Məhkəmə qərarları › İş №1(003)-143/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-143/2023

10.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-143/2023 10.02.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1979-cu ildə Bakı şəhərində doğulmuş, evli, fərdi əməklə məşğul olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, H.İsgəndərov küçəsində yerləşən nömrəsiz fərdi evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs 16 iyul 2022-ci il tarixdə saat 01 radələrində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Hacı İsgəndər küçəsində yerləşən evinin qarşısında Zərərçəkmiş şəxs oğlunun arvadı Şahid1 işlədiyi təndir sexindən evə gec gətirməsi səbəbindən aralarında baş yemiş mübahisə zamanı Zərərçəkmiş şəxs ayaq və əl zərbələri ilə vuraraq sonuncuya sağ bazunun əzilmiş yarası, sol saidin sıyırığı, hər iki dizin qançırları kimi sağlamlığının qısa müddətə pozulmasına səbəb olan, qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərər çəkmiş şəxsin, ekspert rəyi, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək verdiyi ifadəsində göstərmişdir ki, o, 2006-cı il tarixdə Şahid1 ilə ailə qurmuş, birgə nikahdan iki övladı vardır. Həyat yoldaşı onun razılığı ilə Zərərçəkmiş şəxsevə məxsus Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yeni yaşayış massivində yerləşən təndirxanada çörək bişirən kimi işə başlamışdır. Zərərçəkmiş şəxs onun həyat yoldaşını işə götürən zaman aralarında, danışıq olmuşdur ki, saat 06-da işə gedəcəkdir, axşam saat 22:00-da isə evə gələcəkdir. Bir müddət Aidə evə tez gəlsə də sonradan evə gec gəlməyə başlamışdır. Buna görə Aidə ilə dəfələrlə ailəsində narazılıq olmuşdur. O, bu barədə Nəsirxanın özünə də Aidəni işə götürəndə 22:00-da evə gələcəyini bildirməsini, amma indi isə evə gec gəldiyini söyləmişdir. Nəsirxan isə ona elə söz bildirməməsini demiş və o, Nəsirxana sonra görüşüb söhbət edəcəklərini demişdir. xx.xx.2022-ci il tarixdə saat 01:00 radələrində Nəsirxan həyat yoldaşı Aidəni idarə etdiyi avtomobillə yaşadığı evin qarşısına gətirmişdir. O və oğlu Firuz küçəyə çıxmış, Nəsirxan avtomobilində oturmuş, ona “mənimlə nə söhbət edə bilərsən” ifadəsini işlətmişdir. O, Nəsirxana bildirmişdir ki, “get sonra söhbət edərik”. Nəsirxan avtomobilindən yerə düşmüş, o, Nəsirxanı avtomobilin qarşısından gözləmişdir. Nəsirxan avtomobilin arxasından gələrək qəfildən onun baş nahiyyəsinə yumruq zərbəsi vurmuşdur. O, yerə yıxılaraq qalxmış və Nəsirxana təpik zərbəsi vursa da təpik zərbəsi tutmamışdır. Bundan sonra yumruqla Nəsirxana zərbələr vurmağa başlamış və Nəsirxan yerə yıxılmışdır. Bir qədər sonra səsə qardaşları Rauf, Çingiz, anası Yaqub gəlib onları ayırmışlar. Sonradan mülki geyimdə olan polis əməkdaşı gəlmiş, polis əməkdaşı zəng edərək polis avtomobili dəvət edib onları PŞnə aparmışlar. Təqsirləndirilən şəxs son sözündə cinayət əməli törətmədiyini bu səbəbdən də barəsində bəraət hökmünün qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs oğlu verdiyi ifadəsində göstərmişdir ki, təxminən 3 ilə yaxındır ki, yaşadığı evin qarşısında təndirxana tikmiş, təndirxananı özü işlətmişdir. Şahid1 təxminən 1 ilə yaxındır ki, tanıyır, əvvəllər düşmənçiliyi və ya ədavəti olmamışdır. Şahid1 ona tanışları məsləhət görmüş, belə ki, ona təndirxanada çörək bişirən lazım olmuş və Aidəni ona məsləhət görmüşlər. Təxminən 2021-ci ilin avqust ayından Şahid1 ona məxsus olan №-1 təndirxanada çörək bişirən işləmiş, Aidənin iş qrafiki səhər saat 07:30 radələrindən axşam saat 23:00 radələrinə kimidir. O, hər gün Şahid1 30 manat əmək haqqı vermişdir. Şahid1 ilə o və anası X3 birlikdə işləyirlər. Şahid1 uşaqları da hər gün onun yanına gəlib getmiş, işlədiyi təndirxanada müşahidə kamerası vardır, gün ərzində baş verənləri kamera çəkmişdir. Şahid1 işə götürərkən onunla razılaşmışlar ki, hər axşam onu yaşadığı evə kimi aparacaq, özü əgər apara bilməsə taksi ilə yola salacaqdır. Təxminən xx.xx.2022-ci il tarixdə Şahid1 yaşadığı evin qarşısına idarə etdiyi gümüşü rəngli **-XX-*** dövlət qeydiyyat nişanlı “Dacia Loqan” avtomobili ilə aparıb Aidəni düşürdərkən Şahid1 əri Təqsirləndirilən şəxs ona yaxınlaşaraq demişdir ki, onunla və Aidə ilə söhbət edəcəkdir. O, da Natiqə demişdir ki, “gəl otur söhbət edək”, Natiq isə onu eşitmədən çıxıb getmişdir. xx.xx.2022-ci il tarixdə axşam saat 23:00 radələrində işlərini qurtarandan sonra Şahid1 və dəqiq xatırlamadığı uşağını avtomobili ilə yaşadıqları evin qarşısına aparmışdır. Şahid1 yaşadıqları evin qarşısına çatanda Natiq avtomobilə yaxınlaşaraq arxa qapını açıb Aidəni və uşağını avtomobildən düşürdüb ona barmağını silkələyib demişdir ki, “sabah onunla söhbət edəcəkdir”. Bu sözlərdən sonra o, avtomobildən yerə düşmüş və Natiqə yaxınlaşıb ondan soruşmuşdur ki, “nə baş verib”. Həmin vaxt Natiq sağ əlini sağ cibinə aparıb cibindən qızılı rəngli açılıb-bağlanan bıçağı çıxardıb onun ünvanına nalayiq söyüşlər söyərək bıçaqla onu vurmaq istəyən zaman o, sağ əli ilə dirsəyindən vurmuş, Natiq büdrəmiş və o, avtomobilinə əyləşib oradan uzaqlaşmaq istəyəndə Natiqgilin evindən təxminən 5-6 adam qadın və kişilər çıxaraq ona tərəf gələrək ünvanına nalayiq söyüşlər işlətmişdir. Həmin şəxslərin ona xəsarət yetirəcəklərindən qorxaraq yola tərəf qaçarkən, ot örtüyünün üzərində ayağı sürüşərək yerə yıxılmışdır. Onun yıxıldığını görən Çingiz o, yerdə olan zaman təpik zərbələri ilə sağ döş nahiyəsindən vurmuş, özünü müdafiə edərək qolları ilə sifətini tutub yerdə uzanıqlı vəziyyətdə olmuş, həmin vaxt Çingizin oğlu Nizami də təpik zərbələri ilə sağ diz nahiyəsindən, sağ budundan vurmuş, Rauf isə təpiklə sol diz nahiyəsindən, sol bud nahiyəsindən, sol qoltuq nahiyəsindən güclü zərbələr vurmuş, İlkin isə təpik zərbələri ilə bel nahiyəsindən güclü zərbələr endirmişdir. Onu döyərkən ünvanına nalayiq söyüşlər işlətmiş, həmin vaxt onun döyüldüyünü görən bildiyinə görə Xəzər rayon Polis İdarəsinin 2ci Polis Şöbəsində işləyən Rafiq adlı şəxs və yanında olan iki nəfərlə birlikdə onlara yaxınlaşıb onun döyülməsinin qarşısını almış, onu döyən şəxsləri polis şöbəsinə aparmışlar. O, ayağa qalxarkən görmüşdür ki, idarə etdiyi avtomobilin sol ön dumanaqarşı işığı sındırılmışdır. Avtomobilə təxminən 25 manat dəyərində maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmişdir, təqsirləndirilən şəxsdən şikayətçidir və ona qanuna müvafiq cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X5 bildirdi ki, X4 onun doğma qardaşıdır. Onunla bir həyətdə yaşayırlar. Təqsirləndirilən şəxs ailəlidir, iki övladı var. Qardaşının həyat yoldaşı Şahid1 Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən Nəsirxana məxsus təndirxanada çörək bişirən işləyir. Qardaşı Natiqlə arvadı Aidə arasında mütamadi olaraq dava düşmüşdür. Bir neçə dəfə Natiq arvadı ilə mübahisə etmiş, Aidə də ərindən polisə şikayət etmişdir. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə saat 01:00 radələrində küçədən səs küy gəldiyini eşitmişdir. Səsə çıxdıqda görmüşdür ki, qardaşı Natiq Aidənin müdiri Nəsirxanla sözlə mübahisə edir. Natiq Nəsirxana öz iradını bildirib demişdir ki, “mən səninlə belə danışmamışdım axı, sən niyə arvadımı işdən gec buraxırsan”, Nəsirxanla Natiqin arasında mübahisə baş vermişdir. Nəsirxan yumruq zərbəsi ilə Natiqin sifət nahiyəsindən vurmuş, həmin vaxt ətrafda o, qardaşı Çingiz, anası Yaqut, Aidə, Aidənin oğlu, sonradan isə oğlu İlkin gəlmiş və orada digər yadında qalmayan şəxslərdə olmuşdur. Onlar Natiqin və Nasirxanın mübahisə etməsinə imkan verməmişlər. Onların arasında mübahisə təxminən 2-3 dəqiqə davam etmişdir. Bir neçə dəqiqə sonra oraya polis əməkdaşları gələrək Natiqi polis Şöbəsinə aparmışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 bildirdi ki, Təqsirləndirilən şəxs onun doğma qardaşıdır. Onunla bir həyətdə yaşayırlar, Təqsirləndirilən şəxs ailəlidir, iki övladı var. Qardaşının həyat yoldaşı Şahid1 Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən Nəsirxana məxsus təndirxanada çörək bişirən işləyir. Qardaşı Natiqlə arvadı Aidə arasında mütamadi olaraq dava düşmüşdür. Bir neçə dəfə Natiq arvadı ilə mübahisə etmişdir. Aidə də ərindən polisə şikayət etmişdir. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə saat 01:00 radələrində küçədən səs küy gəldiyini eşitmişdir. Səsə çıxdıqda görmüşdür ki, qardaşı Natıq Aidənin müdiri Nəsirxanla sözlə mübahisə edir. Natiq Nəsirxana öz iradını bildirib demişdir ki, “mən səninlə belə danışmamışdım axı, sən niyə arvadımı işdən gec buraxırsan”, Nəsirxanla Natiqin arasında mübahisə baş vermiş, Natiq yumruq zərbəsi ilə Nəsirxanı vurmuş, onlar bir-birinin yaxasından tutmuşlar, həmin vaxt ətrafda o, qardaşı Rauf, anası Yaqut, Adiə, Aidənin oğlu, qızı və digər yadında qalmayan şəxslər də olmuşdur. O, qardaşı Natiqlə danışmadığı üçün onlara yaxınlaşmamışdır. Orada olan adamlar mübahisənin daha da gənginləşməsinə imkan verməmişlər. Onların arasında mübahisə təxminən 2-3 dəqiqə davam etmişdir. Bir neçə dəqiqə sonra oraya polis əməkdaşları gələrək Natiqi polis şöbəsinə aparmışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 bildirdi ki, gəlini Şahid1 Binə qəsəbəsi, Hövsan südçülük sovxozunda Zərərçəkmiş şəxs oğluna məxsus təndirxanada çörək pişirən işləyir. Oğlu həyat yoldaşı Şahid1 ilə evə gec gəldiyinə görə mübahisə etmişdir. xx.xx.2022-ci il tarixdə saat 01 radələrində yaşadığı evdə olanda evin qarşısından səs küy gəldiyini eşitmişdir. Gəlini onu küçəyə çağıraraq bildirmişdir ki, oğlu Natiqlə Aidənin müdiri Nəsirxan dalaşır. O, küçəyə çıxdıqda oğlu Natiq Nəsirxanla mübahisə etmələrini görmüş, digər oğlanları Rauf və Çingiz onları ayırırlar. Onu görəndə həmin şəxslər dayanmışdırlar. Həmin vaxtı polislər də orada olmuşdur. Polis işçiləri oğlu Natiqi polis bölməsinə aparmışlar. Ondan sonra hamı dağılışaraq evə getmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirdi ki, Təqsirləndirilən şəxs ilə 2005-ci ildə ailə həyatı qurmuş, həmin nikahdan iki övladı vardır. Əri daimi olaraq heç bir yerdə işləmir, iş olanda fəhləlik etmişdir. O, isə Bakı şəhəri, Xəzər rayonu ərazisində yerləşən təndirxanalarda çörək bişirən işləmişdir. Təxminən 1 il iki aydır ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən Nəsirxana məxsus təndirxanada çörək bişirən işləyir. İş vaxtı səhər saat 06 radələrindən gecə saat 00:30 radələrinə kimidir. Bir neçə dəfə əri Təqsirləndirilən şəxs onunla evə gec gəlməsi səbəbindən mübahisə etmişdir. O, isə demişdir ki, işi çox olduğu üçün evə gec gəlir. Nəsirxan hər gün səhər saat 06:00 radələrində idarə etdiyi avtomobillə yaşadığı evin yaxınlığından götürüb, axşam da işdən çıxandan sonra öz avtoməbili ilə yaşadığı evin qarşısına gətirib düşürmüşdür. Bir neçə dəfə əri ilə mübahisə etmiş, lakin şikayət etməmişdir. xx.xx.2022-ci il tarixdə saat 01:30 radələrindən işdən qızı Aydanla çıxmış və Nəsirxan idarə etdiyi avtomobillə yaşadığı evə onu qızını evə düşürməsi üçün aparmışdır ki, səhərə kimi sifarişləri bişirməlidir. Həmin vaxt əri Natiq və oğlu Firuz darvazanın qarşısında dayanmışlar, qızı avtomobildən düşəndən sonra o, ərinə demişdir ki, geri qayıtmalıdır. Natiq isə demişdir ki, avtomobildən düşsün. O, isə Natiqə bildirmişdir ki, “cavan gəlin ölüb 40 toyuq sfariş verilmişdir”. Əri razı olmamışdır. Nəsirxan Natiqə demişdir ki, “otur avtomobilə gedək söhbət edək, işimi pozma qoy gedək”. Natiq demişdir ki, “gedin sabah ikinizlə söhbət edərik”, Nəsirxan da demişdir ki, “sabah mənimlə nə danışacaqsan” deyib Natiqlə əlbəyaxa olmuşlar. Natiq Nəsirxanı vurmuş, Nəsirxan da Natiqi vuran kimi o, yerə yıxılmışdır. Həmin vaxt Nəsirxanın üstünə Rauf, Çingiz, Çingizin oğlu Nizami, Raufun oğlu İlkin düşmüş, Nəsirxan da qaçmışdır. Nəsirxan qaçanda ayağı sürüşüb yıxılmış, həmin vaxt onlar Nəsirxanı təpikləmişlər. Həmin vaxt təsadüfən oradan keçən mülki paltarda olan polis əməkdaşları dava edənlərə yaxınlaşıb, onlara imkan verməmişlər. Polis əməkdaşları onları Polis Şöbəsinə aparmışlar. Oradan qayıdandan sonra qayınanası ona demişdir ki, “ged şikayət ərizəni götür”. O, isə demişdir ki, “şikayətini geri götürməyəcəkdir”. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid2 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, Atası Təqsirləndirilən şəxs 2005-ci ildə anası Aida Rüstəmova ilə ailə həyatı qurmuş, həmin nikahdan o və qardaşı Firuz dünyaya gəlmişdir. Atası daimi olaraq heç bir yerdə işləmir, iş olanda fəhləçilik etmişdir. Anası isə təxminən 1 il iki aydır ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən Nəsirxana məxsus təndirxanada çörək bişirən işləyir. Anasının iş vaxtı səhər saat 06 radələrindən gecə saat 00:30 radələrinə kimidir. Bir neçə dəfə atası Natiq anası ilə işdən evə gec gəlməsi səbəbi ilə mübahisə etmişlər. xx.xx.2022-ci il tarixdə saat 01:00 radələrindən işdən anası Aida ilə onun işlədiyi təndirxanadan çıxmış və Nəsirxan idarə etdiyi avtomobillə onları yaşadığı evə aparmışdır ki, onu evə düşürsün, səhərə kimi sifarişləri bişirməlidir ki, aparsınlar. Həmin vaxt atası Natiq və qardaşı Firuz darvazanın qarşısında dayanmış, o, avtomobildən düşəndən sonra anası demişdir ki, o, geri qayıtmalıdır. Atası isə demişdir ki, avtomobildən düşsün. Anası isə atasına demişdir ki, “cavan gəlin ölüb 40 toyuq sifariş vermişlər.” Həmin vaxt atası razı olmamış, Nəsirxan atası Natiqə demişdir ki, “otur avtomobilə gedək söhbət edək, işini pozma qoy gedək.” Atası isə Natiqə demişdir ki, “gedin sabah ikinizlə söhbət edərik.” Nəsirxan avtomobildən düşüb atası Natiqə “nə sözün varsa indi de, sabah mənimlə nə danışacaqsan” deyib atasını yumruqla vurmuşdur. Nəsirxanının atasını vurması nəticəsində atası yerə yıxılmışdır. Bundan sonra atası yerdən qalxıb Nəsirxanla tutuşmuşlar. Daha sonra səsə gələn əmiləri Çingiz, Rauf, Çingizin oğlu Nizami, Raufun oğlu İlkin gəlib atası və Nəsirxanı biri-birlərindən ayırmışlar. Həmin vaxt təsadüfən oradan keçən mülki geyimli polis əməkdaşları oraya yaxınlaşıb, onları Polis Şöbəsinə aparmışlar. Zərərçəkmiş şəxs yalan demiş, Nəsirxan özü atasını yumruqla vurub yerə yıxmış, atasının əlində bıçaq olmamış, əmiləri və əmisi uşaqları sonradan səsə çıxıb atası və Nəsirxanı biri-birilərindən ayırmışlar. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7-Təcrübi və Tədris Birliyi tərəfindən keçirilmiş canlı şəxsin ekspertizası barədə xx.xx.2022-ci il tarixli, 921 saylı rəydən görünür ki, Zərərçəkmiş şəxs oğlunun bədəni üzərində aşkar edilmiş xəsarətlər - sağ bazunun əzilmiş yarası, sol saidin siyriğı, hər iki dizin qançırları küt əşya (əyşalar) təsirindən törənmiş, törənmə müddətləri onun məhkəmə-tibbi müayinəsindən 10-11 gün əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddilər. Hadisə haqqında məlumatlara qeyd olunan xəsarətlərin xəsarətinə və lokalaziyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1979-cu ildə Bakı şəhərində doğulmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. İş materiallarına əlavə olunmuş təqsirləndirilən şəxsin cəlb edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 26 avqust 2022-ci il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarına əlavə olunmuş axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 noyabr 2022-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu ərazisində saxlanılmışdır. İş materiallarına əlavə olunmuş təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, 12 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, saxlanıldığı Xəzər RPİ MYS-dən azad edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyərək, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onlara qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən cinayət tərkibi sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurulduğu hallarda yaranır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif olunmuşdur və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində göstərilən cinayət əməlini törətməsi - zərər çəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurması və bunu təqsirin qəsd formasında etməsi təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxsin ifadələri, ekspertiza rəyi və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Əməlin cinayət olmasını aradan qaldıran, işin icraatına xitam verilməsi, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar mövcud deyildir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 31-ci maddəsinə əsasən “Hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır. Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin həyatına, fiziki və mənəvi sağlamlığına, mülkiyyətinə, mənzilinə qəsd etmək, ona qarşı zor işlətmək qadağandır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 5-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərər çəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən şəxs üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Cəza dövlət məcburiyyətinin xüsusi tədbiridir və o, yalnız cinayət qanunu ilə cinayət qismində nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyə görə təyin edilə bilər.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən “Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən ilk dəfə cinayət əməli törətməsini və həmin Məcəllənin 59.1.4cü maddəsinə əsasən himayəsində iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən hallar və onların mahiyyəti, həmçinin onun şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, cəzanın məqsədlərinə qismən nail olunduğunu nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan yüngül cəza növünü, yəni azadlığın məhdudlaşdırılması cəzasını təyin etsin. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, həmin cəza təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında ağır cəzaya alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının ikinci bəndinin məhkəmələrə tövsiyəsinə görə isə, belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır. Məhkəmənin fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının deyil, azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” Məhkəmə iclasında həmçinin Zərərçəkmiş şəxs oğlu tərəfindən ona məxsus təndir sexində Şahid1 ilə əmək müqaviləsi bağlanılmadan onun həmin sexdə müəyyən işlərin (xidmətlərin) görülməsinə cəlb olunduğu müəyyən edilmişdir. Məhkəmə bu xüsusata münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3.5-ci maddəsinə əsasən “Əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında «əmək müqaviləsi») - işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir.” Həmin Məcəllənin 7-ci maddəsinin 2.3-4-cü hissəsinə əsasən tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda həmin münasibətlər əmək münasibətləri hesab edilir. Həmin Məcəllənin 7-ci maddəsinin 2-4-cü hissəsinə əsasən bu maddənin 2-3-cü hissəsində nəzərdə tutulan hallardan biri aşkar edildiyi gündən bu maddənin 2-ci hissəsinə uyğun olaraq yazılı əmək müqaviləsi bağlanmalıdır. Həmin Məcəllənin 43.1-ci maddəsinə əsasən “Əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir.” Həmin Məcəllənin 44.1-ci maddəsinə əsasən əmək müqaviləsi yazılı formada bağlanır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi inzibati məsuliyyət yaradır. Belə olan halda məhkəmə hesab edir ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs oğlunun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tərkibinin əlamətləri olduğundan araşdırılması üçün müvafiq orqana göndərilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinsin və ona 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, H.İsgəndərov küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 04 saata görə 24 (iyirmi dörd) manat manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs oğlunun inzibati məsuliyyətə cəlb edilməsi məsələsi ilə əlaqədar müvafiq materiallar Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar