Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-145/2022 04.05.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, X10, Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs1 nümayəndəsi X8, zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi X11, müdafiəçilər – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və X4, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, 1) xx xxxxxxxx 1995-ci il tarixdə Neftçala rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Neftçala rayonunun Qırmızıkənd kəndində qeydiyyatda olan, Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Xaşa-Xuna bağ massivi nömrəsiz fərdi evdə yaşamış, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)- 441/2021 saylı 04 noyabr 2021-cı il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 02 noyabr 2021-cı il tarixdən hesablanan və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan – - Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə və 2) xx xxxxxx 1998-ci il tarixdə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Gədəbəy rayonunun Cəfərli kəndində qeydiyyatda olan, Bakı şəhəri Zirə qəsəbəsi Südçülük sovxozu fərdi evdə yaşamış, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)- 442/2021 saylı 04 noyabr 2021-cı il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 02 noyabr 2021-cı il tarixdən hesablanan, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-449/2021 saylı 11 noyabr 2021-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş – - Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında, yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 16 iyul 2021-ci il tarixdə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək X10 Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Xaşa-Xuna bağlar massivində yerləşən evinin plastik materialdan olan pəncərəsini sıxıb açaraq qanunsuz daxil olmaqla oradan 01 ədəd 130 manat dəyərində “Şhivaki” markalı aspiratoru, 01 ədəd 125 manat dəyərində “Aristokrat” markalı qaz plitəsini, 01 ədəd 30 manat dəyərində hamam duş dəstini, 01 ədəd 25 manat dəyərində su krantını, 01 ədəd 100 manat dəyərində “Markus” markalı hidroforu gizli olaraq talayıb zərərçəkmiş şəxs X13 cəmi 410 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, 11 avqust 2021-ci il tarixdə saat 01:25-də özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsində yerləşən “Oba” marketə bar tərəfdən plastik qapını açıb içəri qanunsuz daxil olmaqla mağazadakı seyfin açarını dolabdan əldə edərək oradan 1200 manat nağd pulu gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə həmin məbləğdə ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, o, 02 oktyabr 2021-ci il tarixdə saat 02 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 və şəxsiyyəti istintaqa məlum olmayan “Elvin” adlı tanışı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Zərərçəkmiş şəxs8 Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Xaşa-Xuna bağlar massivində yerləşən evinin həyətyanı sahəsinə hasardan aşmaqla qanunsuz daxil olub pəncərənin dəmir barmaqlığını sındırmaqla evin birinci mərtəbəsindən hər birinin qiyməti 280 manat olan 1120 manat dəyərində 04 ədəd taxta qapını, 2-ci mərtəbədən 01 ədəd 120 manat dəyərində “Güven” markalı qaz sobasını, 1 ədəd 70 manat dəyərində perefaratoru, 01 ədəd 60 manat dəyərində plastik boru ütüsünü, 320 manat dəyərində qazan dəstini, 15 manat dəyərində 35-40 metr uzunluğunda elektrik naqilini, 30 manat dəyərində 25 metr uzunluğunda elektrik naqilini gizli olaraq talayıb Zərərçəkmiş şəxs8 cəmi 1735 manat məbləğində ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, o, 18 oktyabr 2021-ci il tarixdə saat 01 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Təqsirləndirilən şəxs2 və şəxsiyyəti istintaqa məlum olmayan “Elvin” adlı tanışı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Zərərçəkmiş şəxs3 Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Xaşa- Xuna bağlar massivində yerləşən evinin həyətyanı sahəsinə hasardan aşmaqla qanunsuz daxil olub qapısı açıq evin hamam otağı kimi nəzərdə tutulmuş otağından 01 ədəd 600 manat dəyərində “Haomai” markalı generatoru, zal otağından hər birinin qiyməti 30 manat olan 150 manat dəyərində 05 ədəd stulu, hər birinin qiyməti 300 manat olan 1200 manat dəyərində 04 ədəd xalçanı gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 cəmi 1950 manat məbləğində ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, o, 18 oktyabr 2021-ci il tarixdə saat 02 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Təqsirləndirilən şəxs2 və şəxsiyyəti istintaqa məlum olmayan “Elvin” adlı tanışı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Zərərçəkmiş şəxs9 Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Xaşa- Xuna bağlar massivində yerləşən evinin həyətyanı sahəsinə hasardan aşmaqla qanunsuz daxil olub evin zirzəmisinin qapısının kilidini sındıraraq zirzəmidən və evin otaqlarından qiyməti 140 manat olan 200 metr 4-lük elektrik naqilini, qiyməti 225 manat təşkil edən 400 metr 2,5-lik elektrik naqilini, qiyməti 50 manat təşkil edən 20 metr 6-lıq elektrik naqilini, qiyməti 25 manat olan 12 metr uzunluğunda elektrik naqilini, qiyməti 175 manat olan 60 metr uzunluğunda elektrik naqilini, hər birinin qiyməti 80 manat olan 160 manat dəyərində 02 ədəd su nasosunu, hər birinin qiyməti 115 manat olan 230 manat dəyərində 02 ədəd laqondanı, hər birinin qiyməti 165 manat olan 330 manat dəyərində 02 ədəd perafaratoru, qiyməti 60 manat olan 01 ədəd istismar olunmuş qaynaq aparatını, təzə qiyməti 250 manat olan 01 ədəd qaynaq aparatını, hər birinin qiyməti 67,5 manat olan 130 manat dəyərində 02 ədəd dreli, qiyməti 35 manat olan 01 ədəd lobziki, qiyməti 400 manat olan 01 ədəd “İndesit” markalı paltaryuyan maşını, qiyməti 300 manat olan 01 ədəd “Samsung” markalı paltaryuyan maşını, qiyməti 500 manat olan 01 ədəd “Bosh” markalı paltaryuyan maşını, qiyməti 20 manat təşkil edən 01 ədəd bıçaq itiləyən mühərriki, qiyməti 1100 manat olan 01 ədəd “Biasli” markalı kombini, 100 manat dəyərində kombi aksesuarlarını, qiyməti 220 manat olan 01 ədəd “Salyut” markalı velosipedi, 100 manat qiymətində 45 metr uzunluğunda su borusunu, 100 manat qiymətində 60 metr uzunluğunda uzadıcı naqili, 60 manat qiymətində 01 ədəd plastik boru ütüsünü, 70 manat qiymətində 01 ədəd sərinkeşi, 24 manat qiymətində 01 ədəd çəkici, hər birinin qiyməti 05 manat olan 10 manat dəyərində 02 ədəd led lampani, 10 manat qiymətində 01 ədəd sensoru, hər birinin qiyməti 10 manat olan 90 manat dəyərində 09 ədəd avtomat elektrik açarını, hər birinin qiyməti 10 manat olan 20 manat dəyərində 02 ədəd “Schneider” markalı elektrik yuvasını, hər birinin qiyməti 02 manat təşkil edən 22 manat dəyərində 11 ədəd elektrik paylayıcı qutunu, hər birinin qiyməti 12 manat təşkil edən 24 manat dəyərində 02 ədəd “Schneider” markalı elektrik açarını, 01 ədəd 10 manat qiymətində “Viko” markalı elektrik açarını gizli olaraq talayıb Zərərçəkmiş şəxs9 cəmi 4995 manat məbləğində ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, o, 21 oktyabr 2021-ci il tarixdə saat 01 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Təqsirləndirilən şəxs2 və şəxsiyyəti istintaqa məlum olmayan “Elvin” adlı tanışı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək X5 Bakı şəhəri ünvan 1 ünvanında yerləşən bağ sahəsinə hasarı aşmaqla qanunsuz daxil olub həyətdəki vaqonun 01 ədəd qiyməti 220 manat olan plastik materialdan olan pəncərəsini, hər birinin qiyməti 260 manat olan 520 manat məbləğində 02 ədəd plastik qapını, içərisində olan 01 ədəd 110 manat dəyərində dəmir çarpayını, divarlara quraşdırılmış 300 metr uzunluğunda 540 manat dəyərində elektrik naqillərini, vaqonun üzərində və həyətdə olan su çəninin üzərində quraşdırılmış hər birinin qiyməti 50 manat olan 100 manat dəyərində 02 ədəd projektoru, həyətdən 150 metr uzunluğunda 300 manat dəyərində rezin borunu gizli olaraq talayıb zərərçəkmiş şəxs X6 cəmi 1790 manat dəyərində ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, o, 23 oktyabr 2021-ci il tarixdə saat 02 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Təqsirləndirilən şəxs2 və şəxsiyyəti istintaqa məlum olmayan “Elvin” adlı tanışı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Zərərçəkmiş şəxs2 Məlikmməməd oğluna məxsus Xəzər rayonu Qala qəsəbəsi yeni sahədə yerləşən tikintisi davam edən evin həyətinə hasarı aşmaqla qanunsuz daxil olaraq evin plastik materialdan olan pəncərəsini sıxıb açmaqla evin zal otağı üçün nəzərdə tutulmuş otağından hər birinin qiyməti 100 manat olan 200 manat dəyərində 02 ədəd kiçik dreli, 01 ədəd 150 manat dəyərində böyük dreli, hər birinin qiyməti 80 manat olan 03 top 240 manat dəyərində 4mm-lik elektrik naqilini, hər birinin qiyməti 60 manat olan 120 manat dəyərində 02 ədəd su kranını, 01 dəst 90 manat dəyərində kabab şişini gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 Məlikmməməd oğluna cəmi 800 manat dəyərində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, o, 25 oktyabr 2021-ci il tarixdə saat 00:30 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək tamah niyyəti ilə Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Xaşa-Xuna bağlar massivində yerləşən evin həyətinə hasardan aşmaqla qanunsuz daxil olaraq evin plastik materialdan olan qapısının dəmir barmaqlığının kilidini özündə olan dəmir parçası ilə sındırıb qapını sıxıb açmaqla oradan üstü dəmirlə örtülmüş giriş hissəsində divara quraşdırılmış 500 manat dəyərində “LG” markalı kondisioneri və pultunu, sağ tərəfdən su çəninin yanından 01 ədəd 29 manat dəyərində hidroforu və 50 manat dəyərində su mühərrikini, mətbəxdən 01 ədəd 780 manat dəyərində “LG” markalı paltaryuyanı, 01 ədəd 80 manat dəyərində qaz plitəsini, 01 ədəd 380 manat dəyərində stabilizatoru, 01 ədəd 300 manat dəyərində “LG” markalı televizoru, hər birinin qiyməti 35 manat olan 70 manat dəyərində 02 ədəd stulu, 01 ədəd 150 manat dəyərində “Gepas” markalı ət çəkən maşını, 01 ədəd 150 manat dəyərində “Etimat” markalı mikrodalğalı sobanı, 01 ədəd 100 manat dəyərində elektrikli samovarı, 01 ədəd 220 manat dəyərində kiçik transformatoru, 02 ədəd hər birinin qiyməti 100 manat olan 200 manat dəyərində kiçik dreli, 01 ədəd 30 manat dəyərində lobziki, yataq otağından hər birinin qiyməti 150 manat olan cəmi 600 manat dəyərində 04 ədəd Təbriz xalçasını, hər birinin qiyməti 50 manat olan 100 manat dəyərində 02 ədəd adi xalçanı, 01 ədəd 38 manat dəyərində sərinkeşi, 01 ədəd 350 manat dəyərində “Toshiba” markalı noutbuku, 01 dəst 50 manat dəyərində yataq dəstini, zal otağından 01 ədəd 150 manat dəyərində “Donar” markalı İran istehsallı qaz sobasını, 01 ədəd “saz” markalı 200 manat dəyərində modem aparatını gizli yolla talayıb Zərərçəkmiş şəxs1 cəmi 4527 manat dəyərində ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, o, 29 oktyabr 2021-ci il tarixdə saat 02 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə şəxsiyyəti məlum olmayan tanışı “Elvin” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Zərərçəkmiş şəxs4 məxsus Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Xaşa-Xuna bağlar massivində yerləşən tikintisi başa çatmamış obyektin açıq zirzəmisinə qanunsuz daxil olaraq tikilinin döşəməsinə qəlib kimi quraşdırılmış hər birinin qiyməti 30 manat olan 960 manat dəyərində 32 ədəd taxta dikti və 40 ədəd 1 m3 320 manat olan 2240 manat dəyərində 7 m3 taxtanı sökərək gizli yolla talayıb Zərərçəkmiş şəxs4 cəmi 3200 manat dəyərində ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında, yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 02 oktyabr 2021-ci il tarixdə saat 02 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 və şəxsiyyəti istintaqa məlum olmayan “Elvin” adlı tanışı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Zərərçəkmiş şəxs8 Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Xaşa-Xuna bağlar massivində yerləşən evinin həyətyanı sahəsinə hasardan aşmaqla qanunsuz daxil olub pəncərənin dəmir barmaqlığını sındırmaqla evin birinci mərtəbəsindən hər birinin qiyməti 280 manat olan 1120 manat dəyərində 04 ədəd taxta qapını, 2-ci mərtəbədən 01 ədəd qiyməti 120 manat olan “Güven” markalı qaz sobasını, qiyməti 70 manat olan 01 ədəd perefaratoru, qiyməti 60 manat olan 01 ədəd plastik boru ütüsünü, qiyməti 320 manat olan qazan dəstini, qiyməti 15 manat olan 35-40 metr uzunluğunda elektrik naqilini, qiyməti 30 manat olan 25 metr uzunluğunda elektrik naqilini gizli olaraq talayıb Zərərçəkmiş şəxs8 cəmi 1735 manat məbləğində ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, o, 18 oktyabr 2021-ci il tarixdə saat 01 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan şəxs halında cinayət əlaqəsinə girərək Zərərçəkmiş şəxs3 Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Xaşa-Xuna bağlar massivində yerləşən evinin həyətyanı sahəsinə hasardan aşmaqla qanunsuz daxil olub qapısı açıq evin hamam otağı kimi nəzərdə tutulmuş otağından qiyməti 600 manat olan 01 ədəd “Haomai” markalı generatoru, zal otağından hər birinin qiyməti 30 manat təşkil edən 150 manat dəyərində 05 ədəd stulu, hər birinin qiyməti 300 manat olan 1200 manat dəyərində 04 ədəd xalçanı gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 cəmi 1950 manat məbləğində ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, o, 18 oktyabr 2021-ci il tarixdə saat 02 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 və şəxsiyyəti istintaqa məlum olmayan “Elvin” adlı tanışı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Zərərçəkmiş şəxs9 Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Xaşa-Xuna bağlar massivində yerləşən evinin həyətyanı sahəsinə hasardan aşmaqla qanunsuz daxil olub evin zirzəmisinin qapısının kilidini sındıraraq zirzəmidən və evin otaqlarından qiyməti 140 manat olan 200 metr 4-lük elektrik naqilini, qiyməti 225 manat olan 400 metr 2,5-lik elektrik naqilini, qiyməti 50 manat olan 20 metr 6-lıq elektrik naqilini, qiyməti 25 manat olan 12 metr uzunluğunda elektrik naqilini, qiyməti 175 manat olan 60 metr uzunluğunda elektrik naqilini, hər birinin qiyməti 80 manat olan 160 manat dəyərində 02 ədəd su nasosunu, hər birinin qiyməti 115 manat olan 230 manat dəyərində 02 ədəd laqondanı, hər birinin qiyməti 165 manat təşkil edən 330 manat dəyərində 02 ədəd perafaratoru, 01 ədəd istismar olunmuş qiyməti 60 manat olan qaynaq aparatını, 01 ədəd təzə qiyməti 250 manat olan qaynaq aparatını, hər birinin qiyməti 67,5 manat olan 130 manat dəyərində 02 ədəd dreli, 01 ədəd qiyməti 35 manat olan lobziki, 01 ədəd qiyməti 400 manat olan“İndesit” markalı paltaryuyan maşını, 01 ədəd qiyməti 300 manat olan “Samsung” markalı paltaryuyan maşını, 01 ədəd qiyməti 500 manat olan “Bosh” markalı paltaryuyan maşını, 01 ədəd qiyməti 20 manat olan bıçaq itiləyən mühərriki, 01 ədəd qiyməti 1100 manat olan “Biasli” markalı kombini, 100 manat dəyərində kombi aksesuarlarını, 01 ədəd qiyməti 220 manat olan “Salyut” markalı velosipedi, 45 metr uzunluğunda 100 manat qiymətində su borusunu, 60 metr uzunluğunda 100 manat qiymətində uzadıcı naqili, 01 ədəd 60 manat qiymətində plastik boru ütüsünü, 01 ədəd 70 manat qiymətində sərinkeşi, 24 manat qiymətində 01 ədəd çəkici, hər birinin qiyməti 5 manat olan 10 manat dəyərində 02 ədəd led lampanı, 01 ədəd 10 manat qiymətində sensor, hər birinin qiyməti 10 manat olan 90 manat qiymətində 09 ədəd avtomat elektrik açarını, hər birinin qiyməti 10 manat olan 20 manat dəyərində “Schneider” markalı 02 ədəd elektrik yuvasını, hər birinin qiyməti 02 manat olan 22 manat dəyərində 11 ədəd elektrik paylayıcı qutunu, hər birinin qiyməti 12 manat təşkil edən 24 manat dəyərində 02 ədəd “Schneider” markalı elektrik açarını, 01 ədəd 10 manat qiymətində “Viko” markalı elektrik açarını gizli olaraq talayıb Zərərçəkmiş şəxs9 cəmi 4995 manat məbləğində ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, o, 21 oktyabr 2021-ci il tarixdə saat 01 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 və şəxsiyyəti istintaqa məlum olmayan “Elvin” adlı tanışı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək X5 Bakı şəhəri ünvan 1 ünvanında yerləşən bağ sahəsinə hasarı aşmaqla qanunsuz daxil olub həyətdə olan vaqonun 01 ədəd qiyməti 220 manat olan plastik materialdan olan pəncərəsini, hər birinin qiyməti 260 manat olan 520 manat məbləğində 02 ədəd plastik qapını, içərisində olan 01 ədəd 110 manat dəyərində dəmir çarpayını, divarlara quraşdırılmış 300 metr uzunluğunda 540 manat dəyərində elektrik naqillərini, vaqonun üzərində və həyətdə olan su çəninin üzərində quraşdırılmış hər birinin dəyəri 50 manat olan 02 ədəd 100 manat məbləğində projektoru, həyətdən 150 metr uzunluğunda 300 manat dəyərində rezin borunu gizli olaraq talayıb zərərçəkmiş şəxs X6 cəmi 1790 manat dəyərində ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, o, 23 oktyabr 2021-ci il tarixdə saat 02 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 və şəxsiyyəti istintaqa məlum olmayan “Elvin” adlı tanışı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Zərərçəkmiş şəxs2 Məlikmməməd oğluna məxsus Xəzər rayonu Qala qəsəbəsi yeni sahədə yerləşən tikintisi davam edən evin həyətinə hasarı aşmaqla qanunsuz daxil olaraq evin plastik materialdan olan pəncərəsini sıxıb açmaqla evin zal otağı üçün nəzərdə tutulmuş otağından hər birinin dəyəri 100 manat olan 200 manat dəyərində 02 ədəd kiçik dreli, 01 ədəd 150 manat dəyərində böyük dreli, hər birinin dəyəri 80 manat olan 03 top 240 manat dəyərində 4mm-lik elektrik naqillərini, hər birinin dəyəri 60 manat olan 120 manat dəyərində 02 ədəd su kranını, 01 dəst 90 manat dəyərində kabab şişini gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 Məlikmməməd oğluna cəmi 800 manat dəyərində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, o, 25 oktyabr 2021-ci il tarixdə saat 00:30 radələrində tanışları Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında tamah niyyəti ilə cinayət əlaqəsinə girərək tamah niyyəti ilə Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Xaşa-Xuna bağlar massivində yerləşən evin həyətinə hasardan aşmaqla qanunsuz daxil olaraq evin plastik materialdan olan qapısının dəmir barmaqlığının kilidini özündə olan dəmir parçası ilə sındırıb qapını sıxıb açmaqla oradan üstü dəmirlə örtülmüş giriş hissəsində divara quraşdırılmış 500 manat dəyərində “LG” markalı kondisioneri və pultunu, sağ tərəfdən su çəninin yanından 29 manat dəyərində 01 ədəd hidroforu və 50 manat dəyərində 01 ədəd su mühərrikini, mətbəxdən 780 manat dəyərində 01 ədəd “LG” markalı paltaryuyanı, 80 manat dəyərində 01 ədəd qaz plitəsini, 380 manat dəyərində 01 ədəd stabilizatoru, 300 manat dəyərində 01 ədəd “LG” markalı televizoru, hər birinin qiyməti 35 manat olan 70 manat dəyərində 02 ədəd stulu, 150 manat dəyərində 01 ədəd “Gepas” markalı ət çəkən maşını, 150 manat dəyərində 01 ədəd “Etimat” markalı mikrodalğalı sobanı, 100 manat dəyərində 01 ədəd elektrikli samovarı, 220 manat dəyərində 01 ədəd kiçik transformatoru, hər birinin dəyəri 100 manat olan 200 manat dəyərində 02 ədəd kiçik dreli, 30 manat dəyərində 01 ədəd lobziki, yataq otağından hər biririn dəyəri 150 manat olan cəmi qiyməti 600 manat dəyərində 04 ədəd Təbriz xalçasını, hər birinin dəyəri 50 manat olan 100 manat dəyərində 2 ədəd adi xalçanı, 38 manat dəyərində 01 ədəd sərinkeşi, 350 manat dəyərində 01 ədəd “Toshiba” markalı noutbuku, 50 manat dəyərində 01 dəst yataq dəstini, zal otağından 150 manat dəyərində 01 ədəd “Donar” markalı İran istehsallı qaz sobasını, “saz” markalı 200 manat dəyərində 01 ədəd modem aparatını gizli yolla talayıb Zərərçəkmiş şəxs1 cəmi 4527 manat dəyərində ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Təqsirləndirilən şəxslərin törətdikləri cinayət əməlləri məhkəmədə tədqiq edilmiş, onların, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, ibtidai istintaq zamanı ona edilmiş təzyiqlər altında verdiyi ifadəsində göstərmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. Son vaxtlar iş tapa bilmədiyinə görə maddi cəhətdən də çətinlik çəkmişdir. 01 oktyabr 2021-ci il tarixdə saat təxminən 23:30 radələrində yaşadığı Qala qəsəbəsi Xaşaxuna bağlar massivində, yeni sahədə yerləşən məhəllədə yaşayan İsmət və Elvinlə görüşüb söhbət edərkən məhəllədə və yaxın ətrafda yeni tikilmiş və yaşayış olmayan evlərdən müxtəlif tikinti materialları və ya tikinti alətləri oğurlayıb onları İsmətgilin evlərinə yığmağı, sonra onlardan satdıqlarını satıb əllərinə pul keçirərməyi, sata bilmədiklərini isə İsmətdə qalması, gələcəkdə tikinti işlərində istifadə etməsi barədə qərara gəlmişlər. İsmət tikintilərdə fəhlə və ustalıq etdiyi, gələcəkdə özü üçün ev tikmək istədiyini dediyi üçün belə qərara gəlmişlər. Bu məqsədlə həmin gün saat 00:00 radələrində Elvinin idarə etdiyi “Ford” markalı 7 nəfərlik minik avtomobili ilə məhəllələrində yerləşən, sonradan adını bildiyi Zərərçəkmiş şəxs8 məxsus yeni inşa edilən evin qarşısına gəlmişlər. Həmin evin həyət hasarı olmamışdır. Maşını evin qarşısında saxlayıb üçü də maşından düşdükdən sonra Elvin evin sağ yan tərəfindəki plastik pəncərələrindən birinin qarşısına vurulmuş dəmir barmaqlıqdan olan qoruyucu çərçivəni maşınından götürdüyü dəmir linglə sındırıb, sonra pəncərəni itələyərək açmış, Elvinlə birlikdə həmin pəncərədən içəri girmişlər. İsmət isə bayırda, pəncərənin altında dayanmışdır ki, gələn olarsa onlara xəbər etsin, tez bir zamanda evdən çıxıb qaçsınlar, həmçinin içəridən götürüb ona verdikləri əşyaları maşına qoysun. Beləliklə, o, Elvinlə evə girəndən sonra otaqları gəzmiş, əvvəl birinci mərtəbədəki otaqlardan birində olan 4 ədəd taxta qapını, 2-ci mərtəbəki otaqlardan birində olan 01 ədəd “Güven” markalı su qızdırıcısını, 01 ədəd perefaratoru, 01 ədəd plastik boru ütüsünü, 01 ədəd qazan dəstini və ayrı ayrılıqda təxminən 25 və 30 metr uzunluqlarda olan elektrik naqillərini götürüb onları bir-bir pəncərədən İsmətə vermişlər. İsmət həmin əşyaları Elvinin maşınına yerləşdirmiş, sonra onlar evdən çıxıb birlikdə İsmətgilin evlərinə getmişlər. Oğurladıqları əşyaların hamısını İsmətgilin həytlərindəki əl damına yığdıqdan sonra o, Elvinlə birlikdə ondan ayrılmış və hərəsi öz evinə getmişdir. Bundan başqa, növbəti dəfə 18 oktyabr 2021-ci il tarixdə saat 01 radələrində Elvinin idarə etdiyi “Ford” markalı maşınla qonşuluqda yerləşən sonradan adının Zərərçəkmiş şəxs3 olduğunu bildiyi şəxsin Qala qəsəbəsi Xaşa-xuna bağlar sahəsində yerləşən evinin yanına gəlmişlər. O, hasardan aşaraq həyətə düşmüş, Elvin bayırda maşında onu gözləmişdir. O, evin qapısına baxdıqda kilidli olmadığını, sadəcə örtülü olduğunu görüb qapını açıb içəri daxil olmuşdur. Evin hamam otağından 01 ədəd qırmızı rəngli generatoru götrüb maşına qoymuş və birlikdə İsmətgilin yaşadığı evə apararaq İsmətgilin həyətindəki yarımtikiliyə qoymuşlar. Həmin gün, yəni 18 oktyabr 2021-ci il tarixdə saat 02-03 radələrində yenə də Elvinlə məhəllədə görüşüb onun idarə etdiyi maşınla Zərərçəkmiş şəxs8 evinin yaxınlığında yerləşən, sonradan adını bildiyi Zərərçəkmiş şəxs9 yeni inşa etdirdiyi və yaşayış olmayan evinin yanına gəlmişlər. Hər ikisi maşından düşmüş, evin həyət hasarı və bağlı darvazası olmuşdur. Hasarı aşaraq həyətə keçdikdən sonra Elvin özü ilə götürdüyü iti ağızlı vintaçanla evin zirzəmisinin qapsının kilidini sındırıb açdıqdan sonra zirzəmiyə, oradan da evin içinə daxil olmuşlar. Evin zirzəmisindən və otaqlarından, divarlardan müxtəlif ölçüdə və uzunluqda elektrik naqillərini, 02 ədəd su nasosunu, 02 ədəd laqondanı, 02 ədəd perafaratoru, biri digərindən köhnə olan 02 ədəd qaynaq aparatını, 02 ədəd dreli, 01 ədəd lobziki, “İndesit”, “Boşh” və “Samsung” markalı 3 ədəd paltaryuyan maşını, 01 ədəd bıçaq itiləyən mühərriki, 01 ədəd kombi su qzdırıcısnı və onun aksesuarlarını, 01 ədəd velosipedi, müxtəlif uzunluqlarda plastik boruları, 01 ədəd uzadıcı naqili, 01 ədəd plastik boru ütüsünü və 01 ədəd sərinkeşi, 01 ədəd çəkici, 02 ədəd led lampanı, 01 ədəd sensoru, bir neçə avtomat və adi elektrik açarını götürüb küçəyə çıxararaq Elvinin maşınına yükləmiş və onların hamısını İsmətgilin evinə aparmışlar. Həmin vaxt İsmət evdə olmuş, oğurladıqları əşyaları yenə də İsmətgilin həyətindəki yarımtikiliyə yığmışlar. Bundan bir neçə gün sonra, yəni 21 oktyabr 2021-ci il tarixdə saat 02 radələrində Qala qəsəbəsi Xaş-Xuna bağlar massivində tanışı Elvinin idarə etdiyi maşınla dolaşarkən sonradan adı ona məlum olan Habil Tarquluyevə məxsus yaşayış olmayan bağ evinin yananda dayanmışlar. İkisi də hasarı aşaraq həyətə düşmüşlər. Həyətdə dəmir vaqon olduğunu görmüş, vaqonun plastik materialdan olan pəncərəsini, 02 ədəd plastik qapısını, həmçinin vaqona və həyətə çəkilmiş elektrik naqillərini götürüb Elvinin maşınına yığaraq oradan uzaqlaşmışlar. Həmin əşyaları da İsmətgilin yaşadığı evə aparıb İsməti çağırıb həyətindəki yarımtikiliyə yığmışlar. Bir neçə gün sonra, yəni 23 oktyabr 2021-ci il tarixdə yenə də saat 02-03 radələrində Elvinin idarə etdiyi maşınla Xaşa-Xuna yaşaış massivində oğurluq etmək üçün çıxmışlar. Həmin vaxt adı sonradan ona məlum olan Zərərçəkmiş şəxs2 məxsus yaşayış olmayan evin yanında dayanaraq maşından enib hasarı aşaraq həyətə düşmüşlər. Elvin evin plastik materialdan olan pəncərəsini özü ilə maşından götürdüyü dəmirlə sıxıb açmış, hər ikisi evə daxil olub zal otağından 02 ədəd kiçik, 01 ədəd böyük dreli, 03 top ölçüsünü və uzunluğunu bilmədiyi elektrik naqilini, 02 ədəd su kranını və bir neçə kabab şişini götürüb maşına yığıb getmişlər. Həmin əşyaları Elvinlə birlikdə aparıb İsmətə vermişlər. İsmət həmin əşyaları da əvvəllər oğurladıqları əşyaları yığdıqları evin həyətində olan yarımtikiliyə yığmışdır. Bundan başqa, 25 oktyabr 2021-ci il tarixdə saat 00:30 radələrində Qala qəsəbəsi Xaşa-Xuna bağlar massivində, qonşuluğunda yaşayan tanıdığı Zərərçəkmiş şəxs1 evdə olmadığını bildiyi üçün onun evindən oğurluq etmək məqsədi ilə tanışı İsmətə bu barədə zəng vurub demişdir. Həmin vaxt Elvinin maşını xarab olduğu üçün İsmətə maşın tapmasını da xahiş etmişdir. Zərərçəkmiş şəxs1 yaşadığı evin qarşısına gedib ətrafa göz gəzdirib onu heç kimin görmədiyindən əmin olduqdan sonra hasarı aşaraq həyətə düşmüş, evin qapısının dəmir barmaqlığının kilidini özü ilə gətirdiyi dəmirlə sındırıb plastik qapını açmış, evə daxil olub evin mətbəxindən 01 ədəd “LG” markalı paltaryuyanı, 01 ədəd qaz plitəsini, 01 ədəd stabilizatoru, 02 ədəd stulu, 01 ədəd “LG” markalı kondisioneri və pultunu, transformatoru, daha sonra mətbəxin evin digər otağına olan plastik pəncərəsini dəmirlə sıxıb açaraq yataq otağından 01 ədəd sərinkeşi, zal otağından 01 ədəd İran istehsallı qaz sobasını götürüb bəzilərini həyətə, bəzilərini isə mətbəxdə qapının yanına yığmışdır. Daha sonra həyətdən kondisionerin evin çöl divarına quraşdırılmış hissəsini və su çəninin yanından su motoru və hidroforu götürmüşdür. Bir qədər sonra İsmət tanışı Anarın idarə etdiyi “Oka” markalı maşınla gəlmiş, köməkləşib həmin əşyaları Anarın idarə etdiyi “Oka” markalı maşına yığıb yenə də İsmətgilə apararaq yarımtikiliyə yığmışlar. Bundan başqa, 29 oktyabr 2021-ci il tarixdə saat 02 radələrində yenə də tanışı Elvinlə oğurluq etmək məqsədi ilə Xəzər rayonu Qala qəsəbəsi Xaşa-Xuna bağlar massivində yerləşən tikintisi başa çatmamış obyektin yanına gəlmişlər. O, hasarı aşaraq həyətə düşmüş, obyektin zirzəmisi açıq olduğu üçün içəri daxil olmuş, orada heç nə olmadığını görüb tikilinin döşəməsinə qəlib kimi quraşdırılmış diktləri və bir neçə taxtanı götürüb hasarın uçmuş hissəsindən çıxararaq Elvinin maşınına yükləyib getmişlər. Həmin dikt və taxtaları yaşadığı evin həyətinə yığmışdır. Ailə üzvlərinə taxtaların Elvinin işlədiyi yerdən artıq qalan lazımsız taxta və diktlər olduğunu, Elvinin sonra götürəcəyini demişdir. Hazırkı açıq məhkəmə iclasında düzgün ifadə verir və bildirir ki, Zərərçəkmiş şəxs3 evindən oğurladığı əşyaları ifadəsində səmimi olaraq etiraf edir, oradan xalça və stulları oğurlamamışlar, oğurlasaydı onları da səmimi olaraq bildirəcəkdi, oğurladıqları əşyaları İsmətin yaşadığı evin həyətində olan yarımtikiliyə yığarkən onları oğurladıqlarını İsmətə demişdir. Zərərçəkmiş şəxs1 evindən bir çox əşyaları oğurlamışlar, lakin oradan “LG” markalı televizoru, “Gepas” markalı ət çəkən maşını, “Etimat” markalı mikrodalğalı sobanı, elektrikli samovarı, xalçaları, “Toshiba” markalı noutbuku, yataq dəstini, “saz” markalı modem aparatını oğurlamamışlar. Oğurladıqları əşyaları İsmətgilin yaşadığı evin həyətində olan yarımtikiliyə yığmışlar və həmin əşyalar polislər tərəfindən oradan götürülmüşdür. Bundan başqa, evlərdən və digər yerlərdən bir çox əşya oğurlamış, həmin əşyaları da İsmətgilin yaşadığı evin həyətində olan yarımtikiliyə yığmışlar, onlardan bəzilərini Sabunçu qəsəbəsində yerləşən “Rus bazarı”nda ayaq üstə durub istifadə olunmuş əşyalar alan tanımadıqları şəxslərə satıb əldə etdikləri pulları bölmüşlər, lakin hansı əşyanı hansı qiymətə satdıqlarını xatırlamır. Həmiçinin elektrik naqillərindən də bir çoxunu dəmir, mis və sair metal alan səyyar alıcılara satmışlar. Zərərçəkmiş şəxs4 məxsus taxta və diktləri yaşadığı evin həyətinə yığarkən ailə üzvlərinə həmin taxta və diktlərin tanışı Elvinə məxsus olduğunu, daha sonra gəlib aparacağını demişdir. Zərərçəkmiş şəxs9 evindən oğurladığı əşyaların bir paltaryuyan maşından başqa hamısını qaytarmışdır. Zərərçəkmiş şəxs X5 evindən yalnız 02 ədəd pəncərə və 01 ədəd plastik qapı oğurlamışlar, qalan əşyaları isə oğurlamamışlar. Zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nə məxsus mağazaya isə özü daxil olmamış və oradan oğurluq etməmişdir. Şahid1 Qala qəsəbəsi Xaşa-Xuna yaşayış massivində məhlə uşağı kimi təxminən 5 ilə yaxındır ki, tanımış, o, tutulana kimi aralarında heç bir ədavət, mübahisə və ya narazılıq olmamışdır. Şahid1 ifadəsi ilə razı deyil, onun nə üçün bu cür ifadə verməsini bilmir. O, tutulduqdan sonra İntiqam ona qarşı yalan ifadə vermişdir, belə ki, o, İntiqamla heç bir oğurluq etməmiş, özünün etdiyi oğurluqları ifadələrində bildirmişdir. İlk dəfə törətdiyi əməllərdən peşmançılıq çəkir, məhkəmənin gedişində zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı tamamilə ödəyərək onlarla barışıq əldə etmişdir və hazırda onların ondan heç bir şikayətləri və ya digər tələbləri yoxdur. İbtidai istintaq zamanı ona edilmiş təzyiqlər barədə heç kimə şikayət etməmiş, hətta onun barəsində həbs qətimkan tədbiri seçilərkən hakimə də bu barədə heç nə deməmişdir. Bunların nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, ibtidai istintaq zamanı ona edilmiş təzyiqlər altında verdiyi ifadəsində göstərmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. Son vaxtlar iş tapa bilmədiyinə görə maddi cəhətdən də çətinlik çəkir. 01 oktyabr 2021-ci il tarixdə saat 23:30 radələrində yaşadığı Qala qəsəbəsi Xaşaxuna bağlar massivində, yeni sahədə yerləşən məhəllədə yaşayan Həzi və Elvinlə görüşüb söhbət edərkən məhəllədə və yaxın ətrafda yeni tikilmiş və yaşayış olmayan evlərdən müxtəlif tikinti materialları və ya tikinti alətləri oğurlayıb onların yaşadığı evə yığması, sonra onlardan satdıqlarını satıb əllərinə pul keçirməsi, sata bilmədikləri isə onda qalması, gələcəkdə tikinti işlərində istifadə etməsi barədə qərara gəlmişlər. Tikintilərdə fəhlə və ustalıq etdiyi üçün, həmçinin də gələcəkdə özü üçün ev tikmək istədiyi üçün bu qərara gəlmişlər. Beləliklə, həmin gün saat 00:00 radələrində Elvinin idarə etdiyi “Ford” markalı 7 nəfərlik minik avtomobili ilə məhəllələrində yerləşən, sonradan adını bildiyi Zərərçəkmiş şəxs8 məxsus, yeni inşa edilən evin qarşısına gəlmişlər. Həmin evin həyət hasarı olmamış, maşını evin qarşısında saxlayıb maşından düşmüşlər. Elvin evin sağ yan tərəfindəki plastik pəncərələrindən birinin qarşısına vurulmuş dəmir barmaqlıqdan olan qoruyucu çərçivəsini maşınından götürdüyü dəmir linglə sındırıb, sonra pəncərəni itələyərək açmış, Elvinlə Həzi həmin pəncərədən içəri girmişlər. O, bayırda, həmin pəncərənin altında dayanmışdır ki, gələn olarsa onlara xəbər etsin, həm də Elvinlə Həzi içəridən götürdükləri əşyaları ona vesinlər. Beləliklə, Elvinlə Həzi evə girib oradan 04 ədəd taxta qapı, 01 ədəd su qızdırıcısı, 01 ədəd perefaratoru, 01 ədəd plastik boru ütüsü, 01 ədəd qazan dəsti və ayrı-ayrılıqda 30 və 25 metr uzunluqlarda olan elektrik naqilini götürüb pəncərədən ona vermişlər. Həmin əşyaları Elvinin maşınına yığmış və birlikdə onun yaşadığı evə gedib oğurladıqları əşyaların hamısını həyətdə olan əl damına yığmışlar. Ailə üzvləri ondan bu əşyaları haradan alıb gətirdiyini soruşanda onlara guya işlədiyi tikntidə sökülən evlərdən götürdüyünə, bəzilərini isə sökülən evlərin sahiblərinin özlərinin ona verdiyni demişdir. Bundan başqa, növbəti dəfə 18 oktyabr 2021-ci il tarixdə yenə də gecə saat 02 radələrində Elvin və Həzi ona zəng edib Zərərçəkmiş şəxs8 evinin yaxınlığında yerləşən, sonradan adını bildiyi Zərərçəkmiş şəxs9 yeni inşa etdirdiyi və yaşayış olmayan evindən tikinti materialları və tikinti alətləri oğurlamaq istədiklərini və birlikdə bu oğurluğu etməyi demişlər. O, qorxduğunu deyib imtina etsə də, oradan oğuralyacaqları əşyaları özünün evində saxlamağa razılıq vermişdir. Bundan sonra Həzi ilə Elvin Zərərçəkmiş şəxs9 evindən oğurladıqları əşyaları onun evinə gətirmiş və hamısı birlikdə onları həmin evə boşatlmışlar. Bundan başqa, 25 oktyabr 2021-ci il tarixdə saat 00:30 radələrində məhlədə olarkən Həzi ona zəng vurub Qala qəsəbəsi Xaşa-Xuna bağlar massivində, qonşuluqda yaşayan sonradan adını bildiyi Zərərçəkmiş şəxs1 evdə olmadığını, onun evindən oğurluq edəcəyini, Elvinin maşınının xarab olduğunu və əşyaları yığmaq üçün maşın tapmasını bildirmiş, həmin vaxt qonşuluqda yaşayan Anar onun yanında olmuşdur. O, X32-Xuna bağlar massivində yerləşən evindən əşyaları götürüb evinə gətirmək lazım olduğunu demiş, Anar razılaşdıqdan sonra idarə etdiyi “Oka” markalı, **-KJ-*** dövlət qeydiyyat nişanlı maşını ilə gəlmişdir. Anara yolu göstərib birlikdə Xaşa-Xuna yaşayış massivində Zərərçəkmiş şəxs1 məxsus birmərtəbəli evin qarşısına getmişlər. Həzi evin həyətinin kiçik qapısını açıb çıxmış, Anar maşından düşməmişdir. O, maşından düşüb Həzi ilə birlikdə həyətdə olan bəzi ev əşyalarını maşının yük yerinə yığmışdır. Həzi orada qalmış, o isə Anar ilə birlikdə gedərək Həzinin Ayşənin evindən oğurladığı əşyaları Zirə qəsəbəsində yerləşən evinin həyətinə boşaldıb təkrar Həzinin yanına qayıtmışlar. Orada daha bir neçə əşyanı da maşına yığıb sonra üçü də birlikdə yaşadığı evə getmiş və köməkləşib həmin əşyaları da həyətə yığdıqdan sonra hərəsi öz evinə getmişdir. Həmin əşyalar 01 ədəd “LG” markalı paltaryuyan, 01 ədəd qaz plitəsi, 01 ədəd stabilizator, 02 ədəd stul, 01 ədəd “LG” markalı kondisioner, 01 ədəd transformator, 01 ədəd sərinkeş, 01 ədəd İran istehsallı qaz sobası, su motoru və hidrofor, 01 ədəd lobzik, 02 ədəd dreldən ibarət olmuşdur. Anara həmin evdən oğurluq etmələri barədə heç nə deməmişdir. Ayşənin evindən “LG” markalı televizoru, “Gepas” markalı ət çəkən maşını, “Etimat” markalı mikrodalğalı sobanı, elektrikli samovarını, xalçaları, “Toshiba” markalı noutbuku, yataq dəstini, “saz” markalı modem aparatını oğurlamamışlar, oğurladıqları əşyaları yaşadığı evin həyətindəki yarımtikiliyə yığmışlar və tutulduqdan sonra həmin əşyalar polislər tərəfindən oradan götürülmüşdür. Bundan başqa, Həzi və Elvinin başqa evlərdən oğurladığı bir çox əşyaları da onun yaşadığı evin həyətində olan yarımtikiliyə yığmış, oğurluq əşyalardan bəzilərini Elvin, bəzilərini isə Həzi satmışdır. Lakin hansı əşyanı kimə və neçəyə satmalarını bilmir. Hazırkı açıq məhkəmə iclasında düzgün ifadə verir və bildirir ki, o, əslində özü oğurluq cinayətlərinin hamısında iştirak etməmişdir, lakin Həzi və Elvinin oğurluq etmələrindən xəbərdar olmuşdur, onların oğurladıqları əmlakları öz evində saxlamış, hətta bəzilərini onlardan almış və ya istifadə etmişdir. İlk dəfə törətdiyi əməllərdən peşmançılıq çəkir, məhkəmənin gedişində zərərçəkmiş şəxslərin bəzilərinə dəymiş madi ziyanı tamamilə ödəyərək onlarla barışıq əldə etmişdir və hazırda onların ondan heç bir şikayətləri və ya digər tələbləri yoxdur. İbtidai istintaq zamanı ona edilmiş təzyiqlər barədə heç kimə şikayət etməmiş, hətta onun barəsində həbs qətimkan tədbiri seçilərkən hakimə də bu barədə heç nə deməmişdir. Bunların nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs8 göstərdi ki, o, 2016-cı ildə Xaşa-Xuna bağlar massivində ikimərtəbəli fərdi yaşayış evi tikdirmişdir. Lakin evin tikintisi tam başa çatmayıb, təmir işlərini davam etdirir. Ona görə də evdə yaşayış yoxdur. Bu məqsədlə evə tez-tez gedib baş çəkir, müəyyən işləri görür. 01 oktyabr 2021-ci il tarixdə gecə saatlarında qonşuluqda yaşayan adını bilmədiyi şəxs ona zəng vuraraq evin qarşısında olan elektrik naqilinin kəsildiyini bildirmiş, həmin vaxt artıq gec olduğu üçün bu barədə Polis şöbəsinə gedib müraciət edə bilməmişdir. 02 oktyabr 2021-ci il tarixdə evə gedib baxdıqda naməlum şəxs və ya şəxslərin evin birinci mərtəbəsinin pəncərəsinin dəmir barmaqlığını sındırmaqla, plastik materialdan olan pəncərəni sıxıb açmaqla evə daxil olub birinci mərtəbədən hər birinin qiyməti 280 manat olan 04 ədəd taxta qapını, 2-ci mərtəbədən qiyməti 120 manat olan 01 ədəd “Güven” markalı qaz sobasını, qiyməti 70 manat olan 01 ədəd perefaratoru, qiyməti 60 manat olan 01 ədəd plastik boru ütüsünü, qiyməti 320 manat olan 01 qazan dəstini, 15 manat dəyərində 35-40 metr uzunluğunda elektrik naqilini, 30 manat dəyərində 25 metr uzunluğunda elektrik naqilini oğurladıqlarını müəyyən etmişdir. Ona görə də PŞ-nə gedib bu barədə ərizə yazmışdır. Oğurluq nəticəsində ona cəmi 1735 manat dəyərində maddi ziyan dəymişdir. Həmin ziyan hazırda tamamilə ödənilmişdir. Buna görə də onun təqsirləndirilən şəxslərə qarşı heç bir şikayəti və ya digər tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edərək təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs9 göstərdi ki, onun Xaşa-Xuna bağlar massivində yerləşən 513 saylı bağ evi vardır. Evin tikintisi tam başa çatmaıyb, təmir işlərini davam etdirir. Ona görə də evdə yaşayış yoxdur. Həftədə 2 dəfə evə gedib baş çəkir, müəyyən işlər görür. 17 oktyabr 2021-ci il tarixdən 20 oktyabr 2021-ci il tarixədək olan müddət ərzində evə gəlmədiyi ərəfədə naməlum şəxs və ya şəxslər evin zirzəmisinin kilidni sındırıb içəri daxil olaraq zirzəmidən və evin otaqlarından 140 manat dəyərində 200 metr 4-lük elektrik naqilini, 225 manat dəyərində 400 metr 2,5-lik elektrik naqilini, 50 manat dəyərində 20 metr 6-lıq elektrik naqilini, 25 manat dəyərində 12 metr uzunluğunda elektrik naqilini, 175 manat dəyərində 60 metr uzunluğunda elektrik naqilini, hər birinin dəyəri 80 manat olan 2 ədəd su nasosunu, hər birinin dəyəri 115 manat olan 02 ədəd laqondanı, hər birinin dəyəri 165 manat olan 02 ədəd perafaratoru, 01 ədəd istismar olunmuş 60 manat dəyərində qaynaq aparatını, 01 ədəd təzə 250 manat dyərində qaynaq aparatını, hər birinin dəyəri 67,5 manat olan 02 ədəd dreli, 01 ədəd 35 manat dəyərində lobziki, 01 ədəd 400 manat dəyərində “İndesit” markalı paltaryuyan maşını, 01 ədəd 300 manat dəyrində “Samsung” markalı paltaryuyan maşını, 01 ədəd 500 manat dəyərində “Bosh” markalı paltaryuyan maşını, 01 ədəd 20 manat dəyərində bıçaq itiləyən mühərriki, 01 ədəd 1100 manat dəyərində “Biasli” markalı kombini, 100 manat dəyərində kombi aksesuarlarını, 01 ədəd 220 manat dəyərində “Salyut” markalı velosipedi, 45 metr uzunluğunda 100 manat dəyərində su borusunu, 60 metr uzunluğunda 100 manat dəyərində uzadıcı naqili, 01 ədəd 60 manat dəyərində plastik boru ütüsünü və 01 ədəd 70 manat dəyərində sərinkeşi və 24 manat dəyərində çəkici, 02 ədəd hər birinin dəyəri 5 manat olan led lampaları, 01 ədəd 10 manat dəyərində sensoru, 09 ədəd hər birinin dəyəri 10 manat olan avtomat elektrik açarını, 02 ədəd hər birinn dəyəri 10 manat olan “Schneider” markalı elektrik yuvasını, 11 ədəd hər birinin dəyəri 2 manat olan elektrik paylayıcı qutunu, 02 ədəd hər birinin dəyəri 12 manat olan “Schneider” markalı elektrik açarını, 01 ədəd 10 manat dəyərində “Viko” markalı elektrik açarını oğurlamışlar. Ona görə də 20 oktyabr 2021-ci il tarixdə PŞ-nə gedib bu barədə ərizə yazmışdır. Baş vermiş oğurluq nəticəsində ona cəmi 4995 manat dəyərində maddi ziyan dəymişdir. Həmin ziyan hazırda tamamilə ödənilmişdir. Buna görə də onun təqsirləndirilən şəxslərə qarşı heç bir şikayəti və ya digər tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Bunun nəzərə alınaraq təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 nümayəndəsi qismində dindirilən X15 göstərdi ki, o, həyat yoldaşı Zərərçəkmiş şəxs1 ilə birlikdə Qala qəsəbəsi Xaşa-Xuna bağlar massivində 1 mərtəbəli fərdi yaşayış evi tikdirmişdir. Lakin övladlarının təhsili ilə əlaqədar Masazır qəsəbəsinə köçmüşlər. Buna baxmayaraq, tez-tez gedib həmin evə baş çəkir, müəyyən işləri görür. 24 oktyabr 2021-ci il tarixdə saat 23 radələrində qonşulardan xatırlamadığı bir nəfər şəxs ona zəng vuraraq yaşadığı evin qapısının açıq olduğunu bildirmiş, o da Ayşən ilə birlikdə dərhal Masazır qəsəbəsindən çıxıb Xaşa-Xuna bağlar massivindəki evə getmişdir. Oraya çatdıqda müəyyən etmişdir ki, naməlum şəxs və ya şəxslər həyət darvazasının qapısını açmaqla həyətə keçərək evin plastik materialdan olan qapısının dəmir barmaqlığının kilidini sındırmaqla qapını açıb evin mətbəxinə daxil olmuş, mətbəxin plastik materialdan olan pəncərəsini sıxıb açmaqla evin otaqlarından ev əşyalarını və bəzi avdanlıqları oğurlayaraq ona maddi ziyan vurmuşlar. Belə ki, naməlum şəxs və ya şəxslər evin qarşısında üstü dəmirlə örtülmüş giriş hissəsində divara quraşdırılmış 500 manat dəyərində “LG” markalı kondisionerin mühərrik hissəsini, sağ tərəfdən su çəninin yanından 01 ədəd 29 manat hidrofor və 50 manat dəyərində su mühərrikini, mətbəxdən 01 ədəd 780 manat dəyərində “LG” markalı paltaryuyanı, 01 ədəd 80 manat dəyərində qaz plitəsini, 01 ədəd 380 manat dəyərində stabilizatoru, 01 ədəd 300 manat dəyərində “LG” markalı televizoru, hər birinin dəyəri 35 manat olan 02 ədəd stulu, “LG” markalı kondisioneri və pultunu, 01 ədəd 150 manat dəyərində “Gepas” markalı ət çəkən maşını, 01 ədəd 150 manat dəyərində “Etimat” markalı mikrodalğalı sobanı, 01 ədəd 100 manat dəyərində elektrikli samovarı, 01 ədəd 220 manat dəyərində kiçik transformatoru, 2 ədəd hər birinin dəyəri 100 manat olan kiçik dreli, 01 ədəd 30 manat dəyərində lobziki, yataq otağından 04 ədəd hər birinin dəyəri 150 manat olan cəmi qiyməti 600 manat olan Təbriz xalçasını, 02 ədəd hər birinin dəyəri 50 manat olan adi xalçanı, 01 ədəd 38 manat dəyərində sərinkeşi, 01 ədəd 350 manat dəyərində “Toshiba” markalı noutbuku, 01 dəst 50 manat dəyərində yataq dəstini, zal otağından 01 ədəd 150 manat dəyərində “Donar” markalı İran qaz sobasını, 01 ədəd “saz” markalı 200 manat dəyərində modem aparatını oğurlayaraq ona ümumilikdə 4527 manat dəyəində maddi ziyan vurmuşlar. Həmin ziyan hazırda tamamilə ödənilmişdir. Buna görə də onun təqsirləndirilən şəxslərə qarşı heç bir şikayəti və ya digər tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edərək təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs3 göstərdi ki, onun Qala qəsəbəsində Xaşa-Xuna bağlar massivində bağ evi vardır. Həmin bağ sahəsi daş hasarla əhatə olunmuşdur. Həyətyanı sahədə 1 mərtəbəli, kürsülü 3 otaqdan ibarət fərdi yaşayış evi tikdirsə də, həmin evdə yaşayış yoxdur. Bağa hər gün baş çəkə bilməsə də, həftədə 2-3 dəfə nəzarət edib gedir. Sonuncu dəfə bağda 17 oktyabr 2021-ci il tarixdə olmuşdur. 20 oktyabr 2021-ci il tarixdə evə baş çəkmək üçün getdikdə görmüşdür ki, naməlum şəxs və ya şəxslər 17 oktyabr 2021-ci il tarixdən 20 oktyabr 2021-ci il tarixləri arasında olan müddət ərzində bağ evində olmayan vaxt hasardan aşıb düşərək həyətdə olan bağ evinin qapısını açmaqla evin hamam otağından ona məxsus 600 manat dəyərində generatoru oğurlamışlar. Bundan əlavə, evin otaqlarına baxış keçirən zaman görmüşdür ki, zal otağından 05 ədəd hər birinin dəyəri 30 manat, ümumi dəyəri 150 manat olan istismar olunmuş stullar və 04 ədəd hər birinin dəyəri 300 manat, ümumi dəyəri 1200 manat olan xalça oğurlanmışdır. Ona gərə də 20 oktyabr 2021-ci il tarixdə PŞ-nə gedib bu barədə ərizə yazmışdır. Oğurluq nəticəsində ona 1950 manat dəyərində maddi ziyan dəymişdir. Həmini ziyan hazırda tamamilə ödənilmişdir. Buna görə də onun təqsirləndirilən şəxslərə qarşı heç bir şikayəti və ya digər tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edərək təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 göstərdi ki, onun Qala qəsəbəsi Xaşa-Xuna bağlar massivində bağ evi vardır, həmin evin tikintisi tam başa çatmayıb, buna baxmayaraq, ev daş hasarla əhatə olunmuşdur. Evin tikintisinin başa çatmamasına baxmayaraq, həftədə 1 və ya 2 dəfə oraya gedib baş çəkmişdir. Sonuncu dəfə evdə 23 oktyabr 2021-ci il tarixdə olmuşdur. 25 oktyabr 2021-ci il tarixdə evə gəldikdə görmüşdür ki, naməlum şəxs və ya şəxslər hasardan aşıb düşməklə evin plastik materialdan olan pəncərəsini sıxıb açmaqla evin zal otağından hər birinin dəyəri 100 manat olan 02 ədəd kiçik dreli, 01 ədəd 150 manat dəyərində böyük dreli, 01 topunun qiyməti 80 manat olan 03 top 4 mm-lik ümumi qiyməti 240 manat olan elektrik naqilini, hər birinin dəyəri 60 manat olan 02 ədəd su kranını, 20 ədəddən ibarət 01 dəst 90 manat dəyərində kabab şişini oğurlamışlar. Ona gərə də 25 oktyabr 2021-ci il tarixdə DİN “102” xidmətinə zəng vurmaqla PŞ-nə gedib baş vermiş oğurluq barədə ərizə yazmışdır. Oğurluq nəticəsində ona ümumilikdə 800 manat dəyərində maddi ziyan dəymişdir. Həmin ziyan hazırda tamamilə ödənilmişdir. Buna görə də onun təqsirləndirilən şəxslərə qarşı heç bir şikayəti və ya digər tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edərək təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs X5 ittiham aktında göstərilən ünvanına dəfələrlə çağırış vərəqəsi göndərilərək və mobil telefonuna “sms” göndərilərək məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, o, məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Zərərçəkmiş şəxs X5 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Həmin ifadəsində o, göstərmişdir ki, onun Xaşa-Xuna bağlar massivi S.Əsgərova küçəsi ev 9 mənzil 17 ünvanında bağ sahəsi vardır, həmin bağ sahəsi daş hasarla əhatə olunmuşdur. Həyətyanı sahədə tikili olmasa da, orada bir ədəd vaqon qoymuş, həyətdə olan ağacları suvararkən istirahət etmək üçün istifadə etmiş, gələcəkdə ev tikdirmək fikri olmuşdur. Bağa hər gün baş çəkə bilməsə də 10-15 gündən bir nəzarət etmək və ağacları suvarmaq üçün getmişdir. Sonuncu dəfə bağda 20 oktyabr 2021-ci il tarixdə olmuşdur. 03 noyabr 2021-ci il tarixdə bağa gəldikdə görmüşdür ki, naməlum şəxs və ya şəxslər hasardan aşıb düşməklə həyətdə olan vaqonun plastik materialdan olan 220 manat dəyərində 01 ədəd pəncərəsini, hər birinin dəyəri 260 manat olan 02 ədəd plastik materialdan olan qapıları, 110 manat dəyəində 01 ədəd dəmir çarpayını və vaqonun divarlarına quraşdırılmış 300 metr uzunluğunda 540 manat dəyərində elektrik naqillərini, vaqonun üzərinə və həyətdə olan çənin üzərinə quraşdırılmış hər birinin dəyəri 50 manat olan projektorları, həyətdən 150 metr uzunluğunda 300 manat dəyərində rezin borunu oğurlayaraq getmişlər. Ona gərə də 03 noyabr 2021-ci il tarixdə PŞ-nə gedib bu barədə ərizə yazmışdır. İlkin araşdırma zamanı verdiyi izahatda ona 600 manat dəyərində maddi ziyan dəydiyini bildirsə də sonradan bağ sahəsindən əlavə əşyaların da oğurlandığını aşkar etmiş və hesabladıqdan sonra müyyən etmişdir ki, oğurluq nəticəsində ona cəmi 1790 manat dəyərində maddi ziyan dəymişdir. Həmin ziyan hazırda tamamilə ödənilmişdir. Buna görə də onun təqsirləndirilən şəxslərə qarşı heç bir şikayəti və ya digər tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Bunun nəzərə alınaraq təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs4 ittiham aktında göstərilən ünvanına dəfələrlə çağırış vərəqəsi göndərilərək və mobil telefonuna “sms” göndərilərək məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, o, məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Zərərçəkmiş şəxs4 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Həmin ifadəsində o, göstərmişdir ki, 2020-ci ildə Xəzər rayonu Xaşa-Xuna bağlar massivində 1 mərtəbəli kürsülü obyekt tikdirmişdir. Lakin obyektin tikintisi tam başa çatmayıb, belə ki, yalnız zirzəmidən ibarətdir. Təmir zamanı obyektin döşəməsinə beton tökmək üçün taxta diktlərdən qəlib düzəldilmiş və quraşdırılmışdır. Beton töküldükdən sonra həmin qəlib sökülməmişdir. Maddi vəziyyəti yaxşı olmadığı üçün tikintini dayandırmışdır. Buna baxmayaraq, 10-15 gündən bir baş çəkib nəzarət edib getmişdir. 16 noyabr 2021-ci il tarixdə təxminən saat 12 radələrində obyektə baş çəkmək üçün getdikdə görmüşdür ki, naməlum şəxs və ya şəxslər zirzəmidə quraşdırılmış taxta diktləri və digər taxtaları sökərək obyektin arxa hissəsində olan daş hasarın bir hissəsini uçurub həmin yerdən çıxarmaqla oğurlayıblar. Ona görə də zəng vurub bu barədə polisə məlumat vermişdir. İlkin araşdırma zamanı dəymiş ziyanı təxmini hesablama yolu ilə müəyyən edib bildirmiş, lakin sonradan müəyyən etmişdir ki, zirzəmidən hər birinin dəyəri 30 manat olan 32 ədəd taxta dikt və 1 m3 -i 320 manat olan 7 m3 taxta oğurlanmışdır və nəticədə ona ümumilikdə 3200 mana dəyərində maddi ziyan dəymişdir. Həmin dikt və taxtaları Dərnəgül qəsəbəsində yerləşən taxta satılan mağazalardan 32 ədəd dikti 960 manata, 7 m3 olan taxtanı isə 2240 manata almışdır. Zərərçəkmiş şəxs4 29 mart 2022-ci il tarixdə məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə ünvanlayaraq göstərmişdir ki, oğurluq nəticəsində ona dəymiş maddi ziyan hazırda tamamilə ödənilmişdir. Buna görə də onun təqsirləndirilən şəxslərə qarşı heç bir şikayəti və ya digər tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edərək təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən X20 göstərdi ki, o, 2014cü ildən Müdafiə Nazirliyinin HHQ-nin Qala qəsəbəsində yerləşən N saylı hərbi hissəsində xidmət edir, özünə məxsus Xəzər rayonu Qala qəsəbəsində yerləşən 3 sot torpaq sahəsində həyətyanı sahəni hasara alaraq 1 mərtəbəli kürsülü ev tikdirmişdir. Həmin evin təmiri tam başa çatmamış və orada yaşayış yoxdur. Mütəmadi olaraq təmir işləri ilə bağlı həmin evə gəlib-gedir. Sonuncu dəfə 15 iyul 2021-ci il tarixdə saat 20:30 radələrində orada təmir işlərini yekunlaşdırıb yaşadığı evə qayıtmışdır. 16 iyul 2021-ci il tarixdə saat 08:00 radələrində o, həmin Xaşaxuna bağlar massivindəki evinə gəlmiş və həyətyanı sahəyə darvaza qapısının kilidini açarla açıb girmişdir. Bu zaman evin mətbəx otağının plastik pəncərəsinin açıq vəziyyətdə olmasını görmüş və evin giriş qapısını açıb içəri daxil olub baxdıqda evdən naməlum şəxs və ya şəxslər tərəfindən oğurluq edilməsini aşkar etmişdir. Belə ki, evindən mətbəx pəncərəsindən daxil olmaqla naməlum şəxslər tərəfindən arxa qapısı qoyulmayan otağa qoyduğu 01 ədəd 130 manat dəyərində olan “Shivaki” markalı aspirator, 01 ədəd 125 manat dəyərində “Aristokrat” markalı qaz plitəsi, 01 ədəd 30 manat dəyərində hamam duşu dəsti, 01 ədəd 25 manat dəyərində pistolet su kranı, 01 ədəd 100 manat dəyərində “Markus” markalı hidrafor oğurlanmışdır. Oğurluq nəticəsində ona 410 manat dəyərində maddi ziyan dəymişdir. Həmin maddi ziyan hazırda tamamilə ödənilmişdir. Buna görə də onun təqsirləndirilən şəxslərə qarşı heç bir şikayəti və ya digər tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edərək təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi qismində dindirilən X16 göstərdi ki, X2 rayonunda yerləşən "xxxx" MMC-nin Zirə 1 filialında mağaza administratoru vəzifəsində işləyir. 11 avqust 2021-ci il tarixdə saat 01:25 radələrində Amal Əhmədzadə elektron email ünvanı vasitəsi ilə "xxxx" MMC-nin rəsmi internet ünvanına Zirə qəsəbəsində yerləşən Zirə-1 "xxxx" mağazasından kassadan pul oğurlanması barədə məktub göndərmiş və daha sonra ərazi üzrə Xəzər RPİ-nin 1-ci PŞ-nə ərizə ilə müraciət etmişdir. Bundan sonra həmin hadisəni törədən şəxslər polis əməkdaşları tərəfindən isti izlərlə tutularaq istintaqa cəlb edilmişlər. Belə ki, həmin şəxslərdən birini Amal kamera görüntülərindən tanımış və ərazi polis orqanına məlumat vermişdir. Bundan bir ay sonra eyni şəxs, yəni əvvəl həmin Zirə-1 "xxxx" mağazasından oğurluq edən, sonradan adının İntiqam olmasını müəyyənləşdirdiyi şəxs eyni üsulla mağazanın arxa plastik qapısından daxil olaraq oradan 200 manat pul oğurlamış və hadisə yerindən uzaqlaşmaq istədikdə polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilmişdir. O, həmin iki faktla bağlı "xxxx" MMC-nin mühasibat şöbəsi ilə dəqiqləşdirmə apardıqdan sonra rəsmi məktubla Xəzər RPİ-nin İŞnə müraciət etmişlər. 11 avqust 2021-ci il tarixdə Zirə-1 “Oba marketin” seyfindən 1200 manat pul oğurlanmışdır. Daha sonra isə 11 sentyabr 2021-ci il tarixdə həmin marketin arxa otağındakı plastik qabın içindən 200 manat pul eyni şəxs, yəni İntiqam adlı şəxs tərəfindən oğurlanmışdır. Həmin iki oğurluq nəticəsində "xxxx" MMC-nə ümumilikdə 1400 (bir min dörd yüz) manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs Şahid1 verdiyi ifadələrində oğurluğu Təqsirləndirilən şəxs1 ilə birlikdə etdiyini göstərmiş, həmin məbləğin 690 (altı yüz doxsan) manat hissəsini istintaq zamanı polisə təqdim etmişdir. Həmin ziyan hazırda tamamilə ödənilmişdir. Buna görə də onların təqsirləndirilən şəxslərə qarşı heç bir şikayəti və ya digər tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Bunun nəzərə alınaraq təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini xahiş edirlər. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 göstərdi ki, o, fərdi qaydada tikinti işlərində fəhlə kimi işləyir. Təqsirləndirilən şəxs1 Qala qəsəbəsi Xaşaxuna bağlar massivində uşaqlıq vaxtından tanıyır, onunla normal münasibətləri olmuşdur. Şahid1 da Həzinin tanışı və Xaşaxuna massivində yaşayan şəxs kimi tanımışdır. X1 “VAZ-2107” markalı ağ rəngli **-XU-*** dövlət nömrə nişanlı avtomobili vardır və onun da sürücülük vəsiqəsi olduğundan ona sürmək üçün etibarnamə də vermişdir. Həmin avtomobili hər ikisi idarə edir, yəni o, taksi fəaliyyəti ilə məşğul olur. 2021-ci ilin iyul ayının 17-də saat 20 radələrində Həzi ona zəng vuraraq Binə qəsəbəsinə yeznəsigilə getməli olduğunu bildirib onu oraya aparmağını xahiş etmiş, o da razılaşaraq Həzini Xaşaxuna massivində “Fantan” restoranının arxasındakı küçədən götürmüşdür. Həmin vaxt Həzinin yanında olan İntiqam da avtomobilə əyləşmişdir. Həzi kiçik, içi görünməyən sellofan torbada yükünü avtomobilin arxa saxlanc yerinə qoymuşdur və o avtomobili idarə edərək Binə qəsəbəsinə dar küçələrə gəlmişdir. Həzi ona demişdir ki, avtomobili ona versin ki, yeznəsinin ünvanına tək getsin, çünki həmin ünvana 3 nəfərin getməyi ayıb sayılır. O da razılaşmış və İntiqam ilə bərabər avtomobildən düşmüşdür. Həzi avtomobili sürüb ara məhləyə girmiş və 10 dəqiqə sonra geri qayıtmışdır. Daha sonra o, özü sükan arxasına əyləşmiş və avtomobili idarə edərək Həzini və İntiqamı Xaşaxuna massivində yeraltı piyada keçidinin yanında düşürtmüşdür. Həzi ona yol xərci kimi 8 manat vermiş və çıxıb getmişlər. O, Həzinin onun avtomobilinə qoyduğu sellofandakı əşyanın nə olmasını bilməmiş, nə də bu barədə ondan soruşmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 göstərdi ki, o, Təqsirləndirilən şəxs1 ilə Qala qəsəbəsi Xaşaxuna Bağlar massivində qonşudur, dostluq münasibəti vardır. Pula ehtiyacı olduğundan, o, Həziyə oğurluq etməyi təklif etmiş, Həzi də razılaşmışdır. 16 iyul 2021-ci il tarixdə saat 03 radələrində yaşadıqları Xaşaxuna bağlar massivində əvvəlcədən gördüyü təmir olunan 1 mərtəbəli bağ evinin yanına birlikdə gəlib hasarı aşaraq həyətə daxil olmuşlar. O, həmin evin plastik pəncərəsini əli ilə itələyərək açmış, əvvəl özü, arxası ilə isə Həzi içəri daxil olmuşdur. Otaqlardan birində olan aspiratoru, qaz sobasını, su motorunu və 02 ədəd su kranını Həzi ilə birlikdə oğurlayıb əllərində daşıyaraq onun yaşadığı evin yaxınlığındakı sahibsiz bağ sahəsinə gətirib yarımçıq tikilinin içində gizlətmişlər. 18 iyul 2021-ci il tarixdə saat 19 radələrində tanışı - taksi sürücüsü Bəymurada zəng vuraraq ona satlıq ev əşyaları olmasını, Binə qəsəbəsinə aparmaq lazım olmasını bildirərək Xaşaxuna bağ massivində həmin yerə çağırmış və həmin əşyaları onun “VAZ-2107” markalı avtomobilinə yükləyib Həzi ilə birlikdə Binə qəsəbəsinə getmişlər. Orada o, Bəymuradla avtomobilin yanında qalmış, Həzi isə həmin qaz sobasını, aspiratoru, su motorunu və iki ədəd su kranını götürüb avtomobili idarə edərək onların yanından aralanıb Binə qəsəbəsində bilmədiyi ünvana kəndin içinə getmiş, təxminən 20 dəqiqə sonra geri qayıtmış və onlar həmin avtomobillə Xaşaxuna Bağlar massivindəki məhlələrinə qayıtmışlar. Həzi ona oğurluq əşyaların satışından əldə etdiyi puldan 30 manat xərclik vermiş, lakin ona həmin əşyaları neçəyə, kimə satmasını deməmiş, o da maraqlanmamışdır. Bundan başqa, o, 09 avqust 2021-ci il tarixdə qonşuluqunda yaşayan məhlə uşağı Amala kömək məqsədilə onun işlədiyi Zirə qəsəbəsinə yerləşən “OBA” marketə getmişdir. O Amala kömək etdikdən sonra qərara gəlmişdir ki, oradan da oğurluq etsin. Bu niyyətlə orada olan giriş-çıxış, kamera sistemini, seyfin açarının yerini dəqiqləşdirmişdir. 10 avqust 2021-ci il tarixdə saat 23:50 radələrində yaşadığı evdən çıxmışdır. Məhəllədə olarkən Həzini görüb oğurluq etmək məqsədini ona demiş və o da birlikdə həmin oğurluğu etməyə onunla razılaşmışdır. Bir müddət mağazanı müşahidə edərək ətrafda yaşayan sakinlərin yatmasını gözləmişlər. 11 avqust 2021-ci il tarixdə saat 01:50 radələrində Həzi ilə razılaşmışlar ki, o, bayırda pusquda qalsın və ətrafı müşahidə etsin, özü isə içəri girib mağazadan oğurluq etsin. Beləliklə, Həzi həmin vaxt 40 metr aralıda gözləyərək ətrafı müşahidə etməyə başlamış, o isə mağazanın arxada anbar hissəsinin qapısını yoxladıqda, qapısının açıq vəzyətdə olmasını aşkar etmiş və oradan içəri girib mağazanın kassasına yaxınlaşaraq seyfin açarını şkafdan götürüb seyfi açmış, orada olan pulları götürüb mağazadan çıxaraq Həzinin yanına getmiş və birlikdə mağazadan 100-150 metr aralanmışlar. Orada Həzi ilə birlikdə pulu saydıqda 1041 manat pul olmasını müəyyən etmişlər. O, Həziyə 500 manat vermiş, özü də 500 manat götürmüş, qalan 41 manatı isə siqaret və taksiyə vermişdir. Daha sonra, Xəzər RPİ-nin 1ci PŞ-nin əməkdaşları yaşadığı evə gələrək onun oğurluqda şübhəli olmağını bildirərək onu həmin PŞ-nə aparmışlar. Orada o, Həzi ilə birlikdə törətdiyi hər iki oğurluq hadisəsini etiraf etmiş və 500 manat pulu təhqiqatçıya qaytarmışdır. İş materiallarında olan üzləşdirmə protokolundan görünür ki, təqsirləndirilən şəxs Şahid1 istintaq zamanı verdiyi ifadəsini, yəni onunla birlikdə hər iki oğurluq cinayətlərini törətməsini Təqsirləndirilən şəxs1 üzünə qarşı deməklə bir daha təsdiq etmişdir. İş materiallarından görünür ki, cinayət işi üzrə maddi sübut kimi götürülmüş əşyalar qiymətləndirmə üçün təyin edilmiş mütəxəssis X18 təqdim edilmiş və müəyyən edilmişdir ki, 01 ədəd su və tualet kranını 60 manat; 04 ədəd taxta qapının hər birini 280 manat məbləğində olmaqla, cəmi 1120 manat; 01 ədəd istismar olunmuş “Zenx” markalı stabilizatoru 380 manat; 01 ədəd istismar olunmuş üzərində “adidas” sözü yazılmış velosiped 120 manat; 01 ədəd istismar olunmuş “LG” markalı kondisioneri (pultu və mühərrik hissəsi) 500 manat; 01 ədəd istismar olunmuş “Markus” markalı su mühərrikini 50 manat; “Zenit” markalı hidroforu isə 29 manat manat, ümumilikdə 79 manat; 01 ədəd istismar olunmuş və istifadəyə yararsız üzərində “O.P.İ.” yazıları olan dırnaq qaynaq aparatını 10 manat; 02 top istifadə olunmamış (1 top-100 metr) 2,5 mm-lik elektrik naqilləri hər bir topun qiyməti 80 manat olmaqla cəmi 160 manat; 03 büküm 22 metr uzunluğunda 6 mm-lik elektrik kabelinin cəmi 50 manat; 04 büküm (ağ rəngli) 16 metr uzunluğunda 4 mm-lik elektrik kabellərini cəmi 140 manat; 06 ədəd istismar olunmuş kiçik drellərdən üzərində “D550 GR”, “Bosch” yazıları olan və 02 ədəd yaşıl rəngli drellərin hər birinin dəyəri 100 manat olmaqla cəmi 400 manat; 01 ədəd narıncı və boz rəngil drellərin hər birinin dəyəri 67,5 manat olmaqla cəmi 135 manat; 01 ədəd istismar olunmuş böyük dreli 150 manat; 01 ədəd istismar olunmuş “euromax” markalı lobziki 30 manat; 01 ədəd istismar olunmuş “craft” markalı perefaratoru 165 manat; 01 ədəd istismar olunmuş “dera” markalı daş mişarını (laqonda) 115 manat; 02 ədəd istismar olunmuş stulu, hər birinin dəyəri 35 manat olmaqla cəmi 70 manat; 01 ədəd kustar üsulla hazırlanmış qaynaq aparatını 60 manat; 01 ədəd istismar olunmuş “Haomai” markalı qazolin generatoru 600 manat; 01 ədəd istismar olunmuş “İndesit” markalı paltaryuyanı 500 manat; 01 ədəd istismar olunmuş “LG” markalı paltaryuyanı 780 manat; 01 ədəd istismar olunmuş “Samsung ec silver” markalı paltaryuyanı 300 manat; 01 ədəd istismar olunmuş “Donar” markalı qaz (İran) sobasını 150 manat; 01 ədəd istismar olunmuş istifadəyə yararsız “Samsung” markalı maqnitafonu 20 manat; Kombi istilik sisteminin 01 ədəd istismar olunmuş aparatını 1100 manat; 01 ədəd istismar olunmuş sərinkeşi 70 manat; 02 ədəd istismar olunmuş plastik qapını hər birinin dəyəri 260 manat olmaqla cəmi 520 manat; 01 ədəd istismar olunmuş plastik pəncərə və nəfəsliyi 220 manat; 01 ədəd istismar olunmuş “ezel” markalı qaz sobasını 80 manat; 09 ədəd “Siemens” markalı avtomat elektrik açarını hər biri 10 manat olmaqla cəmi 90 manat; 02 ədəd led lampanın hər birinin dəyəri 5 manat olmaqla cəmi 10 manat; 02 ədəd “Schneider” markalı elektrik yuvasının hər birinin dəyəri 10 manat olmaqla cəmi 20 manat; 11 ədəd elektrik paylayıcı qutunun hər birinin dəyəri 2 manat olmaqla cəmi 22 manat; 02 ədəd “Schneider” markalı elektrik açarının hər birinin dəyəri 12 manat olmaqla cəmin 24 manat; 01 ədəd “Viko” markalı elektrik açarını 10 manat; 51 ədəd dəmir içlikli plastik muftaların (santexnik əşyaları) ümumi dəyəri 100 manat; 01 ədəd “Sunvave” markalı sensoru 15 manat; 32 ədəd 19 mm, 152x152 sm ölçüdə taxta diktlərin hər birinin dəyəri 30 manat olmaqla cəmi 960 manat; 40 ədəd 4 metrlik 5x15 ölçüdə taxtaların 1 m3 –i 320 manat olmaqla 7 m3 taxtaların ümumi dəyəri 2240 manat, taxta və diktlərin dəyəri cəmi 3200 manat qiymətləndirilmişdir və təqdim edilmiş əşyaların ümumilikdə dəyəri 11665 (on bir min altı yüz altmış beş) manat təşkil etmişdir. İş materiallarından görünür ki, ilkin araşdırma zamanı Xəzər RPİ-nin 1-ci PŞ-nin təhqiqatçısı, polis mayoru Natiq Ağamirzəyev tərəfindən tərtib edilmiş 02 noyabr 2021-ci il tarixli 24 noyabr 2021-ci il tarixli götürmə protokolları ilə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yaşadıqları evlərdən aşkar edilərək götürülmüş 01 ədəd su və tualet kranı, 04 ədəd taxta qapı, 01 ədəd “Zenx” markalı stabilizator, 01 ədəd stabilizator, 01 ədəd velosiped, 01 ədəd “LG” markalı kondisioner və pultu, 01 ədəd “Markus” markalı su mühərriki “Zenit” markalı hidroforla birlikdə, 01 ədəd “O.P.İ.” markalı dırnaq qaynaq aparatı, 02 top (1 top-100 metr) 2,5 mm-lik elektrik naqilləri, 03 büküm 22 metr uzunluğunda 6 mm-lik elektrik kabeli, 04 büküm (ağ rəngli) 16 metr uzunluğunda 4 mmlik elektrik kabelləri 06 ədəd kiçik, 01 ədəd böyük drel, 01 ədəd “euromax” markalı lobzik, 01 ədəd “craft” markalı perefarator, 01 ədəd “dera” markalı daş mişarı, 02 ədəd stul, 01 ədəd kustar üsulla hazırlanmış qaynaq aparatı, 01 ədəd “Haomai” markalı qazolin generator, 01 ədəd “indesit” markalı paltaryuyan, 01 ədəd “LG” markalı paltaryuyan, 01 ədəd “Samsung ec silver” markalı paltaryuyan, 01 ədəd qaz (İran) sobası, 01 ədəd “Samsung” markalı maqnitafon, kombi istilik sisteminin 01 ədəd aparatı, 01 ədəd sərinkeş, 02 ədəd plastik qapı, 01 ədəd plastik pəncərə, 01 ədəd plastik nəfəslik, 01 ədəd “ezel” markalı qaz sobası, 09 ədəd “Siemens” markalı avtomat elektrik açarı, 02 ədəd led lampa, 02 ədəd “Schneider” markalı elektrik yuvası, 11 ədəd elektrik paylayıcı qutu, 02 ədəd “Schneider” 01 ədəd “Viko” markalı elektrik açarı, 51 ədəd dəmir içlikli plastik mufta (santexnik əşyaları), 01 ədəd “Sunvave” markalı sensor və 32 ədəd 19 mm, 152x152 sm ölçüdə taxta dikt və 40 ədəd 4 metrlik 5x15 ölçüdə taxta mühüm sübut əhəmiyyti kəsb etdiynə görə iş üzrə maddi sübut kimi tanınmış, onlardan bəzilərinin istifadəsi və mühafizəsi üçün zərəçəkmiş şəxslərin özlərinə qaytarılması nəzərə alınaraq digərləri saxlanılması üçün Xəzər RPİ-nin saxlanc anbarına verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşadıqları evlərdən aşkar edilərək götürülmüş və Xəzər RPİ-nin saxlanc anbarına verilmiş maddi sübutlar zərərçəkmiş şəxslərə qaytarılmışdır. İş materiallarında olan və zərərçəkmiş şəxslər tərəfindən yazılaraq məhkəməyə təqdim edilmiş ərizələrdən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara dəymiş maddi ziyanı tamamilə ödəmişlər. Buna görə də onların təqsirləndirilən şəxslərdən heç bir şikayətləri, tələbləri yoxdur və gələcəkdə də olmayacaqdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 26 avqust 2021-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 09 dekabr 2021-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgə əmlakını gizli olaraq talayaraq xeyli miqdarda ziyan vurmaqla təkrar oğurluq cinayətini törətməsi onun özünün qismən etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə Təqsirləndirilən şəxs1 məhkəmə iclasında özünü qismən təqsirli bilməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünümüdafiə xarakteri daşıyır və cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgə əmlakını gizli olaraq talayaraq xeyli miqdarda ziyan vurmaqla təkrar oğurluq cinayətini törətməsi məhkəmə baxışı zamanı onun özünün qismən etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxslərin, şahidlərin ifadəsi və cinayət işinin digər materialları ilə də tamamilə sübuta yetirilir. Məhkəmə Təqsirləndirilən şəxs2 məhkəmə iclasında özünü qismən təqsirli bilməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünümüdafiə xarakteri daşıyır və cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs1 cinayət əməlləri Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə və Təqsirləndirilən şəxs2 cinayət əməlləri Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir və onlar törətdikləri cinayətlərə görə cəza almalıdırlar. Məhkəmə Təqsirləndirilən şəxs1 ilk dəfə törətdiyi əməlləri qismən etiraf edərək peşman olmasını, dəymiş ziyanı tamamilə ödəyərək zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, zərərçəkmiş şəxslərin ondan heç bir şikayətinin və ya digər tələblərinin olmamasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran – Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs2 ilk dəfə törətdiyi əməlləri qismən etiraf edərək peşman olmasını, dəymiş ziyanı tamamilə ödəyərək zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, zərərçəkmiş şəxslərin ondan heç bir şikayətinin və ya digər tələblərinin olmamasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran – Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduqları cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə, onların şəxsiyyətinin digər xüsusiyyətlərinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasını çəkməsinin əvvəli tutulduğu 02 noyabr 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 02 noyabr 2021-ci il tarixdən hesablanmış, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs2 cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli tutulduğu 02 noyabr 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalında həbsə alınmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübutlar - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşadıqları evlərdən aşkar edilərək götürülmüş və Xəzər RPİ-nin saxlanc anbarına təhvil verilmiş əmlakların zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınmalıdır. İş üzrə zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanın tamamilə ödənilməsi nəzərə alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslərə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə və Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkilləri X9, X19, Müdafiəçi1 və X7 Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X14 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə 210,00 (iki yüz on) manat, Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə 180,00 (bir yüz səksən) manat, Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X22 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə 210,00 (iki yüz on) manat, Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X12 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə 180,00 (bir yüz səksən) manat, ümumilikdə 780,00 (yeddi yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli tutulduğu 02 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli tutulduğu 02 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübutlar - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşadıqları evlərdən aşkar edilərək götürülmüş və Xəzər RPİ-nin saxlanc anbarına təhvil verilmiş əmlakların zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınsın. İş üzrə zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanın tamamilə ödənilməsi nəzərə alınsın. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X14 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə 210,00 (iki yüz on) manat, Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə 180,00 (bir yüz səksən) manat, Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X22 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə 210,00 (iki yüz on) manat, Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X12 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə 180,00 (bir yüz səksən) manat, ümumilikdə 780,00 (yeddi yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/hAZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №1(003)-145/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-145/2022
04.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver