünü, yəni azadlığın məhdudlaşdırılması cəzasını təyin etsin. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, həmin cəza təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında ağır cəzaya alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının ikinci bəndinin məhkəmələrə tövsiyəsinə görə isə, belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır. Məhkəmənin fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından X5 azadlığın məhdudlaşdırılması cəzasının deyil, azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 elan edilmiş ittihamda olan 5 epizod yəni, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs7 və X8 məxsus əşyaların oğurlanması hissəsində qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 63.3-cü maddəsinə əsasən “Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair” 15 fevral 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “CPM-in müddəalarına görə, ittihamın sübuta yetirilməsi, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlillərin təkzib edilməsi vəzifəsi bütövlükdə ittiham tərəfinin üzərinə düşür. İttiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayət törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir. Müdafiə tərəfinin funksiyası isə cinayət təqibi ilə bağlı irəli sürülmüş ittihamı təkzib etməkdən və ya cinayət posesini həyata keçirən orqanın diqqətini təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsinə və ya cinayət məsuliyyətini yungülləşdirən halların mövcudluğuna cəlb etməkdən, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verməkdən ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7.1-ci maddəsinə əsasən “Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamağını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamağını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin, hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsinin hüquqi prosedurlarını müəyyən edir.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən “Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.2-ci və 139.0.4cü maddələrinə əsasən “Cinayət təqibi üzrə icraat zamanı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir.” Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 elan edilmiş ittihamda olan 5 epizod yəni, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs7 və X8 məxsus əşyaların oğurlanması hissəsində Təqsirləndirilən şəxs2 həmin zərər çəkmiş şəxslərə məxsus olan əşyaların oğurlamadığını bildirmişdir. Məhkəmə həmin epizod üzrə oğurluq cinayətlərinin təqsirləndirilən şəxs X10 tərəfindən törədilməsi ilə bağlı ibtidai istintaq orqanı tərəfindən təqdim edilmiş sübutlara qiymət verərkən aşağıdakı nəticəyə gəlir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən təqdim edilmiş sübutlar: - Təqsirləndirilən şəxsin ifadəsindən - Zərər çəkmiş şəxslərin ifadələrindən - İfadənin yerində yoxlanılması protokolundan ibarətdir. Məhkəmə ibtidai istintaq orqanı tərəfindən sübut kimi təqdim edilmiş təqsirləndirilən şəxsin ifadəsinə qiymət verərkən bildirir ki, təqsirləndirilən şəxs ibtidai istintaq zamanı yuxarıda göstərilən oğurluq cinayətləri üzrə özünü təqsirli bilmişdir. Lakin, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs vermiş olduğu ifadəsində həmin oğurluq hadisələrinin onun tərəfindən törədilmədiyini, bu cinayət əməllərini etiraf etməsi üçün polis əməkdaşları tərəfindən ona təzyiq və təsir edildiyini qeyd etmişdir. Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinə əsasən “Təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər.” Məhkəmə ibtidai istintaq orqanı tərəfindən sübut kimi təqdim edilmiş zərər çəkmiş şəxslərin ifadələrinə qiymət verərkən bildirir ki, zərər çəkmiş şəxslər iş üzrə marağı olan şəxsdir və onlar, yalnız dəymiş ziyanın ödənilməsində maraqlıdır. Cinayətin hansı şəraitdə və kimlər tərəfindən törədilməsi onlara məlum deyildir, onların ifadəsi yalnız digər sübutlarla əhatə olunduqda yetərli sayıla bilər. Məhkəmə ibtidai istintaq orqanı tərəfindən sübut kimi təqdim edilmiş Təqsirləndirilən şəxs2 ifadəsinin yerində yoxlanılması protokoluna qiymət verərkən bildirir ki, Təqsirləndirilən şəxs2 ifadəsində qeyd etdiyi oğurluq cinayətlərinin ünvanlarını göstərərək ifadəsini təsdiq etmişdir. Lakin, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 həmin ifadəsinin yerində yoxlanılması zamanı polis əməkdaşları tərəfindən ona təzyiq edildiyini və oğurluq hadisəsinin haradan və necə edilməsi ilə bağlı polis əməkdaşları tərəfindən ona göstərişlər verildiyini qeyd etmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, ifadənin yerində yoxlanılması təqsirləndirilən şəxsin ifadəsidir, onlar yalnız digər sübutlarla əhatə olunduqda yetərli sayıla bilər. Belə olan halda məhkəmə hesab edir ki, cinayət işi üzrə sübut kimi qəbul edilmiş, zərər çəkmiş şəxslərin ifadələri, ifadənin yerində yoxlanılması protokolu zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs7 və X8 aid olan hissədə sübutlar siyahısından çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən “Məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir.” Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə təxminən saat 15 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Tibilisi prospekti ev 43, mənzil 40-da yaşayan Zərərçəkmiş şəxs1 məxsus Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şinçi bağlar massivində yerləşən 1055 nömrəli bağ evinin həyətinə hasardan qanunsuz daxil olmaqla həyətindən 01 ədəd su mühərrikini və həyətdə yerləşən və saxlanc yeri hesab edilən qarajından 04 ədəd velosipedi gizli talayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 2100 (iki min yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etməsinə dair epizod, Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2022-ci ilin avqust ayının ortalarında Bakı şəhəri, Xətai rayonu, D massivi, ev 1, mənzil 18-də yaşayan Zərərçəkmiş şəxs2 məxsus Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna yaşayış massivində yerləşən bağ evinin həyətinə hasardan qanunsuz daxil olmaqla evindən 04 ədəd istilik radiatorlarını, 01 ədəd hamam suşilkası və evin otaqlarının divarlarında quraşdırılmış elektrik naqillərinin kəsərək gizli talayaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 1020 (min iyirmi) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etməsinə dair epizod, Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat təxminən 20 radələrində Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, L.Starçuk küçəsi, bağ massivində fərdi evdə yaşayan Zərərçəkmiş şəxs3 yaşadığı bağ evinin həyətinə hasardan qanunsuz daxil olmaqla evin divarına quraşdırılmış 01 ədəd kombi aparatını gizli talayaraq Zərərçəkmiş şəxs3 ümumilikdə 1000 (min) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etməsinə dair epizod, Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə, gecə saatlarında Bakı şəhəri, Nəsimi rayonu, Ə.Quliyev küçəsi, ev 130, mənzil 29-da yaşayan Zərərçəkmiş şəxs7 məxsus Xəzər rayonu, Şağan qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətinə qanunsuz daxil olmaqla həyətdən dəyəri 300 manat olan 01 ədəd uyuycu aparatı (moyka aparatı) və onun üzərində olan ümumi dəyəri 180 manat olan 32 metr uzunluğunda elektrik uzadıcısını (udelniteli) gizli talayaraq Zərərçəkmiş şəxs7 ümumilikdə 480 (dörd yüz səksən) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etməsinə dair epizod, Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Malik Musayev küçəsi, bağlar massivində nömrəsiz bağ evində yaşayan X8 məxsus Buzovna qəsəbəsi ərazisində yerləşən yaşayış olmayan evinin həyətinə qanunsuz daxil olmaqla evin plastik pəncərəsini açma yolu ilə evə daxil olmuş və evdən dəyəri 50 manat olan 01 ədəd taxta kəsən eletrik mişarı (lobzik), 01 ədədinin dəyəri 6 manat olan 04 ədəd elektik açarı (vklyuçatel), 01 metrinin dəyəri 0.65 manat olan 40 metr uzunluğunda elektrik naqili və dəyəri 200 manat olan alətlər çantasını gizli talayaraq zərərçəkmiş şəxs X8 300 (üz yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etməsinə dair epizod sübut olunmadığından Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən ittihamdan xaric edilməlidir. Həmin oğurluq cinayətlərinin təqibi üzrə icraat materialları hazırkı cinayət işindən ayrılmalı və toplanmış materiallar cinayət törətmiş şəxsin (şəxslərin) müəyyən edilməsi və həmin şəxsin (şəxslərin) cinayət təqibi məsələsinin həll edilməsi üçün hökm qanuni qüvvəsinə mindikdən sonra ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Xəzər Rayon Prokuroruna göndərilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Acer” markalı notebookun zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs9 qaytarılması nəzərə alınmalıdır. İş üzrə 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada alınaraq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022ci il tarixdə təxminən saat 15 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Tibilisi prospekti ev 43, mənzil 40-da yaşayan Zərərçəkmiş şəxs1 məxsus Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şinçi bağlar massivində yerləşən 1055 nömrəli bağ evinin həyətinə hasardan qanunsuz daxil olmaqla həyətindən 01 ədəd su mühərrikini və həyətdə yerləşən və saxlanc yeri hesab edilən qarajından 04 ədəd velosipedi gizli talayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 2100 (iki min yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etməsinə dair epizod sübut olunmadığından Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən ittihamdan xaric edilsin. Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2022-ci ilin avqust ayının ortalarında Bakı şəhəri, Xətai rayonu, D massivi, ev 1, mənzil 18-də yaşayan Zərərçəkmiş şəxs2 məxsus Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna yaşayış massivində yerləşən bağ evinin həyətinə hasardan qanunsuz daxil olmaqla evindən 04 ədəd istilik radiatorlarını, 01 ədəd hamam suşilkası və evin otaqlarının divarlarında quraşdırılmış elektrik naqillərinin kəsərək gizli talayaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 1020 (min iyirmi) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etməsinə dair epizod sübut olunmadığından Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən ittihamdan xaric edilsin. Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022ci il tarixdə saat təxminən 20 radələrində Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, L.Starçuk küçəsi, bağ massivində fərdi evdə yaşayan Zərərçəkmiş şəxs3 yaşadığı bağ evinin həyətinə hasardan qanunsuz daxil olmaqla evin divarına quraşdırılmış 01 ədəd kombi aparatını gizli talayaraq Zərərçəkmiş şəxs3 ümumilikdə 1000 (min) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etməsinə dair epizod sübut olunmadığından Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən ittihamdan xaric edilsin. Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə, gecə saatlarında Bakı şəhəri, Nəsimi rayonu, Ə.Quliyev küçəsi ev 130, mənzil 29-da yaşayan Zərərçəkmiş şəxs7 məxsus Xəzər rayonu, Şağan qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətinə qanunsuz daxil olmaqla həyətdən dəyəri 300 manat olan 01 ədəd uyuycu aparatı (moyka aparatı) və onun üzərində olan ümumi dəyəri 180 manat olan 32 metr uzunluğunda elektrik uzadıcısını (udelniteli) gizli talayaraq Zərərçəkmiş şəxs7 ümumilikdə 480 (dörd yüz səksən) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etməsinə dair epizod sübut olunmadığından Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən ittihamdan xaric edilsin. Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Malik Musayev küçəsi, bağlar massivində nömrəsiz bağ evində yaşayan X8 məxsus Buzovna qəsəbəsi ərazisində yerləşən yaşayış olmayan evinin həyətinə qanunsuz daxil olmaqla evin plastik pəncərəsini açma yolu ilə evə daxil olmuş və evdən dəyəri 50 manat olan 01 ədəd taxta kəsən eletrik mişarı (lobzik), 01 ədədinin dəyəri 6 manat olan 04 ədəd elektik açarı (vklyuçatel), 01 metrinin dəyəri 0.65 manat olan 40 metr uzunluğunda elektrik naqili və dəyəri 200 manat olan alətlər çantasını gizli talayaraq zərərçəkmiş şəxs X8 300 (üz yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etməsinə dair epizod sübut olunmadığından Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən ittihamdan xaric edilsin. Həmin oğurluq cinayətlərinin təqibi üzrə icraat materialları hazırkı cinayət işindən ayrılsın və toplanmış materiallar cinayət törətmiş şəxsin (şəxslərin) müəyyən edilməsi və həmin şəxsin (şəxslərin) cinayət təqibi məsələsinin həll edilməsi üçün hökm qanuni qüvvəsinə mindikdən sonra ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Xəzər rayon prokurorluğuna göndərilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, və 177.2.3-cü maddələri ilə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmənin əvvəli 10 oktyabr 2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş "həbs" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı 06 (altı) ay 06 (altı) gün müddət bir günə iki gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 18 (on səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Acer” markalı notebookun zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs9 qaytarılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X3, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili X11 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat, Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili X11 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaiti, Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili X14 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 27 saata görə 162 (bir yüz altmış iki) manat, Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı hüquq məsləhətxanasının hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs2 isə rəsmi təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(003)-141/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-141/2023
29.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver