Məhkəmə qərarları › İş №1(003)-142/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-142/2023

05.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-142/2023 05.05.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X3 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru X13, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə2, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1975-ci ildə Lerik rayonunda anadan olmuş, evli, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamaş, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X32 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 32.4,308.1, 312-1.1 və 32.4,313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs ünvanlı dövlət sosial yardımı almasından ötrü işləməsinə dair məlumatların rəsmi dövlət qurumlarının elektron informasiya resurslarına daxil edilməsində köməklik göstərilməsi ilə əlaqədar 2017-ci ilin oktyabr ayında özünə müraciət edən tanışı Şahid3 ilə Xəzər rayonu, Binə qəsəbəsində görüşləri zamanı sonuncuya özünün 24 noyabr 2010-cu il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi 5 saylı Ərazi Vergilər İdarəsində ********** saylı VÖEN-lə qeydiyyata alınaraq əsas fəaliyyət istiqaməti jurnalistika olaraq müxtəlif mövzuda olan jurnalların hazırlanması və dərc olunması olmaqla fərdi sahibkar kimi fəaliyyət göstərərək “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 15 dekabr 1992-ci il tarixli, 405 nömrəli Qanununun 7-ci maddəsinə əsasən qüvvədə olan qanunvericilikdən və bağladığı müqavilələrdən irəli gələn bütün vəzifələri yerinə yetirmək, işə qəbul edilən vətəndaşlarla müqavilələr (bağlaşmalar), habelə lazım gəldikdə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə əmək kollektivlərinin adından çıxış edən həmkarlar ittifaqları ilə kollektiv müqavilələr bağlamaq, işçilərin əmək haqqını Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş minimum məbləğindən az olmayan səviyyədə ödəmək, müvafiq icra hakimiyyəti orqanına, habelə işçilərin sosial müdafiəsi məqsədilə yaradılan digər fondlara müəyyən edilmiş qaydada və həcmdə ayırmalar vermək, qanunvericilikdə müəyyən edilmiş vergilər ödəmək, işçilərə qüvvədə olan qanunvericiliyə və müqavilələrə (bağlaşmalara) müvafiq əmək şəraiti yaratmaq, qüvvədə olan qanunvericiliyə müvafiq surətdə lisenziyalaşdırılmalı olan sahələrdə fəaliyyət üçün xüsusi razılıq (lisenziya) almaq, öz fəaliyyəti haqqında dövlət, statistika və maliyyə orqanlarına müəyyən edilmiş formada hesabatlar vermək və digər funksiyaları həyata keçirmək kimi təşkilati-sərəncamverici səlahiyyətlərə malik maddi məsul vəzifəli şəxs X18 tanışı olması ilə əlaqədar sonuncu ilə aralarındakı münasibətə əsasən, həqiqi təsir imkanlarından istifadə edərək vəzifəli şəxs olan X35 Rzayev işləmədiyi halda onun adını rəsmi informasiya resursu hesab edilən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə işçi kimi daxil etməsinə dair qərarına qanunsuz təsir etmək imkanına malik olmasını bildirib, bunun üçün həmin görüş zamanı Şahid3 özü üçün dolayı yolla, yəni ayrılacaq ünvanlı dövlət sosial yardımı üzrə maddi nemət qismində alacağı pul vəsaitindən 10 aylıq məbləğini şəxsən istəyib, Şahid3 razılığını aldıqdan sonra cinayətkar niyyətinin realizəsinə davam edərək, 2017-ci ilin oktyabr ayında Mahir İmamova müraciət edib Şahid3 adını işləmədiyi halda asan imza vasitəsilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə işçi kimi daxil etməsini, buna görə Şahid3 ünvanlı sosial yarım təyin edildikdən sonra bank hesabına köçürülən 10 ay təşkil edən pul vəsaitini istəməsini ondan gizlətməklə, bildirməsinə əsasən, Mahir İmamovun razılığını almaqla onunla sövdələşib, təhriki əsasında sonuncu xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” haqqında Qaydaların 1.2.4 və 5.5-ci bəndlərinin tələblərinə əsasən, faktiki iş yeri olmayan şəxslərdən yalnız dövlət orqanı və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi əsası ilə işsiz kimi qeydə alınmış vətəndaşların ünvanlı dövlət sosial yardım almaq hüququna malik olmasına baxmayaraq, həmin tələblərə zidd olaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-1-ci hissəsi və 7-ci maddəsinin 2-ci hissəsinin tələblərini pozub işçi ilə yazılı əmək müqaviləsini fərdi qaydada bağlamadan faktiki əmək münasibətlərində olmayan Şahid3 guya 20 sentyabr 2017-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsində yerləşən “Arama” jurnalı redaksiyasında müxbir vəzifəsinə işə götürülməsinə dair bilə-bilə yalan məlumatları Mahir İmamov ***-***-**-** nömrəli asan imza ilə rəsmi informasiya resursu hesab edilən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə 25 oktyabr 2017-ci il tarixdə “Arama” jurnalı redaksiyasının Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsində yerləşən ofisində istifadəsində olan kompüterdə daxil edib, Şahid3 aid həmin tarixli, xxxxxxx000100 nömrəli əmək müqaviləsi bildirişin əldə edilməsindən sonra müvafiq elektron müraciətə baxılması nəticəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” X33 və Təyinat Altsistemində (VEMTAS) 30 mart 2020-ci il tarixdə aparılmış qiymətləndirmə ilə ailəni təmsil edən Şahid3 həyat yoldaşı X14 01 mart 2020-ci il tarixdən hesablanan ayda 340,32 manat olmaqla, 10 ay müddətə ünvanlı dövlət sosial yardımı təyin edilərək, həmin tarixdən 31 dekabr 2020-ci il tarixədək olan müddətdə 3.403,2 manat (üç min dörd yüz üç manat iyirmi qəpik) məbləğində ünvanlı sosial yardımın Aytac Rzayevanın adına "xxxx" ASC-də olan 416974******3267 nömrəli hesaba köçürülməsinə və Aytac Rzayevanın "xxxx" ASC-dən əldə etdiyi plastik bank kartını əvvəlcədən sövdələşib razılaşdıqları qaydada 2020-ci ilin mart ayında Xəzər rayonu ərazisində sonuncudan almaqla 2020-ci ilin mart-dekabr ayları ərzində qeyd edilən hesab üzrə plastik bank kartı vasitəsilə maddi nemət olan 10 ay təşkil edən cəmi 3.403,2 manat pul vəsaitini Bakı şəhəri, Xəzər rayonu ərazisində yerləşən bankomatlardan şəxsən özü və cinayətdən xəbərsiz övladı Şahid1 vasitəsilə çıxarmaqla əldə edib şəxsi ehtiyaclarına sərf edərək, Bundan başqa o, təkrarən, həqiqi təsir imkanlarından istifadə edərək vəzifəli şəxs olan Mahir İmamovun Şahid4 işləmədiyi halda onun adını rəsmi informasiya resursu hesab edilən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə işçi kimi daxil etməsinə dair qərarına qanunsuz təsir etmək imkanına malik olmasını Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Koroğlu” metrostansiyasının yaxınlığında 2019-cu ilin fevral ayında görüşləri zamanı Şahid4 bildirib, bunun üçün həmin görüş zamanı sonuncudan özü üçün dolayı yolla, yəni ayrılacaq ünvanlı dövlət sosial yardımı üzrə maddi nemət qismində alacağı pul vəsaitindən 12 aylıq məbləğini şəxsən istəyib, Şahid4 razılığını aldıqdan sonra cinayətkar niyyətinin realizəsinə davam edərək, 2019-cu ilin fevral ayında Mahir İmamova müraciət edib Şahid4 adını işləmədiyi halda asan imza vasitəsilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə işçi kimi daxil etməsini, buna görə Şahid4 ünvanlı sosial yarım təyin edildikdən sonra bank hesabına köçürülən 12 ay təşkil edən pul vəsaiti istəməsini ondan gizlətməklə, bildirməsinə əsasən, Mahir İmamovun razılığını almaqla onunla sövdələşib, təhriki əsasında sonuncu xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə faktiki əmək münasibətlərində olmayan Şahid4 guya 14 fevral 2019-cu il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsində yerləşən “Arama” jurnalı redaksiyasında müxbir vəzifəsinə işə götürülməsinə dair bilə-bilə yalan məlumatları Mahir İmamov ***-***-**-** nömrəli asan imza ilə rəsmi informasiya resursu hesab edilən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə 14 fevral 2019-cu il tarixdə “Arama” jurnalı redaksiyasının Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsində yerləşən ofisində Mahir İmamovun istifadəsində olan kompüterdə daxil edib, Şahid4 aid həmin tarixli, xxxxxxx000200 nömrəli əmək müqaviləsi bildirişinin əldə edilməsindən sonra müvafiq elektron müraciətə baxılması nəticəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” X33 və Təyinat Altsistemində (VEMTAS) 26 fevral 2020-ci il tarixdə aparılmış qiymətləndirmə ilə ailəni təmsil edən Şahid4 01 fevral 2020-ci il tarixdən hesablanan ayda 272,55 manat olmaqla, 11 ay müddətə ünvanlı dövlət sosial yardımı təyin edilərək, həmin tarixdən 31 dekabr 2020-ci il tarixədək olan müddətdə 2.998,05 manat (iki min doqquz yüz doxsan səkkiz manat beş qəpik) məbləğində ünvanlı sosial yardımın Şahid4 adına "xxxx" ASC-də olan 416974******7276 nömrəli hesaba köçürülməsinə və Şahid4 "xxxx" ASC-dən əldə etdiyi plastik bank kartını əvvəlcədən sövdələşib razılaşdıqları qaydada 2020-ci ilin fevral ayında Xəzər rayonu ərazisində sonuncudan almaqla 2020-ci ilin mart-dekabr ayları ərzində qeyd edilən hesab üzrə plastik bank kartı vasitəsilə maddi nemət olan 11 ay təşkil edən cəmi 2.998,05 (iki min doqquz yüz doxsan səkkiz manat beş qəpik) məbləğində pul vəsaitini Bakı şəhəri, Xəzər rayonu ərazisində yerləşən bankomatlardan şəxsən özü və cinayətdən xəbərsiz övladı Şahid1 vasitəsilə çıxarmaqla əldə edib şəxsi ehtiyaclarına sərf edərək, Bundan başqa o, təkrarən, həqiqi təsir imkanlarından istifadə edərək vəzifəli şəxs olan Mahir İmamovun Şahid7 işləmədiyi halda onun adını rəsmi informasiya resursu hesab edilən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə işçi kimi daxil etməsinə dair qərarına qanunsuz təsir etmək imkanına malik olmasını Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən “Stansiya Mərdəkan” adlanan ərazidə 2019-cu ilin fevral ayında görüşləri zamanı Şahid7 həyat yoldaşı X19 bildirib, bunun üçün həmin görüş zamanı sonuncudan özü üçün dolayı yolla, yəni ayrılacaq ünvanlı dövlət sosial yardımı üzrə maddi nemət qismində alacağı pul vəsaitindən 8 aylıq məbləğini şəxsən istəyib, Bəhruz Bağırovun razılığını aldıqdan sonra cinayətkar niyyətinin realizəsinə davam edərək, 2019cu ilin fevral ayında Mahir İmamova müraciət edib Şahid7 adını işləmədiyi halda asan imza vasitəsilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə işçi kimi daxil etməsini, buna görə Bəhruz Bağırovdan ünvanlı sosial yarım təyin edildikdən sonra bank hesabına köçürülən 8 ay təşkil edən pul vəsaiti istəməsini ondan gizlətməklə, bildirməsinə əsasən, Mahir İmamovun razılığını almaqla onunla sövdələşib, təhriki əsasında sonuncu xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə faktiki əmək münasibətlərində olmayan Şahid7 guya 30 yanvar 2019-cu il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsində yerləşən “Arama” jurnalı redaksiyasında müxbir vəzifəsinə işə götürülməsinə dair bilə-bilə yalan məlumatları Mahir İmamov ***-***-**-** nömrəli asan imza ilə rəsmi informasiya resursu hesab edilən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə 28 fevral 2019-cu il tarixdə “Arama” jurnalı redaksiyasının Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsində yerləşən ofisində Mahir İmamovun istifadəsində olan kompüterdə daxil edib, Şahid7 aid həmin tarixli, xxxxxxx000100 nömrəli əmək müqaviləsi bildirişinin əldə edilməsindən sonra müvafiq elektron müraciətə baxılması nəticəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” X33 və Təyinat Altsistemində (VEMTAS) 18 avqust 2019-cu il tarixdə aparılmış qiymətləndirmə ilə ailəni təmsil edən Şahid7 1 avqust 2019-cu il tarixdən hesablanan ayda 148,92 manat olmaqla, 17 ay müddətə ünvanlı dövlət sosial yardımı təyin edilərək, həmin tarixdən 31 dekabr 2020-ci il tarixədək olan müddətdə 2.531,64 manat, həmçinin xx.xx.2019-cu il tarixdə yardım pulu qismində 100 manat olmaqla, ümumilikdə 2.631,64 manat (iki min altı yüz otuz bir manat altmış dörd qəpik) məbləğində ünvanlı sosial yardımın Şahid7 adına "xxxx" ASC-də olan 416974******4391 nömrəli hesaba köçürülməsinə və Şahid7 "xxxx" ASC-dən əldə etdiyi plastik bank kartını əvvəlcədən sövdələşib razılaşdıqları qaydada 2019-cu ilin avqust ayında Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Neftçilər” metrostansiyası yaxınlığında Bəhruz Bağırovdan almaqla 2019-cu ilin avqust ayından 2020-ci ilin mart ayı daxil olmaqla qeyd edilən hesab üzrə plastik bank kartı vasitəsilə maddi nemət olan 8 ay təşkil edən cəmi 1.191,36 manat, həmçinin xx.xx.2019-cu il tarixdə yardım pulu qismində 100 manat olmaqla, ümumilikdə 1.291,36 manat (bir min iki yüz doxsan bir manat otuz altı qəpik) məbləğində pul vəsaitini Bakı şəhəri, Xəzər rayonu ərazisində yerləşən bankomatlardan şəxsən özü və cinayətdən xəbərsiz övladı Şahid1 vasitəsilə çıxarmaqla əldə edib şəxsi ehtiyaclarına sərf edərək, Bundan başqa o, təkrarən, həqiqi təsir imkanlarından istifadə edərək vəzifəli şəxs olan Mahir İmamovun Şahid2 işləmədiyi halda onun adını rəsmi informasiya resursu hesab edilən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə işçi kimi daxil etməsinə dair qərarına qanunsuz təsir etmək imkanına malik olmasını Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində 2019-cu ilin mart ayında görüşləri zamanı Şahid2 bildirib, bunun üçün həmin görüş zamanı sonuncudan özü üçün dolayı yolla, yəni ayrılacaq ünvanlı dövlət sosial yardımı üzrə maddi nemət qismində alacağı pul vəsaitinin 8 aylıq məbləğini şəxsən istəyib, Şahid2 razılığını aldıqdan sonra cinayətkar niyyətinin realizəsinə davam edərək, 2019-cu ilin mart ayında Mahir İmamova müraciət edib Şahid2 adını işləmədiyi halda asan imza vasitəsilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə işçi kimi daxil etməsini, buna görə Şahid2 ünvanlı sosial yarım təyin edildikdən sonra bank hesabına köçürülən 8 ay təşkil edən pul vəsaiti istəməsini ondan gizlətməklə, bildirməsinə əsasən, Mahir İmamovun razılığını almaqla onunla sövdələşib, təhriki əsasında sonuncu xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə faktiki əmək münasibətlərində olmayan Şahid2 guya 11 fevral 2019-cu il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsində yerləşən “Arama” jurnalı redaksiyasında müxbir vəzifəsinə işə götürülməsinə dair bilə-bilə yalan məlumatları Mahir İmamov ***-***-**-** nömrəli asan imza ilə şəxsi niyyətlə rəsmi informasiya resursu hesab edilən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə 31 mart 2019-cu il tarixdə “Arama” jurnalı redaksiyasının Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsində yerləşən ofisində Mahir İmamov istifadəsində olan kompüterdə daxil edib, Şahid2 aid həmin tarixli, 5CLPZHR000100nömrəli əmək müqaviləsi bildirişinin əldə edilməsindən sonra müvafiq elektron müraciətə baxılması nəticəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” X33 və Təyinat Altsistemində (VEMTAS) 18 aprel 2019-cu il tarixdə aparılmış qiymətləndirmə ilə ailəni təmsil edən Şahid2 1 aprel 2019-cu il tarixdən hesablanan ayda 225,34 manat olmaqla, 21 ay müddətə ünvanlı dövlət sosial yardımı təyin edilərək, həmin tarixdən 31 dekabr 2020-ci il tarixədək olan müddətdə 4.732,14 manat, həmçinin xx.xx.2019-cu il tarixdə yardım pulu qismində 100 manat olmaqla, ümumilikdə 4.832,14 manat (dörd min səkkiz yüz otuz iki manat on dörd qəpik) məbləğində ünvanlı sosial yardımın Şahid2 adına "xxxx" ASC-də olan 416974******8308 nömrəli hesaba köçürülməsinə və Şahid2 "xxxx" ASC-dən əldə etdiyi plastik bank kartını əvvəlcədən sövdələşib razılaşdıqları qaydada 2019-cu ilin aprel ayında istintaqla müəyyən edilməyən yerdə sonuncudan almaqla 2019-cu ilin aprelnoyabr ayları ərzində qeyd edilən hesab üzrə plastik bank kartı vasitəsilə maddi nemət olan 8 ay təşkil edən cəmi 1.802,72 manat (bir min səkkiz yüz iki manat yetmiş iki qəpik) pul vəsaitini Bakı şəhəri, Xəzər rayonu ərazisində yerləşən bankomatlardan şəxsən özü və cinayətdən xəbərsiz övladı Şahid1 vasitəsilə çıxarmaqla əldə edib şəxsi ehtiyaclarına sərf edərək, Bundan başqa o, təkrarən, həqiqi təsir imkanlarından istifadə edərək vəzifəli şəxs olan Mahir İmamovun Şahid6 işləmədiyi halda onun adını rəsmi informasiya resursu hesab edilən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə işçi kimi daxil etməsinə dair qərarına qanunsuz təsir etmək imkanına malik olmasını Bakı şəhəri, Xəzər rayonu, “Vişnyovka” adlanan ərazidə 2019-cu ilin iyul ayında görüşləri zamanı Şahid6 həyat yoldaşı Şahid5 bildirib, bunun üçün həmin görüş zamanı Şahid5 özü üçün dolayı yolla, yəni ayrılacaq ünvanlı dövlət sosial yardımı üzrə maddi nemət qismində alacağı pul vəsaitinin 10 aylıq məbləğini şəxsən istəyib, Şahid5 razılığını aldıqdan sonra cinayətkar niyyətinin realizəsinə davam edərək, 2019-cu ilin iyul ayında Mahir İmamova müraciət edib Şahid6 adını işləmədiyi halda asan imza vasitəsilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə işçi kimi daxil etməsini, buna görə Şahid5 ünvanlı sosial yarım təyin edildikdən sonra bank hesabına köçürülən 10 ay təşkil edən pul vəsaiti istəməsini ondan gizlətməklə, bildirməsinə əsasən, Mahir İmamovun razılığını almaqla onunla sövdələşib, təhriki əsasında sonuncu xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə faktiki əmək münasibətlərində olmayan Şahid6 guya 15 fevral 2019-cu il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsində yerləşən “Arama” jurnalı redaksiyasında müxbir vəzifəsinə işə götürülməsinə dair bilə-bilə yalan məlumatları Mahir İmamov ***-***-**-** nömrəli asan imza ilə şəxsi niyyətlə rəsmi informasiya resursu hesab edilən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə 16 iyul 2019-cu il tarixdə “Arama” jurnalı redaksiyasının Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsində yerləşən ofisində Mahir İmamovun istifadəsində olan kompüterdə daxil edib, Şahid6 aid həmin tarixli, xxxxxxx000100 nömrəli əmək müqaviləsi bildirişinin əldə edilməsindən sonra müvafiq elektron müraciətə baxılması nəticəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” X33 və Təyinat Altsistemində (VEMTAS) 8 sentyabr 2019-cu il tarixdə aparılmış qiymətləndirmə ilə ailəni təmsil edən Şahid6 1 sentyabr 2019-cu il tarixdən hesablanan ayda 219,34 manat olmaqla, 16 ay müddətə ünvanlı dövlət sosial yardımı təyin edilərək, həmin tarixdən 31 dekabr 2020-ci il tarixədək olan müddətdə 3.509,44 manat, həmçinin xx.xx.2019-cu il tarixdə yardım pulu qismində 100 manat olmaqla, ümumilikdə 3.609,44 manat (üç min altı yüz doqquz manat qırx dörd qəpik) məbləğində ünvanlı sosial yardımın Şahid6 adına "xxxx" ASC-də olan 416974******3355 nömrəli hesaba köçürülməsinə və Şahid6 "xxxx" ASC-dən əldə etdiyi plastik bank kartını əvvəlcədən sövdələşib razılaşdıqları qaydada 2019-cu ilin sentyabr ayında Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində Şahid5 almaqla 2019-cu ilin sentyabr ayından 2020-ci ilin iyun ayı daxil olmaqla qeyd edilən hesab üzrə plastik bank kartı vasitəsilə maddi nemət olan 10 ay təşkil edən cəmi 2.193,4 manat, həmçinin xx.xx.2019-cu il tarixdə yardım pulu qismində 100 manat olmaqla, ümumilikdə 2.293,4 manat məbləğində pul vəsaitini Bakı şəhəri, Xəzər rayonu ərazisində yerləşən bankomatlardan şəxsən özü və cinayətdən xəbərsiz övladı Şahid1 vasitəsilə çıxarmaqla əldə edib şəxsi ehtiyaclarına sərf edərək, Bundan başqa o, təkrarən, həqiqi təsir imkanlarından istifadə edərək vəzifəli şəxs olan Mahir X2 işləmədiyi halda onun adını rəsmi informasiya resursu hesab edilən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə işçi kimi daxil etməsinə dair qərarına qanunsuz təsir etmək imkanına malik olmasını istintaqla müəyyən edilməyən yerdə və istintaqla müəyyən edilməyən tarixdə görüşləri zamanı Təhminə Abasovaya bildirib, bunun üçün həmin görüş zamanı sonuncudan özü üçün dolayı yolla, yəni ayrılacaq ünvanlı dövlət sosial yardımı üzrə maddi nemət qismində alacağı pul vəsaitinin 12 aylıq məbləğini şəxsən istəyib, Təhminə Abasovanın razılığını aldıqdan sonra cinayətkar niyyətinin realizəsinə davam edərək, 2019-cu ilin iyul ayında Mahir İmamova müraciət edib Təhminə Abasovanın adını işləmədiyi halda asan imza vasitəsilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə işçi kimi daxil etməsini, buna görə Təhminə Abasovadan ünvanlı sosial yarım təyin edildikdən sonra bank hesabına köçürülən 12 ay təşkil edən pul vəsaiti istəməsini ondan gizlətməklə, bildirməsinə əsasən, Mahir İmamovun razılığını almaqla onunla sövdələşib, təhriki əsasında sonuncu xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə faktiki əmək münasibətlərində olmayan X9 guya 18 fevral 2019-cu il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsində yerləşən “Arama” jurnalı redaksiyasında müxbir vəzifəsinə işə götürülməsinə dair bilə-bilə yalan məlumatları Mahir İmamov ***-***-**-** nömrəli asan imza ilə şəxsi niyyətlə rəsmi informasiya resursu hesab edilən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə 16 iyul 2019-cu il tarixdə “Arama” jurnalı redaksiyasının Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsində yerləşən ofisində Mahir İmamov istifadəsində olan kompüterdə daxil edib, Təhminə Abasovaya aid həmin tarixli, 3V3W69T000200 nömrəli əmək müqaviləsi bildirişinin əldə edilməsindən sonra müvafiq elektron müraciətə baxılması nəticəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” X33 və Təyinat Altsistemində (VEMTAS) 23 avqust 2019-cu il tarixdə aparılmış qiymətləndirmə ilə ailəni təmsil edən X15 1 avqust 2019-cu il tarixdən hesablanan ayda 275,68 manat olmaqla, 17 ay müddətə ünvanlı dövlət sosial yardımı təyin edilərək, həmin tarixdən 31 dekabr 2020-ci il tarixədək olan müddətdə 4.686,56 manat, həmçinin xx.xx.2019-cu il tarixdə yardım pulu qismində 100 manat olmaqla, ümumilikdə 4.786,56 manat (dörd min yeddi yüz səksən altı manat əlli altı qəpik) məbləğində ünvanlı sosial yardımın Təhminə Abasovanın adına "xxxx" ASC-də olan 416974******8414 nömrəli hesaba köçürülməsinə və Təhminə Abasovanın "xxxx" ASC-dən əldə etdiyi plastik bank kartını əvvəlcədən sövdələşib razılaşdıqları qaydada 2019-cu ilin avqust ayında istintaqla müəyyən edilməyən yerdə sonuncudan almaqla 2019-cu ilin avqust ayından 2020-ci ilin iyul ayı daxil olmaqla qeyd edilən hesab üzrə plastik bank kartı vasitəsilə maddi nemət olan 12 ay təşkil edən cəmi 3.308,16 manat, həmçinin xx.xx.2019-cu il tarixdə yardım pulu qismində 100 manat olmaqla, ümumilikdə 3.408,16 manat pul vəsaitini Bakı şəhəri, Xəzər rayonu ərazisində yerləşən bankomatlardan şəxsən özü və cinayətdən xəbərsiz övladı Şahid1 vasitəsilə çıxarmaqla əldə edib şəxsi ehtiyaclarına sərf edərək, Bundan başqa o, təkrarən, həqiqi təsir imkanlarından istifadə edərək vəzifəli şəxs olan X39 Arif Azad oğlu və arvadı X7 işləmədiyi halda onların adını rəsmi informasiya resursu hesab edilən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə işçi kimi daxil etməsinə dair qərarına qanunsuz təsir etmək imkanına malik olmasını Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən məscidin yaxınlığında istintaqla müəyyən edilməyən tarixdə görüşləri zamanı Şahid8 bildirib, bunun üçün həmin görüş zamanı Şahid8 özü üçün dolayı yolla, yəni ayrılacaq ünvanlı dövlət sosial yardımı üzrə maddi nemət qismində alacağı pul vəsaitinin 9 aylıq məbləğini şəxsən istəyib, Şahid8 razılığını aldıqdan sonra cinayətkar niyyətinin realizəsinə davam edərək, 2019-cu ilin avqust ayında Mahir İmamova müraciət edib Şahid8 və Elladə Qasımovanın adlarını işləmədiyi halda asan imza vasitəsilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə işçi kimi daxil etməsini, buna görə Şahid8 ünvanlı sosial yarım təyin edildikdən sonra bank hesabına köçürülən 9 ay təşkil edən pul vəsaiti istəməsini ondan gizlətməklə, bildirməsinə əsasən, Mahir İmamovun razılığını almaqla onunla sövdələşib, təhriki əsasında sonuncu xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə faktiki əmək münasibətlərində olmayan Şahid8 və arvadı X7 guya 15 iyul 2019-cu il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsində yerləşən “Arama” jurnalı redaksiyasında müxbir vəzifəsinə işə götürülmələrinə dair dair bilə-bilə yalan məlumatları Mahir İmamov ***-***-**-** nömrəli asan imza ilə şəxsi niyyətlə rəsmi informasiya resursu hesab edilən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə 5 avqust 2019-cu il tarixdə “Arama” jurnalı redaksiyasının Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsində yerləşən ofisində Mahir İmamovun istifadəsində olan kompüterdə daxil edib, Şahid8 və X10 aid həmin tarixli, xxxxxxx000100 nömrəli və 1UNVTH9000100 nömrəli əmək müqaviləsi bildirişlərinin əldə edilməsindən sonra müvafiq elektron müraciətə baxılması nəticəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” X33 və Təyinat Altsistemində (VEMTAS) 17 fevral 2020-ci il tarixdə aparılmış qiymətləndirmə ilə ailəni təmsil edən X10 1 fevral 2020-ci il tarixdən hesablanan ayda 263,39 manat olmaqla, 11 ay müddətə ünvanlı dövlət sosial yardımı təyin edilərək, həmin tarixdən 31 dekabr 2020-ci il tarixədək olan müddətdə 2.897,29 manat (iki min səkkiz yüz doxsan yeddi manat iyirmi doqquz qəpik) məbləğində ünvanlı sosial yardımın Elladə Qasımovanın adına "xxxx" ASC-də olan 416974******5378 nömrəli hesaba köçürülməsinə və Elladə Qasımovanın "xxxx" ASC-dən əldə etdiyi plastik bank kartını əvvəlcədən sövdələşib razılaşdıqları qaydada 2020-ci ilin fevral ayında Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində Şahid8 almaqla 2020-ci ilin fevral-oktyabr ayları ərzində qeyd edilən hesab üzrə plastik bank kartı vasitəsilə maddi nemət olan 9 ay təşkil edən cəmi 2.370,51 manat (iki min üç yüz yetmiş manat əlli bir qəpik) pul vəsaitini Bakı şəhəri, Xəzər rayonu ərazisində yerləşən bankomatlardan şəxsən özü və cinayətdən xəbərsiz övladı Şahid1 vasitəsilə çıxarmaqla əldə edib şəxsi ehtiyaclarına sərf edərək, Bundan başqa o, təkrarən, həqiqi təsir imkanlarından istifadə edərək vəzifəli şəxs olan Mahir X1 işləmədiyi halda onun adını rəsmi informasiya resursu hesab edilən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə işçi kimi daxil etməsinə dair qərarına qanunsuz təsir etmək imkanına malik olmasını Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Neftçilər” metrostansiyasında 2019-cu ilin sentyabr ayında görüşləri zamanı Raminə Mehdiyevaya bildirib, bunun üçün həmin görüş zamanı sonuncudan özü üçün dolayı yolla, yəni ayrılacaq ünvanlı dövlət sosial yardımı üzrə maddi nemət qismində alacağı pul vəsaitinin 11 aylıq məbləğini şəxsən istəyib, Raminə Mehdiyevanın razılığını aldıqdan sonra cinayətkar niyyətinin realizəsinə davam edərək, 2019-cu ilin sentyabr ayında Mahir İmamova müraciət edib Raminə Mehdiyevanın adını işləmədiyi halda asan imza vasitəsilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə işçi kimi daxil etməsini, buna görə Raminə Mehdiyevadan ünvanlı sosial yarım təyin edildikdən sonra bank hesabına köçürülən 11 ay təşkil edən pul vəsaiti istəməsini ondan gizlətməklə, bildirməsinə əsasən, Mahir İmamovun razılığını almaqla onunla sövdələşib, təhriki əsasında sonuncu xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə faktiki əmək münasibətlərində olmayan X4 guya 26 avqust 2019-cu il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsində yerləşən “Arama” jurnalı redaksiyasında jurnalist vəzifəsinə işə götürülməsinə dair bilə-bilə yalan məlumatları Mahir İmamov ***-***-**-** nömrəli asan imza ilə şəxsi niyyətlə rəsmi informasiya resursu hesab edilən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə 19 sentyabr 2019-cu il tarixdə “Arama” jurnalı redaksiyasının Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsində yerləşən ofisində Mahir İmamov istifadəsində olan kompüterdə daxil edib, Raminə Mehdiyevaya aid həmin tarixli, 10SYZA6000100 nömrəli əmək müqaviləsi bildirişinin əldə edilməsindən sonra müvafiq elektron müraciətə baxılması nəticəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” X33 və Təyinat Altsistemində (VEMTAS) 26 sentyabr 2019-cu il tarixdə aparılmış qiymətləndirmə ilə ailəni təmsil edən X5 1 sentyabr 2019-cu il tarixdən hesablanan ayda 225,42 manat olmaqla, 16 ay müddətə ünvanlı dövlət sosial yardımı təyin edilərək, həmin tarixdən 31 dekabr 2020-ci il tarixədək olan müddətdə 3.606,72 manat, həmçinin xx.xx.2019-cu il tarixdə yardım pulu qismində 100 manat olmaqla, ümumilikdə 3.706,72 manat (üç min yeddi yüz altı manat yetmiş iki qəpik) məbləğində ünvanlı sosial yardımın Raminə Mehdiyevanın adına "xxxx" ASC-də olan 416974******8047 nömrəli hesaba köçürülməsinə və Raminə Mehdiyevanın "xxxx" ASC-dən əldə etdiyi plastik bank kartını əvvəlcədən sövdələşib razılaşdıqları qaydada 2019-cu ilin sentyabr ayında istintaqla müəyyən edilməyən yerdə sonuncudan almaqla 2019-cu ilin sentyabr ayından 2020-ci ilin iyul ayı daxil olmaqla qeyd edilən hesab üzrə plastik bank kartı vasitəsilə maddi nemət olan 11 ay təşkil edən cəmi 2.479,62 manat, həmçinin xx.xx.2019-cu il tarixdə yardım pulu qismində 100 manat olmaqla, ümumilikdə 2.579,62 manat (iki min beş yüz yetmiş doqquz manat altmış iki qəpik) məbləğində pul vəsaitini Bakı şəhəri, Xəzər rayonu ərazisində yerləşən bankomatlardan şəxsən özü və cinayətdən xəbərsiz övladı Şahid1 vasitəsilə çıxarmaqla əldə edib şəxsi ehtiyaclarına sərf edərək, ümumilikdə qeyd edilən qaydada 8 halda Mahir İmamovun qərarına təkrarən qanunsuz təsir göstərmiş (nüfuz alveri etmiş), Mahir İmamovu həmin 8 nəfərə qanunsuz əsaslarla ünvanlı dövlət sosial yardım ayrılmasına şərait yaratmada ifadə olunan hərəkətləri ilə dövlətin insanların sosial təlabatlarının ən optimal şəraitdə ödənilməsi, əhalinin həyat standartlarının yüksəldilməsi, sosial rifahın əldə edilməsi kimi perspektivləri nəzərdə tutan sosial-təminat siyasətinə və bu sahədə aparılan səmərəli fəaliyyətə kölgə salaraq qeyd olunan siyasəti həyata keçirən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qanunla qorunan mənafeyinə mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə və vəzifəli şəxs kimi informasiya resursuna bilə-bilə yalan məlumatları vahid şəxsi niyyətlə daxil etməklə təkrarən vəzifə saxtakarlığına təkrarən təhrik etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs vermiş olduğu ifadəsində özünü ittiham olunduğu əməllərin törədilməsində təqsirli bilərək, məhkəmə istintaq zamanı geniş ifadə vermək istəmədiyini bildirdi. Təqsirləndirilən şəxs son sözündə özünü ittiham olunduğu AR 32.4,313-cü maddəsi üzrə AR CM-in 75.1-ci maddəsinə əsasən, yəni böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdiyi üçün həmin maddəsi üzrə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan cinayət işinin icraatına həmin hissədə xitam verilməsini, AR CM 32.4,308.1 və 312-1.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlləri üzrə özünü təqsirli bildiyini, etdiyi əməllərdən səmimi peşman olduğunu, mülki iddianı qəbul etdiyini, cinayət nəticəsində dəymiş ziyandan, yəni mülki iddiadan qismən (7000 manat) ödədiyini bildirərək, barəsində həmin maddələr üzrə yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə2 bildirdi ki, təqsirləndirilən şəxs həmin qanunsuz əməllərlə bir sıra vətəndaşlarla formal əmək müqavilələrinin bağlanması nəticəsində bir çox ailəyə əsassız ünvanlı dövlət sosial yardımının təyin edilməsi nəticəsində külli miqdarda dövlət vəsaitinin təyinatından kənar xərclənməsinə şərait yaradılmasına nail olmuşdur. Təqsirləndirilən şəxs göstərilən cinayət əməllərini törətməsi iş üzrə toplanmış sübutlarla, o cümlədən, özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, «Əmək müqaviləsi bildirişi» altsisteminə daxil edilmiş əmək müqaviləsi bağlanması və xitam edilməsi barədə məlumatları özündə əks etdirən sənəd, sosial arayışlar, ödəniş kartı üzrə hesabdan çıxarışlar, istintaq hərəkətinin protokolları və cinayət işinin materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. İş üzrə zərərçəkmiş şəxs Dövlət Sosial Müdafiə Fonduna vurulmuş zərər ümumilikdə 20763.06 manat (iyirmi min yeddi yüz altmış üç manat altı qəpik) təşkil edir. Təqsirləndirilən şəxs tərəfindən cinayət əməlləri nəticəsində vurulmuş ziyandan 7000 manat ödənilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirdi ki, Təqsirləndirilən şəxs onun doğma atasıdır. Ona təqdim edilən "xxxx" ASC-dən daxil olan bankomatdan pul vəsaitinin nağdlaşdırılması barədə DVD disklərdə əks olunmuş foto görüntülərlə tanış olaraq bildirmişdir ki, X20, X12, Şahid4, X11, X21, Şahid6 Pörüz qızını tanımır. Ola bilsin ki, bankomatın yanından keçəndə qeyd olunan şəxslər bankomatdan pul vəsaitinin nağdlaşdırılması üçün ondan kömək istəmiş və o, həmin şəxslərin köməyini nəzərə alaraq bankomat vasitəsilə həmin şəxslərə aid olan plastik bank kartından pul vəsaitlərini nağdlaşdıraraq özlərinə təqdim etmişdir. O, heç kimə məxsus plastik bank kartından pul vəsaitini nağdlaşdırıb şəxsi mənafeyi üçün sərf etməmiş və həmçinin atası Xəlil Cəfərova təqdim etməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 bildirdi ki, maddi imkanı zəif olduğu üçün 2019-cu ildə ünvanlı sosial yardım almaq qərarına gəlmişdir. Ünvanlı sosial yardım təyin edilməsi üçün həyat yoldaşı Bəhruz zəruri olan sənədləri, yaşayış yerindən arayış, qaz, su, işığın sənədlərini və digər zəruri sənədləri toplayıb notariusda təsdiqlətmiş və həmin sənədləri VEMTAS vasitəsi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərmiş və bir müddət sonra ona ünvanlı sosial yardım təyin edilmişdir. Həyat yoldaşı X26 "xxxx" ASC-nin Neftçilər filialından özünün adına olan bankomat kartını götürmüş və həmin bankomat kartından ayda 148,92 manat ünvanlı sosial yardım təşkil edən pul vəsaitini nağdlaşdıraraq ailəsinin ehtiyacları üçün sərf etmişlər. 2020-ci ilin dekabr ayında onlara hər ay verilən ünvanlı sosial yardım dayandırılmışdır. Hal-hazıra qədər rəsmi qaydada heç yerdə işləməmiş və heç kimlə əmək müqaviləsi bağlamamışdır. X24 tanımır. Ünvanlı sosial yardım almaq üçün rəsmi iş yeri tələb olunduğuna görə həyat yoldaşı Binə qəsəbəsində yaşayan Xəlil adlı şəxsə müraciət etmiş, Xəlil Bəhruza ünvanlı sosial yardım təyin edilməsinə köməklik edəcəyini və ünvanlı sosial yardım təyin edildikdən sonra yardımın ilk 8 ayını təşkil edən pul vəsaitini Xəlilə verməklərini təklif etmişdir. Maddi vəziyyəti aşağı olduğu və pula ehtiyac olduğu üçün Xəlilin təklifi ilə razılaşmışlar. Xəlil onun adını Mahir İmamovun yanına işçi kimi yazdırmışdır. Daha sonra ünvanlı sosial yardım almaq üçün tələb edilən sənədləri toplamış və həyat yoldaşı həmin sənədləri Xəlilə təqdim etmişdir. Xəlil həmin sənədləri VEMTAS vasitəsi ilə Nazirliyin bazasına göndərmiş və onlara ünvanlı sosial yardım təyin edilmişdir. Bankomat kartını əldə etdikdən sonra Bəhruz bankomat kartını Xəlilə təqdim etmiş və Xəlil bankomatdan ilk 8 ay pul vəsaitini nağdlaşdıraraq şəxsi ehtiyacları üçün sərf etmişdir. 8 aydan sonra Xəlil bankomat kartını onlara təqdim etmişdir. O və həyat yoldaşı bankomatdan nağdlaşdırdıqları pul vəsaitini ailələrinin ehtiyacları üçün sərf etmişlər. Xəlil bankomat kartını Bəhruza təqdim etdikdən sonra həmin bankomat kartından pul vəsaitini o və həyat yoldaşı nağdlaşdırmışlar. X18 yanında, tabeliyində və göstərişi ilə hər hansı bir iş yerinə yetirməmiş və əməkhaqqı almamışdır. O, heç vaxt müxbir işləməmiş və jurnalist fəaliyyəti ilə məşğul olmamışdır. İmamov Mahirin yanında adının işə yazılmasında məqsəd dövlətdən ünvanlı sosial yardım almaq olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 bildirdi ki, ünvanlı sosial yardım almaq üçün iş yeri tələb olunduğundan Təqsirləndirilən şəxs müraciət etmişdir. Təqsirləndirilən şəxs ona sosial yardım təyin edilməsində köməklik etmək məqsədilə X16 formal olaraq işə qəbul edilmələrini xahiş etmiş, ünvanlı sosial yardım təyin edilməsi məqsədilə adının formal olaraq işə yazılması və ona ünvanlı sosial yardım təyin edilməsində köməklik edilməsi üçün Təqsirləndirilən şəxsla əvvəlcədən danışıb razılaşdığı qaydada ünvanlı sosial yardım təyin edilməsi ilə əlaqədar ona verilmiş bankomat kartını Təqsirləndirilən şəxs təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bankomat kartına köçürülən müxtəlif aylar üzrə pul vəsaitini nağdlaşdıraraq şəxsi mənafeyi üçün sərf etmişdir. Fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti göstərən X24 tanımır, onun yanında işləməmişdir, hər-hansı bir əmək funksiyasını yerinə yetirməmişdir və əmək haqqı almamışdır, X18 yanında formal olaraq işə qəbul edilməsi və eyni zamanda ünvanlı sosial yardım almaq üçün Mahir İmamova pul vəsaiti verməmişdir. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış X17 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş X6 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, Maddi imkanı zəif olduğu üçün ünvanlı sosial yardım almaq qərarına gəlmiş, həyat yoldaşı Şahid6 ilə birlikdə ünvanlı sosial yardım təyin edilməsi üçün zəruri olan sənədləri, yaşayış yerindən arayış, qaz, su, işığın sənədlərini və digər zəruri sənədləri toplayıb notariusda təsdiqlətmiş və həmin sənədləri VEMTAS vasitəsi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərmişlər. Buna baxmayaraq ona imtina gəlmişdir. O, ünvanlı sosial yardım təyin edilməsində köməklik edilməsi üçün onlarla eyni rayondan olan və Xəzər rayonu, Binə qəsəbəsində yaşayan Həsrət Xəlilova müraciət etmişdir. Xatırlamadığı tarixdə Xəzər rayonu, “Vişnovka” adlanan ərazidə Xəlillə görüşmüş və Xəlil ünvanlı sosial yardım təyin edilməsi üçün ona köməklik edəcəyini, lakin bankomat kartını əldə etdikdən sonra ona təqdim etməyini və 10 ay müddətində həmin plastik bank kartına köçürülən ünvanlı sosial yardımı nağdlaşdıraraq şəxsi ehtiyacları üçün sərf edəcəyini və daha sonra plastik bank kartını geri qaytaracağını bildirmişdir. Maddi imkanı zəif olduğu və pula ehtiyacı olduğu üçün Xəlillə razılaşmışdır. Xəlil ünvanlı sosial yardım təyin edilməsi üçün zəruri olan sənədləri, yaşayış yerindən arayış, qaz, su, işığın sənədlərini və digər zəruri sənədləri toplayıb notariusda təsdiqlətməyini və ona təqdim etməyini bildirmişdir. Buna görə onlar yenidən tələb olunan sənədləri toplamış və daha sonra həmin sənədləri xatırlamadığı tarixdə Təqsirləndirilən şəxs təqdim etmişdir. Bundan bir qədər sonra onların ailəsinə ünvanlı sosial yardım təyin edilmişdir. Daha sonra "xxxx" ASC-nin Qara Qarayev filialından həyat yoldaşı Şahid6 adına olan bankomat kartını götürmüş və ona təqdim etmişdir. O, ünvanlı sosial yardım təyin edilməsi ilə bağlı verilən plastik bank kartını əvvəlcədən razılaşdığı qaydada 2019-cu ilin sentyabr-oktyabr aylarında Xəzər rayonu, Binə qəsəbəsində Xəlilə təqdim etmişdir. Xəlil həmin plastik bank kartından əvvəlcədən razılaşdıqları kimi 2019-cu ilin sentyabr ayından 2020-ci ilin iyun ayı daxil olmaqla 10 ay, ayda 219.34 manat ünvanlı sosial yardım təşkil edən pul vəsaitini nağdlaşdıraraq şəxsi ehtiyacları üçün sərf etmişdir. Daha sonra Xəlil təxminən 2020-ci ilin iyul ayında plastik kartı ona təqdim etmişdir. Bundan sonra o, həmin plastik bank kartını Qədirəyə təqdim etmiş və Qədirə həmin kartı bankomata daxil edərək 6 ay karta köçürülən ünvanlı sosial yardımı nağdlaşdıraraq ailənin ehtiyacları üçün sərf etmişdir. Qədirə 6 ay karta köçürülən pul vəsaitini nağdlaşdırdıqdan sonra həmin plastik bank kartına pul vəsaiti köçürülməmişdir. Daha sonra karta pul köçürülmədiyinin səbəbini öyrənmək üçün DSMFyə müraciət etmiş, oradan ona uyğunsuzluq aşkar edildiyi üçün təyin edilən ünvanlı sosial yardımın dayandırıldığı bildirilmişdir. Xəlil həmin kartdan ilk 10 ay ünvanlı sosial yardım kimi hər ay köçürülən pul vəsaitini nağdlaşdırmışdır. Xəlil və onun hər hansı ailə üzvü Xəlilə təqdim edilən və Şahid6 adına olan plastik kartdan nağdlaşdırdığı pul vəsaitindən ona və Qədirəyə heç bir məbləğdə pul vəsaiti verməmiş və Xəlil nağdlaşdırdığı pul vəsaitini şəxsi ehtiyacları üçün sərf etmişdir. O, yalnız Təqsirləndirilən şəxs tanıyır. Xəlilin ailə üzvlərindən heç kimi tanımır. X24 tanımır və Şahid6 Mahir İmamovun yanında, tabeliyində və göstərişi ilə hər hansı bir iş yerinə yetirməmiş və onunla əmək müqaviləsi bağlamamışdır. Qədirəni işə qəbul etməsi üçün X25 müraciət etməmişdir. Ola bilsin ki, Qədirənin adını X18 yanına işçi kimi onlara ünvanlı sosial yardım təyin edilməsi məqsədilə Xəlil yazdırmışdır. X18 yanında Qədirənin adının işçi kimi formal olaraq qeyd olunmasından məlumatı olmamış, buna görə Mahir İmamova pul vəsaiti verməmişdir. Aparılmış təhqiqat zamanı şahid qismində ifadəsi alınmış Şahid8 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid8 təhqiqat zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, Maddi imkanı zəif olduğu üçün ünvanlı sosial yardım almaq qərarına gəlmişdir. Ünvanlı sosial yardım təyin edilməsi üçün zəruri olan sənədləri, yaşayış yerindən arayış, qaz, su, işığın sənədlərini və digər zəruri sənədləri toplayıb notariusda təsdiqlətmiş və həmin sənədləri VEMTAS vasitəsi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərmiş, buna baxmayaraq ona imtina cavabı gəlmişdir. Həmkəndlilərindən eşitmişdir ki, həmkəndlisi Təqsirləndirilən şəxs ünvanlı sosial yardım təyin edilməsindən anlayışı var. Ona ünvanlı sosial yardım təyin edilməsində köməklik edilməsi üçün həmkəndlisi Təqsirləndirilən şəxs müraciət etmişdir. Xatırlamadığı tarixdə Xəlillə Xəzər rayonu, Binə qəsəbəsində yerləşən Məscidin yaxınlığında görüşmüşdür. Xəlil ona ünvalı sosial yardım təyin edilməsinə köməklik edəcəyini, lakin bankomat kartını əldə etdikdən sonra ona təqdim etməyini və 9 ay müddətində həmin plastik bank kartına köçürülən ünvanlı sosial yardımı özü nağdlaşdraraq şəxsi ehtiyacları üçün sərf edəcəyini və daha sonra plastik bank kartını ona qaytaracağını bildirmişdir. Maddi imkanı zəif olduğu və pula ehtiyacı olduğu üçün Xəlillə razılaşmışdır. Xəlil ona ünvanlı sosial yardım təyin edilməsi üçün zəruri olan sənədləri, yaşayış yerindən arayış, qaz, su, işığın sənədlərini və digər zəruri sənədləri toplayıb notariusda təsdiqlətməyini və ona təqdim etməyini bildirmişdir. O, yenidən yuxarıda qeyd etdiyi sənədləri toplamış və daha sonra xatırlamadığı tarixdə Təqsirləndirilən şəxs təqdim etmişdir. Bundan bir qədər sonra ona ünvanlı sosial yardım təyin edilmişdir. Daha sonra həyat yoldaşı X22 "xxxx" ASC-nin Qara Qarayev filialından özünün adına olan bankomat kartını götürmüş və ona təqdim etmişdir. O, ünvanlı sosial yardım təyin edilməsi ilə bağlı onlara verilən plastik bank kartını əvvəlcədən razılaşdığı qaydada 2020-ci ilin fevral-mart aylarında Xəzər rayonu, Binə qəsəbəsində Xəlilə təqdim etmişdir. Xəlil həmin plastik bank kartından əvvəlcədən razılaşdıqları kimi 2020-ci ilin fevral ayından, ayda 263,39 manat ünvanlı sosial yardım təşkil edən pul vəsaitini nağdlaşdıraraq şəxsi ehtiyacları üçün sərf etmişdir. Daha sonra Xəlil təxminən 2020-ci ilin noyabr-dekabr ayında plastik kartı ona təqdim etmişdir. Bundan sonra o, həmin plastik bank kartını bankomata daxil edərək 2 ay karta köçürülən ünvanlı sosial yardımı nağdlaşdıraraq ailəsinin ehtiyacları üçün sərf etmişdir. 2 ay karta köçürülən pul vəsaitini nağdlaşdırdıqdan sonra həmin plastik bank kartından pul vəsaiti nağdlaşdırmaq istəsə də plastik bank kartına pul vəsaitinin köçürülmədiyini müəyyən etmişdir. Daha sonra karta pul köçürülmədiyinin səbəbini öyrənmək üçün DSMF-yə müraciət etmiş, oradan uyğunsuzluq aşkar edildiyi üçün ona təyin edilən ünvanlı sosial yardımın dayandırıldığını bildirmişlər. O, plastik bank kartını əldə etdikdən dərhal sonra Xəlilə vermiş və Xəlil həmin kartan ilk 9 ay ünvanlı sosial yardım kimi hər ay köçürülən pul vəsaitini nağdlaşdırmışdır. Xəlil və onun hər hansı ailə üzvü Xəlilə təqdim etdiyi plastik kartdan pul vəsaiti nağdlaşdıraraq ona təqdim etməmiş və Xəlil nağdlaşdırdığı pul vəsaitini şəxsi ehtiyacları üçün sərf etmişdir. O, yalnız Xəlili tanımış, Xəlildən başqa sonuncunun ailə üzvlərindən heç kimi tanımır. Həmçinin o, X24 tanımır və Mahir İmamovun yanında, tabeliyində və göstərişi ilə hər hansı bir iş yerinə yetirməmiş və əmək müqaviləsi bağlamamışdır. O, heç vaxt müxbir işləməmiş, jurnalist fəaliyyəti ilə məşğul olmamış və əməkhaqqı almamışdır. Onu işə qəbul etməsi üçün X25 müraciət etməmişdir. Ola bilsin ki, onun adını işçi kimi X18 yanına ona ünvanlı sosial yardım təyin edilməsi məqsədilə Xəlil yazıdırmışdır. X18 yanında adının işçi kimi formal olaraq qeyd olunmasından məlumatı olmamış, Mahir İmamova pul vəsaiti verməmişdir. Aparılmış təhqiqat zamanı şahid qismində ifadəsi alınmış Şahid3, Şahid6 və Şahid4 eyni məzmunlu ifadələr verərək Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1975-ci ildə Lerik rayonunda doğulmuş Təqsirləndirilən şəxs xx.xx.2013-cü il tarixdə Sumqayıt Şəhər Prokurorluğu tərəfindən AR CM-nin 315.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş və xx.xx.2013-cü il tarixdə cinayət işi məhkəməyə göndərilmişdir. İş materiallarında olan 26 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqi, İİ dərəcəli hüquqşünas Məhəmmədşah Mirzəyev tərəfindən Azərbaycan Respublikasının CM-nin 32.4,308.1, 312-1.1 və 32.4,313-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan qətimkan tədbiri seçmək haqqında 25 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin 27 dekabr 2021-ci il tarixli məktubunun surtindən görünür ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli qərarına əsasən həmin qərarda adı qeyd edilmiş 24 şəxsin adına olan hesablar üzrə çıxarışlar və mövcüd görüntülər istintaq orqanına təqdim edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin 18 may 2022-ci il tarixli məktubunun surtindən görünür ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli qərarına əsasən həmin qərarda adı qeyd edilmiş 16 şəxsin adına olan hesablar üzrə çıxarışlar və mövcüd görüntülər istintaq orqanına təqdim edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti Başçısının Binə qəsəbə inzibati dairəsi üzrə nümayəndəliyinin 13 iyul 2022-ci il tarixli, 432 saylı xaiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Binə qəsəbə inzibati dairəsi üzrə nümayəndəliyinə hər hansı xoşagəlməz hallar haqqında heç bir məlumat daxil olmamışdır. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 313-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona istinad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə CM-in 313-cü maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Bununla yanaşı məhkəmə baxışının nəticəsində müəyyən edilmişdir ki, hazırkı cinayət əməli üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçmişdir. İnsan Hüquqlarının və X8 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 56.1-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75 və 213-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli qərarında göstərilmişdir ki, “Avropa Birliyinin Məhkəməsi tərəfindən də qəbul olunan hüquqi müəyyənlik prinsipi «hüquqi təhlükəsizlik konsepsiyasının» baş prinsiplərindən biri hesab olunur. Hüquqi müəyyənlik ümumi ideya kimi bir çox hüquq sistemlərinə daxil edilmişdir. Onun əsasını isə hüquqi məsuliyyətə cəlb etmə müddətləri də əhatə olunmaqla, hüquqi vəziyyətin sabitliyini təmin edən əvvəlcədən xəbər vermə təşkil edir.” Avropa İnsan Hüquqları Məhkəməsi də sözügedən müddətləri vacib məhkəmə müdafiəsi üsulu kimi qəbul edir. Belə ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın «Qanunsuz cəzalandırılmamaq» adlanan 7-ci maddəsi ilə bağlı Coeme and others Belçikaya qarşı iş üzrə qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, cinayət məsuliyyətindən azad etmə müddəti cinayət törətmiş şəxsə əməlin törədilməsindən sonra təyin olunan dövr keçdikdə cinayət təqibinə və ya mühakiməyə məruz qalmamaq üçün verilən hüquq kimi müəyyən edilə bilər. Razılığa gələn Yüksək Tərəflərin daxili hüquq sistemlərinin ümumi cəhəti olan bu müddətlər bir neçə məqsədlərə, o cümlədən hüquqi müəyyənliyin və qətiliyin təmin olunmasına, eləcə də vaxtın keçməsinə görə natamam vəziyyətə düşə bilən sübutlar əsasında məhkəmələrdən qərar qəbul edilməsi tələb edildiyi halda, müdafiə olunanların zərər ala biləcək hüquqlarına yönələn qəsdlərin qarşısının alınmasına xidmət edir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən həmin Məcəllənin 313-cü maddəsində nəzərdə tutulan cinayət əməli cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Həmin Məcəllənin 75.1.1-ci maddəsinin tələblərinə görə böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Həmin Məcəllənin 75.3-cü maddəsinə əsasən cinayət törətmiş şəxs istintaqdan və ya məhkəmədən gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxs tutulduğu və ya könüllü gəlib təqsirini boynuna aldığı vaxtdan bərpa olunur. İşin müəyyən edilmiş hallarından görünür ki, cinayət 2017-ci ilin oktyabr ayında törədilmiş, cinayətin törədilməsindən iki ildən çox vaxt keçmişdir. Hazırki cinayət əməli üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti 2019-cu ilin oktyabr ayında başa çatmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 43.3-cü maddəsində qeyd olunur ki, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin həmin Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Göründüyü kimi, Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş hal mövcud olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarının çıxarılması yalnız müdafiə tərəfinin razılığı ilə mümkündür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 313-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilmiş və barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsini yazılı formada xahiş etmişdir. Yuxarıda göstərilənlərə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMin 313-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Odur ki, məhkəmə göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası CPM-nin 39.1.3, 43.3, 344 – 348, 356, 381, 383 – 385-ci maddələrini maddələrini rəhbər tutub, məhkəmə QƏRARVERDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 75.1-ci maddəsinə əsasən, yəni böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdiyi üçün həmin Məcəllənin 313-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar