Məhkəmə qərarları › İş №1(003)-142/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-142/2022

29.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-142/2022 29.03.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Hazırkı iş üzrə tərtib edilmiş ittiham aktından görünür ki, Təqsirləndirilən şəxs 05.08.2021-ci il tarixdə saat 10 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı X3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Türkan qəsəbəsi, Yeni sahədə yerləşən hasarlanmış torpaq sahəsindəki yaşayış sahəsinə qanunsuz olaraq daxil olmaqla oradan 01 ədəd 100 manat dəyərində metal vannanı və hər birinin dəyəri 200 manat olan 02 ədəd su motorlarını qrupun üzvü Nizamətdin Ağayevin idarə etdiyi Moskviç markalı **-EZ-*** dövlət nömrə nişanlı avtomobilə yükləyərək gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 500 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Faktla əlaqədar Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı Musa Məmədov tərəfindən istintaq aparılmış və Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin tərkibi olduğundan cinayət işi baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Dövlət ittihamçısı vəsatətlə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmədə baxılmasına CPM-nin 303.3.6-cı maddəsiinin tələbinə əsasən xitam verilməklə onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması və iş üzrə məhkəməyədək istintaq aparmış Xəzər RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi polis kapitanı X6 barəsində xüsusi qərar çıxarılaraq müvafiq olaraq təsir tədbirlərinin görülməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, ittiham aktı CPM-nin 289-cu maddəsinin tələbinə uyğun tərtib edilməmişdir. Belə ki, CPM-nin 289.2-ci maddəsinin tələbinə əsasən ittiham aktının giriş hissəsində iş üzrə nə vaxt, kimin tərəfindən, kimin barəsində və hansı qətimkan tədbirinin seçilməsi göstərilməlidir. Lakin iş üzrə tərtib edilmiş ittiham aktının giriş hissəsində cinayət işinin nə vaxt və kimin tərəfindən başlanılması, həmçinin Təqsirləndirilən şəxs nə vaxt və kimin tərəfindən təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona CM-nin hansı maddələri ilə ittiham irəli sürülməsi göstərilməmişdir. Bundan əlavə CPM-nin 289.3-cü maddəsinin tələbinə əsasən ittiham aktının təsviri-əsaslandırıcı hissəsində cinayətin törədilmə yeri, vaxtı, üsulu, motivi nəticələrii və digər mühüm hallar eləcə də təqsirləndirilən şəxsin təqsırliliyini təsdiq edən sübutlar göstərilməlidir. İş üzrə tərtib edilmiş ittiham aktının təsviri-əsaslandırıcı hissəsində Təqsirləndirilən şəxs təqsirliliyini təsdiq edən sübutlarda onun özünü təqsirli bilməsi ilə bağlı ifadəsi, məhkəməkimyəvi və məhkəmə-narkoloji ekspertizlarının rəyi göstərilmişdir. Halbuki təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməmiş, onun iştirakı ilə aparılmış istintaq və prossesual hərəkətlərdə protokolları imzalamaqdan imtina etmişdir. Eləcə də istintaq orqanı tərəfindən ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı ittiham irəli sürülmədiyi halda məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizlarının rəyləri sübut növü kimi qeyd edilmişdir. Bundan əlavə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda göstərilmişdir ki, o, 05.08.2021-ci il tarixdə X3 ilə qabaqcadan əlbir olaraq zərərçəkmiş şəxs X4 məxsus əmlakı gizli talayaraq oğurluq etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Xəzər rayon Məhkəməsinin 07.02.2022-ci il tarixli hökmündən görünür ki, X3 yuxarıda qeyd olunan oğurluq cinayətinə görə CM-nin 177.2.1,177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək barəsində qəti olaraq 2 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, qanuni qüvvəyə minmiş hökm ilə həmin oğurluq hadisəsinin 06.09.2021-ci il tarixdə baş verməsi müəyyən edilmişdir. Cinayət işinin materiallarından məlum olur ki, Təqsirləndirilən şəxs başqa iş üzrə Xəzər rayon Məhkəməsinin 14.09.2021-ci il tarixli hökmü ilə CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 1 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəza çəkməsinin əvvəli 26.08.2021-ci il tarixdən hesablanmışdır. Göründüyü kimi X2 məhkum olunmasına dair Xəzər rayon Məhkəməsinin 07.02.2022-ci il tarixli hökmündə qeyd edilən oğurluq hadisəsinin 06.09.2021-ci il tarixdə baş veməsi müəyyən edilmişdir. Lakin Təqsirləndirilən şəxs qarşı eyni məzmunlu ittihamda cinayət hadisəsinin törədilmə vaxtı 05.08.2021-ci il kimi göstərilmişdir. Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi vəsatətin təmin edilməsinə etiraz etmədiyini qeyd etmişdir. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs vəsatətin təmin edilməsinə etiraz etmədiyini qeyd etmişdir. Məhkəmə verilmiş vəsatəti müzakirə edib, tərəflərin həmin vəsatətə münasibətini dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, vəsatət əsaslı olduğundan təmin edilməli, hazırkı cinayət işinin baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya rəhbərlik edən prokurora qaytarılmalıdır. Azərbaycan Respublikası CPM-in 289.2-ci maddəsinə əsasən ittiham aktının giriş hissəsində - ittiham aktının cinayət işinin nə vaxt, hansı əsasla və kim tərəfindən başlandığı, iş üzrə nə vaxt, kim tərəfindən, kimin barəsində ittihamın irəli sürüldüyü, iş üzrə nə vaxt, kim tərəfindən, kimin barəsində və hansı qətimkan tədbirlərinin seçildiyi göstərilir. Həmin Məcəllənin 289.3-cü maddəsinə əsasən ittiham aktının təsviriəsaslandırıcı hissəsində - cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar, təqsirləndirilən şəxsin təqsirliliyini təsdiq edən sübutlar, təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlillər və həmin dəlillərin yoxlanılması zamanı toplanmış sübutlar, təqsirləndirilən şəxsi səciyyələndirən hallar, zərərçəkmiş şəxsi səciyyələndirən hallar, təqsirləndirilən şəxsin məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən halları göstərilir. Həmin Məcəllənin 290.3.2-ci maddəsinə əsasən cinayət işinin ittiham aktı ilə daxil olduğu vaxtdan 5 (beş) gün müddətində ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror ittiham aktının məzmunundan ayrı-ayrı bəndləri xaric etmək, ittiham aktındakı tövsiflə müqayisədə əməli cinayət qanununa uyğun olaraq daha yüngül məsuliyyət nəzərdə tutan cinayətə tövsif etmək və bu dəyişikliklərlə ittiham aktını təsdiq etmək barədə qərar qəbul edə bilər. Müstəntiq tərəfindən tərtib edilmiş irəli sürülmüş ittihamda Təqsirləndirilən şəxs tanışı X3 ilə qabaqcadan əlbir olaraq 05.08.2021-ci il tarixdə saat 10 radələrində zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus əmlakı gizli olaraq taladığı qeyd edilmişdir. Lakin eyni əməli törətkməkdə təqirli bilinən X2 AR CM-nin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə məhkum edilməsinə dair Xəzər rayon Məhkəməsinin 07.02.2022-ci il tarixli hökmündə yuxarıda qeyd edilən cinayət əməlinin 06.09.2021-ci il tarixdə baş verdiyiöz təsdiqini tapmışdır. Habelə Təqsirləndirilən şəxs Xəzər rayon Məhkəməsinin 14.09.2021-ci il tarixli hökmün AR CM-nin 177.2.1 və 177.2.3cü maddələri ilə 1 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzaçəkmənin əvvəli 26.08.2021-ci il tarixdən hesablanmışdır. Göründüyü kimi hazırki cinayət işi üzrə cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən hansı tarixdə törədilməsi ilə bağlı ziddiyət mövcüddur. Belə ki, ittiham aktında həmin cinayət əməlinin 05.08.2021-ci il tarixdə, onun qeyd edilən cinayət əməli üzrə digər təqsirləndirilən şəxsin bu əməl üzrə məhkum edilməsinə dair məhkəmənin hökmündə isə 06.09.2021-ci il tarixdə tördildiyi qeyd edilmişdir. Habelə Təqsirləndirilən şəxs AR CM-nin 177.2.1 və 177.2.3cü maddələri ilə azadlıqdan məhrum etmə cəza növünə məhkum edilməsinə dair hökmdən görünür ki, o, 26.08.2021-ci il tarixdən hesablanmaqla 1 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan əlavə cinayət işi üzrə tərtib edilmiş ittiham aktının təsviriəsaslandırıcı hissəsində Təqsirləndirilən şəxs təqsirliliyini təsdiq edən sübutlarda onun özünü təqsirli bilməsi ilə bağlı ifadəsi, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizlarının rəyi göstərilmişdir. Lakin iş materiallarından görünür ki, təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməmiş, onun iştirakı ilə aparılmış istintaq və prossesual hərəkətlərdə protokolları imzalamaqdan imtina etmişdir. Habelə istintaq orqanı tərəfindən ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı ittiham irəli sürülmədiyi halda məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizlarının rəyləri sübut növü kimi qeyd edilmişdir. Azərbaycan Respublikası CPM-in 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Həmin Məcəllənin 303.2-ci maddəsinə əsasən cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması məhkəmənin əsaslandırılmış qərarı ilə həyata keçirilir. Həmin Məcəllənin 303.3.6-cı maddəsinə əsasən cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılması üçün əsasdır. Azərbaycan Respublikasının CPM-nin 306.1.3-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə bu Məcəllənin 300.1.1, 300.1.5 və 300.1.6-cı maddələrində nəzərdə tutulmuş qərarlar çıxarmaqla yanaşı, həmçinin təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsinə dair qərar çıxarır. Bununla bağlı məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs barəsində Xəzər RPİ İstintaq Şöbəsinin müstəntiqi Musa Məmmədovun 14 sentyabr 2021-ci il tarixli qərarı ilə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Lakin Xəzər rayon Məhkəməsinin 14.09.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs AR CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə 1 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və hazırda cəzasını Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridaxanasında çəkir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 84,303,306 və 307-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Vəsatət təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və cinayət işinin materialları ittiham aktının Azərbaycan Respublikası CPM-nin 289-cu maddəsinin tələbinə uyğun tərtib edilməməsi ilə bağlı pozuntuların aradan qaldırılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar