Məhkəmə qərarları › İş №1(003)-146/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-146/2021

18.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-146/2021 18.02.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət X1 Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxsin hüquqi varisi X4, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, Azərbaycanlı, evli, orta ixtisas təhsilli, «Sea Breeze» restoranda ofisiant işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydasını pozması, ehtiyyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, ittiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs, xx.xx.2020-ci il tarixdə saat 18:00 radələrində özünə məxsus idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “BMW-320 İ” markalı, **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Mərdəkan-Hava Limanı şossesi ilə üzü Mərdəkan qəsəbəsi istiqamətində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq hərəkətə başlama, yerdəyişmə, dönmə zamanı manevrin təhlükəsiz olmasını və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı olduğu halda bunlara əməl etməyərək Mərdəkan-Hava Limanı şossesinin Xəzər rayonu ərazisindən keçən 16-cı km-də üzü Mərdəkan qəsəbəsi istiqamətində yolun sağ tərəfində fəaliyyət göstərən “Grandmart” mağazasının qarşısında 5 zolaqlı yolun 2-ci hərəkət zolağı ilə 3-cü hərəkət zolağı arasındakı qırıq-qırıq xəttin üzərində dayanmış piyada, xx.xx.1980-ci ildə Bakı şəhərində doğlumuş Zərərçəkmiş şəxs avtomobilin qabaq tərəfi ilə vuraraq ehtiyyatsızlıqdan ona burun əsasının, sol üst göz qapağının, alt dodağın, sağ bazunun yuxarı üçdə birinin, sol budun orta üçdə birinin əzilmiş yaraları; hər iki gözaltı nahiyyənin qançırı; sağ bazunun, sağ qalça darağı proyeksiyasının, sağ budun yuxarı üçdə birinin, sol budun orta üçdə birinin, sağ baldırın qançırları; alt çənənin sağ qalça darağı proyeksiyasının, sağ baldırın orta üçdə birinin sıyrıqları; başın yumşaq toxumalarının iç səthinə, beyin toxumasına və beynin yumşaq qişasına geniş qansızmalar; baş beynin ağır dərəcəli əzilməsi; baş beynin ənsə pay üzərində epidural hematoma; alın sümüyünün basılmış, qəlpəli sınığı; burun sümüyünün qəlpəli, yerdəyişən qapalı sınığı; hər iki almacıq sümüklərinin qəlpəli, yerdəyişən qapalı sınıqları; alt çənədə 3 ədəd ön kəsici dişlərin travmatik sınığı; sağ kürək sümüyünün qəlpəli, yerdəyişən qapalı sınığı; sağ baldır sümüklərinin qəlpəli, yerdəyişən qapalı sınığı; iki tərəfli pnevmotraks; sağ tərəfli hemotraks ilə müşayiət olunan, Zərərçəkmiş şəxs xx.xx.2020-ci il tarixdə saat 07:30-da müalicə olunduğu 3 saylı Şəhər Klinik Xəstəxanasında ölməsi, bununla da Zərərçəkmiş şəxs ölümü ilə birbaşa səbəbli əlaqə təşkil edən, dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə səbəb olmuş xəsarətlər yetirməklə yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü təqsirli bilərək göstərdi ki, Nardaran qəsəbəsində fəaliyyət göstərən «Sea Breeze» istrahət mərkəzinin nəznində fəaliyyət göstərən otelin restoranında ofisiant işləyir. xx.xx.2020-ci il tarixdə Bakı-Mərdəkan avtomobil yolunun soldan ikinci hərəkət zolağı ilə idarə etdiyi və özünə məxsus BMW-320 markalı, **-EO-*** dövlət qeydiyyat nişanlı minik avtomaşını ilə saatda 110 kilometr sürətlə hərəkət edərək işə getmiş, həmin vaxt maşında ondan başqa iş yoldaşı Şahid4 olmuşdur. Həmin yolda yerləşən «Grandmart» supermarketinin qarşısına yaxınlaşanda onun idarə etdiyi avtomobilin qarşında olan və yolun soldan birinci hərəkət zolağı ilə hərəkət edən avtomaşınların sürətini azaltdıqlarını görüb sağa dönmə işığını yandıraraq sürətini azaldıb sağa, yəni yolun üçüncü hərəkət zolağına çıxmışdır. Hərəkət zolağına çıxanda onun hərəkət etdiyi üçüncü hərəkət zolağı ilə ikinci hərəkət zolağı arasında olan qırıq xəttin üzərində bir nəfər tanımadığı piyada qadının dayandığını görmüş, piyada ilə onun arasında 8 metr məsafə olmuş, piyadanı vurmamaq üçün əyləci basaraq maşının sükanını sağ tərəfə çəkmiş, ancaq buna baxmayaraq piyadanı vurmuşdur. Zərbə nəticəsində piyadanın başı maşının alın şüşəsinə dəymiş və bundan sonra o, yerə yıxılmışdır. Dərhal maşını sağa çəkib yolun kənarında saxlamış və düşüb yerdə uzanıqlı vəziyyətdə olan həmin piyadaya yaxınlaşmışdır. Əvvəl onu öz maşınına qoyub xəstəxanaya aparmaq istəmiş, ancaq sonra təcili yardıma zəng edib hadisə yerinə çağırmış, bir neçə dəqiqədən sonra təcili yardım gəlib həmin piyada qadını 3 saylı Şəhər Kliniki Xəstəxanasına aparmışdır. Özü də təcili yardım maşınını xəstəxanayadək müşayət etmişdir. Xəstəxanada həmin qadını reanimasiya şöbəsinə yerləşdirmişlər. Məlum olmuşdur ki, vurduğu şəxs Zərərçəkmiş şəxsdır. Həmin günü polisdə araşdırma aparılmış, hadisə yerini göstərmiş, hadisə yerinə baxış keçirilmiş, izahatı alınmış, sərxoşluq hallarının müəyyən edilməsi ilə əlaqədar tibbi müayinədən keçirilmişdir. 5 gün ərzində vurduğu Zərərçəkmiş şəxs müalicəsi üçün bütün tədbirləri görmüşdür. xx.xx.2020-ci il tarixdə isə Zərərçəkmiş şəxs vəfat etmişdir. Bundan sonra onun dəfn xərclərini, yas mərasiminin xərclərini ödəmiş, hazırda da ailəsinə köməklik etməkdədir. YNH-nin xx.xx.2020-ci il tarixdə təxminən saat 18:00-da baş verdiyini, piyadanı vuran zaman maşınının sürətinin 80 km/saat olduğunu, hadisə zamanı özünün və sərnişin Şahid4 xəsarət almadığını, məhkəmə tibbi müayinədən keçmədiklərini və tibb müəssisəsinə müraciət etmədiklərini, idarə etdiyi avtomaşının hadisədən əvvəl texniki vəziyyətində hər hansı nasazlıq olmadığını, on iki il sürücülük təcrübəsi olduğunu və «BC» kateqoriyalı sürücü olaraq «AC 732371» nömrəli sürücülük vəsiqəsinə malik olduğunu əlavə etmişdir. Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, əməlini səmimi olaraq etiraf etdiyini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışdığını, zərərçəkmiş şəxsin hüquqi varisinin şikayəti və tələbinin olmadığını bildirərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Belə ki, məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi X9 göstərdi ki, atası X10, bacısı X8, qardaşı X11 ilə birlikdə yaşayır. xx.xx.1980-ci ildə Bakı şəhərində doğulmuş Zərərçəkmiş şəxs onun anasıdır. Anası Validə vəfat edənə kimi onlarla eyni evdə yaşamışdır. Anası Validə «Hicaz» firmasında Mecendaizer vəzifəsində işləmişdir. Bu işdə işləməklə müxtəlif qida məhsulları satışı mağazalarına «Hicaz» firmasının məhsullarının satışı rəflərini qurmuşdur. xx.xx.2020-ci il tarixdə saat təxminən 20 radələrində işdən evə gəlmiş, həmin vaxt anasının iş yoldaşlarından kimsə ona məlumat vermişdir ki, xx.xx.2020-ci il tarixdə saat 18 radələrində Bakı-Mərdəkan yolunun Xəzər rayonu ərazisindən keçən hissəsində Validəni BMW-320 İ markalı, **-EO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil vurub, sonra 3 saylı Şəhər Kliniki Xəstəxanasına aparıb. X13 ilə birlikdə həmin xəstəxanaya getmişdir. Orada məlum olmuşdur ki, qəza törətmiş avtomobilin sürücüsü Təqsirləndirilən şəxs olub və anasını xəstəxanaya gətirilməsi, onun tibbi yardım alması üçün bütün tədbirləri görmüşdür. Növbəti gün sürücü və onun atası da xəstəxanaya gəlmişdir, orada tanış olmuşlar. Sürücü Təqsirləndirilən şəxs anasının müalicə olunması üçün əlavə həkimlər dəvət etmiş, 5 gün ərzində anası xəstəxanada müalicə olunmuş, onun həyatını qurtarmaq üçün bütün tədbirlər görülmüşdür. Lakın anası Zərərçəkmiş şəxs aldığı xəsarətlər səbəbindən yerləşdirildiyi 3 saylı Şəhər Kliniki Xəstəxanasında xx.xx.2020-ci il tarixdə ölmüşdür. Təqsirləndirilən şəxs bu hadisəni ehtiyatsızlıqdan törətdiyindən, dəfn və sonrakı günlərdə ona və ailə üzvlərinə maddi və mənəvi köməklik etdiyindən, onun barəsində heç bir şikayəti və ondan tələbi yoxdur. Zərərçəkmiş şəxsin hüquqi varisi X9 ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyini, Təqsirləndirilən şəxs şikayət və tələbinin olmadığını, onunla barışıq əldə etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 Stanislavoviç bildirdi ki, Nardaran qəsəbəsində fəaliyyət göstərən «Sea Breeze» istrahət mərkəzinin nəznində fəaliyyət göstərən otelin restoranında menecer işləyir. xx.xx.2020-ci il tarixdə iş yoldaşı Sərxanla Bakı-Mərdəkan yolunun soldan ikinci hərəkət zolağı ilə ona məxsus olan və onun özü idarə etdiyi BMW-320 İ markalı, **-EO-*** dövlət qeydiyyat nişanlı minik avtomaşını ilə saatda 110 kilometr sürətlə işə getmişlər. Həmin vaxt maşında Sərxalna olmuşdur. Həmin yolda yerləşən «Grandmart» supermarketinin qarşısına yaxınlaşanda onların qarşısında olan və yolun soldan birinci hərəkət zolağında olan avtomaşınların sürətini azaltdıqlarını görüb Sərxan sağa dönmə işığını yandıraraq sürətini azaldıb sağa, yəni yolun üçüncü hərəkət zolağına çıxmışdır. Hərəkət zolağına çıxanda onların hərəkət etdiyi üçüncü hərəkət zolağı ilə ikinci hərəkət zolağı arasında olan qırıq xəttin üzərində bir nəfər tanımadığı piyada qadının dayandığını görmüşlər. Həmin vaxt piyada ilə onların arasında 8 metr məsafə olmuşdur. Sərxan həmin piyadanı vurmamaq üçün əyləci basaraq maşının sükanını sağ tərəfə çəkmiş, ancaq buna baxmayaraq piyadanın sol ayağından vurmuşdur. Zərbə nəticəsində piyadanın başı maşının alın şüşəsinə dəymiş və bundan sonra piyada yerə yıxılmışdır. Sərxan dərhal maşını sağa çəkib yolun kənarında saxlamış və onlar düşüb yerdə uzanılı vəziyyətdə olan həmin piyadaya yaxınlaşmışlar. Sərxan əvvəl onu öz maşınına qoyub xəstəxanaya aparmaq istəmiş, ancaq sonra təcili yardıma zəng edib hadisə yerinə çağırmışdır. Bir neçə dəqiqədən sonra təcili yardım gəlmiş və həmin piyada qadını Sabunçu rayonunda yerləşən xəstəxanaya aparmışdır. Sərxan maşını idarə etmiş və həmin təcili yardım maşınını xəstəxanayadək müşayət etmişlər. Xəstəxanada həmin qadını reanimasiya şöbəsinə yerləşdirmişlər. Aparılmış ibtidai istintaq zamanı şahid qismində izahatı alınmış X10 məhkəmə iclasında iştirak etmədiyi üçün onun izahatı məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş X5 ibtidai istintaq zamanı verdiyi izahatında qeyd edilmişdir ki, oğlu Vaqif Xəlilli, Vahid Xəlilli, qızı Səbunə Xəlilli ilə birlikdə yaşayır. xx.xx.1980-ci ildə Bakı şəhərində doğulmuş Zərərçəkmiş şəxs onun mərhum arvadıdır. Arvadı Validə vəfat edənə kimi onunla eyni evdə yaşamışdır. Validə «Hicaz» firmasında Mecendaizer vəzifəsində işləmiş və «Hicaz» firmasının məhsullarının satışı rəflərini mağazalarda qurmaq işini icra etmişdir. Səhhətində yaranmış problemlərlə bağlı evdə olmuş və xx.xx.2020-ci il tarixdə saat təxminən 20 radələrində oğlu Vahid işdən evə gəlmişdir. Həmin vaxt arvadı Validənin iş yoldaşlarından kimsə məlumat vermişdir ki, xx.xx.2020-ci il tarixdə saat 18 radələrində Bakı- Mərdəkan yolunun Xəzər rayonu ərazisindən keçən hissəsində onu BMW- 320 İ markalı, **-EO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil Validəni vurub, sonra 3 saylı Şəhər Kliniki Xəstəxanasına aparıb. Səbunə və Vahid Xəlilli birlikdə həmin xəstəxanaya getmişlər. Orada məlum olmuşdur ki, qəza törətmiş avtomobilin sürücüsü Təqsirləndirilən şəxs olub və arvadının xəstəxanaya gətirilməsi, onun tibbi yardım alması üçün bütün tədbirləri görmüşdür. Növbəti gün sürücü və onun atası da xəstəxanaya gəlmiş, sonra evlərinə gəlmiş, beləcə tanış olmuşlar. Sürücü Təqsirləndirilən şəxs arvadının müalicə olunması üçün əlavə həkimlər dəvət etmişdir. 5 gün ərzində Validə xəstəxanada müalicə olunmuş, onun həyatının qurtarılması üçün bütün tədbirlər görülmüş, lakın arvadı Zərərçəkmiş şəxs aldığı xəsarətlər səbəbindən yerləşdirildiyi 3 saylı Şəhər Kliniki Xəstəxanasında xx.xx.2020-ci il tarixdə ölmüşdür. Həqiqətən də sürücü Təqsirləndirilən şəxs mərhum Zərərçəkmiş şəxs sağlığına qovuşması üçün bütün tədbirləri görmüşdür. Həmçinin onun dəfn mərasimini həyata keçirmiş, bütün zəruri xərcləri ödəmişdir. Təqsirləndirilən şəxs bu hadisəni ehtiyatsızlıqdan törətdiyindən, dəfn və sonrakı günlərdə ona və ailə üzvlərinə maddi və mənəvi köməklik etdiyindən, onun barəsində heç bir şikayəti və ondan tələbi yoxdur. Həmçinin arvadı Zərərçəkmiş şəxs hüquqi varisi qismində oğlu X4 tanınmasını arzu etdiyini bildirmiş, özünün hüquqi varis qismində tanınmaqdan imtina etdiyini əlavə etmişdir. Aparılmış ibtidai istintaq zamanı şahid qismində izahatı alınmış X8 məhkəmə iclasında iştirak etmədiyi üçün onun izahatı məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş X3 ibtidai istintaq zamanı verdiyi izahatında qeyd edilmişdir ki, atası X10, qardaşları X11 və X9 ilə birlikdə yaşayır. xx.xx.1980-ci ildə Bakı şəhərində doğulmuş Zərərçəkmiş şəxs onun anasıdır. Anası Validə vəfat edəndə onlarla birlikdə eyni evdə yaşayıb. xx.xx.2020-ci il tarixdə saat təxminən 20 radələrində qardaşı Vahid işdən evə gəlmiş, həmin vaxt anasının iş yoldaşlarından kimsə məlumat vermişdir ki, xx.xx.2020-ci il tarixdə saat 18 radələrində Bakı-Mərdəkan yolunun Xəzər rayonu ərazisindən keçən hissəsində Validəni BMW-320 İ markalı, **-EO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil vurub, sonra 3 saylı Şəhər Kliniki Xəstəxanasına aparıb. X14 ilə birlikdə həmin xəstəxanaya getmiş, orada məlum olmuşdur ki, qəza törətmiş avtomobilin sürücüsü Təqsirləndirilən şəxs olub və anasını xəstəxanaya gətirilməsi, onun tibbi yardım alması üçün bütün tədbirləri görmüşdür. Növbəti gün sürücü və onun atası da xəstəxanaya gəlmişdir, orada tanış olmuşlar. Sürücü Təqsirləndirilən şəxs anasının müalicə olunması üçün əlavə həkimlər dəvət etmiş, 5 gün ərzində anası xəstəxanada müalicə olunmuş, onun həyatını qurtarmaq üçün bütün tədbirlər görülmüşdür. Lakın anası Zərərçəkmiş şəxs aldığı xəsarətlər səbəbindən yerləşdirildiyi 3 saylı Şəhər Kliniki Xəstəxanasında xx.xx.2020-ci il tarixdə ölmüşdür. Təqsirləndirilən şəxs bu hadisəni ehtiyatsızlıqdan törətdiyindən, dəfn və sonrakı günlərdə ona və ailə üzvlərinə maddi və mənəvi köməklik etdiyindən, onun barəsində heç bir şikayəti və ondan tələbi yoxdur. Həmçinin anası Zərərçəkmiş şəxs hüquqi varisi qismində qardaşı X4 tanınmasını arzu etdiyini, özünün hüquqi varis qismində tanınmaqdan imtina etdiyini əlavə etmişdir. Aparılmış ibtidai istintaq zamanı şahid qismində izahatı alınmış X11 məhkəmə iclasında iştirak etmədiyi üçün onun izahatı məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş X6 ibtidai istintaq zamanı verdiyi izahatında qeyd edilmişdir ki, atası X10, bacısı X8, qardaşı X9 ilə birlikdə yaşayır. xx.xx.1980-ci ildə Bakı şəhərində doğulmuş Zərərçəkmiş şəxs onun anasıdır. Validə vəfat edənə kimi onlarla eyni evdə yaşamışdır. xx.xx.2020-ci il tarixdə Türkiyə Respublikasında olmuşdur. xx.xx.2020-ci il tarixdə ailə üzvləri ona məlumat vermişlər ki, xx.xx.2020-ci il tarixdə saat 18 radələrində Bakı-Mərdəkan yolunun Xəzər rayonu ərazisindən keçən hissəsində onu BMW-320 İ markalı, **-EO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil anası Validəni vurub, sonra 3 saylı Şəhər Kliniki Xəstəxanasına aparıb. Qardaşı Vahid və X13 birlikdə həmin xəstəxanadadırlar. Orada məlum olub ki, qəza törətmiş avtomobilin sürücüsü Təqsirləndirilən şəxs olub və anasının xəstəxanaya gətirilməsi, onun tibbi yardım alması üçün bütün tədbirləri görmüşdür. Hər gün qardaşı ilə telefon əlaqəsi saxlamış və anasının vəziyyəti ilə maraqlanmışdır. Həqiqətən də sürücü Təqsirləndirilən şəxs anası Validənin sağlığına qovuşması üçün bütün tədbirləri görmüşdür. Həmçinin anasının dəfn mərasimini həyata keçirmiş, bütün zəruri xərcləri ödəmişdir. Təqsirləndirilən şəxs bu hadisəni ehtiyatsızlıqdan törətdiyindən, dəfn və sonrakı günlərdə ona və ailə üzvlərinə maddi və mənəvi köməklik etdiyindən, onun barəsində heç bir şikayəti və ondan tələbi yoxdur. Həmçinin anası Zərərçəkmiş şəxs hüquqi varisi qismində qardaşı X4 tanınmasını arzu etdiyini, özünün hüquqi varis qismində tanınmaqdan imtina etdiyini əlavə etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X12-Təcrübi və Tədris Birliyinin xx xxxxxx 2020-ci il tarixli, 143 saylı ekspert rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyitinin məhkəmə-tibbi ekspertizasında burun əsasının, sol üst göz qapağının, alt dodağın, sağ bazunun yuxarı üçdə birinin, sol budun orta üçdə birinin əzilmiş yaraları; hər iki gözaltı nahiyyənin qançırı; sağ bazunun, sağ qalça darağı proyeksiyasının, sağ budun yuxarı üçdə birinin, sol budun orta üçdə birinin, sağ baldırın qançırları; alt çənənin sağ qalça darağı proyeksiyasının, sağ baldırın orta üçdə birinin sıyrıqları; başın yumşaq toxumalarının iç səthinə, beyin toxumasına və beynin yumşaq qişasına geniş qansızmalar; baş beynin ağır dərəcəli əlilməsi; baş beynin ənsə pay üzərində epidural hematoma; alın sümüyünün basılmış, qəlpəli sınığı; bunu sümüyünün qəlpəli, yerdəyişən qapalı sınığı; hər iki almacıq sümüklərinin qəlpəli, yerdəyişən qapalı sınıqları; alt çənədə 3 ədəd ön kəsici dişlərin travmatik sınığı; sağ kürək sümüyünün qəlpəli, yerdəyişən qapalı sınığı; sağ baldır sümüklərinin qəlpəli, yerdəyişən qapalı sınığı; iki tərəfli pnevmotraks; sağ tərəfli hemotraks küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri qərarda göstərilən vaxtda, yəni xx.xx.2020-ci il tarixdə hərəkətdə olan avtomaşının qabarıq hissələri ilə vurulması nəticəsində əmələ gələ bilən xəsarətlər aşkar edilmişdir. Qeyd olunan xəsarətlər həyat üçün təhlukəli olan, satlamlığı Ağır dərəcəli zərərvurmanın əlamətlərinə malikdirlər və baş vermiş ölümlə birbaşa səğəli əlaqəlidirlər. Zərərçəkmiş şəxs ölümünə səbəb başbeyin toxumasına və beynin yumşaq qişasına geniş qansızmalar olmuşdur. Mərhum Zərərçəkmiş şəxs ölümü xx.xx.2020-ci ildə, saat 07:30-da 3 saylı Şəhər Klinik Xəstəxanasında baş vermişdir (3 saylı Şəhər Klinik Xəstəxanasında tərtib olunmuş C4151 saylı xəstəlik tarixinə əsasən). İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2021-ci il tarixli, 8/2291 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən “BMW-320 İ” markalı, **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarına əlavə edilmiş sərxoşluq vəziyyətinin tibbi müayinəsinin xx xxxxxx 2020-ci il tarixli, 2/18351 saylı aktından görünür ki, Təqsirləndirilən şəxs alkoqol, OPİ, THC, TML qəbul edilməsi və istifadəsi halları aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nə dair xx.xx.2020-ci il tarixli tələbnaməsindən görünür ki, xx xxxxxx 1986-cı ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. İş materiallarına əlavə olunmuş zərərçəkmiş şəxsin hüquqi varisi X4 məhkəməyə ünvanladığı xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın qismən ödənildiyini, Təqsirləndirilən şəxs şikayət və tələbinin olmadığını, aralarında barışıq əldə edildiyini qeyd etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 28.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq hüququ vardır.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikası Konstitusiyasının 125.7-ci maddəsinə əsasən “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələrə həmçinin izah edilsin ki, bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir.” “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən “Yol hərəkəti haqqında Qanun yollarda nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz və rahat hərəkətini təşkil etmək məqsədi ilə kompleks tədbirlər həyata keçirilməsi, yol hərəkəti ilə bağlı insanların həyatının və sağlamlığının qorunması, ətraf mühitin, xüsusi, bələdiyyə və dövlət əmlakının mühafizəsi, yol-nəqliyyat hadisələrinin qarşısının alınması və onların ağırlıq dərəcəsinin aşağı salınması üçün tədbirlər görülməsinin hüquqi əsaslarını və bu sahədə dövlətin, habelə yol hərəkəti iştirakçılarının hüquqlarını və vəzifələrini müəyyən edir.” Həmin Qanunun 36.3-cü maddəsinə əsasən “Yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar.” Həmin Qanunun 50.1-ci maddəsinə əsasən “Sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir.” Həmin Qanunun 81-ci maddəsinə əsasən “Bu qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə təqsirləndirilən şəxsin himayəsində üç azyaşlı uşağının olmasını, törətdiyi əməldən səmimi peşmançılığını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, zərərçəkmiş şəxsin hüquqi varisinə dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ondan şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən “Cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən haldır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən “Zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən haldır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən “Cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən haldır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən “Cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən “Bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz.” Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq ona cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən “Xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır.” Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinə əsasən “Bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda-üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərarında göstərilmişdir ki, “Əlavə cəzalar - müstəqil tətbiq edilməyən, yalnız əsas cəzalara qoşulan cəza növüdür. Lakin əsas cəza kimi əlavə cəzalar da cəzaların tənbeh təsirinin gücləndirilməsi, gələcəkdə yeni cinayət törədilməsinin qarşısının alınması, sosial ədalətin bərpası və vurulmuş zərərin ödənilməsi məqsədi ilə tətbiq edilir. Əlavə cəzaların sosial əhəmiyyəti onda ifadə olunur ki, onlar cinayət məsuliyyətinin daha uğurlu fərdiləşdirilməsinin təminatını möhkəmləndirir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, CM-nin 45-ci maddəsinin mənasına görə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəza ictimai işlər, islah işləri, intizam xarakterli-hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarına, əsas cəzanın şərti olaraq tətbiq edilibedilməməsindən asılı olmayaraq, əlavə cəza kimi bir ildən beş ilədək müddətə təyin olunur. Bu növdə əlavə cəzanın səmərəli şəkildə icra olunmasının təmin edilməsi məqsədilə, həbelə şəxsin əməllərinin düzgün tövsif edilməsi üçün sürücülük vəsiqəsinin sübut əhəmiyyətli sənəd olmasını nəzərə alaraq, müvafiq qərar əsasında təqsirləndirilən şəxsin sürücülük vəsiqəsinin əsli götürülməli, cinayət işinə əlavə edilməli və ittiham hökmü qanuni qüvvəyə minənəndək iş materiallarında saxlanılmalı, hökm qanuni qüvvəyə mindikdən sonra isə icra sənədləri ilə birlikdə müvafiq icra hakimiyyəti orqanına göndərilməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), habelə CM-nin 60.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növü kimi azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, təyin ediləcək əsas cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalıdır. İş üzrə 100 (bir yüz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında xx xxx 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (Dövlət Xəzinadarlığı Agentliyi, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat, Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 15 saata görə 90 (doxsan) manat, ümumilikdə 210 (iki yüz on) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı hüquq məsləhətxanasının hesablaşma hesabına (“xxxx” ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB**********1700266117, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar