Məhkəmə qərarları › İş №1(003)-146/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-146/2025

12.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-146/2025 12.03.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qiyasova Səbinə Ağacan qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxsin hüquqi varisi X8, Təqsirləndirilən şəxs, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1979-cu ildə Keşişkənd rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozundakı nömrəsiz fərdi evdə qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci üdən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Xəzər RETSİ-nin mühəndisi vəzifəsində işləyərkən, işlərin təhlükəsiz görülməsi və əməyin mühafizəsi qaydalarına əməl olunmasını təşkil etmək vəzifəsi həvalə olunmuş və digər səlahiyyətlərə malik şəxs kimi Xəzər RETSİ-nin Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində “X2 892”-dən əlavə 0.4 kilovoltluq “SİP” (özünüdaşıyan izolyasiyalı naqil) tipli kabel xəttinin çəkilməsi işinin icrası ilə əlaqədar 07 avqust 2024-cü il tarixli 225 nömrəli “Naryad-buraxılış” sənədi ilə yaradılmış briqadaya və işə rəhbərlik etmək üçün qeyd olunan naryadı imzalayaraq qəbul etdiyi iş sahəsində texniki-təhlükəsizlik qaydalarını təmin etmədən, yəni müvafiq açılmalar aparılmaqla iş yerində gərginliyin olmasını aradan qaldırmadan və iş yerində torpaqlama qoymadan briqada üzvləri arasında iş bölgüsü aparmaqla Şahid3 və Şahid2 yerdəki kabelləri açmaları, Şahid1 və elektrik-montyoru X7 həmin kabelləri saxlayan asılqanların elektrik dayaqlarına bərkitmələri barədə göstəriş verərək briqadanın 07 avqust 2024-cü il tarixdə işə başlamasını təşkil etmiş, bununla da, 07 avqust 2024-cü il tarixli “Naryad-buraxılış” sənədinin tələblərinə əsasən, iş prosesi zamanı üzərinə təhlükəsizlik qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş cavabdeh şəxs olaraq həmin vaxt Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində “KTM 892”-dən əlavə 0.4 kv-luq SİP kabel xəttinin çəkilməsi işinin aparılması zamanı iş yerinin yaxınlığında olan qurğulara elektrik enerjisinin verilişinin dayandırılmasını təmin etmədiyindən, "'Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası”nın 3.1.1.1 bəndinin və “Elektrik təhlükəsizliyi. Ümumi tələblər. 12.1.019-79 Dövlət standartı”nın 3.4.1 bəndinin tələblərinə riayyət etməli olduğu halda, qeyd olunan tələblərə əməl etməyib, onun tərəfindən texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə olunmuş şəxs kimi bu qaydaların pozulması, 07 avqust 2024-cü il tarixdə saat 09.30 radələrində X4 Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində “KTM 892”-dən əlavə 0.4 kv-luq “SİP” (özünüdaşıyan izolyasiyalı naqil) tipli kabel xəttinin çəkilməsi işinin aparılması zamanı sonuncunun 3 fazalı elektrik hava xəttinin metal dayağında sağ qolunun faza xəttindəki açıq hissəyə toxunmaqla gərginliyə düşərək elektrik cəryanı vurması nəticəsində, ehtiyatsızlıqdan sağ bazunun yuxarı üçdə birinin ön səthində, sağ dirsək çuxurunda yaranmış elektrik nişanələri (izləri) elektrik cərəyanı olan naqilin yerli təsirindən törənməklə, ümumilikdə kəskin tənəffüs və ürək çatışmazlığı ilə müşaiyət olunduğuna görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmanın əlamətlərinə malik istehsalat xəsarətləri almasına, eyni zamanda zərərçəkmişin almış olduğu həmin istehsalat xəsarətlərinin təsirindən ölümünə səbəb olmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, xx.xx.2024-cü il tarixdə işə başlayan zaman asılqanlar vurulub kabel açılmalı olmuşdur. Kabel yerdən açıldığına görə mövcud xətdən 20-30 santimetr aşağıdan vurmalıdır. Çünki ona toxunmaq lazım gəlmir. Kabelin üzü izolyasiyalı olmuşdur. Həmin zaman mərhum Cəsarəti nəzarətsiz buraxmışdır. Mərhum onun icazəsi olmadan dayağa qalxmamalı idi. Lakin bir anlıq orda işləyən digər əməkdaşlara nəzarət edən zaman mərhumu nəzarətsiz buraxmış və sonuncunun dayağda naqillətdə olan elektrik cəryanının vurması nəticəsi bədbəxt hadisə baş vermişdir. 2018-ci ildən hadisə baş verənədək X13 Təchizat və Satış İdarəsinin istismar şöbəsində mühəndis vəzifəsində işləyir. Onun vəzifəsi tapşırılan işlərin təhlükəsizliyinə nəzarətdən ibarət olmuşdur. Həmin günü naryad kitabına imza edərək hadisənin baş verdiyi əraziyə getmişdirlər. Həmin günü vətəndaşların müraciəti əsasında briqada yaradılmış, ərazidə ikinci xətt istifayə buraxılmalı olmuşdur. Briqada üzvləri Şahid1, X5, X16 və mərhum X9 olmuşdur. İşin icrası zamanı təhlükəsizlik tədbirlərinin yerinə yetirilməsini təlimatlandırmışdır. 300 metr kabel açılmalı, sonra 10-12 asılqanlar açılaraq dayaqlara quraşdırılmalı olmuşdur. Ərazi Binə südçülük sovxozunda yerləşir. Həmin vaxt Cəsarət və Səbuhiyə asılqanları dayaqlara bərkitməyi tapşırmışdır. Dirəklərdə 3 ədəd kabel olmuş və işlək vəziyyətdə olmuşlar. Cəsarət mövcud kabeldən 20- 30 santimetr aşağıda asılqana bərkitməli idi. Kabellər dirəklərə quraşdırıldıqdan sonra dayaqlarda olan kabellərə verilən elektrik cəryanı transformatordan dayandırılaraq, yeni quraşdırılmış kabel transformatora quraşdırıldıqdan yeni kabellə yanaşı, digər kabellərə elektrik enerjisinin verilməsi davam etdirləcəkdi. Cəsarətin dayaqda daha yuxarı qalmasını görməmişdir. Bütün işçilər vəzifələrini bilirdilər. Abonentə məxsus sayğacın kabelinin üstü açıq olduğu üçün kabelin baş hissəsinə Cəsarətin qolu toxunmuşdur. Onlardan qabaq kabelləri çəkmiş şirkətlərin əməkdaşları kabelləri elə vəziyyətdə qoymuşdurlar. İşin müəyyən hissəsi görüldükdən sonra cəryan ayrılmalı idi. O, hər il atestasiyadan keçir. Keçən ilin aprel-may ayında atestasiyadan keçmişdir. Transormatorların hamısının torpaqlaması mövcuddur. Cəsarət dayağa qalxdıqdan sonra özünü dayağa bərkitmək üçün kəməri vurmalı idi. Ancaq kəməri bağlamamışdır. Avtosəbət bir dənə olduğuna görə, həmin səbətədə Səbuhi çıxmışdı. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olmasını, zərər çəkmiş şəxslə barışmasını, himayəsində iki azyaşlı uşağının olmasını, valideynlərinin xəstə olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasının nəzərə alınaraq ona cəzanın şərti olaraq tətbiq edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxsin hüquqi varisi X11 bildirdi ki, hadisədən bir gün qabaq atasının Şüvəlan qəsəbəsində olan evinə getmişlər. Gecəni orda qalmışdırlar. Səhər 8-də Cəsarəti işə yola salmışdır. Saat 11 radələrində atasına zəng gəlmiş və onun ölüm xəbərini eşitmişdir. İdarə tərəfindən onun bütün xərcləri qarşılanmışdır. Sığorta pulu almışdır. Uşaqlarının atasının dünyasını dəyişməsinə görə hər ay 420 manat müavinət alır. Heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirdi ki, X13 Təchizat və Satış İdarəsinin istismar şöbəsində montyor vəzifəsində işləyir. Hadisə baş verən günü səhər briqada yığılmış və Təqsirləndirilən şəxs rəhbərliyi ilə əraziyə getmişlər. Dayağa qalxmış və bu zaman insanların səslərini eşitmişdir. Dayaqdan düşüb ora yaxınlaşan zaman Cəsarəti elektrik cəryanın vurmasını görmüşdür. Briqadaya rəhbərliyi mühəndis Təqsirləndirilən şəxs etmişdir. Briqadanın üzvləri o, X5, X16 və mərhum X9 olmuşdur. İlyas idarədə onlara vəzifə təlimatlarını izah edilmişdir. Vəzifələri birinci kabeli açıb, sonra dayaqlara çıxıb asılqanlara bağlamalı idilər. O, ikinci dayağa qalxmışdır. Cəsarət isə digər dayağa çıxmışdır. O, dayağa səbət vasitəsi ilə qalxmışdır. Hadisə baş verən zaman o, dirəkdə olmuşdur. O, avtosəbətin içərisində işləmişdir. Cəsarət dirəyə remen və kobti ilə qalxmışdır. Yəqinki Cəsarət kəməri bərkitməmişdir ki, dayaqdan yıxılmışdır. Onun dayaqdan yıxılması anını görməmişdir. Dayağa çıxdıqdan sonra digər elektrik cəryanı olan kabeldən 20-30 santimetr aşağıda işləməli idilər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 bildirdi ki, xx.xx.2024cü ildə səhər saatlarında idarədən çıxaraq əraziyə getmişdirlər. Orada kabelləri maşından boşalmışlar. Sonra isə kabellər açılmışdır. Cəsarət dirəyə çıxmışdır. Bu vaxtı qadınların səsini eşidərək geri qayıtmışdırlar. Orada Cəsarətin yerə yıxıldığını görmüşdür. Təcili tibbi xidmətə məlumat versələr də, gec gəlmələrini görüb, mərhumu dərhal xidməti avtomobilləri ilə xəstəxanaya aparmışdırlar. Hər dirəyin arasında 25-30 metr ara məsafəsi vardır. İşə başlamamışdan qabaq, İlyas onları təlimatlandırmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 şahidlər, Şahid1 və Şahid2 ifadələrinə uyğun, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 bildirdi ki, baş mühəndis vəzifəsində işləyir. Səhər naryad tərtib olunaraq Təqsirləndirilən şəxs təhkim olunmuşdur. Briqada hazırlanaraq əraziyə göndərilmişdir. Video görüntü zamanı İlyasın montyorları təlimatlandırmasını görmüşdür. İlyasın göstərişi olub-olmadan mərhum dayağa necə qalxmasını bilmir. Kabellər izolyasiya olunmuş vəziyyətdə olmuşdur. İş görülən zaman işlək vəziyyətdə 50 santimetr aralıda işin aparılması mümkündür. Abonentlərə paylanan kabellər də izolyasiya olunmalı olmuşdur. Mərhumun dayağa qabaqcadan qalxması zərurəti olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizalar Mərkəzindən verilmiş 20 sentyabr 2024-cü il tarixli 10/6332 №-li rəylə müəyyən edilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində KTM 892-dən əlavə 0.4 kV-luq SİP kabel xəttinin çəkilməsi işinin təhlükəsiz aparılması üçün zəruri açılmalar, konkret halda iş yerinin yaxınlığında olan qurğulara elektrik enerjisinin verilişinin dayandırılması təmin edilmədiyinə görə, baş vermiş hadisə ilə əlaqədar “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası”nın 3.1.1.1 bəndinin və “Elektrik təhlükəsizliyi. Ümumi tələblər. 12.1.019-79 Dövlət standartı”nın 3.4.1 bəndinin tələbləri pozulmuşdur. Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində KTM 892-dən əlavə 0.4 kV-luq SİP kabel xəttinin çəkilməsi işinin aparılması zamanı iş yerinin yaxınlığında olan qurğulara elektrik enerjisinin verilişinin dayandırılması təmin edilmədiyinə görə, “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası”nm 3 111 bəndinin və “Elektrik təhlükəsizliyi. Ümumi tələblər. 12.1.019-79 Dövlət standartı”nm 3.4.1 bəndinin tələbləri 225 №-li “Naryad- buraxıhş”a əsasən həmin işin aparılmasına iş rəhbəri və iş icraçısı təyin edilmiş şəxs tərəfindən pozulmuşdur (konkret şəxs araşdırılma aparılmaqla istintaq tərəfindən müəyyən edilə bilər). Hadisənin texniki tərkibli tədbirlərin görülməməsi nəticəsində baş verməsini nəzərə alaraq, zərərçəkmiş X4 özü tərəfindən qayda və təlimatların tələblərinin pozulması halı müəyyən edilmir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə Tibb Ekspertiza və Pataloji Anatomiya Birliyi» X18 Xəzər Rayon Şöbəsindən verilmiş 07 avqust 2024-cü il tarixli 110 saylı rəydən görünür ki, mərhum X4 meyitində aşkar edilmiş xəsarətlər - sağ bazunun yuxarı üçdə birinin ön səthinin, sağ dirsək çuxurunun elektrik nişanələri (izləri) elektrik cərəyanı olan naqilin yerli təsirindən mərhumun ölümündən az əvvəl yaranmışdır, dərəcəsinə görə ölümə səbəb olmuş kəskin tənəffüs və ürək çatışmazlığı ilə müşaiyət olunduğuna görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmanın əlamətlərinə malikdir və baş vermiş ölümlə birbaşa səbəbli əlaqəlidirlər. Sağ dirsək oynağının qançırı ölüm vaxtı və ya ölümdən az əvvəl küt əşya təsirindən törənmiş, həyatidir, ölümlə səbəbli əlaqəsi yoxdur, canlı şəxslərdə sağlamlığa zərərvurmayan xəsarətin əlamətinə malikdir. Mərhum C.X.Aslanovun meyitinin müayinəsində aşkar edilmiş bir-sıra əlamətlər - Sağ bazunun yuxarı üçdə birinin ön səthinin, sağ dirsək çuxurunun “elektrik nişanələri”, baş beyin maddəsinin ödemi, ağciyərlərin atelektaz və emfizema ocaqları, ağciyərlər və ürək səthinə nöqtəvari qansızmalar, qanın duru vəziyyəti və s. bu növ ölümə dəlalət edir (məhkəmə-histoloji müayinə aktı № 1680, xx.xx.2024). Mərhum C.X.Aslanovun meyitində aşkar edilmiş xəsarətlərdən - Sağ bazunun yuxarı üçdə birinin ön səthinin, sağ dirsək çuxurunun “elektrik nişanələri” elektrik cərəyanının giriş izləridir. Qeyd olunanlardan başqa, hərnın rəylə təsdiq ölünmüşdür ki, mərhum C.X.Aslanovun ölümünə səbəb elektrik cərəyanı ilə zədələnmə olmuşdur. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən demək olar ki, ölüm mərhum C.X.Aslanovun meyitinin meyitxanada müayinəsindən 2-4 saat əvvəl baş vermişdir. Bundan əlavə, rəylə təsdiq olunmuşdur ki, mərhum C.X.Aslanovun meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti, narkotik maddə və güclü təsiredici aşkar edilməmişdir (məhkəmə-kimyəvi müayinə aktı № 2723/K, xx.xx.2024). Bundan başqa, rəylə təsdiq olunmuşdur ki, mərhum C.X.Aslanovun xarici və daxili müayinəsində onun hər-hansı bir xəstəlikdən əziyyət çəkməsi əlamətləri aşkar edilmədi. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat aşkar edilməmişdir. İş materiallarında olan: -07 avqust 2024-cü ıl tarixli 225 nömrəli “Naryad-buraxılış" sənədindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X13 Təchizat və Satış İdarəsinin mühəndisi Təqsirləndirilən şəxs Xəzər RETSİ-nin Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində “X2 892”-dən əlavə 0.4 kilovoltluq “SİP” (özünüdaşıyan izolyasiyalı naqil) tipli kabel xəttinin çəkilməsi işinin icrası ilə əlaqədar 07 avqust 2024-cü il tarixli 225 nömrəli “Naryad-buraxılış” sənədi ilə yaradılmış briqadaya və işə rəhbərlik etmək üçün qeyd olunan naryadı imzalayaraq qəbul etdiyi iş sahəsində texniki-təhlükəsizlik qaydalarını təmin etməyə, o cümlədən görüləcək işlərə cavabdeh şəxs olmuşdur. -“Nikah haqqında” AZ-İ seriyalı, 240306 nömrəli şəhadətnamənin surətindən görünür ki, X9 ilə X8 nikahları xx.xx.2006-cı ildə, 20 saylı nikah akt qeydi üzrə qeydə alınmışdır. -“Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2024-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər rayon prokurorunun köməkçisi, İ dərəcəli hüquqşünas X14 tərəfindən Azərbaycan Respublikasının CM-nin 162.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. -“Qətimkan tədbiri seçmək haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Xəzər rayon prokurorunun köməkçisi, İ dərəcəli hüquqşünas X14 tərəfindən “başqa yerə getməmək haqqında itlizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 31.1-ci maddəsinə əsasən “Hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X6 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X6 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, özünün, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2018-ci il tarixli k/18- 04039 nömrəli əmrlə X13 Təchizat və Satış İdarəsinin istismar şöbəsinə mühəndis vəzifəsinə işə qəbul olunmuş və onunla bağlanmış əmək müqaviləsinə əsasən qeyd olunan vəzifədə fəaliyyətə başlamışdır. X13 Təchizat və Satış İdarəsinin rəisinin “istismar şöbəsinin mühəndisi”nin vəzifə təlimatına görə, iş zamanı işin təhlükəsiz görülməsinə, özünün və iş yoldaşlarının təhlükəsizliyinin gözlənilməsinə, obyektin mühafizəsi işinin yoxlanılmasında dəqiqliyə, iş zamanı TTQ, TİQ və YTQ qaydalarının pozulmasına istismar şöbəsinin mühəndisi, yəni Təqsirləndirilən şəxs cavabdehlik daşımışdır. -Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin X13 Təchizat və Satış İdarəsinin 07 avqust 2024-cü il tarixli 225 nömrəli “Naryad-buraxılış” sənədində Xəzər RETSİ-nin Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisindəki “X2 892”-dən əlavə 0.4 kilovoltluq “SİP” (özünüdaşıyan izolyasiyalı naqil) tipli kabel xəttinin çəkilməsi işinin icrası ilə əlaqədar iş sahəsində texniki-təhlükəsizlik qaydalarını təmin etdikdən, yəni müvafiq açılmalar apardıqdan, iş yerində gərginliyin olmamasını yoxladıqdan və iş yerində torpaqlama qoyduqdan sonra işə başlanması tədbirləri “iş rəhbəri və iş icraçısı” qrafasında yazılan şəxsdən tələb olunmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 162.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda – üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza təyin edərkən onun zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsini, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən ailənin yeganə qazanc gətirən şəxsi olmasını, himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 162.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan yeganə cəza növü olan azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməlidir. Lakin, məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini tədqiq edərək və xarakterizə edən işin mühüm və diqqətəlayiq hallarını, törətdiyi cinayəti etiraf etməsini, törətdiyi cinayətin ağırlığını, ictimai təhlükəlilik dərəcəsini və nəticələrinə dair məsuliyyətini dərk etməsini, habelə ilk dəfə ehtiyatsızlıqdan cinayət törətməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayətinin, tələbinin olmamasını, ailənin yeganə qazanc gətirən şəxsi olmasını və həbsə alındığı halda ailəsinin vəziyyətinin acınacaqlı hala düşə biləcəyini nəzərə alaraq hesab edir ki, ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını çəkmədən islah olunması mümkündür. Ona görə də, sonuncunun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəllənin 70-ci maddəsini tətbiq etməklə ona təyin olunmuş cəzanın sınaq müddəti müəyyən olunmaqla şərti olaraq tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1-ci maddəsinin şərh edilməsi haqqında” xx.xx.2010ci il tarixli qərarında göstərilmişdir ki, “Şərti məhkum etmə məhkumun məhkəmənin qərarı ilə təyin edilmiş və müvafiq sınaq müddəti ərzində icra edilməyən cəzadan müəyyən şərtlərlə azad edilməsidir. Lakin qeyd etmək lazımdır ki, şərti məhkum etmə törədilmiş cinayətə görə təyin edilmiş cəzadan azad olunma kimi qəbul edilməməlidir. Belə ki, məhkəmənin qərarı ilə tətbiq edilmiş şərti məhkum etmə məhkumun cinayət məsuliyyətindən və ya cəzadan azad olunmasını nəzərdə tutmur, əksinə məhkum barəsində cəzanın növü və müddəti, şərti məhkum edilmiş şəxsin davranışına nəzarətin həyata keçirilmə müddəti müəyyən edilir. Cinayət qanunvericiliyi şərti məhkum etmənin cinayət-hüquqi təsir tədbiri olmasından irəli gələrək, məhkəmənin məhkumun üzərinə müəyyən vəzifələrin qoyulmasını tələb edir və həmin vəzifələrin icrası onun hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Şərti məhkum etmə xüsusi cinayət hüquqi təsir tədbiri olmaqla öz təbiəti etibarilə cinayət məsuliyyətinin realizə olunmasının bir forması və cəzanın real çəkilməsindən azad edilmə institutu kimi çıxış edir. Bununla yanaşı qeyd olunmalıdır ki, şərti məhkum etmə cəzanın məhkəmə hökmü ilə cinayətin törədilməsində təqsirli bilinən şəxsə qarşı tətbiq etməni və belə şəxs üçün müəyyən məhrumiyyətlərin olmasını özündə ehtiva edir.” “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 25-ci bəndinə əsasən şərti məhkum etmə, haqlarında yalnız Cinayət Məcəlləsinin 70-ci maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkumetmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verilməlidir. Ona görə də, məhkəmələr, zəruri olduqda, işin konkret hallarını, təqsirkarın şəxsiyyətini onun ailədə davranışını və s. nəzərə alaraq, məhkumun üzərinə Cinayət Məcəlləsinin 70.5-ci maddəsində göstərilməyən vəzifələri də qoya bilər. Məhkəmə iki və ya daha çox cinayət törətmiş şəxsin şərti məhkum olunması qərarına gələrsə, belə qərar ayrılıqda hər bir cinayətə görə deyil, cinayətlərin məcmuyu üzrə qəti cəza təyin edilərkən qəbul olunur. Şərti məhkum etmə zamanı yalnız əsas cəza şərti hesab edildiyindən, əlavə cəzalar isə real icra olunduğundan, hər iki məsələ hökmün nəticəvi hissəsində öz əksini tapmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən “İslah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə əsasən “Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən “Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər.” Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Bundan başqa məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törədilmiş əməlin xarakteri də nəzər alınmaqla gələcəkdə bu kimi halların baş verməməsi, sonuncuda, həmçinin oxşar xarakterli vəzifələrdə işləyən digər şəxslərdə məsuliyyət hissinin artırılması və cəzanın məqsədlərinin təmin edilməsi baxımından maddənin sanksiyasında nəzərdə tutulan əlavə cəza növü olan müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzası təyin edilməli və həmin cəzanın əvvəli hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına sərf etdiyi hər saat üçün əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 12 saata görə 72 (yetmiş iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Təqsirləndirilən şəxsun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 il 06 ay müddətinə dövlət və yerli özünü idarə etmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum etməklə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası şərti hesab edilməklə ona 02 (iki) il sınaq müddəti təyin olunsun. Təqsirləndirilən şəxs təyin olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs təyin edilmiş müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzası müstəqil icra olunsun və həmin cəzanın əvvəli hökmün qanuni qüvvəyə mindiyi andan hesablansın Təqsirləndirilən şəxs davranışına nəzarət yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın və onun üzərinə hökmün icrasına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X3, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarını məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 12 saata görə 72 (yetmiş iki) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar