Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-142/2025 29.09.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkilləri X9, Müdafiəçi2 olunun, Müdafiəçi3 Vagif oğlunun, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 iştirakları ilə, xx.xx.1979-cu ildə Bakı şəhəri anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Xəzər rayonu, Binə qəsəbəsi, X8 qeydiyyatda olan və orada yeni tikilidə yaşayan, barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmiş və hal-hazırda digər cinayət işi üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərarı ilə həbsdə olan, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə, xx xxxx 1977-ci ildə Qubadlı rayonu, Armudlu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Qubadlı rayonu, Armudlu kəndində qeydiyyatda olan və Xəzər rayonu, Binə qəsəbəsi, yeni tikildə yaşayan, barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmiş və hal-hazırda digər cinayət işi üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərarı ilə həbsdə olan, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə, xx xxxxxx 1969-cu ildə Lerik rayonunda anadan olmuşdur, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əmək məşğul olan, məhkumluğu olmayan, Lerik rayonu, Monidigah kəndində qeydiyyatda olan və Xəzər rayonu, Binə qəsəbəsi yeni tikilidə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 tamah niyyətiylə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özlərini işgüzar şəxs kimi təqdim edib Zərərçəkmiş şəxs1 Bakı, şəhəri Xəzər rayonu, Binə qəsəbəsi ərazisində ev tikmək üçün 2,5 sot torpaq sahəsi almaq istədiyini bilib onunla 2021-ci ilin ortalarında Xəzər rayonu, Binə qəsəbəsi, X13 deyilən ünvanda Təqsirləndirilən şəxs2 vasitəsilə tanış olaraq görüşüb Zərərçəkmiş şəxs1 torpaq sahəsi almasına köməklik göstərəcəklərini deyib, Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi ərazisində X13, 334 saylı tam orta məktəbin yaxınlığında yerləşməklə əvvəllər özünə məxsus olmaqla bir neçə il əvvəl başqa şəxsə satdığı torpaq sahəsinin 2,5 sot olan boş torpaq sahəsi hissəsini göstərib özünə məxsus olduğunu yalandan deyib 6.350 manata ona satacaqlarına razılaşdıqdan sonra, eyni zamanda Zərərçəkmiş şəxs1 əmisi X3 adına Təqsirləndirilən şəxs1 məxsus əmlak üzərində istifadə, idarə və sərəncam vermək hüqunun etibar edilməsinə dair Bakı şəhəri 31 saylı Notariat Ofisi vasitəsilə 28 dekabr 2021-ci il tarixli 545587 nömrəli etibarnamə verib inandırmaqla yalan vədlər verib aldadaraq, Zərərçəkmiş şəxs1 28 dekabr 2021-ci il tarixdə Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi ərazisində X13 334 saylı tam orta məktəbin yanında 6.350 manat məbləğində xeyli miqdarda pulunu alıb qabaqcadan əlbir olduğu qrup üzvləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə birlikdə aralarında bölüşdürməklə verdikləri vədə əməl etməyərək etibarından sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək Zərərçəkmiş şəxs1 6.350 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs3 tamah niyyətiylə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özlərini işgüzar şəxs kimi təqdim edib Zərərçəkmiş şəxs1 Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi ərazisində ev tikmək üçün 2,5 sot torpaq sahəsi almaq istədiyini bilib onunla 2021 -ci ilin ortalarında Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi ərazisində X13 ünvanında Təqsirləndirilən şəxs2 vasitəsilə tanış olaraq görüşüb Zərərçəkmiş şəxs1 torpaq sahəsi almasına köməklik göstərəcəklərini deyib, Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi ərazisində X13 334 saylı tam orta məktəbin yaxınlığında yerləşməklə əvvəllər Təqsirləndirilən şəxs1 məxsus olmaqla bir neçə il əvvəl başqa şəxsə satılan torpaq sahəsinin 2,5 sot olan boş torpaq sahəsi hissəsini göstərib Təqsirləndirilən şəxs1 məxsus olduğunu yalandan deyib 6.350 manata ona satacaqlarına razılaşdıqdan sonra, eyni zamanda Zərərçəkmiş şəxs1 əmisi X3 adına Təqsirləndirilən şəxs1 məxsus əmlak üzərində istifadə, idarə və sərəncam vermək hüqunun etibar edilməsinə dair Bakı şəhəri 31 saylı Notariat Ofisi vasitəsilə 28 dekabr 2021 -ci il tarixli 545587 nömrəli etibarnamə verib inandırmaqla yalan vədlər verib aldadaraq, Zərərçəkmiş şəxs1 28 dekabr 2021-ci il tarixdə Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi ərazisində X13 334 saylı tam orta məktəbin yanında 6.350 manat məbləğində xeyli miqdarda pul alıb qabaqcadan əlbir olduğu qrup üzvləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə birlikdə aralarında bölüşdürməklə verdikləri vədə əməl etməyərək etibarından sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək Zərərçəkmiş şəxs1 6.350 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özlərini işgüzar şəxs kimi təqdim edib Zərərçəkmiş şəxs2 Bakeı şəhəri Xəzər rayonu Binə qəsəbəsi ərazisində ev tikmək üçün 4 sot torpaq sahəsi almaq istədiyini bilib onunla 2021-ci ilin ortalarında Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi ərazisində X13 ünvanında qohumu Zərərçəkmiş şəxs1 vasitəsilə tanış olaraq görüşüb Zərərçəkmiş şəxs2 torpaq sahəsi almasına köməklik göstərəcəklərini deyib Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində X13 334 saylı tam orta məktəbin yaxınlığında yerləşməklə aralarında 500 metr məsafə olan hər biri 2 sot olmaqla boş 4 sot torpaq sahəsi hissəsini göstərib özlərinə məxsus olduğunu yalandan deyib ümumilikdə 14.200 manata pulunu hissə-hissə ödəmək şərtilə ona satacaqlarına razılaşıb inandırmaqla yalan vədlər verib aldadaraq, Zərərçəkmiş şəxs2 06 dekabr 2021 ci il tarixdə Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi ərazisində X13 334 saylı tam orta məktəbin yanında 7.000 manat məbləğində xeyli miqdarda pul, 16 yanvar 2022-ci il tarixdə yenə həmin ünvanda 7.200 manat məbləğində pul alıb qabaqcadan əlbir olduğu qrup üzü Təqsirləndirilən şəxs2 ilə birlikdə aralarında bölüşdürməklə verdikləri vədə əməl etməyərək etibarından sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirərək Zərərçəkmiş şəxs2 ümumilikdə 14.200 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Təqsirləndirilən şəxs2 tamah niyyətiylə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özlərini işgüzar şəxs kimi təqdim edib tanış olduqları Zərərçəkmiş şəxs1 Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi ərazisində ev tikmək üçün 2,5 sot torpaq sahəsi almaq istədiyini bilib onunla 2021-ci ilin ortalarında Xəzər rayonu Binə qəsəbəsi ərazisində X13 ünvanında görüşüb Zərərçəkmiş şəxs1 torpaq sahəsi almasına köməklik göstərəcəklərini deyib Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi ərazisində X13 334 saylı tam orta məktəbin yaxınlığında yerləşməklə əvvəllər Təqsirləndirilən şəxs1 məxsus olmaqla bir neçə il əvvəl başqa şəxsə satılan torpaq sahəsinin 2,5 sot olan boş torpaq sahəsi hissəsini göstərib Təqsirləndirilən şəxs1 məxsus olduğunu yalandan deyib 6.350 manata ona satacaqlarına razılaşdıqdan sonra, eyni zamanda Zərərçəkmiş şəxs1 əmisi X3 adına Təqsirləndirilən şəxs1 məxsus əmlak üzərində istifadə, idarə və sərəncam vermək hüqunun etibar edilməsinə dair Bakı şəhəri 31 saylı Notariat Ofisi vasitəsilə 28 dekabr 2021-ci il tarixli 545587 nömrəliu etibarnamə verib inandırmaqla yalan vədlər verib aldadaraq, Zərərçəkmiş şəxs1 28 dekabr 2021-ci il tarixdə Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi ərazisində X13 334 saylı tam orta məktəbin yanında 6.350 manat məbləğində xeyli miqdarda pul alıb qabaqcadan əlbir olduğu qrup üzvləri Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə birlikdə aralarında bölüşdürməklə verdikləri vədə əməl etməyərək etibarından sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək Zərərçəkmiş şəxs1 6.350 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özlərini işgüzar şəxs kimi təqdim edib Zərərçəkmiş şəxs2 Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi ərazisində ev tikmək üçün 4 sot torpaq sahəsi almaq istədiyini bilib onunla 2021 -ci ilin ortalarında Xəzər rayonu Binə qəsəbəsi ərazisində X13 ünvanında qohumu Zərərçəkmiş şəxs1 vasitəsilə tanış olaraq görüşüb Zərərçəkmiş şəxs2 torpaq sahəsi almasına köməklik göstərəcəklərini deyib, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində X13 334 saylı tam orta məktəbin yaxınlığında yerləşməklə aralarında 500 metr məsafə olan hər biri 2 sot olmaqla boş 4 sot torpaq sahəsi hissəsini göstərib özlərinə məxsus olduğunu yalandan deyib ümumilikdə 14.200 manat pulunu hissə-hissə ödəmək şərtiylə ona satacaqlarına razılaşıb inandırmaqla yalan vədlər verib aldadaraq, Zərərçəkmiş şəxs2 06 dekabr 2021-ci il tarixdə Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi ərazisində X13 334 saylı tam orta məktəbin yanında 7.000 manat məbləğində xeyli miqdarda pul, 16 yanvar 2022-ci il tarixdə yenə həmin ünvanda 7.200 manat məbləğində pul alıb qabaqcadan əlbir olduğu qrup üzü Təqsirləndirilən şəxs3 ilə birlikdə aralarında bölüşdürməklə verdikləri vədə əməl etməyərək etibarından sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirərək Zərərçəkmiş şəxs2 ümumilikdə 14.200 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində bildirmişdir ki, Abşeron rayon İcra Hakimiyyəti tərəfindən 01 avqust 2012 tarixdə 1192 nömrəli sərəncamla Binə qəsəbəsi ərazisində Abşeron rayonu, X8 6.17 hektar ərazi ona hədiyyə edilmiş, torpaq sahəsini təxmini 2015-2017-ci il aralığı olan müddət ərzində tam olaraq hissə-hissə başqa-başqa şəxslərə təxmini 60-65 şəxsə satmış, pulları öz xeyrinə xərcləmişdir. Lakin sənədinin surətini saxlamışdır. Pula ehtiyacı olduğundan bu barədə 2021-ci ildə Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 demişdir. Onlar təxmini 2021-ci ilin noyabr ayında Zərərçəkmiş şəxs1 adlı şəxsə yalan vəd verib torpaq satacaqlarını ona demişldər, onun pulunu ələ keçirəndən sonra ona da 1000 manat pul verəcəklərini demiişlər, ondan xahiş etmişlər ki, onlarla əlbir olub həmin satdığı torpaq sahəsindən 0,025 ha ərazi barədə notarial qaydada etibarnamə versin. O da razılaşmış, 28 dekabr 2021 tarixdə Ülvi adlı şəxsin əmisi X3 adına 2091-ci ilədək olan etibarnamə Binə qəsəbəsində olan 31 saylı notariusda vermiş, etibarnaməni gətirib X17 qəsəbəsində vermiş, onlar ona 1000 manat pul vermişlər. Ülvini və Rahili isə görməmiş, onlar onunla ünsiyyət qurmamışlar. Təqsirləndirilən şəxs1 əlavə olaraq əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərlə barışdığını, vurduğu maddi ziyanı tam ödədiyini və dövlət nəfinə vurduğu ziyan məbləğinin 25% miqdarında ödəniş etdiyini bildirərək barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində bildirmişdir ki, 2021-ci ilin ortalarında əvvəllər tanıdığı, vaxtilə Xəzər rayonu, Binə qəsəbəsində ev almağına kömək etdiyi Zərərçəkmiş şəxs1 adlı şəxslə danışan zaman, ona torpaq satmağını Bərxudarla birlikdə bildirmiş, sonrakı zamanda o, yaxın qohumu olan Zərərçəkmiş şəxs2 onunla tanış etmiş, hər ikisi boş torpaq sahəsi alıb, bir neçə ay içində orada ev tikmək istəməsini onlara demiş, sonra Bərxudarın təklifi və onun razılığı ilə Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu, 334 saylı orta məktəbin yanında olan bir neçə hektrar sahənin içində olan 2 ayrı-ayrı 2 sot boş torpaq sahəsini Rəşada və 2.5 sot boş torpaq sahəsini Ülviyə göstərmişlər. Onlar oranı bəyənmişlər, yaxınlarıyla məsləhətləşib, qiymətlə bağlı hər ikisiylə danışıb razılığa gəlmişlər və 06 dekabr 2021 tarixdə Zərərçəkmiş şəxs2 həmin ərazidə birlikdə Bərxudarla 7000 manat pul almışlar, sonra həmin torpaq sahəsinin yaxınlığında 2.5 sot boş torpaq sahəsini Zərərçəkmiş şəxs1 göstərmişlər, 28 dekabr 2021 tarixdə elə həmin yerdə əlbəəl Ülvidən 6350 manat pul almışlar. Sonrakı zamanda 16 yanvar 2022 tarixdə yenə həmin boş torpaq sahələrinin yanında Bərxudarla birlikdə Zərərçəkmiş şəxs2 7200 ümumilikdə 14200 manat pul almışlar. Vaxtı ilə Mahmud adlı şəxsin satdığı torpaq sahəsinin sənədinin surətini götürüb Mahmudu da həmçinin aldadıb onun adından guya öncəki torpaqla bağlı sənədləşdirmədə səhvlik olmasını deyib Zərərçəkmiş şəxs2 adına etibarnamə də yazdırmışlar. Həmçinin Təqsirləndirilən şəxs1 də Ülvidən aldıqları puldan 1000 manat pul vermişlər. Qalib həmin zaman başqasına artıq məxsus olmuş torpaq sahəsinin sənədinə aid torpaqdan Ülviyə 2.5 sota aid etibarnamə vermişdir. Ülvi Qalibi görməmiş, sənədi Qalibdən alıb Ülviyə vermişlər Təqsirləndirilən şəxs2 əlavə olaraq əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərlə barışdığını, vurduğu maddi ziyanı tam ödədiyini və dövlət nəfinə vurduğu ziyan məbləğinin 25% miqdarında ödəniş etdiyini bildirərək barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində bildirmişdir ki, 2021-ci ilin ortalarında Zamanın əvvəllər tanıdığı, vaxtilə Xəzər rayonu, Binə qəsəbəsində ev almağına kömək etdiyi Zərərçəkmiş şəxs1 adlı şəxslə danışan zaman, ona torpaq satmaqlarını Zamanla o birlikdə bildirmişlər, sonrakı zamanda o, yaxın qohumu olan Zərərçəkmiş şəxs2 onlarla tanış etmiş, hər ikisi boş torpaq sahəsi alıb, bir neçə ay içində orada ev tikmək istəməsini demişlər, sonra onun təklifi və Zamanın razılığı ilə Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu, 334 saylı orta məktəbin yanında olan bir neçə hektar sahənin içində olan 2 ayrı-ayrı 2 sot boş torpaq sahəsini yalandan Rəşada və 2.5 sot boş torpaq sahəsini Ülviyə göstərmişlər, onlar, oranı bəyənmişlər, qohum və yaxınlarıyla məsləhətləşib qiymətlə bağlı hər ikisiylə danışıb razılığa gəlib 06 dekabr 2021 tarixdə Zərərçəkmiş şəxs2 həmin ərazidə birlikdə Təqsirləndirilən şəxs2lə 7000 manat pul almışlar, sonra həmin torpaq sahəsinin yaxınlığında 2.5 sot boş torpaq sahəsini Zərərçəkmiş şəxs1 göstərmişlər, 28 dekabr 2021 tarixdə elə həmin yerdə əlbəəl Ülvidən onlar 6350 manat pul almışlar. Sonrakı zamanda 16 yanvar 2022 tarixdə yenə həmin boş torpaq sahələrinin yanında Zamanla birlikdə Zərərçəkmiş şəxs2 7200 ümumilikdə 14200 manat pul almışlar. Vaxtı ilə Mahmud adlı şəxsin satdığı torpaq sahəsinin sənədinin surətini götürüb Mahmudu da həmçinin aldadıb onun adından guya öncəki torpaqla bağlı sənədləşdirmədə səhvlik olmasını deyib Zərərçəkmiş şəxs2 adına etibarnamə də yazdırmışlar. Təqsirləndirilən şəxs1 də Ülvidən aldıqları puldan 1000 manat pul vermişlər. Qalib həmin zaman başqasına artıq məxsus olmuş torpaq sahəsinin sənədinə aid torpaqdan Ülviyə 2.5 sota aid etibarnamə vermişdir. Ülvi Təqsirləndirilən şəxs1 görməmiş, sənədi Qalibdən alıb Ülviyə vermişlər. Təqsirləndirilən şəxs3 əlavə olaraq əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərlə barışdığını, vurduğu maddi ziyanı tam ödədiyini və dövlət nəfinə vurduğu ziyan məbləğinin 25% miqdarında ödəniş etdiyini bildirərək barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs2 ifadəsində qeyd etmişdir ki, Hava Limanında işləyir. Həyat yoldaşı Ülkərin qardaşı Zərərçəkmiş şəxs1dur, o, 2021 -ci ilin sonlarına yaxın təxmini oktyabr ayında Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 adlı şəxslərin ona Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda 2 sot torpaq sahəsini 7000 manata satdıqlarını bildirmiş, o, da həmin zaman torpaq alıb tikmək istədiyindən 12- 14000 manat pulu olduğundan ondan xahiş etmişdir ki, onu həmin şəxslərlə tanış etsin, sonra onlarla tanış olmuş və hər iki şəxs arasında 500 metr məsafə olan iki torpaq sahəsini göstərmiş, oranın cəmi 4 sot yəni hər birinin 2 sot olmasını bildirmiş, torpaq almaq üçün onlara elə həmin yerdə xx.xx.2021 tarixdə 7000 manat pulu, 2022-ci ilin 16 yanvar tarixdə isə yenə 7200 manat pulu həmin şəxslərə vermiş, hər ikisi vəd vermişlər, bu torpaq sahəsini ona satırlar, orada o, ev tikib, hasar çəkib yaşaya biləcək. O, sonra onlarla görüşmüş, ona Şahid adlı şəxs tərəfindən verilmiş notariat ərizəsini də vermişlər, həmçinin Sofiya Əzizova tərəfindən Mahmud adlı şəxsə verilən etibarnaməni də ona vermişlər, yenə həmin torpaq sahəsinə guya aid olan arxiv idarəsinin sənədini də vermişlər. Sonrakı zamanda o, öyrənmişdir ki, həmin torpaq sahəsi kənd təsərrüfat təyinatlı əkin sahəsidir. Onlar pulu ondan alanda demişlər, 2022-ci ilin oktyabr ayından o, orada tikinti işi apara biləcək, ev tikib, hasar çəkəcək, icra hakimiyyətindən ona icazə verəcəklər. Əlavə olaraq Mahmud və Sofiya adlı şəxsləri tanımadığını bildirmişdir. Ülvinin isə 6350 manatını ələ keçirib onu da aldatmışlar. Sonradan ona dəymiş ziyanı tam ödəmişlər. Bu səbəbdən də təqsirləndirilən şəxslər ilə barışmış və onlara qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında iştirak etmiş zərərçəkmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, hazırda yaşadığı evin təxmini 100 metrliyində olan Xəzər rayonu, Binə qəsəbəsi, X13, 334 saylı tam orta məktəbə yaxın olan 2.5 sot boş torpaq sahəsini də göstərmişlər və o, oranı nəhayət bəyənmiş, razılaşmaya əsasən onlar 6350 manat pula həmin sahəni ona satacaqlarını birlikdə demişlər, həmçinin o, onları yeznəsi Rəşadla da həmin zaman tanış etmiş onlar ondan öncə Rəşaddan torpaq satmaq adı ilə 7000 manat, sonra ondan 6350 manat pulu elə həmin yerdə yəni satacaqları torpaq sahəsinin yanında xx.xx.2021-ci il tarixdə almışlar, sonrakı zamanda yenə Rəşaddan daha 7200 manat nağd pul almışlar. Rəşada cəmi 4 sot torpaq sahəsini satacaqlarını onun yanında dəfələrlə vəd vermişlər. Rəşada da satacaqları torpaq ona satacaqları torpağın təxmini 250- 300 metrliyində yerləşmişdir. Həmçinin o, torpağın onun adına deyil, əmisi X3 adına sənədləşdirməyi Zamanla Bərxudardan xahiş etmiş, onlar da razı olmuşlar, əmisinin şəxsiyyət vəsiqəsinin surətini görüşüb onlara vermişdir. Onlar təxmini 2022-ci ilin əvvəllərində onunla görüşüb Təqsirləndirilən şəxs1 adından ona əmisinin adına verilmiş etibarnaməni də təqdim etmişlər, həmçinin icra hakimiyyəti tərəfindən verilmiş sərəncamı da təqdim etmişlər. X4 vəd verib demişlər ki, 2022-ci ilin sentyabr ayından sonra burada tikinti və təmir işlərinə başlaya biləcək, icra hakimiyyətindən tikinti və təmirlə bağlı icazə veriləcəkdir. Həmçinin elə həmin sentyabr ayında onlara torpağın sənədini yəni çıxarışını verəcəklərini demişlər. Lakin onlar sonrakı aylar ərzində onları aldatmışlar, həmin torpağın əkin sahəsi olmasını öyrənib bilmişlər. Ona dəyən ziyan 6350 manatdır, Zamanla Bərxudar əlbir olaraq pulunu götürüb torpaq sahəsi satmaq barədə hər ikisi vəd verib, onu və Rəşadı aldatmışlar. Qalib adlı şəxsi qiyabi olaraq tanıyır, bu işdə onunla əlaqəsi olmamışdır. Məhkəməyə ünvanladığı ərizədən görünür ki, ona dəymiş ziyan tamamilə ödənilmişdir. Bu səbəbdən də təqsirləndirilən şəxslər ilə barışmış və onlara qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barəsində Şahid məlumat verilsədə məhkəmə iclasında iştirak etməmişdir. Şahid ibtidai istintaqda verdiyi və məhkəmə iclasında elan olunmuş ifadəsində qeyd etmişdir ki, makler kimi 2018- ci ildən fəaliyyət göstərir. 03 dekabr 2021 tarixdə o, X11 adlı şəxsdən 8 sot torpaq sahəsini notarial sənədlə 9500 manata almışdır. Həmin şəxs mənzil komunal sahəsində işləyir, onu özü tapmışdır. Həmin torpaq sahəsi Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yaşayış sahələrinin arasında yerləşmiş, boş torpaq sahəsi idi. Sonrakı zamanda o torpağı 2022-ci ilin mart-aprel ayında 11000 manata satmış, həmin torpağa aid aldığı sənədləri də həmin şəxsə əslini vermiş, satdığı adamı şəxsən özü də görmüşdür. 03 dekabrdan 2021 tarixdən sonra müxtəlif şəxslərə və maklerlərə torpağı satmağını deyib elan etmişdir. 09 dekabr 2021 tarixdə həmin torpağın 2 sot sahəsini almaq istəyən şəxsin olmasını Bərxudar ona demiş, onun Zərərçəkmiş şəxs2 adlı şəxsə etibarnamə verməyini istəmiş, o da 09 dekabr 2021 tarixdə Rəşad adlı şəxsə notasrial etibarnamə vermiş, etibarnaməni Bərxudara göndərmiş, lakin Zərərçəkmiş şəxs2ı görməmiş, sonrakı günlərdə Bərxudar ona torpaq alqı-satqının baş tutmadığını Rəşadın pulu olmadığını demiş, əslində onu aldatmış, o da sonrakı zamanda torpağın hamısını 11000 manata sənədlə satmış, Bərxudar ona pul verməmişdir. Zaman adlı şəxsi tanımır, əlavə olaraq qeyd edir ki, ona məxsus torpaq Rəşad adlı şəxsə aldadılıb satılacaq torpaqdan xeyli uzaqdadır, Bərxudarın sonrakı zamanda Zamanla əlbir olmasını öyrənmiş, onlarla o, əlbir deyil, Rəşadla heç zaman ünsiyyətdə olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -28 dekabr 2021-ci il tarixli 31 saylı notariat ofisi tərəfindən verilmiş etibarnamədən görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən X6 X13 ərazisində yerləşən 0,025 ha torpaq sahəainə dair bütün hərəkətləri etməyə dair etibarnamə verilmişdir; -03 dekabr 2021-ci il tarixli 31 saylı notariat ofisi tərəfindən verilmiş etibarnamədən görünür ki, X1 Mahmud Əjdər oğluna bütün hərəkətləri etməyə dair etibarnamə verilmişdir. -Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Abşeron Rayon İcra Hakimiyyəti Abşeron Rayon Dövlət Arxivi tərəfindən verilmiş 05 sentyabr 1992-ci il tarixli protokola əsasən 0,08 ha torpaq sahəsi sovxoza sağıcı işləyən X7 X13 ərazisində torpaq sahəsi verilmişdir. - Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnaməyə əsasən Təqsirləndirilən şəxs1 barəsində əməliyyat sorğu stat kartotekasıda heç bir məlumat yoxdur; - Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnaməyə əsasən Təqsirləndirilən şəxs2 barəsində əməliyyat sorğu stat kartotekasıda heç bir məlumat yoxdur; - Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnaməyə əsasən Təqsirləndirilən şəxs3 Xəzər RPİ-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə olan ********* saylı cinayət işinə xitam verilmişdir. - 22 sentyabr 2025-ci il tarixli qərardan aydın olur ki, Zərərçəkmiş şəxs1 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - 23 sentyabr 2025-ci il tarixli qərardan aydın olur ki, Zərərçəkmiş şəxs2 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - 25 sentyabr 2024-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, baş vermiş hadisə ilə bağlı Baki şəhəri Xəzər rayonu X8 Zərərçəkmiş şəxs1 ifadəsi alınmış və fotoşəkillər cinayət işinə əlavə edilmişdir. - 26 sentyabr 2024-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, baş vermiş hadisə ilə bağlı Baki şəhəri Xəzər rayonu X8 Zərərçəkmiş şəxs2 ifadəsisi alınmış və fotoşəkillər cinayət işinə əlavə edilmişdir. - Axtarışda olan şəxsin tutulması haqqında 08 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmuşdur; - Şəxsin istintaqa könüll gəlməsi barədə 08 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 könüllü olaraq istintaqa gəlmişdir; - Cinayət əməlinin tövsif edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə istintaq edilən hazır ki, cinayət işi üzrə cinayət əməli həmin məcəllənin 178.2.1, 178.2.2 və 178.24-cü maddələrinə tövsif edilmiş və eyni maddələr üzrə ittiham elan edilmişdir. - xx.xx.2024-cü il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs3 Xəzər RPİnin İŞ-nin müstəntiqi Orxan Qnyazov tərəfindən Azərbaycan Respublikasının CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir; - Qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; - xx.xx.2024-cü il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 Xəzər RPİnin İŞ-nin müstəntiqi Orxan Qnyazov tərəfindən Azərbaycan Respublikasının CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir; - Qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; -21 oktyabr 2021-ci il tarixli 07 saylı notariat ofisində bağlanmış ərizədən görünür ki, Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qarşı heç bir şikayət vətələbi yoxdur. Onlarla barışmışdır. - 21 oktyabr 2021-ci il tarixli 07 saylı notariat ofisində bağlanmış ərizədən görünür ki, Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qarşı heç bir şikayət vətələbi yoxdur. Onlarla barışmışdır. - Axtarışda olan şəxsin tutulması haqqında 14 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuşdur; - xx.xx.2024-cü il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 Xəzər RPİnin İŞ-nin müstəntiqi Orxan Qnyazov tərəfindən Azərbaycan Respublikasının CM-nin 178.2.1 və 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir; - Qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir; - xx.xx.2024-cü il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs3 Xəzər RPİnin İŞ-nin müstəntiqi Orxan Qnyazov tərəfindən Azərbaycan Respublikasının CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir; - xx.xx.2024-cü il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 Xəzər RPİnin İŞ-nin müstəntiqi Orxan Qnyazov tərəfindən Azərbaycan Respublikasının CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir; - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə barəsində həbs qətimkan tədbiri seçilmişdir. - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə barəsində həbs qətimkan tədbiri seçilmişdir. - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində axtarış elan edilmiş, eyni zamanda barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilmişdir; - Xəzər RPİ-nin 3-cü PŞ-nin xx.xx.2025-ci il tarixli 3-13-45-3/2-10341 nömrəli məktubundan aydın olur ki, Təqsirləndirilən şəxs1 xx.xx.2025-ci il tarixində Xəzər RPİ-nin 3-cü PŞ-nin əməkdaşları tərəfindən tutularaq, həmin gün 3 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir; - Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, sonuncularaa qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd etmişdir; - Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, sonuncularaa qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd etmişdir; - "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli 16275 nömrəli qəbzindən məlum olur ki, Təqsirləndirilən şəxs3 tərəfindən dövlət nəfinə dəymiş ziyanın 25%-i ilə bağlı 2569 manat ödəniş olunmuşdur. - "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli 31920 nömrəli qəbzindən məlum olur ki, Təqsirləndirilən şəxs2 tərəfindən dövlət nəfinə dəymiş ziyanın 25%-i ilə bağlı 2569 manat ödəniş olunmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onların etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin, şahidin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-nin 144- 146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin, şahidin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddəlləri ilə tamamilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan suiistifadə etmə və ya aldatma yolu ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən özgənin əmlakını təkrarən xeyli miqdarda ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 73-1.2-ci maddəsinə görə bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir; 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən, şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarının 2-ci bəndinə əsasən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndi həmin Məcəllənin 72–73-2 və 74-1-ci maddələri ilə cinayət məsuliyyətindən azad edilmiş şəxsin məsuliyyətdən azad edilənədək törətmiş olduğu digər cinayət əməlinə görə cinayət məsuliyyətindən azad olunmasının mümkünlüyünü istisna etmir. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməli və cinayət işinin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində məhkəmə tərəfindən təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə hesab edir ki, hazırki iş üzrə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslərlə barışmış və onlara dəymiş ziyanı tamamilə ödəmişdir. Eyni zamanda onlar, cinayət nəticəsində vurulmuş cəmi 20550 manat ziyanın iyirmi beş faizi miqdarında, yəni 5138 (20.550x25:100=5137,5) manat dövlət büdcəsinə ödəniş etmişlər və barələrində cinayət təqibinə bəraətverici əsas olmadan xitam verilməsinə razılıqlarını bildirmişlər. Qeyd olunanları nəzərə alaraq onlar, cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalından azad edilməlidir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 digər cinayət işi ilə əlaqədar həbsdə olması nəzərə alınsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddəllərində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Cinayət işi üzrə maddi sübut və mülki iddia yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaq zamanı və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında xx.xx.2025-ci il tarixli 141 saylı Qərarına əasasən hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 40.1, 40.3, 43.1.2, 321.1, 347, 384.1.3-cü maddələrini və Azərbaycan Respublikası CM-in 73-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 73-1.2-ci maddəsinə əsasən, yəni zərərçəkmiş şəxslə barışdığı, dəymiş ziyanı tamamilə ödədiyi və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyi üçün cinayət məsuliyyətindən azad edilsin və həmin Məcəllənin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin və digər cinayət işi üzrə həbsdə olması nəzərə alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 73-1.2-ci maddəsinə əsasən, yəni zərərçəkmiş şəxslə barışdığı, dəymiş ziyanı tamamilə ödədiyi və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyi üçün cinayət məsuliyyətindən azad edilsin və həmin Məcəllənin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin və barəsində digər cinayət işi həbsdə olması nəzərə alınsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 73-1.2-ci maddəsinə əsasən, yəni zərərçəkmiş şəxslə barışdığı, dəymiş ziyanı tamamilə ödədiyi və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyi üçün cinayət məsuliyyətindən azad edilsin və həmin Məcəllənin 178.2.1 və 178.2.4-cü maddələri ilə barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 10 saat vaxta görə 60 manat, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 tərəfindən məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 14 saata görə 84 manat (06 manat olmaqla), 12 saata görə 132 manat (11 manat olmaqla) məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X14 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 10 saat vaxta görə 60 manat, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 110 manat (06 manat olmaqla), 06 saata görə 66 manat (11 manat olmaqla) məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs3 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 10 saat vaxta görə 60 manat, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 14 saata görə 84 manat (06 manat olmaqla), 12 saata görə 132 manat (11 manat olmaqla) məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxslərə isə rəsmi təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №1(003)-142/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-142/2025
29.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver