Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-144/2022 09.06.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Şikayət vermiş şəxs Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1975-ci il tarixdə Laçın rayonunda anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmuş, fərdi əməklə məşğul olan, Laçın rayonu, Alpovut kəndində qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Dəmiryolçular küçəsində yerləşən nömrəsiz evdə yaşayan. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Yekun protokolda göstərilmişdir ki, Təqsirləndirilən şəxs 31.01.2022-ci il tarixdə saat 13:30 radələrində yaşadığı evdə, yəni Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Dəmiryolçular küçəsi, nömrəsiz evdə aralarında yaranmış münaqişə zəmnində arvadı Zərərçəkmiş şəxs əli və taxta parçası ilə sonuncunun bədəninin müxtəlif nahiyələrinə zərbələr endirməklə vuraraq sol və sağ saidin qançırları, sağ saidin sıyrığı, ağrı sindromu və hərəkət məhdudluğu ilə hər iki milbilək oynağının yumşaq toxumalarının əzilməsi ilə müşayiət olunan sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan "YÜNGÜL" dərəcəli bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2008-ci ildə Zərərçəkmiş şəxs ilə ailə həyatı qurduğunu, birgə nigahlarında 4 övladlarının olmasını bildirmişdir. 31.01.2022-ci il tarixdə saat 13:30 radələrində Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında mübahisə baş vermişdir. Mübahisəyə səbəb Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olmaq istəməsi olmuşdur. Lakin Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə boşandığı üçün onunla cinsi əlaqəda olmaqdan imtina etmişdir. Mübahisə zamanı Təqsirləndirilən şəxs əsəbləşərək Zərərçəkmiş şəxs əli və taxta parçası ilə qəsdən vuraraq sonuncuya müxtəlif bədən xəsarətləri yetirmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ifadəsində həmçinin əməlindən səmimi peşman olmasını, şikayət vermiş şəxs Zərərçəkmiş şəxs ilə barışdığını göstərmiş və bu səbəbdən barəsində olan sadələşdirilmiş icraat materialının icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2008-ci ildə ailə həyatı qurmuş, birgə nigahlarından 4 övladları vardır, 2015-ci ildə Xəzər rayon məhkəməsinin qərarı ilə boşanmışlar, buna baxmayaraq hazırda eyni ünvanda yaşayırlar, yaşadıqları müddət ərzində dəfələrlə yaşadıqları evdə aralarında münaqişələr olmuşdur. 31.01.2022-ci il tarixdə saat 13:30 radələrində yaşadıqları evdə olduğu zaman Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında mübahisə baş vermişdir. Mübahisəyə səbəb Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olmaq istəməsi olmuşdur. Beləki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə boşandığı üçün onunla cinsi əlaqədə olmaq istəməmişdir. Bu səbəbdən aralarında mübahisə baş vermiş, mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs əli və taxta parçası ilə qəsdən vuraraq müxtəlif bədən xəsarətləri yetirmişdir. Şikayət vermiş şəxs Zərərçəkmiş şəxs ifadəsində həmçinin göstərmişdir ki, o, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış və sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında elan olunmuş məhkəmə-tibbi ekspertizasının 03 fevral 2022-ci il tarixli, 108 saylı rəyinə əsasən müayinə zamanı Zərərçəkmiş şəxs bədənində - sol və sağ saidin qançırları, sağ saidin sıyrığı, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayət olunan hər iki milbilək oynağının yumşaq toxumalarının əzilməsi küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarda göstərilən tarixə və şəraitə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa “YÜNGÜL” dərəcəli zərərvurmaya aiddirlər. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə onun şikayət vermiş şəxs Zərərçəkmiş şəxs ilə barışdığı, şikayət vermiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd edilmiş və bu səbəbdən onun cinayət məsuliyyətindən azad edilərək, iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında şikayət vermiş şəxs Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə onun cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığı, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyi, ona qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd edilmiş və bu səbəbdən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin cinayət məsuliyyətindən azad edilərək, iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnaməyə əsasən Təqsirləndirilən şəxs 31.03.1991-ci il tarixdə Laçın RDİŞ tərəfindən AR CM-nin 143.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb edilmiş və həmin tarixdə AR CPM-nin 7-1-ci maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir. Nəsimi Rayon Xalq Məhkəməsinin 22.09.1992-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs AR CM-nin 95, 185.2 və 38-ci maddələri ilə təqsirli bilinərək, barəsində 07 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı Şəhər Məhkəməsinin Rəyasət Heyətinin 04.06.1993-cü il tarixli qərarı ilə AR CM-nin 95-ci maddəsi AR CM-nin 97-ci maddəsinə tövsif edilmiş, AR CM-nin 185.2, 97-ci maddələri ilə Təqsirləndirilən şəxs 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. 19.06.1993-cü il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 15.07.1992-ci il tarixli Amnistiya Qərarının 1-ci maddəsinin “D” bəndinə əsasən azad edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 01.04.1994-cü il tarixli qərarına əsasən AR CM-nin 94.6, 108.2 və 38-ci maddələri ilə təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. 14.06.2007-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 08.05.2007-ci il tarixli Amnistiya Qərarının 1-ci maddəsinin 1-ci bəndinə əsasən azad edilmişdir. İş materiallarına əlavə edilmiş Xəzər RPİ 3-cü Polis Şöbəsinin 25.05.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 25 may 2022-ci il tarixdə Xaçmaz rayonu ərazisində saxlanılaraq aidiyyəti üzrə Xəzər RPİ MYS-yə təhvil verilmişdir. Azərbaycan Respublikası CM-in 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs şikayət vermiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs şikayət vermiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-in 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə bu Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə, iş üzrə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş və şikayət vermiş şəxslərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olan cinayət törətməsini, şikayət vermiş şəxslə barışmasını, şikayət vermiş şəxsin ona qarşı şikayətinin və törədilmiş cinayət əməli ilə əlaqədar ziyanın olmamasını nəzərə alaraq hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməklə cinayət işinin icraatına xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin hüquqlarının ibtidai araşdırma zamanı və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 2020 saylı Qərarına əasasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 40.1, 40.2, 43.3, 321.1, 321.2.1, 347, 384.1.3-cü maddələrini və Azərbaycan Respublikası CM-in 73-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsinə əsasən, yəni zərərçəkmiş şəxslə barışdığı və dəymiş ziyanı tamamilə ödədiyi üçün həmin Məcəllənin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilsin və barəsində olan məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Bakı şəhəri, 08 saylı hüquq məsləhətxanasının vəkili X2 tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının təhqiqat zamanı müdafiə edilməsinə görə sərf etdiyi 05 saata görə 30 (otuz) manat, Bakı şəhəri, 08 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi2 tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 05 saata görə 30 (otuz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 08 saylı hüquq məsləhətxanasının hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil X2 və Müdafiəçi2 ödənilməsi 08 saylı Vəkil Bürosuna həvalə edilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(003)-144/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-144/2022
09.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver